Məhkəmə qərarları › İş №1(008)-485/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-485/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-485/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyub oğlunun, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kənində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki yol ilə “Zabrat” dairəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib Sabunçu rayonu, Babək küçəsində “Ayxan market"in qarşısı ilə yolu qarşı tərəfə keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törədib ona baş beyin silkələnməsi, daxili qanitirmə ilə müşayiət olunan qaraciyərin əzilmiş-cırılmış yarası, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki gözyuvası ətrafı-almacıqyanaq nahiyəsinin dərialtı hematoması, boyun, sağ bud, sağ aşıq-baldır oynaq nahiyələrinin sınıq və qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o “Mersedes Benz” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təqribən 19 radələrində “Mersedes Benz” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 20- 30 km/saat sürətlə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində Zabrat dairəsi istiqamətində iki istiqamətli iki zolaqlı yolun ikinci zolağı ilə hərəkət edirmiş, bu zaman gözləmədiyi halda hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən iki nəfər piyadanı avtomobilinin qabaq hissəsi ilə vurmuş, həmin zərbədən onlar yerə yıxılmışdır. O dərhal avtomobilini saxlayıb onlara yaxınlaşdıqda piyada kişi ayaq üstə özü qalxmışdır. Qadın piyadanın isə yerdə uzanılmış vəziyyətdə olduğunu görüb ona ilk tibbi yardım göstərmiş və təcili tibbi yardıma özü zəng etmişdir, TTY avtomobili gəldikdən sonra xəsarət alan qadını xəstəxanaya aparmışdır. O hadisə yerində gözləyərək polisin gəlməsini gözləmiş, sənədlərini təqdim etmiş, hadisə yerinə baxış keçirildikdən sonra, onun avtomobili duracağa aparılmışdır. O isə taksi ilə TTY avtomobilinin arxası ilə Sabunçu rayon 3 saylı xəstəxanasına getmişdir. Hadisə zamanı yol bir qədər tıxac olduğundan hərəkət sürəti az olarkən 1 metr məsafədən görmüş, ani anda piyadanı görən kimi əyləci bassa da avtomobilin qabaq hissəsi ilə vurmuşdur. İdarə etdiyi “Mersedes Benz” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük və sərnişin olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Mülki iddianı dəməyə imkanı yoxdur. Bununla əlaqədar barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Atabəylər prospekti, nömrəsiz evdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində tanışı taksi sürücüsü Yasinin avtomobili ilə Zabrat yolunda “Rahat” marketin yanından götürmüş və sifariş üzrə “Zabrat qəsəbəsində “Ayxan” marketlə üzbəüz hissəyə gəlmişlər və orada marketdən alışveriş edəcəyini sürücüyə demiş və avtomobildən düşüb “Ayxan” marketə girmişdir. Təxminən 15 dəqiqə sonra taksi sürücüsü Yasinə zəng edərək yolu market tərəfə keçməyini və onun əlindəki yükləri avtomobilə daşımağa kömək etməyini xahiş etmişdir, marketdən əlində sellofanlarla bayıra çıxmış, Yasin onu qarşılayıb əlindəki sellofan torbalarını götürmüş və birlikdə “Ayxan” marketlə üzbəüz tərəfə yolu keçən zaman bir avtomobil yol vermiş və onlar keçməyə davam etdikdə ikinci zolaqdan sol tərəfdən Zabrat qəsəbəsi istiqamətdə gələn “Mersedes Benz” markalı boz-metal rəngli avtomobil qabaq hissəsi ilə ilk olaraq Yasini, sonra isə onu vurub yerə yıxmışdır. Həmin vaxt zərbənin təsirindən ayaqları sınmış, müxtəlif bədən xəsarətləri almışdır və ətrafa yığılan adamlar birlikdə köməklik edib onu yol kənarına çıxartmışlar. Daha sonra o huşunu itirmiş və ayıldıqda artıq Sabunçu rayon xəstəxanasında olduğunu aşkar etmişdir. Həmin hadisə zamanı onu yolu adi yeriş addımları ilə hərəkətdə olmuş və qoşa xəttə çatmasına 1 metr qalmış sol tərəfindən gələn “Mersedes Benz” markalı avtomobil tərəfindən vurulmuşdur. Sonradan ona məlum olmuşdur ki, Yasin həmin yol nəqliyyat hadisəsi zamanı ondan nisbətən arxada gəldiyi üçün avtomobil ona zərbə ilə dəymədiyindən ciddi xəsarət almamışdır. Hazırda vurulmuş zərərə görə 14.400 manat, yenidən əməliyyat xərci üçün 8.000 manat, əlavə hər ay sağalana kimi 1300 manat, dövlət rüsumu kimi ödədiyi 188 manat və mənəvi zərərə görə 10.000 manat pulun tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyi üçün ondan şikayətçidir. Bununla əlaqədar mülki iddianın da təmin olunmasını xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, o, **-HE-*** dövlət nömrə nişanlı “Toyota-Prius” markalı etibarnamə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da 5-6 aydır ki, taksi fəaliyyəti ilə məşğul olarkən daimi müştərisi kimi tanımış və onun övladlarını da məktəbə aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində **-HE-*** dövlət nömrə nişanlı “Toyota-Prius” markalı avtomobillə taksi kimi Zərərçəkmiş şəxs çağırışı əsasında Zabrat yolunda “Rahat” marketin yanından onu götürmüş və sifariş üzrə Zabrat qəsəbəsində “Ayxan” marketlə üzbəüz hissəyə gəlmişlər. Orada Tünzalə xanım avtomobili saxlamağını, marketdən alış-veriş edəcəyini demiş və avtomobildən düşüb “Ayxan” marketə girmişdir. Təxminən 15 dəqiqə sonra Tünzalə xanım ona zəng edərək yolu market tərəfə keçməyini və onun əlindəki yükləri avtomobilə daşımağa kömək etməyini xahiş etmişdir. O da avtomobilindən düşüb “Ayxan” marketin qarşısına tərəf yolu keçmişdir. Bu zaman Zərərçəkmiş şəxs marketdən əlində sellofanlarla bayıra çıxmışdır. O Tünzaləni qarşılayıb əlindəki sellofan torbalarını götürmüş və birlikdə “Ayxan” marketlə üzbəüz tərəfə yolu keçən zaman onlara bir avtomobil yol vermiş və onlar keçməyə davam etdikdə ikinci zolaqda sol tərəfdən Zabrat istiqamətdə gələn “Mersedes” markalı boz-metal rəngli avtomobil qabaq hissəsi ilə ilk olaraq o solda olduğu üçün onu, sonra isə Tünzalə xanımı vurmuşdur, Tünzalə xanım və o hər ikisi yerə yıxılmışlar. Həmin vaxt o ayağa qalxa bilmiş, lakin, Tünzalə xanım yerdə uzanıqlı qalmışdır. Ona yaxınlaşıb ətrafa yığılan adamlarla birlikdə köməklik edib yol kənarına çıxartmışdır. Hadisə yerinə nəzər saldıqda görmüşdür ki, onları vuran “Mersedes” markalı 90- EZ-951 dövlət nömrəli avtomobildir və sürücüsü yaşlı kişidir, bir müddət sonra YPX- nin polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Həmin yol nəqliyyat hadisəsi nəticəsində onun ayağı əzilsə də sınığı olmamış, lakin, Tünzalə xanım sol ayağı sınmışdır. Hadisə yerinə çağırılan TTY avtomobili Tünzalə xanımı xəstəxanaya aparmış, o da arxası ilə avtomobili ilə xəstəxanaya getmişdir. Onun xəsarətləri yüngül olduğu üçün o xəstəxanaya müraciət etməmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli, 1/4307 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 24-26-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 Sabunçu Rayon Şöbəsinin 21 sentyabr 2023-cü il tarixli, 2339 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, daxili qanitirmə ilə müşayiət olunan qaraciyərin əzilmiş-cırılmış yarası, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması, boyun, sağ bud, sağ aşıq-baldır oynaq nahiyələrinin sıyrıq və qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 46-cı vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin 23 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) BB 324443 nömrəli “B C D BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 76-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 77-78-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 06 mart 2024-cü il tarixli, 8/454 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Mercedes Benz E200 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 107-ci vərəqəsində olan 25 mart 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-113-cü vərəqələrində olan 28 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin videogörüntülərinin olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 63-64-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 noyabr 2023-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, pensiyaçı və 65-dən çox yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 263.1-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırkı iş üzrə də, mülki iddiaçı maddi zərərə görə 14.400 manat, yenidən əməliyyat xərci olaraq 8000 manat, əlavə (sağalana qədər) hər ay 1300 manat, dövlət rüsumu kimi ödədiyi 188 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul tələb etsə də, həmin məbləğlər barədə mötəbər sübutlar əlavə edilmədiyindən və bununla əlaqədar əlavə araşdırmaya zərurət olduğundan məhkəmə mülki iddianı baxılmamış saxlamalıdır. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin videogörüntülərinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs 14.400 manat, yenidən əməliyyat xərci olaraq 8000 manat, əlavə (sağalana qədər) hər ay 1300 manat, dövlət rüsumu kimi ödədiyi 188 manat və mənəvi zərərə görə 10.000 manat pulun tutulması barədə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin videogörüntülərinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar