Məhkəmə qərarları › İş №1(008)-486/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-486/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-486/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X13 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 Şəhla Rövşən qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il təvəllüdlü X18 Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-in direktorudur. Müharibə iştirakçısı – veteranıdır. “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 sabiq əməkdaşı X8 (Ş/V: AZE N°175167631, FİN: 5FHQXLL, xx.xx.1991-ci il təvəllüdlü) əmək müqaviləsinə Mərkəzin xx.xx.2023-cü il tarixli 200 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xx.xx.2023cü il tarixində xitam verilmişdir. Sabiq X5 tərəfindən Bakı 8 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. X2 apardığı MŞB/8/2023-02691 nömrəli mediasiya prosesinin nəticəsində xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə müvafiq olaraq, “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20raq biz sözügedən sazişi imzaladıqdan sonra humanizm prinsiplərini rəhbər tutaraq keçmiş işçisi olduğu X14 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) dəyişdirilməsini, bu barədə göstərilən dəyişikliklərin X9 aid əmək kitabçasında qeyd edilməsini və bu razılığın şərtlərinin icra olunması məqsədilə müvafiq dəyişikliklərin X7 daxil olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Barışıq sazişinə müvafiq olaraq sabiq əməkdaşı olmuş X10 dəfələrlə onun əmək kitabçasında müvafiq qeyd aparmaq və tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə yazması üçün ona aid olan +994 77 *** **** mobil nömrə vasitəsilə əlaqə saxlayaraq Mərkəzə dəvət etsə də, o dəvəti qəbul edərək gəlməmiş, ərizə yazmaqdan şifahi olaraq ümumiyyətlə imtina etmişdir. Ona görə də prosedurları tamamlamaq mümkün olmamış, X17 Xidmətinin məktubunda qeyd edilən sənədlər (əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə və əmək kitabçasında qeyd) müraciəti zamanı əlavə edilə bilməmişdir. Bununla da sabiq əməkdaşları olan X14 (Ş/V: AZE N° 175167631, FİN: 5FHQXLL, xx.xx.1991-ci il təvəllüdlü) ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) dəyişdirilməsinin ƏMAS sistemində qeydiyyata alınması ilə bağlı müraciəti X17 Xidməti tərəfindən təmin edilməmişdir. Şəhla Mahmudova işə qəbul olunduğu ilk günlərdən daxili intizam qaydalarını və əmək müqaviləsindəki öhdəliklərini dəfələrlə pozmuşdur. Ona humanistlik göstərilərək haqqında onun əleyhinə olan heç bir tədbir görülməmiş, güzəşt olunmuşdur. xx.xx.2023-cü il tarixində Mərkəzin tədris-istehsalat işləri üzrə direktor müavini Vidadi Əhədov və Tədris hissə müdiri Vaqif X3 onları təhsil müəsissəsində təhsilalanların və təhsilverənlərin qarşısında təhqir etməsi, şərəf və ləyaqətlərini alçaltdıqları barədə direktora məlumat vermiş, həmçinin bu məsələ ilə bağlı şahidlərin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin məlumatlar və tərtib olunmuş akta əsasən X5nı direktor öz iş otağına dəvət edib əvvəlcə təklikdə bir saatdan çox, sonra isə direktor müavini və Tədris hissə müdiri ilə birlikdə mülayim tərzdə söhbət aparmağına baxmayaraq işçi direktorun gözünün qarşısında təhqirlərinə davam edib, sonda əlindəki çantanı Tİİ üzrə direktor müavinin başına vurub. Etdiyi bu hərəkətlərlə onun “Müəllimlərin etik davranış Qaydaları”-nı kobud şəkildə pozduğunu bildirərək yerindəcə müəllimə direktor tərəfindən töhmət elan edilib. İş otağında baş vermiş insident ilə bağlı akt tərtib olunmuşdur. X5 xx.xx.2023-cü il tarixində heç bir məlumat vermədən üzürsüz səbəbdən bütün bir iş günü işdə olmamış, tədris hissə müdirinin məlumatına əsasən müəllimdən izahat alınmışdır. xx.xx.2023-cü il tarixində X12 Komitəsinin sədri Elşad Cəbrayılova direktor tərəfindən X5nın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (AR Əmək Məcəlləsinin 72-ci maddəsini “a” bəndini əsas tutaraq) işdən azad edilib-edilməməsi ilə bağlı həmkarlar ttifaqının növbədənkənar iclasın keçirilməsi və məsələnin müzakirə olunub qərar çıxarılması üçün müraciət edilmişdir. Mərkəzin HİK-nin xx.xx.2023-cü il tarixli, 2 b nömrəli məktubuna və xx.xx.2023-cü il tarixli 12 nömrəli protokoluna əsasən X5 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, işdən azad edilmişdir.” İşdən azad edildiyi gündən başlayaraq, xx.xx.1991-ci il təvəllüdlü X14 dəfələrlə müxtəlif platformalarda, sosial media hesablarında, müxtəlif qurumlara müraciətlərində və başqa formalarda Mərkəzin direktoru olaraq mənim, aralarında münaqişə yaranmış Mərkəzin tədris-istehsalat işləri üzrə direktor müavini Əhədov Vidadi Vəkilağa oğlunun, Mərkəzin ümumtəhsil fənləri üzrə dərs hissə müdiri X16 ünvanına təhqir və böhtan tərkibi daşıyan sözlər işlətmiş, əsassız ittihamlar irəli sürmüşdür. İndiyədək humanistlik göstərərək bu təhqir və böhtanları görməzdən gəlməyə çalışsa da, artıq bu hallara dur deməyin lazım olduğunu düşünür. Ona görə də xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermək qərarına gəldim. Bununla bağlı olaraq, xx.xx.1991-ci il təvəllüdlü X1 təsdiq edilən, gördüyü və geniş ictimaiyyətin qarşısında etdiyi çıxışları, onların tarixini və hara olduğunu, o cümlədən onlarda olan cinayət tərkiblərini təqdim edir: xx.xx.2023-cü il X17 Xidmətinə şikayəti - “Burada daim mənə qərəzli yanaşılıb.” – BÖHTAN; xx.xx.2023- cü il X17 Xidmətinə şikayəti - “dünənki danışından sonra tərbiyəsinin və əxlaqının sıfır olduğunu gördüyüm K.Elgün” – TƏHQİR; xx.xx.2023-cü il X17 Xidmətinə şikayəti - “K.Elgün isə mənə siz çox əxlaqsız qadınsız, tərbiyəsiz kimi ifadələr işlətdi və hara istəyirsən şikayət elə dedi” – BÖHTAN; xx.xx.2023-cü il X17 Xidmətinə şikayəti - “Əxlaqsızın elə ozü olduğunu bildirib otaqdan çıxdım. Bir insan tanımadığı bir insanın əxlaqına asanlıqla belə bir söz deyirsə deməli onun özünün və evindəkilərin əxlaqı yerində deyil! İnsan ne ceder terbiyesiz, edebsiz, exlaqsiz olaki bir xanima, bir muellime bu ifadeni desin!!!” - TƏHQİR VƏ BÖHTAN xx.xx.2023-cü il X17 Xidmətinə şikayəti- “Bu cür tərbiyəsizlər hələ kiməsə mədəniyyət öyrətməyə çalışırlar. Bu insanların heç biri müəllim adına layiq deyil! Bu tərbiyəsizliyə və hədsizliyə dur deməyinizi sizdən xahiş edirəm” - TƏHQİR VƏ BÖHTAN xx.xx.2023-cü il Müəllimlər birliyi sosial şəbəkə qrupu 2023 - “dünənki danışığından sonra tərbiyəsinin və əxlaqının sıfır olduğunu gördüyüm K.Elgün” – TƏHQİR; xx.xx.2023-cü il Müəllimlər birliyi sosial şəbəkə qrupu 2023 - “K.Elgün ise mənə siz çox əxlaqsız qadınsız, tərbiyəsiz kimi ifadələr işlətdi” – BÖHTAN; xx.xx.2023-cü il Müəllimlər birliyi sosial şəbəkə qrupu 2023 - “insan ne qeder terbiyesiz, edebsiz, exlaqsiz olaki bir xanima, bir muellime bu ifadeni desin!!!” - TƏHQİR VƏ BÖHTAN; xx.xx.2023- cü il Müəllimlər birliyi sosial şəbəkə qrupu 2023 - “bu mexluqlarin hec biri muellim adina layiq deyil! Peşə agentliyi ve tehsil nazirliyinin bu terbiyesiz ve exlaqsizliga bir dur demelerini tedbir gormelerini bir muellim olaraq xahiş ve teleb edirem”- TƏHQİR; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Manmudova tərəfindən yazılmış rəy - “Siz gedin agentlik olaraq qeyd etdiyim müəssisəyə tərbiyədən, təhsildən, pedaqogikadan xəbəri olmayan direktor və zavuçların(Ə.Vidadi və Ə.Vaqif) sənədlərini,ağardıcı içərisində boğulan jurnalları və jurnalda səhv etmədiyi halda səhv etdiyi bəhanə edilirək münaqişə yaradıb işindən etdikləri müəllimənin jurnalını yoxlayın müqayisə edin.” - TƏHQİR VƏ BÖHTAN; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Bu 6 ayda nə qədər təbliğat aparsalar da inanmıram ki,o uşaqlar mənim haqqımı yerə vura. Sonda qərar verin görüm işdən əslində kim azad olunmalıydı. Buna deyərəm düzgün araşdırma....Sizin o simvolunuz olan direktor deyirki,tanımadığı müəllimlərdən pul götürmür,birinci ildi. Yəni ancaq tanıdıqlarından götürür.Özünü sığortalayıb.bir gözüdə qalıb pulda,iç üzünüdə açdığı jçün müəllimlə ədavət aparıb,nəticədə budur.İşlədiyim müddətdə rəhbərlik və onun tərəfkeşləri tərəfindən mobbinqə,qərəzli münasibətə,etikasızlığa məruz qalmışam. Gedin yaxşı araşdırın....” - TƏHQİR VƏ BÖHTAN; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Peşə Təhsili üzrə Dövlət Agentliyi ünvanlamışam 6 ay bundan Əvvəl, araşdırılmayıb.direktorun verdiyi formal qərarlar gülünc, hüquqi və digər səhvlərlə cavab olaraq mənə göndərilib.” - TƏHQİR VƏ BÖHTAN; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Amma qərəzli münasibət,haqsızlıq və sonda da təhqirlər görmüşəm. Özü də ali təhsilli insanlara və müəllimə yaraşmayan təhqirlər.” – BÖHTAN; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Amma mən qeyd etdiyim rəhbərlər və onun tərəfkeşləri kimi arsız deyiləm.Qurban olsunlar abrima-həyama.” – TƏHQİR xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Sizin o rəhbərliyiniz və sizin kimi yaltaqlar çox cılızıymışsınız həqiqətən. Bu qədər bilmirdim. Ayıb olsun nə deyim. ” – TƏHQİR; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Mahmudova tərəfindən yazılmış rəy - “Sizi nə vadar edib ki,siz belə şəxsiyyətsiz insan olmusunuz?Mən rəhbərliyi və onun tərəfkeşlərini bu qədər cılız bilmirdim.Eybi yox yazın,mən sizin yalanlarınıza cavab verməklə özüm haqda məlumat vermiş oiuram,problem deyil)” – TƏHQİR; xx.xx.2024-cü il Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi facebook səhifəsində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş “Açıq qapı” tədbiri ilə əlaqədar paylaşıma Şəhla Vanmudova tərəfindən yazılmış rəy - “Burda cılız direktorun göstərişi ilə bəzi yaltaqlar oz yalan ifadələri ilə açıq məhkəmə qurub. Problem deyil onların yazdıqlarına cavab .erməklə özüm haqda məlumat vermiş oluram.Buyurun yenə qaldısa cahil və yaltaq gəlib fikir bildirə bilər.” - TƏHQİR və BÖHTAN; Bütün göstərilənlər sübutdur ki, xx.xx.1991-ci il təvəllüdlü X14 dəfələrlə müxtəlif platformalarda, sosial media hesablarında, müxtəlif qurumlara müraciətlərində və başqa formalarda məni təhqir etmiş, ünvanına böhtan xarakterli fikirlər bildirmiş, şərəf və ləyaqətimi alçaltmış, işgüzar nüfuzunun zədələnməsi istiqamətində qəsdən cinayət tərkibi daşıyan addımlar atmışdır. Odur ki, X8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ədalətli ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 məhkəməyə ərizə təqdim edərək qarşı tərəfin barışıq xahişini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 məhkəməyə ərizə təqdim edərək Elgün Kazımov haqqında böhtan və təhqir xarakterli məlumatlar paylaşmadığını, onun haqqında sosial şəbəkədə heç bir fikir bildirməyəcəyini, barışdığını, 200 manat ekspertiza xərcini ödəməyi öhdəsinə götürdüyünü, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Beləliklə, məhkəmə xüsusi ittihamçı X13 X9 qarşı vermiş olduğu şikayət üzrə onunla barışmasına və iş üzrə icraata xitam verilməsinə dair vermiş olduğu ərizəsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməli, X8 ekspertiza xərcinin onun tərəfindən ödənilməsinə razılığını nəzərə alaraq məhkəmə məsrəfi olan 200(iki yüz) manat ekspertiza xərci X6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında cinayət təqibinə onların barışması əsası ilə xitam verilsin. Məhkəmə məsrəfi olan 200(iki yüz) manat ekspertiza xərci X6 tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar