Məhkəmə qərarları › İş №1(008)-489/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-489/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-489/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X54 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 Rafael oğlunun və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1966-cı ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 inandırıb etibarından sui-istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev alınmasını təşkil edəcəyi adı ilə aldadaraq xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs7 3.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 3.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 inandırıb etibarından sui-istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev alınmasını təşkil edəcəyi adı ilə aldadaraq xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs8 3000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 3000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 inandırıb etibarından sui-istifadə etməklə məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev alınmasını təşkil edəcəyi adı ilə aldadaraq 10 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında 3.000 manat nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 3.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 özünü "xxxx" MMC-nin işçisi kimi təqdim edib geniş əlaqələrə malik olduğunu bildirərək inandırıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs13 təsis etdiyi "xxxx" MMC-nin "xxxx" MMC-nin inşa etdiyi yaşayış binalarının fasadlarının üzlənməsi ilə bağlı keçiriləcək tenderdə qalib gəlməsini təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospektində yerləşən metronun «Azadlıq» stansiyasının yaxınlığında fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs13 tanışının ofisində 10.000 manat nağd pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs13 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 inandırıb etibarından sui-istifadə etməklə həbsdə olan həyat yoldaşı X31 həbsdən azad etdirəcəyi adı ilə aldadaraq 2021-ci ilin mart ayının əvvələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə Zərərçəkmiş şəxs6 5000 manat pulunu, 2021-ci ilin mart ayının ortalarında eyni işə görə ünvan 2 ünvanın yaxınlığında 7000 manat pulunu, 2021-ci ilin mart ayının sonlarında eyni işə görə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə 1000 manat pulunu, 2021-ci ilin mart ayının sonlarında eyni işə görə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında sonuncunun cinayətdən xəbəri olmayan qaynı Şahid5 vasitəsilə 500 manat pulunu alıb vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 13.500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və X41 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Cavid Həşimovun tanışı Zərərçəkmiş şəxs5 oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional İdarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, inandırıb etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui-istifadə edib aldadaraq, Zərərçəkmiş şəxs5 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Qurd qapısı adlanan ərazidəki restoranda qrup üzləri Təqsirləndirilən şəxs2 və Cavid Həşimovla birlikdə 6.000 manat, xx.xx.2021-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs5 yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, döngə 2, 8 nömrəli evinin yaxınlığında yerləşən “Maxi” marketdəki ödəmə terminalından 1.000 manat pulun Cavid Həşimova məxsus 4169 7385 2499 2751 nömrəli "xxxx" ASC-yə aid plastik kart hesabına köçürülməsinə nail olmaqla, 2021-ci ilin may ayının ortalarında eyni işə görə Zərərçəkmiş şəxs5 istintaqla müəyyən edilməyən təsadüfi taksi sürücüsü ilə göndərdiyi 1.000 manat pulu Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ruslan-93” marketin qarşısında və sonucu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində eyni işə görə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən “Çinarlı” restoranın həyətində 1.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9.500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yaxın qohumu Zərərçəkmiş şəxs4 inandırıb etibarından sui-istifadə etməklə 2-ci qrup əlillik müavinatını bərpa etdirmək adı ilə yalan vəd verib aldadaraq, Bakı şəhəri, Yasamal rayonu, metronun Nizami stansiyasının yaxınlığındaki “Boranı” restoranın qarşısında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda eyni işə görə 2100 manat pulunu Zərərçəkmiş şəxs4 tapşırığına əsasən cinayətdən xəbəri olmayan qohumu Şahid2 almaqla, xx.xx.2021-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs4 300 manat pulunun Şahid2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən tanışının plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 7.500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 inandırıb etibarından sui-istifadə etməklə Sumqayıt şəhərində mənzil, “Azsamand” markalı nəqliyyat vasitəsi və 2-ci qrup əlillik müavinatı verdirəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı şəhəri Nərimanov rayonu “Şəki” restoranın yaxınlığında xx.xx.2021-ci il tarixdə 7000 manat, xx.xx.2021-ci il tarixdə eyni işə görə həmin ünvanda 3000 manat pulunu, xx.xx.2022-ci il tarixdə eyni işə görə 1000 manat pulun Zərərçəkmiş şəxs3 tapşırığına əsasən cinayətdən xəbəri olmayan dostu X42 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bravo” marketdəki ödəmə terminalından, həmin tarixdə 500 manat pulun eyni işə görə Zərərçəkmiş şəxs3 cinayətdən xəbəri olmayan dostu Şahid8 tərəfindən ünvan 3 ünvanda yerləşən “Lider” marketin içərisindəki ödəmə terminalından və xx.xx.2022-ci il tarixdə 500 manat pulun eyni işə görə Zərərçəkmiş şəxs3 özü tərəfindən Xaçmaz şəhəri, M.Axundov küçəsində yerləşən “Qayalı” marketdə yerləşən ödəmə terminalından istifadəsində olan plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 12.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 inandırıb etibarından sui-istifadə etməklə 2-ci qrup əlillik müavinatını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu əriazisində yerləşən metronun “Elmlər” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 2500 manat pulunu, xx.xx.2022-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs2 Şəki şəhəri, Turan qəsəbəsində yerləşən marketdəki “Milliön” elektron ödəmə sistemindən istifadə edilməklə cinayətdən xəbəri olmayan Şahid6 məxsus kartına göndərilməsi üsulu ilə 500 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X35 hissəninə yanğın söndürən vəzifəsinə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq etibardan su istifadə edib xx.xx.2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL market”də olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə cinayətdən xəbəri olmayan tanışı X3 məxsus “Azərtürkbank”a aid debet kartına göndərilməsi üsulu ilə 5.000 (beş min) manat, xx.xx.2022-ci il tarixdə eyni işə görə Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən marketdə olan “E-manat” müştəri xidmətləri terminalından istifadə edilməklə tanışı Ramil Mustafayevə məxsus “Rabitəbank”a aid debet kartına göndərilməsi üsulu ilə 1.800 (bir min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdə eyni işə görə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL market”də olan “Milliön” elektron ödəmə sistemindən istifadə edilməklə tanışı Ramil Mustafayevə məxsus “Rabitəbank”a aid debet kartına göndərilməsi üsulu ilə 2.000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə eyni işə görə X15 Zəngilan rayonu ərazisindən istifadəsində olan "xxxx"a məxsus bank kartından “Bir bank” proqramından istifadə edilməklə tanışı Ramil Mustafayevə məxsus “Rabitəbank”a aid debet kartına göndərilməsi üsulu ilə 600 manat, xx.xx.2022-ci il tarixdə eyni işə görə Şəki rayonu Turan qəsəbəsində yerləşən “AL market”də olan “Milliön” elektron ödəmə sistemindən istifadə edilməklə tanışı Ramil Mustafayeva məxsus “Rabitəbank”a aid debet kartına göndərilməsi üsulu ilə 600 manat olmaqla, ümumilikdə 10.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X35 hissəninə yanğın söndürən vəzifəsinə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq etibardan su istifadə edib xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, Asan Xidmət Mərkəzində olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə tanışı X3 məxsus “Azərtürkbank”a aid debet kartına göndərilməsi üsulu ilə ümumilikdə 5.550 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X35 hissəninə yanğın söndürən vəzifəsinə işə düzəlməsini təşkil edəcəyi barədə yalan vədlər verib aldadaraq etibardan su istifadə edib xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində yerləşən “Azpetrol” Yanacaqdoldurma məntəqəsində yerləşən “E-manat” müştəri xidmətləri terminalından istifadə edilməklə tanışı Şahid6 məxsus "xxxx"a aid bank kartına göndərilməsi üsulu ilə 6.000 manat, xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Turan qəsəbəsində yerləşən “AL market”də olan “Milliön” elektron ödəmə sistemi terminalından istifadə edilməklə tanışı Şahid6 məxsus "xxxx"a aid bank kartına göndərilməsi üsulu ilə 2.080 manat olmaqla, ümumilikdə 8.080 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Xəyal Qasımova xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs14 inandırıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs14 anasına və qayınatasına əlillik müavinatı, dayısı oğlu X2 vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı Astara rayonunun Miki kəndindəki evinin həyətində Təqsirləndirilən şəxs3 vasitəsilə 6000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazində avtovağzalın ərazisində Zərərçəkmiş şəxs14 tanışı olan şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə göndərdiyi 5000 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 tərəfindən Astara rayonu, Süyakü kəndində yerləşən “Əli Market”dəki "xxxx" MMC-nin ödəmə terminalı vasitəsilə 1000 manat pulun, xx.xx.2022-ci il tarixdə eyni ünvandan eyni işə görə ayrı-ayrı saatlarda 700 manat və 300 manat pulun, 2022-ci ilin iyul ayının ortalarında eyni ünvandan eyni işə görə istifadəsində olan kart hesabına 700 manat pulun köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs14 ümumilikdə 13.700 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yaxın qohumu Zərərçəkmiş şəxs4 inandırıb etibarından sui-istifadə etməklə 2-ci qrup əlillik müavinatını bərpa etdirmək adı ilə yalan vəd verib aldadaraq, Bakı şəhəri, Yasamal rayonu, metronun “Nizami” stansiyasının yaxınlığındaki “Boranı” restoranının qarşısında qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 2100 manat pulunu Zərərçəkmiş şəxs4 tapşırığına əsasən cinayətdən xəbəri olmayan qohumu Şahid2 almaqla, 20 dekabr 2021-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs4 300 manat pulunun Şahid2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən tanışının plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 7.500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 inandırıb etibarından sui-istifadə etməklə Sumqayıt şəhərində mənzil, “Azsamand” markalı nəqliyyat vasitəsi və 2-ci qrup əlillik müavinatı verdirəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı şəhəri Nərimanov rayonu “Şəki” restoranının yaxınlığında xx.xx.2021-ci il tarixdə 7000 manat, xx.xx.2021-ci il tarixdə eyni işə görə həmin ünvanda 3000 manat pulunu, xx.xx.2022-ci il tarixdə eyni işə görə 1000 manat pulun Zərərçəkmiş şəxs3 tapşırığına əsasən cinayətdən xəbəri olmayan dostu X42 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bravo” marketdəki ödəmə terminalından, həmin tarixdə 500 manat pulun eyni işə görə Zərərçəkmiş şəxs3 cinayətdən xəbəri olmayan dostu Şahid8 tərəfindən ünvan 3 ünvanda yerləşən “Lider” marketin içərisindəki ödəmə terminalından və xx.xx.2022-ci il tarixdə 500 manat pulun eyni işə görə Zərərçəkmiş şəxs3 özü tərəfindən Xaçmaz şəhəri, M.Axundov küçəsində yerləşən “Qayalı” marketdə yerləşən ödəmə terminalından qrup üzvü Təqsirləndirilən şəxs1 istifadəsində olan plastik kart hesabına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 12.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs14 inandırıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs14 anasına və qayınatasına əlillik müavinatı, dayısı oğlu X2 vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı Astara rayonunun Miki kəndindəki evinin həyətində 6000 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 tanışı olan şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə göndərdiyi 5000 manat pulu Bakı şəhəri Binəqədi rayonu ərazində avtovağzalın ərazisində qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsilə, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 tərəfindən Astara rayonu, Süyakü kəndində yerləşən “Əli Market”dəki "xxxx" MMC-nin ödəmə terminalı vasitəsilə 1000 manat pulun, xx.xx.2022-ci il tarixdə eyni ünvandan eyni işə görə ayrı-ayrı saatlarda 700 manat və 300 manat pulun, 2022-ci ilin iyul ayının ortalarında eyni ünvandan eyni işə görə Təqsirləndirilən şəxs1 istifadəsində olan kart hesabına 700 manat pulun köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs14 ümumilikdə 13.700 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X43 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 inandırıb etibarından sui-istifadə etməklə 44 günlük müharibədə iştirak edən oğlu Şahid10 adına Bakı şəhəri, Yasamal rayonu ərazisində Müdafiə Nazirliyi tərəfindən 3 otaqlı tam təmirli mənzil verdirəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Mexkolon qəsəbəsi adlanan fərdi yaşayış evinin həyətində sonuncunun xx.xx.2022-ci il tarixdə 5000 manat pulunu, 2022-ci ilin oktyabr ayının əvvəllərində eyni işə görə 2000 manat pulu, həmin tarixdə eyni işə görə 520 manat pulun qrup üzvü Mirzə Əliyevin istifadəsində olan plastik kart hesabına köçürülməsinə nail olmaqla, 2022-ci ilin oktyabr ayının ortalarında eyni işə görə Abşeron rayonu, Mexkolon qəsəbəsi adlanan fərdi yaşayış evinin həyətində 2500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10.020 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra o, təkrarən X43 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs15 inandırıb etibarından sui-istifadə etməklə oğlu Sənan Məmmədlinin adına Bakı şəhəri, Yasamal rayonu ərazisində Müdafiə Nazirliyi tərəfindən 3 otaqlı tam təmirli mənzil verdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mexkolon qəsəbəsi adlanan fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs15 qohumu cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs15 2000 manat pulunu, 2022-ci ilin oktyabr ayının sonlarında eyni işə görə Bakı şəhəri Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsində yerləşən “Mona Liza” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs1 vasitəsilə 8000 manat pulunu, xx.xx.2022-ci il tarixdə eyni işə görə 500 manat, xx.xx.2022-ci il tarixdə eyni işə görə 1000 manat pulun Zərərçəkmiş şəxs15 tərəfindən Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən ödəmə terminalından qrup üzvü Mirzə Əliyevin istifadəsində olan plastik kart hesabına köçülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs15 ümumilikdə 11.500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Rafael oğlu ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 2021-ci ilin əvvəllərindən tanıyır, onun vasitəsilə X32 tanımışdır. İşin mahiyyəti üzrə bildirir ki, o, Zərərçəkmiş şəxs7 pulunu ələ keçirmək məqsədilə onunla söhbət zamanı ona bildirmişdir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ona ev almağa kömək edə bilər. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs7 3000 manat pulu “Qobu Park” yaşayış kompleksində ona ev almaq məsələsini həll etmək üçün vermişdir. O, isə həmin pulu şəxsi ehtiyaclarına xərcələyib Zərərçəkmiş şəxs7 3000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 pulunu ələ keçirmək məqsədilə onunla söhbət zamanı bildirmişdir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ona ev almağa kömək edə bilər. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs8 3000 manat pulu “Qobu Park” yaşayış kompleksində ona ev almaq məsələsini həll etmək üçün ona vermişdir. O isə həmin pulu şəxsi ehtiyaclarına xərcələyib Zərərçəkmiş şəxs8 3000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs7 vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs9 pulunu ələ keçirmək məqsədi ilə onunla söhbət zamanı bildirmişdir ki, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində ev almağa ona kömək edə bilər. 10 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs9 3000 manat pulu “Qobu Park” yaşayış kompleksində ev almaq məsələsini həll etmək üçün ona vermişdir. O isə həmin pulu şəxsi ehtiyaclarına xərcələyib Zərərçəkmiş şəxs9 3000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2020-ci ildə o, tikinti işləri ilə məşğul olurmuş. 2020-ci ildə Amil onu Gülanə adlı evlərin makleri işi ilə məşqul olan şəxslə tanış etmişdir. O, tikinti işləri ilə məşğul olduğundan həqiqətən də özünü «Gilan Holding»in tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir ki, Gülanə ona tikinti işləri tapsın ki, həmin tikintiləri başa çatdırmaqla qazanc əldə etsin. O, Gülanə ilə tanış olan zaman ona bir nəfər şəxsin olmasını və həmin şəxsin yaşayış binalarının fasadlama işi ilə məşğul olduğunu bildirmişdir. Onun həmin zamanlar «Gilan Holding»də tender elan edilməsi barədə xəbəri olduğundan o, tenderdə udulmanı təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra 04 avqust 2020-ci il tarixdə onu Gülanə, Amil ilə birlikdə Yasamal rayonu ərazisində Zərərçəkmiş şəxs13 ilə görüşdürmüşlər və həmin şəxsə «Gilan Holding»də açılan tenderi udmağa köməklik göstərəcəyini bildirərək bu işə görə zəhmət haqqı kimi 10.000 manat pul lazım olmasını bildirmişdir. Zamiq onunla razılaşdıqdan sonra onlar Binəqədi rayonu «Azadlıq» metrosunun yanına gəlmiş və orada o, 10.000 manat pulu vəkil ofisində Zamiqdən almışdır. Lakin sonradan tender işi alınmamış və o, pulu xərclədiyindən Zamiqin pulunu qaytara bilməmişdir. Ona təqdim edilən tenderin qazanılması məqsədi ilə 10000 manat nağd pulun Zərərçəkmiş şəxs13 alınmasına dair əlyazma onun tərəfindən icra edilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 inandırıb etibarından sui-istifadə etməklə həbsdə olan həyat yoldaşı X31 həbsdən azad etdirəcəyi adı ilə aldadaraq 2021-ci ilin mart ayının əvvələrində Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə Zərərçəkmiş şəxs6 5000 manat pulunu, 2021-ci ilin mart ayının ortalarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi Kişvəri küçəsi 15 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs6 7000 manat pulunu, 2021-ci ilin mart ayının sonlarında Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yeni tikilmiş evdə 1000 manat pulunu, 2021-ci ilin mart ayının sonlarında Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında Nərminənin qaynı Şahid5 500 manat pul alıb Nərminənin ümumilikdə 13.500 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, 2021-ci ilin aprel ayında birlikdə üçü görüşən zaman tanışı Cavid Zərərçəkmiş şəxs5 adlı əslən Gəncə şəhərindən olan tanışının olmasını ona və Ceyhuna demiş, Elmarın həmin zaman hərbi xidmətdə olan Eldar adlı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini və əlində təxminən 8000-10.000 manat pulunun olmasını bildirmişdir. Təklif etmişdir ki, birlikdə onu aldadaraq, oğlunu işə düzəltmək adı ilə onun pulunu ələ keçirsinlər. O da həmin zaman pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Sonrakı zamanda planlaşdırdığı kimi Fövqəladə Hallar Nazirliyinin yanında 2021-ci ilin may ayının əvvəllərində Elmar, Eldar, Ceyhun və Cavidlə görüşmüşdür, Elmara adını “Anar” kimi təqdim etmişdir. Sonra isə onlar birlikdə “Qurd Qapısı” deyilən yerə getmişlər, orada restoranda çay içmişlər. Söhbət zamanı o, Elmara onun oğlunu FHN-nin Gəncə Regional İdarəsinə işə düzəltmək vədini vermişdir və ümumilikdə bu işin təxminən 10.000 manata başa gələcəyini demişdir, ilkin olaraq elə orada 6000 manat nəğd pulu Elmardan almışdır. Həmin zaman Ceyhunla Cavid də Elmarı və oğlunu tam inandırmışdır ki, bu iş alınacaq, Elmar da hər üçünə inanıb, ona pulu vermişdir. O, müxtəlif vəzifələrdə işləyən tanışlarının və geniş əlaqələrinin olmasını telefonla danışan zaman Elmara daima demişdir. Həmin restorandan çölə çıxmışdır, çöldə Cavidə 6.000 manat pulun 3000 manatını vermişdir, sonra yenidən restorana qayıtmdır, eləcə də Eldarın sənədlərinin surətini və şəklini işin düzəlməyi üçün almış, sonrakı zamanda cırıb tullamışdır. Sonrakı günlərdə Həşimov Cavidin kart hesabına xx.xx.2021 tarixində Elmar daha 1.000 manat pul göndərmişdir, sonra isə ona taksi vasitəsilə 1000 manat pul mayın ortalarında göndərmişdir, həmin pulu “Mercedes” markalı avtomobili ilə gedib Qara Qarayev metrosunun yaxınlığında almışdır. Ona taksi pulu gətirib verəndən sonra Cavidlə “Razin” deyilən yerdə görüşüb ona 500 manat pul vermişdir. 2021-ci ilin iyun ayının əvvəllərində isə Şahid3 FHN-nə əmrinin verilməsi üçün 1500 manat pulu Elmardan Çinarlı restoranının içində Elmarın qohumu Vahidin və Cavidin yanında almışdır, sonra isə Cavid oraya onlar gedəndən sonra qayıtmış, pulun hamısını Cavidə vermişdir. 9.500 manat puldan ona 3500 manat pul çatıbdır, 1500 manat pulu Ceyhuna Cavid verib, 4.500 manatını isə Cavid ələ keçiribdir, bu işin planını birlikdə qurmuşlar. Hər üçü Eldarla atası Elmarı inandırmışlar. Son dəfə pulu Çinarlı restoranının içində almışlar. O, cinayəti Cavidlə və Ceyhunla əlbir olub törətmişlər. Pulları vahid niyyətlə almışlar, pulları öz xeyrinə xərcləmişlər, əvvəldən təxmini 10.000 manat pul müqabilində Eldarı işə düzəldə biləcəyini israrla Zərərçəkmiş şəxs5 demişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 2-ci qrup əlillik müavinatını bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Yasamal rayonu, metronun Nizami stansiyasının yaxınlığındakı “Boranı” restoranın qarşısında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 5100 manat pulunu qohumu Şahid2 almışdır. xx.xx.2021-ci il tarixdə eyni işə görə metronun Nizami stansiyasının yaxınlığındakı “Boranı” restoranın qarşısında Zərərçəkmiş şəxs4 2100 manat pulunu Şahid2 almışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 verdiyi 300 manat pulu Şahid2 adı yadında qalmayan tanışının plastik kart hesabına ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Beləliklə o, Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat pulunu 2ci qrup əlillik müavinatını bərpa etdirəcəyi adı ilə ələ keçirmişdir. Ələ keçirdiyi Zərərçəkmiş şəxs4 7500 manat pulunun 3750 manatını Təqsirləndirilən şəxs3 vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs3 vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs3 dövlət tərəfindən ömürlük 2-ci qrup əlillik müavinatı, Sumqayıt şəhərindən 2 otaqlı tam təmirli mənzil və təzə vəziyyətdə olan “Az Samand” markalı avtomobilin verilməsi məsələsini həll edəcəyini bildirib bu işin həlli üçün ondan 12.000 manat pul istəmişdir. Yaşar Novrzulu onunla razılaşmışdır. Yaşar Novrzulu xx.xx.2021 tarixdə 7.000 manat pulu ona Nərimanov rayonu, Şəki restoranının yaxınlığında vermişdir. xx.xx.2021 tarixdə o, yenidən Zərərçəkmiş şəxs3 ilə Nərimanov rayonu, Şəki restoranının yaxınlığında görüşüb eyni işə görə ondan 3.000 manat pulu almışdır. 21 yanvar 2022 tarixdə onun tanışı Mustafayev Ramilin adına olan kart hesabına Yaşarın dostu X42 1000 manat, daha sonra həmin gün Yaşarın dostu Şahid8 Ramil Mustafayevin həmin kart hesabına 500 manat pul göndərmişdir. 22 yanvar 2022-ci il tarixdə həmin kart hesabına Yaşar daha 500 manat pul göndərmişdir. Yaşar ümumilikdə ona 12.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs3 aldığı 12.000 manat puldan Təqsirləndirilən şəxs3 də vermişdir. Sonradan o, həmin puldan Yaşara 6000 manat qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qarşı da dələduzluq etmişdir. Belə ki, o, Ramil Mustafayevlə 2021-ci ilin dekabr ayında ad günündə təsadüfən tanış olmuş, tanış olduqdan sonra dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin fevral ayında isə Ramilin vasitəsi ilə Şahid6ı tanımış, Nicata görə də o, Zərərçəkmiş şəxs2 tanımışdır. O, Nicata demişdir ki, əlillik almaq istəyən və ya işə düzəlmək istəyən olsa ona xəbər etsin, Fövqəladə Hallar Nazirliyinə işə adam düzəltməyə imkanı vardır, həmçinin Əhalinin Sosial Müdafiə Nazirliyində də tanışı vardır, onun gətirdiyi adamdan alınan puldan ona hörmət edəcəkdir. 2022-ci ilin yanvar ayının sonlarında Nicat ona yaxınlaşıb bildirmişdir ki, uzaq qohumu Zərərçəkmiş şəxs2 Hərbi xidmət dövründə xəstəlik keçirmişdir və həmin xəstəliyə görə 2013-cü ildə hərbi xidmətdən təxris olunmuş, 2014-cü ilin iyun ayında həmin xəsləliyi ilə əlaqədar 2-ci qrup əlilliyə çıxmışdır, o, dövrdən əlillik müavinatı alırmış, 2021-ci ilin iyun ayında əlilliyinə görə verilən müavinatını kəsmişlər, Kamal əlilliyinin bərpa olunması ilə bağlı lazımı müayinələrdən keçsə də, müsbət nəticə olmamışdır, əlilliyini bərpa etdirmək istəyir. O, Nicata demişdir ki, 3000 manat pulun müqabilində Kamalın əlilliyini bərpa etdirə bilər. xx.xx.2022-ci il tarixdə metronun Elmər stansiyasının yaxınlığında o, Kamal ilə görüşmüş, Kamal ona 2500 manat pulu verib demişdir ki, 500 manat pulu da qısa müddət ərzində Nicatın vasitəsilə ona çatdıracaqdır. O, 2500 manat pulu Kamaldan alıb ona demişdir ki, narahat olmasın, onun əlilliyini bərpa etdirəcəkdir. xx.xx.2025-ci il tarixdə isə Nicat ona 500 manat pul verib demişdir ki, Kamal yerdə qalan 500 manat pulu göndərmişdir. Lakin onun Kamalın əlilliyini bərpa etdirmək niyyəti olmamış, ondan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 o, tək olaraq aldatmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs12 qarşı da dələduzluq etmişdir. Belə ki, Ramil Mustafayevi 2021-ci ilin dekabr ayında ad günündə təsadüfən tanış olmuşdur. Tanış olduqdan sonra münasibətləri yaranıb, daha sonra dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin fevral ayında isə Ramilin vasitəsi ilə Şahid6ı tanımışdır. Nicata görə də o, Zərərçəkmiş şəxs12 tanımışdır. O, Nicata demişdir ki, işə düzəlmək üçün ona adam gətirsin, onun gətirdiyi adamdan alınan puldan ona hörmət edəcəyək. 2022-ci ilin fevral ayında Nicat ona yaxınlaşıb bildirmişdi ki, Məmmədov X25 Hallar Nazirliyinə işə düzəlmək istəyir, əlində 10.000 manat pulu vardır. O, Nicata demişdir ki, Zərərçəkmiş şəxs12 Fövqəladə Hallar Nazirliyinin Mingəçevir X35 hissəninə yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik edəcək. O, Ramilin adına olan iki ədəd bank kartlarının şəkillərini Nicatın telefonuna göndərib demişdir ki, pulları həmin kart hesabına göndərsin, qəbzin şəklini ona göndərsin. Bir neçə gündən sonra 2022-ci ilin fevral ayının sonlarında Ruslanın kartına pullar köçürülmüşdür. Bundan sonra Ramil banka gedib qayıdıb ona demişdir ki, 9400 manat karta pul vurulub, həmin pulun 6000 manatını o, götürmüşdür, 3400 manat Ramildə qalmışdır. Daha sonra həmin pulan 1000 manat Nicata vermişdir. O, pulu götürdükdən sonra qeyd etdiyi FHN-də işləyən tanışının yanına gedib adını həmin vaxt bildiyi Zərərçəkmiş şəxs12 Mingəçevir şəhərində yerləşən Yanğından mühafizə xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. Lakin həmin şəxs bildirmişdir ki, kardr qəbulu dayandırılıb, heç cür mümkün deyildir. Buna görə də o, Zərərçəkmiş şəxs12 işə düzəlmək məsələsini həll edə bilməmişdir. Ancaq pula ehtiyacı olduğu, Əzimdən alınmış pulları xərclədiyi üçün onun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs12 o, tək olaraq aldatmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs11 qarşı da dələduzluq etmişdir. Belə ki, 2022-ci ilin fevral ayının sonlarında Nicat Zərərçəkmiş şəxs11 sənədlərini gətirib ona vermişdir ki, həmin şəxs də Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir. O, Nicata demişdir ki, 5500 manata X46 Nazirliyinin Mingəçevir X35 hissəninə yanğın söndürən vəzifəsinə düzəltməyinə vəd vermişdir. Nicat xx.xx.2022-ci il tarixdə ona yaxınlaşıb ona 4100 manat pul aldığını bildirib həmin puldan 2500 manat ona vermişdir, qalan 1600 manatı isə götürüb demişdir ki, xəstəsi var, müalicəsinə pul lazımdır. Beləliklə o, Zərərçəkmiş şəxs11 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldığı pulları xərcləmişdir, Aslanı işə düzədə bilməmişdir. Zərərçəkmiş şəxs11 o, tək olaraq aldatmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs10 qarşı da dələduzluq etmişdir. Belə ki, 2022-ci ilin mart ayının sonlarında Nicat Zərərçəkmiş şəxs10 sənədlərini gətirib ona vermişdir ki, həmin şəxs də Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir. O, Nicata demişdir ki, 8100 manata bu işi həll edər. O, Ramilin adına olan iki ədəd bank kartlarının şəkillərini Nicatın telefonuna göndərib demişdir ki, pulları həmin kart hesabına göndərsin, qəbzin şəklini ona göndərsin. xx.xx.2022-ci il tarixdə Ramil gətirib ona 5000 manat pul vermiş, yerdə qalan 3000 manat puldan Ramil və Nicatın nə qədər götürdüklərini bilmir. Beləliklə o, Zərərçəkmiş şəxs10 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldığı pulları xərcləmişdir, Xəyalı işə düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs10 o, tək olaraq aldatmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs14 qarşı tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs14 inandırıb ona bildirmişdir ki, onun Anar adlı tanışı var, Anar, yəni o, Zərərçəkmiş şəxs14 anasına və qayınatasına əlillik müavinatı, dayısı oğlu X2 vəzifəsinə işə düzəldə bilər. Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs3 xahiş etmişdir ki, anasına və qayınatasına əlillik müavinatı düzəltmək, dayısı oğlu X2 vəzifəsinə işə düzəltmək ilə bağlı ondan xahiş etsin. Beləliklə Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı Astara rayonunun Miki kəndindəki evinin həyətində Zərərçəkmiş şəxs14 6000 manat almışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 tanıdığı taksi sürücüsü ilə 5000 manat pulu ona çatdırmaq üçün göndərmişdir, o, Binəqədi rayonu ərazində yerləşən avtovağzalın ərazisində Zərərçəkmiş şəxs14 tanışı olan taksi sürücüsü ilə görüşüb 5000 manat pulu sürücüdən almışdır. Daha sonra o, Zərərçəkmiş şəxs14la telefon vasitəsilə danışıb ona kart şəklini göndərmişdir. Zərərçəkmiş şəxs14 ona göndərdiyi kart hesabına xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda 700 manat və 300 manat, 2022-ci ilin iyul ayının ortalarında 700 manat pulu göndərmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs14 13.700 manat pul alınmış, onların niyyətləri sahilə kömək etmək deyil, pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs14 alınmış pulların çox hissəsi Təqsirləndirilən şəxs3 çatmışdır. Sonda Təqsirləndirilən şəxs1 Rafael oğlu törətdiyi cinayət əməllərindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2021-ci ildən tanıyır, Ruslanı tanışı Miri vasitəsilə tanımışdır. Şahid2 baldızının qızı Könülün həyat yoldaşıdır, Babəkin yeznəsi Zərərçəkmiş şəxs4dir, Beyləqan rayonunda yaşayır, həmçinin X36 rayonundan 2-3 ildir ki, tanıyır, Zərərçəkmiş şəxs3 qaynatasıdır. Babək onunla görüşəndə Zərərçəkmiş şəxs4 2-ci qrup əlillik müavinatı düzəldən şəxslə yəni Təqsirləndirilən şəxs1 adlı şəxslə iş görməsini demiş, bundan sonra iki dəfə Ruslanı Babəkin yanında 2021-ci ilin sonlarında yəni Zərərçəkmiş şəxs4 Babəkə göndərdiyi dəqiq sayını bilmədiyi xeyli miqdarda manat pulu, 28 noyabr 2021-ci il tarixdə Namiqin göndərdiyi sayını bilmədiyi pulları isə 05 dekabr 2021 tarixdə onun yanında Ruslana vermişdir. Təqsirləndirilən şəxs1 Namiqin mobil telefon nömrəsini o özü vermişdir. Belə ki, 2021-ci ilin yay aylarından onun əlillik müavinatını bərpa etdirmək istədiyini bilmiş, dəfələrlə onunla görüşmüş, ona görə də əlində onun xeyli pul olmasını bildiyindən tamahı çəkib bu barədə Ruslana demişdir ki, o, zəng edib Namiqi aldatsın və pulları birlikdə bölüb xərcləsinlər. Ruslanla iki dəfə Babəkin yanında görüşərkən özünü elə aparmışdır ki, guya Ruslanı tanımır. 05 dekabr 2021-ci il tarixdə Babəkdən ayrılandan sonra təklikdə Ruslanla görüşmüş ondan 3500 manat pul almışdır, Yaşarı aldadandan sonra isə Ruslan ona 6000 manat pulu vermişdir. Yaşarı da tanışı Şahbazov Cəbrayılın kürəkəni kimi tanımış, o, hərbçi olduğundan əlillik müavinatı və ev ala bilmədiyindən əlində xeyli miqdarda pul olmasından xəbər tutduğundan dərhal onun nömrəsini Ruslana vermiş, Ruslan isə nazirlik əməkdaşı olmasını deyib Yaşarı aldadıb, 12000 manat pulunu ələ keçirib, buna görə ona 6000 manat pul vermişdir. O, Ruslanla əlbir olub Zərərçəkmiş şəxs3 12000 manat və Zərərçəkmiş şəxs4 7500 manat pullarını ələ keçirmiş, hər iki şəxsə yalan vəd verib onları aldatmışlar, başqa heç kim onlarla əlbir olmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə əlbir olub Zərərçəkmiş şəxs14 qarşı dələduzluq edib 13.700 manat pulunu ələ keçirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs14 sosial şəbəkə vasitəsilə tanımış, 2021-ci ilin əvvəllərindən tanışdırlar, Sahil Astara rayonu, Miki kəndində yaşayır, təbii bal satışıyla məşğuldur. Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışı Zərərçəkmiş şəxs14 hissə-hissə olmaqla ümumilikdə 13700 manat pulunu son dəfə 2022-ci ilin iyul ayının ortalarında Astara rayonu, Siyakü kəndində yerləşən “Əli” marketdə yerləşən "xxxx" MMC məxsus ödəmə terminalından tanışlarının bank kartına köçürmə yolu ilə ələ keçirmişlər. Zərərçəkmiş şəxs14 onun anası X5 və Zərərçəkmiş şəxs14 qaynatası X6 əlillik müavinatı düzəltmək adı ilə, eləcə də, Zərərçəkmiş şəxs14 dayısı oğlu X2 vəzifəsinə işə düzəltmək barədə yalan vəd vermişlər. Ruslanı onlara Anar adlı şəxs kimi təqdim etmiş, eləcə də, özünü daima Mirqabil kimi ona deyib aldatmış, Zərərçəkmiş şəxs14 xeyli miqdarda yəni, 13.700 manat ziyan vurmuşlar. Bundan başqa qeyd edir ki, bir dəfə səhvən ona çaşıb öz adını doğru demiş, onun ad familyasının yadında qalıb qalmadığını bilmir, ilkin olaraq 6000 manat pulu Astara rayonu Miki kəndində Ruslanla ələ keçirsələr də, qalan 5000 manatını Əhliman adlı şəxs Binəqədi rayonu ərazisində Ruslana vermiş, yerdə qalan pulları kart vasitəsilə köçürmə yoluyla ələ keçirib pulları bölüb Ruslanla xərcləmişlər. Bundan başqa o, X43 ilə əlbir olub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs15 aldadıb pullarını ələ keçirmişdir. Belə ki, Müqabil onun əvvəlki evinin yaxınlığında yaşayır, bir neçə ildir ki, onu və ailəsini, qardaşlarını tanıyır, onun vasitəsilə qaynı Sehrimanı və oğlu Sənanı tanımışdır. 2022-ci ilin əvvəllərində Müqabillə görüşən zaman onun oğlu Ərşad hərbi xidməti başa vurub evə qayıtmışdır. O, evlərində olarkən ona və oğluna demişdir ki, bir neçə nəfərə Füzuli rayonuna qayıdana kimi, yəni dövlət tərəfindən yenidənqurma işləri bitənə kimi ev verilibdir, onlar həmin evdə yaşayırlar. Ərşad vətən müharibəsi iştirakçısı olduğundan ona ev verilməsi mümkündür. Onlar da buna sevinmişlər. Sonrakı aylarda Mirzəylə görüşüb bu barədə ona da demiş, birlikdə onu aldatmaqla pul əldə etmək planını qurmuşlar. 2022-ci ilin sentyabr ayında Müqabilin ***- ***-**-** nömrəsinə zəng edən adını polkovnik Samir Məmmədov kimi təqdim edən Mirzə onun yanında telefonla Müqabildən Ərşad barədə soruşmuş, Müdafiə Nazirliyinin əməkdaşı olmasını, köməklik edəcəyini, mənzil verilə biləcəyini, bir-iki günə onunla görüşəcəyini demişdir. Sonrakı gün ona bu barədə Müqabil demiş və o özü, Müqabil eləcə də, oğlu Ərşad Nərimanov rayonu, “Mona Liza” restoranında X43 ilə görüşmüşlər, həmçinin Mirzənin yanında tanımadığı 25-28 yaşlı cavan oğlan da olmuşdur. Mirzə oğlanı bacısı oğlu olmasını, sürücüsü işləməsini demişdir. Həmin zaman o, Müqabilə və oğluna guya Mirzəni tanımadığını bildirmişdir. Söhbət zamanı X56 rayonu ərazisində 3 otaqlı, təmirli, MİDA-ya məxsus evlərdə oğlu Ərşada ev verilə biləcəyini, bu evin Ərşadın adına sənədləşdiriləcəyini, istəsə hər an sata biləcəyini demiş, bunun üçün 10 000 manat pul verilməli olmasını, 2022-ci ilin oktyabr ayının ortalarınadək evlərin paylanacağını, həmin vaxta qədər pulları verməli olmağını demişdir. Sonrakı zamanda o özü də Müqabili arxayın etmişdir ki, bu iş alınacaq, həmin adam düzgün danışır, onunla guya ayrılıqda görüşmüşdür. İlkin olaraq xx.xx.2022-ci il tarixində Müqabil evində oğlu Ərşadın yanında ona 5000 manat pulu vermiş, o, həmin gün Müqabil ilə birlikdə pulu aparıb “Mona Liza” Restoranında Müqabilin yanında Mirzəyə vermişdir. Orada olarkən Sehriman və onun oğlu Sənan barədə Müqabil ona və Mirzəyə demiş, onun da ev almaq istəməsini bildirmişdir. Sehrimanla Mirzə mobil telefon vasitəsilə danışmış, sonrakı günlərdə oktyabrın əvvəllərində Müqabil Mirzəyə verilməsi üçün evində ona 2000 manat pul vermiş, sonra 520 manat pulu bir neçə gün sonra kodunu unutduğu karta Mirzəyə pul göndərmiş, sonrakı gün isə oktyabrın ortalarında evində 2500 manat pulu ona vermişdir ki, aparıb Mirzəyə versin. X19 göndərdiyi 2000 manat, daha sonra 8000 manat pulu ona vermiş, o da həmin pulları Mirzəyə vermişdir. Sonrakı gün isə Sehriman 1000 manat pulu, 500 manat pulu bank kartına göndərmişdir. Sehrimanın oğlu Sənana da Yasamal rayonu ərazisində 3 otaqlı təmirli ev vermək vədini onunla Mirzə vəd vermiş, pulları yarıya bölüb Mirzəylə xərcləmişlər. Mirzə və o özü Müqabilin 10.020 manat pulunu, Sehrimanın isə 11.500 manat pulunu ələ keçirmişdir. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərindən səmimi peşmançılıq çəkməsini bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onunla qonşuluqda yaşamış, daha sonra oradan köçmüşdür. Zərərçəkmiş şəxs15 onun həyat yoldaşı - Sahilənin qardaşıdır, Məmmədli Sənan isə Sehrimanın oğludur, Sənan da vətən müharibəsi iştirakçısıdır. 2022ci ilin əvvəllərində oğlu hərbi xidməti baş vurub evə qayıtmış, təxminən 2022-ci ilin fevral ayında Üzeyir onun evində olarkən ona və oğluna demişdir ki, bir neçə nəfərə Füzuli rayonuna qayıdana kimi, yəni dövlət tərəfindən yenidənqurma işləri bitənə kimi ev verilibdir, onlar həmin evdə yaşayırlar. O da hazırki evində kirayədə qaldığından, oğlu vətən müharibəsi iştirakçısı olduğundan Üzeyirə ona ev verilməsi barədə nə edə biləcəyini soruşmuş, o isə maraqlanacağını demişdir. Sonrakı günlərdə Üzeyir gəlib onun oğlunun adından ağ vərəqdə “Qaçqınlarla iş idarəsinə ev verilməsi” barədə müraciət ərizəsi yazmış, oğlu oraya imza atmış, sonra o, məktubu aparıb poçtla yollamışdır. Sonrakı zamanda Üzeyir məktubun cavabının gəlib-gəlmədiyini ondan soruşmuşdur. 2022-ci ilin sentyabr ayında onun mobil nömrəsinə zəng edən adını polkovnik Samir Məmmədov kimi təqdim edən şəxs oğlunu ondan soruşmuş, Müdafiə Nazirliyinin əməkdaşı olmasını demiş, köməklik edəcəyini, mənzil verilə biləcəyini, bir-iki günə onunla görüşəcəyini demişdir. Sonrakı gün Üzeyirə bu barədə demiş və o Üzeyir, eləcə də oğlu Nərimanov rayonu, “Mona Liza” restoranında əsl adı X43 olan Beyləqan rayonunda olan şəxslə görüşmüş, həmçinin onun adını bilmədiyi sürücüsü olan 25-28 yaşlı cavan oğlan da varmış. Mirzə oğlanı bacısı oğlu olmasını, sürücüsü işləməsini demişdir. Həmin zaman Üzeyir guya Mirzəni tanımadığını bildirmişdir. Söhbət zamanı həmin şəxs Yasamal rayonu ərazisində 3 otaqlı, təmirli, MİDA-ya məxsus evlərdə oğlu Ərşada ev verilə biləcəyini, bu evin Ərşadın adına sənədləşdiriləcəyini, istəsə hər an sata biləcəyini, bunun üçün 10.000 manat pul verilməli olmasını demişdir. Eləcə də, qeyd etmişdir ki, 2022-ci ilin 15 oktyabr ayının ortalarınadək evlərin paylanacağını, ona qədər pulları verməli olmağını demişdir. Sonra evə getmiş, evdə olarkən Üzeyirlə evində görüşmüş, Üzeyirə 5000 manat pulunun olmasını demişdir, Üzeyir də onunla danışmış, razılıq almışdır ki, ilkin olaraq 5000 manat pul versin, qalanını isə yaxın zamanda ödəsin. Üzeyir də onu arxayın etmişdir ki, bu iş alınacaq, həmin adam düzgün danışır, onunla guya o, ayrılıqda görüşmüşdür. İlkin olaraq 2022-ci ilin 01 oktyabr tarixində evində oğlu Ərşadın yanında Üzeyirə 5000 manat pulu vermiş, o isə sonra onunla həmin gün pulu aparıb X4 yanında vermişdir. Orada olarkən Sehriman, onun oğlu Sənan barədə Üzeyirlə Mirzəyə demiş, onun da ev almaq istəməsini bildirmişdir. Sehrimanla Mirzə mobil telefon vasitəsilə sonrakı günlərdə oktyabrın əvvəllərində 2000 manat pulu Mirzəyə verilməsi üçün evində Üzeyirə 2000 manat pul vermiş, sonra 520 manat pulu bir neçə gün sonra kodunu unutduğu karta Mirzəyə pul yollamış, sonrakı gün isə oktyabrın ortalarında evində 2500 manat pulu Üzeyirə vermişdir ki, aparıb Mirzəyə versin. Həmçinin Sehrimanın ona yolladığı müvafiq olaraq 2000, 8000 maant pulu Üzeyirlə aparıb əlbə-əl sayaraq Mirzəyə vermişlər. Sonrakı gün isə Sehriman 1000 manat pulu və 500 manat pulu bank kartına köçürülmüşdür. Sehrimanın oğlu Sənana da Yasamal rayonu ərazisində 3 otaqlı təmirli ev vermək vədini Mirzəylə Üzeyir vəd vermişlər. Onun 10.020 manat pulunu, Sehrimanın isə 11.500 manat pulunu Üzeyirlə Mirzə ələ keçirmişdir. O, Üzeyirə şikayət edəcəyini dedikdə, Üzeyir 2022-ci ilin dekabr ayında ona 500 manat pul qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs1 çıxış edərək, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hərbi xidmət dövründə xəstəlik keçirmişdir və həmin xəstəliyə görə 2013-cü ildə hərbi xidmətdən təxris olunmuşdur. 2014-cü ilin iyun ayında həmin xəstəliyi ilə əlaqədar 2-ci qrup əlilliyə çıxmışdır. O, dövrdən əlillik müavinatı alırmış. 2021ci ilin iyun ayında əlilliyinə görə verilən müavinatını kəsmişlər. Əlilliyinin bərpa olunması ilə bağlı lazımı müayinələrdən keçmişdir. Lakin müsbət nəticə olmamışdır. Həmçinin bildirir ki, rəhmətlik qardaşı Ramal Şəki rayonu, Çayqaraqoyunlu kəndində yaşayan Şahid6 kirvəsidir. Bundan başqa da onun Nicatla münasibəti vardır, onu 15 ildir ki, tanıyır. 2022-ci ilin yanvar ayının əvvəllərində Nicatla söhbət zamanı ona demişdir ki, onun qardaşının da əlilliyi kəsilib. O, ondan qardaşının əlilliyinin bərpa olunmasına kim köməklik etdiyini soruşanda, Nicat demişdir ki, Təqsirləndirilən şəxs1 adlı tanışı var, Ruslan onun qardaşının pensiyasının bərpa olunmasına köməklik etmişdir. O, Nicata demişdir ki, Ruslan onunda əliliyini bərpa etdirə bilərmi, Nicat da demişdir ki, Ruslan çox işlər görmüş, onun da əlilliyinin bərpa olunmasına köməklik edər. Həmçinin Nicat ona demişdir ki, Ruslan hardasa yüksək vəzifədə işləyir. Söhbət zamanı Nicat ona ***-***-**-** mobil telefon nömrəsini verib dedi ki, bu nömrəyə zəng edib danışsın. O da həmin nömrəyə zəng edəndə həmin şəxs ona adının Ramil Mustafayev olduğunu və Ruslan müəllimin sürücüsü olduğunu bildirmişdir. O Ramilə problemini bildirmiş, Ramil də ona Ruslan müəllimlə danışıb deyəcəyini bildirmişdir. Bundan sonra Ramil ona zəng edib demişdir ki, “sənin əlilliyinin bərpa olunması və daimi olması üçün 5.500 manat pul lazımdır”. O, Ramilə demişdir ki, o qədər pulu yoxdur. Sonra o, təkrar Ruslan müəllimlə danışıb ona demişdir ki, “4000 manat düzüb-qoşmaq olar, 3000 manat əvvəl verəcəksən, 1000 manatı isə əlilliyin bərpa olunandan sonra verəcəksən”. O da razılaşmışdır, ancaq onun 2500 manat pulu var imiş. Bu barədə Ramilə demiş, o da demişdir ki, “pulu və sənədləri götür, gəl Bakı şəhərinə”. O da tibbi sənədlərinin surətlərini və 2500 manat pulu götürüb Bakı şəhərinə getmişdir. 28 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o həmin zaman Bakıda işləyən Şahid6la görüşmüş, Nicat onu və anası Zəmanətin doğma qardaşı, yəni onun dayısı Şahid1 Elmlər Metrostansiyasının yaxınlığına aparmışdır. Həmin vaxt orada qara rəngli “Bentli” markalı **-JJ-*** dövlət nömrə nişanlı avtomaşın dayanmış, sükan arxasında oturmuş şəxs ona yaxınlaşıb görüşərək Ramil Mustafayev olduğunu bildirmişdir. Sonra arxada oturmuş şəxsi göstərib, Ruslan müəllim olduğunu demişdir. Ramil dediyi üçün o avtomaşının arxa oturacağında oturub sənədləri Ruslana vermişdir. Ruslan sənədlərə baxıb bildirmişdir ki, “narahatçılıq yoxdur, mən sənin işini düzüb qoşacam”. Həmçinin Ruslan ona demişdir ki, “Ramil səni başa salıb ki, bu iş təxminən 2 aya düzələcək”. O da təsdiqləyib deyib ki, Ramil ona demişdir ki, iki aya düzələcək. Razılaşandan sonra o, avtomaşında Ruslana əlbəəl 2500 manat pulu dayısının və Nicatla Ramilin şahidliyi ilə vermişdir. Ruslana qalan 500 manatı da bir müddətdən sonra verəcəyini demişdir. Ruslan da onunla razılaşmışdır. Bundan sonra onlardan ayrılaraq çıxıb getmişlər. Ayrılan zaman Nicat ona demişdir ki, 500 manatı onun yerinə verəcək, sonra ona qaytarar. Ayrılandan təxminən 4-5 gün sonra Ramil ona zəng edib 500 manat pulu nə vaxt göndərəcəyini soruşmuş, o da Ramilə demişdir ki, Nicat özü onun yerinə pulu verəcək. Bundan təxminən 2-3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə o, Şəki şəhəri, Turan qəsəbəsində yerləşən mağazada qoyulmuş Milliön vasitəsi ilə Nicatın kartına 250 manat pul göndərmişdir. Bundan sonra Nicat ona zəng edib demişdir ki, “Ramilin yanındayam, sənin göndərdiyin 250 manatın üstünə 250 manatda qoyub Ramilə verdim”. Ramil də telefonu götürüb ona demişdir ki, 500 manatı götürmüşdür. Bundan təxminən 10 gün sonra o, Nicatın kartına 250 manat pul göndərmişdir. Daha sonra 2 ay gözləmiş, xəbər çıxmamışdır. Bundan sonra 08 aprel 2022-ci il tarixdə Nicat onun telefonuna səs göndərmişdir. Səs Ruslanın səsi imiş, deyirmiş ki, “aprelin 25-nə sənədlər hazır olacaq gəlib götürsün”. Bundan sonra Ruslandan səs çıxmamışdır. 2022-ci ilin may ayında artıq məlum olmuşdur ki, Ruslan nəinki onu, ondan başqa bir çox adamları aldadıb pullarını ələ keçirmişdir. Nicat özü də demişdir ki, Ruslan onu da işə düzəldəcəyi barədə söz verib aldadaraq 4500 manat pulunu almışdır. Həmin şəxslər şikayət etmişdilər. O isə şikayət etməmiş, gözləmişdir ki, bəlkə Ruslan ortaya çıxıb pulları qaytarar. Qaytarmasa, polis tutandan sonra şikayət edər. Buna görə xx.xx.2022 tarixdə gedib şikayət ərizəsi yazmışdır. O, 2500 manat pulu Ruslana verəndə yanında Ramil, Ruslan, Nicat və dayısı Şahid1 olmuş, onlar pulun verilməsini görmüşlər. 250 manat pulu da, o, 2022-ci ilin fevral ayının 8-də Turan qəsəbəsində yerləşən mağazada qoyulmuş Milliön vasitəsi ilə Nicatın kartına göndərmişdir. Sonda Zərərçəkmiş şəxs2 çıxış edərək ona vurulmuş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayınadək hərbçi işləmiş, rütbəsi gizir olub, noyabr ayında isə səhhətində yaranmış problemlərə görə, yəni 2-ci Qarabağ döyüşlərində aldığı yaralara görə təxris edilmiş, hazırda isə əlillik müavinatı alacaqdır. 03 dekabr 2021 tarixində əvvəllər tanımadığı, ortaq tanışı olmayan Təqsirləndirilən şəxs1 adlı şəxs onun mobil nömrəsinə zəng edərək, özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi kimi təqdim etmiş, ona 2-ci qrup əlilliyin düşməsini, həmçinin ona ev və avtomobil də verilə biləcəyini, onu önə çəkə biləcəyini bildirmişdir. Sonrakı zamanda onunla görüşəndə ümumilikdə 12000 manat pul versə də, ona tez bir zamanda ömürlük 2-ci qrup əlillik müavinatı, Sumqayıt şəhərindən 2 otaqlı tam təmirli mənzil və təzə vəziyyətdə olan “Az Samand” markalı avtomobilin dövlət tərəfindən verilə biləcəyini qeyd etmiş, o da sevinərək onunla razılaşmış, 21 fevral 2022 tarixində işlərin tamamlanacağı vədini vermişdir. O da ilkin olaraq xx.xx.2021 tarixində 7000 manat pulu ona əlbəəl Nərimanov rayonu, Şəki restoranının yaxınlığında, xx.xx.2021 tarixində daha 3000 manat pulu yenə həmin yerdə təklikdə Təqsirləndirilən şəxs1 vermişdir. 21 yanvar 2022 tarixində Ruslanın xahişi ilə Mustafayev Ramilin adına olan pul kartına dostu X42 1000 manat pulu Nəsimi rayonu, Bravo marketdən göndərmişdir. 21 yanvar 2022 tarixində isə dostu Şahid8 axşam radələrində onun xahişi ilə həmin pul kartına ünvan 3 ünvanda yerləşən “Lider” marketin içərisində yerləşən “E manat” aparatından daha 500 manat pul köçürtmüşdür. Nəhayət, 22 yanvar 2022 tarixində Xaçmaz şəhəri, M.Axundov küçəsində yerləşən “Qayalı” marketdə yerləşən ödəmə terminalından Ruslanın həmin pul kartına daha 500 manat pul köçürtmüşdür. Ümumilikdə 12000 manat pul Təqsirləndirilən şəxs1 çatmışdır. Sonrakı zamanda ona cəmi 1000 manat pul geri qaytarmış, verdiyi vədə əməl etməyərək onu aldatmışdır. O, pulu dostu X22 pul kartına 09 fevral 2022 tarixində yollamışdır. Çünki pulu dostu ona borc əvəzi verdiyindən ona qaytarası olacaqmış. Sonrakı zamanda onu aldatdığını görərək polisə müraciət etmişdir. Hazırda ona dəyən ziyan 11.000 manatdır. Sonda Zərərçəkmiş şəxs3 çıxış edərək ona vurulmuş ziyanın qismən ödənildiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2-ci qrup əlildir, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, yaralanmışdır, onun əlillik müavinatı kəsilibdir, ona görə də təqaüd hazırda almır, buna görə də müxtəlif yerlərə müraciət etmiş, lakin müsbət cavab almamışdır. 2021-ci ilin noyabr ayının sonlarında ona məxsus mobil nömrəsinə əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 zəng edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olmasını bildirmiş və onun təqaüddən kəsildiyini, ona kömək edə biləcəyini söyləmiş, o da sevinib Ruslanla danışmışdır. Sonrakı gün Bakıya gəlmiş həyat yoldaşı X11 qardaşı Şahid2 ilə də görüşmüş, ona bu hadisə barədə demiş, birlikdə Ruslanla Nizami metro stansiyasının yanında görüşmüşdür. Ruslan bir daha bu işdə ona kömək edə biləcəyini, lakin bunun üçün 7000-8000 manat pul lazım olmasını demişdir. O da razılaşaraq Ruslana pulları Babək vasitəsilə göndərəciyini demişdir. O, nazirliyin işçisi olmasını demiş, həmçinin 1-ci qrup əlillik də ona düzəldə biləcəyini qeyd etmiş, lakin o istəməyərək ondan xahiş etmişdir ki, 2-ci qrup əlillik müavinatını bərpa etdirsin. Sonrakı gün o, Babəkə 5100 manat pul yollamış və Şahid2 Nizami metrosunun yaxınlığında Boranı restoranının yanında Babəkin həyat yoldaşının xalası Cəmilənin həyat yoldaşı Təqsirləndirilən şəxs3 yanında Təqsirləndirilən şəxs1 5100 manat pulu Babək vermişdir. 05 dekabr 2021-ci il tarixində Babəkə 2100 manat pul yollamış və o, yenə Üzeyirin yanında Ruslana xx.xx.2021 tarixdə həmin 2100 manat pulu vermişdir. Ruslan ilə əlaqə zamanı o, pulların çatmasını narahat olmamağı dönə-dönə qeyd edib onu arxayın etmişdir, eləcə də, Babəki də inandırmışdır. Son dəfə isə onun 300 manat pulunu Babək vasitəsilə xx.xx.2021-ci il tarixdə Ruslanın tanışının bank kartına Sabunçu rayonu ərazisində Babək köçürtmüşdür. Ruslan ümumilikdə 7500 manat pulunu ələ keçirmişdir. Həmin gün Ruslan demişdir ki, xx.xx.2022-ci il tarixdə onun əlillik müavinatı bərpa ediləcəkdir. Yanvar ayının ortalarında onunla əlaqə zamanı fevralın ortalarında bu işin alıncağını vəd vermişdir. Lakin sonra onun mobil telefon nömrəsinə zəng çatmadığından məcbur olub, polisə müraciət etmişdir. Ona dəyən ziyan 7500 manatdır. Sonda Zərərçəkmiş şəxs4 çıxış edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlu və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan qismən ödənildiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı X44 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan barəsində məhkəmənin qərarı ilə həsb qətimkan tədbiri seçilmiş və ibtidai istintaqı tamamlanaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həyat yoldaşı tutulduqdan sonra onun yaxın dostu Vüqar Cəfərov yaşadığı evə gələrək ərinin həbsdən azad ediləcəyinin mümkün olduğunu və bu işə görə polis əməkdaşı olan Təqsirləndirilən şəxs1 20000 (iyirmi min) manat pul istədiyini bildirmişdir. O isə həmin pulu düzəldə bilməyəcəyini bildirmiş və 18000 (on səkkiz min) manatı çətinliklə düzəldə biləcəyini bildirmişdir. Özünə məxsus olan avtoyuma məntəqəsini tələsik olaraq 10000 (on min) manata satmış və həmin pulun üzərinə 3500 (üç min beş yüz) manat pul əlavə edərək ümumilikdə 13500 (on üç min beş yüz) manat pulu 2021-ci ilin mart ayının əvvəllərində Ramidə Ruslan adlı şəxsə verməyi üçün vermişdir. Ramid isə həmin pulu hissə-hissə olaraq Ruslan adlı şəxsə verdiyini ona bildirmişdir. Bundan sonra Ruslan adlı şəxsin istifadəsində olan mobil telefona zəng çatmamış və o bir müddətdən sonra aldadıldığını başa düşərək polisə müraciət etmişdir. O, pulu Ramidə vermişdir. Ramid də pulu hissə-hissə olaraq ərinin həbsdən azad edilməsi üçün Təqsirləndirilən şəxs1 vermiş, lakin Təqsirləndirilən şəxs1 vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra o, bir müddət gözləmiş, bir müddət keçdikdən sonra zəng vuraraq işin nə yerdə olmasını maraqlanmaq istəmiş, lakin telefona zəng çatmamışdır. Həyat yoldaşı Amid həbs olunandan sonra onun dostu Vüqar Cəfərovun vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 Vüqarın yaşadığı Nəsimi rayonu, M.Qaşqay küçəsi yeni tikilidəki evində qaynı Şahid5 2021-ci ilin mart ayının əvvəllərində əvvəlcə 5000 manat, sonrakı günlərdə, yəni martın ortalarında Ramid ünvan 5 ünvanının yaxınlığında əlbəəl 7000 manat, ondan bir-iki gün sonra Nəsimi rayonu Mirəli Qaşqay küçəsi yeni tikilinin qarşısında Anarın yanında daha 1000 manat Ruslana pul verilib. Sonrakı günlərdə isə daha 500 manat pulu Ramid Nizami rayon məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs1 əlbəəl həyat yoldaşı Amid Talıbovu həbsdən azad etdirmək adı ilə vermişdir. Ruslan ümumilikdə 13500 manat pulunu ələ keçirmişdir. Hazırda ona 4400 manat pul qaytarmış, 9100 manat pul verməlidir. Sonda Zərərçəkmiş şəxs6 çıxış edərək ona vurulmuş ziyanın qismən ödənildiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Rafael oğlunu 2020ci ilin fevral ayında xalasıoğlu Elvinin vasitəsi ilə tanımışdır. Həmin vaxtı xalası oğlu Elvin özünə sosial ev almaq istəyirmiş. O və xalasıoğlu Elvin bu məqsədlə xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs1la Xırdalan şəhəri ərazisində Heydər Əliyev prospektində yerləşən Oba marketin qarşısında görüşmüşdür. Ruslan onlara məcburi köçkünlər üçün inşa edilən “Qobu Park” yaşayış kompleksində 5000 manat pul müqabilində mənzil almağa kömək edəcəyini bildirmişdir. Bunun üçün hər birinin 3000 manat pul verməli olduğunu bildirmişdir. Qalıq qalan 2000 manat pulu isə guya mənzili onlara təhvil verən zaman alacaqmış. Onlar Ruslanla razılaşmışlar. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs1la yenidən Xırdalan şəhəri ərazisində Heydər Əliyev prospektində Oba marketin qarşısında görüşmüş və Təqsirləndirilən şəxs1 avtomobilinin içərisində Təqsirləndirilən şəxs1 hər ikisi “Qobu Park” yaşayış kompleksində ev almaq üçün 3000 manat pul vermişdir. Ruslan həmin mənzilləri onlara 1 ay müddətində təhvil verəcəyini bildirmişdir. Bundan sonra Ruslan telefonları söndürərək edilən zənglərə cavab verməmiş, onlar aldadıldıqlarını başa düşmüşdür. Sonda Zərərçəkmiş şəxs7 çıxış edərək ona vurulmuş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Rafael oğlunu 2020ci ilin yanvar ayında tanımışdır. Həmin vaxtı o özünə sosial ev almaq istəyirmiş. O və xalası oğlu Comərd bu məqsədlə xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs1la Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Heydər Əliyev prospektində yerləşən Oba marketin qarşısında görüşmüşdür. Ruslan ona məcburi köçkünlər üçün inşa edilən “Qobu Park” Yaşayış kompleksində 5000 manat pul müqabilində mənzil almağa kömək edəcəyini bildirmişdir. Bunun üçün hər birinin 3000 manat pul verməli olduğunu bildirmişdir. Qalıq qalan 2000 manat pulu isə guya mənzili ona təhvil verən zaman alacaqmış. Onlar Ruslanla razılaşmışlar. Bundan sonra həmin günü Ruslanla yenidən Xırdalan şəhəri ərazisində Heydər Əliyev prospektində Oba marketin qarşısında görüşmüş və Ruslanın avtomobilinin içərisində Təqsirləndirilən şəxs1 hər ikisi “Qobu Park” yaşayış kompleksində ev almaq üçün 3000 manat pul vermişdir. Ruslan həmin mənzilləri onlara 1 ay müddətində təhvil verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 telefonları söndürərək edilən zənglərə cavab verməmişdir. Onlar aldandıqlarını başa düşmüşdür. Başa düşmüşlər ki, Təqsirləndirilən şəxs1 onları “Qobu Park” yaşayış kompkesində ev almaqda kömək edəcəyi ilə onları aldadaraq hər birinin 3000 manat pulunu ələ keçirmişdir. Əslində onun ev almaqda kömək etmək üçün heç bir imkanı yoxdur. Onun məqsədi sadəcə olaraq onların pulunu ələ keçirməkdən ibarət olmuşdur. Sonda Zərərçəkmiş şəxs8 çıxış edərək ona vurulmuş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Birinci Qarabağ müharibəsində yaralanaraq qazi olmuşdur. 2020-ci ilin iyun ayının 10-da tanışı Məmmədov X26 rayonu, Qobu qəsəbəsində yerləşən məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün nəzərdə tutulmuş binada ona ev alacağı adı ilə onu aldadaraq Xırdalan şəhəri, Oba marketin yanında 3000 manat pulunu almışdır. Bundan sonra ona dəfələrlə zəng vursa da, ona siyahıda 70-ci adam olduğunu və onun mənzillə təmin olunacağını bildirərək bir neçə ay onu aldatmışdır. Sonradan Ruslan artıq telefonlara edilən zənglərinə cavab vermək əvəzinə telefonları söndürmüş, həmin vaxtı onun yanında heç kim olmamışdır. O Təqsirləndirilən şəxs1 3000 manat pul vermişdir. Sonda Zərərçəkmiş şəxs9 çıxış edərək Təqsirləndirilən şəxs1 Rafael oğlu tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyini və şikayətçi olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Çayqaraqoyunlu kənd sakini Şahid6 tanıyır, onun həmkəndlisidir. Nicat əvvəllər Bakı şəhərində müxtəlif şəxslərin bağ sahələrində bağban kimi işləmişdir. 2022-ci ilin fevral ayından kəndin mərkəzi hissəsində söhbət gəzmiş ki, Nicatın Milli Məclisdə tanışı var. Həmin şəxslərin vasitəsilə Nicat kənddə olan şəxslərdən 1-2 nəfəri Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə xidmətində yanğınsöndürən kimi işə düzüb-qoşasıdır. O da bunu eşitdiyi üçün Nicatın mobil nömrəsinə zəng vurub əlaqəsi saxlamışdır. Nicatla söhbət zamanı demişdir ki, “eşidib ki, Milli Məclisdə tanışın var. Onun vasitəsilə kənddə 1-2 nəfəri Mingəçevir şəhər Yanğından Mühafizə xidmətinə işə düzüb-qoşmusan. Mən də Şəki rayonunda Yanğından Mühafizə xidmətində işə düzəlmək istəyirəm”. Nicat ona telefonda demişdir ki, “müəllimin özü ilə danışmışam, işə düzəlmək üçün 8.000 (min) manat pul lazımdır”. O, Nicata demişdir ki, “baxaram, görüm düzüb qoşa bilirəmmi”. Bundan sonra 11 mart 2022-ci il tarixində Whatsapp proqramı vasitəsi ilə Nicata hərbi biletini və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini göndərmişdir. 14 mart 2022-ci il tarixində o, Nicata Whatsapp proqramı vasitəsi ilə yazıb bir xəbər çıxmadığını soruşmuşdur. Nicat isə ona səs göndərib demişdir ki, “səbirli ol, başqa uşaqlar var, bu uşaqlar girsin, sonra sənin işini götürüm. Elə şey var ki, əvvəlcə həll olunmalı, ondan sonra digər iş həll olunmalıdır. Mən sənə indi birbaşa desəm ki, gətir pulu ver, sabah sən mənim yaxamdan yapışacaqsan ki, sən dedin gətir, noldu, heç nə yoxdur axı ortada. Dedi ki, işə girmək istəyənlər etapları keçib işə yerləşsinlər, sonra sənə deyəcəm”. 4 aprel 2022-ci il tarixində Whatsapp proqramı ilə Nicat ona yazaraq pulu tapa bildiyini soruşmuşdur. O da hələ pulu olmadığını demişdir. Həmin gün axşam Nicat ona səs göndərmişdir. O, xx.xx.2022-ci il tarixdə səhər Nicatın göndərdiyi səsə qulaq asmışdır, demişdir ki, “xx.xx.2022-ci il tarixdə müəllim orada işini həllə etməlidir, onun əlində 13 minlik iş var, onu kənara qoymuşdur, sənin işinin üstünə düşmüşdür. Sən mənə konrket denən ki, pulu düzüb-qoşa bilirsənmi? Əks halda həmin şəxs səndən qabağa keçəcək.” O, pul tapa bilmədiyi üçün ona yazmışdır ki, “sən kimin istəyirsən, işini gör, mən hələki pul tapa bilmirəm”. Bundan sonra həmin gün Nicat telefonda ona ad və soyadını, həmçinin daimi olaraq istifadə etdiyi mobil nömrəsini ona göndərməsini demişdir. O da istifadə etdiyi ***-***-**-** mobil nömrəsini, həmçinin ad və soyadını yazıb Nicata Whatsapp proqramına göndərmişdir. Həmin vaxt Nicatın bunu nə məqsədlə soruşmasını tam olaraq bilməmişdir. Ancaq fikirləşmişdir ki, yəqin onunla əlaqə saxlanılması üçün istəyir. Bundan sonra o pul tapmaq və Nicata vermək məqsədilə 05 aprel 2022-ci il tarixində onun, ata və anasının adına olan, Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 3,5 hektar əkin təyinatlı torpaq sahəsini maklerin vasitəsilə 7140 manata satmışdır. Torpağı alan adam əvvəlcə atasına 5500 manat pulu vermişdir. O həmin günü Bakıda olmuşdur. Bunun sabahısı günü o qayıdaraq atasından 5500 manat pulu götürmüşdür. Atasıgil də bilirdilər ki, o, işə düzəlmək istəyir, ona görə də ona təcili pul lazımdır. Bu səbəbdən də pulu ona vermişlər. O, aprel ayının 6-da ata və anasıyla taksi ilə Oğuz rayonunun hazırda adını xatırlamadığı kəndinə getmiş, torpağı alan adamdan pulun qalan 1640 manatını da götürmüşdür. Bundan sonra qalan 860 manat pul isə atasında işlədiyi üçün var idi. Ona görə də 8000 manat pul düzəltmişdir. O, işini dəqiqləşdirmək üçün Nicatdan onun işini düzəldən Ruslan adlı şəxsin istifadə etdiyi mobil telefon nömrəsini götürmüş, 07 aprel 2022-ci il tarixində zəng edib Ruslanla danışmışdır. Ruslan telefonda ona demişdir ki, “narahat olma, sənin işini mən düzüb-qoşacam, sənə deyilən 8000 manat pulu sənə göndərəcəyim karta yükləyərsən”. Həmin şəxs Ruslanın istifadə etdiyi telefonun Whatsapp proqramından onun telefonuna Şahid6 “Kapital Banka” məxsus kartının fotoşəklini ona göndərmişdir. O da bundan sonra taksi ilə Yevlax rayonu Xanabad kəndinə gedib orada olan “Azpetrol” yanacaqdoldurma məntəqəsində olan e-Manat ödəmə terminalından saat 16:23 radələrində Şahid6 “Kapital Banka” məxsus bank kartına əvvəlcə 5000 manat, saat 16:28 radələrində isə 1000 (bir min) manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 kimi bildiyi şəxslə telefonla danışıb ona pulu göndərdiyini demişdir. Ruslan qabaqcadan ona demişdir ki, “göndərdiyin pulların qəbzinin şəkillərini mənə göndər”. O da həmin 6000 manat pulun qəbzinin şəklini çəkib Ruslana göndərmişdir. Bundan sonra qayıdıb evə gəlmişdir. Sabahısı günü, yəni 08 aprel 2022-ci il tarixində o, Şəki şəhərinə gələrək Asan Xidmətdən məhkumluğunun olmaması barədə arayış, Şəki RMX-na gələrək qan və sidik analizləri verib nəticəsini götürmüşdür. Həmçinin Şəki rayon Psixiatriya Xəstəxanasına müraciət edib psixiatrik qeydiyyatda olmamağı barədə arayış almışdır. Bundan sonra evinə qayıtmışdır. Həmin gün saat 12:29 radələrində isə o, Şəki rayonu, Turan qəsəbəsində olan “Al Marketin” içərisində yerləşdirilmiş “Million” elektron ödəmə terminalından Şahid6 “Kapital Banka” məxsus bank kartına 2080 (iki min səksən) manat pulu göndərmişdir. Ruslan əvvəlcədən ona demişdir ki, əlavə 80 manat da göndərsin, həmin 80 manatı bank tutur. Belə olduqda o, sonuncu dəfə 2080 manat pul göndərmişdir. Yenə də əvvəlkilər kimi qəbzin fotoşəklini çəkib Ruslana məxsus mobil nömrəsinin Whatsapp proqramına göndərmişdir. Ruslan da ona çatdığını yazmışdır. Ruslan ondan sənədlərinin tam hazır olub-olmadığını soruşmuşdur. O da demişdir ki, nümayəndəlikdən arayış və xasiyyətnamə almamışdır. Sadəcə onlar qalıb. Bundan sonra xx.xx.2022-ci il tarixində o günortadan sonra Turan qəsəbə İcra nümayəndəliyindən özü barəsində yaşayış, ailə tərkibi barədə arayışlar və xasiyyətnamə almışdır. Ruslan adlı şəxslə Whatsapp proqramına yazışanda Ruslan demişdir ki, aprel ayının 11-də görüşsünlər. Bundan sonra o, 09 aprel 2022-ci il tarixində həmkəndliləri- Əzim, Aslan və Rəvanla telefonla danışmışdır. Onlar da bu işləri ilə bağlı Bakı şəhərinə, FHN-nin tibbi komissiyasına getməli idilər. O da onlarla gedəcəyini bildirmişdir. Belə olmuşdur ki, xx.xx.2022-ci il tarixində onlar avtobusla saat təxminən 12 radələrində Şəki rayonundan çıxmış, Bakı şəhərinə getmişdirlər. Ayın 10-da hərə öz Bakı şəhərində olan qohumlarıgildə qalmışdır. Sabahısı günü, yəni 11 aprel 2022-ci il tarixində dördü zəngləşib saat 11:30 radələrində FHN-nin Biləcəri qəsəbəsində yerləşən tibbi komissiyanın keçirildiyi yerə gəlmişdir. Dördü, yəni Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və X45 qeyd etdiyi yerdə görüşdükdən sonra həmkəndliləri X33 və Şərifin oğlu Pərvin də oraya gəlmişdir. Onlar da işə düzəlmək istəyirmişlər. Bildiyinə görə də, onlar da Nicata FHN-də işə düzəlmək üçün müxtəlif məbləğlərdə pullar vermişdilər. Görüşdükdən təxminən 15-20 dəqiqə sonra Nicat da tibbi komissiyanın keçirildiyi yerin qarşısına gəlmişdir. Nicatı görəndə görüşmüş, tibbi komissiyasına girmək istəsələr də, onları içəri buraxmamışdırlar. Nicat da demişdir ki, “müəllim gəlməlidir, onu gözləyək, o bizi içəri salacaq”. Lakin saat 13 olsa da, Nicatın “müəllim” kimi onlara təqdim etdiyi və adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdiyi şəxs komissiyaya gəlməmişdir. Onlar Nicata bu işin axırının nə olduğu, “müəllim” dediyi Təqsirləndirilən şəxs1 adlı şəxsin də gəlmədiyini demişdirlər. Onları da binaya buraxılmamışdırlar. Ondan sonra Nicat, həmçinin onlar Təqsirləndirilən şəxs1 kimi bildikləri şəxsin istifadəsində olan mobil nömrəsinə zəng etsələr də, ona zəng çatsa da, telefonu götürməmişdir. Onlar Nicatla bir az mübahisə etmiş, bu şeylərə onun səbəb olduğunu dedikdən sonra ayrılıb hərə öz qaldığı evə getmişdir. Sabahısı, yəni xx.xx.2022ci il tarixində səhər radələrində onlar, yəni dünən toplaşan 7 nəfər yenə həmin yerdə, yəni FHN-nin Biləcəri qəsəbəsində yerləşən tibbi komissiyasının keçirildiyi yerin qarşısında toplaşmışdırlar. Nicatla daha bir nəfər də əlavə şəxs gəlmişdir. Nicat həmin şəxsi onlara təqdim etmişdir. Təxminən 30-35 yaş arası, dolu bədənli olan şəxsi təqdim edib bunun Ramil Mustafayev olduğunu demişdir. O da eşitmişdir ki, Ramil guya Ruslanın sürücüsüdür. Onlar saat təxminən 13:30 radələrinə kimi orada gözləmişdir, lakin yenə də Ruslan oraya gəlməmişdir. Həmin vaxt oradan maraqlanmış, heç bir tibbi komisiya olmayacağnı bilmişlər. Sonra bundan əsəbiləşmiş və elə oradan da əvvəlcə o, bundan sonra isə Aslan, Əzim, Rəvan, Azər və Pərvin DİN-in 102 xidmətinə Nicat adlı həmkəndlisi vasitəsilə tanıdığı “Təqsirləndirilən şəxs1” adlı şəxsin onların etibarından sui-istifadə edərək aldadıb işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pulları ələ keçirdiyini bildirmişdirlər. O həmin günü də avtobusla Şəki rayonu, Çayqaraqoyunlu kəndinə qayıtmışdır. Sonda Zərərçəkmiş şəxs10 çıxış edərək ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Şahid6 tanıyır. Onun həmkəndlisidir. Nicat əvvəllər Bakı şəhərində müxtəlif şəxslərin bağ sahələrində bağban kimi işləmişdir. 2022-ci ilin fevral ayının əvvəllərindən yaşadığı kənddə söhbət gəzirmiş ki, Nicatın Milli Məclisdə tanışı var, həmin şəxslərin vasitəsilə Nicat kənddə olan şəxslərdən 1-2 nəfəri Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətində yanğınsöndürən kimi işə düzüb-qoşasıdır. O, 2022-ci ilin fevral ayının əvvəllərində Çayqaraqoyunlu kəndində qoyun növbəsində olarkən həmkəndlisi Şahid6 qardaşı Məhyəddin də qoyun otarırdı. O, Məhyəddindən qardaşı Nicatın harda olduğunu soruşmuşdur. O isə demişdir ki, Nicat Bakıdadır, Ruslan adlı şəxsin bağında işləyir. Məhyəddin ona niyə işləmədiyini soruşmuşdur. O isə işləməyə yer olmadığını demişdir. Həmin vaxt Məhyəddin qardaşı Nicatla həmkəndlisi X52 Nazirliyinin Mingəçevir şəhərində olan Yanğınsöndürmə Məntəqəsində yanğınsöndürən kimi işləyəcəklərini demişdir. O, Məhyəddindən işlərin kimə düzüb-qoşduğunu soruşmuşdur. Məhyəddin də Nicatın Bakı şəhərində bağında işlədiyi şəxsin rəisi Nicatın və Azərin işini düzüb-qoşacağını demişdir. Həmçinin Azərin də Nicatın vasitəsilə işə girmək istədiyini bildirmişdir. O da Nicatın mobil nömrəsi əvvəlcədən onun telefonunun yaddaşında olduğu üçün o həmin axşam, yəni Məhyəddini gördüyü günün axşamı Nicatın mobil nömrəsinə zəng etmişdir. Ona zəng edərək bunun nə məsələ olduğunu, Nicat və Azəri FHN-yə işə düzəltdiyinin doğru olubolmadığını soruşmuşdur. Nicat da bu məsələnin doğru olduğunu, işlərini Bakı şəhərində olan bağında işlədiyi Təqsirləndirilən şəxs1 adlı şəxs düzüb-qoşduğunu, onu isə Ruslan müəllim Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində olan Yanğınsöndürmə Məntəqəsində yanğınsöndürən kimi işə düzüb-qoşacağını demişdir. Ondan elə birinci danışıqda həkim komissiyasından keçməsini soruşmuşdur. Nicat da təsdiqləmişdir. Hətta Nicat demişdir, ki, 2022-ci ilin mart ayının 5-də o işə çıxacaq, ancaq işi alınsa, ayın 15-də işə çıxacaq. Nicat ondan əvvəl sənədlərini vermişdir, ancaq o sonradan bilmişdir ki, Nicat həkim komissiyasından da keçməmişdir. Sadəcə olaraq bu məsələdə onu aldatmışdır. O da bundan sonra telefonla və vhatshapp-la Nicatla əlaqə saxlayarkən Nicata demişdir ki, o, FHN-də işə düzəlmək istəyir. Dedi ki, “harada işə düzəlmək istəyirsən?”. O da demişdir ki, “elə sizin yanınızda işə düzəlmək istəyirəm”. Nicat həmin vaxt sənədlərinin-attestat, hərbi bilet, şəxsiyyət vəsiqəsi, vardısa, fəxri fərmanının şəklini vatsapda çəkib göndərməyini demişdir. O da bundan sonra xx.xx.2022-ci il tarixində attestatının, hərbi biletinin, şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkərək Nicatın vatsapına göndərmişdir. Həmin vaxt Nicat ona demişdir ki, “mən bunları Ruslan müəllimə göndərim, həftənin 2-ci günü, yəni ayın 16-da sənə bir söz deyərəm, amma sənədlərdə problem olsa, Ruslan müəllim işə yaxın durmayacaq”. O da sənədlərində heç bir problemin olmadığını demişdir. Bundan sonra Nicat 3x4 ölçüdə 4 ədəd fotoşəkil istəmiş, o da göndərmişdir. Sonra isə bu işin qiymətinin neçə olacağını, pulu əvvəlcədən, yoxsa sonradan istəyəcəyini soruşmuşdur. Nicat Ruslan müəllimin 10000 manat pul istədiyini, ancaq pulu iş düzübqoşulmamışdan verəcəyini demişdir. Sonra o Nicatdan özünün necə etdiyini soruşmuş, iş alınmasa, pulun qaytaracağını soruşmuşdur. O da özünün də pulu əvvəlcədən verdiyini, müəllimin kimin işi alınmasa, pulunu qaytaracağını demişdir. O da Nicata inanmış, bundan sonra pulu necə göndərəcəyini soruşmuşdur. O da kartın şəklini göndərəcəyini demiş və xx.xx.2022-ci il tarixdə Ramil Mustafayev adlı şəxsə məxsus “AzərTürkbanka” aid kartın fotoşəklini göndərmişdir. O da bundan sonra xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Turan qəsəbəsi “AL market”in içərisində olan Millön elektron ödəmə sistemindən saat 13:23-də 50 ədəd yüzlük pul əskinazları ilə 5000 (beş min) manat pulu Ramil Mustafayev adlı şəxsin kartına göndərmişdir. Həmin vaxt pulu göndərərkən atası Xanlar Məmmədov da yanında imiş. O, Ramil Mustafayevin kartına atasının yanında pulu göndərərkən videoçəkiliş də aparmışdır. Pulu göndərdikdən sonra qəbzi də özü ilə götürmüşdür, qəbzin fotoşəklini çəkib Nicatın vatsapına göndərmişdir. Demişdir ki, 5000 manatı onun göndərdiyi Ramil Mustafayev adlı şəxsin kartına göndərmişdir. Bundan sonra elə həmin günü Nicat qalan 5000 manatı nə vaxt göndərə biləcəyini soruşmuşdur. O isə demişdir ki, mart ayının 15-nə kimi qalan 5000 manat pulu da göndərəcək. 2022-ci ilin fevral ayının 19da Nicat ona vatsapda yazıb demişdir ki, Ruslan müəllim demişdir ki, qalan 5000 manatı da göndərsin. Sonra ona “Ruslan müəllim” kimi təqdim etdiyi şəxsin ona göndərdiyi səsyazmanı və Ruslan müəllim kimi təqdim etdiyi şəxsin mobil nömrəsini ona göndərmişdir. Demişdir ki, “nə sözün varsa, özün danış, de”. Ruslan müəllim kimi kontaktlara qeyd edilmiş şəxs səsyazmada bildirirdi ki, pulu birinci günə çatdırmaq lazımdır. O da bundan Ruslan müəllim kimi bildiyi şəxsə demişdir ki, pulu birinci günə çatdıra bilməyəcək. Ruslan müəllim və Nicat adlı şəxs isə həmin gün və bazar günü ona daimi olaraq yazırdılar və səs atırdılar. Ruslan müəllim ona səs atanda deyirmiş ki, pulu tez göndərin ki, o içərinin haqq-hesabını çatdırsın. Təkidlə ondan pul tələb edirmiş. O da ona görə də xx.xx.2022-ci il tarixdə özünə məxsus olan 1 baş iribuynuzlu, 10 baş isə qoyunlu-quzunu xırdabuynuzlu heyvanları Şəki Mərkəzi Bazarına çıxarıb həmin heyvanları ümumilikdə 3750 manata satmışdır. Həmin günü axşam babası rəhmətə getmişdir. xx.xx.2022-ci il tarixdə o Şəki rayonu, Turan qəsəbəsinə gələndə AL marketin içərisində olan Milliön elektron ödəmə sistemi terminalının işləmədiyini görmüşdür. Ona görə də yol avtobusu ilə həmin vaxt Yevlax rayonu, Xaldan qəsəbəsinə getmişdir. Həmin vaxt saat 18:11 radələrində o, Yevlax rayonu, Xaldan qəsəbəsində olan marketdən yüzlük və əlli manatlıq pul əskinazları ilə 1800 manat pulu Mustafayev Ramil adlı şəxsin Rabitə Banka aid debet kartına göndərmişdir. Həmin vaxt videoçəkiliş də aparmış və qəbzin fotoşəklini də çəkmişdir. Qəbzi özündə saxlamışdır. Qəbzin fotoşəklini Ruslanın vatsapına və Nicatın işlətdiyi mobil nömrənin vatsapına göndərmişdir. Bundan sonrakı günlərdə də Nicat və Ruslan adlı şəxslər ondan işlə bağlı veriləcək pulu tələb etmişlər. O da belə olub, xx.xx.2022-ci il tarixində saat 16 radələrində Şəki rayonu, Turan qəsəbəsi AL marketin içərisində olan Milliön elektron ödəmə sistemindən 20 ədəd yüzlük pul əskinazlarını, yəni 2000 manat pulu Təqsirləndirilən şəxs1 mesajla ona göndərdiyi Rəbitəbanka aid karta göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ondan işə düzəlməyi ilə əlaqədar pulu təkidlə tələb etdiyi üçün və üstündə də həmin vaxt pul olmadığı üçün o dostu, həmkəndlisi, Zəngilan rayonunda hərbi xidmətdə olan X23 zəng edib demişdir ki, işilə bağlı ona 600 manat borc pul göndərsin. O da demişdir ki, əlində nağd pul yoxdur. Kartında nağd pul var. Kartın kodunu ona atmağını demişdir. O da Təqsirləndirilən şəxs1 göndərdiyi, X10 aid kartının nömrəsini vatsapda öz nömrəsindən Rahimin istifadəsində olan mobil nömrəsinə göndərmişdir. Bundan sonra Rahim həmin karta 600 manat pulu saat təxminən 19:08-də göndərmişdir. Həmin qəbzin fotoşəklini Rahim çəkib ona göndərmişdir. Bundan təxminən 40 dəqiqə sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 19:48 radələrində o, Şəki rayonu Turan qəsəbəsi AL marketə gəlmiş və sonuncu dəfə orada olan Milliön elektron ödəmə sistemindən 6 ədəd yüzlük pul əskinazlarını, yəni 600 manat pulu Təqsirləndirilən şəxs1 mesajla ona göndərdiyi Rəbitəbanka aid, Ramil Mustafayaevin kart hesabına göndərmişdir. Qəbzi özündə saxlamış və fotoşəklini Nicat və Ruslana vatsapda-da göndərmişdir. Bununla bağlı videoçəkiliş etməmişdir. Bundan sonrakı vaxtlarda o, Ruslan və Nicatla, son vaxtlar isə Ramillə vatsapda danışmışdır. Hər dəfəsində də Ruslan adlı şəxs deyirmiş ki, sizin işiniz alınacaq, narahat olmayın. Hətta Ruslan mart ayının 11-də onu, Azəri və Nicatı Biləcəri qəsəbəsində olan FHN-nin Tibbi Komissiyasının qarşısına çağırmışdır. Həmin vaxt əvvəlcə Ruslan həmin yerə gəlib çıxmamışdır. Sonra demişdir ki, Gənclikdə olan “Salam Baku” restoranına gəlsinlər. O da Azər və Nicatla həmin restorana getmişdir. Orada özünü Ruslan kimi təqdim edən şəxslə görüşmüşdür. Ruslan təxminən 35-40 yaşlarında, kök, təxminən 1,75 sm boylarında, qısa saçlı, sarışın bir şəxs idi. Həmin vaxt o, Ruslanla görüşüb işi ilə maraqlanmışdır. Qeyd etmişdir ki, Azər də həmin vaxt Ruslana işi ilə bağlı 4000 manat pul vermişdi. Ancaq Nicatın işə düzəlməsi ilə bağlı Ruslana pul verib-verməməsini o bilməmişdir, çünki bu barədə məlumatı yox idi. O Ruslanla söhbət zamanı ondan soruşmuşdur ki, pulu da vermişlər, bu işin axırı nə oldu? Ruslan adlı şəxs isə narahat olmamalarını, mart ayının 19-na işin yekunlaşacağı və düzələcəyini, ancaq elə-belə, xırda adamlarla iş görmədiyini, Kəmaləddin müəllimin bacısı oğlu Fuad müəllim vasitəsilə işləri yoluna qoyduğunu demişdir. O da belə bir şəxsi tanımadığını bildirmişdir. Bundan sonra Ruslan onu inandırdığı üçün Şəkiyə qayıdıb ayın 19-nu gözləməyə başlamışdır. Ayın 18-də o, Nicatla və Ruslanla əlaqə saxlayıb demişdir ki, “ayın 19-da Bakıdayam, gəlimmi? Bu iş yerindədirmi, nə isə dəyişiklik varmı?” Nicat və Ruslan adlı şəxslər isə ona Fuad müəllimin Covid-19 virusuna yoluxduğunu və gəlməməyini bildirmişdirlər. Bundan sonra Novruz bayramı düşmüş və baş qarışmışdır. Bundan sonra o, Nicatla danışanda demişdir ki, məsələsi aprel ayının 11-nə qalmışdır. Demişdir ki, aprel ayının 11-də komissiyadan keçib əmrini alıb işə çıxacaq. O da bundan sonrakı vaxtlarda onlarla çox danışmamışdır. 2022-ci ilin aprel ayının 10-da həmkəndlisi Xəyal, Aslan və Rəvanla telefonla danışmışdır. Onlar da bu məsələlərlə bağlı Bakı şəhərinə, FHN-nin tibbi komissiyasına getməli imişlər. xx.xx.2022-ci il tarixdə dördü avtobusla saat təxminən 12 radələrində Şəki rayonundan çıxmış, Bakı şəhərinə getmişdir. Ayın 10-da hərə öz Bakı şəhərində olan qohumlarında qalmışdır. Sabahısı günü, yəni 11 aprel 2022-ci il tarixdə dördü zəngləşib saat 11:30 radələrində Biləcəri qəsəbəsində yerləşən tibbi komissiyanın keçirildiyi yerə gəlmişdir. Dördü, yəni o, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və X45 qeyd etdiyi yerdə görüşdükdən sonra həmkəndlisi X33 və Şərifin oğlu Pərvin də oraya gəlmişdir. Onlar da işə düzəlmək istəyirmişlər. Bildiyinə görə də onlar da, Nicatın vasitəsilə FHN-də işə düzəlmək üçün müxtəlif məbləğlərdə pullar vermişdilər. Onlar görüşdükdən təxminən 15-20 dəqiqə sonra Nicat da gəlmişdir. Onlar tibbi komissiyaya girmək istəsələr də, içəri buraxmamışlar. Nicat da demişdir ki, “müəllim gəlməlidir, onu gözləyək, o bizi içəri salacaq”. Lakin saat 13 olsa da, Nicatın “müəllim” kimi bizə təqdim etdiyi və adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdiyi şəxs komissiyaya gəlməmişdir. O, Nicata demişdir ki, “bu işin axırı nə oldu, “müəllim” dediyin Ruslan adlı şəxs də gəlmədi. Bizi də binaya buraxmadılar”. Ondan sonra Nicat, həmçinin o, Ruslanın mobil nömrəsinə zəng etsələr də, ona zəng çatsa da, telefonu götürməmişdir. O, Nicatla bir az mübahisə edib, bu şeylərə onun səbəb olduğunu dedikdən sonra ayrılıb, hərə öz qaldığı evə getmişdir. Sabahısı, yəni xx.xx.2022-ci il tarixdə səhər radələrində onlar, yəni dünən toplaşan 7 nəfər yenə həmin yerdə, yəni Biləcəri qəsəbəsində yerləşən tibbi komissiyasının keçirildiyi yerin qarşısında toplaşmışdır. Nicatla daha 2 nəfər də əlavə şəxslər də gəlmişdi. O, Nicatla gələn şəxslərdən birini, yəni Ramil Mustafayevi xx.xx.2022ci il tarixdə tanımışdır. Onun mobil nömrəsini də bilirmiş. Nicat Ramili ona Ruslan müəllimin sürücüsü kimi təqdim etmişdi. Hətta Nicat özünün Ramillə və Ruslanın bir yerdə, bir məclisdə olan fotoşəkillərini də ona göndərmişdi. Bu səbəbdən o Ramili tanıyırmış. Ramilin yanında bir nəfər də əlavə şəxs gəlmiş, Ramil həmin şəxsi Arif kimi təqdim etmişdir. O həmin şəxsi birinici dəfə idi ki, görürmüş. Ramil orada demişdir ki, Təqsirləndirilən şəxs1 guya onu da aldadıb pulunu almışdır. Ramil demişdir ki, Ruslandan müxtəlif orqanlara şikayət edəcək. Onların hamısı saat təxminən 13:30 radələrinə kimi orada gözləmişdir. Lakin yenə də Ruslan oraya gəlməmişdir. Ramil də orada onlara demişdir ki, Ruslan müəllimi Korrupusiya İdarəsi aparıb və onu tutublar. Ancaq onlar buna əsəbləşib və elə oradan da əvvəlcə Xəyal, sonra isə Aslan, sonra o, həmçinin Rəvan, Azər və Pərvin DİN-in 102 xidmətinə Nicat adlı həmkəndlisi vasitəsilə tanıdıqları “Təqsirləndirilən şəxs1” adlı şəxsin onların etibarından sui-istifadə edərək aldadıb işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pullarını ələ keçirdiyini bildirmişlər. Sabahısı günü o, avtobusla Şəki rayonu, Çayqaraqoyunlu kəndinə qayıtmışdır. Sonda Zərərçəkmiş şəxs12 çıxış edərək ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs1 Rafael oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, X8 anasıdır, şəkər xəstəliyindən əziyyət çəkir, X9 qayınatasıdır, Məmmədli Malik dayısı -Səadətin oğludur. Təxminən 2021-ci ilin yay aylarında o, Tiktok vasitəsilə adını ona Mirqabil kimi təqdim edən son görüşdə adının Təqsirləndirilən şəxs3 olmasını başqa şəxslə telefonla danışarkən deyərkən bildiyi şəxslə tanış olmuş, mütəmadi olaraq o, kəndindən ona bal yollamış, o da pulu daima taksi sürücülərinə vermiş, heç zaman ona borclu olmamışdır. Daima ona zəng edərək Anar adlı dostunun olmasını, Sosial Müdafiə Nazirliyində yüksək vəzifədə işlədiyini, müxtəlif şəxslərə əlillik müavinatı düzəltməsini demiş, ona təklif etmiş ki, kiməsə onun bu barədə deməyini xahiş etmişdir. Lakin o bundan imtina etmişdir. 2022-ci ilin iyun ayında onunla Bakıda görüşmüş, ona 3 kq çəkidə meşə balı satmış, pulunu dərhal vermiş, sonra o, rayonda olanda onunla telefonla danışmış və Mirqabil kimi özünü təqdim edən Üzeyir kəndə xx.xx.2022 tarixdə Anar adlı şəxslə əsl adı Təqsirləndirilən şəxs1yla və Anar adlı şəxsin Range Rover markalı avtomobili ilə gəlmişdir. Həmin zaman dayısı oğlu, atası və qayınatası orada olmuşdur. Söhbət zamanı Üzeyir təklif etmişdir ki, anasını əlillik müavinatını Anar adlı şəxs düzəltmiş və ona vəd vermişdir ki, əgər bu iş alınsa, 1 ay 20 gündən sonra ananın adına bank kartı ona təqdim ediləcək və hər ay 280 manat təqaüd ananın bank kartına pul vurulacaqdır. O da buna sevinərək razılaşmış və orada 6000 manat pulu əlbə-əl Mirqabilə atasını, Malikin və qayınatasını yanında vermişdir. Onlar oradan çıxıb getmişdir, həmçinin orada olarkən qayınatası Elşad da xəstə olmasını onlara demişdir. Anar ona mobil nömrəsini vermiş, daima hər ikisiylə telefon əlaqəsi saxlamış, hər ikisi onu tam inandıraraq vəd vermişdir ki, bu iş alınacaqdır. 01 iyul 2022-ci tarixində Mirqabil ona zəng edərək daha 5000 manat pulu ona yollamağı bildirmiş, Anar da ona telefonla danışıb demişdir ki, artıq ananın işi həll olmaq üzrədir, Elşada da müavinat düzəldə bilər. O, özündə olan 5000 manatı Əhliman adlı tanışına vermişdir ki, o, “Mercedes” markalı avtomobili ilə hər gün Bakı şəhərinə sərnişin daşıdığından Anarla görüşüb ona pulu çatdırsın. Sonrakı saatlarda Əhliman Beynəlxalq avtovağzalın yanında Anar adlı şəxslə, yəni Təqsirləndirilən şəxs1la görüşmüş və ona 5000 manat pulu əlbəəl vermiş, həmin an o Anarla telefon əlaqəsi yaratmış və Anar pulu götürməsini bildirmişdir, eləcə də Üzeyir özü ona zəng edib pulun onlara çatdığını qeyd etmişdir. Bu ərəfədə onların hər ikisi zəng edərək dayısı oğlu Maliki Sosial Müdafiə Nazirliyinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini, onun 1000 manat maaş alacağını demiş, o da yetim uşaq olduğundan Malikə bunu hədiyyə etmək istəyibmiş. Anarın ona göndərdiyi “Rabitə bank” kartına və "xxxx" kartına 1000 manatı 06 iyul 2022 tarixdə Astara rayonu, Siyakü kəndində olan Əli marketdə yerləşən Pasha Pay MMC-nin ödəmə terminalından “Rabitə bank” kartına, 11 iyul 2022 tarixdə yenə həmin ünvandan "xxxx" kartına 700 manat, yenə həmin tarixdə həmin yerdən həmin karta 300 manat, bir neçə gün sonra 700 manat pulu həmin yerdən həmin "xxxx" kartına pulu yollamışdır. X29 13700 manat pul vermişdir. Onlar bunun müqabilində anasına və qayınatasına əlillik müavinatı düzəltmək vədini vermiş, eləcə də dayısı oğlu Maliki sürücü vəzifəsinə işə düzəltmək vədini verib onu aldatmışlar. Maddi ziyan ona dəyib, pullar ona məxsusdur. Sonda Zərərçəkmiş şəxs14 çıxış edərək ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlundan və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, X17 onun oğludur, Sənan 2-ci Qarabağ müharibəsinin iştirakçısı, veterandır. Həmçinin hazırda Füzuli rayonunda N saylı hərbi hissədə MAXE vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 bacısı-Sahilənin həyat yoldaşıdır, Ərşad onun oğludur. Təqsirləndirilən şəxs3 onun qonşuluğunda yaşayıb, heç zaman görməmiş, bu hadisədən sonra onunla görüşmüş, telefonla dəfələrlə onunla və Mirzə Əliyevlə danışmışdır. 2022-ci ilin oktyabr ayında Müqabil ona Üzeyir və Mirzə barədə danışıb Ərşadın adına Yasamal rayonu ərazisində MİDA-ya məxsus evlərdə 3 otaqlı tam təmirli ev veriləcəyi, bu işi Mirzəylə Üzeyirin etməsini bildirmişdir. Bu barədə o da maraqlanmış və Sənanın da adına ev verilə biləcəyini soruşmuş, sonra Üzeyirlə və Mirzəylə danışdıqda onlar onu da inandıraraq vəd vermişlər ki, 11000-12000 manat müqabilində ona ev təmin edə bilərlər. Sonrakı zamanda telefonla danışıq zamanı hər iki şəxs yəni, Üzeyirlə Mirzə ilkin işlərin görülməsi üçün ondan 2000 manat pul istəmişdir. 21 oktyabr 2022-ci il tarixində Müqabilə 2000 manat pul yollamış, Mirzəylə Üzeyirə pulu aparıb vermiş, sonrakı günlərdə 8000 manat pul yollamış və o, Mirzəylə Üzeyirə pulu aparıb yenidən vermişdir. Həmin zaman o, Mirzə və Üzeyirlə mütəmadi olaraq danışırmış, onlar yüksək vəzifəli şəxslərlə münasibətlərinin olmasını bildirib, geniş əlaqələrinin olmasını demişdilər. 01 noyabr 2022-ci il tarixdə Mirzənin dediyi bank kartına yaşadığı kənddən ödəniş terminalından 500 manat pul yollamış, sonra isə onun dediyi karta 12 noyabr 2022-ci il tarixində daha 1000 manat pulu yenə ödəniş terminalından yaşadığı kənddən yollamış, hər dəfə hər ikisi ilə mütəmadi olaraq danışmış, pulları götürmələrini etiraf etmişdirlər. 15 dekabr 2022-ci il tarixində Ərşadın da, Sənanın da evinin təhvil veriləcəyi, evin açarları onlara həmin tarixdə təqdim olunacağını hər ikisi vəd vermişdir. Həmçinin onlar Müqabilində 10020 manat pulunu da götürmüşdülər. Qeyd etmişdir ki, pullar ona məxsusdur, bu barədə oğlunun xəbəri olmayıb, ona dekabrın 16-da olacaq ad gününə hədiyyə etmək fikri varmış. O, nikah haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin surətini, ailə tərkibi haqqında arayışı, həmçinin ümumilikdə 11500 manat pulu Təqsirləndirilən şəxs3 ilə Mirzə Əliyevə vermişdir. Sonda Zərərçəkmiş şəxs15 çıxış edərək ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxslər qismində göstərilmiş Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs13 ayrı-ayrılıqda məhkəməyə teleqramla müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəklərini və ifadələrində göstərdiklərini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bacısı Zəmanətin oğludur, Şəki şəhərində yaşayır. 28 yanvar 2022-ci il tarixində səhər radələrində bacısı oğlu Kamal ona zəng etmiş, sonra onunla görüşmüş, söhbət zamanı o, əlillik müavinatını bərpa etdirmək üçün Ruslan adlı şəxsə pul verməli olmasını, onu tanışı Nicat vasitəsilə tanıdığını bildirmişdir. X20 metrosunun çıxış hissəsinə getmiş, orada Təqsirləndirilən şəxs1 adlı şəxsə əlbəəl onun şahidliyi ilə 2500 manat pulu Kamal vermişdir. X65 və onun yanındakı şəxslərə, yəni Ramil və Nicata daha 500 manat pulu yaxın günlərdə verəcəyini qeyd etmişdir. Ruslan isə yaxın aylar ərzində əlillik müavinatının bərpa ediləcəyini demişdir. Sonra oradan getmişdir. Bir neçə ay sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 Kamalın 3000 manat pulunu ələ keçirmiş, yalan vəd verib onu aldatmışdır. Ruslanın yanındakı şəxs Ramil Ruslanın bu işi görəcəyini əminliklə ona demiş, onu inandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş (videokonfrans vasitəsi ilə) dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 yeznəsidir, 2-ci qrup əlildir. 2021-ci ilin noyabr ayının sonlarında Namiq ona zəng edib 2-ci qrup əlillik müavinatını bərpa etdirən Təqsirləndirilən şəxs1 adlı şəxsin ona zəng etməsini və onunla görüşməli olduğunu demişdir. Birlikdə Yasamal rayonu ərazisində həmin şəxslə görüşmüş, onu inandıraraq Namiqə vəd vermişdir ki, 2-ci qrup əlillik müavinatını bərpa etdirəcək, guya Əmək və X37 Nazirliyinin işçisidir. Bu işi 7000-8000 manat müqabilində görə biləcəyini demişdir. Sonrakı zamanda o, Namiqin ona göndərdiyi 5100 manat pulu 28 noyabr 2021-ci il tarixində, 2100 manat pulu isə 05 dekabr 2021-ci il tarixində qohumu Üzeyirin yanında Ruslana vermişdir. 20 dekabr 2021-ci il tarixində isə ona 300 manat pulu onun dediyi "xxxx" kartına evinin yaxınlığında Bolmart mağazasında olan ödəmə terminalından atmışdır. Lakin Ruslan verdiyi vədə əməl etməmiş, Namiqi aldatmış və 7500 manat pulunu ələ keçirmişdir. Namiq isə polisə məcbur olub müraciət etmişdir. Pullar Zərərçəkmiş şəxs4 məxsusdur, pulları Üzeyirin şahidliyi ilə Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 atasıdır, Şahid4 xalasının əridir. Cavid Həşimovu bir neçə ildir ki, atası vasitəsilə tanımışdır. O, çox zaman Gəncədə yaşamış, son zamanlar isə Bakıda yaşamışdır. Uzun illərdir ki, FHN-nə işə düzəlmək istədiyindən Vətən müharibəsindən sonra atası mobil telefon vasitəsilə ona sevindirici xəbər demiş və Cavidlə tanışı Ceyhun və Anar Hüseynovun bu işi düzəldəcəyini bildirmişdir. Aprel ayında o, təxris olunub evə gəlmiş, sonrakı günlərdə onlarla tanış olmuş və Anar kimi özünü təqdim edən və Təqsirləndirilən şəxs2 adlı şəxslərlə yaxından tanış olmuşdur. Onu inandırmışlar ki, onu işə düzəldəcəklər. May ayının əvvəllərində onlarla Qurd qapısı restoranında o sənədlərin surətini çıxarmağa Ceyhunla Anarın xahişi ilə getmiş, sonra qayıdanda atası 6000 manat pulu Anara verməsini bildirmişdir. Anar, Cavid və Ceyhun vəd vermişdir ki, onu FHN-nin Gəncə Regional İdarəsinə işə düzəldəcəklər və zabit rütbəsi daşıyacaq. Anar çölə çıxıb guya işə gedəndə Caviddən çölə çıxmağı xahiş etmişdir. O, restoranda pəncərədən baxanda çöldə “Anar”ın, yəni əsl adı Təqsirləndirilən şəxs1 adlı şəxsin Həşimov Cavidə pullar sayıb verməsini görmüş, sonra bu barədə atasına sakitcə demişdir. Sonrakı zamanda onun iştirakı olmadan atasının iştirakı ilə ümumilikdə 9500 manat pulu Anara, Cavidə və Ceyhuna atası Elmar vermişdir. Dəfələrlə Anarla, Cavidlə və Ceyhunla telefonla danışarkən onlar bu işin alınacağını ona demişlər, onu və atasını tam inandırmışlar. Həmin şəxslər geniş əlaqələrinin olmasını, müxtəlif instansiyalarda onların tanışlarının olmasını ona dəfələrlə demişlər. Avqust ayında onların heç birinin telefonuna zəng çatmadığından atası polisə məlumat vermiş, ərizə yazmışdır. Hər üç şəxs əlbir olaraq atasını aldatmış, 9500 manat pulu ələ keçirmiş, hər üç şəxs onu inandırmışdır ki, onu işə düzəldəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş (videokonfrans vasitəsi ilə) dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs13 tanıyır, onunla dostluq münasibətləri vardır, bundan əlavə onun ailəsini də tanıyır. Zamiq tikinti şirkətinə sahib idi, onu işində müvəffəqiyyətli, düzgün, təmiz bir insan kimi tanımışdır. Zamiq 2020-ci ilin yay aylarında ona müraciət edərək bildirmişdir ki, tender əsasında hansısa bir iş götürmək niyyətindədir və ona müraciətində əgər belə bir şirkət tanıdığı olarsa, ona məlumat verməyi xahiş etmişdir. O, yaxın ətrafındakı insanlardan bu haqda maraqlanmış, hətta bu haqda tanışı Zərbalı İmanova də müraciət etmişdir. Zərbalı şirkət sahibidir, o, xaricə təhsillə bağlı tələbələr göndərir. O, dostu Zamiq üçün Zərbalıdan tender işi haqqında maraqlandıqda, Zərbalı ona demişdi ki, bu işi bacaran və onun da etibar etdiyi Amil adlı şəxsin olduğunu demişdir. O, Amillə bu məqsədlə görüşmüş və görüşü barədə sonralar Zərbalını da xəbərdar etmiş, hətta Zərbalı Amilə güvəndiyini, ona etibar etdiyini və zamin olduğunu demişdi. O, Amillə görüşərkən tender işini görən tanışının olduğunu demişdir. Sonrakı görüşlərində Zamiqlə birlikdə Amillə olmuşdur. Həmin görüşdə Amilin tanışı, sonralar adını bildiyi Ruslan da olmuşdur. Ruslan hər kəsin yanında demişdir ki, o, “Gilan Holding” şirkətində çalışır, çalışdığı şirkətin «Təzə bazar»ın yanında inşa edilən hündür mərtəbəli yaşayış binasının üzlənməsi ilə bağlı şirkətlər arasında tenderin keçiriləcəyini, əgər əvvəlcədən 10000 manat pul verilərsə, Zamiqin şirkətinin əvvəlcə tenderdə iştirak edəcək şirkətlərin siyahısına salacağını, daha sonra binanın üzlənməsi, yəni fasad işləri ilə bağlı keçiriləcək tenderi udacağını bildirmişdi. Onların görüşü Ceyranbatan ərazisindəki restoranların birində baş tutmuşdu. Görüşün sonunda Zamiq təklifi qəbul etməsi üçün vaxt istəmişdir və ayrılmışlar. Bir neçə gün sonra Zamiq vəkili ilə bu işi məsləhətləşmişdir. Həmin vəkilin adını və soyadını bilmir, o, Zamiqin həmyerlisi olmaqla yanaşı, həm də qohumudur. Zamiq ona demişdi ki, vəkili ona məsləhət görüb ki, bu razılaşmanı müqavilə bağlamaqla rəsmiləşdirmək həm mümkün olmayacaq, həm də əgər bu şəkildə rəsmiləşdirilərsə, gələcəkdə yaranacaq hər hansı problem mülki hüquq müstəvisində həll ediləcəkdir. Vəkilin Zamiqə deməsinə görə Ruslanın alacağı 10000 manat pul müqavilənin tərkib hissəsini təşkil etmir deyə bunu rəsmiləşdirmək olmayacaqdır. Zamiq həmin vəkilin fikri ilə bir neçə gün sonra Amilin, həmin vəkilin, onun və bacısının əri Renat adlı şəxsin şahidliyi ilə Ruslanla görüşmüşdür. Ruslan, Zamiqin apardığı çəkiliş zamanı 10000 manat vəsaiti hansı məqsədlə aldığını etiraf etmişdir və hətta Ruslan tərəfindən bu əlyazısı ilə də təsdiq edildi. Bu hadisədən xeyli vaxt keçməsinə baxmayaraq Ruslan Zamiqə verdiyi vədini tutmamış və ondan aldığı vəsaiti geri qaytarmamışdır. Ruslan telefon zənglərinə cavab vermədikdə, görüşlərdən qaçıb gizləndikdə o, Amilə və onu tanış edən Zərbalıdan Ruslanı maraqlanmağa başlamışdır və hər ikisinə irad tutmuşdur ki, “sizlər bir-birinizin hərəkətlərinə zamin olmusunuz”. Zərbalı ona demişdi ki, “bu işi Amil görmüş olsaydı, mən onun hər hərəkətinə dediyi kimi cavabdeh olardım, lakin bu işi Ruslan gördüyü üçün və o, Ruslanı tanımadığı üçün bu məsələyə cavabdehlik daşımır”. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid11, Şahid10 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid11, Şahid10 və Şahid8 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 194-cü vərəqində olan Qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid8 tərəfindən ünvan 3 ünvanda yerləşən “Lider” marketin içərisindəki ödəmə terminalından X18 “AzərTürkBank” məxsus bank kartına 500 (beş yüz) manat pul göndərilmişdir. Cinayət işinin İ cildinin 195-ci vərəqində olan Qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid8 tərəfindən Tbilisi prospekti, 3007 ünvanda yerləşən “Bravo” Hipermarketin içərisindəki ödəmə terminalından X18 “AzərTürkBank” məxsus bank kartına 1000 (bir min) manat pul göndərilmişdir. Cinayət işinin İ cildinin 198-ci vərəqində olan Qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, M.Axundov küçəsində yerləşən “Qayalı” marketdə içərisindəki ödəmə terminalından X18 “AzərTürkBank” məxsus bank kartına 1000 (bir min) manat pul göndərilmişdir. Cinayət işinin İİ cildinin 80-ci vərəqində olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 699792 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası kimi X38 qeyd olunmuşdur. Cinayət işinin İİ cildinin 130-132-ci vərəqələrində olan “Səs yazılmış diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X39, Azərbaycan Respublikası CPM-nin 51 və 86-cı maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, X7 ilə Təqsirləndirilən şəxs1 Rafael oğlu və Zərərçəkmiş şəxs6, X44 ilə Təqsirləndirilən şəxs1 arasında olan danışıq səslərinin qeydə alındığı, üzərində “Kodak DVD-R 4.7 GB, 120 min, 1-16x” və “Nərminə” sözləri yazılmış 1 ədəd diskə tərəfindən baxış keçirilərək səs yazılarının qısa məzmunu protokolda qeyd olundu. Səs danışıqları - 1 Yanvarat - Alo -Ruslan-Amid indi özü də danışdı Yanvarat-İndi yoldaşı da danışdı, eşidirsən məni, ev telefonu ilə zəng etmişdi, deyir ki, pul sabah çatdı-çatdı, çatmasa deyir gedib 5-ci gün səsləri də var şikayət Ruslan - Ay bibi mənə nə hədə-qorxu gəlir, 3 dəqiqə deyil danışdığım, dedim bazar günü veriləcək pulu, hədə-qorxu gəlməyə ehtiyac yoxdu. Yanvarat - Ay bala bunlara bu pul lazımdı, ayə qulaq as ey pul lazımdı axı bunlara, bunlar da vəkil tutmalıdı. Ruslan-başına dönüm bazar günü deyilibdi mənə Yanvarat-bazar günü, bəs axı deyib Ruslan-mənə xox gəlmək lazım deyil, qurban olum sənə, mən çörəyi qulağıma yemirəm ki, başına dönüm Yanvarat- Qulaq as Ruslan-Deyildi ki, bazar günü pullar veriləcək, mənə o zəng vurdu-bu zəng vurdu, mən heç kimnən iş görməmişəm ki, kimnənsə söhbət edəm. Yanvarat-Yaxşı ey bu Ruslan-Anarnan iş görülüb, Anara da deyilib bazar günü, bundan sonra dəqiqəbaşı ay bunu edərər, onu edərəm deməyin. Yanvarat - Ay Ruslan bir qulaq as, sən bu işi niyə alındıra bilmədin? Ruslan - Alındıra bilmədin deyəndə ki, pulunu tam verərdin alınardı. Bu mənim problemim deyil day. Yanvarat - Ay bala vermişdi də 13000 manat az puldu? Ruslan-Nə pul verib eyyyy, 12500 manat pul verib, pulu qaytarılacaq vəssalam, mənə heç kim ayrı heç nə verməyib. Vaxtlı-vaxtında pulu verərdi, iş gedərdi mən neynim. O mənim problemim deyil, onun problemidi. Yanvarat - Yaxşı o bizim pul nə təhər oldu. Ruslan-Bazar günü əmanət veriləcək. Səs danışıqları-2 Nərminə-Alo, dayan mikrofonu qoşum, Amid danış Amid-Alo Ruslan-Hə qardaş Amid-Ruslan Ruslan-Hə qardaş Amid – Dədə bizim aramızda nə qədər qalıb? Ruslan-necə Amid - bizim aramızda nə qədər qalıb, mənim alacağım var, bunlar deyir birinci dəfə Vüqargil nə qədər veriblər sənə?, Vüqargil, Ramidgil Ruslan-qardaş 5000 manat pul qalıb aramızda Amid-5000, səninlə 18000 manata danışılıb? Ruslan-necə Amid-18000 manata danışılmamışdı? Ruslan-17500 manata danışılıb qardaş 17500. 12500 manat verilib, 5000 manat qalıb, Amid - axırıncı dəfə dollarnan verdi Ramid Ruslan-Bəli 7000 manat bir verib, 2 gün sonra da gətirib 1000 manat verib, Amid-bəs birinci dəfə nə qədər verilib? Ruslan-obşi hesab 12500 manat pul verilib. Amid- Obşi deyirsən 12500 manat pul verilib? Ruslan-Bəli, bəli Amid-Mənə amma belə demirlər, çox verilib Amid-Yaxşı bu vəkil nə vaxt gəlir Ruslan. Ruslan-Bu gün gəlməlidi, ola bilsin ki, saat 6-ya qədər gəlsin. Amid-Heçnə də gözləyirəm. Ruslan-Qoy onunla əlaqə saxlayıram. Amid-Birinci günə kimi gözləyirəm. Ruslan-12500 manat pul verilib. Amid-Heç bir şey onu, vəkili birinci günə kimi gözləyirəm, gəldi-gəldi, gəlmədi bu işi söndürün, xitam edin, bağlayın qalsın, yaxşı. -Ruslan-necə -Amid-deyirəm ki, birinci günə kimi vəkil gəldi-gəldi, gəlmədi bu işin üstünə düşmə, mən özüm bilirəm necə düşəcəm, özüm hərəkətimi edəcəm qalxacam sentrala. Ruslan-Ayə problem yoxdu narahat olmağa, yaxşı Amid-Mən deyirəm Ruslan balalarımızın canına, ölmüşünə mən bilirəm burda oyun gədir, burda Anardı, Vüqardı kimlər olur-olsun Ruslan-sənin üstündə nə oyun gedir ay qardaş başıva dönüm. Nə Anar, nə Vüqar sənin üstündə Amid-Bir dənə iş görülməyib, nə də bir vəkil gəlməyib yanıma, 3 aydı bir iş görülməyib Ruslan-Ay qardaş iş görülməyib deyəndə ki, sənə deyildi ki, vəsatət verilsin sənin statyanı dəyişmək, ilkin gündən bu sənə deyilib Amid-Versində, versin gəlsində Ruslan- Vəsatəti versin deyəndə ki, pulu verilsin ki, versindəə. Sən 12500 manat vermisən deyirsən ki, mənim işimdə dəyişiklik yoxdu, ay belə şey olar. Sən hakimin pulunu vermiyəndən sonra ay qardaş hakimin pulu verilməsə o, vəsatət təmin olunmasa, müstəntiq dəyişməsə kim dəyişdirər sənin statyanı. Amid-Qardaş vəkil versində vəsatəti, hakimə kimi pul verilər. Ruslan- versin nədi eyy. Verilməlidi ki, hakim vəsatəti təmin etsin. Vəkil vermir onu, prokuror verir. Amid-Prokuror versin də, bu vaxta kimi verilən pullar prokurora Ruslan-Hakimin pulu verilməlidi ki, o həll olunsun, zibil. Amid-Ay qardaş vəsatəti qaldırsın prokuror, hakim Ruslan-Oturursan vaxtı çatır mənə deyirsən belədi, vberin ki, həll olunsun da bu, sən vermirsən məndən iş tələb edirsən. Mən bu işi həll etməyən olsaydım elə 12500 manatı alanda fırıldaq edərdim, oturub gözləməzdim. Nərminə-Bilirsən necədi, günah Vüqardadı, Anardadı, onlar dedilər ki, axırıncı pul bizlikdi, çatdırmadılar pul. Onların ikisindədi günüh. Amid-eşidirsən prokuror vəsatəti versin hakim təmin edənə kimi mən o pulu çatdıraram. Ruslan-Sən pulu verməmisən qardaş elə dava döyürsən ki, mənim işim getmir Bu zibil hakimə verilməlidir ki, iş getməsə, həll olunmasa denən ki, ay köpək oğlu sən bunu eləmədin. Düz demirsən axı ay Amid. Amid-mənim sanksiyam bitir, bu gün 1 ayım qalıb sanksiyama, nə isə Nərminə mən sabah zən vuracam. Nərminə-Ay qardaş sənin Vüqarnan Ruslan-o pulu verəndən sonra qardaş sənin 9 gündən 14 gün arası vəsatətin təmin olunur, ondan sonra müstəntiqin dəyişir, sanksiyan dəyişir. Sən onu verməmisən mənnən dava eliyirsən, onan sonra eləməsəm denən köpəkoğlu eləmədin, sən düz fikir bildirmirsən ay Amid. Amid-Səhər zəng vuracam, eşidirsən ay Nərminə Ruslan-Səhər zəng vur mənim özümlə danış, yanımda adam var rahat danışa bilmirəm, səhər zəng vur mənim özümlə danış Amid. Nərmin- Hə Cinayət işinin İİ cildinin 147-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində keçirilən əməliyyat-axtarışı tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təmin edilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin İİ cildinin 197-199-cu vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq Cavid İsayevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs1 dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 200-201-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 205-ci vərəqində olan “Pulun ödənilməsi barədə” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 dayısı X12 Zərərçəkmiş şəxs6 4400 (dörd min dörd yüz) manat maddi ziyanın bir qisminin ödənilməsi üçün təqdim etdi və Zərərçəkmiş şəxs6 tərəfindən 4400 (dörd min dörd yüz) manat qəbul edildi. Cinayət işinin İİİ cildinin 17-ci vərəqində olan “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayon ərazisində tutularaq Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin İİİ cildinin 44-45-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 123-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs1 ona dəymiş 9500 manat maddi ziyanın 500 manatını təhvil almışdır. Cinayət işinin İİİ cildinin 167-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyan olaraq 3000 manatı geri almışdır. Cinayət işinin İİİ cildinin 168-ci vərəqində olan Zərərçəkmiş şəxs9 tərəfindən Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Orxan Qnyazova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəyən 3000 manat ziyan Təqsirləndirilən şəxs1 Rafael oğlu tərəfindən tam olaraq ödənildiyindən, onun Təqsirləndirilən şəxs1 Rafael oğlu barəsində şikayət və tələbi yoxdur. Cinayət işinin İİİ cildinin 206-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyan üzrə 5000 manat təhvil almışdır. Hazırda ona 6000 manat pul verilməlidir. Cinayət işinin İV cildinin 8-ci vərəqində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs10 tərəfindən xx.xx.2022-ci il tarixdə “Million” elektron ödəmə terminalından Şahid6 “Kapital Banka” məxsus bank kartına 2080 (iki min səksən) manat pul göndərilmişdir. Cinayət işinin İV cildinin 9-cu vərəqində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs10 tərəfindən xx.xx.2022-ci il tarixdə “Million” elektron ödəmə terminalından Şahid6 “Kapital Banka” məxsus bank kartına 5000 (beş min) manat pul göndərilmişdir. Cinayət işinin İV cildinin 10-cu vərəqində olan Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs10 tərəfindən xx.xx.2022-ci il tarixdə “Million” elektron ödəmə terminalından Şahid6 “Kapital Banka” məxsus bank kartına 1000 (min) manat pul göndərilmişdir. Cinayət işinin İV cildinin 28-ci vərəqində olan Qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs12 tərəfindən xx.xx.2022-ci il tarixdə “Million” elektron ödəmə terminalından X1 “Azərtürkbank”a məxsus bank kartına 5000 (beş min) manat, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə “Million” elektron ödəmə terminalından X1 “Rabitəbank”a aid debet kartına müvafiq olaraq 1.800 (bir min səkkiz yüz) manat, 2.000 (iki min) manat, 600 (altı yüz) manat pul göndərilmişdir. Cinayət işinin İV cildinin 193-195-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin V cildinin 7-10-cu vərəqələrində olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-88/2022 nömrəli qərarından görünür ki, təqdimatın təmin olunması, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay, yəni 22 avqust 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin Vİ cildinin 50-ci vərəqində olan 23 aprel 2022-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin Vİ cildinin 80-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin Vİ cildinin 82-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı X30 azad olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyindən saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin X30 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin Vİ cildinin 92-ci vərəqində olan Zərərçəkmiş şəxs13 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 10.000 manat maddi zərər Təqsirləndirilən şəxs1 tərəfindən ona tam ödənilmişdir. Cinayət işinin XV cildinin 237-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin XVİ cildinin 64-66-cı vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs3 dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin XVİ cildinin 70-71-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin XVİ cildinin 78-ci vərəqində olan Təqsirləndirilən şəxs3 tərəfindən müstəntiq Orxan Qnyazova yazılmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, o, 4000 manat pulu Zərərçəkmiş şəxs4 təqdim edir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 3500 manat pul verəcək. Cinayət işinin XVİ cildinin 79-cu vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə ona dəyən 7500 manat maddi ziyandan 4000 manatını almışdır. Hazırda ona dəyən ziyan 3500 manat təşkil edir. Cinayət işinin XVİ cildinin 85-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs3 400 manat məbləğində pulu Zərərçəkmiş şəxs4 təqdim etmişdir. Cinayət işinin XVİ cildinin 86-cı vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə ona dəyən 7500 manat maddi ziyandan 400 manatını almışdır. Hazırda ona dəyən ziyan 3100 manat təşkil edir. Cinayət işinin XVİ cildinin 105-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 200 manat məbləğində pulu Zərərçəkmiş şəxs4 təqdim etmişdir. Cinayət işinin XVİ cildinin 106-cı vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə ona dəyən 7500 manat maddi ziyandan 200 manatını almışdır. Cinayət işinin XVİ cildinin 147-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4, cinayət işi üzrə ona dəyən 7500 manat maddi ziyandan 6600 manatını almışdır. Hazırda ona dəyən ziyan 900 manat təşkil edir. Cinayət işinin XVİ cildinin 172-ci vərəqində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin XVİİ cildinin 85-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, xx.xx.2023-cü il tarixində axtarış qərarı və Sabunçu RPİ-də xx.xx.2023-cü il tarixli 52602/23 nömrəli axtarış işi açılmışdır. Belə ki, axtarışda olan şəxs xx.xx.2023-cü il tarixində Binəqədi rayonu DYP-nin yaxınlığında Neptun marketin qarşısında saat 21:00 radələrində tutularaq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin XVİİ cildinin 97-105-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-625/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X13 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması, X13 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, X13 dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin XVİİ cildinin 106-107-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X13 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin XİX cildinin 187-202-ci vərəqələrində olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 nömrəli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin XX cildinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin XX cildinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin XX cildinin 136-190-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, pulların göndərilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim olunmuş qəbzlər, həmçinin Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ərzəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlu və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan qismən ödənilmişdir. Şikayətçidir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərzəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs9 ərzəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Rafael oğlu tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Şikayətçi deyil. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlu və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlunun və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd edir ki, “xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 3000 manat məbləğində maddi ziyanın vurulması, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 3000 manat məbləğində maddi ziyanın vurulması, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 3000 manat məbləğində maddi ziyanın vurulması, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyanın vurulması” epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Rafael oğlu Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 Rafael oğlu həmin epizodlar üzrə cinayət əməlini 2020-ci və 2022-ci illərdə törətmiş və onların törədildiyi vaxtdan 2 (iki) ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlunun və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlunun və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün (Təqsirləndirilən şəxs1 Rafael oğluna münasibətdə yuxarıda qeyd olunan dörd epizod istisna olmaqla) əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Rafael oğlunun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, dəymiş ziyanın qismən ödənilməsini və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Rafael oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Rafael oğlu əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Rafael oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Rafael oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin ediməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Rafael oğluna təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında və həbsdə saxlanıldığı 7 (yeddi) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmü ilə müəyyən edilmiş 19 mart 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs1 Rafael oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan - pulların göndərilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim olunmuş qəbzlər, həmçinin Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafael oğlunun və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 1(008)-489/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Rafael oğlu “xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 3000 manat məbləğində maddi ziyanın vurulması, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 3000 manat məbləğində maddi ziyanın vurulması”, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 3000 manat məbləğində maddi ziyanın vurulması, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyanın vurulması” epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin epizodlar üzrə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Rafael oğluna təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Rafael oğluna 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Rafael oğlunun ibtidai istintaq zamanı tutma altında və həbsdə saxlanıldığı 7 (yeddi) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Rafael oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmü ilə müəyyən edilmiş 19 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Rafael oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Rafael oğlunun Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-11/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (08 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - pulların göndərilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim olunmuş qəbzlər, həmçinin Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X59

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar