Məhkəmə qərarları › İş №1(008)-49/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-49/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-49/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (videokonfrans vasitəsi), müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2tseyinin yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2024cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs saxladığı özünə məxsus ağ rəngli “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ qapısını açaraq avtomobilə daxil olub qabaq sağ sərnişin oturacağının üstündəki qara rəngli pul qabının içərisindən 740 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 740 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 09 may 2024-cü il tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 12 saylı peşə litseyinin qarşısında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus avtomobildən 740 mant pulunu oğurlamaqda şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli pencəyin sağ yan cibindən xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həmin Məcəllənin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyətək ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 12 nömrəli peşə litseyinin yataqxanasında yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində Nizami rayonu, adını sonradan bildiyi B.Nuriyev küçəsində gəzərkən küçədə ağ rəngli “VAZ 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. Maşına qabaq sərnişin oturacağı olan tərəfdən yaxınlaşıb baxanda görmüşdür ki, maşının qabaq sərnişin oturan oturacağın üstündə qara rəngli pul qabı vardır. Bir qədər ətrafda gəzib əmin olmuşdur ki, maşının sahibi yaxınlıqda deyil. Bundan sonra maşının qabaq sərnişin tərəfdən qapısını əli ilə yoxlayıb görmüşdür ki, qapı açıqdır. Qapını açaraq oturacağın üstündəki pul qabını götürmüş və pul qabını açıb baxanda görmüşdür ki, içində 123 manat pul var. O 123 manatı götürüb, pul qabını maşının içərisinə atmış və qapını örtüb oradan uzaqlaşmışdır. Bundan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 11-12 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 12 nömrəli peşə litseyinin həyətində yaşadığı mənzilin qapısı döyülərək, mülki geyimdə olan və özünü Rauf kimi təqdim edən bir nəfər şəxs onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. O da həmin şəxslə birlikdə polis şöbəsinə yollanmışdır. Rauf adlı şəxs və şöbənin təhqiqatçısı Həsən adlı şəxs onu döyüb, şərəf və ləyaqətini pis sözlərlə təhqir edərək cibində olanları çıxarmağa məcbur etmişdirlər. Onun cibindən çıxardığı əşyaların böyrünə bir büküm narkotik vasitə qoyaraq onu döyüb təhqir edərək boynuna götürməyə məcbur etdilər. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, mənzil təmiri ilə məşğul olur. 2024-cü ilin aprel-may aylarında ünvan 6 ünvanda yerləşən nömrəsini bilmədiyi mənzili təmir etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində qeyd olunan ünvan 7 ünvana çatdıqda özünə məxsus ağ rəngli “VAZ 2107” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir işi gördüyü mənzilin qarşısında saxlamışdır. O, avtomobildən düşən zaman içərisində 740 manat pul və sənədləri olan qara rəngli pul kisəsini avtomobildə sərnişin tərəfdən qabaq oturacağının üzərinə qoymuşdur. Saat 11 radələrində pul kisəsində olan pulları götürmək məqsədi ilə avtomobilə yaxınlaşdıqda, avtomobilin qabaq oturacağının üzərində olan pul kisəsinin yerində olmadığını, pul kisəmin sürücü tərəfdən oturacağın ayaqaltısında olduğunu görmüşdür. Həmin vaxt pul kisəsinə baxdıqda əvvəlcədən pul kisəsində saxladığı 740 manat pulunun pul kisəsində olmadığını, naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümümilikdə 740 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs çıxış edərək ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində şöbədə işdə olan zaman 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 və 24-cü PŞ-nin sahə inpektoru Şahid1 şöbəyə bir nəfər şəxsi gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Şöbə rəisinin göstərişinə əsasən sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Nizami rayonu, adını sonradan bildiyi B.Nuriyev küçəsində gəzərkən küçədə binanın qarşısında dayanmış ağ rəngli “VAZ 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 740 manat pulu gizli talayıb oğurlayaraq oradan uzaqlaşmışdır.”. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 və prossesə dəvət olunmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroindir. Bildirmişdir ki, “o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, təqdim etdiyi 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o və proses iştirakçıları həmin protokola imza etmişlər. Qeyd etmişdir ki, şəxsi axtarış və götürmə zamanı video kameranın videoçəkmə funksiyalarından istifadə edilməklə onun tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhər Nizami RPİ-nin 24cü PŞ-nin sahə inspektoru Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Həsən Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, hadisə xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanının qarşısında baş vermişdir. Hadisənin baş verdiyi yaşayış binası doqquz mərtəbəli yaşayış binasıdır. Binanın qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacaq, uşaqların istirahəti üçün ayrılmış oyun sahəsi, sakinlərin istirahəti üçün ayrılmış söhbətgahlar vardır. Cinayət işinin 8-ci vərəqində olan 03 may 2024-cü il tarixli “Baxış və görüntünün götürmə protokolu”ndan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-nin 51-ci və 86-cı maddələrini rəhbər tutaraq protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan araşdırılması aparılan HK-1/1338 saylı material üzrə ünvan 7 saylı binada müşahidə kamerasının görüntülərinə xidməti otağında baxış keçirtmişdir. Baxış zamanı müşahidə kamerasının monitoru açıldıqda monitorun sol tərəfində 10.17.53 yazısı yazıldığını göstərən zaman bir nəfər orta boylu, arıq bədən quruluşlu, əynində göy rəngli köynək, boz rəngli şalvar olan şəxsin binanın qarşısında saxlanılmış avtomobillərə baxaraq hərəkət etdiyini, daha sonra binanın qarşısında saxlanılmış ağ rəngli “VAZ 2107” markalı avtomobilin qarşı tərəfindən keçərək avtomobilin sağ tərəfdən qabaq qapısını açması görünür. Qeyd olunan görüntü 01 ədəd diskə köçürüldü, sübut əhəmiyyəti kəsb etdiyindən materiala əlavə edildi, bu barədə protokol tərtib olundu. Cinayət işinin 30-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibindən şəffaf sellofana bükülü halda içərisində qəhvəyi rəngli spesifik iyə malik olan bükümü təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı heroin narkotik vasitəsidir. O, qeyd olunan narkotik vasitəni üzdən tanıdığı şəxsdən yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən xx.xx.2024-cü il tarixdə öz istifadəsi üçün 10 manat pul müqabilində almış, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2623 saylı, 10 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 82-84-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-140/2024 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 09 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 101-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 107-115-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-225/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 mart 2020ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 136-cı vərəqində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsində hadisə ilə əlaqədar göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə hadisənin törədildiyi yerə getmişdirlər. Bütün zəruri tədbirlər görüldükdən sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, hadisə ilə bağlı ifadəsində dediklərini hazırki şəraitdə göstərsin. Təqsirləndirilən şəxs verdiyi koordinatla ünvan 3 ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 may 2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs saxladığı “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ qapısını açaraq avtomobilə daxil olub qabaq sağ sərnişin oturacağının üstündəki qara rəngli pul qabının içərisindən 740 manat pulu oğurlamışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair verdiyi 4467 saylı, 28 iyun 2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 188-199-cu vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,298 qram olan narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspertizadan sonra qalan 0,248 qram narkotik vasitə heroinin məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilməsi, istintaq zamanı Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli DVD formatlı diskin və Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs saxladığı “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan 740 manat pulunun oğurlanmasını əks etdirən görüntüləri olan bir ədəd ağ rəngli DVD formatlı diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması qərara alınımışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,298 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 09 may 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk və 03 may 2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs saxladığı “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan 740 manat pulunun oğurlanmasını əks etdirən görüntüləri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,248 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk və 03 may 2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs saxladığı “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan 740 manat pulunun oğurlanmasını əks etdirən görüntüləri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar