Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-493/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il saat 02:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə arxa plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus birinin qiyməti 5,83 manat olan 12 ədəd Gillet blue 3 markalı 69,96 manat üz qırxan vasitə, birinin qiyməti 25 manat dəyərində və 5 litr çəkidə olan 6 ədəd olan 150 manat dəyərində Sərfəli günəbaxan yağı , biri 0,70 manat olan ümumi 25 ədəd 18 manat dəyərində 250 ml ölçüdə Bizon markalı içkinin, biri 12,52 manat olan Molfix markalı bir ədəd uşaq bezi, biri 3,16 manat olan 3 ədəd 9,48 manat dəyərində Can bebe markalı uşaq firması, biri 8,99 manat dəyərində olan bir ədəd OMO markalı 3 kq çəkidə olan yuyucu toz, biri 2,15 manat olan 11 ədəd 23,65 manat dəyərdə Gillet blue 1 markalı üzqırxan vasitə, biri 0,85 qəpik dəyərdə 90 ədəd 76,5 manat dəyərində Çakmak markalı alışqan, 0,75 manat dəyərdə ümumi 20 ədəd 15 manat dəyərində “Tofita” markalı saqqız, 2000 manat dəyərində SM-100 markalı elekron tərəzini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 2384,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o,təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 3,39 manat olan 12 ədəd 40,68 manat dəyərində Ariel HS markalı 400 qram çəkidə yuyucu toz, biri 12,52 manat ümumi 1 ədəd Molfix markalı uşaq bezi, biri 12,52 manat dəyərdə 4 ədədi 50,08 qəpik olan molfix 6 markalı uşaq bezi, biri 6,29 manat olan 12 ədəd 75,48 manat dəyərdə Ariel markalı 1,5 kq çəkidə olan yuyucu toz,biri 6,29 manat olan Ariel markalı 1.5 kq çəkidə yuyucu toz, biri 9 manat olan bir ədəd Poloryılmazlar markalı 185,210 ölçülü Battaniyə , biri 2,99 manat olan bir ədəd 4/6 ölçülü Golden Daisy markalı kilim, biri 2,99 manat dəyərdə bir ədəd 5/8 ölçülü Golden Daisy markalı kilim, biri 4,99 manat olan bir ədəd Amanda markalı yastıq, biri 3,49 manat Golden Daisy markalı yastıq üzü,biri 1,09 manat olan 3 ədəd 3,27 manat dəyərdə Merry markalı 5 metr ölüçül falqa bir ədədi 1,9 manat olan iki ədəd 3,8 manat dəyərdə Merry markalı 10 metr ölçüdə streç, biri 6,8 manat olan 3 ədəd 20.4 manat dəyərdə Final markalı 0,9 litr çəkidə qarğıdalı yağı, biri 4,5 manat olan 2 ədəd 9 manat dəyərində Final markalı 0,9 litr çəkidə günəbaxan yağı, biri 7,29 manat olan iki ədəd 14,58 manat Möcüzə markalı bir litrlik qarğıdalı yağı, biri 10,99 manat dəyərində 3 ədəd 32,97 manat Sərfəli markalı 2 litrlik qarğıdalı yağı, 1 ədədi 10 manat olan 5 ədədi 50 manat 2 litr çəkidə Final markalı günəbaxan yağı, biri 15,25 manat olan 6 ədədi 91,5 manat olan 2 litrlik Final markalı qarğıdalı yağı,biri 29,4 manat olan 3 ədədi 88,2 manat olan Final markalı 4 litr çəkidə qarğıdalı yağı, biri 1 manat olan 5 ədəd 5 manat dəyərdə 250 ml çəkidə Bizon Free markalı içki, biri 4,19 manat olan bir ədəd Şah markalı 500 qramlıq bal,biri 3,99 manat dəyərdə bir ədəd Al dad markalı 450 qram çəkidə bal, biri 7 manat olan 4 ədəd 28 manat dəyərində ROOC markalı bıçaq dəsti, biri 2,6 manat dəyərində olan 2 ədəd 5,2 manat dəyərdə Maccoffe markalı 50 qram çəkidə dəmir qabda qablaşdırılmış kofe, biri 8,95 manat olan 4 ədədi 35,8 manat dəyərdə Jacobs markalı 95 qram çəkidə şüşə qabda olan kofe, biri 7,25 manat dəyərdə bir ədəd Ülkər markalı şokolad yağı, biri 1,6 manat olan bir ədəd Ülkər markalı 100 qram çəkidə şokolad yağı,biri 0,83 manat olan 8 ədəd 6,64 manat dəyərdə Azovskaya markalı 150 qram çəkidə Kozinak şirniyyatı,biri 2,85 manat olan 8 ədədi 22,8 manat dəyərdə Azovskaya markalı 280 qram çəkidə Kozinak şirniyyatı,bir ədədi 3 manat dəyərdə bir ədəd İran xurması 500 qram çəkidə, bir ədədi 1,28 manat dəyərdə bir ədəd 200 qramlıq narşərab.biri 2 manat olan bir ədəd 2,80 litr çəkidə plastik qabda qablaşmış Bizim Bostan markalı üzüm sirkəsi,biri 0,59 manat olan bir ədəd 0,45 litr çəkidə ölastik qabda olan Bizim Bostan markalı üzüm sirkəsi, biri 0,18 manat olan 12 ədəd 2,16 manat dəyərdə Qalina Blanka 10 qramlıq toyuq bulyonu, biri 2,18 manat dəyərində 5 ədəd 10,9 manat dəyərdə Bizim Süd markalı 1 litr çəkidə olan süd, biri 2,35 manat olan 3 ədədi 7,05 manat olan Baltika - Kuller markalı 500 ml pivə içkisi, biri 1,59 manat olan bir ədəd Amanda markalı dırnaqtutan ləvazimatı, bir kiloqramı 13 manat olan 6,582 kiloqram 85,566 manat dəyərdə qoz ləpəsi, bir ədədi 4,65 manat dəyərdə olan bir ədəd Ananas meyvəsi, bir ədədi 30 manat dəyərində olan 2 ədəd 60 manat dəyərdə Süni şam ağacı, bir ədədi 3,49 manat dəyərdə 3 ədədi 10,47 manat olan Pompeabito markalı qadın üçün nəzərdə tutulan corab, biri 2,5 manat dəyərində bir ədəd Pompeabito markalı qadın üçün nəzərdə tutulan idman corabı, biri 4,5 manat dəyərində 2 ədəd 9 manat dəyərdə Pierluigi RGAGL markalı kişi üçün nzəərdə tutulan corabı,biri 3,49 manat dəyərdə bir ədəd Pierluigi RGAG markalı corab, biri 3,49 manat dəyərində 14 ədədi 48,86 manat olan Pierluigi markalı uşaq üçün nəzərdə tutulan corab,biri 2,49 manat olan bir ədəd Pompeabito markalı şəkilli uşaq corabı, biri 2,49 manat olan bir ədəd Pierluigi markalı uşaq üçün nəzərdə tutulan şəkilli corab, biri 17,67 manat olan 3 ədədi 53,01 manat dəyərdə Yeni Zelandiya markalı 1 kq çəkidə olan kərə yağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 953,796 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 4,19 manat olan 2 ədədi 8,38 manat Blade markalı 150 ml sprey, bir ədədi 6,69 manat olan 7 ədədi 46,83 manat dəyərdə 150 ml Nivea markalı kişi üçün sprey, 1 ədədi 6,69 manat olan 4 ədəd 26,76 manat dəyərdə Nivea 150 ml qadın spryei, bir ədədi 6,69 manat bir ədəd 150 ml çəkidə Nivea markalı qadın spreyi, bir ədədi 4,19 manat olan 3 ədəd 12,57 manat dəyərdə Blade markalı kişi spreyi,biri 6,89 manat dəyərdə olan 3 ədədi 20,67 manat dəyərdə 150 ml Rexona kişi spreyi,biri 6,89 manat olan 3 ədəd 20,67 manat olan 150 ml çəkidə Rexona markalı invizible ic kişi spreyi, biri 6.89 manat dəyərdə 2 ədəd 13,78 manat dəyərdə 150ml çəkidə Rexona markalı qadın spreyi,biri 4,49 manat olan bir ədəd 150 ml çəkidə Emotion aquakiss markalı qadın spreyi, biri 4,49 manat dəyərdə olan bir ədəd Emotion natural breez 150 ml qadın spreyi, biri 6,69 manat dəyərdə 3 ədədi 20,07 manat dəyərdə Nivea markalı qadın spreyi,biri 6,69 manat olan 1 ədəd 150 ml Nivea markalı qadın spreyi,bir ədədi 6, 69 manat olan 1 ədəd 150 ml Nivea markalı qadın spreyi, biri 5,669 manat dəyərdə bir ədəd Head and Shoulders markalı 200 ml saç şampunu, biri 5,19 manat olan bir ədəd Pantene markalı 250 ml çəkidə saç şampunu, biri 2,35 manat dəyərdə bir ədəd Mis magic markalı saç boyası, biri 4,99 manat olan bir ədəd garnier markalı saç boyası, biri 4,99 manat olan 2 ədəd 9,98 manat dəyərdə Garnier markalı saç boyası,biri 4,49 manat dəyərində bir ədəd Nevaton markalı saç boyası, biri 5,85 mant dəyərdə 3 ədəd 17,55 manat 350 ml Elidor markalı saç balzamı, biri 6,'15 manat 9 ədəd 55,35 manat dəyərdə Elidor markalı saç şampunu, biri 27,99 manat olan bir ədəd 5 kiloqram çəkidə Ariel markalı yuyucu toz, bir ədədi 13 manat dəyərdə 1 ədəd mikrofon oyuncaq, biri 7,29 manat olan 5 ədəd 36,45 manat Möcüzə markalı 1 litr çəkidə qarğıdalı yağı, biri 4,99 manat olan 5 ədəd 24,95 manat Zolotoe Soinışko markalı bir litrlik günəbaxan yağı, biri 6.73 manat olan 6 ədədi 40,38 manat dəyərdə Sərfəli markalı 1 litr çəkidə qarğıdalı yağı,biri 13,05 manat 6 ədədi 78,3 manat olan Sərfəli markalı 2 litrlik qarğıdalı yağı, biri 10 manat olan 3 ədəd 30 manat dəyərdə Final markalı 2 litrlik günəbaxan yağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 555,419 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 12,49 manat olan 2 ədədi 24,98 manat Privace adiction markalı 50 ml çəkidə qadın üçün ətir, bir ədədi 12,49 manat olan bir ədəd Elegante markalı qadın üçün nəzərdə tutulan ətir, biri 12,49 manat olan bir ədəd Elegante markalı qadın ətiri, bir ədədi 3,99 manat 3 ədəd 11,97 manat garnier markalı 250 ml çəkidə saç şampunu, biri 5,19 manat olan 3 ədədi 15.57 manat dəyərdə Pantene markalı 250 ml saç şampunu,biri 5,69 manat olan 14 ədəd 79,66 manat dəyərdə Head and Shoulders markalı 200 ml saç şampunu, biri 5,85 manat bir ədəd Elidor markalı 350 ml balzam, biri 6,15 manat olan 2 ədəd 12,3 manat olan Elidor markalı 325 ml çəkidə saç şampunu,biri 4,89 manat olan 6 ədəd 29,34 manat dəyərdə 570 ml İpək markalı balzam,bir ədədi 7,85 manat olan 6 ədəd 47,1 manat dəyərdə Pampers markalı uşaq bezi, biri 9,99 manat olan 5 ədədi 49,95 manat olan Molfix markalı uşaq bezi, biri 6,99 manat olan 6 ədəd 41,94 manat dəyərdə ARİEL markalı 1,5 kq çəkidə yuyucu toz, bir ədədi 27,99 manat olan 4 ədədi 111,96 manat olan Ariel markalı 5 kq çəkidə yuyucu toz, biri 8,49 manat olan 2 ədədi 16,98 manat çəkidə ŞEF MATİK markalı 4,5 kq çəkidə yuyucu toz, biri 16 manat olan bir ədəd Pervol markalı 3 litrlik yuyucu maye, biri 2,6 manat dəyərdə bir ədəd Zolotoe soinışko 500 ml günəbaxan yağı,biri 2,79 manat bir ədəd 500 ml Final markalı günəbaxan yağı,biri 6,73 manat olan 2 ədəd 13,46 manat dəyərdə Sərfəli markalı qarğıdalı yağı,1 ədədi 7,48 manat olan 2 ədəd 14,96 manat Zolotoe soinışko 1 litr qarğıdalı yağı, 1 ədədi 4,99 manat dəyərdə 2 ədəd 9,98 manat dəyərdə Zolotoe soinışko 1 litr günəbaxan yağı, biri 6,8 manat dəyərdə bir ədəd Final markalı 0,9 litr qarğıdalı yağı,bir ədədi 4,5 manat 8 ədəd 36 manat dəyərdə Final markalı 0,9 litr günəbaxan yağı,bir ədədi 8,6 manat dəyərdə 3 ədədi 25.8 manat dəyərdə Möcüzə markalı qarğıdalı yağı,bir ədədi 6,2 manat bir ədəd Diva markalı 750 ml şampun, biri 7,8 manat olan 2 ədədi 15,6 manat Azərbaycan markalı 500 ml konyak,biri 3,5 manat olan 2 ədəd 7 manat dəyərdə Şabran markalı 750 ml çəkidə Şərabı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 614,78 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il saat 03 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 9,99 manat olan 4 ədəd 39,96 manat olan Molfix markalı uşaq bezi, biri 6,69 manat olan bir ədəd 150 ml Nivea qadın spreyi, biri 4,19 manat olan 4 ədədi 16,76 manat dəyərdə Blade markalı 150 ml kişi spreyi,biri 29,4 manat olan bir ədəd Final markalı 4 litrlik qarğıdalı yağı, biri 4,75 manat olan 3 ədəd 14,25 manat Sərfəli markalı günəbaxan yağı, biri 8,6 manat dəyərdə 4 ədədi 34,4 manat olan Möcüzə markalı bir litrlik qarğıdalı yağı,bir ədədi 4,99 manat olan 3 ədədi 14,97 manat dəyərdə Zolotoe Solnışko markalı bir litrlik günəbaxan yağı,bir ədədi 14.97 manat olan 5 ədədi 33,65 manat dəyərdə Sərfəli markalı 1 litr qarğıdalı yağı, bir ədəıdi 6,8 manat 2 ədədi 13,6 manat dəyərdə Final markalı 0,9 litr qarğıdalı yağı,bir ədədi 4,5 manat 10 ədəd 45 manat dəyərdə Final markalı 0,9 litr günəbaxan yağı, biri 7,48 manat 2 ədədi 14,96 manat Zolotoe Soinışko markalı bir litrlik qarğıdalın yağı, biri 0,85 manat dəyərdə 14 ədəd 11,9 manat Çakmak markalı alışqan, biri 1,5 manat olan 5 ədəd 7,5 manat Çakmak markalı mətbəx alışqanı,biri 4 manat olan 8 ədədi 32 manat olan telefon cərəyanı üçün başlıq,biri 2,5 manat dəyərdə 2 ədədi 5 manat olan Şarj aparatı, biri 6,69 manat olan 4 ədəd 26,76 manat Nivea markalı kişi spreyi, bir ədədi 3,99 mant olan 5 ədəd 19,95 manat Garnier markalı 250 ml şampun, biri 2,39 manat olan bir ədəd Olentia markalı 2500 ml maye sabun, bir kiloqramı 1,39 manat olan 3 kq 4.17 manat dəyərində portağalı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 373,31 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təktarən, oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il saat 02:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə arxa plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus birinin qiyməti 5,83 manat olan 12 ədəd Gillet blue 3 markalı 69,96 manat üz qırxan vasitə, birinin qiyməti 25 manat dəyərində və 5 litr çəkidə olan 6 ədəd olan 150 manat dəyərində Sərfəli günəbaxan yağı , biri 0,70 manat olan ümumi 25 ədəd 18 manat dəyərində 250 ml ölçüdə Bizon markalı içkinin, biri 12,52 manat olan Molfix markalı bir ədəd uşaq bezi, biri 3,16 manat olan 3 ədəd 9,48 manat dəyərində Can bebe markalı uşaq firması, biri 8,99 manat dəyərində olan bir ədəd OMO markalı 3 kq çəkidə olan yuyucu toz, biri 2,15 manat olan 11 ədəd 23,65 manat dəyərdə Gillet blue 1 markalı üzqırxan vasitə, biri 0,85 qəpik dəyərdə 90 ədəd 76,5 manat dəyərində Çakmak markalı alışqan, 0,75 manat dəyərdə ümumi 20 ədəd 15 manat dəyərində “Tofita” markalı saqqız, 2000 manat dəyərində SM-100 markalı elekron tərəzini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 2384,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il saat 03 radələrində Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı “Al” marketə qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 9,99 manat olan 4 ədəd 39,96 manat olan Molfix markalı uşaq bezi, biri 6,69 manat olan bir ədəd 150 ml Nivea qadın spreyi, biri 4,19 manat olan 4 ədədi 16,76 manat dəyərdə Blade markalı 150 ml kişi spreyi,biri 29,4 manat olan bir ədəd Final markalı 4 litrlik qarğıdalı yağı, biri 4,75 manat olan 3 ədəd 14,25 manat Sərfəli markalı günəbaxan yağı, biri 8,6 manat dəyərdə 4 ədədi 34,4 manat olan Möcüzə markalı bir litrlik qarğıdalı yağı,bir ədədi 4,99 manat olan 3 ədədi 14,97 manat dəyərdə Zolotoe Solnışko markalı bir litrlik günəbaxan yağı,bir ədədi 6,73 manat olan 5 ədədi 33,65 manat dəyərdə Sərfəli markalı 1 litr qarğıdalı yağı, bir ədədi 6,8 manat 2 ədədi 13,6 manat dəyərdə Final markalı 0,9 litr qarğıdalı yağı,bir ədədi 4,5 manat 10 ədəd 45 manat dəyərdə Final markalı 0,9 litr günəbaxan yağı, biri 7,48 manat 2 ədədi 14,96 manat Zolotoe Solnışko markalı bir litrlik qarğıdalın yağı, biri 0,85 manat dəyərdə 14 ədəd 11,9 manat Çakmak markalı alışqan, biri 1,5 manat olan 5 ədəd 7,5 manat Çakmak markalı mətbəx alışqanı,biri 4 manat olan 8 ədədi 32 manat olan telefon cərəyanı üçün başlıq,biri 2,5 manat dəyərdə 2 ədədi 5 manat olan Şarj aparatı, biri 6,69 manat olan 4 ədəd 26,76 manat Nivea markalı kişi spreyi, bir ədədi 3,99 mant olan 5 ədəd 19,95 manat Garnier markalı 250 ml şampun, biri 2,39 manat olan bir ədəd Olentia markalı 2500 ml maye sabun, bir kiloqramı 1,39 manat olan 3 kq 4.17 manat dəyərində portağalı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 373,31 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:52 radələrində Sabunçu RPl-nin İŞ-də Azərbaycan Respblikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulub, Sabunçu RPl-nin MSY-nə təhvil verillərək RPl-nin MSY-nin əməkdaşları tərəfindən onun üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən həmin 1 bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, bundan başqa, təqsirləndirilən şəxslərə verilmiş ittihamın toplanmış sübutlarla uyğunluq təşkil etməməsi iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnmiş və budan əlavə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284—286-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Qala Ramana qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi 3825 saylı “Al” marketə qanunsuz daxil olaraq oradan ərzaq və geyim məhsullarını gizli talamış, bundan başqa, o, tək olaraq xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə həmin marketə qanunsuz daxil olaraq oradan marketin mülkiyyətində olan ərzaq və geyim məhsullarını gizli talayaraq oğurluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və özü tək olaraq ayrı epizodlar üzrə eyni obyektdən yəni "xxxx" MMC-dən oğurluq cinayəti etməsi nəticəsində həmin marketi işlədən Zərərçəkmiş şəxs şəxsi əmlakına deyil, birbaşa zərərçəkmiş hüquqi şəxs olan "xxxx" MMC-nin mülkiyyətində olan əmlakına maddi ziyan dəymişdir. Bundan əlavə, iş materiallarından görünür ki, 11 yanvar 2023-cü il tarixdə X1 RPİnin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Qala Ramana qəsəbəsində yerləşən, hüquqi nümayəndəsi olduğu 3825 saylı “Al” marketdən naməlum şəraitdə oğurluq edilməsi nəticəsində "xxxx" MMC-yə 555,44 manat maddi ziyan dəyməsini göstərmiş və bununla bağlı izahatı alınmışdır. Lakin ibtidai araşdırma orqanı tərəfindən CPM-nin 87-ci maddəsinin tələbləri pozularaq iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində “Al” market tanınmalı olduğu halda, əsassız olaraq zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs tanınmış, bütün bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarında və ittiham aktında verilmiş ittihamın təsvirində zərərçəkmiş şəxs barədə məlumatların səhv göstərilməsi ilə əlaqədar iş üzrə ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın mahiyyətinin onlara düzgün izah edilməməsi hər iki təqsirləndirilən şəxsin dəlilləri təkzib etmək və öz müdafiəsini səmərəli qurmaq imkanından tam məhrum edilməsinə səbəb olmuşdur. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Burada qeyd edilməlidir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bundan əlavə, ibtidai araşdırma orqanı tərəfindən iş üzrə kifayət qədər əsas olmasına baxmayaraq "xxxx" MMC-nin zərərçəkmiş hüquqi şəxs qismində tanınmaması, həmin hüquqi şəxsin mənafeyini təmsil edəcək nümayəndənin CPM-nin 87.6.10-cu maddəsində nəzərdə tutulmuş iş materialları ilə tanış etmə hüququnu pozulmasına, eləcə də, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bundan başqa, 05 may 2023-cü il tarixdə məhkəmə hazırlıq iclası zamanı X3 ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri oğurluq cinayəti nəticəsində hüquqi nümayəndəsi olduğu "xxxx" MMC-yə birbaşa maddi ziyan dəydiyindən AL Market MMC-ni iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmasını xahiş etmiş və nümayəndə qismində səlahiyyətlərini təsdiq edən müvafiq sənədlərini əlavə etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. CPM-nin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. CPM-nin 102.2.3-cü maddəsinə əsasən zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində iştirak edə bilərlər. CPM-nin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-nin 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.6, 303.3.8-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, bundan başqa, təqsirləndirilən şəxslərə verilmiş ittihamın toplanmış sübutlarla uyğunluq təşkil etməməsi iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnmiş və budan əlavə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284—286-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatət verərək 070 *** ** ** nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, eyni zamanda həmin zənglərə uyğun olaraq həmin nömrəyə daxil olan və çıxan zənglər zamanı həmin nömrənin hansı ərazidə istifadə olunmasına dair anten məlumatların götürülməsi barədə Azərfon MMC-nə və ya aidiyyatı quruma və ya şəxsə müraciət edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda dövlət ittihamçısının vermiş olduğu vəsatətin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 verilmiş vəsatətlərin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş vəsatətlərin təmin edilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, verilmiş vəsatətləri müzakirə edərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatəti hazırki mərhələdə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatətləri, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1.ibtidai araşdırma zamanı təqsirlndirilən şəxs barəsində seçilmiş həns qtimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çəxarıldığı andan 7(yeddi) gün müddətində qurtardıqda; 306.2.2.cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətləri 15 gün müddətində uzadılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarlara əsasən təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirləri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq “həbs” qətimkan tədbirinin müddəti başa çatdığından həmin müddət uzadılmalıdır. Məhkəmə bu müddətin 1 ay müəyyən edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vermiş olduğu vəsatət Azərbaycan Respublikası CPM-nin 121.1.3-cü maddəsinə əsasən vaxtında verilmədiyindən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılsın. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatəti baxılmamış saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-493/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-493/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver