Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-495/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 06 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Abşeron küçəsində yerləşən iki mərtəbəli yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olub sonra isə evə pəncərdən keçib içəridə 1-ci mərtəbədə qoyulmuş «Arges» markalı laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Abşeron küçəsində yerləşən iki mərtəbəli yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olub sonra isə evə pəncərdən keçib içəridə 1-ci mərtəbədən 20 manat dəyərində baltanı, 50 manat dəyərində 01 ədəd samovarı, 70 manat dəyərində 150 metrlik elektrik kabelini, 120 manat dəyərində kombi aparatı üçün nəzərdə tutulmuş elektrik tənzimləyicini, 2-ci mərtəbədə olan 110 manat dəyərində «Bosh» makalı dreli və 145 manat dəyərində elektrik mişarını, 440 manat dəyərində kombinin tənzimləyici kollektorunu, 895 manat dəyərində 3 top elektrik kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1.850 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şirvanı küçəsində yerləşən yaşayış evinin həyətinin daş hasarı aşmaqla qanunsuz daxil olub həyətdən bir ədəd su nasosunu, fərdi evdən bir top elektrik naqillərini, fərdi evin divarına quraşdırılmış elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadar qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 413.522 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib bir hissəsini 410 qramını daşıyıb Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Pirin yanında olan qəbiristanlıqda daş hasarın yanında daşın altında gizlədib saxlamış, digər hissəini isə 3.522 qramını Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsidə, Pirin qarşısına qədər üzərində daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında müvafiq qaydada keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 sentyabr 2022-ci il tarixdə, saat 23:20 radələrində Bakı şəhəri, Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Pirin yanında olan qəbiristanlığın qarşısında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-in 42-ci PB-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarında təmiz çəkisi 3.522 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Pirin yanında olan qəbiristanlıqda daş hasarın yanında daşın altından qara rəngli sellofan paketin içərisində şəxsi istehlak miqdarında təmiz çəkisi 410 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrarən tamah niyyəti ilə Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə istintaq şəxsiyyəti məlum olmayan «Salman» adlı şəxslə qabacadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə edilən qəsdlə 30 oktyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində, 31 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində, 04 noyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində və 06 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-in ərazisinə hasardan keçməklə binaya qanunsuz daxil olub birinci mərtəbədə yerləşən sexdən 01 ədəd dəyəri 200 manat olan perefaratoru, 01 ədəd dəyəri 75 manat olan laqondanı, 01 ədəd ümumi dəyəri 210 manat olan qara rəngli qutuda olan dreli və aksessualarını, 02 ədəd dreli, ümumi dəyəri 300 manat olan 02 top bağlı və 20 metr açıq vəziyyətdə olan elektrik kabellərini, 01 ədəd dəyəri 150 manat olan tərəzini və 01 ədəd dəyəri 80 manat olan qaynaq aparatını, 01 ədəd dəyəri 700 manat olan kompressoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 MMC-yə 1.960 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində tanışı Salmanla Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsində görüşmüşdür. Salman Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-in ərazisinə daxil olaraq oradan oğurluq etməyi təklif etmişdir. Onun təklifi ilə razılaşmış və birlikdə Zərərçəkmiş şəxs3 MMC-in yaxınlığına getmiş, kənarda dayanaraq kiminsə olubolmamasını yoxlamış, ətrafda heç kimin olmadığın müəyyən etdikdən sonra Salmanla birlikdə hasardan aşaraq Zərərçəkmiş şəxs3 MMC-in həyətinə daxil olmuşlar. İlk əvvəl baxış keçirtmiş, bu zaman MMC-in ərazisində olan sexdə və ofisdə oğurlamaq üçün müxtəlif əmlakların olduğunu görmüş, lakin gördüyü əşyaların hamısını eyni vaxtda götürüb aparmağın çətin olacağını düşünmüş və Salmanla onları hissə-hissə aparmağı qərarlaşdırmışlar. Bu səbəbdən birinci dəfə Zərərçəkmiş şəxs3 MMC-in birinci mərtəbəsində olan sexdən 01 ədəd perefaratoru, 01 ədəd laqondanı, 01 ədəd qara rəngi qutuda olan dreli və aksessualarını, eyni zamanda 02 ədəd dreli götürmüş, götürdükləri əşyaları daxil olduqları kimi hasardan çölə çıxardaraq aparmış və onları yaşadığı fərd evin həyətində gizlətmişlər. 31 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yenidən Salmanla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-in qarşısında görüşmüş, yenidən kənarda dayanaraq kiminsə olub-olmadığını yoxlamış və heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq içəri daxil olmuşlar. Zərərçəkmiş şəxs3 MMC-in ofisindən 02 top bağlı elektrik kabellərini və 20 metr açıq vəziyyətdə olan kabelləri götürərək oradan çıxmış, yenidən hasardan çıxaraq həmin əşyaları yaşadığı evə aparmışdır. 04 noyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində yenidən Salmanla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-in qarşısında görüşmüş, yenidən kənarda dayanaraq kiminsə olub-olmadığını yoxlamış və heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq içəri daxil olmuş, Zərərçəkmiş şəxs3 MMC-in birinci mərtəbəsində yerləşən sexdən bir ədəd tərəzini və bir ədəd qaynaq aparatını götürmüş, həmin əşyaları da hasardan çölə çıxarmış və yaşadığı evə apararaq orada gizlətmişdir. 06 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində yenidən Salmanla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-in qarşısında görüşmüş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq içəri daxil olmuşlar. Zərərçəkmiş şəxs3 MMC-in birinci mərtəbəsində yerləşən sexdən 01 ədəd kompressoru götürərək hasardan çölə çıxartmış və onu da yaşadığı evə aparmışdır. 07 noyabr 2022-ci il tarixdə oğurladığı əşyalardan 03 ədəd dreli, 01 ədəd tərəzini, 02 top və 20 metr elektrik kabellərini Eldəniz adlı şəxsə 120 manata satmış, 01 ədəd kompressoru satması üçün 08 noyabr 2022-ci il tarixdə tanışı Hümmətə vermiş və 100 manata satmasını xahiş etmişdir. 01 ədəd perefaratoru, 02 ədəd laqondanı, 01 ədəd dreli, qaynaq aparatını isə öz yaşadığı evdə saxlayaraq müştəri taparaq satmağı planlaşdırmış, satdığı əmlaklardan əldə etdiyi 120 manatı Salmanla aralarında bölmüş və payına düşən 60 manat pulu öz ehtiyaclarına xərcləmişdir. 10 noyabr 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman Sabunçu RPİ-in 42ci PB-in əməkdaşları gəlmiş, ona oğurluqda şübhəli olduğu bildirilmiş və bölməyə aparılmış, bölmədə törətdiyi əməli etiraf etmiş və yaşadığı evdə saxladığı 01 ədəd perefaratoru, 02 ədəd laqondanı, 01 ədəd dreli, qaynaq aparatını polislərə təqdim etmişdir. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən iki mərtəbəli evin həyətinə 06 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində hasarı aşaraq daxil olduğunu və evdə plastik pəncərəni açmaqla daxil olub 1-ci mərtəbədə qoyulmuş «Arges» markalı laqondanı götürüb getməsini, Nardaran qəsəbəsində işlənmiş mallar və əlvan metallar alan Vasifə 40 manata satmasını bildirmişdir. Həmin gündən sonra 07 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin evə birdə eyni üsulla daxil olub 1-ci mərtəbədən balta, 01 ədəd somavar, 150 metrlik elektrik kabeli, 2-ci mərtəbədə Bosh markalı drel və taxta kəsən, 3 top elektrik kabelini götürərək Vasifə 75 manata satmasını bildirmişdir.Bundan başqa Sabunçu rayonu Nardaran qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən yeni tikilən bağ evinin həyətinə 07 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində taxta qapını açaraq daxil olmasını, evin qapısı pəncərəsi olmadığı üçün içəridə qoyulmuş elektrik naqillərini və iki ədəd su nasosunu götürüb həmin yerdən uzaqlaşdığını, götürdüyü əşyalarla taksi şirkətindən dəvət etdiyi markasını və nömrə nişanını xatırlamadığı avtomobillə aparıb Vasifə 105 manata satmışdır. Onun üzərində heç bir narkotik vasitə olmamış. Bu hissədə o günahsızdır. Narkotik vasitə qəbul etmir. İttihamı qəbul etmir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayana cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şirvan küçəsində bağ evi vardır. Lakin həmin bağ evində təmir-tikinti işləri getdiyi üçün orada yaşayış yoxdur. Mütəmadi olaraq bağ evinə gedərək nəzarət edir. 12 sentyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində bağ evinə baş çəkmək üçün gedərkən həyətə daxil olduqda oğurluq olmasını hiss etmişdir. Bu səbəbdən bağ evinə baxış keçirtmiş və həyətyanı sahədə olan 01 ədəd su nasosunun yerində olmadığını aşkar etmiş, sonra fərdi yaşayış evinə daxil olmuş və orada olan 01 ədəd su nasosunun və bir top istifadə olunmamış elektrik naqilinin yerində olmadığını, həmçinin divara çəkilmiş elektrik naqilinin kəsilərək oğurlanmasının müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə bağ evində olmuş, həmin vaxt əşyaları yerində olmuşdur. 11 sentyabr 2022-ci il tarixdə həmin ünvana getmiş və iş görmək istəmiş, bu zaman evə naməlum şəxsin daxil olaraq 1-ci mərtəbədən 150 manat dəyərində «Aqres» markalı laqondanı, 20 manat dəyərində baltanı, 50 manat dəyərində 01 ədəd samovarı, 70 manat dəyərində 150 metrlik elektrik kabelini, 120 manat dəyərində kombi aparatı üçün nəzərdə tutulmuş elektrik tənzimləyicini, 2-ci mərtəbədə olan 110 manat dəyərində «Bosh» markalı dreli və 145 manat dəyərində elektrik mişarını, 440 manat dəyərində kombinin tənzimləyici kollektorunu, 895 manat dəyərində 3 top elektrik kabelini oğurlamasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, bağ evindən baş vermiş oğurluq zamanı ona ümumilikdə 2.000 manat məbləğində maddi ziyan dəymiş, hadisə ilə bağlı şübhələndiyi şəxslər olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində naməlum şəxs və ya şəxslər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-nin ərazisinə hasardan keçərək daxil olub, həyətdə olan binanın birinci mərtəbədə yerləşən sexdən 01 ədəd dəyəri 200 manat olan perefaratoru, 01 ədəd dəyəri 75 manat olan laqondanı, ümumi dəyəri 210 manat olan 01 ədəd qara rəngli qutuda olan dreli və aksessualarını (100 manat) və onunla birlikdə 110 manat dəyərində 02 ədəd dreli, 31 oktyabr 2022-ci il tarixində saat 19:30 radələrində həmin MMC-in ofisindən ümumi dəyəri 300 manat olan 02 top bağlı və 20 metr açıq vəziyyətdə olan 4-lük elektrik kabellərini, 04 noyabr 2022-ci il tarixində saat 20:30 radələrində MMC-in sexindən 01 ədəd dəyəri 150 manat olan tərəzini və 01 ədəd dəyəri 80 manat olan qaynaq aparatını, 06 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində isə MMC-in sexindən 01 ədəd, eləyəri 700 manat olan kompressoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 MMC-yə 1960 (bir min doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurlanmasını kamera vasitəsi ilə görmüş, sonra bu barədə Sabunçu RPİ-in 42-ci PB-nə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə 11 sentyabr 2022-ci il tarixdə rəhbəriliyi ilə Sabunçu RPİ-in 42-ci PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 11 sentyabr 2022-ci il tarixdə, saat 23:20 radələlərində Nardaran qəsəbəsində yerləşən Pirin qarşısında saxlanılmış, sonra müşahidə altında saxlanılmaqla Sabunçu RPl-in 42-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş ot kütləsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin ot kütləsinin narkotik vasitə olan qurdulmuş marixuana olmasını, iki ay əvvəl tanımadığı İsmayıllı rayon sakinindən Maştağa qəsəbəsində 0.5 kq 300 manata almış, azaz həmin narkotik vasitədən istifadə etmişdir. Qurudulmuş marixuananın qalan hissəsini qəbirstanlıqda gizlətmişdir. təxminən bir ildir narkotik vasitə istifadəçisi olmasını, qurudulmuş marixuanadan əlavə «kakos» və «şüşə» kimi tanıdığı narkotik vasitələrdən də istifadə etməsini, qəbirstanlıqda gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananın yerini göstərə biləcəyini bildirmişdir. 12 sentyabr 2022-ci il tarixdə, saat 02:00 radələrində Təqsirləndirilən şəxs göstərməsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən kənd qəbirstanlığına getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni qəbirstanlığın harasında gizlətməsini soruşmuş və həmin narkotik vasitəni təqdim etməsini təklif edilmişdir. Videoçəkiliş aparılmaqla baxış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq qəbirstanlıqda h asarın dibində daşın altını göstərmiş, sonra oradan 01 ədəd qara rəngli sellofanın içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik ot kütləsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ot kütləsinin narkotik vasitə olan qurdulmuş marixuana olmasını, iki ay əvvəl Maştağa qəsəbəsində tanımadığı İsmayıllı rayon sakinindən 300 manata almasını, şəxsi istifadəsi üçün gizlədib saxladığını, ailə üzvlərinin xəbəri olmaması üçün qəbirstanlıqda gizlətməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs gəlmiş, ona bibisi oğlunun avtoyuma məntəqəsi olduğunu və hazırda bağladığına görə kompressoru satmaq istədiyini bildirmişdir. Həmin vaxt Əliyə kompressor lazım olmadığını dedikdə ondan kompressoru satmaqda köməklik göstərməsini xahiş etmişdir. Sonra Əlidən kompressorun oğurluq olubolmadığını soruşmuşdur. Lakin Əli yenə də kompressorun bibisi oğluna məxsus olmasını və satmaq istəməsini bildirmiş, sonra Əliyə köməklik edəcəyini demişdir. Əli həmin kompressoru yaşadığı evə qoyub getmiş və 100 manata satmasını bildirmişdir. Əliyə müştəri olsa sataram və sənə xəbər edərəm demiş, bundan iki gün sonra, yəni 10 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində yenə də yaşadığı ünvanda olan zaman tanımadığı bir neçə şəxs evinə gələrək özlərini təqdim edib Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları olmalarını bildirmişdir. Sonra polis əməkdaşları ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını və 08 noyabr 2022-ci il tarixdə Əlinin ona komperssor veribvermədiyini soruşmuş, sonra polis əməkdaşlarına Əlini tanımasını, 08 noyabr 2022-ci il tarixdə Əlinin ona satmaq üçün gətirib komperssor verməsini və həmin həmin kompressorun bibisioğluna məxsus olmasını bildirməsini demişdir. Həmin vaxt polis əməkdaşları kompressorun oğurluq olmasını bildirərək gətirib təqdim etməsini xahiş etmişlər. Məhkəmə iclasında ifadəsi elan edimiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə kənddə yaşayan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə birlikdə ona yaxınlaşmış və ehtiyacı olmayan işlənmin «Aqres» markalı laqondanı 40 manata satır. Sonra həmin laqondaya baxmış və yaxşı vəziyyətdə olduğunu görərək 40 manat verib onu Əlidən almış, səhəri günü Əli yenidən iş yerinə gəlmiş və işlədiyi yerdə işlərini qurtarmasını, pula ehtiyacı olduğuna görə istifadə etdiyi alətləri və su nasosunu satmaq istədiyini, yenisini alacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla razılaşaraq 01 ədəd samovarı, «Bosh» markalı elektrik taxta kəsəni, iki ədəd su nasosunu 120 manata almış, həmin əşyalar bir neçə gün onda qalimışdır. 12 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları gələrək onu PB-nə dəvət edən zaman Əlinin öz əşyaları adı ilə ona satmış olduğu malları oğurlamasını bilmiş, sonra Əlidən aldığı əşyaların hamısını polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8575 saylı, 22 dekabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.020 manat müəyyən eldilmişdir. O cümlədən 01 ədəd «interskol» markalı, boz rəngli böyük ölçülü perforator-150.00 manat, 02 ədəd «Safun» markalı «SF8C20101» model 18 V, 3,0 ah texniki xüsusiyyəti laqonda- 200.00 manat (02 ədəd x100 manat), 01 ədəd «Safun» markalı «SF0616» model 350 W texniki xüsusiyyətli drel aksessuarları ilə birlikdə - 80,00 manat, 01 ədəd «Hünday» markalı, «ARC-300» model qaynaq aparatı-140.00 manat, 01 ədəd «Jiedong» markalı, 600 W, 30 L texniki xüsusiyyətli hava kompressoru-450,00 manat. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8718 saylı, 22 dekabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 01 ədəd «Bosch» markalı, «PKS 54» modelli, yaşıl rəngli taxta kəsən elektrik mişarı-100,00 manat, 01 ədəd «Arges» markalı, tünd göy rəngli orta ölçülü laqonda- 50.00 manat, 01 ədəd «Marquis» markalı «MQS128-3» modelli su nasosu-30.00 manat, 01 ədəd təxminən 6 litr su tutumlu odun samovarı-150.00 manat. Qərarda göstərilən 01 ədəd «Comort» markalı su nasosu təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (modeli, gücü və digər texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1016 saylı, 12 sentyabr 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs gizlətdiyi yerdən götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 410.0 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 410.0 qram, tədqiqata sərf edildi 0.1 qram, qalıq qaldı 409.9 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1017 saylı, 12 sentyabr 2022-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək təmiz çəkisi 3.522 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 3.522 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq qaldı 3.502 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X11 Ambulator X1 663 saylı, 06 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 25 noyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hüsneynbala oğlu əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdən müəyyən edilir ki, bölmənin təhqiqatçısı, polis kapitanı İsa Süleymanov şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş ot kütləsini çıxarıb təqdim edir. Sorğu zamanı o, həmin ot kütləsinin narkotik vasitə olan qurdulmuş marixuana olmasını, iki ay əvvəl tanımadığı İsmayıllı rayon sakinindən, Maştağa qəsəbəsində 0.5 kiloqramını 300 manata aldığını, az-az həmin narkotik vasitədən istifadə etməsini, qurudulmuş marixuananın qalan hissəsini qəbirstanlıqda gizlətməsini bildirir. Baxış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış baxış keçirilən yer Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən kənd qəbirstanlığıdır. Videogörüntüdən müəyyən edilir ki, bölmənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni qəbirstanlığın harasında gizlətməsini soruşur və həmin narkotik vasitəni təqdim etməsini təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq qəbirstanlıqda hasarın dibində daşın altını göstərir, sonra oradan 01 ədəd qara rəngli sellofanın içərisində yaşıl rəngli qurudulmuş olan, spesifik iyə malik ot kütləsini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3 və 234.1-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, videodisk və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X7 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun qismən etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 10 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 77). Cinayət işinin materiallarında olan 12 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 95). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008) 926/2022 saylı, 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 noyabr 2022-ci il tarixdən, saat 21:00 radələrindən hesablanmaqla «03» (üç) ay müddətinə həbə qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 111). Cinayət işinin materiallarında olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, yəni 11 sentyabr 2022-ci il tarixdən, saat 23:20 radələrindən hesablanmışdır (cild 01, səh., 149). Cinayət işinin materiallarında olan 13 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 239). Ə.H.Maunsurovun dindirilməsi 12 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da başlamış, saat 20:50-də başa çatmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorunun 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 02, səh., 05). Cinayət işinin materiallarında olan 13 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 10). Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir(səh.2,səh.,127). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o , tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun alternativ cəza ilə islah olunmasının qeyri mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «10» noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 316 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X11 Ambulator X1 663 saylı, 06 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsun 11 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 409.9 qram və 3.502 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı, 01 ədəd «İnterskol» markalı, boz rəngli böyük ölçülü perforator, 02 ədəd «Safun» markalı, «SF8C20101» model 18 V, 3.0 ah texniki xüsusiyyəti laqonda, 01 ədəd “Safun» alı «SF0616» model 350 W texniki xüsusiyyətli drel aksessuarları ilə birlikdə 4. 01 ədəd «Hyundai» markalı, «ARC 300» model qaynaq aparatı, 01 ədəd «Jiedong» markalı, 600 W, 30 texniki xüsusiyyətli hava kompressorun, 01 ədəd «Bosch» markalı, «PKS 54» modelli, yaşıl rəngli taxta kəsən elektrik mişarı, 01 «Arges» markalı, tünd göy rəngli orta ölçülü laqonda, 01 ədəd təxminən 6 litr su tutumlu samovarın, 01 ədəd «Marquis» markalı, «MQS128-3» modelli su nasosunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə hesablanaraq, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı «10» noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 409.9 qram və 3.502 qram marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, 01 ədəd «İnterskol» markalı, boz rəngli böyük ölçülü perforator, 02 ədəd «Safun» markalı, «SF8C20101» model 18 V, 3.0 ah texniki xüsusiyyəti laqonda, 01 ədəd “Safun» alı «SF0616» model 350 W texniki xüsusiyyətli drel aksessuarları ilə birlikdə 4. 01 ədəd «Hyundai» markalı, «ARC 300» model qaynaq aparatı, 01 ədəd «Jiedong» markalı, 600 W, 30 texniki xüsusiyyətli hava kompressorun, 01 ədəd «Bosch» markalı, «PKS 54» modelli, yaşıl rəngli taxta kəsən elektrik mişarı, 01 «Arges» markalı, tünd göy rəngli orta ölçülü laqonda, 01 ədəd təxminən 6 litr su tutumlu samovarın, 01 ədəd «Marquis» markalı, «MQS128-3» modelli su nasosunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə 316 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-495/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-495/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver