Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-495/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3 hüquqi varisi X5, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən XXX Təqsirləndirilən şəxsna elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, XXX Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 07:27-də etibarnamə ilə idarə etdiyi «Kia Rio» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən Bakı şəhəri mərkəzi istiqamətində hərəkətdə olarkən Sabunçu rayonu Sabunçu qəsəbəsində döngə 5 ünvanında Buxar çay evinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdır və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xəttini kəsib keçmək qadağandır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qeyd edilən qaydaları pozaraq həmin istiqamətdə yerləşən yolun hərəkət istiqamətinin sağ hissəsindən sol hissəsinə keçməklə yolun tam ortasında dayanmış piyada X4 idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ona ölümünə səbəb olmuş ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ ağciyərin kontuziyası, sağ tərəfli ll-lll-İV- V-Vİ-Vİl-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin yumşaq toxumalarına qansızma, sağ baldır sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqları, başın, sifətin boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları sıyrıqları kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan Yeganə Məmmədhəsənovanın ölümünə səbəb olmuşdur. Bununla da XXX Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, AC 724862 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsini xx.xx.2017-ci il tarixdə almışdır. «X16» markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi yəni mülkiyyətçisi Ramin adlı şəxsdən idarə etmək üçün olan etibarnamə ilə almış və hər ay 450 manat icarə haqqı vermişdir. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yaşadığı Kürdəxanı qəsəbəsində olan evindən istifadəsində olan «X16» markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə çxaraq arvadı Şahidm xadimə işlədiyi yerə aparan zaman Bakı şəhərinin mərkəzinə doğru Sabunçu rayonu Zabrat qəsəbəsindən keçən mərkəzi yolla 50 km/saat sürətlə hərəkətdə olmuş Sabunçu rayonu Sabunçu qəsəbəs 5-ci döngədə olan Buxar çay evi və Köz dönəri kafesinin qarşısında yolun tam ortasında bir nəfər dolu bədən quruluşlu qadının qoşa xəttin üzərində dayandığını 100 metr məsafədən görürmüş, elə fikirində olmuş ki, piyada qadın birdən çaşıb yola çıxar sürəti qaldırmamış, mərhum Yeganə Məmmədhəsənovaya 5-6 metr qalmış həmin anket məlumatlarını sonradan bildiyi Yeganə Məmmədhəsənova dayandığı yola çıxmış avtomobilimin ön hissəsi ilə ehtiyyatsızlıqdan Y.Məmmədhəsənovu vurmuşdur. Tez avtomobili saxlamış aşağı düşmüş görmüş ki, qadın yerdə uzanıb avtomobilə qayıdıb arvadına demiş ki, 103 xidəmətinə zəng et məlumat ver. Təxminən ber neçə dəqiqə sonra hadisə yerinə gələn TTY avtomaşında olan həkim briqadası xəstəyə baxıb demişlər ki, şəxs hadisədən dərhal sonra ölmüşdür. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, X7 onun arvadıdır, Yeganə xanımla 1985-ci il tarixdə ailə həyatı qurmuş birgə nikahdan iki övladı olmuş. Övladlarından qızı Çinarə onunla yaşayır digər övladı Şəbinə isə Buzovna qəsəbəsində ər evində yaşayır. Yeganə xanım dərzi kimi Zabrat qəsəbəsində olan sexdə işləmiş, hər gün evdən saat 08 radələrində çıxaraq işə getmiş saat 21 radələrində evə qayıtmış, arvadı ilə həm onun həm də övladlarının münasibəti hadisə baş verən günə qədər yaxşı olmuşdur. 10 yanvar 2024-cü il tarixdə saat 08 radələrində Yeganə işə getmək üçün evdən çıxmış, bundan bir saat sonra nəvəsi Nihad gəlib “nənə yolu keçən zaman onu avtomobil vurub nəticədə ölüb və Sabunçu rayon xəstəxanasında morqa aparıblar” demiş, tez əynini geyinib morqa getmiş orda bilmiş ki, hadisəni törədən şəxs sürücü XXX Təqsirləndirilən şəxs idarə etdiyi KİA markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən Bakı şəhəri mərkəzi istiqamətində hərəkətdə olarkən Sabunçu rayonu Sabunçu qəsəbəsində döngə 5 ünvanında Buxar Köz dönərinin qarşısında ehtiyatsızlıqdan yolu keçən piyada arvadı xx.xx.1963-cü ildə doğulmuş X4 vurması nəticəsində sonuncu vəfat etmişdir. Arvadı Yeganə xanımı Suraxanı rayonu Bül Bülə qəsəbəsində olan qəbirsanlıqda dəfn edilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, CB Baku MMC də xadimə işləyir hər gün əri Təqsirləndirilən şəxs onu idarə etdiyi «X16» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə 28 May metrosunun yanında olan iş yerinə aparıb gətirir. Hər gün olduğu kimi də xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yaşadığı Kürdəxanı qəsəbəsində olan evindən Təqsirləndirilən şəxs idarə etdyi «X16» markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə çxaraq işlədiyi yerə getmək üçün hərəkətə başlamışlar, o ön sərnişin oturacağında əyləşmişdir. Bakı şəhərinin mərkəzinə doğri Sabunçu rayonu Zabrat qəsəbəsindən keçən mərkəzi yolla 50 km/saat sürətlə hərəkətdə olan zaman Sabunçu rayonu Sabunçu qəsəbəs 5-ci döngədə olan Buxar çay evi və Köz dönəri kafesinin qarşısında yolun tam ortasında bir nəfər dolu bədən quruluşlu qadın yola çıxmış həmin anket məlumatlarını sonradan bildiyi Yeganə Məmmədhəsənovanı ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs avtomobilin ön hissəsi ilə vurmuş və qadın yerə çırpılmışdır.Təqsirləndirilən şəxs avtomobili saxlamış aşağı düşmüş qadın yerdə uzanıb avtomobilə qayıdıb ona 103 xidəmətinə zəng et məlumat ver demiş, baş vermiş hadisə ilə bağlı 103 xidmətinə məlumat vermiş və təxminən bir neçə dəqiqə sonra hadisə yerinə gələn TTY avtomaşında olan həkim briqadası xəstəyə baxıb hadisədən dərhal sonra ölmüşdür demişlər. Baş vermiş YNH-ni törədən zaman yanında Təqsirləndirilən şəxs başqa kənar şəxs olmamış, hadisə zamanı xəsarət almamış, hadisənin baş verməsinə səbəb qadının yolun avtomobil hərəkət zolağında olması olmuşdur. Avtomobillə hərəkətdə olan zaman sürücü Təqsirləndirilən şəxs maneçilik törədən hər hansı bir nəqliyyat vasitəsi və ya canlı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu Sabunçu qəsəbəsində döngə 5 ünvanında Buxar çay evinin qarşısıdır. Yolda hərəkət zolaqlarının sayı 06 metrdir, hərəkət hissəsinin eni 9 metrdir. Yolda təkər və tormoz izləri yoxdur. Meyit avtomobilin arxasında yerdə qalmışdır. (i.v.3-12). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 10 yanvar 2024-cü il tarixli, 1/236 saylı rəydən görünür ki, hadisə günü XXX Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.13). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətinin 26 yanvar 2024-cü il tarixli, 3-13-3/2131/2024 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 9-200 nömrəli videomüşahidə qurğusunun 4-cü kamerasının xx.xx.2024-cü il tarixdə, saat 07:28-dən 07:34-dək olan müddət ərzində qeydə alınmış videogrüntülərin əks olunduğu məlumatlara baxan zaman müəyyən olunmuşdur ki, X7 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində döngə 5 ünvanından çıxaraq Sabunçu qəsəbəsindən keçən Zabrat və Maştağa qəsəbəsinə gedən mərkəzi yola tərəf hərəkət edib yolun hərəkət hissəsinə hadisəni törədən sürücünün istiqaməti ilə desək sağ tərəfdən daxil olub avtomobillərin hərəkət hissəini keçib tam yolun ortasında qoşa xəttin üzərində dayanıb sağ tərəfdən gələn avtomobillərin ona yol verməsini gözləyən zaman 10 yanvar 2024-cü il tarixdə saat 07:27:58-də sürücü XXX Təqsirləndirilən şəxs idarə etdiyi KİA RİO markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən Bakı şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən Sabunçu rayonu Sabunçu qəsəbəsində döngə 5 ünvanında Buxar çay evinin qarşısında ehtiyatsızlıqdan yolu sağdan sola keçərək mərkəzdə dayanmış piyada X4 avtomobilin sol qabaq tərəfi ilə qarşı qarşıya hərəkət edən avtomobillərin yolunu ayıran mərkəzdən çəkilmiş qoşa xəttin üzərində vurur. Hadisənin qarşçısını almaq üçün əyləcdən istifadə etmir gəldiyi sürətlə hadisəni törədir, nəticədə piyada aldığı zərbədən uçub avtomobilin arxasına düşür. Sürücü XXX Təqsirləndirilən şəxs və yanında olan sərnişin Şahid avtomobildən düşüb piyadaya baxaraq yardım etməyə çalışır (i.v.27-28). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X14 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 02 fevral 2024-cü il tarixli, 08 nömrəli rəyindən görünür ki, X1 meyitinin üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. İ-İİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma. Sağ ağciyərin kontuziyası. Sağtərəfli ll-lll-İV-V-Vİ-Vİl-Vİ11 qabırğaların yerini dəyişən qapalı sınıqları Döş qəfəsinin yumşaq toxumalarına qansızma. Sağ baldır sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqları. Başın, sifətin boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yaralan, qançır və sıyrıqları. Xəsarətlər həyatidir, Y.H.Məmmədhəsənovanın ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.29-32). DİN-in BDYPİ tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 3-13-16/2-31861/2024 nömrəli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 04 avqust 1957-ci il təvəllüdlü XXX Təqsirləndirilən şəxsna 30 iyun 2017-ci il tarixdə tarixdə (30 iyun 2027-ci il tarixədək etibarlı olan) AC 724862 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.46). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2024-cü il tarixli, 8/668 nömrəli rəyindən görünür ki, «Kia Rio» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü XXX Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69- cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.50-53). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.49). “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.85-86). Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş notarial ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. XXX Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə XXX Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, yolnəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, XXX Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. XXX Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat XXX Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. XXX Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-495/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-495/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver