Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-495/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, Xəzər rayonu, Türkan qəsəbəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, hazırda 1 saylı cəzaçəkmə müəssisəsindən cəzasını çəkməklə istintaq hərəkətlərinin aparılması məqsədi ilə Bakı İstintaq təcridxanasına köçürülmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə təkrar özgənin əmlakını gizli olaraq talama əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 mart 2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Beynalxalq Bank ASC-yə aid olan bankomatm qarşısında Zərərçəkmiş şəxs2 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 13:01 dəqiqədə sonuncuya məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 4127-2211-1184-8935 PAN (X8) nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq “Wifi” üsulu ilə pul çıxaran zaman hesaba giriş kodunu yaddaşında saxlamış, Zərərçəkmiş şəxs2 kart hesabında pulun olmamasını yalandan bildirməklə sonuncunun fikrinin yayınmasına və bankomatdan kənarlaşmasına nail olduqdan sonra 15 saniyə ərzində məlumatları açıq qalmış həmin kart hesabından balansda olan 650 manat pulunu təkrar gizli olaraq talayıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 mart 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Beynalxalq Bank ASC-yə aid olan bankomatm qarşısında Zərərçəkmiş şəxs4 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 16:58 dəqiqədə adına rəsmiləşdirilmiş "xxxx" ASC tərəfindən emissiya edilmiş 4127-2211-1307-6139 PAN (X8) nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq WİFİ üsulu ilə pul çıxaran zaman hesaba giriş kodunu yadda saxlamış, Zərərçəkmiş şəxs4 kart hesabında pulun olmamasını yalandan bildirməklə sonuncunun fikrinin yayınmasına və bankomatdan kənarlaşmasına nail olduqdan sonra 15 saniyə ərzində məlumatları açıq qalmış həmin kart hesabından daxil olub balansda olan 379 manat, bundan sonra isə saat 17:00-da Zərərçəkmiş şəxs4 arxasınca bankın içərisinə daxil olaraq bu dəfə sonuncunun istifadəsində olan lakin arvadı Əminə Qaziyevanın adına rəsmiləşdirilmiş "xxxx" ASC tərəfindən emissiya edilmiş 4127- 2211-0208-5638 PAN (X8) nömrəli plastik kartı bankomat qurğusuna yaxınşaldıraraq WİFİ üsulu ilə pul çıxaran zaman hesaba giriş kodunu yadda saxlamış, yenidən Zərərçəkmiş şəxs4 kart hesabında pulun olmamasını yalandan bildirməklə sonuncunun fikrinin yayınmasına və bankomatdan kənarlaşmasına nail olduqdan sonra 15 saniyə ərizndə məlumatları açıq qalmış həmin kart hesabından daxil olub balansda olan 300 manat pulunu təkrar gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Beynalxalq Bank ASC-yə aid olan bankomatın qarşısında Zərərçəkmiş şəxs1 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 18:25 dəqiqədə sonuncuya məxsus olmaqla "xxxx" ASC tərəfindən emissiya edilmiş 4127-2211-1723-9238 PAN (X8) nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq “Wifi” üsulu ilə pul çıxaran zaman hesaba giriş kodunu yaddaşında saxlamış, Zərərçəkmiş şəxs1 kart hesabında pulun olmamasını yalandan bildirməklə sonuncunun fikrinin yayınmasına və bankomatdan kənarlaşmasına nail olduqdan sonra 15 saniyə ərzində məlumatları açıq qalmış həmin kart hesabından balansda olan 730 manat pulunu təkrar gizli olaraq talayıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Beynalxalq Bank ASC-yə aid olan bankomatın qarşısında Zərərçəkmiş şəxs3 kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 16:01 dəqiqədə X2 adına rəsmiləşdirilmiş lakin öz istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 5522-0993-1350-3237 PAN (X8) nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq “Wifi” üsulu ilə pul çıxaran zaman hesaba giriş kodunu yaddaşında saxlamış, Zərərçəkmiş şəxs3 kart hesabında pulun olmamasını yalandan bildirməklə sonuncunun fikrinin yayınmasına və bankomatdan kənarlaşmasına nail olduqdan sonra 15 saniyə ərzində məluatları açıq qalmış həmin kart hesabından balansda olan 750 manat pulunu təkrar gizli olaraq talayıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və 12 mart 2021-ci il tarixdə cəza müddətini başa vurduqdan sonra azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra daimi iş tapa bilmədiyi üçün maddi çətinliklərlə qarşılaşmış və şəxsi ehtiyaclarını ödəmək məqsədilə oğurluq etməyə məcbur olmuşdur. Nəticədə, törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətdə təqsirli bilinmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza müddətini çəkir. O, bankomat vasitəsilə pul çıxaran şəxslərə kömək etmək bəhanəsi ilə yaxınlaşmış, vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarını və PİN kodlarını öyrənərək daha sonra həmin vəsaitləri talama məqsədi güdmüşdür. Belə hallarda o, vətəndaşların kartlarını bankomatın “Wi-Fi” oxuyucu hissəsinə yerləşdirərək onların PİN kodunu öyrəndikdən sonra istədikləri məbləği bankomatdan nağdlaşdıraraq təqdim etmişdir. Zərərçəkmiş şəxs isə kartını və müəyyən məbləğdə pulu götürərək ərazidən uzaqlaşmışdır. Lakin məlum olmuşdur ki, kart bankomatdan çıxarıldıqdan sonra təxminən 5–10 saniyə müddətində kart məlumatları bankomatın yaddaşında saxlanılmışdır. O, bu texniki boşluqdan istifadə edərək, zərərçəkmiş uzaqlaşdıqdan dərhal sonra eyni PİN kodu yenidən daxil etmiş və ya bəzi hallarda buna ehtiyac olmadan kart hesabında olan pul vəsaitlərini qanunsuz olaraq çıxarmışdır. Bu cür əməlləri əsasən yaşlı şəxslərə və bank kartından istifadədə çətinlik çəkən qadınlara qarşı törətmişdir. 12 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomat qarşısında Zərərçəkmiş şəxs1 dayanmasını müşahidə etmiş, qısa müşahidədən sonra Zərərçəkmiş şəxs1 kart məlumatlarını daxil etməkdə çətinlik çəkdiyini və bank kartından istifadə bacarığının zəif olduğunu müəyyən etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq kömək etməsini xahiş etmiş, o isə bu vəziyyətdən sui-istifadə edərək, sonuncunun bank kartını oğurlamaq məqsədilə kömək göstərəcəyinə dair razılıq vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 bank kartını götürərək onu bankomatın “Wi-Fi” oxuyucu hissəsinə yerləşdirmiş və ondan PİN kodunu öyrəndikdən sonra kodu yadda saxlamışdır. Ardınca Zərərçəkmiş şəxs1 yalan məlumat verərək, kart hesabında vəsaitin olmadığını bildirmişdir. Əslində isə həmin vaxt kart hesabında 730 manat məbləğində vəsait mövcud olmuşdur. Daha sonra, şəxs Zərərçəkmiş şəxs1 bankın daxilində yerləşən digər bankomata yaxınlaşaraq bir daha cəhd etməsini təklif etmişdir. Bu hərəkəti məqsədli şəkildə etmiş və Zərərçəkmiş şəxs1 bankomatdan uzaqlaşdığı anda kart məlumatlarının bankomat yaddaşında qaldığı qısa zaman intervalında kart hesabından 730 manat məbləğində pul vəsaitini nağdlaşdıraraq ələ keçirmişdir. Bundan başqa, o, 07 mart 2024-cü il tarixində, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında olduğu zaman, Zərərçəkmiş şəxs2 bankomat qarşısında dayanmasını və pul nağdlaşdırma prosesində çətinlik çəkdiyini müşahidə etmişdir. Gözlədiyi kimi, həmin xanım ondan köməklik göstərməsini xahiş etmiş, o isə bu vəziyyətdən yenidən öz məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onun bank kartını bankomatın “Wi-Fi” oxuyucu hissəsinə qoymuşdur. Bank kartını oxuducuya yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 kart hesabında 650 manat məbləğində vəsaitin olduğunu görmüş, lakin diqqəti yayındırmaq məqsədilə o, Zərərçəkmiş şəxs2 yalan məlumat vermişdir ki, guya kartdakı vəsait başqa bir kart hesabına köçürülmüşdür və bu məsələ ilə bağlı bank əməkdaşlarına müraciət etməsi məqsədilə banka daxil olmasını təklif etmişdir. Zərərçəkmiş şəxs2 bankın daxilinə daxil olduqdan dərhal sonra, şəxs onun kart hesabından 650 manat pul vəsaitini nağdlaşdıraraq ərazidən uzaqlaşmışdır. Bundan başqa, o, 15 aprel 2024-cü il tarixində, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayandığı zaman, bir nəfər yaşlı kişinin bankomat qarşısında dayanaraq pul çıxarmaqda çətinlik çəkdiyini müşahidə etmişdir. O, bir qədər gözləyərək, həmin şəxsin özünün ona müraciət etməsini gözləyərək bir müddət müşahidə aparmışdır. Təxminən 5 dəqiqə gözlədikdən sonra görmüşdür ki, yaşlı şəxs kömək üçün müraciət etmir. Bu zaman o, qərara gəlmişdir ki, həmin şəxsə yaxınlaşaraq guya köməklik göstərsin və bu ad altında onun pul vəsaitini oğurlasın. O, yaşlı şəxsə yaxınlaşaraq necə köməklik göstərə biləcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs3 bank kartından 10 manat nağdlaşdırmaq istədiyini, lakin bunu edə bilmədiyini bildirmişdir. O, təklif etmişdir ki, bank kartını bankomatın “Wi-Fi” oxuyucu hissəsinə qoysun. Bu təklifi verməkdə məqsədi isə hər zaman olduğu kimi öz niyyətini həyata keçirmək olmuşdur. Zərərçəkmiş şəxs3 həmin təklifə razı olaraq bank kartını “Wi-Fi” oxuyucuya yerləşdirmiş və kartın PİN kodunu da bildirmişdir. O, kart hesabına baxış keçirdiyi zaman sonuncuya yalandan bildirmişdir ki, kartda heç bir pul vəsaiti mövcud deyil. Daha sonra kartı Zərərçəkmiş şəxs3 özünə qaytarmışdır. Zərərçəkmiş şəxs3 ərazidən uzaqlaşdıqdan dərhal sonra isə həmin bank kartından 750 manat məbləğində pul vəsaitini nağdlaşdırmış və oradan uzaqlaşmışdır. Bundan başqa, o, 11 mart 2024-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən bankomatın qarşısında dayanaraq yaşlı şəxslərin bankomatdan pul çıxarmaq məqsədilə ondan kömək istəmələrini gözləmişdir. Bir müddət sonra, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs4in çöldə yerləşən bankomata yaxınlaşmasını müşahidə etmişdir. Təxminən 2–3 dəqiqə gözlədikdən sonra guya xoş niyyət nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs4 köməklik göstərməyi təklif etmişdir. Bu zaman Zərərçəkmiş şəxs4 bank kartını ona təqdim etmiş, o isə həmin kartı bankomatın “Wi-Fi” oxuyucu hissəsinə yerləşdirmişdir. Kart yerləşdirildikdən sonra Zərərçəkmiş şəxs4 ona kartın PİN kodunu bildirmişdir. Şəxs kart hesabında 379 manat məbləğində pul vəsaitinin olduğunu görmüş, lakin Zərərçəkmiş şəxs4 yalan məlumat verərək kartda heç bir vəsaitin olmadığını bildirmişdir. Bundan əlavə, sonuncunun bankomatdan uzaqlaşmasına nail olmaq məqsədilə kart hesabını içəridə yerləşən digər bankomatda yenidən yoxlamasını təklif etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 kartını ondan götürmüş və bankın içərisinə keçmişdir. O isə bu vəziyyətdən istifadə edərək, açıq qalmış kart hesabına daxil olmuş və Zərərçəkmiş şəxs4 balansında olan 379 manat pul vəsaitini nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs4 daha bir ədəd bank kartının olduğunu bildiyi üçün, bu dəfə onun arxasınca bankın daxilinə girmişdir. Orada da eyni üsulla kömək təklif etmiş, ikinci kartla bağlı da yalan məlumat verərək guya həmin kartda da pulun olmadığını bildirmişdir və Zərərçəkmiş şəxs4 ərazidən uzaqlaşması üçün ona bank əməkdaşlarına müraciət etməyi təklif etmişdir. Zərərçəkmiş şəxs4 həmin ərazidən uzaqlaşdıqdan dərhal sonra isə şəxs bu fürsətdən istifadə edərək, təqdim olunmuş ikinci kart hesabından 300 manat pul vəsaitini nağdlaşdırmış və oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əvvəllər orta məktəbdə müəllimə vəzifəsində çalışmış və təxminən 9 il əvvəl əmək fəaliyyətinə son qoyaraq təqaüdə çıxmışdır. Təqaüd ödənişləri ona Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC tərəfindən verilmiş 4127 2211 1723 9238 nömrəli bank kartı vasitəsilə köçürülür. Hər ayın 9-dan 11-nə qədər olan müddət ərzində onun bank hesabına 730 manat məbləğində təqaüd vəsaiti göndərilir. 12 aprel 2024-cü il tarixində, saat 18 radələrində o, təqaüdünü nağdlaşdırmaq məqsədilə yaşadığı ünvana yaxın ərazidə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən ABB Bank ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Bankomatın qarşısında bir nəfər cavan şəxsin olduğunu görmüş və özü bank kartından istifadə edə bilmədiyi üçün həmin şəxsdən ona kömək göstərməsini xahiş etmişdir. Həmin şəxs onun xahişinə razılıq vermiş, bank kartını ondan təhvil almış və bankomata daxil etmişdir. Daha sonra zərərçəkmiş 4 rəqəmli PİN kodu daxil etmişdir. Bu zaman həmin şəxs ona bildirmişdir ki, guya bankomatda pul yoxdur və ona təklif etmişdir ki, rəfiqəsi ilə birlikdə bankın daxilində yerləşən digər bankomatdan istifadə etsin. Həmçinin ona bir daha təkidlə bildirmişdir ki, bankın içərisində onu gözləsinlər. O, bank kartını geri götürərək, rəfiqəsi ilə birlikdə bankın içərisinə keçmişdir. Təxminən 2 dəqiqə sonra həmin şəxs də bank binasına daxil olmuş və ona yenidən təklif etmişdir ki, bank kartını bankomata yerləşdirsın. Bu əməliyyatdan sonra kart hesabında cəmi 8 manat məbləğində vəsait mövcud olduğu məlum olmuş, bu vəziyyəti təqaüdün hələ köçürülməməsi ilə izah etmişdir. Lakin həmin gün, saat 20 radələrində yaşadığı evdə oğlu Damət ilə söhbət zamanı bu məsələni müzakirə etmiş, söhbət əsnasında oğlu Damət onun mobil telefonundakı bank tətbiqi vasitəsilə kart hesabına baxış keçirmiş və məlum olmuşdur ki, 4127 2211 1723 9238 nömrəli bank kartından 730 manat pul vəsaiti nağdlaşdırılmışdır. Məhz bu vaxt başa düşmüşdür ki, bankomat qarşısında kömək adı ilə yaxınlaşan həmin şəxs onun etibarından sui-istifadə etmiş, kart məlumatlarını və PİN kodunu öyrəndikdən sonra, kart hesabında olan təqaüd məbləğini 730 manatı oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə aid 5522-0993-1350- 3237 saylı plastik bank kartı onun istifadəsində olmuşdur. Qızının hesabına gələn pul vəsaitlərini həmişə özü bankomat vasitəsilə çıxararaq nağdlaşdırmışdır. 15 aprel 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində adıçəkilən plastik bank kartını Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən bankomat terminalına daxil etmiş və 10 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq istəmişdir. Kartı bankomata daxil edib pin kodunu yığdıqdan sonra həmin məbləği çıxarmaqda çətinlik çəkmişdir. Bu zaman orada olan əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşaraq kartı digər oxuyucuya qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs göstərişi əsasında digər bankomat aparatına yaxınlaşaraq plastik kartı ora daxil etmişdir. Lakin balansda pulun olmamasını və 750 manat məbləğində vəsaitin naməlum şəraitdə yoxa çıxdığını müəyyən etmişdir. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 07 mart 2024cü il tarixdə yaşadığı evdən çıxaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan təqaüdünü nağdlaşdırmaq məqsədilə həmin ünvana yollanmışdır. Təxminən saat 09:30 radələrində bankomat aparatının qarşısına çatmış və görmə qabiliyyəti zəif olduğu üçün orada dayanan, şəxsiyyətini tanımadığı gənc bir oğlana müraciət etmiş, ona məxsus 4127 2211 1184 8935 nömrəli bank kartından pul vəsaitinin çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxs onun xahişinə etiraz etməmiş, o isə bank kartını həmin şəxsə təqdim etmişdir. Təqsirləndirilən şəxs kartı bankomata daxil etmiş, bir neçə saniyə sonra isə kartı geri qaytarmış və guya kart hesabındakı pul vəsaitinin başqa bir kart hesabına köçürüldüyünü bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs bank kartını təkrar almış, Beynəlxalq Bankın filialına daxil olaraq məsələ ilə bağlı bank əməkdaşları ilə müzakirə aparmışdır. Bank əməkdaşları kart hesabına baxış keçirmiş, hesabın bloklandığını bildirmiş və bir neçə gün sonra yenidən müraciət etməsini təklif etmişlər. Bu hadisədən sonra göz əməliyyatı keçirdiyindən bir neçə gün banka gedə bilməmişdir. 13 mart 2024-cü il tarixdə o, yenidən Azərbaycan Beynəlxalq Bankının müvafiq filialına müraciət etmiş, burada aparılmış yoxlama zamanı və təqdim olunmuş bank çıxarışına əsasən məlum olmuşdur ki, 07 mart 2024-cü il tarixdə onun kart hesabından bankomat vasitəsilə 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Həmin pul vəsaitinin onun razılığı və xəbəri olmadan çıxarıldığını nəzərə alaraq, faktla bağlı müvafiq polis orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 10 mart 2024-cü il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən "xxxx" ASC-yə aid bankomat qarşısına gəlmişdir. Orada quraşdırılmış ATM vasitəsilə həyat yoldaşı X3 istifadəsinə rəsmiləşdirilmiş 4127-2211-0208-5638 saylı bank kartını və özünün istifadəsinə rəsmiləşdirilmiş 4127-2211-1307-6139 saylı plastik bank kartını ATM-ə daxil edib müvafiq kodu daxil etmişdir. Lakin hər hansı səbəbdən balansını öyrənə bilməmişdir. Bu zaman onun arxasında dayanan, əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşaraq köməklik göstərməyi təklif etmişdir. O, istifadəsində olan 4127-2211-1307-6139 nömrəli bank kartını həmin şəxsə verməsi nəticəsində, bir müddət sonra həmin şəxs ona kart hesabında pulun olmadığını bildirmişdir. Həmçinin kartı geri qaytararaq bankın içərisində yerləşən bankomatdan istifadə edərək bir daha cəhd göstərməsini təklif etmişdir. Bank kartını götürərək bankın içərisinə daxil olmuş və pulu nağdlaşdırmağa yenidən cəhət etmişdir. Təxminən bir dəqiqə keçdikdən sonra həmin şəxs də bankın içərisinə daxil olaraq yenidən ona yaxınlaşmışdır. Bu zaman ona bildirmişdir ki, istifadə etdiyi bank kartında pul yoxdur. Təqsirləndirilən şəxs isə digər kartı da yoxlamağı təklif etmişdir. Nəticədə, həyat yoldaşı Əminə Qaziyevanın istifadəsinə rəsmiləşdirilmiş bank kartını həmin şəxsə təqdim etmişdir. Təqsirləndirilən şəxs öz növbəsində kartı bankomat oxuducusunun üzərinə qoymuş və zərərçəkmiş kartın kodunu ona bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs kart hesabında pulun olmadığını bəyan etmişdir. O, qərara gəlmişdir ki, dayandıqları yerdən təxminən 50-100 metr aralıda yerləşən Beynəlxalq Banka daxil olub təqaüdlərin köçüb-köçmədiyini maraqlansın. Bank əməkdaşları hesablara baxış keçirdikdən sonra məlumat vermişlər ki, onun istifadəsində olan 4127-2211-1307-6139 nömrəli bank kartından 379 manat, həyat yoldaşı Əminə Qaziyevanın istifadəsində rəsmiləşdirilmiş 4127-2211-0208-5638 saylı bank kartından isə 300 manat pulun nağdlaşdırıldığı müəyyən olunmuşdur. O. həmin vaxt şübhələnmişdir ki, kartlarından pulun məhz həmin şəxs tərəfindən, guya ona kömək məqsədilə oğurlanması baş vermişdir. Lakin bankdan çıxdıqda artıq həmin şəxsi orada görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən 07 iyun 2024-cü il tarixli, 6-2-41/2-202253/2024 nömrəli məktubla təqdim edilmiş 1 (bir) ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, görüntü 04 dekabr 2024-cü il tarixində, saat 18:25-də qeydə alınmış və ümumilikdə 11 saniyə davam etmişdir. Videogörüntüdə bankomat qarşısında dayanan şəxsin Təqsirləndirilən şəxs olduğu aydın şəkildə görünür. Təqsirləndirilən şəxs müəyyən əməliyyatları yerinə yetirdikdən sonra bankomat tərəfindən emissiya edilmiş nağd pul vəsaitini götürür. Lakin videogörüntüyə əsasən, həmin vaxt bankomatdan çıxarılmış nağd pulun məbləğini müəyyən etmək mümkün olmamışdır. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs təsdiq etmişdir ki, görüntüdə əks olunan şəxs məhz özüdür və verdiyi ifadədə də göstərdiyi kimi, Zərərçəkmiş şəxs1 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində nağd pulu bankomatdan götürmüşdür. (c/i cild-2, i.v 24-25). "Baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş 14 iyun 2024cü il tarixli6-2-41/2-21455/2024 nömrəli məktubla təqdim edilmiş 1 (bir) ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, görüntü 15 aprel 2024-cü il tarixində, saat 16:02-də qeydə alınmış və ümumilikdə 12 saniyə davam etmişdir. Videogörüntüdə bankomat qarşısında dayanan şəxsin Təqsirləndirilən şəxs olduğu aydın şəkildə görünür. O, müəyyən bank əməliyyatlarını həyata keçirdikdən sonra bankomat tərəfindən emissiya edilmiş nağd pul vəsaitini götürür. Lakin videogörüntüyə əsasən, çıxarılmış vəsaitin məbləğini müəyyənləşdirmək mümkün olmamışdır. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan görüntüdə əks olunan şəxsin özü olduğunu təsdiq etmiş və verdiyi izahatda göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini bankomatdan götürmüşdür. (c/i cild-2, i.v 28-29). "Baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş 07 iyun 2024cü il tarixli, 6-2-41/2-20327/2024 nömrəli məktubla təqdim edilmiş 1 (bir) ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmiş, videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, görüntü 10 mart 2024-cü il tarixində, saat 16:58-də qeydə alınmış və 12 saniyə davam etmişdir. Sözügedən videogörüntüdə bankomat qarşısında dayanan şəxsin Təqsirləndirilən şəxs olduğu aydın şəkildə görünür. O, müəyyən bank əməliyyatlarını yerinə yetirdikdən sonra bankomat tərəfindən emissiya edilmiş nağd vəsaiti götürür. Lakin videogörüntüyə əsasən, həmin vaxt bankomatdan çıxarılmış nağd pulun məbləğini müəyyən etmək mümkün olmamışdır. CD diskdə mövcud olan ikinci videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, görüntü 10 mart 2024cü il tarixində qeydə alınmış və 5 saniyə davam etmişdir. Həmin videogörüntüdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 yanında dayanan şəxsin Təqsirləndirilən şəxs olduğu görünür və o, Zərərçəkmiş şəxs4lə hər hansı məsələni müzakirə edir. Videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan videogörüntülərdə əks olunan şəxsin məhz özü olduğunu təsdiq etmiş və izahatında göstərmişdir ki, müvafiq olaraq 300 (üç yüz) və 379 (üç yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitlərini Zərərçəkmiş şəxs4 aldadaraq ələ keçirmişdir. (c/i cild-2, i.v 30-31). “Üzləşmə haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs özünə qarşı verilmiş ifadələrdə əks olunmuş halları təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı zərərçəkmişdən üzr istəmiş, ona dəymiş maddi ziyanın qarşılanmasını yaxın gələcəkdə təmin edəcəyinə dair öhdəlik götürmüşdür. (c/i cild-2, i.v 42-45). “Üzləşmə haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs özünə qarşı verilmiş ifadələrdə əks olunmuş halları təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı zərərçəkmişdən üzr istəmiş, ona dəymiş maddi ziyanın qarşılanmasını yaxın gələcəkdə təmin edəcəyinə dair öhdəlik götürmüşdür. (c/i cild-2, i.v 45-47). “Üzləşmə haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs özünə qarşı verilmiş ifadələrdə əks olunmuş halları təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı zərərçəkmişdən üzr istəmiş, ona dəymiş maddi ziyanın qarşılanmasını yaxın gələcəkdə təmin edəcəyinə dair öhdəlik götürmüşdür. (c/i cild-2, i.v 48-50). “İfadənin yerində yoxlanılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadənin dəqiqliyinin və ifadədə qeyd olunan halların düzgünlüyünün təsdiqi məqsədilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yerindəcə yoxlanılmışdır. (c/i cild-2, i.v 52-55). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 17 aprel 2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10% faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Quba Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 manat cərimə cəzası məhkum edilmişdir. Bundan başqa, o, Quba Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 69.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzası məhkum edilmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 68.2 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) ay 19 (on doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 01 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 67.1 və 68.2 maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (c/i cild-2, i.v 92-94). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 637/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplanaraq, o, 3000 (üç min) manat cərimə və 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 30 may 2024-cü il tarixdən hesablanılmşdır. (c/i cild-2, i.v 96-104). "Sübutların qiymətləndirilməsi haqqında” 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 107-121). Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx-xx/2024 nömrəli, 01 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-637/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm 31 mart 2021-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. Məhkum tərəfindən cərimə məbləği ödənilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3- cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut- 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(010)-382/2024 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 382/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-495/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-495/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver