Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-496/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxs - xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə yaşayan, 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxsxx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11 nömrəli xüsusi internat məktəbində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi həyət evinin plastik pəncərəsini vintaçan vasitəsilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, həmin evdən 300 manat dəyərində 01 ədəd böyük laqonda, 100 manat dəyərində 01 ədəd “Teh” markalı, TG 12512 modelli laqonda, 250 manat dəyərində 01 ədəd direl aparatı, 250 manat dəyərində 01 ədəd “Makota” markalı lazer aparatı, 100 manat dəyərində 01 ədəd prefarator, 80 manat dəyərində təxmini uzunluğu 100 metr olan qırmızı- göy rəngli, üzəri izolyasiya edilmiş, qalınlığı 3 mm olan elektrik naqili, 200 manat dəyərində 01 ədəd “Reka” markalı DJSm 102/5 modelli su nasosu, 10 manat dəyərində 01 ədəd dəmir lom və 10 manat dəyərində 01 ədəd mismar çıxardanı gizli olaraq talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,363 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivinə qədər daşımış, 05 mart 2024-cü il tarixdə, saat 23:10-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yaşadığı evin yaxınlığında olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkcənin sol yan iç cibində satış məqsədi ilə saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş təmiz çəkisi 0,363 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd daxilində psixotrop maddə metamfetaminə məxsus izlər, eləcə də üzərində turbuçka olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi həyət evinin plastik pəncərəsini vintaçaıı vasitəsilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, həmin evdən 300 manat dəyərində 01 ədəd böyük laqonda, 100 manat dəyərində 01 ədəd “Teh” markalı, TG 12512 modelli laqonda, 250 manat dəyərində 01 ədəd direl aparatı, 250 manat dəyərində 01 ədəd “Makota” markalı lazer aparatı, 100 manat dəyərində 01 ədəd prefarator, 80 manat dəyərində təxmini uzunluğu 100 metr olan qırmızı- göy rəngli, üzəri izolyasiya edilmiş, qalınlığı 3 mm olan elektrik naqili, 200 manat dəyərində 01 ədəd “Reka” markalı DJSm 102/5 modelli su nasosu, 10 manat dəyərində 01 ədəd dəmir lom və 10 manat dəyərində 01 ədəd mismar çıxardanı gizli olaraq talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələrin satışı ilə özünü təqsirli bilmir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib, üzərində saxlamışdır. Narkotik vasitəni heç kimə satmamış, satmaq niyyəti ilə də əldə etməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə qonşuluqda yaşayan Ələsgərin yaşadığı evin arxa hissəsində olan hasardan tullanaraq həyətyanı sahəyə daxil olmuşlar və evə plastik pəncərəni vintaçanandan istifadə edərək açma yolu ilə daxil olaraq evdən 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd lazer aparatı, 01 ədəd prifarator, 02 qutu elektrik naqili, 01 ədəd su nasosu, 01 ədəd dəmir lom və 01 ədəd mismarçıxardan oğurlamışlar. Həmin günün səhəri Sergey ilə birlikdə oğurladığı əşyaları Bakı şəhəri, Sabumçu rayonu, Bilgəh qəsəbəsində metal qəbulu məntəqəsində tanımadıqları şəxslərə ümumilikdə 280 manata satmışlar. Ələsgər onlardan polisə şikayət etdiyi üçün oğurladığı əşyaları geri qaytarmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Rasimlə baş vermiş hadisədən 16 il əvvəl tanış olmuşdur. Həmin vaxt evsiz, köməksiz vəziyyətdə küçədə qaldığı zaman Rasim onu evinə dəvət etmiş və həyətində olan otağı təmənnasız olaraq ona yaşamağı üçün vermişdir. O, bir müddət orada yaşamışdır. Daha sonra oradan çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq y/m-də yerləşən fərdi yaşayış evində tək yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, qonşuluqda yaşayan Ələsgərin evində olan tikinti alətlərini götürməkdə ona kömək etsin. Bildirmişdir ki, həmin alətləri götürüb sonra birlikdə işləyəcəklər. O da razılaşmışdır. Gecə saat 03 radələrində Rasimlə birlikdə Ələsgərin yaşadığı evin arxa hissəsində olan hasardan tullanaraq həyətyanı sahəyə daxil olmuşlar, o evin həyətində gözləmişdir. Rasim evə daxil olaraq oradan 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd lazer aparatı, 01 ədəd prifarator, 02 qutu elektrik naqili, 01 ədəd su nasosu, 01 ədəd dəmir lom və 01 ədəd mismarçıxardan götürmüşdür. Rasim həmin alətləri öz yaşadığı həyətə aparmışdır. O, isə çıxıb getmişdir. Rasimin sonra həmin əşyaları kimə satdığından xəbəri olmamışdır. Ona hər hansı məbləğdə pul verilməmişdir. Özü sonra zərərçəkmiş şəxsə onun əşyalarını götürdüklərini bildirmişdir. Məhkəmədən Rasimin təklifi ilə getməsini, törədilən cinayətdə təqsirli olmamasını nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, baş vermiş hadisədən təxminən 2 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində torpaq sahəsi almış və həmin torpaq sahəsində olan fərdi yaşayış evi təmirsiz olduğundan həmin evi təmir etdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həmin bağ sahəsində olmuş və heç bir hadisə ilə rastlaşmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində bağ sahəsinə gələn zaman həyətə daxil olan naməlum şəxs və ya şəxslərin evin içindən 300 manat dəyərində 01 ədəd böyük laqonda və 100 manat dəyərində 01 ədəd balaca laqonda, 250 manat dəyərində 01 ədəd drel aparatı, 250 manat dəyərində 01 ədəd lazer aparatı, 100 manat dəyərində 01 ədəd preforator, 80 manat dəyərində 02 qutu təxminən uzunluğu 10 metr olan elektrik naqili, 200 manat dəyərində 01 ədəd su nasosu, 10 manat dəyərində 01 ədəd dəmir lom və 10 manat dəyərində 01 ədəd mismarçıxardanı oğurladığını aşkar etmişdir. Əvvəl belə bir hadisənin baş vermədiyini bildirmişdir. Hadisə nəticəsində ona 1300 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 05 mart 2024-cü il tarixdə Sabunçu RPİ-nin NMB- nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 05 mart 2024-cü il tarixdə, saat 23:10-da Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmişdir. Orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü, 01 ədəd turubkanı (miişdüyə bənzər əşya) çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə psixotrop maddə metamfetamindir və onu şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ev ustası kimi fəaliyyət göstərmiş, mütamadi olaraq evləri təmir etmişdir. Təqsirləndirilən şəxs1 təxminən, 2000-ci ildən tanımışdır, həmin şəxs də onun kimi ustadır. Təxminən, 2023-cü il noyabr ayının əvvəlləri olarmış ki, Rasim ona yaxınlaşaraq əlində təmir üçün lazım olan usta ləvazimatı lazer olduğunu və oğlu hərbi xidmətdə olduğu üçün pula ehtiyacı olduğuna görə onu satmaq istədiyini bildirmişdir. O isə həmin şəxsdən qiymətini soruşduqda 100 manat demişdir. Onlar razılaşmışdırlar. Sözügedən lazeri həmin şəxsdən almış, 70 manat məbləğində pul vermiş, yerdə qalan 30 manatı isə sonra verəcəyini bildirmişdir. Rasim lazeri ona vermiş və 70 manat məbləğində pulu da ondan alıb getmişdir. Təxminən 3 gün sonra polis əməkdaşları yaxınlaşaraq ona oğurluq mal aldığını demiş və onun Rasimdən aldığı lazerin oğurluq olduğunu bildirmişlər. Bundan sonra o, həmin Rasimdən aldığı həmin sözügedən lazeri polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ev ustası kimi fəaliyyət göstərir, mütamadi olaraq evləri təmir etmişdir. Təqsirləndirilən şəxs1 təxminən, 2001-ci ildən tanıyır, həmin şəxs də onun kimi ustadır, onlar dəfələrlə birlikdə işləmişlər. Rasim ona yaxınlaşaraq əlində təmir üçün lazım olan usta ləvazimatı sayılan laqonda və naqillər olduğunu və onları satmaq istədiyini bildirmiş, evini yenicə təmir etdirdiyini, həmin naqillərin də artıq qaldığını qeyd etmişdir. Bundan sonra o, həmin şəxsin yaşadığı ünvana getmiş və həmin dediyi laqondaya baxmış və bəyənmişdir. Onlar laqondanı almaq üçün 20 manata razılaşmış, naqilləri isə 40 manata razılaşmışdırlar. Həmin günü o, Rasimə 20 manat məbləğində pul vermiş və laqondanı alıb aparmışdır. 1 gün sonra isə həmin sözügedən naqilləri özü onun evinə gətirmiş, bunun üçün onlar 40 manata razılaşmışlar. Həmin vaxt Sergey də orada olmuşdur, yəni Rasimlə birlikdə onlara gəlmişdir. O, naqillərə görə 20 manat məbləğində pulu Rasimə vermiş, yerdə qalan 20 manatı isə sabah verəcəyini demişdir. Səhəri gün isə Sergey onun ünvanına gələrək yerdə qalan 20 manat məbləğində pulu götürmüşdür. Bundan təxminən 3 gün sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş və onun Rasimdən aldığı ləvazimatların oğurluq olduğunu bildirmişdirlər, o da həmin sözügedən ləvazimatları yəni, Rasimdən aldığı naqillər və laqondanı polis əməkdaşlarına təhvil vermişdir. Şahid3 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə prosesində şahid qismində iştirak edə bilməyəcək, istintaqa verdiyi ifadəsini təsdiq edir. . İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağ massivi, fərdi evdə ailəsilə birgə yaşamışdır.Mahiyyəti üzrə bildirmişdir ki, o, mütamadi olaraq müxtəlif yerlərdə fəhlə olaraq fəaliyyət göstərmiş, bu minvalla da, Rasimi tanımışdır. Rasim ona tez-tez müxtəlif yerlərdə işlər olduğunu bildirərək ona işləmək üçün işlər təşkil etmiş, o da gedib işləmişdir. Rasimi baş vermiş hadisəyə qədər 1 ildən çox müddət tanımış, həmin şəxslə bazarda tanış olmuşdur. O, mütamadi olaraq fəhlə işi tapmaq üçün yaşadığı yerə yaxın bazarda fəhlələr dayanan yerdə dayanmış, elə oradaca Rasim ilə tanış olmuş, həmin şəxslə normal münasibəti olmuşdur. Qeyd etmişdir ki, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il saat 19:25-də Rasimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam neylirsen canim ağrıyır danişa bilərik” məzmunlu mesaj getməsi barədə onu demişdir ki, bu mesajdan xəbəri yoxdur, həmin mesajın onun mobil nömrəsindən Rasimə məxsus mobil nömrəyə necə getməsi barədə xəbəri yoxdur, yadına düşmür, heç bu barədə məlumatı da yoxdur. Belə güman etmişdir ki, ola bilər ki, onun mobil telefonu vasitəsilə başqa bir adam Rasimə mesaj yazmış, çünki, bayaq qeyd etdiyi kimi o, mütamadi olaraq müxtəlif yerlərdə fəhlə işlədiyi üçün paltarlarını çıxarıb dəyişmiş, paltarlarını və mobil telefonunu qırağa qoymuşdur. Qeyd etmişdir ki, Rasimin narkotik vasitələrdən istifadə və ya onun satışını təşkil etməsi barədə heç bir məlumatı yoxdur, o özü isə narkotik vasitələrdən istifadə etmir, heç keçmişdə də istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata götürmə barədə qərardan görünür ki, psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması ilə bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də toplanmış HK-1/533 saylı material üzrə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. - Şübhəli şəxsin tutulması haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il taridə saat 23:10 dəqiqədə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülünü və həmin cibdə olan 01 ədəd turubkanı (müşdüyə bənzər əşya) təqdim edərək həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni istifadə məqsədilə internet saytında tanış olduğu şəxsdən aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülünü açdıqda həmin bükülüdə toz-kristalşəkilli, ağ şəffaf rəngli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə və cibdən aşkar edilmiş 01 ədəd turbuçka cinayət təqibi üzrə sübut əhəmiyyətə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/1338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,363 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd üzərində turbuçka olan şüşə ampulanın daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək və bükümdə olan metamfetaminlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. - Təqsirləndirilən .şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, təhqiqatçı Firon İsgəndərovun qarşısındakı masanın sol tərəfində dayanmış şəxs Sabunçu RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, ondan sağda dayanmış şəxs Təqsirləndirilən şəxs1, ondan sağda dayanmış şəxs isə Sabunçu NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Video çəkilişin davamında Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülünü çıxararaq təqdim edir. Həmin bükülünün içərisinə keçirilmiş baxış zamanı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Daha sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülü kağız zərfdə qablaşdırılıb möhürlənir. - cinayət işi üzrə icraatın birləşdirilməsi barədə 07 mart 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəsi altında bir icraatda istintaq olunması qərara alınmışdır. - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Sabunçu RPİnin 14-cü PŞ-də toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/2628 nömrəli material üzrə fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və və icraata qəbul edilməklə istintaqı aparılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yeni yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. - Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi AR CM-nin 177.2.1, 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. - Təqsirləndirilən .şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X1 xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs2 saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. - təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X1 xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs1 saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X1 xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs1 saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir - təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X1 xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs2 saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat qeydə alınmamışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-137/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1940 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 370 manat müəyyən edilmişdir: 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda)-50 manat; 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu-150 manat, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqil- 70 manat, 01 ədəd “Makota” markalı lazer aparatı-100 manat - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3380 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 17 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin oğurladıqları 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda), 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqili, 01 ədəd “Makota” markalı lazer aparatı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,363 qram olan psixotrop maddə metamfetamin, bir ədəd turbuçka, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş əks olunan 1 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” disk iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi təmiz çəkisi 0,313 qram olan psixotrop maddə metamfetamin və bir ədəd turbuçka saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “CD” disk və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda), 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqili, 01 ədəd “Makota” markalı lazer aparatı zərərçəkmiş şəxsə qaytarılmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X2 adlı azyaşlı uşağı vardır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunması və tapılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə gətirilməsi, olduğu yer müəyyən edilənədək və məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2, 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Nikoloyeveçin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatalrı olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilən zaman narkotik vasitəni əldə etmək istəyən şəxslərin bu məqsədlə Elməliyevə Rasimə ünvanladıqları çoxsaylı mesajların olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalarla, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 təqsiri qeyd edilən sübutlarla təsdiq edildiyindən onun özünü narkotik vasitəni satış məqsədilə əldə edilməsində təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 təqsiri qeyd edilən sübutlarla təsdiq edildiyindən onun özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 evli olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cinayət törətməkdə şübhəli şəxs qismində tutulması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, zərərçəkmiş şəxsə də dəymiş ziyanın ödənilməsini və cəzasını yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 5 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək, xx.xx.2024-cü il tarixdə) həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 25 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda), 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqili, 01 ədəd “Makota” markalı lazer aparatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024cü il tarixdən hesablanmalı; 4 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,313 qram olan psixotrop maddə metamfetamin və bir ədəd turbuçka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda), 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqili, 01 ədəd “Makota” markalı lazer aparatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 105 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2, 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Nikoloyeveçin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkillərin işlə tanış olduqları müddət və məhkəmədə iştirak etdikləri müddət 35 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 hər birinə dövlət büdcəsi hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 4 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Nikoloyeveç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Nikoloyeveçin həbsdə olduğu 5 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Nikoloyeveçin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 Nikoloyeveçin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 Nikoloyeveçin yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Nikoloyeveçin cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Nikoloyeveçin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd Çin istehsalı “Teh” markalı, TG12512 markalı cilalama maşını (laqonda), 01 ədəd “Reka” markalı DJSm 102/5 model su markalı su nasosu, təxmini uzunluğu 100 metr olan qırmızı göy rəngli, üzəri izolyasiya edilmiş qalınlığı 3 mm olan elektrik naqili, 01 ədəd “Makota” markalı lazer aparatı zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,313 qram olan psixotrop maddə metamfetamin və bir ədəd turbuçka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 105 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 25 manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs2 Nikoloyeveçdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nikoloyeveçin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 sərf etdikləri hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə hər birinə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-496/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-496/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver