Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-497/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə 01:30-da xalası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1742 nömrəli fərdi tikilmiş bağ evinin qapısını özündə olan sonuncunun ona verdiyi açarla açıb həmin evin dəhlizində stolun üzərində olan 250 manat dəyərində bir ədəd Samsung markalı mobil telefonu, 500 manat nağd pulu, 200 manat dəyərində bir ədəd əl çantasını, 1000 manat dəyərində bir ədəd “HP” markalı kompyuteri, 50 manat dəyərində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalasıdır, xalası ilə münasibətləri həmişə yaxşı olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1742 nömrəli bağ evi də xalası Larisaya məxsusdur. O da həmin bağ evinə istədiyi vaxt gəlib-getmişdir. Bağ evinə gəlib-getməsi üçün xalası Larisa ona evin açarlarını da vermişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tək yemək yemiş, yemək zamanı da maddi vəziyyəti ilə əlaqədar keyfi olmadığından spirtli içki olan araq içmiş, sonra xalası Larisanın bağ evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində bağ evinə çatmış, evin qapısını xalası Larisanın ona verdiyi açarları ilə açmış və evə daxil olmuşdur. Evdə xalası Larisanın yatmasını və dəhlizdə stolun üzərində xalası Larisaya məxsus əl çantasının olduğunu görmüşdür. Çantanı açarkən orada Samsung markalı mobil telefon, 500 manat pul, pul qabı olduğunu, həm də bir ədəd “HP” markalı kompyuterin də masanın üzərində olduğunu görmüşdür. Qeyd olunan əşyaları və pulu spirtli içki təsiri altında olduğundan özü ilə götürmüş, həmin əşyaları yaşadığı evə aparmışdır, lakin heç nəyi satmamış və pulu xərcləməmişdir. xx.xx.2022-ci il tarixdə onu Sabunçu RPİ-nin 14-cü PBnə çağırmışlar. Orada sorğu zamanı etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmiş, həmçinin oğurladığı Samsung markalı mobil telefonu, 500 manat pulu, pul qabını, bir ədəd “HP” markalı kompyuteri və əl çantasını polis əməkdaşlarına təqdim etmişdir. O, qeyd olunan oğurluq hadisəsini tək etmiş, oğurluq etməsi barədə də heç kimə məlumat verməmişdir. Hadisə zamanı o bank kartı və şəxsiyyət vəsiqəsi oğurlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur, onunla münasibətləri yaxşı olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1742 nömrəli bağ evi övladı İradənin adına rəsmiləşsə də faktiki olaraq ona məxsusdur. Rasim də həmin bağ evinə istədiyi vaxt gəlib-gedir. Belə ki, o, Rasimin sözü gedən bağ evinə gəlib getməsi üçün ona evinin açarlarını da vermişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində qeyd etdiyi bağ evində olarkən şam edərək yatmışdır. xx.xx.2022-ci il tarxidə saat 08:30 radələrində yuxudan oyanmış, həmin vaxt bağ evində heç bir dağıntı olmadığını, dəhlizdə stolun üzərinə qoyduğu içərisində Samsung markalı mobil telefon, 500 manat pul, pul qabı olan əl çantası, bir ədəd “HP” markalı kompyuterin naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları onu 14-cü PBnə dəvət etmişlər. 14-cü PB-nə gedərək o, hadisə barədə ərizə və izahatını yazmış, sonradan məlum olmuşdur ki, bağ evində yatan zaman gecə saat 01:30 radələrində bacısı oğlu Rasim bağ evinə gəlmiş, sonuncu qapını özündə olan açarla açmış və evdə dəhlizdə stolun üzərində olan ona məxsus içərisində Samsung markalı mobil telefon, 500 manat pul, pul qabı olan əl çantasını, bir ədəd “HP” markalı kompyuteri oğurlamışdır. Sonradan o, PB-də Rasimi görmüş, sonuncu da ona etdiyi oğurluq hadisəsini səmimi etiraf edərək oğurladığı əşyaları qaytarmışdır. Polis əməkdaşları da həmin əşyaları götürmüşlər. Rasimin bağ evinə necə gəlməsindən xəbəri olmamış, belə ki, özü həmin vaxt yatmışdır. O, qeyd etmişdir ki, oğurluq hadisəsi nəticəsində bacısı oğlu Rasim tərəfindən dəhlizdə stolun üzərinə qoyduğu 250 manat dəyərində Samsung markalı mobil telefon, 500 manat pul, 50 manat dəyərində pul qabı, 200 manat dəyərində əl çantası, 1000 manat dəyərində bir ədəd “HP” markalı kompyuter oğurlanmış, ümumilikdə oğurluq hadisəsi nəticsində ona 2000 manat ziyan dəymişdir. Göstərdiklərini özü təsdiqləyə bilər. Sözü gedən oğurluq hadisəsi zamanı bank kartı və şəxsiyyət vəsiqəsi oğurlanmamışdır, həyəcanlı olduğu üçün DİN-in 102 xidmətinə bank kartı və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Leyla xanım” pirinin yaxınlığında yerləşən bağ evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v. 8-11); əşyaların könüllü təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1742 nömrəli fərdi tikilmiş bağ evindən götürdüyü bir ədəd Samsung markalı mobil telefonu, bir ədəd pul qabını, bir ədəd əl çantasını, bir ədəd HP markalı kompyuteri və 500 manat pulu təqdim edərək bildirdi ki, 500 manat pul və təqdim etdiyi əşyalar xalası Zərərçəkmiş şəxs məxsusdur. O, 500 manat pul və təqdim etdiyi əşyaları xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində xalası Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1742 nömrəli fərdi tikilmiş bağ evindən oğurlamışdır. Həmin əşyalar və 500 manat pul sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(i.v.16); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 67- 68); şübhəli şəxsin tutulması haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 55-56); qətimkan tədbirinin seçilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 70-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 29, 177.2.3cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018ci il tarixdə cəriməni dövlət nəfinə tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli blinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır(i.v.86-87); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/1139 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 683 manat müəyyən edilir. O cümlədən bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli mobil telefon -60 manat, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı-3 manat, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası-20 manat. 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbuk-600 manatdır(i.v.89-91); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun barəsində heç bir şikayət və tələbi yoxdur(i.v.96); sübutların qiymətləndirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli mobil telefon, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası, 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbuk maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs ərizəsinə əsasən sonuncuya qaytarılması qərara alınmışdır. (i.v. 98- 101); qəbzdən görünür ki, bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli mobil telefon, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası, 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbuk Zərərçəkmiş şəxs qaytarılmışdır(i.v.109); Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə 01:30-da xalası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1742 nömrəli fərdi tikilmiş bağ evinin qapısını özündə olan sonuncunun ona verdiyi açarla açıb həmin evin dəhlizində stolun üzərində olan 250 manat dəyərində bir ədəd Samsung markalı mobil telefonu, 500 manat nağd pulu, 200 manat dəyərində bir ədəd əl çantasını, 1000 manat dəyərində bir ədəd “HP” markalı kompyuteri, 50 manat dəyərində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 9/1139 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 683 manat müəyyən edilir. Belə ki, bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli telefon-60 manat, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı-3 manat, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası-20 manat. 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbuk-600 manatdır. Göründüyü kimi istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 9/1139 saylı ekspert rəyində bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli telefon-60 manat, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı-3 manat, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası-20 manat, 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbuk-600 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 1183 (min yüz səksən üç) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumluqları ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ödənilmiş məhkumluqlar, eləcə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 19 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar – bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM-N910C modelli mobil telefon, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası, 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbukun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, SM- N910C modelli mobil telefon, 01 ədəd yaşıl rəngli qadın üçün pul qabı, 01 ədəd zəncirvəndlə açılıb-bağlanan əl çantası, 01 ədəd “HP” markal, HP RTL8821CE model, 250 GB yaddaşlı noutbukun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-497/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-497/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver