Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-5/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat17:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 Cəlal qızının, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X25, X6, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, X7, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23 iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Qazaxıstan Respublikasının Taldi-Kurqan vilayətində doğulmuş, evli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəh.,Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küç., ev 14, mənzil 01-də qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə arvadı Şahid1 Rafiq qızına daha yüksək məbləğdə pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şahid1 əlillik dərəcəsini ikinci qrupdan birinci qrupa dəyişdirəcəyinə inandırıb aldadaraq daha yüksək məbləğdə pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etimadından sui-istifadə edərək ondan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 23 aprel 2017-ci il tarixdə ünvan 1 ünvanda Şahid1 3.000 manat pulu, bundan sonra isə 2017-ci ilin may ayının ortalarında G.P.Mikayılovadan ünvan 2 ünvanda yerləşən «Halal» marketin qarşısında 700 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3.700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə daha yüksək məbləğdə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunun əlillik dərəcəsini ikinci qrupdan birinci qrupa dəyişdirəcəyinə inandırıb aldadaraq 270 manat məbləğində pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs2 ona olan inam və etimadından sui-istifadə edərək sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 09 mart 2017-ci il tarixdə İsmayıllı şəh., Nizami küç. 15 ünvanda yerləşən yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 1.200 manat pulu, bundan sonra 11 mart 2017-ci il tarixdə Bakı şəh., Nərimanov rayonu, X85 küç., 85 ünvanda yerləşən 5 nömrəli şəhər klinik xəstəxanasının inzibati binasının giriş hissəsinin qarşısında 500 manat pulu və sonuncu dəfə Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan «İlkin» adlı şəxslə göndərdiyi 1.000 manat pulu ondan 18 iyun 2017-ci il tarixdə Bakı şəh., Binəqədi rayonu, Sumqayıt-Bakı şossesinin 3-cü kmdə yerləşən Bakı X1rşısında alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 2.700 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə qızı Şahid11 xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şahid11 əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs3 ona olan inam və etimadından sui-istifadə edərək 08 iyul 2017-ci il tarixdə kürəkəni Şahid10 vasitəsilə göndərdiyi 6.000 manat pulu ünvan 4 ünvanda yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram teatrı ilə üzbə-üzdə yerləşən çayxanada alıb ələ keçirirək Zərərçəkmiş şəxs3 xeyli miqdarda 6.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib ona əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs4 ona olan inam və etimadından sui-istifadə edərək ondan 2017-ci ilin sentyabr ayının əvvələrində ünvan 1 ünvanda 1.200 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4ya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə qardaşı oğlu Şahid3 xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 Şahid3 əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs5 ona olan inam və etimadından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5la göndərdiyi 2.500 manat pulu 17 aprel 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzi»ndə yerləşən «Dalğa» kafesində ondan alıb ələ keçirmiş, bundan sonra isə Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 vasitəsi ilə 21 iyul 2017-ci il tarixdə İsmayıllı şəh., Cavanşir küç., 4 ünvanda yerləşən AZ 3100 indeksli poçt şöbəsindən 97 manat, 07 avqust 2017-ci il tarixdə İsmayıllı şəh., M.Orucov küç., 138 ünvanda yerləşən AZ 3101 indeksli poçt şöbəsindən 400 manat, 29 avqust2017-ci il tarixdə həmin poçt şöbəsindən 1.400 manat, 07 sentyabr 2017-ci il tarixdə həmin poçt şöbəsindən 50 manat və 07 oktyabr 2017-ci il tarixdə qeyd olunan poçt şöbəsindən 48 manat pulun göndərilməsinə nail olub həmin məbləğlərdə pulu da ələ keçirərək Zərərçəkmiş şəxs4 4.495 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə qızı X32 daha yüksək məbləğdə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib A.N.Tağıyevaya əlillik dərəcəsini ikinci qrupdan birinci qrupa dəyişdirəcəyinə inandırıb aldadaraq daha yüksək məbləğdə sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs5 ona olan inam və etimadından sui-istifadə edərək ondan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 27 sentyabr 2017-ci il tarixdə ünvan 7 ünvanda yerləşən «Bakıxanov Ticarət Mərkəzi»ndə yerləşən «Dalğa» kafesində 2.500 manat pulu alıb ələ keçirmiş, bundan sonra isə 21 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs5 İsmayıllı şəh., M.Orucov küç., 138 ünvanda yerləşən AZ 3101 indeksli poçt şöbəsindən onun adına 490 manat pulun göndərilməsinə nail olub həmin məbləğdə pulu da ələ keçirərək Zərərçəkmiş şəxs5 2.990 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiya təyin edilməsinə köməklik olunması üçün ona müraciət etmiş özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, adına açdıracağı bank hesabına müəyyən məbləğdə pul vəsaiti ödənməli olmasına inandırıb aldadaraq həmin məbləği hesabına qanuni əsaslarla sosial pensiya təyin etdirəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun olan inam və etimadından sui-istifadə edərək Çinar Süleymanovädan 05 dekabr 2017-ci il tarixdə Bakı şəh., Nərimanov rayonu ərazisində yerləşən «Olimpik stär» idman kompleksinin qarşısında 5.300 manat pulunu alıb ələ keçirdikdən sonra tanışı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə idarəsinin 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyən X4 Zərərçəkmiş şəxs7 saxta diaqnoz əsasında sosial pensiyasının təyin edilməsini xahiş etmiş, Zümrüd Abdullayevə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Zərərçəkmiş şəxs7 saxta diaqnozu ilə müalicə olunması ilə bağlı bilə-bilə yalan məlumatları Tibbi-Sosial Ekspertiza və X30 göndərməklə Zərərçəkmiş şəxs7 birinqci qrup əlillik dərəcəsinin təyin olunmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs bu barədə kompyuter çıxarışını Zərərçəkmiş şəxs7 təqdim edərək inandırma metodu kimi istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin görüntüsünü yaratmış və bununla da Zərərçəkmiş şəxs7 xeyli miqdarda 5.300 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan, başqa o, təkrarən eyni məqsədlə sosial pensiya təyin edilməsinə köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs8 özünü genis əlaqələrə malik şəxs kimi təqdim edib adına açdıracağı bank hesabına müəyyən məbləğdə pul vəsaiti ödənməli olmasına inandırıb aldadaraq həmin məbləği hesabına qanuni əsaslarla pensiya təyin etdirəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından sui-istifadə edərək Zərərçəkmiş şəxs8 16 yanvar 2018-ci il tarixdə yaşadığı Bakı şəh., Yasamal rayonu, Vasif Əliyev küçəsi 267 saylı binanın 1 nömrəli mənzilində 5.000 manat pulunu alıb keçirdikdən sonra tanışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə idarəsinin 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyən X4 Zərərçəkmiş şəxs8 saxta diaqnoz əsasında sosial pensiyasının təyin edilməsini xahiş etmiş, Zümrüd Abdullayevə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Zərərçəkmiş şəxs8 saxta diaqnozu ilə müalicə olunması ilə bağlı biləbilə yalan məlumatları Tibbi-Sosial Ekspertiza və X30 göndərməklə Zərərçəkmiş şəxs8 birinci qrup əlillik dərəcəsinin təyin olunmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs bu barədə kompyuter çıxarışını Zərərçəkmiş şəxs8 təqdim edərək inandırma metodu kimi istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin görüntüsü yaratmış və bununla da, Zərərçəkmiş şəxs8 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiya təyin edilməsinə köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs9 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, adına açılacağı bank hesabına müəyyən məbləğdə pul vəsait ödənməli olmasına inandırıb aldadaraq həmin məbləği hesabına qanuni əsaslarla pensiya təyin etdirəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından sui-istifadə edərək Zərərçəkmiş şəxs9 19 mart 2018-ci il tarixdə qardaşı X8 məxsus Bakı şəh., Nizami rayonu, Qara Qarayev prospekti 106 saylı binanın 122 nömrəli mənzilində 1.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni məqsədlə sosial pensiya təyin edilməsinə köməklik olunması üçün ona müraciət Zərərçəkmiş şəxs11 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib adına açdıracağı bank hesabına müəyyən məbləğdə pul vəsait ödənməli olmasına inandırıb aldadaraq həmin məbləği hesabına qanuni əsaslarla pensiya təyin etdirəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından sui-istifadə edərək Zərərçəkmiş şəxs11 05 aprel 2018-ci il tarixdə ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə idarəsinin 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının inzibati binasının yanında 4.500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 həmin miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiya məbləğinin artırılmasına köməklik edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs10 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək əmək stacının artırılması və birinci qrup əlillik dərəcəsinin təyin edilməsi üçün zəruri olan sənədlərin toplanmasından ötrü dövlət büdcəsinə müəyyən məbləğdə pul vəsaiti ödəməli olmasına inandırıb qanuni əsaslarla birinci qrup əlillik dərəcəsi təyin olunması və bununla da aldığı sosial pensiyanın məbləğinin artırılmasını təmin edəcəyini yalandan vəd verməklə, qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından suiistifadə edərək Zərərçəkmiş şəxs10 vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 01 aprel 2018-ci il tarixdə qardaşı X8 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 106 saylı binanın 122 nömrəli mənzilində əvvəlcə 2.000 manat, həmin tarixdən bir neçə gün sonra, yəni 2018-ci il aprel ayının ortalarına qədər müddət ərzində istintaqa məlum olmayan tarixdə əlavə 1.000 manat qardaşının yaşadığı qeyd olunan ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 3.000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni məqsədlə sosial pensiya təyin edilməsinə köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs13 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim sonuncuya əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs13 ona olan inam və etimadından suiistifadə edərək 11 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsində X84 kənarında yerləşən adsız kafedə Zərərçəkmiş şəxs13 2.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən, eyni məqsədlə gəlini X16 xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs14 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Gülnar Kərimovaya əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Gülnar Kərimovanın ona olan inam və etimadından sui-istifadə edərək tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı,Lənkəran rayonu, Hirkan qəsəbəsindəki evdə sonuncudan 1.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən, eyni məqsədlə bacısı X26 xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs15özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şəfiqə Paşayevaya əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs15 ona olan inam və etimadından sui-istifadə edərək 05 avqust 2018-ci il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində Zərərçəkmiş şəxs14 yaşadığı evində Zərərçəkmiş şəxs15 4.300 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs15 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə Zərərçəkmiş şəxs19 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib 6.000 manat pula sonuncunun oğlu Şahid8 Bakı şəh.,Xəzər Rayon Məhkəməsinə mülki işçi kimi işə düzəldəcəyini vəd edib aldadaraq, 16 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs19 ailəsi ilə yaşadığı ünvan 11 ünvanında sonuncudan 6.000 manat pul alıb ələ keçirərək, aldatma və etibardan sui-istifadə etməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs19 xeyli miqdarda 6.000 manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən, eyni məqsədlə həyat yoldaşı Şahid7 qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək stacından aşağı stajla əmək pensiyasına çıxmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs17 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şahid7 əmək stajının artırılacağına inandırıb aldadaraq əmək pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs17 ona olan inam və etimadından-sui-istifadə edərək 2018-ci ilin avqust ayının axırlarında, istintaqa məlum olmayan tarixdə «Araz» mağazalar şəbəkəsinin ünvan 12 ünvanında yerləşən mağazasının qarşısında sonuncudan 1.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs17 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən, eyni məqsədlə arvadı Şahid5 Həmzəağa qızına xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs16 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şahid5 əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs16 ona olan inam və etimadından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 12 sentyabr 2018-ci il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində Zərərçəkmiş şəxs14 yaşadığı evində Zərərçəkmiş şəxs16 4.706 manat pul alıb ələ keçirdikdən sonra, inandırma metodu kimi istifadəıedib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin görüntüsünü yaratmaq üçün Zərərçəkmiş şəxs16 Dıfruba Səfərova ilə birlikdə, sonuncunun Bakı şəhərinə qeydiyyata alınması üçün Bakı şəhərinə çağıraraq birlikdə ünvan 13 ünvanında yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı «ASAN» xidmət mərkəzi binasının qarşısına gəlib 14 sentyabr 2018-ci il tarixdə orada Zərərçəkmiş şəxs16 əlavə 300 manat pulunu almış və sonuncu dəfə 24 sentyabr 2018-ci ii tarixdə Zərərçəkmiş şəxs16 qardaşı Şahid6 vasitəsi ilə göndərdiyi 50 manat pulu sonuncudan onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massisi 56B ünvanının qarşısında alıb ələ keçirmiş və bununla da, Zərərçəkmiş şəxs16 xeyli miqdarda, 5.050 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə üçüncü qrup əlillik dərəcəsi olan oğlu X33 əlillik qrupunu birinci qrupa dəyişdirilməsidə köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs17 Şaddıq Əliyevin əlillik qrupunun birinci qrupa dəyişdirəcəyinə inandırıb aldadaraq daha yüksək məbləğdə sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs17 ona olan inam və etimadından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə, 2018-ci il sentyabr ayının ortalarından 05 noyabr 2018-ci il tarixədək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixlərdə, 4 dəfə, hər dəfə 500 manat məbləğində olmaqla «Araz» mağazalar şəbəkəsinin ünvan 15 ünvanında yerləşən mağazasının qarşısında ondan ümumilikdə 2.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs17 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrərən, eyni məqsədlə əri Şahid14 xəstəliklə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs12 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Şahid14 əlillik dərəcəsini təyin etdirəcəyinə inandırıb aldadaraq sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs12 ona olan inam və etimadından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 02 oktyabr 2018-ci il tarixdə ondan yaşadığı, ünvan 16 ünvanında 150 manat Zərərçəkmiş şəxs12 alıb inandırma metodu kimi istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin görüntüsünü yaratmaq üçün Şahid14 qeydiyyata olduğu ünvana qeydiyyata alınmasını təşkil etmiş, sonra isə 2018-ci il noyabr ayının əvvələrində, istintaqa dəqiq məlum olmayän tarixdə ünvan 16 ünvanında Zərərçəkmiş şəxs12 1.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 1.150 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Nəbizadə Zərərçəkmiş şəxs18 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 1-ci qrup əlillik dərəcəsi təyin etdirib sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs18 Nəbizadənin ona olan inam və etimadından suiistifadə edərək sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 04 noyabr 2018ci il tarixdə tanışı Zərərçəkmiş şəxs17 yaşadığı Lənkəran rayonu, Biləsər kəndindəki evdə 300 manat, növbəti dəfə xx.xx.2018-xx.xx.2018-ci il tarixlər arasında, istintaqa dəqiq məlum olmayan tarixdə, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Koroğlu" metrostansiyasınm hava limanı istiqamətində sağ tərəfdə olan piramidal şəkildə metalşüşə konstruksiyalı çıxışının qarşısında 2.000 manat alıb ələ keçirdikdən sonra xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs18 Nəbizadənin ünvan 17 ünvanında yerləşən AZ 4200 indeksli mərkəzi poçt şöbəsindən onun adına 700 manat pulun göndərilməsinə nail olub həmin məbləğdə pulu da ələ keçirərək Zərərçəkmiş şəxs18 Nəbizadəyə ümumilikdə 3.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə Zərərçəkmiş şəxs20 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib 4.000 manat pulun müqabilində Azərbaycan Respublikası Vergilər Nazirliyində işə düzəldə biləcəyini yalandan vəd verib aldadaraq, aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs20 ona olan inam və etimadından sui-istifadə edərək 27 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs20 ilə ünvan 18 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutu binasının qarşısında görüşüb ilkin olaraq ondan 2.000 manat məbləğində pul alıb ələ keçirdikdən sonra inandırma metodu kimi istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin görüntüsünü yaratmaq üçün Zərərçəkmiş şəxs20 vergi orqanlarının əməkdaşın qəbuluna aparıb müsabiqədən müvəffəqiyyətlə keçərək vergi orqanlarına işə qəbul olunacağını, pulun qalan 2.000 manat hissəsini işə qəbul olunduqdan sonra alacağını bildirmiş, bununla da Zərərçəkmiş şəxs20 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən, eyni məqsədlə bacısı Zərərçəkmiş şəxs22 sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş X12 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs22 birinci qrup əlillik dərəcəsi təyin etdirib sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Nəzakət Xurşudovanın ona olan inam və etimadından suiistifadə edərək Zərərçəkmiş şəxs22 vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə Zərərçəkmiş şəxs22 Nəzakət Xurşudovanın vasitəsilə verdiyi azərbaycan manatına məzənnəsi ilə 2.550 manat təşkil edən 1.500 ABŞ dolları məbləğində pulu sonuncudan yaşadığı ünvan 19 ünvanında 22 iyul 2019-cu il tarixində alıb ələ keçirmiş, bundan sonra isə Zərərçəkmiş şəxs22 Nəzakət Xurşudova vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Orxan» marketində quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ilə onun "xxxx" ASC-də olan bank hesabına 1.000 manat pulun elektron köçürülməsinə nail olub həmin məbləğdə pulu da ələ keçirərək Zərərçəkmiş şəxs22 ümumilikdə 3.550 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs21 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya əlillik dərəcəsi təyin etdirib sosial pensiya almasını təşkil edəcəyini yalandan vəd verməklə aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs21 ona olan inam və etimadından sui-istifadə edərək sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 29 iyul 2019-cu il tarixdə sonuncunun işlədiyi, ünvan 20 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz rayon şöbəsinin yeməkxanasında 2.150 manat alıb ələ keçirdikdən sonra xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs21 Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Şahdağ» marketində quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ilə onun "xxxx" ASC-də olan bank hesabına 500 manat pulun elektron köçürülməsinə nail olub həmin məbləğdə pulu da ələ keçirərək Zərərçəkmiş şəxs21 2.650 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrərən eyni məqsədlə sosial pensiyanın alınmasında köməklik olunması üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs23 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sontıhcuya 3.000 manat müqabilində əlillik dərəcəsi təyin etdirib sosial pensiya almasını təşkil edəcəyini-yalandan vəd verməklə-aralarında yaranmış, münasibətlərə görə Zərərçəkmiş şəxs23 ona olan inam və etimadından sui-istifadə edərək sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 2019-cu il oktyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs23 işlədiyi ünvan 21 ünvanda yerləşən «Şəhanə» qadın gözəllik salonunda 200 manat, növbəti dəfə 25 oktyabr 2019-cu il tarixdə həmin salonda 1.700 manat, bundan sonra 2019-cu ilin noyabr ayının əvvələrində, istintaqa dəqiq məlum olmayan tarixdə həmin salonda 9.00 manat və sonuncu dəfə 2019-cu il noyabr ayının axırlarında, istintaqa dəqiq məlum olmayan tarixdə həmin salonda 900 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs23 2.700 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ünvan 22 ünvanda yaşayır. X9 2017-ci ilin iyun ayından tanıyır. Zümrüd Abdullayevə Bakı şəh., Suraxanı rayonu ərazisində yerləşən 13 nömrəli birləşdirilmiş şəhər poliklinikasında baş həkim vəzifəsində işləmişdir. Həmin vaxtı Şahid4 qəbuluna gedib özünü xəstə kimi təqdim etmiş və Zümrüdlə söhbətindən sonra aralarında mehriban münasibətlər yaranmışdır. Bundan sonra Şahid4 bir neçə dəfə yanında olub şəkər xəstəsi olmağından və xəstəxanada qeydiyyata alınma qaydası ilə maraqlanmışdır. Ona məlum olmuşdur ki, xəstəxanada olan həkim məsləhət komissiyasının qərarı sistemə xəstə barədə məlumatlar yükləndikdən sonra onlara əlillik dərəcəsi təyin edilir və onlar pensiya alırlar. 2017-ci ilin təxminən əvvəllərində o, İsmayıllı rayonunda yaşayan tanışı Zərifə adlı qadının vasitəsi ilə onun tanışı Xurşidbanu adlı qadınla tanış olmuşdur. Aralarında yaxın münasibətlər yaranmış və Xurşidbanu qızı Sevdanın gözündə problem olduğunu bilmişdir. Xurşidbanu qızı Sevda üçün təqaüd düzəltmək istədiyini demiş, o da, fikirləşmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 13 nömrəli birləşdirilmiş şəhər poliklinikasında baş həkim vəzifəsində işləyən Zümrüd xanımın vasitəsi ilə qızına təqaüd düzəldə bilər. Lakin, Zümrüd xanıma bu barədə deməmişdir. Daha sonra o, Xurşidbanuya bildirmişdir ki, qızı Sevdaya 6.000 manat pula təqaüd düzəldə bilər. Xurşidbanu buna razı olmuş və xx.xx.2017-ci il tarixdə gündüz saatlarında Bakı şəh.,Yasamal rayonu, Azərbaycan X51rşısında Xurşidbanunun göndərdiyi 6.000 manat pulu sonuncunun kürəkəni Şahid10 almışdır. Pulu alandan sonra özünə xərcləmişdir. Bundan sonra Xurşidbanu ondan şikayət etmiş və o, istintaq zamanı Xurşidbanunun pulunu tam qaytarmışdır. Zərərçəkmiş şəxs7m əvvəldən tanışı olan Donara Süleymanova vasitəsi ilə tanımışdır. Donara Süleymanova ilə onun rəfiqəlik münasibətləri olmuşdur. Donara Süleymanova 2017-ci ilin sonlarında xalası qızı, Zərərçəkmiş şəxs7 ilə birlikdə Suraxanı rayonu ərazisində, dəmiryol xəttinin yanında yerləşən "Nuş olsun" kafesinə gəlmiş və Zərərçəkmiş şəxs7m o, orada görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs7 pensiyaya çıxmaq istədiyini bildirmişdir. O, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs7 sonuncunu qanuni əsaslarla 5.300 manat müqabilində pensiyaya çıxarda biləcəyini demişdir. Çinar heç yerdə işləmədiyi halda bunu necə edə biləcəyini soruşduqda, o, bunu öz tanışları və əlaqələri vasitəsi ilə edəcəyini demişdir. Daha sonra 2017-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs7 ilə telefonla danışaraq «Olimpik Star» idman və əyləncə kompleksinin qarşısında görüş təyin etmiş və orada sonuncu ilə görüşmüşdür. Zərərçəkmiş şəxs7 ondan hansı qaydada sonuncuya pensiya təyin etdirəcəyini yenidən soruşduqda o, bildirmişdir ki, 5.300 manat pulu sonuncunun adına sosial müdafiə fondunda açılmış bank hesaba qoyacaq və bu yolla Zərərçəkmiş şəxs7 pensiya düzəltdirəcək. 05 dekabr 2017-ci il tarixdə nahar saatlarında Zərərçəkmiş şəxs7 dəvəti ilə yenidən «Olimpik Star» idman və əyləncə kompleksinin qarşısına getmişdir. Zərərçəkmiş şəxs7 100 və 50 manatlıq əskinazlarla olan 5.300 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O, həmin pulu öz ehtiyaclarına sərf etmişdir. Daha sonra 2018-ci ilin yanvar ayında Şahid4 yanında gedərək qohumu kimi təqdim etdiyi Zərərçəkmiş şəxs7 əlillik dərəcəsi təyin edilməsində köməklik etməsinə dair xahiş etmişdir. Zümrüd Abdullayevə ilkin olaraq onunla razılaşmasa da, Zərərçəkmiş şəxs7 həqiqətən xəstə olmasını, köməyə ehtiyacı olduğunu dediyindən və aralarında yaranmış mehriban, münasibətə görə Zümrüd Abdullayevə ona razılıq vermişdir. Sonra xatırlamadığı tarixdə Şahid4 yanında olarkən sonuncu tibbi sığorta ekspert komissiyası tərəfindən Zərərçəkmiş şəxs7 pensiya təyin edilməsi ilə əlaqədar imtina verildiyini bir neçə ay sonra yenidən sistemə forma 88 arayışı yükləyəcəyini demişdir. Daha sonra Zümrüd Abdullayevə onu aprel ayının əvvəllərində yanına çağıraraq Zərərçəkmiş şəxs7 birinci qrup əlillik dərəcəsi təyin edilməsi barədə arayışı ona vermiş və o, həmin arayışı Zərərçəkmiş şəxs7 verib arayışı yaşayış yeri üzrə dövlət sosial müdafiə fondunun şöbəsinə verməsini tapşırmışdır. Zərərçəkmiş şəxs7 sistemə göndərilmiş diaqnoz saxta olduğundan sonuncunun pensiya verilməsi bir müddətdən sonra dayandırılmış və Zərərçəkmiş şəxs7 bunu biləndən sonra ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs7 pulunu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs8m da Donara Süleymanova vasitəsi ilə tanımışdır. Donara Süleymanova 2018-ci il yanvarın 16-da onu xalası qızı Zərərçəkmiş şəxs8 ilə onun evində tanış edərkən Tamara pensiya almaq istədiyini bildirmişdir. O, düşünmüşdür ki, bunu da həll edə bilər. Onun həmin vaxtı pula ehtiyacı olmuşdur. O, Tamaraya sonuncunu qanuni əsaslarla pensiyaya çıxara biləcəyini demişdir. Tamaranın yaşadığı Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 267, mənzil 1 ünvanda olarkən pula ehtiyacı olduğu üçün sonuncuya 5.000 manat müqabilində xəstəliyi ilə əlaqədar qanuni şəkildə öz tanışlarının vasitəsi ilə pensiyaya çıxara biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs8 həmin 5.000 manat pulu Zərərçəkmiş şəxs8 adına sosial müdafiə fondunda açılmış bank hesaba qoyacağını və sonuncuya pensiya düzəltdirəcəyini bildirmişdir. Tamara Donaranın rəfiqəsi olduğu üçün ona inanmış və Donaranın yanında 5.000 manat pulu 100 və 50 manat əskinaslarla vermişdir. O, puldan əlavə Tamaradan şəxsiyyət vəsiqəsinin əslini və surətini də götürmüşdür. Tamaradan pul almağıyla bağlı əlyazma da yazıb Tamaraya təqdim etmişdir. Bundan sonra o, 13 saylı Birləşmiş şəhər xəstəxanasına həkim Şahid4 yanına gələrək Zərərçəkmiş şəxs8 da qohumu kimi təqdim edib, ona pensiya təyin etməkdə köməklik etməyini xahiş etmişdir. İlk olaraq Zümrüd Abdullayevə razılaşmasa da, sonradan ona köməklik edəcəyini deyərək Tamaranın vəsiqəsinin surətini almışdır. Bir neçə gün sonra Zümrüd onu öz yanına çağıraraq Zərərçəkmiş şəxs8 birinci qrup əlillik dərəcəsi təyin edilməsi barədə sənəd vermişdir. O, həmin sənədi götürüb Zərərçəkmiş şəxs8 ilə birlikdə Dövlət Sosial Müdafiə Fondunun Yasamal şöbəsinə getmiş və həmin sənədi təqdim etmişdilər. Daha sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs8 artıq pensiya alır. 2018-ci ilin iyul ayında Tamara ona zəng edərək sonuncuya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən zəng edilib pensiyanın kəsildiyini və 818 manat pulun dövlət büdcəsinə ödənilməli olduğunu söylədikləri bildirmişdir. O, bundan qorxub Tamaradan pulu ödəməli olduğu kodu öyrənib 818 manat pulu ödəyib qəbzi ona göndərmişdir. Tamaradan aldığı pulu tam şəkildə ona ödəmişdir. Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs8 vasitəsi ilə tanımışdır. Şəmsiyyə Tamaranın telefonu ilə onunla əlaqə saxlamış və görüşmək üçün qardaşının Nizami rayonu ərazisində yerləşən evinə dəvət etmişdir. 17 mart 2018-ci il tarixdə, saat 18:00 radələrində o, Nizami rayonu ərazisində yerləşən dəqiq ünvanını xatırlamadığı, «Ramal» ticarət mərkəzi ilə üzbə-üz binada, yerləşən evdə Şəmsiyyə ilə görüşmüşdür. Həmin vaxtı evdə onun bacısı Zərərçəkmiş şəxs10 olmuşdur. Şəmsiyyə ona demişdir ki, pensiya almaq istəyir. Onun pula ehtiyacı olduğundan 5.000 manat müqabilində Zərərçəkmiş şəxs9 pensiya təyin etdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs9 bu işi necə həll edəcəyini öyrəndikdə o, demişdir ki, onun adına sosial müdafiə fondunda açılmış bank hesabına 5.000 manat qoymaqla, tanışlarından Zərərçəkmiş şəxs9 pensiya təyin edilməsini xahiş edəcək. Bu zaman onların yanında olan Arzu ikinci qrup əlilliyə görə 60 manat pensiya aldığını bildirmiş və ona da kömək etməyi xahiş etmişdir. O, Arzuya dövlət büdcəsinə ödəniləcək 500 manat müqabilində əmək stajını artıracağını və onun müalicəsi ilə əlaqədar dövlət büdcəsinə ödəniləcək 2.500 manat müqabilində Arzuya birinci qrup əlillik dərəcəsi təyin etdirəcəyini demişdir. O, vədlərini həll edə bilməyəcəni bilirmiş, lakin pula ehtiyacı olduğu üçün bunu etmişdir. Arzu və Şəmsiyyə onunla razılaşdıqdan sonra 19 mart 2018-ci il tarixdə, saat 19:00 radələrində yenidən həmin evə getmişdir. Həmin vaxt Şəmsiyyənin evində qardaşı Ağahüseyn Fərəcov olmuşdur. Həmin vaxt Şəmsiyyə ona 100 və 50 manatlıq əskinaslarla 2.000 manat verdi və 3.000 manat pulu isə pensiya təyin edildikdən sonra verəcəyini demişdir. 01 aprel 2018-ci il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs9 yanında Zərərçəkmiş şəxs10 100 və 50 manatlıq əskinaslarla 2.000 manat pul almış, Arzu qalan 1.000 manatı sonra verəcəyini demişdir. Yenə də qalan 1.000 manat pulu bir neçə gün sonra Zərərçəkmiş şəxs10 həmin ünvanda almışdır. İstintaq zamanı müxtəlif vaxtlarda Şəmsiyyə və Arzuya pullarını qaytarmışdır. Zərərçəkmiş şəxs11 2018-ci ilin aprel ayında Donara vasitəsi ilə tanımışdır. Donaranın xahişi ilə Zərərçəkmiş şəxs11 ilə 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 13 nömrəli Birləşmiş şəhər xəstəxanasının qarşısında Donaranın yanında Güldanə ilə görüşmüşdür. Güldanə pensiyaya çıxmaq istədiyini bildirmişdir. O, Güldanəyə demişdir ki, sonuncunun pensiyaya çıxması üçün Sosial Müdafiə Fondunda adına açılacaq bank hesabına 4.500 manat pul qoymaqla sonuncunu qanuni əsaslarla pensiyaya çıxarda bilər. Güldanə elə həmin vaxtı şəxsiyyət vəsiqəsinin surətini və 100 manatlıq əskinazlarla 4.500 manat pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs11 pensiya düzəldə bilməyəcəyini bilirmiş. Aldığı bütün pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra Güldanənin pulunu tam olaraq qaytarmışdır. Bakı şəhər sakini X42 ilə 2017-ci ilin may ayının əvvəllərində Bakı şəhəri 23 saylı poliklinikanın qarşısında tanış olmuşdur. Etibarla tanış olandan sonra sonuncu ona demişdir ki, “Qarabağ" əlilidir və bununla bağlı əlillik qrup almaq istəyir. Etibar sonuncuya kömək edə bilib-bilmədiyini soruşduqda o, müsbət cavab vermişdir. Etibar razılaşmış, 6 ay gözləməli olduğu, bəlkə əlillik dərəcəsi təyin olunacağını demişdir. O, isə Etibara demişdir ki, istəsə hərbi sığorta ekspert komissiyasından sonuncuya əlillik sənədi düzəldə bilər. Etibar razılaşmış və buna nə qədər pul lazım olduğunu soruşduqda, o, 22 günə qədər əlillik sənədini düzəldəcəyi müqabilində 2.000 manat pul lazım olduğunu bildirmişdir. Etibar razılaşmış və pul düzəldən kimi ona xəbər verəcəyini bildirmişdir. Sonra onlar ayrılmışlar. 11 iyun 2018-ci il tarixdə Etibar ona zəng edib pulu düzəltdiyini bildirmişdir. O, gəlib Suraxanı rayonunda yerləşən X84 yaxınlığında Etibarla görüşüb dəmir yolun yaxınlığında bir çayxanada oturmuşlar. Etibar 2.000 manat pulu ona vermiş və onlar ayrılmışlar. Həmin gündən sonra bir neçə yerə gedib Etibarın işi ilə maraqlanmış, lakin Etibar üçün əlillik sənədi düzəldə bilməmişdir. Etibarın ona verdiyi 2.000 manat pulu da xərcləmişdir. 2017-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Sovxoz deyilən ərazidə yaşadığı zaman Rafail Muradov adlı qonşu olmuşdur. Rafail və arvadı Balanisə əslən Lənkəran rayonu, Biləsər kəndindən olmuşlar. Sevil adlı qadında Rafailin bacısıdır və sonuncunun evinə gəlibgedərkən onlar tanış olmuşlar. Sevil özü də Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşamışdır. O, həmin vaxtlar xırda ticarətlə məşğul olmuşdur. 2018-ci ilin iyun ayında qonşusu Rafail vəfat etdiyi üçün mərhum Lənkəran rayonu, Biləsər kəndinə gətirilib dəfn olunmuş və hüzür mərasimidə orada keçirilmişdir. O, hüzür mərasiminə gəlib iştirak etmiş və Sevilin yaşadığı evində qalmışdır. Həmin vaxtlar hüzür mərasimində Sevilin xalası qızı Hirkan qəsəbə sakini Zərərçəkmiş şəxs14 ilə tanış olmuşdur. Kinənaz onu evinə aparmış və o, sonuncunun evində də qalmışdır. Hüzür mərasimindən sonra Bakı şəhərinə qayıtmışdır. Getməmişdən Sevil ona Bakıdan qadın paltarı gətirib birlikdə satıb bununla da qazanc əldə etmələrini təklif etmişdin. O, Bakı şəhərinə qayıdandan 1 həftə sonra təxminən 2018-ci ilin iyun ayında «Sədərək» bazarında qeyd etdiyi-əşyalardan alıb Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayan Sevilin evinə gətirmişdir. Həmin gün Sevil kənddə yaşayan qohum-tanışlarına xəbər etmişdir ki, gətirdiyi mallara baxsınlar. Həmin gün bir neçə şəxslər gəlib yorğan-döşək üzlüklərini almışdılar. Kinənaz da gəlib ondan əşyalar almışdır. Sevil onun yanında Kinənaza demişdir ki, o kimi istəsə təqaüdə çıxartmaqdan ötrü köməklik edə bilər. Kinənaz sonuncunu əlilliyyə görə təqaüdə çıxara biləcəyini soruşduqda o, 4.500 manata bunu edə biləcəyini demişdir. Kinənaz bu məbləğin yüksək olduğunu, yaşın altmışı keçdiyini deyib əmək stacına görə sonuncunu təqaüdə çıxarmağını xahiş etmişdir. O, bunu edə biləcəyini demiş və Kinənazda razılaşmışdır. Daha sonra Kinənaz gəlini Gülnarın xəstə olduğundan sonuncunu təqaüdə çıxarmağını xahiş etmişdir. O, razılaşmış və demişdir ki, 1.000 manat verərsə o, işlərə başlayacaq, sonra əlavə nə qədər lazım olarsa deyəcək. Həmin vaxtdan sonra bir neçə dəfe Kinənazın evinə getmişvə hətta orada qonaq kimi qalmışdır. Təxminən 2018-ci ilin iyul ayında bir gün o, Kinənazın evinə qonaq getmişdir. Həmin vaxt Kinənazın qohumu Lefik rayonu Kaqoy kənd sakini Zərərçəkmiş şəxs15 da evə gəlmişdir. Kinənaz onu Rəhmanla tanış edib onun kimi istəsə; təqaüdə çıxara biləcəyini demişdir. Rəhman bacısı Şəfiqənin xəstə olduğunu deyib sonuncunu təqaüdə çıxara biləcəyini soruşmuşdur. O, həmin vaxt telefonla Suraxanı rayon xəstəxanasının baş həkimi Zümrud xanıma zəng edib bu barədə bəzi məsləhətləri almışdır. Zümrüd həmin şəxsin Bakı şəhər qeydiyyatına qoyulmalı olduğunu bildirmişdir. O, Zümrüd həkimlə danışandan sonra Rəhmana buna görə 4.500 manat pul lazım olduğunu, 200 manat sonuncuya hörmət edəcəyini, ümumilikdə 4.300 manat pul və bezi sənədlərin surətini gətirməyi demişdir. Rəhman onunla razılaşıb getmişdir. O, pul alacağı barədə Zümrüd həkimə deməmiş, sonuncu onun pul alacağını bilməmişdir. O, Rəhmana bacısı Şəfiqəni Bakı şəhərinə aparıb komissyadan keçirəcəyini bildirmişdir. Rəhmanla razılaşandan sonra Bakı şəhərinə getmişdir. Təxminən 2018-cu ilin avqust ayının əvvəllərində Rəhman telefonla ona zəng edərək pulu hazırladığını demişdir. O, bir-iki günə Kinənazın evinə gələcəyini bildirmiş və dediyi kimi bir-iki gün keçəndən sonra Lənkəran rayonu Hirkan qəsəbəsinə Kinənazın evinə gəlmişdir. Kinənazın evində Rəhmandan 4.300 manat pulu və bacısı Şəfiqənin şəxsiyyət vəsiqəsini almışdır. Rəhmana demişdir ki, narahat olmasın, Şəfiqəni təqaüdə çıxaracaq. Həmin vaxt Rəhmandan aldığı 4.300 manat və Kinənazdan sonuncunun gəlini Gülnarı təqaüdə çıxartmaq üçün 1.000 manat pulu almağı barədə bir qəbz yazıb Rəhmana və Kinənaza vermişdir. Həmin vaxt Kinənazın əri Vaqifdə onların yanında olmuşdur. Daha sonra o, Bakı şəhərinə qayıtmışdır. Rəhmanın işi alınmamış və hətta Lənkəran rayonuna gəlib Rəhmanla birlikdə Lerik rayonu, Mərkəzi xəstəxanasına getmişdir ki, orada həkimlərlə bu barədə danışsın. Orada həkimlərə yaxınlaşsa da heç bir nəticəsi olmamışdır O, Rəhmana narahat olmamağı işini düzələcəyini demişdir. Daha sonra Rəhmanın bacısı Şəfiqəni təqaüdə çıxara bilməmiş və aldığı pulu da xərcləmişdir. Həmçinin Kinənazın da verdiyi pulu xərcləyib qaytara bilməmişdir. Zərərçəkmiş şəxs19 2018-ci ilin təxminən iyul ayından tanımışdır. Əli taksi işləmişdir və 2018-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs19 öz avtomobilində onu Bakı şəhərindən Sumqayıt şəhərinə aparan zaman söhbət əsnasında oğlu Şahid8 işə düzəltmək istədiklərini bildirmişdir. O, sonuncunun oğlunu işə düzəltməkdə tanışlarının vasitəsi ilə köməklik edə biləcəyini demişdir. Həmin ərəfədə başqa adamlara borclu olduğu pulları qaytarmaq üçün ona təcili pul lazım olmuş, ona görə də o, məcbur olub Əlini aldatmışdır. Əliyə Bakı Hava limanında, "Socar" neft şirkətində, Vergilər Nazirliyində, "xxxx" ASC-də yaxın tanışlarının olduğunu bildirmiş, onların vasitəsi ilə oğlu Səbuhini 15.000 manat pula həmin yerlərə işə düzəldə biləcəyini demişdir. Əli 15.000 manat məbləğin yüksək olduğunu, 6.000 manata qədər düzəldə biləcəyini demişdir. O, Əliyə demişdir ki, oğlu Səbuhini 6.000 manat pula Xətai rayonu Sığorta şirkətində, ya da Xəzər rayon Məhkəməsində mülki işçi kimi işə düzəldə bilər. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində "Bank of Baku" bankından aldığı borca görə cərimə ödədiyi vaxt Dadaş adlı məhkəmə icraçısı ilə tanış olmuş və sonuncunun dilindən Samir adlı hakimin adını eşitmişdir. Ona görə də, o, Əliyə Xəzər Rayon Məhkəməsində Dadaş və Samir adlı tanışlarının vasitəsi ilə oğlu Səbuhini 6.000 manat pula mülki işçi kimi işə düzəldə biləcəyinə söz vermişdir. Əli evdə məsləhətləşib ona xəbər verəcəyini demişdir. O, Əlidən oğlu Səbuhinin ali təhsilinin olub-olmadığını soruşduqda, Əli oğlu Səbuhinin Bakı Dövlət Universitetini bitirdiyini demişdir. Bundan bir neçə gün sonra Əli və həyat yoldaşı Süsən ona zəng edərək oğulları Səbuhini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə mülki işçi kimi işə düzəltmək istədiklərini bildirmişdilər. O, onlara Səbuhinin sənədlərinə baxmaq istədiyini bildirmiş və onlarla danışıb oğlanları Səbuhi ilə Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmək qərarına gəlmişdir. O, Səbuhi ilə görüşmüş, sonuncudan diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini almış və demişdir ki, bir neçə günə onlarla əlaqə saxlayacaq. 1-2 gündən sonra o, Süsənə zəng edərək təcili olaraq 6.000 manat pulu iş düzəldən adama çatdırmaq lazım olduğunu və özünün pulun dalınca Sumqayıt şəhərinə gələcəyini bildirmişdir. 16 avqust 2018-ci il tarixdə, saat 14:30 radələrində o, taksi ilə Bakı şəhərindən Sumqayıt şəhər avtovağzalına gəlmiş, orada Əliyə zəng etmiş, Əli öz avtomobili ilə gəlib onu qarşılayaraq yaşadıqları həyət evinə aparmışdır. Onların evində o, bir daha Səbuhini Bakı şəhər Xəzər rayon Məhkəməsinə mülki işçi kimi yaxın vaxtda işə düzəldəcəyində onları inandırıb, bu məqsədlə onlardan 6.000 manat pulu istəmişdir. Həmin vaxt evdə Əli və Süsən olmuşlar. Süsən evin hansısa otağına keçmiş, oradan 6.000 manat pulu gətirib ona vermişdir. Onlar oturub bir az söhbət etmiş, sonra Əli yenə də öz avtomobili ilə onu Sumqayıt avtovağzalına aparıb yola salmışdır. O, yaxın günlərdə Əliyə zəng edib xəbər edəcəyini bildirmiş və Bakı şəhərinə qayıtmışdır. Bundan sonra o, Əligildən aldığı 6.000 manat pulu başqa borclarına vermiş və Əligildən gizlənməyə başlamışdır. Arabir isə Əlinin zənglərinə cavab verib işdə ləngimələrin olduğu kimi bəhanələri gətirərək vaxt udmağa çalışmışdır. Lakin, pullarını qaytara bilməmişdir. Beləliklə, bir neçə ay sonra, onlar ondan şikayət etmişlər və ona bu barədə demişdilər. O, barəsində cinayət işinin açıldığını bildiyindən poçt vasitəsi ilə Əligilə hissə-hissə 6.000 manat qaytarmışdır. Lənkəran rayonu Biləsər kənd sakini Zərərçəkmiş şəxs17 ilə təxminən 2018-ci ilin iyun ayın axırlarında tanış olmuşdur. O, Kinənaz və Sevillə birlikdə Akifənin evinə getmişdir. Akifə, Sevil və Kinənazın xalası qızıdır. Akifənin evinə gedəndə ruhi xəstə oğlu Şaddıq Əliyevi görmüşdür. Akifə demişdir ki, Şaddıq psixi xəstədir və xəstəliyi ilə bağlı qeydiyyatdadır. Akifə oğlunun üçüncü qrup əlillik aldığını, lakin təqaüdünü verilmədiyini bildirmişdir. O, Şaddığa ikinci qrup əlillik düzəldə biləcəyini demişdir. Akifə əri Salehin də təqaüdə çıxmaq üçün əmək stacının çatmadığını deyib ondan xahiş etmişdir ki, Salehi də təqaüdə çıxartmaq üçün köməklik etsin. O, Akifəyə əri Saleyi vaxtından əvvəl əmək pensiyasına çıxmasına köməklik edəcəyini vəd verib 1.000 manat pulunu, oğluna birinci qrup əlillik düzəltməyini söz verib Binə qəsəbəsində Araz marketin yanında 4 dəfəyə sonuncudan, hər dəfə 500 manat olmaqla ümumilikdə 2.000 manat pul almışdır. Hətta o, Şaddıqın xəstəliyi ilə bağlı sənədlərini Lənkəran şəhərindəki xəstəxanaya aparmış və fikirləşdirdir ki, Akifənin ona verdiyi 2.000 manatı özünə götürsün, sonuncunun işi isə öz gedişatla alınacaq. Lakin, Şaddıqa birinci qrup əlillik təyin etdirə bilməmişdir. Eyni zamanda ərinin də işini düzəldə bilməmişdir. Onlardan aldığı pulları özünə xərcləmişdir. 2018-ci ilin avqust ayının ortalarında Kinənazm evində olduğu zaman sonuncunun qohumu Zərərçəkmiş şəxs16 ora gəlmişdir. Elxan onunla tanış olmuş və Kinənazdan onun pensiya düzəltməklə məşğul olduğunu bildiyindən arvadı Dilrubanın uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirib arvadına pensiya düzəltməkdə kömək edə biləcəyini soruşmuşdur. Elxan Dilrubanı bir neçə dəfə Bakı şəhərinə və İran islam Respublikasına apardığını, lakin müalicəsini tapmaq mümkün olmadığını, Dilrubanın gözlərinin görmədiyini, bel nahiyəsindən əziyyət çəkdiyini və qadın xəstəliyinin olduğunu bildirmişdir. O, Dilrubanın bu xəstəlikləri varsa sonuncuya təqaüd düşdüyünü bildirmişdir. O, Dilrubanı təqaüdə çıxartmaqdan ötrü bütün rüsumları hesablayıb deyəcəyini, Dilrubanın sənədlərini toplayıb, sonuncu ilə birlikdə Bakıya gedərək orada sənədləri təqaüd fonduna verəcəyini bildirmişdir. Bundan sonra o demişdir ki, Dilrubanı təqaüdə çıxartmaqdan ötrü 4.700 manat lazım olacaq. Elxan isə bu məbləğin onun üçün böyük olduğunu demiş, lakin təklifindən imtina edib-etmədiyi barədə heç nə demədən evinə getmiş, o da, Bakı şəhərinə qayıtmışdır. Sonra o, Kinənaza zəng edib Elxanın məsələsi ilə bağlı maraqlandıqda, Kinənaz Elxandan hələ də xəbər olmadığını bildirmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində Elxan ona zəng edib pulu hazırladığını demişdir. O, Elxana pulu özündə saxladığını, bir-iki gündən sonra Lənkərana Kinənazın evinə gəlib pulu alacağını bildirmişdir. Bir neçə gündən sonra o, Kinənazın evinə gəlmiş sonuncunun evində 4.700 manat pulu Elxandan almış və pulu alıb sayandan sonra öz xəttiylə qəbz yazıb Elxana vermişdir. O, Elxana bir neçə günə sonuncuya zəng vuracağını, arvadı Dilrubanı və sonuncunun adına tibbi sənədləri Bakı şəhərinə gətirməli olacağını demişdir. Fikirləşmişdik ki, Dilrubanı Bakı şəhərində qeydiyyata salandan sonra sonuncunu təqaüdə çıxartsın. Təxminən 3-4 gün keçəndən sonra dəqiq tarix yadında olmayan vaxt Elxana zəng edib demişdir ki, vaxt tapıb arvadı Dilrubanı da götürüb Bakı şəhərinə gəlsin. Həmin günün səhərisi Elxan Dilrubanı, götürüb idarə etdiyi «Niva» markalı avtomobillə Bakt şəhərinə gəlmişdir. Elxan Bakı şəhərinə gələndən sonra onlar Xəzər rayonu, Binə qəsəbəsində görüşmüş və o, onlara izah etmişdir ki, pensiyanın düzəltməsi üçün ilk növbədə Dilrubanı Bakı şəhərinə qeydiyyata almaq lazımdır. Bunun üçün onları Bakıxanov qəsəbəsindəki «Asan xidmət» mərkəzinə aparmışdır. Eyni zamanda o, qeydiyyatda olduğu ünvanın sahibi Cavanşirə də həmin yerə gəlməsini demişdir. Cavanşir gəldikdən sonra onlar «Asan» xidmət mərkəzinə daxil olmuş və Dilrubanı qeydiyyatda olduğu ünvana qeydiyyata alınması üçün Cavanşir və Dilruba sənədləşmə prosesindən keçmişdilər. O, «Asan» xidməti mərkəzinin qarşısında Elxandan arvadı Dilrubanı Bakı şəhərinə qeydiyyata salmaq üçün 300 manat almış, həmin puldan “şirinlik ” olaraq 100 manat Cavanşirə vermiş, 200 manatı isə özünə götürmüşdür. Dilrubanın yeni şəxsiyyət vəsiqəsi 10 gündən sonra veriləcəyini bildirilmişdir. O, onlara demişdir ki, şəxsiyyət vəsiqəsi alan kimi vəsiqəni ona çatdırsınlar. Sonra Elxan arvadı ilə həmin gün Lənkərana qayıtmışlar. Təxminən 10 gündən sonra Elxan ona zəng vuraraq Bakı şəhərində olduqlarını və Asan xidmət mərkəzindən Dilrubanın yeni şəxsiyyət vəsiqəsinin götürdüklərini deyib, vəsiqəni ona çatdırmaq üçün görüşmək istəmiş, o, isə görüşməyə vaxtının olmadığını, şəxsiyyət vəsiqəsini və 50 manat pulu kimdəsə qoyub getmələrini demişdir. Bir qədər sonra Elxan ona zəng vuraraq şəxsiyyət vəsiqəni və 50 manat pulu Binə qəsəbəsində yaşayan qardaşının evində qoyduğunu deyib qardaşının nömrəsini ona vermişdir. Həmin gün axşam satlarında o, Elxanın qardaşı ilə zəngləşib sonuncunun evinin qarşısında Elxanın qoyduğu 50 manat və şəxsiyyət vəsiqəni qardaşından almışdır. Daha sonra o, Elxanın arvadı Dilrubanı Bakı şəhərində təqaüdə çıxarmağa çalışsa da, müsbət nəticəni əldə edə və Elxanın pulunu qaytara bilməmişdir. Bundan sonra o, 2018-ci ilin noyabr ayın əvvəllərində bir gün Akifənin evində olduğu zaman Akifənin qonşusu Zərərçəkmiş şəxs18 Nəbizadə anası ilə birlikdə Akifənin evinə gəlmişdir. Akifə onu Zərərçəkmiş şəxs18lə tanış etmişdir. Zərərçəkmiş şəxs18 xəstəliyinin olduğunu deyərək sonuncunu təqaüdə çıxartmaq üçün köməklik etməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs18dən xəstəliyi ilə bağlı hər hansı bir sənədin olub-olmadığını soruşduqda, Zərərçəkmiş şəxs18 heç bir sənədin olmadığını demişdir. Belə olan halda o, bu işin çətin olduğunu söyləmiş və Zərərçəkmiş şəxs18 3.000 manat pul istəmişdir. O, Zərərçəkmiş şəxs18 demişdir ki, qeyd olunan məbləği düzəldə bilmirsə, əvvəlcədən ona 300 manat sonuncunun pensiyanın düzəltməsi üçün müvafiq sənədləri toplamağa başlamaq üçün versin. Həmin gün Zərərçəkmiş şəxs18 ona 300 manat pul vermiş və o, Bakı şəhərinə qayıtmışdır. Zərərçəkmiş şəxs18lə qalan 2.700 manat pulunun da veriləcəyinə dair sövdələşmişdilər. Həmin vaxtdan bir neçə gün sonra Zərərçəkmiş şəxs18 Bakı şəhərinə gəlmiş və “Koroğlu” metrostansiyasının yanında onunla görüşüb 2.000 manat pulu ona vermişdir. Daha sonra Zərərçəkmiş şəxs18 700 manat pulu poçt vasitəsilə onun adına göndərmişdir. Lakin, o, Zərərçəkmiş şəxs18 təqaüdə çıxara bilməmiş və sonuncudan aldığı pulu da özünə xərcləmişdir. Zərərçəkmiş şəxs12 ilə o, təxminən 2018-ci ilin yaz ərəfəsində tanış olmuşdur. Sonra həmyerli olaraq aralarında yaxşı münasibət yaranmış, neçə dəfə sonuncunun evində qonaq olmuşdur. Həmişə Sədaqətgilə gəlib-gedərkən Sədaqət ərinin xəstəlikdən əziyyət çəkdiyini, marşrut xəttində sürücü işlədiyini, iş rejiminin ağır olduğunu və əmək pensiyasının alınması üçün hələ də, iki il qaldığı ilə şikayətlənmişdir. Təxminən 2018-ci ilin payız ərəfəsində Zərərçəkmiş şəxs12 onun xəstəliklə bağlı pensiya alınmasında müxtəlif şəxslərə kömək etdiyini ondan eşidib xahiş etmişdir ki, ərinə əlilliklə pensiya düzəltməkdə köməklik etsin. O, razılıq vermiş və Sədaqətin ərinin Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olduğunu biləndən sonra demişdir ki, ilk olaraq əri Bakı şəhərinə qeydiyyata düşməlidir. Zərərçəkmiş şəxs12 kirayədə qaldıqları üçün qeydiyyata düşə bilməyəcəklərini dediyindən o, təklif etmişdir ki, özünün qeydiyyatda olduğu ünvana ərini qeydiyyata saldırsın. Bunun üçün o, 150 manat pul Sədaqətdən almış, sonra isə ərini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «ASAN» xidmət mərkəzinə aparmışdır. O, evin sahibi Cavanşirdən bu barədə əvvəlcədən razılığını almış və Cavanşir razılıq ərizəsini yazdıqdan sonra o, Sədaqətin ərini Bakıya qeydiyyata saldırmışdır. Bundan sonra dəqiq tarixini xatırlamadığı gündə o, Sədaqətdən sonuncunun evində 1.000 manat pul almışdır ki, ərinin xəstəliyi ilə bağlı sənədlərin toplanmasına və onların həkim ekspert komissiyasına təqdim olunması ilə bağlı işlərə başlasın. Lakin, həmin pulu öz ehtiyaclarına xərclədiyi üçün Zərərçəkmiş şəxs12 ərinin pensiyasını düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs12 ərini Bakı şəhərinə qeydiyyata almaq üçün Sədaqətdən aldığı 150 manatı da özünə xərcləmişdir. Zərərçəkmiş şəxs20 ilə o, sonuncunun Ağ-Ciyər xəstəlikləri institutunda həkim işləyən bacısı Reyhan vasitəsi ilə tanış olmuşdur. Reyhanı isə o, Nəzakətin bacısının əri Bəxtiyar əlillik dərəcəsi təyin etdirməsi üçün sonuncunun həmin xəstəxanaya stasionar müalicəyə yerləşməsini təşkil edərkən tanımışdır. O, Reyhana özünü müxtəlif sahələrdə geniş əlaqələrə malik olan şəxs kimi təqdim etdiyindən sonuncu bacısının ali hüquq təhsilli olmasını, lakin normal iş tapa bilmədiyini deyib ondan xahiş etmişdir ki, o, bacısına işə düzəltməkdə köməklik etsin. O, Reyhanın bacısının telefon nömrəsini almış və tanışı Könül Həsənovanın bacısı Xuramanın hava limanında tanışlarının olduğunu xatırlayıb, Könülə Xoşqədəmin məsələsini danışıb sonuncunu hava limanında hər hansı bir vəzifəyə düzəldə bilibbilməyəcəyini soruşmuşdur. Könül ondan Xoşqədəmin telefon nömrəsini almiş və onun xəbərin olmadan Zərərçəkmiş şəxs20 zəng vurub 10.000 manat müqabilində sonuncunu hava limanına işə düzəldə biləcəyini təklif etmişdir. Bunu o, sonradan Reyhandan bilmişdir. Belə ki, sonra Reyhan ona zəng vuraraq tanışı Könülün Xoşqədəmdən həddən çox pul istədiyini bildirib, xahiş etmişdir ki, ona etibar etdiyi üçün özü bu işlə məşğul olsun. Bundan sonra o, Xoşqədəmi 2.000 manata vergi orqanlarına işə düzəldəcəyinə söz vermiş, 2.000 manat pul və şəxsiyyət vəsiqəsini Xoşqədəmdən bacısının işlədiyi Ağ-ciyər xəstəlikləri institutunun yanında 2019-cu ilin may ayının təxminən axırlarında almış, lakin, həmin pulu ehtiyaclarına xəcləmişdir. Xoşqədəmin işə düzəlməsi üçün heç bir iş görməmişdir. Əblüfəz adlı əməkdaşın adını kimdənsə eşitdiyi üçün guya Xoşqədəmi sonuncunun qəbuluna salıb işə qəbul edəcəyini bildirmişdir. Əslində Əbülfəz adlı əməkdaşın kim oduğunu bilmir, heç vaxt sonuncunu görməmiş, sadəcə olaraq Xoşqədəmin pulunu ələ keçirmək üçün adından istifadə etmişdir. Sonradan Xoşqədəm onun onu heç kəsin qəbuluna salmadığını görüb pulunu ondan geri istəməyə başladığından o, Lalə adlı tanışından xahiş etmişdir ki, özünü Əbülfəz müəllimin köməkçisi kimi təqdim edib Xoşqədəmə pulunun yaxın zamanda onun öz tərəfindən qaytarılacağını vəd etməklə ona bir az vaxt udsun. Lakin, Lalə Xoşqədəmi tanımamış, aralarında nə kimi məsələlərin olmasını barədə məlumatı olmamışdır. Bundan sonra Xoşqədəm ondan şikayət etdikdə o, sonuncunun 1.000 manat pulunu və şəxsiyyət vəsiqəsini Nizami rayon polis idarəsində müstəntiqin yanında qaytarmışdır. 2019-cu ilin yaz-yay ərəfəsində Respublika Xəstəxanasının həyətində olarkən Nəzakət Xurşudova ilə tanış olmuşdur. Sonuncu oğlu Etibarı orada müayinələrdən keçirmək üçün gətirmiş, bu məsələdə o, Nəzakət Xurşudovaya kömək etdiyindən aralarında münasibət yaranmış və o, dəfələrlə sonuncunun yaşadığı Xaçmaz rayonunda olmuşdur. Nəzakətə səhiyyə sistemində çoxlu tanışlarının olduğunu, müxtəlif şəxslərə əlilliklə pensiya düzəltdiyini bildirdiyindən sonuncu ona əvvəl bacısının əri Bəxtiyara əlillik dərəcəsini təyin etdirməsində xahiş etmişdir. O, qanuni yolla buna nail olduqdan sonra Nəzakət digər bacısı Zərərçəkmiş şəxs22 da əlilliklə təqaüdə çıxmaq istədiyini deyib, bu işdə bacısına kömək etdiyini xahiş etmişdir. O, Ceyranın nə kimi xəstəliklərdən əziyyət çəkməsini soruşduqda Nəzakət Ceyranın əsəb xəstəsi olduğunu, lakin, bununla bağlı qeydiyyatda olmadığını bildirmişdir. O, fikirləşmişdir ki, əgər Ceyranın əsəb xəstəliyi varsa Xaçmaz rayonundan psixiatrın kabinetindən Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserinə stasionar müalicəyə Ceyrana göndəriş alıb sonuncunu həmin müəssisədə yatızdırdıqdan sonra ikinci qrup əlilliyin təyin edilməsi üçün epikrizlərini tibbi sığorta ekspert komissiyasına göndərəcəkdir. O, Nəzakətə demişdir ki, bu işə görə 3.500 manat pul alacaq. Bunun üçün o, Nazəkətdən 2019-cu ilin iyul ayında 1.500 ABŞ dolları Xaçmaz rayonunda sonuncunun evində almış, qalan 1.000 manat pulu isə bir neçə gün sonra Nəzakət onun Kapital bankda olan bank hesabına Xaçmaz şəhərindən Million ödəniş terminalından göndərmişdir. Lakin Xaçmazda olan psixiatr məzuniyyətdə olduğu üçün o, Ceyrana göndəriş ala bilməmiş və Nəzakətin ona Ceyran üçün verdiyi 3.500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Həmin vaxt Nəzakət Dövlət Sosial X55 rayon şöbəsində işləmişdir və o, sonuncu ilə bir neçə dəfə iş yerində görüşdüyündən Xaçmaz şəhər sakini və həmin şöbənin yeməkxanasında işləyən Zərərçəkmiş şəxs21 ilə tanış olmuşdur. Belə ki, Nəzakət ona Pərvanənin də xəstəliklə pensiyaya çıxmaq istədiyini bildirib onları bu məqsədlə tanış etmişdir. O, Pərvanəni də 2.500 manat müqabilində ikinci qrup əlillik dərəcəsini təyin etdirilməsində kömək edəcəyindən sonuncunu inandırıb həmin ərəfədə Pərvanənin işlədiyi kafedə əvvəl 2.150 manat pul almışdır. Pulu alan zaman o, Pərvanəyə qəbz yazıb imza etmiş və həmin qəbzdə onun Kapital bankda olan bank hesabını və əlaqə nömrələrini yazıb pulun qalan hissəsini düzəldən kimi işlərin ləngiməməsi üçün bu hesaba göndərməyi demişdir. Bir neçə gün sonra isə Pərvanə onun bank hesabına 500 manat ödənişi terminalla göndərmişdir. Bu pulu da o, öz ehtiyaclarına xərcləmiş, Pərvanənin məsələsinin düzəlməsi üçün isə heç bir iş görməmişdir. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Arzu” şadlıq sarayının yanında daimi müştəri kimi getdiyh “Şəhanə” gözəllik salonunu işlədən Şəhla adlı qadına da əlilliklə bağlr təqaüd düzəltmək üçün sonuncudan hissə-hissə pul almışdır. Belə ki, o, həmin salona gəlibgedərkən orada olduğu zaman çox vaxt onun telefonuna pensiyaya düzəltmək üçün pul aldığı insanlar zəng vurub işləri ilə maraqlanmışdılar. Şəhla da bunu eşidib onun nə işlə məşğul olduğunu soruşduqda o, müxtəlif şəxslərə əlillik dərəcəsini alıb pensiya çıxmalarında köməklik göstərdiyini bildirmişdir. Şəhla ona bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirib sonuncuya əlillik dərəcəsinin düşüb-düşmədiyini soruşmuşdur. O, Şəhlaya maraqlanıb növbəti dəfə salona gələrkən deyəcəyini bildirmişdir. Həmin vaxtı 2019-cu ilin oktyabr-noyabr ayları ərəfəsi olmuşdur. Növbəti dəfə saloha gələrkən o, Şəhlaya əlillik dərəcəsinin düşdüyünü bildirib sonuncunu pensiyaya çıxara biləcəyini demişdir. Şəhla bu işi neçəyə edə biləcəyini soruşduqda o, 5.000 manata düzəltdiyini, lakin daimi müştərisi olduğu üçün Zərərçəkmiş şəxs23 3.000 manata bu işi görəcəyini demişdir. Şəhla bunun üçün nə etməli olduğunu soruşduqda o, demişdir ki, ilk növbədə sonuncunun xəstəliyi ilə bağlı epikrizləri toplamaq lazımdır. 2019-cu il oktyabr ayının axırlarında Şəhla ona 200 manat işə başlamaq üçün vermişdir. Bir neçə, gün sonra o, Zərərçəkmiş şəxs23 salonuna gəlib 700 manat pulunu, bundan sonra noyabr ayının əvvələrində 900 manat və axırlarında 900 manat pul almışdır. Beləliklə də, o, Şəhladan 2.700 manat pensiya düzəltmək üçün pulunu almış və işləri yekunlaşdırmaq üçün qalan 300 manatı da düzəltməyi demişdir. Şəhla isə ona əlillik dərəcəsi təyin olunandan sonra ona 300 manatı da verəcəyini bildirmişdir. Şəhladan aldığı pul müqabilində o, bir neçə dəfə müxtəlif həkimlərin yanında olub Şəhlanın diaqnozu ilə bağlı sonuncuya əlillik dərəcəsinin düşübdüşmədiyi ilə maraqlanmış, ona mənfi cavab vermişdilər. Şəhladan aldığı pulu o, özünə xərclədiyindən Şəhlaya qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 İsmayıllı rayon poliklinikasında tibb bacısı işləyən X10 vasitəsi ilə tanımışdır. Həmin vaxtlar bildiyi qədəri ilə Novruz azyaşlı nəvəsni Firəngiz Əhmədovanın yanında fızioterapiv müalicəyə gətirirmiş. X62 ilə tanışlığı olduğundan, Firəngiz Əhmədovaya Bakı şəhərində həkim ekspert komissiyasının üzvlərini tanıdığını, həmin həkimlərin vasitəsi ilə bir neçə nəfər şəxsə pensiya düzəltdiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 isə Firəngiz Əhmədovanın yanına gələn zaman Firəngiz Əhmədova sonuncuya qızına pensiya düzəltməsi üçün onun mobil telefon nömrəni vermişdir. Bundan sonra təxminən 2017-ci ilin qış aylarında, yaz ərəfəsinin qabağı, Novruz ona zəng edərək onunla danışmış, onlar İsmayıllı rayon ərazisində görüşmüşlər. Həmin vaxt Novruz qızı Afaq Tağıyevaya pensiya düzəltmək istədiyini ona demişdir. O, sonuncuya həkim ekspert komissiyasının üzvlərini tanıdığını, özünün pensiya işləri düzəldə biləcəyini bildirdiyindən Novruz qızı Afaqın pensiyaya düzəltməyimi ondan xahiş etmişdir. Həmin vaxt o, 3.000 manat pulun müqabilində sonuncunun qızına pensiya düzəldə biləcəyini bildirmişdir. Novruz isə pulun olmadığını, nə vaxt olarsa ona zəng vuracağını demişdir. Bundan sonra Novruz onu X78 ilə tanış etmişdir. Təxminən 2017-ci ilin yaz ərəfəsində o, şəxsi işi ilə əlaqədar İsmayıllı rayona gedərkən Zərərçəkmiş şəxs5la görüşmüşdür. Novruz onu həmin gün Bakı şəhərində yol salmaq üçün mikroavtobusların keçdiyi İsmayıllı-Bakı yoluna aparmış, İsmayıllı rayonu ərazisində, «Kəpənək» adlanan yerdə olan zaman adını sonradan Zərərçəkmiş şəxs2 bildiyi kişi yaxınlaşıb Novruzla görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2lə arasında olan qısa söhbət zamanı o, sonuncuya müəyyən müavinət qarşılığında şəxsləri pensiyaya çıxara bildiyini və pensiya alan şəxslərin əlillik qrupunu dəyişərək daha yüksək pensiya almalarında kömək edə biləcəyini demişdir. Həmin vaxt Bakı şəhərinə gedən mikroavtobus olmadığından onlar növbəti mikroavtobusu gözləmək üçün «Kəpənək» adlanan dairənin yaxınlığında yerləşən çayaxanaların birində əyləşib söhbət etmiş, Zərərçəkmiş şəxs2 ona 61 yaşının tamam olmasını, ikinci qrup əlil olmaqla ayda 150 manat pensiya aldığını demişdir. O, isə 1.700 manat pulun qarşılığında sonuncunun əlillik qrupunu dəyişdirərək 270 manatdan çox pensiya ala biləcəyinə nail olacağını demişdir. Bir neçə dəqiqə də orada olub mikroavtobus olmadığından həmin gün İsmayıllı rayonunda qalmışdır. Səhər isə Zavir Novruza zəng edib onunla görüşmək istədiyini bildirdiyindən Novruzla birlikdə “Kəpənək” adlanan dairəyə gəlmiş, orada olan zaman Zavir onlara yaxınlaşıb Novruzun avtomobilində qabaq oturacaqda əyləşmişdir. Həmin vaxt Zavir özü ilə gətirdiyi 1.200 manat pul Zərərçəkmiş şəxs5 yanında ona vermişdir. O, həmin pulu sayıb götürmüşdür. Zərərçəkmiş şəxs2 inandırmaq üçün isə öz şəxsiyyət vəsiqənin kserosurətinin olduğu kağıza kiril hərfləri ilə “Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 1.200 manat pul aldım” yazıb, sonra isə pulu aldığı tarixi qeyd etmişdir. Kağızın alt hissəsinə isə qol çəkib soyadını yazıb Zərərçəkmiş şəxs2 vermişdir. Sonra isə Zərərçəkmiş şəxs2lə telefonla əlaqə saxlamaqdan ötrü sonuncuya öz mobil telefon nömrəsini verib, sonuncunun telefon nömrəsini götürmüşdür. Zavir avtomobildən düşüb getdikdən sonra isə Zərərçəkmiş şəxs5 onu oradan Bakı şəhərinə gedən yol avtomobili ilə yola salmışdır. 11 mart 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib həkimlərlə danışdığını, təcili olaraq pulun qalan 500 manatını da göndərməsini bildirmişdir. Həmin gün Zavir Bakı şəhərinə gəlib ona zəng etdiyindən o, sonuncuya 5 nömrəli xəstəxanada olduğunu bildirmişdir. Həmin gün xəstəxananın qarşısında Zavirlə görüşüb 500 manat pulu sonuncudan almışdır. Pulu alan zaman isə əl çantasından yenə kağız parçasına qəbz yazıb Zavirə vermişdir. O, Zaviri inandırıb aldatmaq üçün sonuncuya əlillik qrupunun dəyişmək üzrə olmasını demiş, Zərərçəkmiş şəxs2 əlavə pul almaq niyyətində olduğundan 18 iyun 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 zəng edərək sonuncunu aldatmaq üçün həkimlərin qiymətləri qaldırdığını, lakin işinin düzəlməsinə az vaxt qaldığını deyib bunun üçün əlavə olaraq 1.000 manat pul da göndərməsini demişdir. Həmin gün Zavirlə yenidən danışan zaman sonuncu 1.000 manat pulu İsmayıllı-Bakı sərnişin daşıyan avtomobil sürücüsü ilə göndərdiyini, onun telefon nömrəsini həmin şəxsə verdiyini, həmin şəxsin Bakı şəhərinə çatdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Zərərçəkmiş şəxs2 bildirdiyi kimi həmin pulu gətirən şəxs ona zəng etdiyindən həmin gün o, Bakı şəhəri, Binəqədi rayonunun ərazisində avtovağzalda həmin sürücü ilə görüşüb 1.000 manat pulu sonuncudan almışdır. Lakin, Zavirə əlillik qrupunu dəyişməsi ilə bağlı dediyi müddət başa çatdığından sonuncu ona zəng edib, işi ilə maraqlanmışdır, ilk öncə o, Zərərçəkmiş şəxs2 yenə inandırıb, əlillik qrupunun düzələcəyi ilə bağlı yalandan vədlər verirmiş, daha sonra isə sonuncunun telefon zənglərinə cavab verməmişdir. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 həmin ərəfələrdə onunla tanış etdiyi X17 və Zərərçəkmiş şəxs4 əlillik qrupu düzəldərək onları pensiyaya çıxaracağını yalandan vədd verib aldadaraq Şahid1 məxsus 3.700 manat, Zərərçəkmiş şəxs4 məxsus isə 1.200 manat pulu da ələ keçirmişdir. Belə ki, o, Novruza özünün pensiya işlərini həll edə biləcək şəxs kimin təqdim etdiyindən Novruz bu barədə qardaşı Zərərçəkmiş şəxs4 gəlini Şahid1 bu barədə demişdir. Gülnar isə hepatit və göz xəstəliyindən əziyyət çəkdiyindən pensiyaya çıxmaq istəmişdir. Novruz ona qardaşı gəlini Gülnara da pensiya düzəltməyini dediyindən o, Şahid1m da aldadıb pulunu ələ keçirmək niyyətində olmuşdur. Bunun üçün 3.700 manat pulun müqabilində Şahid1 əlilliklə pensiyaya çıxarda biləcəyini, pulun 3.000 manatını həkimlərə verəcəyini, qalan 700 manat pulu isə pensiya işi düzələn zaman özünə götürəcəyini demişdir. Gülnarı və sonuncunun ailə üzvlərini isə inandırıb aldatmaq üçün 2017-ci il aprel ayında dəqiq tarixini xatırlamadığı tarixdə Gülnarın əri Rəşadla və qayınatası Rəşidlə yaşadığı Bakı şəh., Yeni Yasamal qəsəbəsi, yerləşən evlərinə gedərək onlarla görüşmüş və ilk əvvəl X64 adına göz İnstutuna apararaq müayinə etdirmişdir. Sonra isə Gülnara yalandan sonuncunu görmə zəifliyi ilə əlaqədar pensiyaya çıxarda biləcəyini demişdir. Bundan sonra Gülnar ilkin olaraq 3.000 manat pulu ona verməyə razı olmuş, o, növbəti gün onların evinə gələrkən orada 3.000 manat pulu Gülnardan almışdır. Sonuncunu inandırmaq üçün isə yaxın zamanda pensiya işinin həll olunacağını demişdir. Pulu alan zaman isə Şahid1 pensiya düzəldəcəyinə inandırıb sonuncuda ona qarşı etibar yaratmaq üçün kağıza qeyd apararaq pulu aldığını göstərmişdir. Pulun qalan 700 manat hissəsini isə 2017-ci ilin may ayının ortalarında yaşadığı evin yaxınlığında Gülnarla görüşüb artıq pensiya işinin hazır olduğunu, bir neçə aya pensiyaya çıxacağını deyib sonuncudan almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs4 pensiya düzəlmək istədiyindən sonuncuya pensiya düşdüyünü yalandan deyərək 1.200 manat pulun müqabilində sonuncuya rahat formada pensiya düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 isə həmin pulu ona 2017-ci ilin sentyabr ayının əvvəllərində həmin yaşadığı mənzildə vermişdir. Lakin, o daha sonra onlara pensiya düzəltməmiş, onlardan əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 və qardaşı Zərərçəkmiş şəxs4 öz yaxın ətrafına pensiya düzəlməklə bağlı dediklərindən onların qardaşı olan Zərərçəkmiş şəxs6 həmin ərəfələrdə oğlu Şahid3 onun vasitəylə pensiyaya çıxartmaq istəmişdir. Novruz ondan qardaşı oğlu üçün də pensiya işi görməyini, Mahiri pensiyaya çıxarmağını bildirdikdə o, 4.500 manat pulun müqabilində Mahiri pensiyaya çıxara, biləcəyini bildirmişdir. Lakin Novruz ona Ramizin pulu tam düzəldə bilmədiyini, pulu hissə-hissə verəcəyini dediyindən o, bu şərtlərə razılaşmışdır. Bundan sonra 2017-ci ilin yaz ərəfəsində Novruz və Mahirlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kafelərin birində görüşüb Novruzdan 2.500 manat pulu almışdır. Həmin vaxt Novruzu və yanında olan Mahiri aldatmaq üçün isə Mahiri 6 ay müddətində pensiyaya çıxaracağını deyib, pensiya işi düzələnədək pulun qalan hissəsini də vermələrini onlara demiş və onları aldadıb pulun qalan hissəsini də vermələrindən ötrü qəbz yazıb Novruza vermişdir. Pulun qalan hissəsini isə Novruz ona poçtla göndərmişdir ki, o, həmin pulları poçtdan bir neçə dəfəyə götürmüşdür. Lakin dəqiq olaraq həmin pulların göndərildiyi tarixi və hansı tarixdə nə qədər məbləğdə göndərilməsini, eləcə də pulu harada nağdlaşdırığını xatırlamır. Novruz yaxın ətrafından bir neçə nəfərə pensiya düzəltdiyini görəndən 2017-ci ilin payız ərəfəsində dəqiq tarixini xatırlamadığı gün mənə zəng vurub Afaqın pensiya işini düzəltmək üçün kreditə pul ğötürdüyünü bildirib onunla görüşmək istədiyim bildirmişdir. O, Novruza Bakıya gəlməli old,uğunu demiş və səhərsi gün Novruzla Bakı şəhərində Bakıxanov qəsəbəsində həmin kafedə görüşüb 2.500 manat sonuncudan almışdır. Bundan sonra isə o, Novruza qısa vaxt ərzində Afaqın pensiya işinin düzəldərək onu ikinci qrup əlilliklə pensiya çıxara biləcəyini bildirmişdir, Sonra isə Novruz ona poçt vasitəsi ilə 500 manat pul göndərmişdir. Həmin pulu hansı poçt şöbəsindən nağdlaşdırdığını xatırlamır. Novruzdan aldığı pulları borclarını bağlamaq üçün xərclədiyi üçün sonuncunun qızının işini düzəldə bilməmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Dəymiş ziyanlar tam olaraq ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun atası, Zərərçəkmiş şəxs5 isə əmisidir. Atası son bir ilə qədər ünvan 24 ünvanda yerləşən avtomobil emalatxanasında usta işləmişdir. Sonra atası İsmayıllı şəhərinə qayıtmış, o, isə hal-hazıra qədər Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. X65 şəhərində yaşayır, taksi fəaliyyəti və kənd təsərrüfatı ilə məşğul olur. Həyat yoldaşı Şahid1 uzun illər hepatit, ürək fəaliyyətin zəifliyi və görmə qabiliyyətin zəif olmasından əziyyət çəkir. 2017-ci ilin əvvələrindən əmisi Novruz nəvəsini İsmayıllı rayon poliklinikasına apararkən orada işləyən Firəngiz adlı terapevtlə yaxından tanış olmuşdur. Firəngiz Novruzun övladı Afaqın xəstəlikdən əziyyət çəkdiyini biləndən sonra Aybəniz adlı qadının uşağına əlillik qrupu düzəldib pensiya almasını təşkil edə biləcəyini söyləmişdir. Bundan sonra Aybəniz İsmayıllı şəhərinə gəlmiş, Novruzla tanış olub qızı Afaq üçün sonuncunun xəstəliklə bağlı pensiya çıxmasını təşkil edəcəyini vəd etmişdir. Novruz bu barədə onlara danışandan sonra o qərara gəlmişdir ki, həyat yoldaşına pensiya təşkil edilməsi üçün Novruz vasitəsi ilə Aybənizə müraciət etsin. Təxminən 2017-ci ilin aprel ayının ortalarında əmisi Novruz kirayədə yaşadıqları ünvan 25 ünvana Təqsirləndirilən şəxs gətirmiş, onların Aybənizlə tanışlıqları onda yaranmışdır. Həmin vaxtı atası Rəşid və həyat yoldaşı Gülnar da evdə olmuşlar. Aybəniz Gülnarın xəstəliyi ilə bağlı sənədlərə baxdıqdan sonra bildirmişdir ki, Gülnara xəstəliklə pensiya düzəltmək üçün onlardan 4.000 manat pul alacaq, həmin pulun 3.700 manatı həkimlərə xərclənəcək, 300 manat isə Təqsirləndirilən şəxs özünə “şirinlik” kimi qalacaq. Onlar ona inanıb razılıq vermiş və növbəti dəfə bir neçə gün sonra, xx.xx.2017-ci il tarixdə Aybəniz yaşadığı mənzildən Gülnarı Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz institutuna aparıb orada müayinələrdən keçirmişdir. Səhərsi gün Aybəniz onlara gəlmiş və Gülnar onun ona verdiyi 3.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı o və atası Zərərçəkmiş şəxs4 da orada olmuşlar. Təqsirləndirilən şəxs 3 ay ərzində Gülnara əlillik dərəcəsi təyin etdirib pensiya almasını təşkil edəcəyini vəd vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra kağız parçasında 3.000 manat alması ilə bağlı qəbz yazıb imza edərək onlara vermişdir. Həmin qəbzi o, istintaqa təqdim etmişdir. Təxminən 3 həftə sonra, 2017-ci il may ayının ortalarında Təqsirləndirilən şəxs Gülnara zəng vuraraq pensiya düzəltməsi ilə bağlı işlərin gedişatının yekunlaşmaq üzrə olduğunu və həkimlərə çatacaq pulun qalan hissəsini, yəni 700 manatın verməli olduqlarını demişdir. Həmin gün o, Gülnara 700 manat pul vermiş və sonuncu bu pulu aparıb Təqsirləndirilən şəxs yaşadıqları evin yanında yerləşən «Halal» marketin yanında vermişdir. 3 ay müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Gülnara pensiya düzəltməmiş, sonuncu ilə bu barədə danışdıqda Təqsirləndirilən şəxs işlərin bir qədər yubandığını deyib yaxın zamanda Gülnarın pensiya alacağında onları inandırmışır. Bundan sonra 2017-ci ilin sentyabr ayında Aybəniz Mustafayşva atası Zərərçəkmiş şəxs4 da 2-ci qrup əlillik dərəcəsi təyin etdirib sonuncuya pensiya düzəldəcəyini vəd edərək yaşadıqları evdə atasından 1.200 manat pul almışdır. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs əmisi Novruzun qızı Afaqın əlillik qrupu 2-dən 1-yə dəyişdirib pensiya almasını təşkil edəcəyi adı ilə Novruzdan 3.000 manat almışdır. Bu ərəfədən xeyli müdətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onlardan heç birinin pensiya işini düzəlmədiyi üçün atası Rəşid Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Şikayətdən sonra Təqsirləndirilən şəxs ondan aldığı 3.700 manat puldan 2.700 manatını qaytarmışdır. Hazırda Aybənizin ona 1.000 manat verəcəyi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafiq qızı Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 mart 2017-ci il tarixdə o, İsmayıllı şəhərinin “Kəpənək" deyilən yerdə olarkən həmyerlisi Zərərçəkmiş şəxs5 yanında olan adını sonra Təqsirləndirilən şəxs olduğunu bildiyi qadınla tanış olmuşdur. Novruz Aybənizi müxtəlif şəxslərə öz əlaqələri vasitəsi ilə xəstəlik səbəbindən pensiya düzəldən adam kimi təqdim etmişdir. Həmin gün üçün arasında söhbət zamanı Aybəniz onun yaşının 61 olmasını, 2-ci qrup əlil olduğunu və buna görə də 150 manat pensiya aldığını öyrənib bildirmişdir ki, Bakı şəhərindəki həkim tanışları vasitəsi ilə onun əlillik qrupunu 1-yə dəyişdirməklə onun 270 manat pensiya alacağını təşkil edə bilər. O, hansı məbləğ müqabilində bunu edə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs bu işə 1.700 manat pul istəmişdir. O, Aybənizin təklifi ilə razılaşmağa qərara gəlmiş və evində olan puldan 1.200 manat ayırıb Novruzla görüşərək Aybənizlə görüş təyin etməsini xahiş etmişdir. 09 mart 2017-ci il tarixdə saat 14:00 radələrində onun xahişi əsasında Novruz Təqsirləndirilən şəxs «kəpənək» adlanan yerə öz avtomobili ilə gətirmişdir. O, Novruzun idarə etdiyi VAZ 2016 markalı nömrə nişanını xatırlamadığı maşına əyləşmiş və özü ilə gətirdiyi 1.200 manat pulu Novruzun yanında Təqsirləndirilən şəxs vermişdir. Qalan 500 manat pulun isə əlillik qrupu təyin etdirdikdən sonra verilməsinə dair razılaşmışlar. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağızda pulun alması barədə qəbz yazıb ona vermişdir. Həmin qəbzi o, istintaqa təqdim etmişdir. Bundan sonra 11 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq 500 manatın ona həkimlərə vermək üçün təcili çatmalı olduğunu dediyindən o, həmin gün 500 manat evdən götürüb Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs ilə Nərimanov rayonunda 5 №-li şəhər klinik xəstəxanasına giriş hissəsinin qarşısında avtomobil yolun kənarında görüşüb sonuncuya 500 manat vermişdir. Təqsirləndirilən şəxs kağız parçasında ondan pul alması barədə qəbz yazıb vermişdir. Təqsirləndirilən şəxs onun əlillik qrupun dəyişdirməsi prosesdə olduğunu, bir aya onun sənədlərini İsmayıllı şəhərinə gətirəcəyinə vəd vermişdir. Sonra o, İsmayıllı şəhərinə qayıtmışdır. Son görüşdən bir ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs zəng vurub işinin gedişatı ilə bağlı maraqlanarkən sonuncu həkimlərin qiymətlərini qaldırdığını deyib, sənədlərin hazır olduğunu, sadəcə həkim məsləhət komissiyasının bir neçə nəfərin öz imzalan qoymaq üçün əlavə 1.000 manat pül istəmələrini bildirmişdir. O, 1.000 manat düzəldərək 18 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş və pulu şəhərlər arası işləyən hər hansı bir taksi maşını ilə göndərəcəyini bildirmişdir. Sonra o, “kəpənək” deyilən yerə gedərək orada müştəri gözləyən “fikin” adlı sürücünün artıq müştəri yığıb Bakı şəhərinə yollandığını gördükdə 1.000 manat “İlkin” adlı şəxsə Təqsirləndirilən şəxs çatdırmaq üçün vermişdir. Sonra Təqsirləndirilən şəxs yenidən zəng vurub pulu “İlkin” adlı sürücü ilə göndərdiyini bildirdikdə Təqsirləndirilən şəxs demişdir ki, “Şamaxinkä” adlı yerə gəlib pulu özü “İlkin”dən orada götürəcək. Sonra o, “İlkin” adlı şəxsə Təqsirləndirilən şəxs nömrəsini vermişdir ki, Bakıya çatarkən zəng vursun. Bir neçə saatdan sonra “İlkin” adlı şəxs ona zəng vurub Təqsirləndirilən şəxs yanında olduğunu və pulu ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da onunla «llkin»in telefonu ilə danışmış və pulu aldığını təsdiq edərək möhürlənmiş sənədlərini yaxın günlərdə ona çätdıraöağını vəd vermişdir, takin, həmin gündən sonra o, mütəmadl olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlayarkən sonuncu hər dəfə işin uzandığını desə də, sonradan ümumiyyətlə onun zənglərinə cavab verməmiş, arabir telefonunu söndürmüşdür. O, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o 2004-cü ildən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 85 A ünvanında yerləşən avtomobil emalatxanasında dəmirçi və rəngsaz kimi işləməyə başlamışdır. Həmin vaxtdan Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 117 mənzil 2-də ailəsi ilə birlikdə kirayədə yaşamışdır. X87 Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib ali təhsil almışdır. Bundan sonra Gülnarla ailə həyatı qurmuşdur. Hazırda onların 3 uşaqları var. X88 sıralarında leytenant rütbəsində xidmət etmiş, bundan sonra isə onun yanında avtomobil ustası kimi işləməyə başlamışdır. Gəlini Şahid1 uzun əllirdir ki, hepatit xəstəliyindən və görmə qabiliyyətin zəif olmasından əziyyət çəkir. 2019-cu ildə isə o, İsmayıllı şəhərinə köçmüş və orada yaşamaqla yenə də avtomobil təmir üzrə usta kimi işləmişdir. Qardaşı Zərərçəkmiş şəxs5 da İsmayıllı şəhərində ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs o, qardaşı Novruz vasitəsi ilə tanımış. Belə ki, 2017-ci ilin əvvələrindən qardaşı Novruz nəvəsini İsmayıllı rayon poliklinikasına apararkən orada işləyən Firəngiz adlı terapevtlə yaxından tanış olmuşdur. Firəngiz Novruzun övladı Afaqın xəstəlikdən əziyyət çəkdiyini biləndən sonra Aybəniz adlı qadının uşağına əlillik qrupu düzəldib pensiya almasını təşkil edə biləcəyini söyləmişdir. Bundan sonra Aybəniz İsmayıllı şəhərinə gəlmişdir və Novruzla tanış olub qızı Afaq üçün sonuncunun xəstəliklə bağlı pensiya çıxmasını təşkil edəcəyini vəd etmişdir. Novruz bu barədə yaxın ətrafına danışandan sonra Rəşadla o, qərara gəlmişlər ki, gəlini Gülnara Təqsirləndirilən şəxs vasitəsi ilə əlillik dərəcəsi təyin etdirib pensiya düzəltdirsinlər. Təxminən 2017-ci ilin aprel ayının ortalarında qardaşı Novruz kirayədə yaşadıqları ünvan 26 ünvana Təqsirləndirilən şəxs gətirmişdir, onların Aybənizlə tanışlıqları onda yaranmışdır. Aybəniz evlərində olarkən səhiyyə sistemində çoxlu tanışların olduğunu, tanışlarının vasitəsi ilə müxtəlif şəxslərə pensiya düzəltdiyini demişdir və Gülnarın xəstəliyi ilə bağlı sənədlərə baxandan sonra bildirmiqşdir ki, Gülnara xəstəliklə pensiya düzəltmək üçün 4.000 manat pul alacaq, həmin pulun 3.700 manatı həkimlərə xərclənəcək, 300 manat isə onun özünə “şirinlik” kimi qalacaq. Onlar ona inanıb razılıqlarını vermiş və növbəti dəfə bir neçə gün sonra, xx.xx.2017-ci il tarixdə Aybəniz yaşadıqları mənzildən Gülnarı Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz institutuna aparıb orada müayinələrdən keçirmişdir. Səhərsi gün Aybəniz onlara gəlmiş və Gülnar onun və Rəşadın yanında Təqsirləndirilən şəxs 3.000 manat pul vermişdir. Aybəniz 3 ay ərzində Gülnara əlillik dərəcəsi təyin etdirib pensiya təşkil edəcəyini vəd vermiş və onları inandırmaq üçün kağız parçasında 3.000 manat alması ilə bağlı qəbz yazıb imza edərək onlara vermişdir. Bundan sonra 2017-ci ilin may ayının ortalarında X47 rayonunun ərazisində görüşüb əlavə olaraq 700 manat almışdır. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə İsmayıllı rayonuna gəlib-getmiş, onlarla mütəmadi olaraq əlaqə saxlamışdır. Həm də Novruzdan bildiyi qədər Təqsirləndirilən şəxs həmyerlisi Zərərçəkmiş şəxs2 və qudası Əmrah Tağıyevdən də 2017-ci ilin əvvəllərində pul almışdır ki, onlara da pensiya düzəltsin, Əmrahın işi düzəlmiş, Zavirin məsələsi ilə düzəlməkdədir. Bunlar hamısı və Aybənizin danışdıqları çox inandırıcı olmuş və sonuncu həqiqətən də iş görən adam kimi onların etibarını qazanmışdır. Həmçinin digər qardaşı Zərərçəkmiş şəxs6 da oğlu Mahirə pensiya düzəltmək məqsədi ilə Novruz vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu Ramizin də eyni ad altında 4.500 manat pulunu almışdır. 2017-ci ilin sentyabr ayının əvvələrində o, Təqsirləndirilən şəxs ilə danışarkən səhhətində problemlərimin yaranmasını bildirib ona da xəstəliklə pensiya düzəldə bilib bilmədiyini soruşduqda sonuncu ona 1.200 manat müqabilində 2-ci qrup əlillik dərəcəsi təyin etdirib pensiya almağını təşkil edəcəyini vəd etmişdir. O, razılıq vermiş və 2017-ci il sentyabr ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə Təqsirləndirilən şəxs onun o vaxtı kirayədə yaşadığı Yasamal rayonu M.Xiyabani küçəsi ev 117 mənzil 2 ünvana gələrək ondan 1.200 manat almışdır. Sonuncuya verdiyi pulların hamısı 100 manatlıq əskinazlarla olmuşdur. Aybəniz ona pensiyanı təxminən 2 aya təyin etdirəcəyini vəd etmiş və aralarında etibarlıq münasibətləri olduğu üçün ona yazılı qəbz verməmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs qardaşı Novruzun qızı Afaqın əlillik qrupu 2-dən 1-yə dəyişdirib pensiya almasını təşkil edəcəyi adı ilə Novruzdan hissə-hissə 3.000 manat almışdır. Lakin, Təqsirləndirilən şəxs onların işlərini düzəlmək üçün söz verdiyi müddətlərin bitməsinə baxmayaraq heç biriin pensiya işini düzəlmədiyi üçün onlar mütəmadi sonuncu ilə danışmış, Aybəniz Mstafayeva isə hər dəfə müxtəlif bəhanələr gətirib işlərin gedişatını uzatmağı çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral-mart ərəfəsində o, İsmayıllı şəhərində yerləşən poliklinikada işləyən həmyerlisi Firəngiz Əhmədovanm yantna qohumunun müalicəsi ilə bağlı gəlibə gedərkən Təqsirləndirilən şəxs adlı qadının müxtəlif şəxslərə xəstəliklə pensiyaya düzəltdiyini bilmişdir. X66 maddi imkanı zəif olduğundan o, Təqsirləndirilən şəxs vasitəsi ilə 2017-ci ilin fevral ayında Əmraha qanuni əsaslarla 2-ci qrup əlil kimi pensiya düzlətdirmişdir. Hazırda da Əmrah pensiya alır. Bundan sonra 2017ci ilin mart ayının əvvələrində o, Aybənizi Bakı şəhərinə yola salmaq üçün sonuncu ilə "Kəpənək” adlanan yerdə çayxanada olan zaman həmyerlisi Zərərçəkmiş şəxs2 onlara yaxınlaşmış və onlar söhbət edən zaman Təqsirləndirilən şəxs Bakı şəhərində həkim tanışlarının vasitəsi ilə müxtəlif şəxslərə xəstəliklə pensiya düzəltdiyindən danışdığı üçün Zavir bununla maraqlanmış və Təqsirləndirilən şəxs Zavirin əlillik qrupunun dəyişdirilməsi Qnün 1.700 manat pul istəmişdir. Növbəti gün Zavir ona zəng vurub Təqsirləndirilən şəxs Bakı şəhərinə gedib-getməməsi ilə maraqlanmış, o, sonuncunun İsmayılıda olduğunu deyəndən sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya pul vermək istədiyini bildirdiyindən oniar yenidən «kəpənək» adlı yerdə görüşmüş və Zavir onun yanında idarə etdiyi VAZ 2106 markalı avtomobilində 1.200 manat pul vermiş, yerdə qalan 500 manatı isə işi düzəldəndən sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasından şəxsiyyət vəsiqəsinin kserosurətini çıxararaq orada Zavirdən aldığı pulun miqdarını yazıb imza etmiş və həmin kağızı Zavirə vermişdir. Bundan sonra o, Aybənizi onların evinə qonaq kimi gətirmişdir. Sonuncunun əri kimi təqdim etdiyi “Mirağa” da Təqsirləndirilən şəxs ilə birlikdə olmuşdur. Bundan bir neçə gün sonra Aybəniz Bakı şəhərində Zavirdən 500 manat pulu almışdır. Bundan bir neçə vaxt sonra Zavir ona bildirmişdir ki, Təqsirləndirilən şəxs deməsindən həkimlərin 1.700 manata razılaşmadıqları üçün sonuncu ondan əlavə 1.000 manat pul istəmiş, həmin pulu Zavir tanış taksi sürücüsü vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırmışdır. 2017-ci ilin aprel ayı ərəfəsində Aybəniz onların evlərində olarkən söhbət əsnasında qızı Afaqın əlillik dərəcəsini dəyişdirmək iqtidarında olduğunu bildirmişdir. Onun qızı Afaq Mikayılova (Tağıyeva) 2016-cı ildə İsmayıllı şəhərində yol qəzasına uğramış və ağır xəsarət alaraq uzun müddət xəstəxanada müalicə olunmuşdur. Bundan sonra Afaq qanuni əsaslarla qızına 2-ci qrup əlillik dərəcəsi təyin olunmaqla pensiya almağa başlamışdır. O, Təqsirləndirilən şəxs hansı məbləğə qızına pensiya düzəldəcəyini soruşduqda Təqsirləndirilən şəxs bunu 3.000 manata edəcəyini demişdir. O, razılaşmış, lakin maddi cəhətdən buna imkanı olmadığı üçün bir müddət bunu edə bilməmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs ilə qardaşları Rəşidi və Ramizi tanış etmiş, Rəşid gəlini Gülnar, Ramiz isə oğlu Mahir üçün pensiya düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs pul vermişlər. 2017-ci ilin sentyabr ayının axırlarında o, qərara gəlmişdir ki, yoldaşıyla birgə bankdan kredit götürüb qızının pensiya işini Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltsin. Bunun üçün həmin ərəfədə ismayıllı şəhərində özünın və yoldaşının adına 2.800 manat kredit götürmüş. 1.300 manat öz adına, 1.500 manat isə arvadı Vəsilə Ağayevanın adına götürmüşdür. Sonra o, Təqsirləndirilən şəxs ilə zəngləşmiş və onlar görüşü Bakı şəhərində Bakıxanov qəsəbəsində təyin etmişlər. 27 sentyabr 2017-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə danışdığı kimi Bakı şəhərində Bakıxanov qəsəbəsində yerləşən paltar bazarın yanında Dalğa kafesində görüşmüş və o, sonuncuya 2.500 manat pulu həmin kafedə vermişdir. Bundan təxminən 20 gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq həkimlərə çatdırmaq üçün pulun qalan hissəsini verməli olduğunu dediyindən o, yenə də borca 500 manat taparaq 21 oktyabr 2017-ci il tarixdə İsmayıllı şəhərində M.Orucov küçəsi 138 ünvanında yerləşən 3101 saylı poçt şöbəsinə gedərək Təqsirləndirilən şəxs 490 manat pul göndərmişdir. Həmçinin 2017-ci ilin aprel ayında qardaşı Zərərçəkmiş şəxs6 ondan Təqsirləndirilən şəxs müxtəlif şəxslərə pensiya düzəltdiyini eşidib hərbi xidmətdə zədə alan oğlu Şahid3 üçün pensiya düzəltmək məqsədi ilə ondan xahiş etmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bu məsələni müzakirə etsin. Aybəniz tez-tez İsmayıllı rayonuna gəlib-getdiyindən o, sonuncu ilə İsmayıllı şəhərində evində görüşmüş və Mahirə aid olan xəstəliklə bağlı sənədlərini göstərdikdə Təqsirləndirilən şəxs Mahirə 1-ci qrup əlillik düzəltmək üçün 4.500 manat istəmişdir. O, bu barədə qardaşı Ramizə demiş, sonuncu pulu hissə-hissə verə biləcəyi barədə Təqsirləndirilən şəxs ilə danışdığını xahiş etmişdir. Təqsirləndirilən şəxs pulu hissə-hissə veriləcəyi barədə razılıq verəndən sonra Ramiz ona öz evində 2.500 manat pul vermiş və səhərsi günü o, qardaşı oğlu Mahirlə Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakı şəhərinə getmişlər və sonuncu ilə Bakıxanov qəsəbəsində yerləşən paltar bazarının yanındakı həmin kafedə görüşmüşdür. O, Mahirin yanında. Təqsirləndirilən şəxs 2.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs Mahirin işini 6 aya düzəldəcəyinə söz vermiş və şəxsiyyət vəsiqəsinin surəti üzərində ondan aldığı pulun miqdarını yazıb imza edərək həmin kağızı ona vermişdir. Bundan sonra onlar İsmayıllı şəhərinə qayıtmışlar və Təqsirləndirilən şəxs hər dəfə qardaşı Ramizə zəng vurub pulun qalan hissəsini istədikdə Ramiz ona hissə-hissə ayrı-ayrı məbləğlərlə pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün verirmiş, o isə həmin pulları poçt vasitəsi ilə Aybənizin adına göndərmişdim. Pulun göndərilməsi barədə qəbzləri isə o, Ramizə vermişdir. Həmçinin qudası Əmrah pensiya almağa başlayandan sonra onların Təqsirləndirilən şəxs etibarı yaranmış və Zavir Təqsirləndirilən şəxs pul verməmişdən qabaq qardaşı Rəşid gəlini Gülnara pensiya düzəltmək üçün hissə-hissə Təqsirləndirilən şəxs 3.700 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, yaşadığı İsmayıllı rayonunda avtomobil emalatxanasında avtomobil təmir ustası işləyir. Böyük oğlu Şahid3 2016-cı ildə hərbi xidmətdə olarkən travma almışdır. 2017-ci ilin aprel ayının ortalarında qardaşı Novruzla söhbət zamanı sonuncu ona bildirmişdir ki, müxtəlif şəxslərə əlillik qrupu təyin etdirib pensiya düzəldən, əslən Naxçıvandan olan Aybəniz adlı qadını tanımışdır. O, qərara gəlmişdir ki, Aybənizin vasitəsi ilə oğlu Mahirə əlillik dərəcəsi düzəltdirib pensiya almasına nail olsun. Bunun üçün Novruzdan Aybəniz adlı qadınla oğlunun işinin həlli ilə bağlı danışmağı xahiş etmişdir. Novruz Təqsirləndirilən şəxs ilə danışmış və sonuncu oğlunun pensiya işini düzəltmək üçün 4.500 manat pul istəmişdir. O, bu pulu bir neçə dəfəyə verəcəyi halda Təqsirləndirilən şəxs bu işi düzəldə bilib-bilməməsi barədə sonuncu ilə danışması Novruzdan xahiş etmiş, Novruz isə Təqsirləndirilən şəxs ilə bu barədə danışdığını və sonuncunun razılıq1 verdiyini söyləmişdir. 16 aprel 2017-ci il. tarixdə o, yaşadığı evdə Novruza şəxsi vəsaitindən 2.500 manat pulu oğlunun işindən ötrü Təqsirləndirilən şəxs çatdırması məqsədi ilə vermişdir. xx.xx.2017-ci il tarixdə qardaşı Novruz oğlu Mahirlə birlikdə Bakı şəhərinə yollanmışlar və həmin gün Təqsirləndirilən şəxs ilə Bakı şəhərində görüşüb bu pulu sonuncuya vermişdilər. Həmin gün Mahir rayona qayıtmış və bildirmişdir ki, Təqsirləndirilən şəxs onun işini 6 ay ərzində həll edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs aldığı pulla bağlı qəbz yazmış, həmin qəbzi Mahir ona vermiş və iş üzrə dindirilərkən o, bu qəbzi təqdim etmişdir. Bundan sonra Aybəniz Novruza zəng vuraraq qalan pulu da ödəməli olduğu deyərkən o, xx.xx.2017-ci il tarixdə 97 manat, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2017-ci il tarixdə 1.400 manat, xx.xx.2017-ci il tarixdə 50 manat, xx.xx.2017-ci il tarixdə 48 manat Novruza pul vermiş, sonuncu həmin pulları poçt vasitəsi ilə İsmayıllı şəhərindən Təqsirləndirilən şəxs göndərmişdir. Pul göndərməsi barədə qəbzlərin surətləri də o, istintaqın ilkin mərhələsində təqdim etmişdir. Ümumilikdə o, Mahirin pensiya işinin düzəlməsi üçün Novruz vasitəsi ilə Təqsirləndirilən şəxs 4.495 manat pul vermişdir. 2017-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs bildirdiyi kimi 6 ay müdfdəti başa çatmışdır. O, Novruza zəng edib bu barədə xatırladaraq Təqsirləndirilən şəxs ilə danışmağı demişdir. Lakin Novruzun deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs sonuncudan Novruzun qardaşı Rəşiddən, Rəşidin oğlu Rəşaddan və İsmayıllı rayon sakini Zayir Ağayevdən də eyni bəhanə ilə pullarını alıb qaytarmayaraq onların və onun işlərini həll etməmişdir. Bu səbəbdən də Rəşid Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Sorğu zamanı ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs6 onun yerinə Təqsirləndirilən şəxs ilə bütün daqışıqların Novruzun apardığını, əvvəl verdiyi pulun təyinatı ilə bağlı maraqlanmadığını, lakin Təqsirləndirilən şəxs onları aldatmasını başa düşdükdən sonra Novruzla apardığı söhbətlər zamanı Təqsirləndirilən şəxs pulunu hara xərclədiyini və niyə görə qaytarmadığı barədə maraqlandıqda Novruz sonuncunun bu işi kimin vasitəsi ilə görəcəyi və pulu kimə verildiyini haqqında ona heç bir şey demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il bundan əvvəl “Laçın” ticarət mərkəzində icarəyə mağaza götürüb paltar satmaqla məşğul olmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs9 ilə tanış olmuşdur. 2017-ci ilin əvvəllərində onun böyrəyində problemlər yaranmış, buna görə də, əlillik dərəcəsi almaq üçün Yasamal rayonu ərazisindəki 19 saylı poloklinikaya müraciət etmişdir. Lakin, orada onu müayinə etdikdən sonra ona əlillik dərəcəsi düşmədiyini bildirilmişdir. 2017-ci ilin noyabr ayında xalası qızı Donara Süleymanovanın vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Donara onun təqaüd almaq istəməsini bilmiş və ona Aybənizin təqaüd düzəldə bildiyini demişdir. 16 yanvar 2018-ci ildə o, Aybənizi yaşadığı evlərinə dəvət etmiş və qanuni əsaslarla təqaüd almaq istədiyini demişdir. Aybəniz ona təqaüd düzəltməsi üçün adına bankda Dövlət Sosial Müdafiə Fondunun hesabının açılmalı olduğunu və həmin hesaba 5.000 manat pul köçürməsini demişdir. Aybəniz onun təqaüdünü tam qanuni əsaslarla düzəldəcəyini demişdir. Həmin günü o, yaşadığı ünvan 27 ünvanda xalası qızı Donaranın yanında Aybənizə 5000 manat pul vermişdir. Aybəniz ondan şəxsiyyət vəsiqəsinin sürətini və əslini almış, pulu ondan alması barədə ona yazılı kağız yazıb vermişdir. Lakin Aybəniz onun təqaüdünü kimin vasitəsilə düzəldəciyini deməmişdir. Bir neçə gün sonra Aybəniz ona İ qrup əlillik dərəcəsi düzəlməsi barədə sənəd vermişdir. O, da həmin sənədi Aybənizlə birlikdə Yasamal rayon Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Sonra ona pensiya təyin edilmişdir. 2018-ci ilin mart ayında "xxxx"-dan təqaüd kartını götürmüş, lakin 2018-ci ilin iyul ayında ona Dövlət Sosial Müdafi Fondunun Yasamal şöbəsindən zəng olunaraq ona verilən təqaüdün dayandırıldığını və 818 manat pulu dövlət büdcəsinə ödəməli olduğu bildirilmişdir. Bu barədə Aybənizə dedikdə, Aybəniz ona demişdir ki, gedib pulu dövlət büdcəsinə ödəməli olduğu kodu öyrənsin və şəklini çəkib göndərsin. O, belə də etmiş, kodun şəklini çəkib Aybənizə göndərmiş, Aybəniz pulun ödənilməsi barədə qəbzin şəklini çəkib ona göndərmişdir. Dəfələrlə pulunun qaytarılması barədə Aybənizə desə də, Aybəniz onun pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, ona əlillik dərəcəsi 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayevə tərəfindən sistemə yüklənilmiş saxta məlumatlar əsasında təyin edilmişdir. Aybənizin onun pulunu qaytarmağa imkanı olmadığını bilib Zümrüd barədə şikayət etmişdir ki, Zümrüd onun pulunu qaytarsın. Zümrüd Abdullayevi şəxsən görməmiş, sonuncu ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. O, ümumiyyətlə 13 saylı Birləşmiş şəhər Xəstəxanasına getməmiş və orada müayinə olunmamışdır. Sonradan Zümrüdlə əlaqə saxlamış, Zümrüd isə ona demişdir ki, onun Aybənizə verdiyi pulların hamısı Aybənizin özündədir və Aybənizin ona, yəni Zümrüdə hər hansı məbləğdə pul vermədiyini demişdir. Onun pulu Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənilmişdir. 2018-ci ilin mart ayında Şəmsiyyə xəstə olduğu üçün Şəmsiyyənin yanına baş çəkməyə getmiş və Şəmsiyyə ona təqaüdə çıxmaq istədiyini demişdir. O, da Şəmsiyyəyə Aybənizi məsləhət bilmiş və nömrəsini Şəmsiyyəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Aybəniz Şəmsiyyədən pul almış, lakin, heç bir iş görməmişdir. Beləliklə, də o 5.000 manat pulu Təqsirləndirilən şəxs onu pensiya təyin etməsi üçün adına hesab açması və pulu həmin hesaba qoyaraq ona pensiya təyin edilməsi üçün vermiş, daha sonra ona İ qrup əlillik dərəcəsi təyin edildiyini bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X34 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs8 Cəlal qızı onun xalası qızıdır. 2017-ci ilin yay aylarında o insult xəstəliyi keçirmiş və bununla əlaqədar pensiyaya çıxmaq istəmişdir. 2017-ci ilin noyabr ayında xalası qızı Dürrə Süleymanovanın həyat yoldaşının qohumunun yas mərasimində iştirak etmək üçün Zərərçəkmiş şəxs8 ilə birlikdə Suraxanı rayonu Hövsan qəsəbəsinə getmişdir. Həmin yas mərasimində iştirak edən Reyhan adlı şəxslə tanış olmuşdur. Yas mərasimində Reyhan orada olan şəxslərlə pensiyaya çıxmaq üçün müxtəlif şəxslərə kömək etməsi barədə danışmışdır. Həmin vaxt Reyhan Aybəniz adlı tanışının olduğunu və onun müxtəlif şəxslərə pensiyaya çıxmağa kömək etdiyini bildirmişdir. Reyhan yas mərasimində onun yanında Aybənizə zəng edərək danışdıqdan sonra sonuncunun mobil telefon nömrəsini ona, onun telefon nömrəsini isə Aybənizə vermişdir. Daha sonra kimin zəng etməsini xatırlamasa da, Aybənizlə telefon əlaqəsi yaradıb Nəsimi rayonu ərazisində yerləşən “Olimpik Star” idman və əyləncə kompleksinin qarşısında görüşmək qərarına gəlmişlər. O, Aybənizlə 2017-ci il noyabr ayının sonlarında Aybənizlə “Olimpik Star” idman və əyləncə kompleksinin qarşısında görüşmüş və sonuncuya pensiya almaq istədiyini bildirmişdir. Aybəniz ona demişdir ki, artıq bu barədə səhiyyə sistemində işləyən tanışları ilə danışmış və ona pensiya təyin edilməsi üçün 1 qrup əlillik dərəcəsi almaq üçün 5.300manat pul verməlidir. O, 05 dekabr 2017-ci il tarixdə nahar saatlarında yaxın evindən 5.300 manat pulu götürüb “Olimpik Star” idman-və əyləncə kompleksinin qarşısında Aybənizlə görüşmüşdür. 100 və 50 manatlıq əskinazlarla olan 5.300 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Aybəənizədə vermişdir. 2018-ci ilin aprel ayında Aybəniz onunla görüşülə ona 1-ci qrup əlillik təyin edilməsi barədə sənəd təqdim etmişdir. O, həmin sənədt Nəsimi rayonu, Dövlət Sosial müdafiə fonduna təqdim etmiş və ona 155 manat pensiya təyin edilmişdir. 253 manat pensiya aldıqdan sonra onun pensiyanın verilməsi dayandırılmışdır. O, bununla bağlı Aybənizə zəng vurub məlumat vermiş və sonuncuya verdiyi 5.300 manat pulu geri istəmişdir. Aybəniz onun pulunu qaytarmadığı üçün o, sonuncudan şikayət etmişdir. Bundan sonra Aybəniz əvvəl ona 1.000 manat, sonra isə istintaq zamanı yerdə qalan 4.300 manat qaytarmışdır. Dövlətin ona köçürtdüyü 253 manat pulu da o, dövlət sosial müdafiə fondunun hesabına qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 1981-ci ildən 2004-cü ilədək müxtəlif yerlərdə, 2004-cü ildən 2006-cı ilədək “Azərqarant” sığorta şirkətində baş mühasib işləmişdir. 2006-cı ildən isə bacısının adına olan “Laçın” ticarət mərkəzindəki paltar mağazasına işləmişdir. Zərərçəkmiş şəxs8 Cəlal qızını 2010-cu ildən işlədiyi “Laçın” ticarət mərkəzindən tanımış, aralarında normal münasibət olmuş, şəxsi qərəzlikləri və ədavətləri olmamışdır. Onda olan qara ciyərində xəstəliyi ilə əlaqədar 3 il əvvəl qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikasında əlillik dərəcəsinin təyin olunması prosedurası ilə maraqlanmış və ona demişlər ki, 3 ay müddətində ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunduqdan sonra epikriz almalıdır, yalnız bundan sonra ona əlillik dərəcəsi təyin olnması məsələsinə baxıla bilər. Zərərçəkmiş şəxs8 isə onun xəstəliyi ilə onun təqaüdə çıxmaq istədiyini bildirmişdir. 2018-ci ilin mart ayında Tamara ona bildirmişdir ki, Aybəniz adlı qadın Tamara üçün 5.000 manat müqabilində böyrək xəstəliyi ilə əlaqədar 1-ci qrup əlillik dərəcəsi təyin etdirmiş və bununla bağlı pensiya düzəltmiş, 3 aydır ki, 150 manat pensiya almışdır. Bundan sonra onun xahişi ilə Zərərçəkmiş şəxs8 Aybəniz adlı qadına zəng edib bildirmişdir ki, daha bir tanışına pensiya düzəltmək lazımdır. Aybəniz onunla görüşməyi təklif etmiş, o, Tamaranın telefonu ilə Aybənizlə danışmış və Aybənizi görüşmək üçün həmin vaxt qardaşının yaşadığı Nizami rayonu ərazisindəki evinə dəvət etmişdir. 17 mart 2018-ci il tarixdə, saat 18:00 radələrində Aybəniz Nizami rayonu ərazisində yerləşən dəqiq ünvanı xatırlamadığı “Ramal” ticarət mərkəzi ilə üzbəüz binada ünvan 28 ünvanda yerləşən qardaşına məxsus evə gəlmiş, həmin vaxtı evdə qardaşı X18 və bacısı Zərərçəkmiş şəxs10 olmuşdur.? Aybəniz 5.000 manata onun təqaüdünü həll edəcəyini demişdir. Aybəniz bildirmişdir ki, ondan aldığı pulu X2 adına açdıracağı hesab nömrəsinə qoyacaqdır. O, təqaüdünün təyin edilməsr qaydalarından xəbərsiz olmuş, Aybəniz bildirmişdir ki, təqaüd qanuni qaydada təyin ediləcəkdir. Bu vaxt onların yanında olan bacısı Arzu Aybənizə demişdir ki, İİ qrup əlilliyə görə 60 manat təqaüd almış və kömək etməsini xahiş etmişdir, Aybəniz 500 manata bacısı Arzuya əmək kitabçası açdıracağını, 2.500 manata isə İ qrup əlillik dərəcəsini təyin etdirə biləcəyini demişdir. X48 ödədiyi pulların dövlət büdcəsinə ödəniləcəyini demişdir. Aybəniz onların yanında bu işlə bağlı bir neçə nəfərlə danışmış və razılaşmışlar ki, sabah gəlib pulu götürəcəkdir. 19 mart 2018-ci ildə Aybəniz yenidən onun qardaşı Ağahüseynin yaşadığı Nizami rayonu ərazisindəki evinə gəlmiş, evdə o, Aybənizə 2.000 manat pul vermiş, qalan 3.000 manatı isə ona pensiya təyin edildikdən sonra verəcəyini demişdir. 01 aprel 2020-ci il tarixdə onun bacısı Arzu qardaşının yaşadığı ünvan 29 ünvanda Aybənizə 2.000 manat pul vermiş, qalan 1.000 manat pulu da sonra verəcəyini demişdir. Həmin vaxt qardaşt Ağahüseyn də onların yanında olmuşdur. Aybənizə verdikləri bütün pullar 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Sonradan onun bacısı Arzu qalan 1.000 manat pulu da tarixini xatırlamadığı vaxtda Aybənizə vermişdir. Lakin Aybənizin ona təqaüd təyin etmədiyini görüb verdiyi pulları geri tələb etmiş, bu zaman Aybəniz onun əmək kitabçasını istəmişdir. 2018-ci ilin aprel ayında o, öz əmək kitabçasını Aybənizə vermişdir. Sonra isə Aybəniz ona demişdir ki, o, başqa rayon qeydiyyatında olduğundan ona təqaüd təyin etdirə bilməmişdir. O, 13 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayevi görməmiş, Z.Abdullayeya ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Həmçinin o, özü də həmin xəstəxanada müayinə olunmamışdır. O, Təqsirləndirilən şəxs 2.000 manat pulu onun ada təqaüd təyin etməsi üçün adına açılmış bank hesabına ödəmək üçün vermişdir. Aybəniz ondan Zümrüdə vermək adı ilə pul almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, epilepsiya xəstəsidir, İİ qrup əlil kimi 60 manat təqaüd almışdır. Zərərçəkmiş şəxs9 onun doğma bacısıdır. 17 mart 2018-ci il tarixdə, saat 18:00 radələrində «Ramal» ticarət mərkəzi ilə üzbə-üz binada ünvan 30 ünvanda yerləşən qardaşına məxsus mənzilə qonaq gedən zaman Aybəniz adlı qadın da gəlmişdir. Həmçin vaxt evdə onun qardaşı X27 və bacısı Zərərçəkmiş şəxs9 olmuşlar. Şəmsiyyə təqaüdə çıxmaq istədiyini dedikdə, Aybəniz Şəmsiyyəni 5.000 manata təqaüdünü həll edəcəyini bildirmişdir. Aybəniz həmin pulu X68 Fondunda Şəmsiyyənin adına açdıracağı hesab nömrəsinə qoyacağını demişdir. Aybəniz bildirmişdir ki, təqaüd qanuni qaydada təyin ediləcəkdir. Bu vaxt o, Aybənizə demişdir ki, İİ qrup əlilliyə görə 60 manat təqaüd almış, ona kömək etməsini xahiş etmiş və ondan alacağı həmin pul vəsaitini dövlət büdcəsinə ödəyəcəyini söyləmişdir. Aybəniz 500 manata ona əmək kitabçası açdıracağını, 2.500 manata isə qrup əlillik dərəcəsinə təyin etdirə biləcəyini söyləmişdir. Aybəniz onların yanında bu işlə bağlı bir neçə nəfərlə danışmış və onlar razılaşmışlar. Bundan sonra 01 aprel 2018-ci ildə Aybəniz yenidən qardaşı Ağahüseynin yaşadığı Nizami rayonu ərazisindəki evinə gəlmiş, evdə o, Aybənizə 2.000 manat pul vermiş, qalan 1.000 manatı isə sonra verəcəyini demişdir. Çünki həmin vaxt onun pulu olmamışdır. Qalan 1.000 manat pulu da tarixini xatırlamadığı vaxtda yenə qardaşının qeyd olunan mənzilində Aybənizə vermişdir. Lakin sonradan bacısı Şəmsiyyədən öyrənmişdir ki, Aybəniz onlara təqaüd təyin etdirə bilməmiş, ondan aldığı pulları da qaytarmamışdır. 13 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Zümrüd Allahverdiyeva ilə o, görüşməmiş, sonuncu ondan heç bir məbləğdə pul istəməmiş və o da Şahid4 heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin noyabr ayında dayısı oğlu Namiqin yas mərasimində Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ilə tanış olmuşdur. Yas mərasimində bilmişdir ki, həmin qadınlar onun uzaq qohumlarıdır. Həmin yas mərasimində danışanlardan məlum olmuşdur ki, Aybəniz adlı qadın müxtəlif insanlara təqaüd düzəldir. Daha sonra o, qohumu Donara Süleymanovadan soruşduqda, sonuncu da Aybənizin təqaüd düzəltdiyini təsdiqləmişdir. Buna görə də Donaradan xahiş etmişdir ki, ona təqaüd düzəltməsi barədə Aybənizlə danışsın. Aradan bir müddət keçəndən sonra Donara ona zəng edib bildirmişdir ki, Aybəniz ona təqaüd düzəltməsi üçün 4.500 manat pul istəmişdir. Lakin onun pulu olmadığı üçün razılaşmamışdır. Pulu olmadığı üçün razılıq verməmişdir. Lakin 2018-ci ilin aprel ayınadək Aybənizin Tamara və Çinarəyə təqaüd düzəltdiyini öyrənmiş, bu onda inam yaratdığı üçün 4.500 manat pul düzəldib Bakı şəhərinə gəlmişdir. 2018-ci ilin aprel ayının 4 və ya 5 tarixlərində Donara ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 13 saylı Birləşmiş şəhər Xəstəxanasının yanında Aybənizlə görüşmüşdür. O, təqaüd düzəlməsini istədiyini dedikdə, Aybəniz ona demişdir ki, onun adına Dövlət Sosial Müdafiə Fondunda hesab açacaq və bundan sonra ona təqaüd düzəldəcəkdir. Orada o, Donaranın yanında Aybənizə 4.500 manat pul vermiş və Aybəniz də öz şəxsiyyət vəsiqəsinin sürətinə ondan 4.500 manat pul almasını təsdiqləyən yazı icra edib vermişdir. Lakin ona heç bir əlillik dərəcəsi təyin edilməmiş, pulunu da ala bilməmişdir. Bir müddət sonra o, şikayət etmişdir. 13 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayevəm o, görməmiş, Zümrüd ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1984-cü ildə X28 ilə ailə qurmuş, bu nigahdan Sevda və Sevinc adlı iki qız övladları və Kamran adlı bir oğlu övladları olmuşdur. Qızlarından Sevinc ailə qurub Rusiya Federasiyasında, digər qızı Sevda isə ailəsi ilə birlikdə İsmayıllı şəhərində yaşamış, Sevdanın əri Şahid10 neft daşlarında işlədiyindən 15 günü neft daşlarında olmuşdur. Oğlu Kamran da ailə qurub onun yanında yaşamışdır. Sevda tez-tez onun evinə qonaq gəlsə də, digər qızı Sevinc yay aylarında onun evinə qonaq gəlmişdir. Əri Əhmədağa 2011-ci ildə vəfat etmiş və o, bir daha ailə qurmamışdır. 2017-ci ilin iyun ayında qonşusu Zərifə onun evinə qonaq gələrək əri üçün pensiya düzəltmək üçün hansısa sənədi hazırlamaq məqsədilə ondan borca 50 manat pul almışdır. Həmin günü Sevda onun 1985-ci il təvəllüdlü qızı Sevdanın gözündə eynək olduğunu görüb nə üçün qızının eynək taxdığını soruşmuşdur. O, da Sevdanın görmə qabiliyyətinin zəif olduğunu bildirmişdir. Bu zaman Zərifə Novruz adlı bir tanışı olduğunu və istəyirsə qızının gözünə görə təqaüdə çıxmasını Novruza deməsini təklif etmişdir. Həmin vaxt Sevdanın əri Elçin neft daşlarında olduğundan Zərifəyə demişdir ki, kürəkəni Elçinlə məsləhətləşdikdən sonra bir söz deyəcəkdir. Bundan bir neçə gün sonra Zərifə 50 manatı gətirib qaytarmış və ona bildirmişdir ki, özü gözünə görə, əri isə ürəyində xəstəliyi olduğuna görə təqaüd düzəldtdirdiyini deyib təqaüd kartlarını ona göstərmişdir. Hətta Zərifə ona qızı Sevdanın gözünə görə təqaüdə çıxarılması üçün Aybəniz adlı qadının nömrəsini vermişdir. O da həmin günü Aybənizə zəng edib nömrəsini Zərifə verdiyini demiş və qızının görmə qabiliyyətinin zəif olduğunu deyib təqaüd ala bilib-bilməyəcəyini soruşmuşdur. Aybəniz bu işin qiymətinin 6.500 manat olduğunu, lakin Zərifəyə görə 6.000 manata düzəldə biləcəyini demişdir. Aybənizin Zərifəyə və ərinə təqaüd düzəltdiyi üçün inanmış və telefonda razılıq vermişdir. 2017-ci ilin iyul ayının əvvəllərində Aybəniz onun Novruz adlı həmkədlisinin maşını ilə onun yaşadığı evinə gəlmişdir. Həmin vaxt evdə onun kürəkəni Elçin, qızı Sevda olmuş, Aybəniz isə əri kimi təqdim etdiyi Mirağa adlı şəxslə gəlmişdir. Evdə söhbət zamanı Aybəniz bir daha Sevdanın təqaüdü üçün 6.000 manat pul istəmiş, həmin puldan özünə 200 manat pul çatacağını, qalan pulların isə pensiya düzəlməsi üçün sərf olunacağını bildirmişdir. Lakin konkret nəyə sərf olunacağı barədə ona heç nə deməmişdir. O, Aybənizin dediklərinə inanmış və pulu olan kimi xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, digər qızı Sevincin əri Nizamidən 1.000 manat, oğlu Kamrandan 2.000 manat borc almış, özü də üstünü düzəldib 6.000 manat pul düzəldib kürəkəni Elçinə vermişdir ki, Sevdanın təqaüdü üçün Aybənizə versin. Elçin də 08 iyul 2017-ci ildə Bakı şəhərinə gedib «Dram teatr»ın yanında adını bilmədiyi kafedə həmin pulları Aybənizə vermişdir. Hətta Aybəniz öz şəxsiyyət vəsiqəsinin sürətində Elçindən 6.000 manat pul almasını əks etdirək kağızı Elçinə vermiş, Elçin də gətirib həmin kağızı ona vermişdir. Aybəniz 2017-ci ilin iyul ayının sonunadək Sevdanın təqaüd məsələsini həll edəcəyini və kartı da ona verəcəyini bildirmişdir. Lakin Aybənizin dediyi vaxt gəlib başa çatsa da, sonuncunun təqaüd sənədini düzəltmədiyini görüb pulları tələb etmişdir. Aybəniz pulu qaytarmadığı üçün o, 11 noyabr 2017-ci il tarixdə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin statusda əlavə dindirilmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun sonuncuya verdiyi puldan hissə-hissə 5.200 manat qaytardığını, hazırda Təqsirləndirilən şəxs ona 800 manat verməli olduğunu, Təqsirləndirilən şəxs ona pul qaytarmamışdan qabaq kürəkəni Nizami və oğlu Kamrandan borca götürdüyü ümumilikdə 3.000 manat pulu onlara qaytardığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləməmişdir. 2018-ci ilin may ayının 17-də Bakı şəhərində 23 saylı poliklinikaya getmişdir ki, Qarabağ əlilliyinə görə qrup alsın. Lakin bu alınmamışdır. Xəstəxanadan çıxanda özünü Aybəniz kimi təqdim edən qadın ona yaxınlaşmış və bildirmişdir ki, ona əlillik dərəcəsi düzəldə bilər. Aybəniz həmçinin bildirmişdir ki, gərək 6 ay gözləsin ki, sənədi hazırlasın, buna görə də bu işin gec olacağını bildirmişdir. Həmçinin hərbi kommisarlıqdan onun sənədlərini düzəldə biləcəyini və 22 günə kimi ona Qarabağ əlilliyi dərəcəsi düzəldə biləcəyini demişdir. Aybəniz bu işi görmək üçün ondan 2.000 manat pul istəmişdir. O, razılaşmışdır. Sonra o, borc edib həmin pulu düzəldib Aybənizə məxsus ***-***-**-** nömrəsinə zəng etmiş və 11 iyun 2020-ci il tarixdə Aybəniz ona Suraxanı rayonu X84 yanına gəlməsini demişdir. X49 rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun yanında görüşüb X84 yanındakı adsız çayxanada görüşmüşlər. Orada o, Aybənizə 2.000 manat pulu vermişdir. Aybəniz isə 22 günə Qarabağ əlillik sənədini düzəldəcəyini demişdir. Hətta kartda 3 ayın maaşının da olacağını demişdir. Lakin, deyilən vaxt başa çatdıqda, Aybənizlə mütəmadi olaraq əlaqə saxlamış, işlərin uzandığını görüb aldanıldığını başa düşmüşdür. Bundan bir il sonra isə, yəni 23 iyul 2020-ci il tarixdə o, bu barədə Suraxanı RPİ-nin 31-ci PŞ-nə müraciət etmişdir. Əvvəlcə onun şikayəti əsasında toplanmış material X89 Şöbəsinə, daha sonra isə Lənkəran polisinə göndərilmişdir. Bununla da Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ona 2-ci qrup Qarabağ müharibəsi əlillik dərəcəsi düzəldəcəyi adı ilə yalan vəd verib 2.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərmişdir ki, təxminən 2018-ci ilin mart ayının ortalarında o, yaşadığı mənzilin eyvanında yuyulmuş paltarları asarkən məhəllədə «besetka»da bir nəfər adını sonradan Təqsirləndirilən şəxs bildiyi qadının səliqəsiz halda oturduğunu görmüşdür. Həmin qadının xarici görünüşünə görə onun sonuncuya yazığı gəlmiş və o, aşağı enib Təqsirləndirilən şəxs yaxınlaşaraq niyə orada oturduğunu soruşub, nə kimi kömək edə biləcəyini öyrənmişdir. Təqsirləndirilən şəxs ona həyat yoldaşının onu döyüb evdən qovduğu və qalmağa yerin olmadığı üçün məhəllədə oturduğunu demişdir. O, Təqsirləndirilən şəxs 5 manata qədər yol pulu verə biləcəyini söylədikdə həmin qadın əslən Naxçıvandan olduğunu və Naxçıvana getmək üçün ən azı 60 manat lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs onun yerhəmlisi olduğunu biləndən sonra o, yuxarı qalxıb həyat yoldaşı Şahid14 Aybənizin bir gecəlik onlarda qalmasına dair icazəsini istəmişdir. Həyat yoldaşının da Təqsirləndirilən şəxs yazığı gəldiyi üçün sonuncunun qalmasına etiraz etməmişdir. O, Aybənizi evlərinə gətirmiş və qızının bəzi paltarlarını sonuncuya vermişdir. Növbəti gün Aybəniz onlarda qalmış və onlar sonuncuya heç bir şey demədən demək olar ki, bir ay evlərində sığınacaq vermişlər. Onlarda qalan müddət ərzində Aybəniz həyat yoldaşı Şahid14 avtobus sürücüsü işlədiyini və unutkanlaqdan əziyyət çəkdiyini bilmişdir. Onlarda qalan müddətdə Aybəniz tez-tez harasa gedib qayıtmışdır. Bundan sonra Aybəniz başqa yerdə kirayədə ev tutduğunu bildirmiş və evlərindən köçmüşdür. Bundan sonra Aybəniz tez-tez ona zəng edib hal əhvalını tutmuşdur. Təxminən 2018-ci ilin sentyabr ayının axırları-oktyabr ayının əvvələrində Aybəniz onlarda olarkən Lənkəran rayonundan qayıtdığını orada bir neçə nəfərə səhiyyə sistemində olan tanışları vasitəsi ilə xəstəliklə pensiyaya çıxmalarında kömək etdiyini bildirmiş və ərinin hər gün səhər tezdən çıxıb axşam gec qayıtdığını görüb ərinə yazığı gəldiyi söyləyərək əmək pensiyasının alınması üçün neçə il qaldığını soruşduqda əri 65 yaşın tamam olması üçün hələ də 2 il qaldığını demişdir. Həmin vaxt əri marşrut xəttində sürücü işləmişdir. Aybəniz başqa şəxslərə 3.000- 5.000 manat arasında təqaüd düzəltdiyini, lakin onların ona etdikləri yaxşıllıq müqabilində onlara bunu pulsuz edəcəyini, xırda xərclərinin çıxmasını bildirmişdir. Onlar razılaşmış və Aybəniz ərinin şəxsiyyət vəsiqəsinə baxdıqda sonuncunun Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmasını görüb demişdir ki, ilk olaraq həyat yoldaşı Bakıda qeydiyyata düşməlidir. Bunun üçün ondan yaşadığı ərazinin mənzil kommunal idarəsindən ərinin orada yaşaması barədə arayış almağı demiş, o, isə kirayədə yaşadığı mənzilin sahibinin buna razılıq verməyəcəyini bildirdikdə Aybəniz belə olan halda ərini özü qeydiyyatda olduğu ünvana qeydiyata saldıracağını, bunun üçün 150 manat evin sahibinə vermək üçün xərclərinin çıxacağını, şəxsiyyət vəsiqəsinin alınması üçün dövlət rüsum da həmin məbləğin içərisində olacağını demişdir. 02 oktyabr 2018-ci il tarixdə o, aldığı pensiyadan Aybənizə 150 manat pul vermiş və sonuncu ərini Bakıxanov qəsəbəsində yerləşən ASAN xidmət mərkəzinə aparmışdır. Həmin mərkəzə evin sahibi də gəlmişdir. On gündən sonra ərinə şəxsiyyət vəsiqəsi verilmiş, qeydiyyat yeri isə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Qasımov küçəsi ev 14 mənzil 1 kimi qeyd edilmişdir. Bundan sonra 2018-ci ilin oktyabr ayının axırlarında Aybəniz onlara gələrək ərinin pensiya işinin düzəlməsi üçün həkim xərcləri olaraq 1000 manat pul verməli olduqlarını demişdir. Onlar əvvəl imtina etmək istəsə də, sonra o, özünə məxsus qızıl-zinət əşyalarının bəzilərini 500 manata satıb, 500 manat da sələmə pul götürüb Aybənizə bu pulu 2018-ci ilin noyabr ayının əvvəlində öz evində vermişdir. Həmin vaxtı əri evdə olmamışdır. Aybəniz ona ərinin əlillik qrupun təyin etdirməsi və bununla da pensiya işini düzəltməsi üçün ərini Sabunçu xəstəxanasına aparacağını və orada onu müayinələrdən keçirəcəyini bildirsə də, bunu etməmişdir. Təqsirləndirilən şəxs 1 ay ərzində ərinin məsələsi həll edəcəyinə söz vermişdir. Lakin, pulu ondan aldığı gündən Aybəniz onlardan qaçıb-gizlənməyə başlamış və sonuncunun onu aldadıb pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşdüyündən o, Təqsirləndirilən şəxs 13-cü polis bölməsinə ərizə yazmışdır. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid14 konkret olaraq kimin vasitəsi ilə pensiya düzəldəcəyini eləcə də aldığı 1.000 manatın hansı tibb işçisinə veriləcəyi barədə heç bir şey demədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Zərərçəkmiş şəxs12 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Biləsər kəndində yaşamışdır. Heç bir yerdə işləməmişdir. Aldığı təqaüdü ilə dolanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayında Lənkəran rayonu, Biləsər kəndində mərhum xalası oğlu Rəfailin yas mərasimində görüb tanış olmuşdur. Belə ki, Rəfail Bakı şəhəri, Binə qəsəbəsində A ybənizlə qonşuluqda yaşamışlar. Lakin Rəfailin yas mərasimi qeydiyyatda olduğu Biləsər kəndində baş tutduğundan Aybəniz onun xalası qızı Sevil Muradova ilə birlikdə yas mərasiminə gəlmişlər. Həmin gecəni Aybəniz onun yaşadığı evdə bir gecə qalmışdır. Gecə söhbət zamanı Aybəniz geniş əlaqəsi olduğunu, əlinin hər yerə çatdığını, bütün işləri bacardığını, hətta kimə lazımdırsa təqaüdə çıxarda biləcəyini söyləmişdir. Aybəniz bir gecə onun evində qalandan sonra Bakı şəhərinə getmiş və onlar mütəmadi olaraq əlaqə saxlamışlar. Yay aylarında da Aybəniz bir neçə dəfə onun evinə gəlibgetmişdir. Lerik rayonu, Kaqoy kənd sakinləri Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 da onun qohumlarıdır. Rəhmanla Elxan da onun evinə gedib-gəlmişlər. 2018-ci ilin iyul ayının əvvəllərində Rəhman onun evinə gələrkən, Aybəniz də evdə olmuş, Rəhmanın bacısı Şəfiqə xəstə olduğundan, o, Rəhmandan Şəfiqənin halını maraqlanmışdır. Rəhman isə bildirmişdir ki, həkimlərin deməsinə görə Şəfiqə əməliyyat olunarsa, iflic olacaqdır. Buna görə də Şəfiqənin əməliyyat olunmasını istəməmişlər. Bu söhbəti eşidən Aybəniz bildirmişdir ki, Şəfiqəyə təqaüd düşür və özü bunu həll edə bilər. X69 özləri tanış olmuşlar və Aybəniz kiməsə zəng edib bu barədə maraqlanmışdır. X59 təqaüdə çıxmasının mümkün olacağını, bunun üçün isə 4500 manat dövlət rüsumu lazım olduğunu demişdir. Lakin tanışlığa görə 200 manat keçib, bu işi 4300 manata həll edə bilər. Aybənizin telefonda kiminlə danışdığını bilməmiş və Aybəniz özü də bu barədə onlara bir söz deməmişdir. Həmin vaxt orada o, əri Vaqif, Rəhman və Aybəniz olmuşdur. Hətta hələ Rəhman gəlməmişdən əvvəl Aybəniz onun xəstə gəlini X20 da təqaüdə çıxara biləcəyini demişdir. Bunun üçün ondan əvvəlcədən 1.000 manat pul verməsini istəmiş, qalan pulu nə edərsə, sonradan deyəcəyini söyləmişdir. Vaqiflə o, razılaşmışlar. Həmin günü Rəhman onlara gələndə o, Aybənizdən Şəfiqənin təqaüdə çıxıbçıxmayacağını soruşmuş, Aybəniz isə heç bir narahatçılıq olmayacağını, bu işin onun üçün sadə bir iş olduğunu demişdir. Aybəniz sözlərinə davam edərək bildirmişdir ki, pulu alandan sonra dövlət rüsumunu ödəyəcək, qəbzi gətirib ona verəcək və bir aydan sonra isə təqaüd kartı veriləcəkdir. Bunun üçün ondan gəlini Gülnarın və Şəfiqənin şəxsiyyət vəsiqələrini istəmiş, o, isə pulu vermələri üçün bir qədər möhlət istəmişdir. Həmin günü Rəhman yaşadığı Kaqoy kəndinə, Aybəniz isə çıxıb Bakı şəhərinə getmişdir. Bundan bir neçə gün sonra Rəhman ona zəng edib pulu hazır etdiyini ona demiş, o da Aybənizin Bakı şəhərində olduğunu deyib nömrəsini vermişdir ki, zəngləşib özləri danışsınlar. Rəhman Aybənizlə zəngləşib danışmış və Aybəniz bir-iki günə Lənkəran şəhərinə gələcəyini, orada pulları onun evində onlardan götürəcəyini demişdir. Təxminən 2018-ci ilin avqust ayının əvvəllərində Aybəniz onun yaşadığı Lənkəran rayonu, Hikran qəsəbəsinə gəlmişdir. O, Rəhmana zəng etmiş və 05 avqust 2018-ci il tarixində Rəhman da onun evinə gəlmişdir. Həmin vaxt Rəhman gətirdiyi 4.300 manat pulu və bacısı Şəfiqənin şəxsiyyət vəsiqəsini onun yanında Aybənizə vermişdir. O da gəlini Gülnarın təqaüdə çıxması üçün 1000 manat pulu Aybənizə vermişdir. Aybəniz isə onun gəlininin təqaüdə çıxması üçün konkret nə qədər pul lazım olmasını deməmiş, bildirmişdir ki, 1.000 manat pulu versin, qalan pulu lazım olanda deyəcəkdir. O da razılaşmışdır. Aybəniz pulu alandan sonra şəxsiyyət vəsiqəsinə baxmış, öz xətti ilə Rəhmanın bacısı Şəfiqədən 4.300 manat pul aldığını kağıza yazıb vermişdir. Aybəniz bildirmişdir ki, təqaüdü kimə düzəldirsə, pulu həmin şəxsdən almasını yazmalıdır. Aybəniz həmin kağızda onun gəlini üçün də 1.000 manat pul almasını yazmış və Şəfiqənin şəxsiyyət vəsiqəsini də götürmüşdür. Sonra onları tam əmin etmişdir ki, Şəfiqəni və onun gəlini Gülnarı təqaüdə çıxaracaqdır. Pulları Aybənizə verən zaman onun əri Vaqif də yanlarında olmuşdur. Sonra Aybəniz çıxıb getmiş, hər dəfə Lənkəran şəhərinə gəldikdə, ona da gəlib baş çəkib getmişdir. 2018-ci ilin avqust ayının ortalarında Aybəniz onlara gələn zaman təsadüfən Lerik rayonu Kaqoy kənd sakini Zərərçəkmiş şəxs16 da onun evinə gəlmiş və Aybənizlə tanış olmuşdur. Elxanın arvadı Dilruba xəstə olduğundan o, Elxandan arvadının hal-əhvalını soruşmuşdur. Elxan Dilrubanın xəstə olduğunu, müalicə etsələr də yaxşılaşmadığını demişdir. O da Elxana demişdir ki, Dilrubanı təqaüdə çıxarsın, bəlkə dərmanlarını özü ala bilər. Həmin vaxt Elxan özü Aybənizlə bu barədə danışıb söhbət etmişlər. Aybəniz bunun üçün Elxandan 4.700 manat pul istəmiş, Elxan da razılaşmışdır. Sonra Aybəniz kiməsə zəng edib danışmış, kimə zəng etdiyini və necə danışdığından onun xəbəri olmamışdır. Aybənizlə Elxan danışıb razıalşdıqdan sonra Elxan çıxıb getmiş, bir qədər sonra Aybəniz də getmişdir. Bundan bir-iki gün sonra Aybəniz yenidən onun yaşadığı evinə gəlmiş və onun əri Vaqifdən xahiş etmişdir ki, Elxana zəng edib pulu gətirib-gətirmədiyini soruşsun. Vaqif Elxana zəng etmiş, Elxan hələ pulu olmadığını demişdir. Sonra Aybəniz özü Elxana zəng etmişdir. Bundan sonra 12 sentyabr 2018-ci il tarixdə Aybəniz bir nəfər şəxslə onun yaşadığı evinə gəlmiş, həmin şəxsi əri Mirağa kimi onlara təqdim etmişdir. Həmin günü Elxan da onun evinə gəlmişdir. Aybənizlə Elxan özləri bir-birləri ilə danışmışlar. Elxan onların yanında Aybənizə 4.700 manat pul vermiş və Elxanı əmin etmişdir ki, Dilrubanın təqaüd məsələsini həll edəcəkdir. Hətta Aybəniz yazılı kağız yazıb Elxana vermişdir. Sonra da Aybəniz Elxana demişdir ki, xəbər edəndə arvadı Dilrubanı da götürüb Bakı şəhərinə gəlsinlər, sənədləşmə işləri aparacaqlar. Həmin günü Elxan çıxıb getmiş, lakin Aybəniz və əri gecəni onlarda qalıb, səhər çıxıb getmişlər. Həmin vaxtdan sonra Aybəniz bir neçə dəfə tək onun yaşadığı evinə gəlib-getmiş, o, gəlini Gülnarın təqaüd məsələsini soruşmuş, Aybəniz isə narahat olmamalarını, Gulnarın, Elxanın bacısı Şəfiqənin və Elxanın arvadı Dilrubanın işini düzəldəcəyini demişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Aybənizdən bir xəbər çıxmamış, hər dəfə bir yalan danışıb işi düzəltməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Aybəniz onları aldatmış, ondan 1.000 manat, Rəhmandan 4.300 manat və Elxandan isə 4.700 manat pul alaraq ələ keçirməklə onları aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Kaqoy qəsəbəsində yaşamışdır. Heç bir yerdə işləməmişdir. Şəxsi təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Onunla birlikdə yaşayan bacısı Şəfiqə Paşayeva bir neçə ildir ki, el arasında “qrica” adlanan onurğa xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də o, bacısını bir neçə dəfə Bakı şəhərinə və İran İslam Respublikasına müalicə və müayinəyə aparmışdır. 2018-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonu, Hikran qəsəbəsində yaşayan anası Qıztamamm əmisi qızı Zərərçəkmiş şəxs14 yaşadığı evlərinə getmişdir. O, orta məktəbi Lənkəran rayonu, Hikran qəsəbəsində oxuduğu üçün Kinənazın evində yaşamışdır. Odur ki, Kinənazın evinə getdiyi zaman evdə bir nəfər qadın görmüşdür. Kinənaz ondan bacısı Şəfiqənin halını soruşmuş, o, isə demişdir ki, həkimlərin deməsinə görə bacısı əməliyyat olunarsa, iflic ola bilər. Buna görə də o, bacısının əməliyyat olunmasını istəməmişdir. Bu vaxt Kinənazın evində olan qadın Kinənazdan onun bacısına nə olmasını soruşmuşdur. Kinənaz də Şəfiqənin xəstə olduğunu demişdir. Bu zaman həmin qadın onun bacısı Şəfiqəyə təqaüd düşdüyünü və təqaüdü özü düzəldə biləcəyini demişdir. Kinənazdan həmin qadının kim olmasını soruşmuş və sonuncu ona həmin qadının adının Aybəniz olmasını, Bakı şəhərində yaşadığını və rəfiqəsi olduğunu demişdir. O, Aybənizə heç bir söz deməmişdir ki, Aybəniz kiməsə zəng edib bu barədə soruşmuş, sonra ona demişdir ki, onun bacısını təqaüdə çıxarmaq mümkündür. Lakin, Aybənizin kimlə danışdığını bilməmişdir. Aybəniz bunun üçün isə 4.500 manat dövlət rüsumu ödənilməli, lakin tanışlığa görə ona 200 manat keçəcəyini deyib ondan 4.300 manat pul istəmişdir. Həmin vaxt evdə o, Kinənaz, Kinənazın əri Vaqif və Aybəniz olmuşlar. Kinənaz və əri Vaqif bir daha Aybənizdən onun bacısının təqaüd məsələsəni həll edə biləcəyini soruşduqda, Aybəniz əlinin hər yerə çatdığını və belə işləri həll etdiyini demişdir. Bu xəbəri eşidəndə o, sevinmiş və düşünmüşdür ki, bacısı təqaüd almaqla heç olmasa onlara da kömək edə bilər. Aybəniz ona gedib pulu gətirməsini demiş və pulu verəndən sonra aparıb dövlət rüsumu ödəyəcəyini demişdir, ödədiyi dövlət rüsumunun çekini gətirib ona verəcəyini və bir aydan sonra təqaüd kartı veriləcəyini demişdir. Aybəniz Şəfiqənin şəxsiyyət vəsiqəsini istəmiş və bildirmişdir ki, bir dəfə Şəfiqəni Bakı şəhərinə komissiyaya aparmalıdır. O, Aybənizlə razılaşmış və Aybənizə demişdir ki, özündə o qədər pul yoxdur, möhlət istəmişdir ki, gedib həmin pulu düzəldib versin. Həmin günü o, Kaqoy qəsəbəsindəki evlərinə gəlmiş və bu barədə valideynlərinə və bacısı Şəfiqəyə də demişdir. Onlar razılaşdıqdan sonra o, kənddə qohumlardan borc almış və təsərrüfastçılığında olan mal satıb 4.300 manat pulu düzəltmişdir. Pulları hazır edəndən sonra Kinənaza zəng etmiş, Kinənaz da Aybənizin Bakı şəhərinə getdiyini demiş, sonuncunun mobil telefon nömrəsini ona verib zəng edib danışmalarını bildirmişdir. Bundan sonra o, Aybənizə zəng etmiş və sonuncu ona demişdir ki, bir-iki günə, Kinənazın yaşadığı Lənkəran şəhərindəki evlərinə gələcək, orada onunla göEüşüb pulları ondan götürəcəkdir. 04 avqust 2018-ci il tarixdə Kinənaz ona zəng edərək Aybənizin onların evində olduğunu demişdir. Səhəri gün, yeni 05 avqust 2018-ci il tarixdə saat 09 radələrində yaşadığı Kaqoy qəsəbəsindəki evlərindən çıxaraq Lənkərana gəlmiş, saat 14 radələrində Kinənazın evində olmuşdur. Həmin vaxt evdə Kinənaz, Aybəniz və Kinənazın əri Vaqif də olmuşdur. Bir qədər evdə söhbət edəndən sonra o, 4.300 manat pulu və bacısı Şəfiqəyə məxsus şəxsiyyət vəsiqəsini Kinənaz və Vaqifin yanında Aybənizə vermişdir. Aybəniz isə pulu alandan sonra ona öz xətti ilə qəbz yazıb vermişdir. Lakin kağızda 4.300 manat pulu Şəfiqədən aldığını yazmışdır. Aybəniz bunu belə İzah etmişdir ki, təqaüdü kimə düzəldirsə, qəbzi da həmin şəxsin adına yazır. Aybəniz həmin qəbzdə həmçinin Kinənazın gəlinini üçün Kinənazdan 1.000 manat aldığını da yazmışdır. Aybəniz Şəfiqənin şəxsiyyət vəsiqəsini də götürüb onu tam əmin etmişdir ki, Şəfiqənin təqaüdünü həll edəcəkdir. Hətta Kinənaz və Vaqif Aybənizdən bu işi həl edə bilib-bilməyəcəyini soruşanda, Aybəniz onları da arxayın etmişdir kl, narahat olmasınlar, belə işləri görmüşdür. Aybəniz pulu alandan sonra o, bir qədər evdə oturmuş və çıxıb öz yaşadığı evinə gəlmişdir. Bu hadisədən bir ay sonra Aybənizlə əlaqə saxlamış, Aybəniz ona narahat olmamasını və işin düzələcəyini demişdir. Lakin həmin ərəfədə Aybənizlə bir neçə dəfə telefonla danışmış və hiss etmişdir ki, Aybəniz onu aldadır. Hətta onun zənglərinə də cavab verməmişdir. 2018-ci ilin noyabr-dekabr ayında Aybəniz ona zəng edib demişdir ki, Lənkəran rayonundadır, Lerik rayonuna getməli olduqlarını demişdir. Ondan xahiş etmişdir ki, gəlib onu da götürüb Lerik rayonuna aparsın. O, Aybənizi Lənkəran şəhəri, mərkəzi bazarın yanından götürüb Lerik rayonuna aparmış, Aybəniz demişdir ki, həkimlə danışıb bacısı Şəfiqə üçün kağız almalıdır. Orada Aybəniz xəstəxanaya daxil olmuş, təxminən yarım saat sonra çıxıb onun yanına gəlib demişdir ki, həkimlə danışmış, sənədləri oradan götürüb Bakı şəhərinə aparacaqdır. Həmin vaxt Aybənizin əlində çanta olmuş, lakin çantanın içərisində nə olmasından onun xəbəri olmamışdır. X60 rayonu, mərkəzi bazarın yanına gətirib orada düşürmüşdür. Aybəniz 2019-cu ilin fevral ayının sonlarınadək işin hazır olacağını demişdir. Lakin, həmin vaxtdan sonra o, bir daha Aybənizi görməmiş və onun zənglərinə də cavab verməmişdir. Aybənizin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etsə də, zənglərinə cavab verməmişdir. 2019-cu ilin mart ayının sonlarında Aybəniz onun bacısı Şəfiqənin şəxsiyyət vəsiqəsini bir taksi sürücüsü ilə ona göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Aybəniz bu adla onun həmkəndlisi Elxan adlı şəxsi də aldadıb 5.000 manat pulunu alaraq ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Lerik rayonu Kaqoy qəsəbəsində yaşamışdır. Heç bir yerdə işləməmişdir. Şəxsi təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Uzun müddətdir ki, onun arvadı Şahid5 bir neçə xəstəlikdən əziyyət çəkmişdir. Buna görə də o, Şahid5 Bakı şəhərində müalicə və müayinəyə aparmışdır. Zərərçəkmiş şəxs14 onun atasının əmisi qızıdır və onun Kinənazla münasibəti normal olduğundan sonuncunun yaşadığı Lənkəran rayonu, Hikran qəsəbəsindəki evinə gedib gəlmişdir. 2018-ci ilin avqust ayının ortalarında Kinənazın yaşadığı evinə gedəndə, evdə bir nəfər kişi ilə bir qadını görmüşdür. Kinənazdan həmin şəxslərin kim olmasını soruşanda, sonuncu arvadın adının Aybəniz olduğunu, Bakı şəhərində yaşadığını və rəfiqəsi olduğunu, kişinin isə Aybənizin əri olmasını demişdir. Aybənizin ərinin adını Kinənaz ona desə də, hazırda yadında qalmamışdır. Söhbət zamanı Kinənaz onun arvadı arvadı Şahid5 xəstə olduğunu bildiyi üçün Dilrubanın halını soruşmuşdur. O, isə Şahid5 bir çox həkimlərə apardığını, lakin yaxşılaşmadığını söyləmişdir. Bu zaman Kinənaz ona demişdir ki, Şahid5 təqaüdə çıxartsın, bəlkə aldığı təqaüdlə özünə dərman ala bilər. Kinənaz sözünə davam edərək Aybənizin bu işlə məşğul olmasını, hətta Kinənazın da təqaüdə çıxmasında köməklik etdiyini demişdir. Kinənazın bu fikri onun ağlına batmışdır. Aybəniz ondan arvadı Şahid5 xəstəliyinin nə olmasını soruşanda, o, arvadının gözlərinin görmədiyini, bel nahiyəsindən əziyyət çəkdiyini və qadın xəstəliyi də olduğunu demişdir. Aybəniz onu dinlədikdən sonra bildirmişdir ki, əgər Şahid5 bu xəstəlikləri vardırsa, sonuncuya təqaüd düşür. Aybəniz dövlət işində işlədiyini və Şahid5 təqaüdə çıxmasında bütün rüsumları hesablayıb ona deyəcəyini bildirmişdir. Bu danışıq Kinənazın, sonuncunun əri Vaqifin, Aybənizin və sonuncunun yanında olan adını bilmədiyi şəxsin yanında olmuşdur. Aybəniz kiməsə zəng edib təqaüd məsələsi barədə danışmışdır. Sonra Aybəniz ona demişdir ki, arvadı Dilrubanın sənədlərini toplayıb Dilruba ilə Bakı şəhərinə gəlib sənədləri təqaüd foncuna verəcəkdir. Sonra Aybəniz bir kağız götürüb özü üçün nə isə hesablamış və Dilrubanın təqaüdə çıxması üçün 4.700 manat pul lazım olduğunu demişdir. O, isə pulu olmadığını, olan pulunu Dilrubanın xəstəliyinə verdiyini demişdir. Əgər pul tapa bilsə xəbər edəcəyini demişdir. Aybəniz bir neçə şəxs üçün təqaüd hazır etdiyini demişdir. Həmin günü o, çıxıb yaşadığı evinə gəlmiş, Aybəniz isə Kinənazın evində qalmışdır. Bundan 2-3 gün sonra Kinənazın əri Vaqif ona zəng edib pulu düzəldib-düzəltmədiyini soruşmuşdur. O, isə hələ pul tapa bilmədiyini demişdir. Həmin gündən sonra Kinənaz və əri Vaqif bir neçə dəfə ona zəng edərək pul barədə soruşmuşlar. O, 2 baş inəyini satmış və başqa yerdən borc pul alaraq 4.700 manat pulu düzəltdikdən sonra 2018-ci ilin sentyabr ayının əvvəllərində Aybənizə zəng etmişdir. Aybəniz pulu özündə saxlamasını, 2-3 günə onunla əlaqə saxlayıb Kinənazın yaşadığı Lənkəran şəhərinə gələcəyini, orada ondan pulu götürəcəyini demişdir. 11 sentyabr 2018-ci il tarixdə Aybəniz ona zəng edib demişdir ki, səhər Kinənazın yaşadığı Lənkəran rayonuna gələcəkdir, ondan da ora gəlməsini istəmişdir. 12 sentyabr 2018-ci il tarixdə saat 12 radələrində Kinənazın yaşadığı evinə gəlmiş, evdə Kinənaz, əri Vaqif, Aybəniz və sonuncunun adını bilmədiyi əri olmuşdur. Aybəniz ondan pulu gətirib-gətirmədiyini soruşmuşdur. O, adlarını qeyd etdiyi şəxslərin yanında cibindən 4.700 manat pulu çıxardıb Aybənizə verərkən, Aybəniz demişdir ki, yazılı qəbz yazıb verəcəkdir. Sonra Aybəniz kağız çıxardıb yazmışdır ki, 4.700 manat pulu Kinənazın evində ondan almışdır. Sonra Aybəniz ona demişdir ki, özü ona xəbər edəcək və bu zaman o, arvadı Şahid5 da götürüb Bakı şəhərinə gələcəkdir. Bu hadisədən təxminən 3-4 gün sonra Aybəniz ona zəng edib demişdir ki, arvadı Dilrubanı da götürüb Bakı şəhərinə gəlsinlər. Səhəri günü o, idarə etdiyi avtomobillə Dilrubanı da götürüb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatıb Aybənizə zəng etmiş, sonuncu onu Binə qəsəbəsində kafelərin birində gözlədiyini demişdir. O da Binə qəsəbəsinə gedib orada kafelərin birinin qarşısında Aybənizlə görüşmüşdür. Həmin vaxt Aybənizin yanında bir nəfər tanımadığı qadın da olmuşdur. Aybəniz həmin qadını ona rəfiqəsi kimi təqdim etmişdir. Lakin həmin qadının bu söhbətlərdən xəbərinin olub-olmamasını o, bilməmişdir. Sonra Aybənizin istəyi ilə Suraxanı rayonundakı “ASAN” xidmətə getmişlər. Aybəniz orada maşından düşüb binanın qarşısında bir nəfər kişi ilə görüşmüş, sonra o, arvadı Dilruba, Aybəniz və Aybənizin görüşdüyü tanımadığı kişi ilə birlikdə “ASAN” binasına daxil olmuşlar. Aybənizin rəfiqəsi isə çöldə qalmışdır. Orada Aybəniz ona demişdir ki, Dilrubanın şəxsiyyət vəsiqəsi dəyişməlidir. Onlar Dilrubanın şəxsiyyət vəsiqəsini dəyişmişlər və 10 gündən sonra gəlib şəxsiyyət vəsiqəsini götürmələrini onlara demişlər. Bundan sonra “ASAN” xidmətdən çıxmışlar, binanın qarşısında Aybəniz bu iş üçün 300 manat pul istəmişdir. O, 300 manat pulu elə orada Aybənizə vermiş, Aybəniz isə bildirmişdir ki, şəxsiyyət vəsiqəsini götürəndən sonra Dilrubanın xəstəlik kağızlarını da yığıb birlikdə Lerik rayonuna aparıb orada təqaüd fonduna təqdim edər. Sonra onlar ayrılmışlar, o, arvadı Dilruba ilə birlikdə rayona gəlmişlər. 10 gün sonra o, arvadı Dilruba ilə Bakı şəhərinə gəlib şəxsiyyət vəsiqəsini almışlar və zəng edib bu barədə Aybənizə demişdir. Aybəniz ona demişdir ki, Dilrubanın şəxsiyyət vəsiqəsini və 60 manat pulu bir yerə qoysun, özü hazırda başqa yerdədir, gəlib sonra götürəcəyini və bəzi sənədləri də alıb rayona göndərəcəyini demişdir. Lakin o, 60 manat pulu olmadığını, 50 manat pul verə biləcəyini demiş, Aybəniz də onunla razılaşmışdır. Belə olduqda o, Dilrubanın şəxsiyyət vəsiqəsi ilə 50 manat pulu Binə qəsəbəsində yaşayan qardaşı Azadın evində saxlamış və Aybənizə də demişdir ki, gedib qardaşının evindən götürər. Həmin günü axşam Aybəniz gedib onun qardaşından pulu və şəxsiyyət vəsiqəsini götürmüşdür. Bundan bir neçə gün sonra Aybənizlə əlaqə saxlamış, sonuncu «bu gün-sabah» deyib vaxtı uzatmışdır. Lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq Aybəniz onun arvadının təqaüdə çıxma məsələsini həll etməmiş, hər dəfə zəng edəndə ona müxtəlif yalan vədlər vermişdir. Hətta Kinənazın evinə gedib Aybənizə zəng etsələr də, bəzi hallarda Aybəniz onların zənglərinə cavab verməmişdir. Cavab verdikdə isə demişdir ki, pulları göndərəcəkdir. Lakin sonradan Aybənizdən heç bir xəbər çıxmamış və o, artıq aldanıldığını başa düşmüşdür. Hətta sonradan ona məlum olmuşdur ki, Aybəniz onun həmkəndlisi Rəhman adlı şəxsin bacısını da təqaüdə çıxardacağı adı ilə aldadaraq pulunu alıb dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 və Şahid6 Zərərçəkmiş şəxs16 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Biləsər kəndində yaşamış, heç bir yerdə işləməmişdir. Aldığı təqaüdü ilə dolanmış, bundan başqa təsərrüfatla da məşğul olmuşlar. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 2018ci ilin iyun ayında Lənkəran rayonu, Biləsər kəndində mərhum xalası oğlu Rəfailin yas mərasimində görüb tanış olmuşdur. Belə ki, Rəfail Bakı şəhəri, Binə qəsəbəsində Aybənizlə bir qonşuluqda yaşamışlar. Rəfail isə 2018-ci ilin may ayında vəfat etmişdir. Təxminən 2018-ci ilin iyun ayının sonlarında Aybəniz onun mərhum xalası oğlu Rəfailin qəbrini ziyarət etmək üçün onun yaşadığı Lənkəran rayonu, Biləsər kəndində gəlmişdir. Aybəniz əvvəlcə Lənkəran rayonu, Hirkan qəsəbəsində Rəfailin bacısı Sevil Muradovanın evinə getmiş, sonra isə Sevillə birlikdə qəbri ziyarət edib oradan da onun yaşadığı evinə gəlmişlər. Həmin vaxt onun psixi xəstəlikdən əziyyət çəkən və qeydiyyatda olan oğlu Şaddıq Əliyev də evdə olmuşdur. Söhbət zamanı Aybəniz Bakı şəhərində təqaüd işinə baxdığını, bir çox adamları təqaüdə çıxardığını və onlara köməklik etdiyini demişdir. O, əri Şahid7 64 yaşı olduğunu və ərinin təqaüdə çıxmasını istədiyini, lakin hələ iki ili qaldığını demişdir. Aybəniz onu dinlədikdən sonra bildirmişdir ki, bu iş onun üçün sadə bir işdir, onun ərini təqaüdə çıxaracaqdır. Bu xəbəri eşidəndə o, sevinmişdir. Aybəniz sözünə davarh edərək əri Salehə məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və əmək kitabçasını istəmişdir. Həmin vaxt onun əri Saleh evdə olmamış və Aybənizlə o, bir-birlərinin əlaqə nömrələrini götürmüşlər. Bundan sonra Aybəniz Lənkəran rayonu, Hirkan qəsəbəsinə geri qayıtmış, oradan da Bakı şəhərinə getmişdir. Onun əri Saleh Bakı şəhərində fəhləlik etmiş, Salehlə zəng edib telefonda bu barədə danışmışdır. Ara-bir Aybənizlə də zəngləşib danışmışdır. 2018-ci ilin avqust ayının ortalarında Aybəniz ona zəng edib Salehin sənədlərini götürüb Bakı şəhərinə gəlməsini demiş, o da sənədləri götürüb Bakı şəhərində Binə qəsəbəsində küçədə Aybənizlə görüşmüşdür. Aybəniz orada ondan Salehin təqaüdə çıxması üçün 1.000 manat pul istəmiş, o, pul götürmədiyini, lakin düzəldə biləcəyini demişdir. Orada Salehin sənədlərini Aybənizə vermiş və oradan Bilgəh qəsəbəsində evlərin birində işləyən Salehin yanına gəlmişdir. Saleh də ona demişdir ki, əgər Aybəniz işi düzəldə bilərsə, düzəltsin. Ö, isə bildirmişdir ki, pulu düzəldib versə, Aybəniz 2018-ci ilin sentyabr ayınadək Salehin təqaüdə çıxmasını həll edəcəkdir, iki-üç gün Salehin yanında qalmış və 1.000 manat pyju düzəldib Aybənizə zəng etmişdir. Bundan əlavə-Aybəniz özü ona tez-tez zəng etmişdir. 2018- ci itin avqust ayinin sonlarında o, Aybənizlə Binə qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin qarşısında görüşüb 1.000 manat pulu ikilikdə Aybənizə vermişdir. Aybəniz bir daha pulu alıb bildirmişdir ki, Salehin təqaüd məsələsi 2018-ci ilin sentyabr ayınadək həll olunacaqdır. Təxminən bir aydan sonra o, Aybənizə zəng edib işin nə yerdə qaldığını soruşanda, Aybəniz demişdir ki, gərək Salah Bakı şəhərinə qeydiyyata düşsün. Odur ki, Aybəniz Salehi Bakı şəhərində Sabunçu rayonuna qeydiyyata salaraq şəxsiyyət vəsiqəsi almışdır. Sonra bu işlərin bir qədər gecikdiyini, lakin düzələcəyini demişdir. Həmin ərəfədə o, Aybənizə oğlu Şaddıq haqqında da demiş və Aybəniz Şaddığın xəstə olmasını görmüşdür. Hətta Aybəniz onun oğlu Şaddığın 1 saylı Respublika Psixiatrik xəstəxanada qeydiyyatda olmalını da bilmişdir. Aybənizə Şaddığın İİİ qrup əlil Olmasını, lakin İİ qrup əlillik düzəltməsini istdaiyini demişdir. X74 İİ qrup yox, İ qrup əlillik dərəcəsi düşdüyünü demişdir. 2018-ci ilin sentyabr ayının ortalarında o, oğlu Şaddıqa məxsus bütün sənədləridə götürüb Bakı şəhərinə gəlmiş və Binə qəsəbəsində Aybənizlə görüşmüş və sənədləri Aybənizə vermişdir. Həmin vaxt Aybəniz onun oğlunun təqaüd məsələsini həll etməsi üçün ondan 2.000 manat pul istəmişdir. O, isə həmin məbləği hissə-hissə verə biləcəyini demişdir. Aybəniz razılaşmış və həmin günü o, orada Aybənizə 500 manat pul vermişdir. Oğlu Şaddıq isə Bakı şəhəri Pxisiatriya Xəstəxanasında olmuşdur. Sonra o, çıxıb Lənkərana gəlmiş və Aybənizlə əlaqə saxlamışdır. Bundan sonra 2018-ci ilin sentyabr ayından noyabr ayının 5-nə kimi o, 3 dəfə Bakı şəhərinə gəlmiş, hər dəfə Aybənizlə Binə qəsəbəsində görüşüb 500 manat pul vermişdir. Sonuncu 500 manat pulu da 05 noyabr 2018-ci il tarixdə vermişdir. Bununla da o, oğlu Şaddığın təqaüd işini həll etməsi üçün Aybənizə ikilikdə 2.000 manat pul vermişdir. Sonuncu 500 manat pulu verəndə Aybəniz demişdir ki, oğlu Şaddıqla əri Salehin təqaüd məsələsini həmin ilin noyabr ayının sonlarınadək düzəldəcəkdir. O da inanmışdır. Bundan bir neçə gün sonra Aybəniz yenidən rayona gəlmiş və onların evinə gəlmişdir. Aybəniz onlarla dost olduğunu demiş, o da Aybənizi qarşılamış və qonağı olduğunu demişdir. 2018-ci ilin noyabr ayında Aybəniz onlara gələndə, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs18 onlarda olmuş və onun yanında Aybənizlə Zərərçəkmiş şəxs18 danışıb söhbət etmişlər. Zərərçəkmiş şəxs18 xəstə olduğu üçün təqaüdə çıxmaq istədiyini demiş, Aybəniz də onun yanında bu iş üçün Zərərçəkmiş şəxs18 3.000 manat pul istəmişdir. Həmin günü Aybəniz onun yanında Zərərçəkmiş şəxs18 300 manat pul almışdır ki, gedib işə başlasın, qalan 2.700 manat pulu da sonra alacağı barədə razılaşmışlar. Sonradan eşitmişdir ki, Aybəniz Zərərçəkmiş şəxs18 qalan 2.700 manat pulu da almışdır. Həmin günü Aybəniz Bakı şəhərinə getmiş və bir daha onlara gəlməmişdir. Hər dəfə Aybənzilə telefonla danışanda, ona narahat olmamasını və işin düzələcəyini demişdir. Lakin sonradan Aybəniz heç onun zənglərinə də cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Aybəniz ona qarşı dələduzluq edərək onu aldatmışdır. 2019-cu ilin aprel ayında Aybənizdən əri Salehə aid sənədləri almış, lakin pulu ala bilməmişlər. Aybəniz sənədləri Binə qəsəbəsindəki bir mağazaya qoymuşdur. Onlar da sənədləri gedib götürmüşlər. Beləliklə Aybəniz adlı qadın ona qarşı dələduzluq edərək əri Salehin təqaüdə çıxması üçün ondan 1.000 manat, oğlu Şaddığa İ qrup əlillik dərəcəsi düzəltməsi üçün isə 2.000 manat pullarını aldadaraq ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nəbizadə Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Biləsər kəndində yaşamışdır. Heç bir yerdə işləməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 2018-ci ildə qonşusu Zərərçəkmiş şəxs17 vasitəsilə tanımışdır. 2018ci ilin noyabr ayının 4-də o, Akifənin evinə getmiş və Aybənizi orada görmüşdür. Akifə Aybənizlə tanış olduğunu, Aybənizin onun evinə gedib-gəldiyini və münasibətlərinin yarandığını demişdir. Söhbət əsnasında Aybəniz demişdir ki, Bakı şəhərində bir çox adamları təqaüdə çıxarmış və onlara köməklik etmişdir. O da Aybənizə demişdir ki, bəzən onu da epilepsiya xəstəliyi tutmuş və təqaüdə çıxmaq istəmişdir. Buna görə də Aybənizdən xahiş etmişdir ki, imkan varsa onu da təqaüdə çıxarsın. Aybəniz kömək edəcəyini, lakin 3.000 manat pul lazım olduğunu demişdir. Bu danışıqlar Akifənin evində olduğundan, Akifə də eşitmişdir. Hətta Aybəniz sözünə davam edərək Akifənin oğlunu və ərini də təqaüdə çıxmalarına kömək edəcəyini demişdir. Bunun üçün ilk olaraq ondan şəxsiyyət vəsiqəsinin sürətini istəmiş və bildirmişdir ki, əgər pulu versə, işinə tez başlayacaqdır. O, isə hazırda pulu olmadığını, pul tapan kimi xəbər edəcəyini demişdir. Lakin, Aybəniz işə başlaması üçün heç olmasa müəyyən qədər pul verməsini demiş, o, 300 manat pul verə biləcəyini dedikdə, Aybəniz razılaşmışdır. Buna görə o, evinə gedib 300 manat pul və şəxsiyyət vəsiqəsinin sürətini gətirib qonşusu Akifənin evində Aybənizə vermişdir. Sonra da razılaşmışlar ki, qalan 2.700 manat pulu da verəcəkdir. Aybənizdən mobil telefon nömrəsini götürmüş və öz nömrəsini də sonuncuya vermişdir. Bir qədər evdə qaldıqdan sonra o, çıxıb getmişdir. Aybəniz isə hələ Akifənin evində qalmışdır. Bu hadisədən bir neçə gün sonra o, 2.000 manat pul tapıb Aybənizə zəng edib demiş, sonuncu isə pulu da götürüb Bakı şəhərinə gəlməsini demişdir. O, 2.000 manat pulu götürüb Bakı şəhərinə gəlmiş və metronun “Koroğlu” stansiyasının yanında ikilikdə Aybənizlə görüşüb vermişdir. Aybəniz də elə həmin gündən onu təqaüdə çıxarması işinə başlayacağını demişdir. Danışıb razılaşmışlar ki, qalan 700 manat pulu qısa müddət ərzində verəcəkdir. Sonra onlar ayrılmışlar. Bundan bir neçə gün sonra o, qalan 700 manat pulu Lənkəran şəhərindən poçt vasitəsilə Aybənizə göndərmiş, sonuncu onunla əlaqə saxlayaraq pulları götürdüyünü, ona narahat olmamasını və təqaüdə çıxacağını demişdir. O da inanmışdır. Həmin vaxtdan sonra mütəmadi olaraq Aybənizlə zəngləşib əlaqə saxlamış, sonuncu işlərin getdiyini və sənədləri hazırlayıb onun təqaüdə çıxacağını demişdir. Lakin üstündən 2-3 ay keçməsinə baxmayaraq Aybənizdən xəbər çıxmadığını görüb zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Belə olduqda o, Aybənizin onu aldatdığm başa düşmüşdür. Hətta ona sonradan məlum olmuşdur ki, Aybəniz bir neçə şəxsi də təqaüdə çıxaracağı adı ilə yalan vəd verib pullarını ələ keçirərək mənimsəmişdir. Buna görə də o, məcbur qalıb Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin statusda əlavə dindirilmiş Zərərçəkmiş şəxs18 Nəbizadə Təqsirləndirilən şəxs 300 manat pul verdikdən bir neçə gün sonra «Koroğlu» metrostansiyasının yanında sonuncu ilə ilə görüşdüyünü, 2.000 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin avqust ayının əvvəllərində qayını X37 ilə söhbət edərkən o, oğlu Şahid8 işsiz olduğunu demiş və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Rəfail isə bir nəfər Aybəniz adlı qadının geniş əlaqələrinin olduğunu, çox adamlara kömək etdiyini və ona da bu məsələdə kömək edə biləcəyini bildirmişdir. Həmin vaxt Rəfail ona Aybənizə məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrindən ibarət əlaqə nömrələrini onun arvadı, yəni Rəfailin öz bacısı Süsənə vermişdir. Süsən də Aybənizlə telefon əlaqəsi saxlayıb oğlu Səbuhinin işə düzəlmək istəmələri barədə danışmışlar. Aybəniz maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, özü də Aybənizlə əlaqə saxlamış, danışıb sabahı gün saat 11:00-da oğlu Səbuhini və sənədləri də götürüb Şamaxinka adlanan yerdə görüşmək barədə razılaşmışlar. Aybəniz ondan oğlu Səbuhinin ali təhsili olub-olmamasını soruşduqda, o, oğlunun Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin nəşriyyat işi və redaktə etmə ixtisasını bitirdiyini bildirmişdir. Bundan sonra Aybəniz ona gələn zaman oğlunun ali məktəbi bitirmək barədə diplomunu və digər sənədləri də gətirməsini tapşırmışdır. Səhəri gün, yəni 2018-ci ilin avqust ayının 13 və ya 14-də saat 11:00-da o, oğlu Səbuhi ilə Aybənizin dediyi Şamaxinka adlanan yerə, Bakı-Quba yolunun üzərindəki «Lukoil» yanacaq doldurma məntəqəsinin yanına gəlib təxminən yarımsaat Aybənizi gözləmişlər, lakin sonuncu gəlməmişdir. Aybənizə zəng edib onu gözlədiklərini demiş, Aybəniz isə «20 yanvar» metrosunun yanındakı keçmiş «Velotrek», hazırkı «Park 20 Shoping» Ticarət Mərkəzinin yanına gəlmələrini demişdir. Bundan sonra o, oğlu Səbuhi ilə Aybənizin dediyi yerə gəlmişlər. Orada Aybənizlə görüşmüşlər, Aybəniz Səbuhinin sənədlərini istədikdə, o, Aybənizi tanımadığı üçün əvvəlcədən çıxartdıqları sənədlərinin sürətini vermişdir. Aybəniz sənədlərin sürətinə baxdıqdan Sonra sənədlərin qaydasında olduğunu, bu sənədlərlə Səbuhini müxtəlif yerlərə işə düzəldə biləcəyini, lakin hər yerin müxtəlif qiyməti olduğunu söyləmişdir. Sonra da onun oğlu Səbuhini «Vergİlər Nazirliyinə», Bakı Hava Limanına, «Socar» neft şirkətinə, "xxxx" ASC-yə və digər yerlərə düzəldə biləcəyini bildirmişdir. O, Aybənizndən Bakı Haya Limanına hansı işə və hansı məbləğdə pul verməli olduğunu soruşmuş, Aybəniz də 15.000 manata Səbuhini Bakı Hava Limanına kompyuter işinə düzəldə biləcəyini bildirmişdir. Sonra Aybəniz kiməsə zəng vurub həmin yerin tutulduğunu demişdir. Belə olduqda Aybəniz bildirmişdir ki, Xəzər rayon Məhkəməsində adamları var, orada işləyən bir qız ərə getdiyi üçün işdən çıxır, Səbuhini həmin qızın yerinə işə düzəldə bilər. Lakin həmin yerin uzaq olmasını deyərək, başqa yerlərlə maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bundan bir-iki gün sonra Aybəniz ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək Səbuhi üçün ən münasib yerin məhz Xəzər rayon Məhkəməsi olduğunu demiş, həmçinin sözlərinə davam edərək bildirmişdir ki, 6000 manat pulun əvəzində Səbuhini 5 illik əmək müqaviləsi ilə mülki işçi kimi işə düzəldəcək, aylıq maaş da 600 manat olacaqdır. Səbuhi Bakı Dövlət Uuniversitetini 2014-cü ildə bitirməsinə baxmayaraq indiyək işsiz qaldığından, Aybənizlə razılaşmışdır. Lakin, Aybəniz bildirmişdir ki, həmin yer tutulmadan təcili 6.000 manat pulu çatdırmalıdır, Səbuhi işə düzələn kimi ilk maaşından 200 manat pul halallıq kimi Aybənizə verilməlidir. O, sabaha kimi pulu hazır edəcəyini deyib harada görüşmələrini soruşanda, Aybəniz bildirmişdir ki, sabahı gün saat 14-15 radələrində özü Sumqayıt şəhərinə gəlib pulu ondan götürəcəkdir. Bundan sonra 16 avqust 2018-ci il tarixdə Aybəniz ona zəng edərək Sumqayıt şəhərində avtovağzalın yanında onu gözlədiyini bildirmişdir. O, idarə etdiyi «VAZ 21063» markalı, «**-DL-***» dövlət nömrə nişanlı avtomobillə Aybənizin yanına gəlmiş və Aybənizi avtovağzaldan götürüb yaşadığı evinə gətirmişdir. Həmin vaxt onlar ünvan 31 ünvanda gecə qonduda yaşamışlar, lakin ərizə verən zaman bacısı X3 məxsus ünvan 32 ünvanda yaşadıqları üçün o, şikayət ərizəsini bilmədən Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis Bölməsinə yazmışdır. 16 avqust 2018-ci il tarixdə saat 15:00-da o, həmin dövrdə yaşadığı ünvan 31 ünvanda arvadı Şahid9 iştirakı ilə Aybənizə oğlu Şahid8 Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə mülki işçi kimi işə düzəlməsi üçün 6.000 manat pul vermişdir. Həmin vaxt Aybəniz onların sadəliklərindən istifadə edərək bildirmişdir ki, istəsələr pulun verilməsində qonşulardan da kimisə çağıra bilərlər, ya da notariat qaydada bunu həyata keçirə bilərlər. Lakin o, bunlara ehtiyac olmadığını bildirmişdir. Buna baxmayaraq Aybəniz 6.000 manat pulu alması barədə onlara yazılı kağız da yazıb vermişdir. Pulu verdikdən sonra onlar evdə birlikdə çay içmişlər və Aybəniz Səbuhinin işinin 01 sentyabr 2018-ci il tarixdə düzələcəyinə, Səbuhinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə gəlib ərizə yazıb işə çıxacağına söz vermişdir. Bundan sonra o, Aybəniz idarə etdiyi avtomobillə Sumqayıt avtovağzalına aparıb orradan yaşadığı Bakı şəhərinə yola salmışdır. Lakin, ona deyilən 01 sentyabr 2018-ci il tarix gəlib başa çatdıqda, o, Aybənizə zəng vurub oğlunun işi barədə maraqlanmış, Aybəniz isə bir həftəyə işin düzələcəyini bildirmişdir. Lakin, bir həftədən sonra da o, Aybənizə zəng vurduqda, sonuncu bildirmişdir ki, Xəzər rayon Məhkəməsində işləyən qız işdən çıxmamış, hələlik Səbuhini Bakı Ağır Cinayətlər Məhkəməsinə mülki işçi kimi işə düzəldə bilər, bir ildən sonra da Xəzər rayon Məhkəməsinə keçirməyi ona təklif etmişdir. Lakin o, artıq Aybənizin bu danışığından onu aldatmasını başa düşüb verdiyi pulları qaytarmasını tələb etmişdir. Aybəniz isə ondan aldığı pulları Səbuhinin işi düzəlməsi üçün başqa adama verdiyini, sabah onu həmin adamla görüşdürəcəyini və yaxın günlərdə həmin adamdan pulu alıb ona verəcəyini bildirmişdir. Sabahısı gün Aybəniz öz nömrəsi ilə onu yığaraq telefonu bir nəfər qadına vermiş, hətain qadın özünü Lalə kimi təqdim edərək ondan fikrinin, yəni pulu geri istəməsi fikrinin qəti olub\olmamasını soruşmuşdur. O, həmin xanıma fikrinin qəti olduğunu demiş və pulunu geri qaytarmasını tələb etmişdir. Həmin qadın da 10 gün vaxt istəyərək, 10 gündən sonra pulları Aybənizə verəcəyini və sonuncunun da gətirib onun pullarını qaytaracağına söz vermişdir. Bundan 10 gün sonra o, Aybənizə zəng etmiş, sonuncu pulunun hazır olduğunu deyərək axşama ona çatdıracağını bildirmişdir. Lakin, həmin günü axşam Aybəniz pulu çatdırmamış, zəng etdikdə isə ona indi gələcəyini demiş, lakin gəlməmiş və sonradan zənglərinə cavab verməmişdir. Səhəri gün onun arvadı Süsən Aybənizə zəng edib polisə şikayət edəcəyini bildirmiş, lakin Aybəniz qeyd etmişdir ki, polisə şikayət etməsin, saat 14:00-da Sumqayıt avtovağzalından gəlib pullarını götürməsini xahiş etmişdir. Həmin günü saat 13:50-dən etibarən o, Sumqayıt avtovağzalına gəlmiş, nə qədər Aybənizi gözləsə də, sonuncu gəlməmişdir. Bundan sonra o, nə qədər Aybənizin mobil telefon nömrələrinə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmiş, sonradan cavab verərək hara istəyirsə şikayət etməsini və belə şeyləri çox gördüyünü bildirmişdir. Aybənizin onu aldatdığını görüb 19 noyabr 2018-ci il tarixdə o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Zərərçəkmiş şəxs19 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından etibarən bacısı Şahid15 qızının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, öz əlaqələri vasitəsi ilə onu işə düzəldəcək. İlk əvvəl onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən özünü Könül kimi təqdim etdiyi qadın zəng vuraraq onu 10.000 manat məbləğində Hava limanına nəzarətçi vəzifəsinə işə düzəlməyimi təklif etmiş, bu məbləğ onun üçün həddən artıq böyük olduğundan o, imtina etmişdir. Bundan bir neçə gün sonra Aybəniz ona zəng vuraraq onu Vergilər Departamentinə 6.000 manat müqabilində işə düzəldəcəyini vəd etmişdir. Bunun üçün o, Aybənizlə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində bacısının işlədiyi «Qara Qarayev» metrostansiyasınm yanında yerləşən X76 Elmi-Tədqiqat İstitutunun qarşısında görüşmış, Aybənizə 2.000 manat pul və öz şəxsiyyət vəsiqəsini vermiş, Aybəniz yerdə qalan pulu isə onu Vergilər Departamentinin Əbülfəz adlı işçisi ilə xx.xx.2019-cu il tarixdə görüşdürən zaman verməli olduğunu demişdir. 05 iyun 2019-cu il tarixədək Aybənizin onu hər hansı bir vergi orqanın işçisinin qəbuluna salmadığını görüb sonuncudan şəxsiyyət vəsiqəsini və 2.000 manat pulunu geri istəmişdir. Aybəniz onun pulunun və sənədinin əvvəl Nərimanov rayonunda yerləşən Bakı Vergilər Departamentinin polis nəfərində, sonra həmin departamentinin işçisi Yusif Yaqubovda və nəhayət guya qəbuluna gedəcəyi Əbülfəz adlı işçinin köməkçisi Lalə xanımda olduğunu deyərək Vergilər Departamentinə yaxınlaşıb orada götürə biləcəyini deyəndən sonra o, həmin departamentə yaxınlaşıb Aybənizin Lalə xanım kimi təqdim etdiyi, sonradan isə həmin qadının ilk əvvəl ona özünü Könül kimi təqdim etdiyi şəxsin istifadəsində olmuş ***-***-**-** nömrəsinə zəng vurduqda həmin qadın onun pulunu və sənədini Aybənizin özünün ona qaytaracağını demişdir. Bundan sonra Aybəniz onun telefon zənglərinə cavab verməyərək ondan qaçıb-gizlənməyə başladığından o, sonuncudan polis orqanına şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 qızı Zərərçəkmiş şəxs20 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, təxminən bir il ildən çoxdur ki, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınlığında E.Xəlilov küçəsi 14 saylı ünvanda “Şəhanə” gözəllik salonunu işlədir. Təqsirləndirilən şəxs onun salonuna gəlib bir neçə dəfə saçını düzəltdirdiyi üçün sonuncunu tanımışdır. Təqsirləndirilən şəxs salonunda olarkən telefonla danışıb özünü nüfuzlu şəxs kimi təqdim etmiş və müxtəlif şəxslərə əlilliklə bağlı pensiyanı düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu danışıqları ona maraqlı olduğundan 2019-cu ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona əlillik pensiyasını düzəldə bilib-bilməməyi barədə maraqlanmış. Təqsirləndirilən şəxs problemin olmadığını, uzun müddət bu işlə məşğul olduğunu bildirib ona pensiya düzəldəcəyi müqabilində ondan ilk olaraq 5.000 manat pul istəmişdir. O, bu qədər pulun olmadığını söylədikdə Aybəniz ona 3.000 manata xəstəliklə pensiya düzəldə biləcəyini demişdir. O, razılıq vermiş və ilkin olaraq 200 manat Aybənizə işlərə başlamaq üçün vermişdir. Bir neçə gün sonra, 25 oktyabr 2019-cu il tarixdə Aybəniz onun işlədiyi yerə gələrək növbəti dəfə ondan 700 manat pul almışdır. O, Aybənizə 700 manat verən zaman şəxsiyyət vəsiqəsini və xəstəliyini təsdiq edən sənədləri təqdim etmişdir. Aybəniz pulu aldıqdan sonra qalan pulu da hazırlamağı tapşırmışdır. Təxminən 10 gün sonra Aybəniz yenidən onun iş yerinə gəlmiş və işlərini dəzəldiyini bildirib pulun qalan hissəsini də istəmişdir. 2019-cu ilin noyabr ayının əvvələrində o Aybənizə yenidən 900 manat pul vermişdir. Pulu aldıqdan sonra Aybəniz növbəti gəlişində pulu tam şəkildə alacağını bildirdi. Son pulu aldıqdan 3 həftə sonra, yəni 2019-cu ilin noyabr ayının sonunlarında Aybəniz yenidən onun iş yerinə gəlmiş və ondan 900 manat almışdır. Aybəniz demiş olduğu məbləği tam şəkildə ondan istədikdə, o narahat olmamasını əlillik dərəcəsinin təyin olundaqdan sonra pulun qalan hissəsini də verəcəyini bildirdi. Aybəniz onunla razılaşmış və onu işini düzəldəcəyindən əmin edərək çıxıb getmişdir. Aybəniz getdikdən sonra o bir neçə dəfə sonuncu ilə danışıb işin gedişatı ilə bağlı maraqlandıqda, Təqsirləndirilən şəxs narahat olmamasını yaxın vaxtlarda pensiyanın düzələcəyini bildirmişdir. Bir neçə vaxt Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu aldatdığını pulunu geri istəmişdir. Aybəniz bununla bağlı problemin olmadığını desə də, sonralar o sonuncu ilə əlaqə saxlamaq istəyərkən Aybəniz onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, ünvan 35 ünvanda ailəsiylə bilrikdə yaşayır. 2016-cı ildən Xaçmaz şəhərində yerləşən Dövlət Sosial X55 rayon şöbəsinin yeməkxanasında aşpaz işləyir. Dövlət Sosial X55 rayon şöbəsində mühasib işləyən Nəzakət Xurşudova ilə tanış olmuş və sonuncuyla münasibəti yaranmışdır. Həmin ərəfələr Nəzakət Xurşudovanın yanına Təqsirləndirilən şəxs gedib-gəlirmiş və onun işlədiyi yeməkxanada oturub söhbət etmişdilər. O, onların söhbətindən belə başa düşmüşdür ki, müxtəlif şəxslərə əlillik dərəcəsi düzəldirlər. Onlar ona da pul müqabilində birinci qrup əlillik dərəcəsi düzəldəcəklərini bildirmişlər. 2019-cu ilin iyun ayında o, onlara razılıq vermiş və pul düzəldən kimi Nəzakət Xurşudovaya məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun maddi cəhətdən imkansız olduğunu gördüyünü və ona ucuz qiymətə pensiya düzəldəcəyini bildirmişdir. O, necə manata düzəldəcəyini soruşduqda Təqsirləndirilən şəxs qıraq adamlara 3.000 manata, ona isə 2.500 manata düzəldəcəyini söyləmişdir. O, X24 Mustafayevaya pul verib-verməməsini soruşduqda, birinci Təqsirləndirilən şəxs bir çox adamlara əlillik dərəcəsi düzəltdiyini bildirmişdir. Bundan sonra o, qohumlardan və tanışlardan borc alıb 2.150 manat düzəltmişdir. 29 iyul 2019-cu ildə o, yeməkxanada olan zaman Təqsirləndirilən şəxs Nəzakət Xurşudova ilə yeməkxanaya gəlmişlər. Həmin vaxtı yeməkxanada başqa adamlar olduğu üçün o, Təqsirləndirilən şəxs pulu düzələtdiyini demişdir. Təqsirləndirilən şəxs qıraqda olan şəxslərin pulu almağı görməmələrini istəməyi demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə mətbəxə keçmiş və orada o, Təqsirləndirilən şəxs 2.150 manat vermiş, Təqsirləndirilən şəxs ondan pulu alınmasına dair öz xətti ilə qəbz yazıb ona vermişdir. O, nə vaxt birinci qrup əlillik dərəcəsinin təyin etdirməsini soruşduqda Təqsirləndirilən şəxs 1-2 aya ona birinci qrup əlillik qrupu düzəldəcəyini vəd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tək çıxıb getmişdir. Təxminən 1-2 gündən sonra Aybəniz onun mobil telefonuna zəng vurub həkimlərin tətilə çıxdıqlarını deyərək, tezliklə sənin sənədinin düzəlməsi üçün təcili 500 manat göndərməsini demişdir. O da qohum və tanışdan borca 500 manat tapmış və Aybənizə zəng vurub bu barədə məlumat vermişdir. Aybəniz ona mobil telefonda kart nömrəsi vermiş və "xxxx"a gedib, 500 manat pulu göndərməyi demişdir. O, həmin günü Xaçmaz şəhərində yerləşən "xxxx"a gedib 500 manat pulu Aybənizin verdiyi banka kartına göndərmişdir. 15-20 gündən sonra mən Təqsirləndirilən şəxs zəng vurub iş barəsində maraqlanmaq istəmiş, ancaq Təqsirləndirilən şəxs onun telefonlarına cavab verməmişdir. Sonra Təqsirləndirilən şəxs ona zəng vurub işinin alınmadığını, pulunu qaytaracağını demişdir. Hər dəfə bir bəhanə edib onun pulumu qaytarmamışdır. Həmin statusda əlavə dindirilmiş Zərərçəkmiş şəxs21 500 manat pulu Təqsirləndirilən şəxs "xxxx" vasitəsi ilə deyil, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şahdağ marketində quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə onun bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Nəzakət Xurşudova onun doğma bacısıdır. 2019-cu ilin təxminən iyul ayında o bacısı Nəzakətin Xaçmaz şəhərindəki evdə qonaq olarkən onun evində adını sonradan Aybəniz bildiyi bir qadın olmuşdur. Söhbət əsnasında bacısı Nəzakətin Aybəniz vasitəsi ilə öz oğluna xəstəliklə bağlı pensiya düzəltmək istədiyini bilmişdir. Gələcəkdə layiqli qocalığını təmin etmək üçün o düşünmüşdür ki, Aybəniz vasitəsi ilə özünə 1-ci qrup əlilliklə pensiya düzəltdirə bilər. Ona görə də o bacısından Aybənizlə bu barədə danışmağı xahiş etmişdir. Səhərsi gün bacısı Nəzakət Aybənizlə danışdığını və sonuncunun onun şəxsiyyət vəsiqəsinin surətini istədiyini bildirmişdir. Ö şəxsiyyət vəsiqəsinin surətini Nəzakətə yermiş, sonuncu isə kserosurətini aybənizə çatdırmışdır. Bir neçə gün sonra bacısı Nəzakət Aybənizin onun pensiya məsələsinin həlli üçün 3.500 manat istədiyini, verəcəyi halda onun 200 manat pensiya alacağı təşkil edə biləcəyi söylədiyini bildirmişdir. O qərara gəlmişdir ki, Aybənizin təklifi ilə razılaşsın. 2019cu ilin iyul ayının 22-də o bacısı Nəzakətə onun evində 1.500 ABŞ dolları Aybənizə çatdırmaq üçün vermişdir. Qalan 1.000 manat pulu o Nəzakətə öz evində xx.xx.2019-cu ii tarixdə vermişdir. Bildiyinə görə birinci verdiyi 1.500 ABŞ dolları bacısı Nəzakət Aybənizə öz evində vermişdir, ikinci dəfə verdiyi 1.000 manatı isə ödəniş terminalla Aybənizin bank hesabına göndərmişdir. Aybənizin deməsinə görə o sentyabr ayından etibarən artıq pensiyanı alamalı olmuşdur. Lakin, sentyabr ayında bacısı Nəzakət həm öz işi, həm də onun işi ilə bağlı Aybənizlə danışıqlar apararkən o hər dəfə bəhanə gətirib işlərinin gedişatını uzatmış, sonra isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Onlar Aybənizin onların etibarından sui-istifadə edərək pullarını ələ keçirdiyini başa düşmüş, sonra isə Aybənizin digər şəxsləri də aldatdığı üçün həbs olunduğunu bilib ondan şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs20 əvvəldən tanımamışdır. 2019-cu il iyun ayının ortalarında özünü Zərərçəkmiş şəxs20 kimi təqdim edən qadın onun mobil telefonuna zəng vuraraq Aybəniz adlı qadını tanıyıb-tanımamağını soruşmuşdur. O, Zərərçəkmiş şəxs20dan ondan kimisə tanıyıb-tanımamağını soruşmağının səbəbini öyrənərkən Zərərçəkmiş şəxs20 bildirmişdir ki, Aybəniz adlı qadın onu vergi orqanlarına işə düzəltməyi söz verərək 2.000 manat pulunu almış və sonuncunun deməsindən həmin pul onun köməkçisi Lalə adlı qadın vasitəsi ilə ona çatdırılmalı olmuşdur. O, Aybəniz adlı qadını tanımadığını, sıravi müfəttiş olduğunu, ümumiyyətlə köməkçinin olmadığını, kiminsə işə düzəlmə məsələlərin onun səlahiyyətlərinə daxil olmadığını bildirib məsələni araşdırmaq üçün Aybənizin və Zərərçəkmiş şəxs20 onun iş yerinə gəlmələrini xahiş etmişdir. Buna baxmayaraq nə Xoşqədəm nədə ki Aybəniz adlı qadınlar onun yanına gəlməmişlər, Zərərçəkmiş şəxs20 isə ona zəng vuraraq bu məsələ ilə bağlı polis orqanına şikayət etdiyini bildirmişdir. Bundan sonra onu bu məsələ ilə bağlı Nizami rayon polis idarəsinə dəvət edib izahatını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, 2011ci ildən Daxili işlər orqanlarında polis nəfəri vəzifəsində çalışır. 9 il müddətində Bakı şəhəri Nərimanov rayonunda yerləşən Vergilər Nazirliyi yanında X71 Departamentində xidmətə çıxır. Xidməti 2 gündən bir səhər saat 09-dan növbəti günün saat 9-dək kimi təşkil olunur. Xidməti vəzifələrinə binanın əməkdaşlarını, əmlakı və binaya daxil olan vətəndaşların mühafizəsini təmin etmək daxildir. Təxminən 2019-cu il iyun ayının ortalarında o, işdə xidmətdə olarkən Xoşqədəm adında bir qadın ona müraciət edərək adını xatırlamadığı bir qadının Müşfiq adlı muhafizəçiyə pul qoymalı olduğunu bildirmişdir. O, Xoşqədəm adlı qadına Müşfiq olduğunu bildirib heç kəsin postda pul qoymadığını deyərkən Xoşqədəm adlı qadın kiminləsə telefonla əlaqə saxlamış və ondan bu departamentdə Yusif Yaqubov adlı işçinin olub-olmamasını soruşmuşdur. O, Yusif Yuqubov adında inspektorun departamentdə işlədiyini bildirmiş və Xoşqədəm adlı qadın çıxıb oradan getmişdir. Bundan bir neçə ay sonra onu Nizami rayon polis idarəsinə dəvət edib bu məsələ ilə bağlı izahatını almışlar. İzahatı alınarkən ona məlum olmuşdur ki, yanına yaxınlaşıb Müşfiq olubolmamağını aydınlaşdıran Xoşqədəm adlı qadın vergi orqanlarına işə düzəlmək üçün adını xatırlamadığı bir qadına pul vermiş və həmin qadın onu aldadıb, pulunu qaytarmaq üçün güyə ona, sonra isə Yusif Yaqubov adlı inspektora pul çatdırdığını bildirmişdir. Lakin, bu yalandır, onun xidməti vəzifələrinə kimdənsə pul alıb çatdırmaq daxil deyil, Xoşqədəm adlı və onun pulunu alan qadınla heç vaxt ünsiyyəti olmamış, ümumiyytlə izahatı alınana qədər söhbətin nədən getdiyini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindtirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2005-ci ildən 2018-ci ilin may ayınadək 13 saylı Birləşmiş şəhər xəstəxanasında baş həkim işləmişdir. 2018-ci ilin may ayında isə öz ərizəsi ilə işdən azad edilmiş və hazırda işsizdir. 2017-ci ilin yanvar ayından 13 saylı Birləşmiş şəhər xəstəxanasında həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləmişdir. “Həkim Məsləhət Komissiyasının” üzvləri terapevt X43 oğlu, həkim nevropatoloq-X36, həkim oftamotoloq X44 olmuşlar. Onlar hamısı elektron imza kartlarını “ASAN” xidmət vasitəsilə almışlar. Onun və digər işçilərin elektron imza kartları kompyuter üzrə operator X22 otağındakı seyfdə saxlanılmış və seyfin açarı da Maya Hüseynovanın özündə olmuşdur. Xəstəxanaya müraciət edən xəstələr ixtisas həkimləri tərəfindən qeydiyyata alınmış, adlarına ambulator kartalar açılmış, daha sonra Həkim Məsləhət Komissiyasının qərarı ilə adlarına forma 88 saylı arayış tərtib olunaraq onun göstərişi ilə komissiya üzvlərinin və onun elektron imzalarından istifadə edilməklə sistemə yüklənilmişdir. 2017-ci ilin sonlarında Təqsirləndirilən şəxs onun qəbuluna gəldiyi zaman tanımış, Aybəniz özünü sahə həkiminin yanına gəlib-gedən xəstə kimi təqdim etmiş və münasibətləri yaranmışdır. Bundan sonra Aybəniz bir neçə dəfə onun otağında olmuş, şəkər xəstəsi olmasından və qeydiyyata alınması qaydası ilə maraqlanmışdır. 2018-ci ilin yanvar ayında Aybəniz tək onun yanına gəlib bildirmişdir ki, qohumu və yaxın rəfiqəsi Zərərçəkmiş şəxs7 İ qrup əlillik dərəcəsi təyin edilməsində kömək etsin. Aybəniz həmin vaxt Zərərçəkmiş şəxs7 həqiqətən xəstə olmasını, maddi imkanının çox zəif olduğunu demişdir. O, isə Çinarı görmədiyi üçün hansı xəstəlikdən əziyyət çəkdiyini bilməmişdir. Lakin Aybənizin xahişi ilə Çinarın şəxsiyyət vəsiqəsinin sürətini istəmiş və Zərərçəkmiş şəxs7 şəxsiyyət vəsiqəsinin sürətini operator Maya Hüseynovaya təqdim etmişdir. Başqa tibbi sənədlərə əsasən İ qrup əlillik dərəcəsi düşən diaqnozu demişdir. Maya da onun göstərişi ilə Həkim Məsləhət Komissiyasının üzvlərinin elektron imza kartlarından istifadə etməklə forma 88 arayışını sistemə yükləmişdir. Dəqiq xatırtlamadığı tarixdə Zərərçəkmiş şəxs7 əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs ondan bir başqa yaxın tanışı və rəfiqəsi kimi təqdim etdiyi Zərərçəkmiş şəxs8 da əlillik dərəcəsi təyin edilməsində köməklik edilməsini xahiş etmişdir. O, əvvəl razılaşmasa da, Aybəniz ona demişdir ki, bir daha ondan belə bir xahiş etməyəcəkdir. Belə olduqda o, sonuncu dəfə olmaq şərti ilə razılaşmış və 2018-ci ilin yanvar ayında Aybəniz onun otağına gəlib Zərərçəkmiş şəxs8 şəxsiyyət vəsiqəsinin sürətini ona vermişdir. O, yenə Tamaranın şəxsiyyət vəsiqəsinin sürətini operator Mayaya vermiş və başqa tibbi sənədlərə əsasən İ qrup əlillik dərəcəsi düşən diaqnozu demişdir. Maya da onun göstərişi ilə Həkim Məsləhət Komissiyasının üzvlərinin elektron imza kartlarından istifadə edərək forma 88 arayışını sistemə yükləmiş, 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs8 İ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2018-ci ilin aprel ayında Zərərçəkmiş şəxs7 İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Səhv etmirsə hər iki xəstə barəsində böyrək xəstəliyi terminal mərhələ diaqnozu ilə forma 88 arayışını sistemə yükləmişdir. O, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 tanımamış və sonuncular ilə hər hansı münasibəti olmamışdır. Aybəniz də ona Şəmsiyyənin, Güldanənin və Arzunun hər hansı əlillik dərəcəsinin alınması barədə ona heç bir söz deməmiş və pul verməmişdir. Aybənizin isə Şəmsiyyədən, Güldanədən və ya Arzudan pul alıb-almamasından onun xəbəri olmamışdır. Bundan başqa 13 saylı Birləşmiş şəhər X15 Komissiyasının üzvü X13 və digər komissiya üzvlərinin Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Cəlal qızının adına forma 88 arayışının hazırlanaraq elektron sistemə yüklənilməsindən məlumatları olmamış, komissiya üzvlərinin elektron kartları operator otağında qalmışdır. O, özü də Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ümumiyyətlə görməmiş və onlardan hər hansı məbləğdə pul da almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindtirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının «BP» Neft şirkətində texnik işləmişdir. Hər ayın 2 həftəsini bütün sutka ərzində Xəzər dənizində neft platformasında işdə olmuşdur. Növbəti 2 həftənin bütün günü isə evdə olmuşdur. 2003-cü ildə Şahid11 ilə ailə qurmuş 3 övladları dünyaya gəlmişdir. Qayınanası Zərərçəkmiş şəxs3 İsmayıllı rayonunda yaşamışdır. Onun uşaqları Xurşidbanunun evinə yaxın olduğundan demək olar ki, hər gün onlara getmişlər. 2017-ci ilin iyul ayında qayınanası Xurşidbanu ona bildirmişdir ki, Bakı şəhər sakini Aybəniz adlı bir qadın xəstəliklə əlaqədar təqaüd düzəldir, onun arvadı Sevdanın da görmə qabiliyyəti zəif olduğundan qayınanası Xurşidbanu Sevda üçün də təqaüd düzəltmək istəmişdir. Bunun üçün qayınanası Xurşidbanu Aybənizlə danışmış və sonuncu 6.000 manat pul istəmişdir. Əvvəlcə o, bu işə tərəddüd etmişdir. Səhəri günü o, qayınanası Xurşidbanunun evində olan zaman Aybəniz də evə gəlmiş, sonra Aybənizin dəvəti ilə əri kimi təqdim etdiyi Mirağa adlı şəxs də gəlmişdir. Aybənizgilin gəldiyi taksi maşını onları küçədə gözləmişdir. Evdə Aybənizlə qayınanası Xurşidbanu öz aralarında danışmışlar, Aybəniz 6.000 manat pul lazım olduğunu, həmin puldan özünə 200 manat pul çatacağını demişdir. Qalan pulların isə pensiya düzəlməsi üçün sərf olunacağını bildirmişdir. Lakin, konkret nəyə sərf olunacağı barədə heç nə deməmişdir. Onun qayınanası Xurşidbanu pulu olan kimi xəbər edəcəyini bildirmişdir. Sonra Mirağa ilə Aybəniz gəldikləri taksi maşını ilə getmişlər. Təzminən 2-3 gündən sonra qayınanası Xurşidbanu ona 6.000 manat pul verib demişdir ki, Sevdanın təqaüdü üçün Aybənizə versin. O da 08 iyul 2017-ci ildə Bakı şəhərində «Dram teatr»-ın yanında adını bilmədiyi kafedə həmin pulları Aybənizə vermişdir. Həmin vaxt onların yanında Mirağa da olmuşdur. O, pulu Aybənizə verdiyini qayınanası Xurşidbanuya inandırmaq üçün yaxınlıqdakı mağazada Aybənihin şəxsiyyət vəsiqəsinin sürətini çıxardaraq ondan 6.000 manat pul almasını əks etdirək yazı yazıb ona vermiş, o da həmin kağızı 2 gündən sonra gətirib qayınanası Xurşidbanuya vermişdir. Aybəniz 2017-ci ilin iyul ayının sonunadək Sevdanın təqaüd məsələsini həll edəcəyini və kartı da qayınanası Xurşidbanuya verəcəyini bildirmişdir. Lakin, Aybənizin dediyi vaxt gəlib başa çatsa da, sonuncu təqaüd sənədini düzəltmədiyi üçün qayınanası Xurşidbanu pulları tələb etmişdir. Aybəniz pulu qaytarmadığı üçün qayınanası Xurşidbanu 11 noyabr 2017-ci il tarixdə bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onunla birlikdə İsmayıllı rayonunda qonşuluqda yaşamış və aralarında yaxşı münasibətləri olmuşdur. Uzun illərdi ki, onda görmə qabiliyyəti zəif olduğundan, müalicə almışdır. Təxminən 2017-ci ilin aprel ayında Bakı şəhəri, «Zərifə Əliyeva» adına göz institutunda müalicə olunan zaman təsadüfən Aybəniz adlı qadınla tanış olmuşdur. Söhbət zamanı o, Aybənizə uzun müddətdir görmə qabiliyyətin zəif olmasından əziyyət çəkdiyini və müalicəsi üçün dərmanlara pul çatdıra bilmədiyini bildirmişdir. Həmçinin ərinin də ürək xəstəliyindən əziyyət çəkdiyini, əri də müalicə olunduğundan vəziyyətlərinin yaxşı olmadığını bildirmişdir. Aybəniz ondan xəstəlikləri ilə əlaqədar təqaüd alıb-almadıqlarını soruşanda, o, almadıqlarını bildirmişdir. Bu zaman Aybəniz ona xəstəlikləri ilə əlaqədar sənədlərini həkim komissiyasına təqdim etmələrini və pensiya almalarını məsləhət vermişdir. O, sənədləri hara təqdim edəcəyini bilmədiyini dedikdə, Aybəniz öz mobil nömrəsini ona verib hər hansı çətinliyi olarsa zəng etməsini və ona kömək edəcəyini bildirmişdir. Sonra o, evə gəlib bu barədə əri Şahid13 danışmışdır. Daha sonra Aybənizə məxsus ***-***-**-** nömrəsinə zəng edib sənədləri hara təqdim etməsini soruşmuşdur. Aybəniz ona lazım olan sənədlərin siyahısını deyib həmin sənədləri topladıqdan sonra həkim komissiyasına təqdim etməsini söyləmişdir. O, da əri Rahimlə Aybənizin dediyi sənədləri toplayıb həkim komissiyasına təqdim etmiş və hə ikisi komissiyadan keçmişlər. Ona və ərinə xəstəlikləri ilə əlaqədar təqaüd ayrılmış, ona 160 manat, ərinə isə 200 manat təqaüd ayrılmışdır. Sənədləri toplayan zaman sənədlərin sürətini çıxarmaq üçün və yol xərci olaraq qonşusu Xurşidbanudan borca 50 manat pul almış və həmin vaxt sonuncunun qızı Sevdanın evdə olduğunu görmüşdür Sevdanın gözlərində eynək olmuş və bu eynəyin nə üçün olduğunu soruşanda, Xurşidbanu bildirmişdir ki, qızı Sevdanın görmə qabiliyyəti zəifdir. Belə olduqda o, məsləhət vermişdir ki, Sevdanın sənədlərini toplasın və təqaüd almaq üçün həkim komissiyasına təqdim etsin. Xurşidbanu bu barədə ondan maraqlandıqda o, başına gələnləri danışmışdır. Təqaüd düzələndən sonra Xurşidbanudan aldığı 50 manat pulu gətirib qaytarmışdır. 2017-ci ilin iyul ayında Xurşidbanu ondan Aybənizin nömrəsini almışdır. Sonradan ona məlum olmuşdur ki, qonşusu Xurşidbanu qızı Sevdaya təqaüd düzəltməsi üçün Aybənizlə görüşüb sonuncuya 6000 manat pul vermişdir. Aybəniz isə həmin pulu alıb təqaüdü düzəltməmişdir. Bu səbəbdən də Xurşidbanu Aybənizdən şikayət etmişdir. O, özünə və ərinə pensiya düzəltməsi üçün heç kimə hər hansı məbləğdə pul və ya pul əvəzi hədiyyə verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq dövründə Şahid12 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Kənd Təsərrüfatı texnikumun zootexnik fakültəsini bitirmişdir. Bundan sonra o, kənd təsərrüfatı sahəsində 22 təqvim ili işləmişdir. İki il hərbi xidmətdə olmuş, bununla da onun əmək satcı 23 il yaranmışdır. Keçən əsrin 90-cı illərində o, işdən çıxmış, ondan sonra işləməmişdir. Hazırda onun 67 yaşı var. Zərərçəkmiş şəxs17 onun həyat yoldaşı, Şaddıq Əliyev isə oğludur. Oğlu Şaddıqda anadan gəlmə psixi xəstəliyi var, həm də eşitmə qabiliyyəti sıfıra bərabər olduğundan dəfələrlə müxtəlif xəstəxanalarında stasionar müalicədə olmuş, nəticədə oğluna dövlət tərəfindən 3-cü əlillik dərəcəsi təyin edilmiş və o 50-60 manat civarında sosial təqaüd almışdır. Təxminən 2018-ci ilin avqust ayında o, qeyri rəsmi olaraq qarovulçu kimi Bakıda Bilgəh qəsəbəsində bir qohumumun bağ evində işləyən ərəfədə həyat yoldaşı Akifə ona Aybəniz adlı qadınla tanış olduğunu, həmin qadının müxtəlif insanlara pensiya düzəltdiyini deyərək, Aybənizlə onun əmək stacı ilə bağlı pensiya alacağını təşkil edəcəyinə dair danışdığını söyləmişdir. Həmin ərəfədə onun 65 yaşı tamam olmamış və yaşla əlaqədar, yəni sosial pensiyanı almaq üçün onun 65 yaşın tamam olması zəruri olmuşdur. Bu məsələdən bir neçə il qabaq isə qərar qəbul olunmuşdur ki, əmək staci ilə bağlı pensiya yalnız stacı 25 ildən çox olan təqaüdçülərə düşür. Akifə Aybənizin onun pensiya işini düzəltdiyinə görə 1.000 manat pul istədiyini bildirmişdir. O, Akifəyə bu işi görməyə razılıq vermiş və Akifə həmin ərəfədə Bakı şəhərinə gəldikdən sonra Bakıda qalan qohumlarından 1.000 manat pul borca alıb ona məxsus əmək kitabçası və şəxsiyyət vəsiqəsiylə birlikdə aparıb Aybənizə Binə qəsəbəsində vermişdir. Aybəniz söz vermişdir ki, əmək stacının 23 il olmasına baxmayaraq 2018-ci ilin sentyabr ayında onun əmək stacı ilə bağlı pensiyanı alacağını təşkil edəcək. Onlar da Aybənizə inanmışlar. Hətta həmin ərəfədə Aybəniz onu Bakıxanov qəsəbəsində yerləşən 4 saylı ASAN xidmət mərkəzinə apararaq Sabunçu rayonuna qeydiyyata saldırmışdır. Bunun üçün ondan pul almamışdır. Sonradan Aybənizi onları aldatdığını başa düşüb o, yenidən qeydiyyat yerini Lənkəran rayonuna dəyişdirmişdir. Lakin, onu Sabunçu rayonuna qeydiyyata saldıqdan sonra Aybəniz pensiya ilə bağlı proseslərin uzandığı barədə yoldaşı Akifəyə demişdir. Ümumiyyətlə onun və oğlu Şaddıqla bağlı bütün danışıqları yoldaşı Akifə özü aparmışdır. 2018-ci ilin sentyabr ayında Aybəniz oğlu Şaddıqın da əlillik dərəcəsini 3dən 1-yə dəyişdirəcəyinə söz vermişdir. Bunun üçün həyat yoldaşım Akifə 2018-ci ilin sentyabr ayının ortalarından noyabr ayının 5-dək olan müddətdə 4 dəfə Aybənizlə Binə qəsəbəsində “Araz” marketin yanında görüşüb hər dəfə ona 500 manat verməklə ümumilikdə 2.000 manat pul və Şaddıqın xəstəliyi ilə bağlı epikrizləri vermişdir. Aybəniz 2018-ci ilin oktyabr ayına qədər oğlu Şaddıqın 1-ci əlillik dərəcəsi ilə sosial pensiya alacığını təşkil edəcəyinə vəd vermişdir. Lakin Aybəniz onları aldadaraq nə ona nə də ki, oğlu Şaddıqa təqaüd düzəltmədən ümumilikdə 3.000 manat pullarını ələ keçirmişdir. Çoxsaylı təkidlərinin nəticəsində Aybəniz ona məxsus əmək kitabçasını və şəxsiyyət vəsiqəsini 2019-cu ilin aprel ayında qaytarmışdır. 2018-ci ilin oktyabr ayında onun 65 yaşı tamam olmuş və o, həmin vaxtdan 130 manat olaraq sosial pensiya alır. Oğlu Şaddıqın xəstəliklə bağlı sənədləri Aybəniz Lənkəran rayon psixiatriya xəstəxanasına versə də, oğluna 1 deyil, ikinci qrup əlillik təyin edilmişdir. Oğluna 2-ci qrup əlilliyin təyin edilməsində isə Aybənizin faktiki olaraq heç bir rolu olmamışdır. Şaddıqa 2-ci qrup əlillik təyin edildikdən sonra hazırki vaxta qədər sonuncu 130 manat sosial pensiya alır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 21 aprel 2021cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının 5584 saylı, 27 mart 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş üzərində «Mən Təqsirləndirilən şəxs.....» yazıları ilə başlayıb ..... Mustafayeva» yazıları ilə qurtaran 05 aprel 2018-ci il tarixli qəbzdəki yazılar və «Mustafayeva» soyadı önündəki imza, üzərində «Mən Təqsirləndirilən şəxs...» yazıları ilə başlayıb «...xx.xx.2018» rəqəmləri ilə qurtaran xx.xx.2018-ci il tarixli qəbzdəki yazılar («2000» rəqəmlərindəki «2» rəqəmlərindən, «xx.xx.2018» rəqəmlərdəki «7» rəqəmindən başqa ) və «xx.xx.2018» rəqəmlərindən aşağıdakı imza, üzərində «Mən Təqsirləndirilən şəxs...» yazıları ilə başlayıb «... iki min manat» yazıları ilə qurtaran xx.xx.2018-ci il tarixli qəbzdəki yazılar və «xx.xx.2018» rəqəmlərindən aşağıdakı imza, üzərində «Mən Təqsirləndirilən şəxs...» yazıları ilə başlayıb «...Mustafayeva” yazıları ilə qurtaran xx.xx.2018-ci il tarixli qəbzdəki yazılar və «Mustafayeva» soyadı qarşısındakı imza, eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən - dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar törədilməklə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla təkrar törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X31 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanların ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 27 fevral 2019-cu il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, X14 27 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 06, səh., 10). Cinayət işinin materiallarında olan 01 mart 2019-cu il tarixli vəsatətin müdafiə edilməsində imtina olunması haqqında Bakı şəh.,Yasamal Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 06, səh., 25). Cinayət işinin materiallarında olan 01 mart 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilmişdir. (cild 06, səh., 28). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin 4(049)203/2019 saylı, 21 dekabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 dekabr 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 06, səh., 218). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmaması barədə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)211/2020 saylı, 17 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət təmin edilməmişdir (cild 08, səh., 195). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisiln nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 08, səh., 209). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə » növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi əlyazma, Azərpoçt MMC-nin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli dublikat çekləri, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi əlyazmalar, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi əlyazma və Azərpoçt MMC-in xx.xx.2017-ci il tarixli dublikat çeki, Zərərçəkmiş şəxs15 istintaqa təqdim etdiyi əlyazması olan kağız parçasının kserosurəti, Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs19 istintaqa təqdim etdiyi əlyazması olan kağız parçasının kserosurəti, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs21 istintaqa təqdim etdiyi xətli dəftər vərəqəsinin kserosurətindəki əlyazma və ********** nömrəli qəbzin surəti, X11 istintaqa təqdim etdiyi kağız parçasındakı əlyazmanın kserosurəti və xx.xx.2018-ci il tarixli qəbzin surəti, Zərərçəkmiş şəxs13 istintaqa təqdim etdiyi xətli dəftər kağızındakı əlyazma, eləcə də Zərərçəkmiş şəxs20 istintaqa təqdim etdiyi kompakt disk cinayət işinin materiaları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 5.500 (beş min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2019-cu il tarixdən 01 mart 2019-cu il tarixə kimi, 19 dekabr 2019-cu il tarixdən 17 mart 2020-ci il tarixə kimi həbsdə saxlama müddəti nəzərə alınsın və təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5.000 (beş min) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi əlyazma, Azərpoçt MMC-nin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli dublikat çekləri, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi əlyazmalar, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi əlyazma və Azərpoçt MMC-in xx.xx.2017-ci il tarixli dublikat çeki, Zərərçəkmiş şəxs15 istintaqa təqdim etdiyi əlyazması olan kağız parçasının kserosurəti, Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs19 istintaqa təqdim etdiyi əlyazması olan kağız parçasının kserosurəti, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi əlyazma, Zərərçəkmiş şəxs21 istintaqa təqdim etdiyi xətli dəftər vərəqəsinin kserosurətindəki əlyazma və ********** nömrəli qəbzin surəti, X11 istintaqa təqdim etdiyi kağız parçasındakı əlyazmanın kserosurəti və xx.xx.2018-ci il tarixli qəbzin surəti, Zərərçəkmiş şəxs13 istintaqa təqdim etdiyi xətli dəftər kağızındakı əlyazma, eləcə də Zərərçəkmiş şəxs20 istintaqa təqdim etdiyi kompakt disk cinayət işinin materiaları arasında saxlanılsın. İş üzrə 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-5/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-5/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver