Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-5/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Qanuni nümayəndə X3, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələri ilə, 10 avqust 2003-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İsmayıllı rayonu, Sərsurə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.3-cü maddələri ilə, xx xxxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 44-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən nömrəsiz ünvanda saxlanc yeri hesab edilən adsız çay evinə dəmir barmaqlığı əyib plastik açıq pəncərədən qanunsuz daxil olub Zərərçəkmiş şəxs3 50 manat pulunu və 350 manat dəyərində “X8 3” markalı mobil telefonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun üzərində yeni yaşayış massivində nömrəsiz ünvanda yerləşən avtomobil təmiri sexində müştəri qismində olarkən sexdə usta işləyən Zərərçəkmiş şəxs5 diqqətinin avtomobil təmirinə yayınmasından istifadə edərək ona məxsus təmir sexindəki kreslonun üzərində saxladığı, dəyəri 1050 manat olan bir ədəd “Xiaomi 11 Lite 5G” markalı mobil telefon cihazını üzərindəki ***-***-**-** nömrəli 10 manat dəyərində simkartla birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1060 manat məbləğində maddi zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Okan” adlı şəxslə bir qrup şəxs halında 03 fevral 2023-cü il tarixdə, saat 17:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Halal” marketin qarşısında özlərinin müstəsna şəxsiyyət olmasını və digərlərindən əsaslı fərqlənmələrini təsdiq etmək niyyəti ilə insanların çoxluq təşkil etdiyi, ictimai yerdə ətrafdakıların gözü qarşısında heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına kobud ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 qarşısını kəsib əsassız olaraq bir daha bu ünvandan keçməməsini tələb edərək sağ yumruğu ilə Zərərçəkmiş şəxs6 sağ göz nahiyəsindən, vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs3 üst dodaq nahiyəsindən vuraraq üst dodağın qançırı və əzilmiş səthi yarası kimi, şəxsiyyəti istintaqa məlum olmayan Okan adlı şəxs isə sol təpə-ənsə nahiyəsindən vuraraq sol təpə-ənsə nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, 22 mart 2023-cü il tarixdə saat 00:05 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq “VAZ” markalı avtomaşın tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 23-ün qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus tünd göy rəngli “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşmiş, qrup üzvüləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 kənar şəxslərin gələməsini vaxtında xəbər verib sığortalamaq üçün yaxınlıqda dayanmış, qrup üzvü Naiq adlı şəxsin itələməsi ilə mühərriki işə salıb, hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Bundan başqa, o, təkrarən, 22 mart 2023-cü il tarixdə, saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq “VAZ” markalı avtomobil tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi ev 44d-nin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşib naqilləri bir-birinə toxundurmaqla mühərriki işə salıb hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Təqsirləndirilən şəxs2 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 04 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində sərxoş halda tanışları Təqsirləndirilən şəxs3, X4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 8 ünvanınında olduqları vaxt orada yaşayan ona məxsus nəqliyyat vasitəsindən oğurluq edəcəklərindən şübhələnmiş Zərərçəkmiş şəxs4 ilə heç bir səbəb olmadan mübahisə edib, sonuncunun onlara səs-küy salmamaq və gecə saatlarında yaşadığı evin qarşısında məişət narahatçılığı yaratmamaq barədə haqlı xahişinə məhəl qoymayıb Təqsirləndirilən şəxs3 və X4 ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs4 qəsdən baş nahiyəsinə zərbə endirməklə ona sol təpə nahiyəsinin əzilmiş yarası, dərialtı hematoması və sıyrığı kimi, Təqsirləndirilən şəxs3 üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sol bud nahiyyəsindən qəsdən vuraraq sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi, Fərid Əhmədov isə üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sağ said nahiyyəsindən qəsdən vuraraq sağ said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, silah qismində istifadə edilən əşyadan (əşyalardan) istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq VAZ markalı avtomaşın tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 23-ün qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus tünd göy rəngli “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib Təqsirləndirilən şəxs1 sükan arxasına əyləşmiş, qrup üzvüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsini vaxtında xəbər verib sığortalamaq üçün yaxınlıqda dayanmış, qrup üzvü Naiq adlı şəxsin itələməsi ilə mühərriki işə salıb, hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Bundan başqa o, təkrarən, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq VAZ markalı avtomaşın tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi ev 44d-nin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli “VAZ 2106 ” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib Təqsirləndirilən şəxs1 sükan arxasına əyləşib naqilləri bir-birinə toxundurmaqla mühərriki işə salıb hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Təqsirləndirilən şəxs3 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 04 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində sərxoş halda tanışları Təqsirləndirilən şəxs2, X4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 8 ünvanınında olduqları vaxt orada yaşayan ona məxsus nəqliyyat vasitəsindən oğurluq edəcəklərindən şübhələnmiş Zərərçəkmiş şəxs4 ilə heç bir səbəb olmadan mübahisə edib, sonuncunun onlara səs-küy salmamaq və gecə saatlarında yaşadığı evin qarşısında məişət narahatçılığı yaratmamaq barədə haqlı xahişinə məhəl qoymayıb Təqsirləndirilən şəxs2 və X4 ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Təqsirləndirilən şəxs2 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs4 qəsdən baş nahiyəsinə zərbə endirməklə ona sol təpə nahiyəsinin əzilmiş yarası, dərialtı hematoması və sıyrığı kimi, özü isə üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sol bud nahiyyəsindən qəsdən vuraraq sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi, Fərid Əhmədov isə üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sağ said nahiyəsindən qəsdən vuraraq sağ said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, silah qismində istifadə edilən əşyadan (əşyalardan) istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan sonra o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Okan” adlı şəxslə bir qrup şəxs halında 03 fevral 2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Halal” marketin qarşısında özlərinin müstəsna şəxsiyyət olmasını və digərlərindən əsaslı fərqlənmələrini təsdiq etmək niyyəti ilə insanların çoxluq təşkil etdiyi, ictimai yerdə ətrafdakıların gözü qarşısında heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına kobud ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 qarşısını kəsib əsassız olaraq bir daha bu ünvandan keçməməsini tələb edərək Təqsirləndirilən şəxs1 sağ yumruğu ilə Zərərçəkmiş şəxs6 sağ göz nahiyəsindən, vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, özü üst dodaq nahiyəsindən vuraraq üst dodağın qançırı və əzilmiş səthi yarası kimi, şəxsiyyəti istintaqa məlum olmayan Okan adlı şəxs isə sol təpə-ənsə nahiyəsindən vuraraq sol təpə-ənsə nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan sonra o, təkrarən, xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq VAZ markalı avtomaşın tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 23-ün qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus tünd göy rəngli “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib Təqsirləndirilən şəxs1 sükan arxasına əyləşmiş, qrup üzvüləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsini vaxtında xəbər verib sığortalamaq üçün yaxınlıqda dayanmış, qrup üzvü Naiq adlı şəxsin itələməsi ilə mühərriki işə salıb, hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Bundan başqa o, təkrarən, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Naiq” adlı şəxslə qapısı açıq VAZ markalı avtomaşın tapıb qaçırmaq barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi ev 44d-nin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli “VAZ 2106 ” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib sükan arxasına Təqsirləndirilən şəxs1 əyləşib naqilləri bir-birinə toxundurmaqla mühərriki işə salıb hərəkətə gətirərək birlikdə avtomobili talama məqsədi olmadan qaçırmışdır. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. 13 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində küçədə piyada gəzərkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi çay evindən oğurluq etməyi qərara almışdır. O, ilk öncə ətrafa nəzər yetirərək heç kəsin olmadığını müəyyən etmiş, daha sonra, çay evinin pəncərəsinin dəmir barmaqlığını dəmir lomla aralamış, pəncərəni əliylə itələyib oraya daxil olmuşdur. O, Zərərçəkmiş şəxs3 işlətdiyi çay evindən bir neçə blok siqaret, 01 ədəd mobil telefon və 50 manat nağd pul götürərək oradan uzaqlaşmışdır. O, oğurladığı mobil telefonu “Neftçilər” metristansiyası yaxınlığında satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 04 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun üzərində yeni yaşayış massivində nömrəsiz ünvanda yerləşən avtomobil təmiri sexində müştəri qismində olarkən sexdə usta işləyən Zərərçəkmiş şəxs5 diqqətinin avtomobil təmirinə yayınmasından istifadə edərək ona məxsus təmir sexindəki kreslonun üzərində saxladığı bir ədəd “Xiaomi” markalı mobil telefonu götürərək söndürüb cibinə qoymuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını görərək “Xiaomi” markalı mobil telefonu gölə tullamışdır. 03 fevral 2023-cü il tarixdə, saat 17:15 radələrində Təqsirləndirilən şəxs3 və adının “Okan” olduğu bildiyi şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən kafelərdən birində əyləşmiş, daha sonra o və Okan kafedən çıxmış, Təqsirləndirilən şəxs3 isə kafedə qalmışdır. Onlar kafenin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə qarşılaşaraq ondan siqaret istəmiş, Zərərçəkmiş şəxs6 etiraz etməyərək onlara siqaret vermişdir. Lakin, Zərərçəkmiş şəxs6 ilə aralarında anlaşılmazlıq baş vermiş və nəticədə aralarında mübahisə yaranmışdır. İlk öncə Zərərçəkmiş şəxs6 ona zərbə atmış, o, özünü müdafiə etmək məqsədi ilə sağ yumruğu ilə Zərərçəkmiş şəxs6 sağ göz nahiyəsindən zərbə endirmişdir. Okan onları sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs6 hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs3 həmin kafedə olmuş, mübahisənin şahidi olmamışdır. 22 mart 2023-cü il tarixdə, saat 00:05 radələrində ünvan 13-ün qarşısında saxlanılmış “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan avtomobili idarə etmək istəmiş, o, avtomobilə yaxınlaşaraq qapılarını yoxlamış, “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşmiş, mühərriki işə salmağa çalışmasına baxmayaraq buna nail ola bilməmişdir. O, “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili bir qədər itələmiş, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhəllədə pivə içdiklərini görərək avtomobilinin tanışına məxsus olduğunu bildirib, onlardan avtomobili itələmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili bir qədər itələmiş avtomobilin mühərrikini işə salmasını baxmayaraq mühərrik yenidən sönmüş, avtomobilin sahibi evdən çıxdığı üçün onlar qaçaraq hadisə yerindən uzaqlaşmışdır. 22 mart 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə olduğu zaman ünvan 9 ünvanının qarşısında saxlanılmış “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobili itələmələrini xahiş etmiş, sonuncular etiraz etməyərək avtomobili itələmiş, avtomobilin mühərrikini işə salıb hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da, avtomobilə əyləşmişdir. O, “VAZ 2106 ” markalı, **-ZY- *** dövlət qeydiyyat nişanlı avtomobili bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində idarə etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları ünvanın yaxınlığında düşürmüş, özü isə “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığına getmiş, avtomobilin mühərriki anidən söndüyü üçün avtomobildən enərək oradan uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu, Sərsurə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Digər təqsirləndirilən şəxslər onun tanışlarıdır. Zərərçəkmiş şəxs4 Sabunçu rayonu, Zabrat qəsəbəsi sakini olaraq tanımış, həmçinin Zərərçəkmiş şəxs4 onun tanışı Təqsirləndirilən şəxs1 ilə eyni məhəllədə yaşamışdır. O, 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə kafedən çıxaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvana doğru hərəkət etmiş, yolda olarkən siqaret və çörək almaq məqsədi ilə marketə getməyi qərara almışlar. Onlar ünvan 8 ünvanında olduqları vaxt orada yaşayan Zərərçəkmiş şəxs4 qarşılamış, Zərərçəkmiş şəxs4 səs-küy salmalarını bəhanə edərək onlardan məhəlləni tərk etmələrini tələb etmişdir. O, səs-küy salmadıqlarını Zərərçəkmiş şəxs4 bildirmiş, həmçinin, dostu Təqsirləndirilən şəxs1 həmin məhəllədə yaşadığını əsas gətirərək dostuna hörmət əlaməti olaraq dostunun yaşadığı məhllədə artıq hərəkətə yol verəcək insan olmadığını bildirmiş, lakin, Zərərçəkmiş şəxs4 onun sözlərinə əhəmiyyət verməyərək təkidlə məhəlləni tərk etmələrini tələb etmişdir. O, məhəllədən çıxmayacaqlarını bildirdikdən sonra Zərərçəkmiş şəxs4 onu təhqir edərək ünvanına nalayiq ifadələr işlətmiş, bununla bağlı, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs4 bıçaq götürərək onun üzərinə gəlmiş, o, özünü müdafiə etmək məqsədi ilə yerdən daş parçası götürərək Zərərçəkmiş şəxs4 əlinə vurmaq istəmiş, lakin, özündən asılı olmayaraq zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə endirmiş, həyəcanlandığı üçün qaçaraq oradan uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşdığı üçün daha sonra hadisə yerində baş verənlərlə bağlı məlumatı yoxdur. 22 mart 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində olduqları zaman Təqsirləndirilən şəxs1 görmüş, sonuncu, “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanışına məxsus olduğunu bildirərək avtomobilin mühərrikini işə salmaq üçün avtomobili itələmələrini onlardan xahiş etmişdir. O, etiraz etməyərək “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili bir qədər itələmiş, Təqsirləndirilən şəxs1 avtomobilin mühərrikini işə salmasına baxmayaraq mühərrik yenidən sönmüş, avtomobilin sahibi evdən çıxdığı üçün onlar qaçaraq hadisə yerindən uzaqlaşmışdır. O, 22 mart 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə olduqları zaman Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanının qarşısında saxlanılmış “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşib, onlardan avtomobili itələmələrini xahiş etmiş, o, sərxoş olduğu üçün etiraz etməyərək avtomobili itələmiş, Təqsirləndirilən şəxs1 avtomobilin mühərrikini işə salıb hərəkətə gətirdikdən sonra o və Təqsirləndirilən şəxs3 avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs1 “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində idarə etdikdən sonra onu və Təqsirləndirilən şəxs3 yaşadıqları ünvanın yaxınlığında düşürmüşdür. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 44-də yaşayır. Digər təqsirləndirilən şəxslər onun tanışlarıdır. Zərərçəkmiş şəxs4 Sabunçu rayonu, Zabrat qəsəbəsi sakini olaraq tanımış, həmçinin, Zərərçəkmiş şəxs4 onun tanışı Təqsirləndirilən şəxs1 ilə eyni məhəllədə yaşamışdır. O, 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə kafedən çıxaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvana doğru hərəkət etmişdir. Onlar ünvan 8 ünvanında olduqları vaxt orada yaşayan Zərərçəkmiş şəxs4 qarşılamış, dəqiq xatırlamdığı səbəbdən, Zərərçəkmiş şəxs4 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs4 onları təhqir edərək bıçaq götürərək onun üzərinə gəlmiş, o, özünü müdafiə etmək məqsədi ilə suvenir olaraq alıb, özünü qorumaq məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs4 bədən nahiyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs1 kənarda dayanaraq mübahisəyə qatışmamış, lakin, Təqsirləndirilən şəxs2 yerdən daş götürərək Zərərçəkmiş şəxs4 baş nahiyəsinə zərbə endirmişdir. Hava qaranlıq olduğu üçün ətrafa kimlərin toplandığını tam görməmişdir. O, 03 fevral 2023-cü il tarixdə, saat 17:15 radələrində Təqsirləndirilən şəxs1 və “Okan” adlı şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən kafelərdən birində əyləşmiş, daha sonra Təqsirləndirilən şəxs1 və Okan kafedən çıxmış, o isə kafedə qalmışdır. Daha sonra səs-küy gəldiyini eşidərək kafedən çıxmış, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs6 arasında mübahisə baş verdiyini görmüş, onları sakitləşdirməyə çalışmışdır. O, mübahisənin baş verdiyi yerə sonradan getdiyi üçün mübahisənin baş vermə səbəbindən məlumatı olmamış, habelə həmin mübahisədə iştirak etməmişdir. 22 mart 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində olduqları zaman Təqsirləndirilən şəxs1 görmüş, sonuncu, “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanışına məxsus olduğunu bildirərək avtomobilin mühərrikini işə salmaq üçün avtomobili itələmələrini onlardan xahiş etmişdir. O, etiraz etməyərək “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili bir qədər itələmiş, daha sonra oradan uzaqlamışdır. O, avtomobili itələdikdən sonra oradan uzaqlaşdığı üçün avtomobilin sahibinin evdən çıxması barədə məlumatı olmamışdır. O, 22 mart 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olduqları zaman Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanının qarşısında saxlanılmış “VAZ 2106” markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edib sükan arxasına əyləşib, onlardan avtomobili itələmələrini xahiş etmiş, o, sərxoş olduğu üçün etiraz etməyərək avtomobili itələmiş, Təqsirləndirilən şəxs1 avtomoibilin mühərrikini işə salıb hərəkətə gətirdikdən sonra o və Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs1 “VAZ 2106 ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində idarə etdikdən sonra Təqsirləndirilən şəxs2 və onu yaşadıqları ünvanın yaxınlığında düşürmüşdür. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. “Mercedes Atiko” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində küçədə siqaret çəkdiyi zaman yaşadığı ünvandan təxminən 200- 300 metr aralıda bir neçə nəfərin olduğunu görərək, həmçinin, avtomobilini yaşadığı ünvandan aralıda saxladığı üçün oğurluq hadisəsinin baş verə biləcəyindən həmin şəxslərə yaxınlaşmışdır. O, həmin şəxslərə irad bildirərək müzakirəni səhər davam etdirmələrini deyib oradan uzaqlaşmalarını tələb etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, o, sərxoş olduğu üçün ilk olaraq digər şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs2 yerdən götürdüyü daş parçasıyla onun baş nahiyəsinə zərbə endirib oradan qaçaraq uzaqlaşmağa çalışmışdır. O, oradan uzaqlaşmaq istəyən Təqsirləndirilən şəxs2 arxasınca gedərək onunla əlbəyaxa olmuş, Təqsirləndirilən şəxs3 və tanışları onların arxasınca gəlmiş, o, Təqsirləndirilən şəxs3 vurmaq istədiyi zaman Təqsirləndirilən şəxs3 ona özünü müdafiə etmək məqsədi ilə əlində olan cib bıçağı ilə onun qol nahiyəsinə xəsarət yetirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı ifadəsini oxumadan imza etdiyi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət yaranmışdır. Hazırda təqsirləndirlən şəxslə barımış, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında yaşayır. “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 21 mart 2023 tarixdə, saat 22 radələrində avtomobilini ünvan 11 ünvanının qarşısında saxlayaraq evə getmiş, bir neçə dəqiqə sonra yaxınlıqda yaşayan “Faiq” adlı qonşusu onu çağıraraq avtomobilinin yaşadığı ünvandan bir qədər aralıda saxlamasının səbəbini soruşmuş, o, dərhal evdən çıxaraq ətrafa nəzər yetirmiş və özünə məxsus avtomobilinin yaşadığı ünvanda bir qədər aralıda sönülü vəziyyətdə saxlanıldığını müəyyən etmisdir. O, daha sonra, naməlum şəxslərin ona məxsus “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək qaçırdığını, lakin, avtomobilin mühərriki söndüyü üçün avtomoibli bir qədər aralıda saxlayaraq oradan uzaqlaşdıqlarını öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən nömrəsiz ünvanda saxlanc yeri hesab edilən adsız çay evi işlədir. O, 12 noyabr 2022-ci il tarixdə, saat 01:40 radələrində müştərilər getdikdən sonra işlətdiyi çay evinin qapısını bağlayaraq yaşadığı evə getmiş, 13 noyabr 2022-ci il tarixdə, saat 11:15 radələrində yenidən çay evinə gəldiyi zaman, çay evinin dəmir barmaqlığının əyildiyini, plastik pəncərənin açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. O, çay evinə daxil olaraq baxış keçirdiyi zaman “Xiomi poco pro 3” markalı mobil telefonun, siqaretlərin və 50 manat pulun oğurlanmasını aşkar etmiş, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq faktlı ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində olan özünə məxsus avtomobil təmiri sexində çilingər işləyir. 04 dekabr 2022 tarixdə saat 16 radələrində Şahid4 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexə gələrək avtomobilinin mühərrikin gözlərini təmir etməsini xahiş etmiş, o, təxminən 1 saat ərzində avtomobili təmir etmiş, xidmət haqqı olaraq sürücüdən 35 manat almışdır. Həmin gün, təxminən saat 17:20 radələrində Təqsirləndirilən şəxs1 və tanşının onun diqqətinin avtomobil təmirinə yayınmasından istifadə edərək ona məxsus təmir sexindəki kreslonun üzərində saxladığı, dəyəri 1050 manat olan bir ədəd “Xiaomi 11 Lite 5G” markalı mobil telefon cihazını üzərindəki ***-***-**-** nömrəli 10 manat dəyərində simkartla birlikdə gizli olaraq oğurladığını müəyyən etmişdir. O, ilk öncə özü həmin şəxsləri tapmağa çalışmış, lakin, buna nail ola bilmədiyi üçün polisə müraciət etmiş, sexə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntüləri polisə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. 03 fevral 2023 tarixdə, saat 17 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivinə kimya fənnindən olan hazırlıq dərslərinə getmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Halal” marketin qarşısında olduğu zaman Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və əvvəllər tanımadığı üçüncü şəxs heç bir əsaslı səbəb olmadan onun qarşısını kəsib, onu kənara dəvət edərək əsassız olaraq bir daha bu ünvandan keçməməsini tələb edərək anidən ona hücüm etmiş onun sağ göz nahiyəsindən, üst dodağından sağ yumruq ilə zərbə endirmiş, aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Hər üçü onu küçə söyüşləri ilə söyüb məhəllədən keçməməsini bildirmiş və oradan çıxıb getmişlər. O, dərhal mobil telefonu vasitəsi ilə atasına zəng edərək hadisə barədə məlumat vermiş, sonra polis bölməsinə gedib ərizə yazmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 onun qonşusudur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir neçə müddətdir tanıyır. Təqsirləndirilən şəxs1 bir neçə dəfə onun atasının işlədiyi kafeyə gələrək özbaşnalıq edib yeyinti məhsullarını götürmüşdür. 04 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 yenidən onlara məxsus kafeyə gələrək icazəsiz yeyinti məhsulları götürmüş, o və atası Təqsirləndirilən şəxs1 öz iradını bildirərək hərəkətlərini sonlandırmasını xahiş etmişdir. Həmin gün, gecə saat 03 radələrində Təqsirləndirilən şəxs3 onların qapısını döyərək küçəyə çağırmışdır. O, kənara çəkilərək Təqsirləndirilən şəxs2 ilə söhbət etmiş, həmin vaxt, küçədə səs-küy yarandığından qonşuluqda yaşayan Zərərçəkmiş şəxs4 orada olan X4 və digər tanışlarına yaxınlaşaraq uca səslə danışmamalarını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs2 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs4 qəsdən baş nahiyəsinə zərbə endirmiş, Təqsirləndirilən şəxs3 və X4 bıçaqla Zərərçəkmiş şəxs4 xəsarət yetirmişdir. O və atası mübahisə edən şəxsləri sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışdır. 04 dekabr 2022-ci il tarixdə özünə məxsus “Lada” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən qayıtdığı zaman yolda Təqsirləndirilən şəxs1 görmüş, hava yağışlı olduğu üçün Təqsirləndirilən şəxs1 onu evə aparmasını xahiş etmişdir. O, etiraz etməyərək Təqsirləndirilən şəxs1 avtomobilə əyləşməsini bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində avtomobili xarab olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun üzərində yeni yaşayış massivində yerləşən avtomobil təmiri sexinə getmiş, ustadan avtomobilinin mühərrikini təmir etməsini xahiş etmişdir. Avtomobilin mühərrikinin təmir işləri təxminən 1 saat davam etmiş, həmin vaxt o, küçədə gəzişmiş, lakin, Təqsirləndirilən şəxs1 sexin içərisində olmuşdur. Avtomobili təmir edildikdən sonra ustanın xidmət haqqını ödəyərək Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 oğurluq əməli törətməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1 bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 3-cü mikrarayon dairəsində 18 ildir ki, telefon mağazası işlədir , mobil telefon və onun aksesuarlarını alıb satır. 13 noyabr 2022 tarixdə səhər 10 radələrində 3 nəfər gənc oğlan mağazaya gəlmiş, onlardan biri sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 telefon satmasını bildirmiş ona **********33073, **********33081 imei kodlu Poco M3 Pro markalı telefonu göstərmiş o da telefonun sazlığını yoxlayıb 170 manat pula ala biləcəyini dedikdə o, razılaşmış və sənədi olmadığından yanındakı şəxs şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Sonra onlar çıxıb getmiş, o, telefonu təxmini 300 manata satmaq istəmiş və vitrinə qoymuşdur. 17 noyabr 2022 tarixdə 15-ci polis bölməsinin əməkdaşları oraya gəlmiş, hadisə barədə ona demiş və o, könüllü olaraq telefonu onlara təqdim etmişdir. Telefonun cinayət yoluyla ələ keçməsini bilməmiş, Təqsirləndirilən şəxs1 heç zaman tanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. 13 noyabr 2022 tarixdə səhər 08-30 radələrində evdə olarkən Təqsirləndirilən şəxs1 onu evdən gəlib səsləmiş və POCO M 3 markalı nənəsinə məxsus telefonu satmaq istəməsini bildirmişdi. Şəxsiyyətini təsdiq edən sənədinin olmadığına görə ondan xahiş etmişdi ki, telefonu aparıb satsınlar. O da etiraz etməmiş, 3-cü mikrorayon ərazisinə getmiş, **********33073, **********33081 imei kodlu “Poco M3 Pro” markalı telefonu Vasif adlı şəxsə satmış, 170 manat pulu Vasif Musaya vermişdi. Sonrakı aylarda o, bilmişdir ki, Musa telefonu oğurlayıbdır, onunla əlbir deyil, cinayətdən xəbəri yoxdur. Həmin puldan Musa ona heç nə verməmiş, nənəsinə verəcəyini demişdir. Cinayət işinin 1-ci cildinin 9-10-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 06 fevral 2023-cü il tarixli, 244 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması, üst dodağın qançırı və əzilmiş səthi yarası, sol təpəənsə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, üst dodağın qançırı və əzilmiş səthi yarası, sol təpə-ənsə nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan 27 aprel 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 aprel 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 156-162-ci vərəqəsində olan 28 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 22 mart 2023-cü il tarixdə, saat 00:05 radələrində ünvan 13 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus tünd göy rəngli “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması faktı ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 182-184-cü vərəqəsində olan 28 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 185-ci vərəqələrində olan 28 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 234-235-ci vərəqələrində olan 29 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 13 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən nömrəsiz ünvanda saxlanc yeri hesab edilən adsız çay evində baş vermiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 43-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 07 oktyabr 2022-ci il tarixli, 2348 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol təpə nahiyəsinin əzilmiş yarası, dərilatı hematoması və sıyrığı, sağ said, sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 90-cı vərəqəsində olan 04 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 mart 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 130-131-ci vərəqələrində olan 06 mart 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 52-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 28 aprel 2023cü il tarixli, 1158 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs1 xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 3-cü cildinin 139-cu vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 23 oktyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 182-185-ci vərəqəsində olan 25 oktyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs3 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 185-ci vərəqələrində olan 25 oktyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 209-224-cü vərəqələrində olan 15 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 22 mart 2023-cü il tarixdə, saat 00:05 radələrində ünvan 13-ün qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus tünd göy rəngli “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 59-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-1056/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 14 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 15 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-1167/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 15 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 49-4/2-2302 nömrəli, 23 fevral 2024-cü il tarixli nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 128/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 148/2024 nömrəli, 27 may 2024-cü il il tarixli qərarından görünür ki, X4 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilsə də, həmin qərarla təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-1954/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-148/2024 saylı, 27 may 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-148/2024 saylı, 27 may 2024-cü il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərəçəkmiş şəxslərin, şahid ifadələri ilə, digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobili talama məqsədi olmadan təkrarən qaçırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaq orqanının gəldiyi nəticəyə görə digər təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan (əşyalardan) istifadə edilməklə Zərərçəkmiş şəxs4 üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan, qərəzli hərəkətlər edərək xuliqanlıq törətmələri və bununla bağlı onlara Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan Zərərçəkmiş şəxs4 münasibətdə qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxslərin ifadələri təqsirləndirilən şəxslərin əməlinin məhz xuliqanlıq CM-ni kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxslərin özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxslər ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxslərin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyəti ilə baş verməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs4 arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü, yəni təqsirləndirlən şəxsi təhqir etməsi ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamış, lakin, ibtidai istintaq orqanı bu xüsusatlara diqqət yetirmədiyi üçün təqsirləndirilən şəxsin əməlində xuliqanlıq motivinin olmamasını və ictimai qaydaya qəsd edilmədiyini nəzərindən qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, ibtidai istintaq orqanı tərəfindən əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilmişdir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Təqsirləndirilən şəxslərə elan olunan ittihamdan görünür ki, istintaq orqanı onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən (zərərçəkmiş Zərərçəkmiş şəxs4 münasibətdə) maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, təqsirləndirilən şəxslərin əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni, onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxslərin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs4 arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onların qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Mübahisə zamanı məhz zərərçəkmiş şəxs ilkin olaraq təhqir edərək əlbəyaxaya keçmiş, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cavabında istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) və daş ilə hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxsə yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxslərin qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onların əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Qeyd olunanlar həmçinin iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-148/2024 nömrəli, 27 may 2024-cü il il tarixli hökmü və olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-1954/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində sağlamlığa zərər vurma, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxslərin silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxslərin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, məhkum edilmiş təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən (Zərərçəkmiş şəxs4 münasibətdə) sonuncuların əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, məhkum edilmiş şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxslərin qəsdi Zərərçəkmiş şəxs4 münasibətdə Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə onlar tərəfindən silah qismində əşyadan istifadə edilməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs4 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması təqsirlədirilən şəxslərin verdiyi etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərəçəkmiş şəxslərin, şahid ifadələri ilə, digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobili talama məqsədi olmadan təkrarən qaçırma və qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrinin sanksiyası həddində cəzalandırılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan həmin hissə üzrə cinayət təqibinə xitam verilməlidir. Bundan başqa məhkəmə baxışı zamanı digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobili talama məqsədi olmadan təkrarən qaçırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq və qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2-ci və 221.2.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan həmin hissə üzrə cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs3 özünü qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs6 qarşı törədilmiş xuliqanlıq cinayətində və eləcə də həm onun, həm də Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən avtomobili talama məqsədi olmadan təkrarən qaçırma əməlində təqsirli bilməməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxs, şahid ifadələri və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Zərərçəkmiş şəxs4 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurulması epizodunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad olunmaqla barələrində olan cinayət təqibinə xitam verilməsi qənaitinə gəlir. Belə ki, Cinayət Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması imperativ göstəriş olduğundan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlanan ərizəsi mövcuddur ki, həmin ərizədə və məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər ilə barışdığını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Göründüyü kimi, cinayət qanunvericiliyinin adıçəkilən normasının qeyd hissəsində göstərilənlər imperativ xarakter daşıyır. Yəni istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı yuxarıda göstərilən hallar yaranarsa, cinayət prosesini həyata keçirən orqan cinayət təqibinə xitam verməli və şəxsi cinayət məsuliyyətindən azad etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətmələri, zərərçəkmiş şəxslərlə barışmaları və vurulmuş ziyanı ödəməklə onlara qarşı şikayət və tələbin olmamasını, cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdikləri əməllərin xarakterini, iş üzrə yüngülləşdirən halları və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onların azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 27 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək, saatlar nəzərə alınmaqla iki gün şübhəli şəxs qismində tutulduğu, 23 fevral 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixədək həbsdə, 21 iyun 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək ev dustaqlığında, Təqsirləndirilən şəxs2 04 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 15 fevral 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixədək həbsdə, 21 iyun 2024cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək ev dustaqlığında, Təqsirləndirilən şəxs3 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 14 fevral 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixədək həbsdə, 21 iyun 2024cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək ev dustaqlığında olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 18 (on səkkiz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs2 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 26 (iyirmi altı) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs3 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 27 (iyirmi yeddi) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla onların cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 10 (on) ay 18 (on səkkiz) günün 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.3-cü maddələrindən eyni Məcəllənin 128, 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs3 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 10 (on) ay 27 (iyirmi yeddi) günün 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabət tutulmaqla onun cəzasından 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2 və 221.3-cü maddələrindən eyni Məcəllənin 128, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 10 (on) ay 26 (iyirmi altı) günün 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-5/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-5/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver