Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-50/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkil X24, Zərərçəkmiş şəxs X3 iştirakı ilə 05 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, P.Montin küç., ev 17-də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-X5 Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X14 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1.067 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarında 1.055 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, özündə saxlamaqla daşımış, 10 iyun 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsbəsi, Ləhiş bağlarında Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən idarə etdiyi «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq 42-ci Polis Bölməsinə dəvət olunmuş, «Opel Astra» markalı avtomobilə baxış keçirilən zaman sağ qabaq oturucağın üzərində bir ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1.067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, avtomobilin salonunun sağ qabaq tərəfində olan saxlanc yerində isə 01 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarında 1.055 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa X14 özgənin əmlakını gizli talama məqsədi ilə 03 iyun 2021-ci il tarixdə, saat 04:55 radələrində X7 məxsus Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən nömrəsiz evin daş hasara alınmış həyətyanı sahəyə qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən həyətdə olan hər biri 3.5 metr uzunluğunda bir metri 7 manat olan 318.5 manat dəyərində olan 13 ədəd ümumilikdə 45.5 mert uzunluğunda metal turbanı, 500 manat dəyərində bir ədəd metal qapı və bir ədəd metal qapının çərçivəsini, bir metri 1 manat olan ümumilikdə 50 manat dəyərində 50 metr elektrik naqilini, X12ma məxsus 600 manat dəyərində «Hoffmann» markalı bir ədəd soyuducunu gizli yolla talayıb, zərərçəkmiş şəxs M.R.Zülfüqarlıya ümumilikdə 868.5 manat məbləğində, zərərçəkmiş şəxs M.S.Hümmətovaya 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin axırlarından isə psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul edir. Narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 09 iyun 2021-ci il tarixdə günorta vaxtı Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşadığını bilmədiyi şəxsdən 21 manata bir büküm narkotik vasitə heroini və 5 manata bir büküm narkotik vasitə qurudulmuş marixuananı 26 manat pul müqabilində almışdır. Həmin narkotik vasitələri idarə etdiyi «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq tərəfindən yerləşən saxlanc yerinə qoymuşdur. 10 iyun 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Ləhiş bağlarında olan dədəbaba bağında usta işləyən onun kimi narkotik vasitə istifadəçisi olan İmran qəbul etmək üçün ondan narkotik vasitə heroin istəmişdir. Həmin günü o, İmrana aldığı narkotik vasitə heroin bükümündən bir hissəsini qəbul etmək üçün ona vermişdir. İmran verdiyi narkotik vasitə heroinə görə ondan heç bir təmanna güdməmişdir. Həmin vaxtı İmraınn ağrıları var idi. Həmin günü saat 20:00 radələrində o, İmranla narkotik vasitə heroin qəbul etmək üçün «Opel Astra» markalı avtomobilə əyləşmiş və narkotik vasitə heroini qəbul etmək istəyirdilər. O, avtomobilin sol qabaq oturacağında, İmran isə sağ qabaq oturacağında əyləşmişlər. Həmin vaxtı onda iki ədəd şpiris, bir büküm limon duzu və bir büküm narkotik vasitə heroin var idi. Bu zaman mülki geyimdə olan şəxslər ara yaxınlaşmış, o, iki ədəd şpirisi, bir büküm limon duzunu və bir büküm narkotik vasitə heroini avtomobilin sağ qabaq oturacağına atmışdır. Mülki geyimdə olan şəxslər özlərini Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis əməkdaşları olduqlarını bildirib şəxsiyyətlərini təsdiq edən sənəd istəyən zaman polis əməkdaşları onlarda narkotik vasitə olduğunu şübhələnib 42-ci Polis Bölməsinə dəvət etmişlər. Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində olarkən polis əməkdaşları onun idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməyi təklif etdikdə artıq özündə olan narkotik vasitəni polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb avtomobildə saxladığı ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə olan qurudulmuş marixuananı təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitələrdir və həmin narkotik itələri özü qəbul etmək məqsədi ilə avtomobildə saxlamışdır. Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Əli onun uzaq qohumudur. X37 normal münasibəti vardır. Əli arvadından boşanmış və Əlinin keçmiş arvadı yaşadığı Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 5 sot torpaq sahəsini satırdı. Əli Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində anası ilə birlikdə yaşayırdı. 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Əlinin keçmiş arvadı 5 sot torpaq sahəsində olan satmışdır. Əli ona demişdir ki, arvadına məxsus əşyaların bir hissəsi satdığı evdə qalmış, avtomobillə gedib və əşyaları götürüb arvadının təzə aldığı Bakı şəh., Maştağa qəbəsində olan evinə aparmağı bildirmişdir. O, da Əliyə razılıq vermiş və Bakı şəh., Bilgəh qəsəbəsində satdıqları evə gedib əşyaları götürüb avtomobilə qoyub Bakı şəh., Maştağa qəsəbəsində təzə alınan evə aparmışdır. O, Bakı şəh., Bilgəh qəsəbəsində olan zaman satılmış həyətində çoxlu turba görmüş və qərara gəlmişdir ki, həmin torbaları oğurlayıb satar. 03 iyun 2021-ci il tarixdə, saat 04:00 radələrində o, tək yaşadığı evdən çıxmış və idarə etdiyi «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobillə Əlinin keçmiş arvadının satdığı Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində olan evin həyətinə gəlmişgörmüşdür ki, həyətin darvazası yoxdur. O, idarə etdiyi avtomobillə həyətə girmiş və həyətdə an bir ədəd qapını və bir ədəd çərçivəni, 3,5-4 metr uzunluğunda olan 13 ədəd metal borunu və ədəd soyuducunu götürüb tək avtomobilə qoymuşdur. Bundan sonra o, idarə etdiyi avtomobillə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində səyyar metal qəbulu edən şəxsə metal boruları, qapını, çərçivəni və mühərrik hissəsi işləməyən soyuducunu metal qəbul edən xsə 105 manata satmışdır. O, bu barədə heç kimə bir söz deməmiş və həmin pulu öz ehtiyacına xərcləmişdir. 3-4 gündən sonra Əli ona demişdir ki, avtomobillə gəl, keçmiş arvadının satdığı həyətə gedək orada şüşə banka və stolu götürək. O, razılıq vermiş və idar etdiyi avtomobillə Bakı şəh., Bilgəh qəsəbəsinə gəlmişlər. Əli ilə görüşmüş və idarə etdiyi avtomobillə Əlinin keçmiş arvadının satdığı həyətə gəlmişlər. Əli həyəti alan şəxsin qapısını döymüş və gəlişinin məqsədini demişdir. Həmin şəxs onlarla birlikdə həyətə girmişlər. Əli şüşə bankaları və bir ədəd stolu götürüb ona məxsus avtomobilə qoymuşdur. Həyəti alan şəxs Əliyə həyətdən oğurluq olduğunu demişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç., 8 saylı inzibati binada qeydiyyatda olsa da, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar küçəsi, ev 47də oğlu M.Ə.Məmmədov ilə birlikdə yaşayır. Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz yaşayış sahəsində yaşayan Həsən onun uzaq qohumudur. Onun Həsənlə normal münasibəti vardır. Oğlu Mirzə ona demişdir ki, satılan evin əşyalarının bir hissəsini təzə evə aparıbdır, qalan hissəsi isə satılan evdədir, bir avtomobil tapıb, yüngül əşyaları aparaq. O, bu barədə Həsənə demiş, Həsən ona razılıq vermişdir. Bundan sonra o, Həsənin idarə etdiyi «Opel Astra» markalı avtomobillə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində keçmiş arvadı tərəfindən satılmış evə gedib əşyaları götürüb avtomobilə qoyub Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində təzə alınan evə aparmışdır. 4-5 iyun 2021-ci ildə oğlu Mirzə ona demişdir ki, satılan evdə şüşə banka və bir ədəd stol qalıb, həmin əşyaları təzə evə gətirmək lazımdır. O, bu barədə Həsənə demiş, Həsən razılıq verəndən sonra birlikdə Bilgəh qəsəbəsinə gəlmişlər. O, həyəti alan şəxsin qapısını döymüş və gəlişinin məqsədini demişdir. Həmin şəxs onlarla aldığı həyətə gəlmiş və o, şüşə bankaları və bir ədəd stolu götürüb Həsənə məxsus «Opel Astra» markalı avtomobilə qoymuşdur. Həyəti alan şəxs ona demişdir ki, həyətdən oğurluq olubdur. O və Həsənə həmin şəxsə demişlər ki, onların oğurluq olmasından xəbəri yoxdur. Bundan sonra oğlu Mirzə ona demişdir ki, satılan evin həyətində bir ədəd soyuducu oğurlanıbdır. 2021-ci ilin iyul ayının əvvəlləri onu Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölmısinə çağırmışlar və orada izahat verdikdən sonra ona məlum olmuşdur ki, Həsən bir ədəd soyuducu, metal turba, bir ədəd qapı, qapı çərçivəsi, elektrik naqili oğurlamışdır. Hal-hazırda dəymiş ziyan ödənilmişdir. Onun şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində 4.5 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində bir mərtəbəli 4 otaqlı ev tikdirmişdir. 2021-ci ilin may ayının axırlarında Bakı şəh., Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində aldığı torpaq sahəsinin yanında olan 5 sot torpaq sahəsini qonşu satırdı. O həmin torpaq sahəsi ilə maraqlanıb almışdır. Həmin torpaq sahəsinin ortasında olan bir mərtəbəli 3 otaqlı ev var idi. Həmin torpaq sahəsi dörd bir tərəfdən daşa hasara alınmış və bir ədəd metal darvaza qoyulmuşdur. 02 iyun 2021-ci il tarixdə aldığı torpaq sahəsini satan şəxs 5 sot torpaq sahəsini və bir mərtəbə 3 otaqlı evi ona təhvil verib köçüb getmişdir. Həmin günü o aldığı 5 sot torpaq sahəsində olan bir mərtəbəli 3 otaqlı evi traktorla sökdürmüşdür. Sökülmüş evdən çıxan metal turba, metal qapı, laxta və sair tikinti materiallarını 5 sot torpaq sahəsində həyətə yığdırmışdır. Həmin vaxtı o, həyətin metal darvazasını sökdürmüş və həyətə qoydurmuşdur. Ev sökülən zaman evdə ev sahibinə məxsus bir ədəd «Hoffman» markalı soyuducu qalmış və ev sahibi ona demişdir ki. soyuducunu 900 manat kreditlə almış, istəyirsə 400 manata ona versin. O isə ev sahibinə lazım olduğunu demşidir. Ev sökülən zaman həmin soyuducunu həyətə qoydurmuş və sahibinə xəbər vermişdir. Soyuducunun sahibi onu demişdir ki, 2-3 günə gəlib götürəcək. O, özünə məxsus olan 4.5 sot torpaq sahəsi ilə aldığı 5 sot torpaq sahəsinin arasında olan daş hasarı sökdürməmişdür. O, fikiləşirmiş ki, 5 sot torpaq sahəsinə yeni darvaza qoydurandan sonra arada olan daş hasarı sökdürər. 05 iyun 2021-ci il tarixdə o, Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində olan 4.5 sot torpaq sahəsinə gəlmiş və görmüşdür ki, hər şey qaydasındadır. Bundan sonra aldığı 5 sot torpaq sahəsinə gəlib baxmış və görmüşdür ki, həyətə qoyduğu bir ədəd «Hoffman» markalı soyuducu yerində yoxdur. O, fikirləşmişdir ki, yəqin sahibi gəlib götürübdür. 06 iyun 2021-ci ildə keçmiş ev sahibi gəlmiş və ondan soyuducunu soruşmuşdur. O demişdir ki, elə bilirmiş ki, siz götürübsünüz. Keçmiş ev sahibi demişdir ki, vox soyuducunu onlar götürməyiblər. Həmin vaxtı o, başa düşmüşdür ki. soyuducu oğurlanmışdır. O, bu barədə heç kimə bir söz deməmiş və fikirləşmişdir ki, müəyyən edəndən sonra şikayət edər. Təxminən 1-2 gündən sonra keçmiş ev sahibinin əri Əli və taksi sürücüsü Həsən onun yaşadığı evə gəlmişlər və Əli demişdir ki, 5 sot torpaq sahəsində onlara aid şüşə banka və stol vardır, onu götürməyə gəliblər. O, Əliyə razılıq vermiş və onlarla birlikdə 5 sot torpaq sahəsinə getmişdir. Əli özlərinə məxsus şüşə bankanı və bir stolu götürmüş və gəldiyi taksiyə qoymuşdur. Həmin vaxtı o, Əliyə demişdir ki, 5 sot torpaq sahəsinə qoyduğu onlara məxsus bir ədəd soyuducu oğurlanıbdır. Əli ona demişdir ki, onun xəbəri yoxdur. O, həyətdə olan video kameranın video görüntüsünə ötəri baxsada oğurluq edilən anı görməmiş və bundan sonra o video görüntüyə baxmamışdır. Bir neçə gündən sonra o, həyətdə metal turbaların yerinə baxan zaman görmüşdür ki, metal turbalar azalıb və başa düşmüşdür ki, turbada oğurlanmışdır. Bundan sonra o. video görüntünün arxa tarixinə baxmağa başlamışdır. 30 iyun 2021-ci ildə o, 03 iyun 2021-ci il saat 04:55 radələrində video görüntüyə baxan zaman görmüşdür ki, Əli ilə gələn taksi sürücüsü Həsən idarə etdiyi «Opel Astra» markalı avtomobillə 5 sol torpaq sahəsinə gəlmiş və həyətdən hər biri 3.5 metr uğunluğunda bir metri 7 manat olan ümumilikdə 318.5 manat dəyərində olan 13 ədəd metal turbanı, 500 manat dəyərində bir ədəd metal qapı və bir ədəd metal qapının çərçivəni, bir metri 1 manat olan ümumilikdə 50 manat dəyərində 50 metr elektrik naqilini və keçmiş ev sahibinə məxsus 900 manat dəyərində «Hoffmann» markalı bir ədəd soyuducunu oğurlayıbdır. Həmin günü o, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cli Polis bölməsinə getmiş və bağ sahəsində oğurluq olması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı xüsusi rütbəsi daşıyır. 10 iyun 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında 42-ci Polis Bölməsinin polis nəfəri polis serjantı E.G.Ağayev və həmin bölmənin polis nəfəri polis serjantı N.F.Şahmarov ilə təhkim olunmuş ərazidə xidmət apararkən Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yolun qırağında dayanmış vəziyyətdə «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol və sağ qabaq oturacağında iki nəfər kişi cinsli şəxsin əyləşdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərlə söhbət edən zaman onların söhbətdən yayınıb uzaqlaşmağa çalışdıqlarını, həmin şəxslərin narkotik vasitənin əldə edib saxlanılmasında və daşınmasında şübhələndiklərinə görə həmin şəxslərin üzərində şəxsi axtarış aparılması, «Opel Astra» markalı avtomobilə baxış keçirilməsi üçün onları Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyib və onlarla birlikdə 42-ci Polis Bölməsinə gəlmiş və polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxslərdən biri H.B.Abdullayev, digəri isə İ.S.Əliyevdir. Xidməti otaqların birində 42ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən H.B.Abdullayevə «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəkdir. H.B.Abdullayev avtomobilə baxış keçirilməsi zaman vəkilin iştitakına ehtiyac olmadığını bildirmişdir. «Opel Astra» markalı avtomobilə baxış keçirilən zamanı avtomobilinin sağ qabaq oturacağının üzərindən iki ədəd şpris, bir ədəd limon duzuna bənzər maddə, bir ədəd siqaret kağızı bükümündə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və avtomobilin salonunun sağ qabaq hissəsində yerləşən saxlanc yerindən bir ədəd ağ kağız bükümdə yaşımtıl rəngli, qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. H.B.Abdullayevdən həmin bükümlərdə nə olduğu soruşulmuşdur. H.B.Abdullayev siqaret kağığında narkotik vasitə heroin, ağ kağızda narkotik vasitə qurudulmuş marixuana olduğunu, 09 iyun 2021-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən heroini 21 manata, qurudulmuş marixuananı isə 5 manata aldığını və avtomobildə saxlayaraq daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 və X2 Samir Səyyar oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, |Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində nömrəsiz fərdi yaşayış evdə yaşayırdı. 2010-cu ildə arvadı Mehriban ilə aralarında narazıçılıq yarandığı üçün anası Saraxanımın evinə köçüb orada yaşamağa başlamış və arada oğlu Mirzənin yanına gəlib gedirdi. 2013-cü ildə arvadı Mehriban ondan rəsmi ayrılmaq üçün Bakı şəh., Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin il onların nikahına xitam verilmişdir. Qızları həddi-buluğa çatdıqdan sonra ailə həyatı qurub gəlin köçmüilər. Oğlu Mirzə isə keçmiş arvadı Mehriban ilə birlikdə bir evdə qalmışdır. 2021-ci ilin may ayında oğlu Mirzə ona anasının Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini satıb, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsindən ev alıb orada yaşamaq istədiyini və qonşuluqda yaşayan Məhəmmədin onların evinin aldığını demişdir. Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz yaşayış sahəsində yaşayan Həsən isə onun uzaq qohumudur. Onun Həsən arasında normal münasibət vardır. Oğlu Mirzə ona satılan evin əşyalarının bir hissəsini təzə evə apardıqlarını, qalan hissəsi isə satılan evdə olduğunu, bir avtomobil tapıb, yüngül əşyaları aparmaqlarını demişdir. Bu barədə Həsənə demiş, Həsəndə ona razılıq vermişdir. Bundan sonra o, Həsəndən idarə etdiyi «Opel Astra» markalı avtomobillə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində keçmiş arvadı tərəfindən satılmış evə gedib əşyaları götürüb avtomobilə qoyub Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində təzə alınan evə aparmışdır. 4-5 iyun 2021-ci il tarixdə oğlu Mirzə ona satılan evdə şüşə banka və bir ədəd stol qaldığını, həmin əşyaları təzə evə gətirmək lazım olduğunu demişdir. O, bu barədə Həsən demiş, Həsən razılıq verəndən sonra birlikdə Bilgəh qəsəbəsinə gəlmişlər. O, həyəti alan şəxsin qapısını döymüş və gəlişinin məqsədini demişdir. Həmin şəxs onlarla aldığı həyətə gəlmiş və o, şüşə bankaları və bir ədəd stolu ötürüb Həsənə məxsus «Opel Astra» markalı avtomobilə qoymuşdur. Həyəti alan şəxs ona həyətdən oğurluq olduğunu demişdir. O və Həsən həmin şəxsə demişlər ki, onların oğurluq olmasından xəbəri yoxdur. Bundan sonra oğlu Mirzə ona satılan evin həyətində bir ədəd soyuducunun oğurlandığını demişdir. 2021-ci ilin iyul ayının əvvəllərində onu Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə çağırmışlar və orada izahat erdikdən sonra ona məlum olmuşdur ki, keçmiş arvadı satdığı evin həyətindən Həsən bir ədəd soyuducu, metal turba, bir ədəd qapı, qapı çərçivəsi, elektrik naqili oğurlamışdır. Həsən ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövürnəd şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Bakı şəh., Suraxanı rayonu, Hovsan qəsəbəsi, R.Abdullayev küç., ev 24-də qeydiyyatda olsa da, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz yeni yaşayış sahəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. 2009cu ildə Həsənlə ailə həyatı qurmuş və onların birgə nikahdan 2009-cu ildə qızı Gülnarə və 2011-ci ildə oğlu Həmid anadan olmuşdur. 2014-cü ildən ona məlum olmuşdur ki, əri Həsən narkotik vasitə qəbul edir. Əri Həsən fərdi qayda da işləyib çörək pulu qazanırdı. 2021-ci ilin aprel ayında əri Həsən «Opel Astra» markalı, «az ** RV ***» dövlət qeydiyyat nişanlı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Əri Həsən Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzdə müalicə alırdı. 02 iyul 2021-ci ildə Həsən Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulandan sonra məlum olmuşdur ki, əri Həsən Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bir bağ evinin həyətindən bir neçə turba, bir ədəd dəmir qapı, bir ədəd qapı çərçivəsi və bir ədəd soyuducunu oğurlamış və Bakı şəh., Bilgəh qəsəbəsində metal alan şəxsə 105 manata satmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/541- 6/2382 saylı, 11 iyun 2021-ci il tarixli məhkəmə narktok vasitələrin, psixotrop maddələrin və onların prekusorların, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №241» dairəvi möhür əksi olan, üzərində «H.B.Abdullayevin idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 2 ədəd kağız büküm....» yazı və imzalar zərfdə təmiz çəkisi 1.067 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 1.055 qram mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində «H.B.Abdullayevin idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 2 ədəd şprisin içərisində narkotik vasitə, psixotrop maddələrin izləri müəyyən edilmədi və təmiz çəkisi 10.0 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-1.067 qram, tədqiqata sərf edildi, 0.05 qram, qalıq 1.017 qram, ağ rəngli maddə 10.0 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq-9.95 qramdır, marixuananını təmiz çəkisi 1.055 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.005 qrammdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X35 Ambulator X4 2888 saylı, 16 avqust 2021-ci il tarixli rəyindən görünür ki, X14nda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 İdarəsi tərəfindən 08 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. Beləliklə, X5 Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs X9 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. X5 törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. X5 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 02 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 21). Cinayət işinin materiallarında olan 03 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X14 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 38). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)461/2021 saylı, 03 iyul 2021-ci il tarixli qərardan görünür ki, X14 barəsində 02 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 52). Cinayət işinin materiallarında olan 10 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 99). Cinayət işinin materiallarında olan 12 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X14 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 139). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Prokurorunun 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, X14 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 159). Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə X5 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. X5 cəza çəkmə müddətinin başlanğıcı «02» iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. X9 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. X5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, X14 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 10 iyun 2021-ci il tarixdən, 12 iyun 2021-ci il tarixə kimi X5 şübhəli şəxs kimi həbmsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.017 qram heroin, 1.005 qram marixuana, 9.95 qram maddə məhv edilməli, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 88 manat 70 qəpik ekspertiza xərci X14ndan tutulub AZ.MEM VÖİN **********, X10, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq təqsirləndirilən şəxs X5 üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X5 10 iyun 2021-ci il tarixdən, 12 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq X5 üzərində 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X14 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X5 cəza çəkmə müddətinin başlanğıcı «02» iyul 2021-ci il tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs X9 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.017 qram heroin, 1.005 qram marixuana, 9.95 qram maddə məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 88 manat, 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxs X14ndan tutulub AZ.MEM VÖİN **********, X10, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-50/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-50/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver