Məhkəmə qərarları › İş №1(008)-501/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-501/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-501/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndələri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1981-ci ildə Türkmənistan Respublikası Aşqabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən “OBA MARKET" MMC-yə məxsus “OBA 3” mağazasına müştəri qismində daxil olaraq satış rəfində olan hər birinin ayrıayrılıqda qiyməti 23 manat 50 qəpik olmaqla, ümumilikdə qiyməti 117 manat 50 qəpik təşkil edən beş ədəd "Westgold” markalı kərə yağlarını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 117 manat 50 qəpik maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o təkrarən xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “OBA 4” mağazasına müştəri qismində daxil olaraq satış rəfində olan hər birinin ayrı-ayrılıqda qiyməti 23 manat 50 qəpik olmaqla, ümumilikdə qiyməti 94 manat təşkil edən dörd ədəd “Westgold” markalı və qiyməti 23 manat 19 qəpik təşkil edən bir ədəd “Best Cow” markalı kərə yağlarını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 118 manat 50 qəpik maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, o istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq təmiz çəkisi 415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi işə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə saat 19:22-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan gödəkçəsinin içərisindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmamışdır. O, ümumiyyətlə 2 gündən sonra narkotik ilə rəsmiləşdirilmişdir. Onu axtarışla saxlamışlar, xırda talama ilə bağlı işinin olduğunu bildirmişlər. 12-ci Bölmənin yanından bazar tərəfə gedən zaman onun yanında maşın saxlamış və onun adının Aqil olub olmadığını soruşmuş, daha sonra onlarla getməyini demişlər. Bölmədə Rəşadgil, Əligil tanıyırlar onu, 1-2 dəfə saxlamışlar. Ona 227-ci maddə ilə inzibati işinin olduğunu bildirmişlər. Onlara narkotik vasitə ilə adam saxlamaq lazım olduğunu 234.1-ci maddə lazım olduğunu bildirmişlər və inzibati işini onun qarşılığında bağlayacaqlarını bildirmişlər.Onlar 234.1-ci maddə ilə işinin çöldən çölə gedəcəyini və sonunda qandal ilə qurtaracağını bildirmişlər. Onu ayın 8-i tutmuşlar, lakin ayın 10-unda rəsmiləşdirmişlər. Üzərində telefon olmuş, nöməsi ***-***-**-** olmuşdur. Onu axşam tərəfi hava qaralmış vaxtı aparmışlar bölməyə. Bölməyə şəxsi maşın ilə Əli adlı polis 12-ci Bölməyə aparmışdır. Onun orada üzərinə baxış keçirmişlər və üzərində heçnə olmamışdır. Sonra onu müvəqqəti saxlama yerinə salmışlar və bir gün orada qalmışdır. Sabahı gün oranın müavini Rəşad adlı şəxs demişdir ki, onun bir inzibati işi var onun xahişini ediblər və onu ləğv edəcəklər. Onlara 234.1-ci maddə ilə adam tutmaq lazım olduğunu və işinin çöldən çölə gedəcəyini bildirmişdir. Birinci dəfə onu çəkilişə başqa yerə aparmışlar, sonra möhürün yaddan çıxdığını görüb geri qayıtmışlar. Sonra başqa yerdə bölmənin yaxınlığında çəkilişə başlamışlar. O, etiraf etməmişdir, amma onlar ona demişlər ki, 234.1ci maddə ilə işi çöldən çölə gedəcək və inzibati işini bağlayacaqlar. Onlar çox pis-pis söyüşlə danışmışlar. Ona fiziki zorakılıq tətbiq olunub, amma xəsarəti olmamışdır. Xəsarət kürəyində olmuş, onuda gələndə göstərmiş demişlər şiş olub kürəyində. Bununda bağlı heç bir yerə müraciət etməmişdir. Onu aldadıb imza çəkdirmişlər. Oğurluq hadisələrində o orada ya 2 yada 1 dənə yağ götürmüşdür, bu görüntüdədə görsənir. Onların məbləği 100 manatı keçməyib yəni cinayət tərkibi yaratmır. Başqa heç vaxt yağ götürməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həbs qətimkan tədbiri seçilən zamanda o hakimə bu olanları bildirmişdir. Nəzərə alsaq ki, o, 5 dəfə məhkum olmuşdur, o, qoltuğuna nəşəni soxub Bakı şəhərində fırlanmaz. Marketlərə nə vaxt girdiyi yadında deyil amma onu bilir ki, bir marketə daxil olduqdan 2-3 ay sonra digərinə getmişdir. Ayın 8-i onu tutub 2 gün 12-ci Polis Bölməsində saxlamışlar, ayın 10-u gətirib onu Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil vermişlər, xahiş edir 12-ci Polis Bölməsində video görüntülər istənilsin. Onun 1 dənə telefonu olub onuda oğurlayıblar yoxdur. 12-ci Polis Bölməsinə girəndə telefonunu götürmüşdülər, sonradan telefon oldu oğurladılar. O, ayın 8-i saxlanılandan sonra 1 gün orda gözlədilmişdir. Daha sonra növbəti günün axşamı Rəşad müəllim onu qəbul etdi dedilər ki, “177 boş şeydi, 234.1-ci maddə ilə qeydiyyata alaq səni”. Kolanın içərisində ona qəribə bir şey verdilər, çəkilişə baxdıqda, o, orada özündə olmamışdır, ayaq üstə dura bilmir. Saxlanılarkən üzərində olan mobil nömrə ***-***-**-** olmuşdur. Yanında yoldaş olmuş, o, tutulanda telefonu vermişdir ona getmişdir, sadəcə həmin adam orada olub. Onda 2 dənə telefon olmuşdur. Saxlanılan zaman telefonu vermişdir başqasına götürüb aparsın. Telefonun birinin Whastappını işlətmiş, digəri nömrəli telefon olmuşdur. Nömrəli telefonu yanındakı şəxsə vermiş getmişdir, Whastappını işlətdiyi telefonu bölməyə girəndə qoymuşdur ora oda yoxa çıxmışdır. Ayın 8-ində bölmənin içərisində yox bölmənin qabağında olmuşdur həmin nömrə ilə. Ondan sonra telefonu yanındakı Nail adlı oğlana vermişdir. Naili şahid qismində gətirər. Ayın 8-indən 12-sinə qədər telefonun anten dairəsi orada olmayacaq. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunaraq cəza çəkmişdir. Sonuncu dəfə Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra məişət avadanlıqarının təmiri işi ilə məşğul olmağa başlamışdır. O təxminən 8 ildir ki, narkotik vasitə istifadə edir. Son vaxtlar iş zəif olduğu üçün onun maddi vəziyyəti yaxşı deyilmiş və buna görə də oğurluq edərək pul əldə etmək fikrinə düşmüşdür. Bu minvalla o, xx.xx.2025ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən “OBA 3” mağazasına müştəri qismində daxil olaraq onu heç kimin görmədiyinə əmin olduqdan sonra satış rəfində olan beş ədəd “Westgold” markalı yağları oğurlayaraq gödəkçəsinin və əlindəki çantanın içərisinə qoymuş və oradan çıxmışdır. Bundan sonra oğurladığı yağları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən bazarda tanımadığı şəxsə satıb ümumilikdə 50 manat pul əldə etmişdir. Əldə etdiyi 50 manat pulu şəxsi ehtiyaclarına xərcəlmişdir. Bundan başqa o yenidən xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən “OBA 4” mağazasına müştəri qismində daxil olaraq onu heç kimin görmədiyinə əmin olduqdan sonra satış rəfində olan dörd ədəd “Westgold” markalı, bir ədəd “Best Cow” markalı yağları oğurlayaraq gödəkçəsinin və əlindəki çantasının içərisinə qoymuşdur və oradan çıxmışdır. Bundan sonra oğurladığı yağları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən bazarda tanımadığı şəxsə satıb ümumilikdə 50 manat pul əldə etmişdir. Əldə etdiyi 50 manat pulu şəxsi ehtiyaclarına xərcəlmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisindən 01 (bir) bükümdə narkotik vasitə olan “marixuana” tapmış və onu əynindəki gödəkçəsinin içərisinə qoymuşdur. Narkotik vasitəni o özü üçün üzərində saxlamış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. 10 aprel 2025-ci il tarixdə saat 19:22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində piyada hərəkətdə olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları onun vəkillə təmin edilmək hüququnun olduğunu izah etmişlər, lakin o imtina etmişdir. Sonra üzərinə axtarış keçirilmişdir. Gödəkçəsinin içərisindən həmin 01 (bir) bükümdə narkotik vasitə olan “marixuana" aşkar edilərək götürülmüş və polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə Sabunçu RPİnin 12-ci PŞ-yə getmişlər. 12-ci PŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmiş. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində qurdulmuş marixuana olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində qurudulmuş marixuana olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Oğurluq etdiyi ünvanlar barədə hər hansı məlumatı yox imiş, təsadüfən həmin ünvanlardan oğurluq etmək niyyətinə gəlmişdir. Oğurluq etməyə hər hansı bir şəxs onu təhrik etməmişdir. O, bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin üzərindən aşkar edilmiş həmin narkotik vasitəni də kiməsə satmaq niyyəti olmamışdır, o həmin həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir(cild 2, i.v.117-119); Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Oba 4 mağazasını işlədir, işçi azlığından işçilərə kömək edir, hadisə vaxtı başı qarışıq olmuşdur, təqsirləndirilən şəxs arxa qapıdan daxil olaraq yağları götürərək mağazadan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, vitrini yoxlayanda 4 yağ əskik olmuş, dəyəri 112 manat etmişdir. Videoda iki ədəd yağ götürdüyü görünür, ola bilsinki başqa vaxt aparıb. O, həmin vaxtı saymış, görmüşdür ki, 5-i əskikdir. Təqsirləndirilən şəxs 5 ədəd yağı götürməsinin videosu yoxdur. Sədrlik edənin göstərişinə əsasən cinayət işində olan videogörüntü nümayiş etdirdikdən sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, yalnız bu görüntü olmuşdur, onuda istintaqa təqdim etmişdir, başqa görüntü yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi mağazaya gələn müştəri kimi tanıyır, mütəmadi gəlib getmişdir. Onların Oba marketin qrupuna yazmışlarki bəs mağazalardan oğurluq faktları olub diqqətli olsunlar. O da gedib baxmış yağlara, görmüşdür əksikdir, məsəlçün 5 ədəd olmalıdır 4 ədəddir. Həmin gün təqsirləndirilən şəxslə mağazada qarşılaşmışlar, əlində sumkasıda var idi, gedib kameradan baxmış, görmüşdür yağ götürən bu şəxsdir. Bir neçə gün sonra bu şəxsi mağazanın qabağında görüb saxlamış, demişdir ki, yağ götürmüsən, bıçaq çıxarmışdır ki, “özümü doğrayaram”, buna görə onu buraxmışlar, sonra polisə məlumat vermişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, vitrini yoxlayanda 4-5 yağ əskik olmuşdur. Videoda bir ədəd götürdüyü görünür və sumkasına qoyur. Həmin vaxtdan əvvəldə başqa gün yağ götürüb, mütəmadi bu şəxs gəldiyi üçün bilir ki, bu götürüb. Videoya baxdıqda 1 ədəd Vestqold yağı götürdüyünü gördük. Tək bu deyil, bir neçə nəfər mağazadan daim oğurluq edir. Olan videonu istintaq orqanına təqdim etmişdir, başqa görüntü yoxdur. Yağın 1 ədədinin qiyməti təxminən 24-25 manatdır. Ekspertizanın qiymətləndirilməsi ilə razıdır. Yağlar yalnız videoda olan vitrində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və maddələri şəxsi isitifadə məqsədi ilə əldə edib istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 10 aprel 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 daxil edilmişlər. Onların iştirakı ilə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 19:22-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra həmin şəxsə vəkillə təmin edilmək hüququ izah edilmiş və həmin şəxs bu hüququndan imtina etmiş, bundan sonra Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar və Təqsirləndirilən şəxs gödəkçəsinin içərisinidən 01 ədəd bükülü aşkar edilərək götürülmüş, ondan təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, həmin maddəni Bakı şəhəri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinə gətirilmişdir. Bundan sonra bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində götürülmüş zərflərə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfdəki bükümün ondan aşkar edilmiş büküm olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs bükümün ona məxsus olduğunu, bükülünün içərisindəki kütlənin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şəxs saxlanılarkən üzərində mobil telefon olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində şahidlər Şahid1 və Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş müstəntiq Xəyyam Bağırzadə verilmiş suallara cavab olaraq göstərmişdir ki, diskə baxış protokollarında hər iki epizod üzrə zərərçəkmiş şəxslər ifadələrində kərə yağları deyib onda görədə protokolda elə qeyd olunmuşdur. Zərərçəkmiş qeyd etmişdir ki, kameralarda nasazlıq var onlar nəyi əldə edə biliblərsə onu təqdim ediblər. Amma qeyd etmişlər ki, gündə bir neçə dəfə bunu etmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində əməlini etiraf etmişdir. Video görüntüdə kərə yağları göründüyü üçün elə yazılıb. Təqsirləndirilən şəxs ilə bağlı başqa materiallarda gətirilib onlara hal hazırda icraatdadır. Onun protokolda kərə yağları yazmasının səbəbi zərərçəkmiş şəxslərin dediyinə uyğun qeyd etmişdir. Təqsirləndirilən şəxsin nə vaxt tutulduğu yadında deyil. Ona nə vaxt tutulması ilə bağlı nəsə dediyini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaşın üstünün yoxlanılması haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yeri müəyyən edilərək xx.xx.2025-ci il tarixdə saat 19:22 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yol kənarında saxlanılaraq üstü yoxlanımış, üstünün yoxlanması zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən bir büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür(cild 1, i.v.11-12); Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:22 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.27); Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1981-ci ildə Türkmənistan Respublikası Aşqabad şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPl-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılmış və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli dəri gödəkçəsinin içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş tünd yaşıl rəngli spesifik iyə malik ot kütləsi aşkar olunaraq götürülmüşdür(cild 1, i.v.37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025- ci il tarixli 7/566 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - 01 (bir) ədəd qara rəngli sellofan bağalamada təmiz çəkisi 415 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır(cild 1, i.v.43-46); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında hadisə yerində olarkən məlum oldu ki, hadisə həmin ünvanda “Oba 3” mağazasında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1,i.v.67-69); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesi ünvanında hadisə yerində olarkən məlum oldu ki, hadisə həmin ünvanda “Oba 4” mağazasında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1,i.v.72-74); Videogörüntü barədə(dvd diskə əlavə) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Oba 3” mağazasında baş verən oğurluq hadisəsi anı ilə bağlı hadisə yerinin video görüntüsü əldə olunmuş, videogörüntü dvd diskə yazılaraq protokola əlavə olunmuşdur(cild 1, i.v.78); Videogörüntü barədə(dvd diskə əlavə) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayonu Şəhər şossesi yolu ünvanında yerləşən “Oba 4” mağazasında baş verən oğurluq hadisəsi anı ilə bağlı hadisə yerinin video görüntüsü əldə olunmuş, videogörüntü dvd diskə yazılaraq protokola əlavə olunmuşdur(cild 1, i.v.83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixli Beyləqan rayon məhkəməsinin hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixli Salyan rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 il 11 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Bərdə rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 67.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Xətai rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 09 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 180.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, xx.xx.2019-cu ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hpkm dəyişdirilmədən saxlanılmışdır. Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə 01 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir(cild 1, i.v.118-120, cild 2, i.v.29-32); Videogörüntüyə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə xx.xx.2025-ci il tarixdə baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd “DVD” diskdə 01 ədəd videoformatlı fayl görsənir. Videofayllara baxdıqda görsənir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən "OBA 3” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan kərə yağlarını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir(cild 1, i.v.159); Videogörüntüyə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş digər 01 ədəd DVD diskə xx.xx.2025-ci il tarixdə tərəfimdən baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd “DVD” diskdə 01 ədəd videoformatlı fayl görsənir. Videofayllara baxdıqda görsənir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən “OBA 4” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan kərə yağlarını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir(cild 1, i.v.160); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.18-23); Diskə baxış keçirilməsi haqqında 06 may 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir(cild 2, i.v. 52); Azərbaycan Respublikası ƏN-nin MEM-nin xx.xx.2025-ci il tarixli 9/1895 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, kərə yağlarının 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 117,50 manat, 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 117,19 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, “Westgold” markalı kərə yağı(1 kiloqramlıq) 01 ədədinin qiyməti 23.50 manat, “Best Cow” markalı kərə yağı(1 kiloqramlıq) 01 ədədinin qiyməti 23,19 manat müəyyən edilmişdir(cild 2, i.v.59-62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2025-ci il tarixli 2820 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır(cild 2, i.v.67-68); Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1550 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(cild 2, i.v.69- 72); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 415 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 414.8 qram qalığı saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 02 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi qərara alınmışdır(cild 2, i.v.90-102); Azərbaycan Respublikası ƏN-nin MEM-nin 28 iyul 2025-ci il tarixli 4/1111 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 2-ci cildinin 125-ci vərəqində olan Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs.” Qrafasındakı imza; 128-ci vərəqində olan Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 13 iyun 2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs.” Qrafasındakı imza –SADİQOV AQİL NURƏDDİNOVİÇ tərəfindən icra olunmuşdur(cild 2, i.v.173-176); Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq şöbəyə dəvət olunmuş, araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİnin istintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixə aid videomüşahidə kameralarının görüntüləri saxlama müddəti bitdiyindən təqdim etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı iş materiallarında olan “OBA 3” mağazasından götürülmüş videoyazıya baxış keçirilmiş, baxış keçiriilərkən müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən "OBA 3” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan bir ədəd kərə yağını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan “OBA 4” mağazasından götürülmüş videoyazıya baxış keçirilmiş, baxış keçiriilərkən müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən “OBA 4” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan iki ədəd kərə yağını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən “OBA MARKET" MMCyə məxsus “OBA 3” mağazasına müştəri qismində daxil olaraq satış rəfində olan hər birinin ayrı-ayrılıqda qiyməti 23 manat 50 qəpik olmaqla, ümumilikdə qiyməti 117 manat 50 qəpik təşkil edən beş ədəd "Westgold” markalı kərə yağlarını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 117 manat 50 qəpik maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o təkrarən xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “OBA 4” mağazasına müştəri qismində daxil olaraq satış rəfində olan hər birinin ayrı-ayrılıqda qiyməti 23 manat 50 qəpik olmaqla, ümumilikdə qiyməti 94 manat təşkil edən dörd ədəd “Westgold” markalı və qiyməti 23 manat 19 qəpik təşkil edən bir ədəd “Best Cow” markalı kərə yağlarını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 118 manat 50 qəpik maddi ziyan vurub təkrar oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübutu kimi təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrinə, videogörüntüyə baxış protokollarına, hadisə yerinə baxış protokollara istinad olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan sübutların ziddiyyətli olmaları və ittihamın əsasını təşkil etməyə kifayət etməmələri barədə aşağıda göstərilən halları vurğulamağı zəruri hesab edir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, “ Oğurluq hadisələrində o orada ya 2 ya da 1 dənə yağ götürmüşdür, bu görüntüdədə görsənir. Onların məbləği 100 manatı keçməyib yəni cinayət tərkibi yaratmır. Başqa heç vaxt yağ götürməmişdir”. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Oba 4 mağazasını işlədir, işçi azlığından işçilərə kömək edir, hadisə vaxtı başı qarışıq olmuşdur, təqsirləndirilən şəxs arxa qapıdan daxil olaraq yağları götürərək mağazadan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, vitrini yoxlayanda 4 yağ əskik olmuş, dəyəri 112 manat etmişdir. Videoda iki ədəd yağ götürdüyü görünür, ola bilsinki başqa vaxt aparıb. O, həmin vaxtı saymış, görmüşdür ki, 5-i əskikdir. Təqsirləndirilən şəxs 5 ədəd yağı götürməsinin videosu yoxdur. Sədrlik edənin göstərişinə əsasən cinayət işində olan videogörüntü nümayiş etdirdikdən sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, yalnız bu görüntü olmuşdur, onuda istintaqa təqdim etmişdir, başqa görüntü yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi mağazaya gələn müştəri kimi tanıyır, mütəmadi gəlib getmişdir. Onların Oba marketin qrupuna yazmışlarki bəs mağazalardan oğurluq faktları olub diqqətli olun. O da gedib baxmış yağlara, görmüşdür əksikdir, məsəlçün 5 ədəd olmalıdır 4 ədəddir. Həmin gün bu şəxslə mağazada qarşılaşmışlar, əlində sumkasıda var idi, gedib kameradan baxmış, görmüşdür yağ götürən bu şəxsdir. Bir neçə gün sonra bu şəxsi mağazanın qabağında görüb saxlamış, demişdir ki, yağ götürmüsən, bıçaq çıxarmışdır ki, “özümü doğrayaram”, buna görə onu buraxmışlar, sonra polisə məlumat vermişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, vitrini yoxlayanda 4-5 yağ əskik olmuşdur. Videoda bir ədəd götürdüyü görünür və sumkasına qoyur. Həmin vaxtdan əvvəldə başqa gün yağ götürüb, mütəmadi bu şəxs gəldiyi üçün bilir ki, bu götürüb. Videoya baxdıqda 1 ədəd Vestqold yağı götürdüyünü gördük. Tək bu şəxs deyil, bir neçə nəfər mağazadan daim oğurluq edir. Olan videonu istintaq orqanına təqdim etmişdir, başqa görüntü yoxdur. Yağın 1 ədədinin qiyməti təxminən 24-25 manatdır. Ekspertizanın qiymətləndirilməsi ilə razıdır. Yağlar yalnız videoda olan vitrində olmuşdur. Məhkəmə istintaqı zamanı iş materiallarında olan “OBA 3” mağazasından götürülmüş videoyazıya baxış keçirilmiş, baxış keçiriilərkən müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən "OBA 3” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan bir ədəd kərə yağını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan “OBA 4” mağazasından götürülmüş videoyazıya baxış keçirilmiş, baxış keçiriilərkən müəyyən edilmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosessi yolu ünvanında yerləşən “OBA 4” mağazasına müştəri qismində satış rəfinin qarşısında dayanaraq müşahidə aparır. Bir neçə saniyə sonra satış rəfinin qapısını açaraq oradan iki ədəd kərə yağını oğurlayır və sonra mağazanın içərisində hərəkət edir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı videogörüntülərə baxış keçirilərkən İ epizod üzrə Təqsirləndirilən şəxs “OBA 3” mağazasından bir ədəd kərə yağını götürdüyü müəyyən edilmişdir. Həmin epizod üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə videogörüntüyə baxdıqda o da, 1 ədəd Westgold markalı yağın Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü təsdiq etmiş, həmin videogörüntüdən başqa digər görüntünün olmadığını bildirmişdir. Yağın bir ədədinin qiymətinin təxminən 24-25 manat olduğunu göstərmişdir. Eyni zamanda təkcə Təqsirləndirilən şəxs deyil, digər bir neçə nəfərində daim mağazadan oğurluq etdiyini bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-nin xx.xx.2025-ci il tarixli 9/1895 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindəndə görünür ki, “Westgold” markalı kərə yağı(1 kiloqramlıq) 01 ədədinin qiyməti 23.50 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğ CM-nin 177.1-ci maddəsinin tərkibini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “OBA 3” mağazasından 05 ədəd kərə yağını götürməsi iş üzrə obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ittiham elan edilmiş İİ epizod üzrə hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs “OBA 4” mağazasından iki ədəd kərə yağını götürdüyü müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət tərkibinin olmaması müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş oğurluq cinayətinin İİ epizodu üzrə məhkəmə istintaqı zamanı yalnız iki ədəd kərə yağının götürdüyü müəyyən edildiyindən( 1 ədədinin qiyməti 23.50 manat olmaqla) vurulmuş ziyanın məbləği 500 manatdan artıq olmadığından, 04 ədəd kərə yağının götürülməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətini törətməsi sübuta yetirilməmiş, ona məhkəmə iclasında təkzib olunmuş sübutlara əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Həmçinin qeyd edilməlidir ki, istintaq orqanının sübut növü kimi istinad etdiyi hadisə yerinə baxış və diskə baxış keçirilməsi protokolları sözügedən əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq etmir, əksinə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin nümayəndələrinin məhkəmə iclasında verdiyi ifadələri ilə, eləcə də məhkəmə istintaqı zamanı baxış keçirilmiş videogörüntülərlə həmin protokollarda göstərilən məlumatlar inkar olunur. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokolların və təqsirəndirilən şəxsin etirafedici ifadəsinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heçnədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdiribetdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X1 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində “OBA 3” mağazasından 1 ədəd kərə yağı, “OBA4” mağazasından 2 ədəd kərə yağını götürdüyünü etiraf etmiş, həmin xüsusat məhkəmə istintaqı zamanı baxış keçirilmiş videogörüntülərlə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən götürülmüş kərə yağlarının dəyəri “OBA 3” mağazası üzrə 23.50 manat, “OBA 4” mağazası üzrə 47 manat təşkil etdiyindən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından təqsirləndirilən şəxsə istinad edilən həmin ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olması faktına hüquqi qiymət verilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər, eləcə də təqsirləndirilən şəxsin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Dəfələrlə məhkum olunmuş, hətta eyni səbəblərlə bəraət almış şəxsin ibtidai araşdırma zamanı fiziki təsirə məruz qalaraq həmin ifadələri məcburi qaydada verdikdən sonra bu barədə heç bir orqana yazılı qaydada müraciət etməməsini məhkəmə inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən belə, o, təqsirini etiraf etməsə belə, ona hər hansı fiziki zor tətbiq edildiyini göstərməmiş, hər hansı xəsarətinin olmasını bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bu xüsusatla bağlı məhkəmədə ziddiyyətli ifadələr vermiş, ilk öncə üzərində telefon olmadığını, daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Saxlanılarkən üzərində olan mobil nömrə ***-***-**-** olmuşdur. Yanında yoldaş olmuş, o, tutulanda telefonu vermişdir ona getmişdir, sadəcə həmin adam orada olub. Onda 2 dənə telefon olmuşdur. Saxlanılan zaman telefonu vermişdir başqasına götürüb aparsın. Telefonun birinin Whastappını işlətmiş, digəri nömrəli telefon olmuşdur. Nömrəli telefonu yanındakı şəxsə vermiş getmişdir, Whastappını işlətdiyi telefonu bölməyə girəndə qoymuşdur ora oda yoxa çıxmışdır. Ayın 8-ində bölmənin içərisində yox bölmənin qabağında olmuşdur həmin nömrə ilə. Ondan sonra telefonu yanındakı Nail adlı oğlana vermişdir. Naili şahid qismində gətirər. Ayın 8-indən 12-sinə qədər telefonun anten dairəsi orada olmayacaq.” Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində ilk öncə üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, daha sonra tutularkən həmin telefonu Nail adlı şəxsə verdiyini göstərmiş, daha sonra telefonu bölməyə girərkən orada qoyduğunu orada yoxa çıxdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsində göstərilən aprel ayının 8-dən tutulmasının təsdiq edilməsi üçün xüsusatların yoxlanması məqsədilə isifadəsində olmuş mobil telefonun antenn dairəsinin yoxlanılması üçün hansı telefon nömrəsinin üzərində olması soruşulduqda, cavab verməkdən yayınaraq “Ayın 8-indən 12-sinə qədər telefonun anten dairəsi orada olmayacaq” bildirmişdir. Daha sonra məhkəmə iclasında həmin halı təsdiq edən Nail adlı şəxsi şahid qismində iştirakını təmin edəcəyini göstərsə də, şahidin iştirakını təmin etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların yoxlanması məqsədilə istifadəsində olan mobil telefonun hadisə vaxtı antenn dairəsinin müəyyən edilməsi üçün əldə edilmiş diskə baxış keçirmiş, onun ifadəsində göstərdiyi kimi 4 gün müddətində polis bölməsində saxlanmasını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə bu xüsusatın araşdırılması üçün sorğu vermiş, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq şöbəyə dəvət olunmuş, araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin istintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixə aid videomüşahidə kameralarının görüntüləri saxlama müddəti bitdiyindən təqdim etmək mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs bu xüsusatla bağlı bir birinə uyğun gəlməyən ziddiyətli ifadələr vermişdir ki, məhkəmə bu xüsusatları məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Odur ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, DVD diskdə olan görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 415 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə olan məhkumluğu ödənilsə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən əməlində cinayətin residivi olması nəzərə alınmalı(CM-65.2), CM-nin 177.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar –Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 415 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 414.8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kimyəvi ekspertizasının dəyəri olan 78( yetmiş səkkiz) manat isə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar –Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 415 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 414.8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə kimyəvi ekspertizasının dəyəri olan 78( yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra inzibati xəta tərkibi olması faktına hüquqi qiymət verilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar