Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-503/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, 21 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-2 yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 11 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin evdə olmamalarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq, Təqsirləndirilən şəxs2 hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamış, o isə hasarın həmin hissəsindən dırmanaraq evin dəmir hasar və darvaza ilə qorunduğu üçün saxlanc yeri hesab olunan həyətinə düşməklə qanunsuz daxil olub həyətdəki su çəninə birləşdirilmiş 130 manat ümumi dəyərində 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosunu üzərindəki eyni markalı 01 ədəd su tənzimləyicisi ilə birlikdə su borularından ayırıb götürməklə hasarın Təqsirləndirilən şəxs2 dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin su nasosunu hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər ikisi birlikdə yol kənarınadək daşıyaraq oradan isə köməkli şəkildə əllərində onun yaşadığı evə aparmaqla birlikdə gizli olaraq talayıb oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 11 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixdək olan müddət ərzində, dəqiq tarixi istintaqa məlum olmayan gündə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində, yaşadığı ev ilə hasar qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus 8b nömrəli fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin yatmış olmalarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq, Təqsirləndirilən şəxs2 hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamış, o isə hasarın həmin hissəsindən dırmanaraq evin həyətinə düşməklə həyətdəki daş tikilidən olan saxlanc yerinə qanunsuz daxil olaraq oradan ev sahibinə məxsus 100 manat dəyərində 01 ədəd odun samovarını, 150 manat dəyərində bir ədəd “Bosch” markalı laqondanı, 250 manat dəyərində 01 ədəd “Bosch-GBH 2-26 DRE” markalı drel-perforatoru, 70 manat dəyərində 01 ədəd “Bosch-GBH 2-26 DRE” markalı drel-perforatoru, 100 manat dəyərində 01 ədəd “Meakida” markalı elektrik mişarını, 30 manat dəyərində 01 ədəd “Lepson” markalı iri həcmli perforatoru götürüb hasarın Təqsirləndirilən şəxs2 dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin əşyaları hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər ikisi birlikdə köməkli şəkildə özünün yaşadığı evin həyətinə daşıyaraq birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 11 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixdək olan müddət ərzində, dəqiq tarixi istintaqa məlum olmayan gündə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində, yaşadığı ev ilə hasar qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus 8b nömrəli fərdi evin həyətindəki saxlanc yerindən qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurladığı bir ədəd 40 manat dəyərində “Bosch-GBH 2-26 DRE” markalı perforatoru narkotik vasitələrin satışı ilə məşğul olan tanışı Fərman Babayevə pul əvəzinə verməklə sonuncudan xx.xx.2024-cü il tarixdə günorta saatlarında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə kustar üsulla hazırlanmış heroini xeyli miqdarda 0,804 qram təmiz çəkidə əldə edib üzərində saxlayaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivinədək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 yanvar 2024-cü il tarixdə saat 19:00- da həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi 24 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində 0,804 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin evdə olmamalarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq, o, hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamış, Təqsirləndirilən şəxs1 isə hasarın həmin hissəsindən dırmanaraq evin dəmir hasar və darvaza ilə qorunduğu üçün saxlanc yeri hesab olunan həyətinə düşməklə qanunsuz daxil olub həyətdəki su çəninə birləşdirilmiş 130 manat ümumi dəyərində 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosunu üzərindəki eyni markalı 01 ədəd su tənzimləyicisi ilə birlikdə su borularından ayırıb götürməklə hasarın onun dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin su nasosunu hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər ikisi birlikdə yol kənarınadək daşıyaraq oradan isə köməkli şəkildə əllərində Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmaqla birlikdə gizli olaraq talayıb oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 11 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixdək olan müddət ərzində, dəqiq tarixi istintaqa məlum olmayan gündə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində, Təqsirləndirilən şəxs1 yaşadığı ev ilə hasar qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus 8b nömrəli fərdi evin həyətyanı sahəsinin hasarına yaxınlaşaraq həyətə və həyətdə olan yaşayış binasına nəzər yetirməklə işıqların sönülü olmasını müəyyən edib ev sahiblərinin yatmış olmalarına əmin olduqdan sonra əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə və cinayətdəki rollarının bölgüsünə uyğun olaraq, o, hasarın bayır tərəfdən olan hissəsində pusquda dayanıb sığortalamış, Təqsirləndirilən şəxs1 isə hasarın həmin hissəsindən dırmanaraq evin həyətinə düşməklə həyətdəki daş tikilidən olan saxlanc yerinə qanunsuz daxil olaraq oradan ev sahibinə məxsus 100 manat dəyərində 01 ədəd odun samovarını, 150 manat dəyərində bir ədəd “Bosch” markalı laqondanı, 250 manat dəyərində 01 ədəd “Bosch-GBH 2- 26 DRE” markalı drel-perforatoru, 70 manat dəyərində 01 ədəd “Bosch-GBH 2-26 DRE” markalı drelperforatoru, 100 manat dəyərində 01 ədəd “Meakida” markalı elektrik mişarını, 30 manat dəyərində 01 ədəd “Lepson” markalı iri həcmli perforatoru götürüb hasarın onun dayandığı hissəsinədək daşımış, sonuncunun köməkliyi ilə həmin əşyaları hasarın üzərindən aşırmaqla həyətdən bayıra çıxarıb hər ikisi birlikdə köməkli şəkildə Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə daşıyaraq birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç bir oğurluq cinayətində iştirak etməmişdir. O, sadəcə Təqsirləndirilən şəxs2 ona öz əmlakı kimi təqdim etdiyi əşyaların satılmasında ona kömək etmiş, lakin həmin vaxt əmlakların oğurluq olmasını bilməmişdir. AR CM-nin 234.1-ci maddəsinə münasibətdə isə o, arada bir narkotik vasitələrdən istifadə etsə də, saxlanılan zaman üzərində heç bir qanunsuz predmet olmamışdır. Narkotik vasitəni onun üzərinə polis bölməsində qoymuşlar. O, fiziki təzyiqlərə məruz qaldığından və döyüldüyündən ilkin ifadələri imzalamaq məcburiyyətində qalmışdır. O, özünü nə AR CM-nin 177, nə də 234.1-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisi olmuşdur, hərdən bir imkanı olanda, rastına düşəndə onlardan özü üçün istifadə edirmiş, lakin sonuncu dəfə hazırki cinayət işi üzrə tutulduqdan sonra artıq narkotik vasitələdən istifadə etməyi tərgitmişdir. Narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə 2024-cü ilin yanvar ayında dostu və məhəllə uşağı olan Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları ərazidəki qonşu evlərdən oğurluqlar da törətmişdir. Belə ki, o, həmin məhəlləyə təxminən 6 ildir ki, ailəsi ilə birlikdə köçmüşdür, Təqsirləndirilən şəxs1 də məhz elə həmin vaxtdan tanıyır, aralarında münasibət yaranmışdır, dostluq edirmişlər. Son təxminən iki il idi ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmağa başlamışdır, son təxminən bir il idi ki, narkotik vasitələri Həmid ilə birlikdə istifadə edirmiş. Əvvəllər hərəsi ayrı-ayrı yerlərdə işlədikləri üçün əllərində narkoik vasitə almağa özlərinin pulu olurmuş, lakin 2024-cü ilin yanvar ayında hər ikisi işsiz olduqlarından artıq narkotik vasitə əldə etməyə pul tapa bilmirlərmiş, ona görə də narkotik almağa pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişlər. İlk olaraq xx.xx.2024-cü il tarixdə axşam saatlarında qonşuluqda yaşayan, uzaq qohumu, yəni birlikdə yaşadığı ögey anasının dayısı qızı olan Zərərçəkmiş şəxs1 həyətindən bir ədəd su nasosunu oğurlamışlar. Belə ki, Elminaz özü gündüz vaxtları işə gedirmiş, körpə uşağını isə baxmaq üçün onlara qoyurmuş, həmin gün də Elminaz səhər saatlarında işə gedərkən uşağını onlara qoymuşdur, ona görə də bilirmiş ki, evlərində həmin vaxt heç kim yoxdur. Həmin gün axşam saatlarında Həmid ilə birlikdə məhəllədə gəzişərək narkotik vasitə almağa pul axtararırmışlar, Elminazın həyətinin qarşısından keçərkən diqqətlərini onun həyətindən gələn nasos səsi cəlb etmişdir, onun həyətinin dəmir toxunma hasarından həyətinə boylandıqda görmüşlər ki, evin işıqları yanmır, evdə heç kimin olmamasına baxmayaraq, su nasosu öz-özünə qoşularaq hərdən bir işləyib dayanırmış, düşünmüşlər ki, həmin su nasosunu oğurlayaraq aparıb satmaqla narkotik vasitə almaq üçün pul əldə etsinlər. Belə də etmişlər, o, küçə tərəfdə pusquda dayanmış, Həmid isə hasardan Elminazın həyətinə tullanaraq su nasosunu oğurlayıb geri qayıtmışdır. Həmin su nasosunu əllərində aparıb Həmidgilin həyətində gizlətmişlər. Sonra isə birlikdə məhəlləyə çıxıb oğurladıqları su nasosuna müştəri axtarmağa başlamışlar. Həmin vaxt qarşılarına məhəllə qonşuları olan usta Arif çıxmış, Həmid əvvəllər Arifin yanında fəhlə kimi işlədiyindən onunla münasibəti var imiş, Arifə yaxınlaşıb pula ehtiyacı olduğu üçün özünə məxsus su nasosunu satmaq istədiyini bildirərək Arifə təklif etmişdir, Arif əvvəl ehtiyat edərək razılıq verməmişdir, lakin sonradan Həmid onu arxayın edərək tovlaya bilmişdir və Arif razılaşmışdır. Bundan sonra onlar Arifin idarə etdiyi ağ rəngli «VAZ 2107» markalı 675 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Həmidgilin evinin qarşısına getmişlər, Həmid avtomobildən aşağı enərək öz həyətinə keçib Elminazın həyətindən oğurladıqları bir ədəd su nasosunu bayıra çıxartmışdır. Arif nasosa baxıb təzə olduğu üçün bəyənmişdir və Həmidə 25 manat məbləğində pul verib həmin su nasosunu onlardan alaraq avtomobilinin arxa yük yerinə qoyub sürüb getmişdir. Həmid həmin pulu götürüb narkotik almaq üçün Fərman adlı şəxsin qapısına getmiş, o isə Həmidi elə məhəllədə gözləmişdir. Bir müddətdən sonra Həmid iki büküm narkotik vasitə heroinlə geri qayıtmışdır, onlar Həmidgilin həyətindəki hamam otağına keçib birlikdə həmin narkotik vasitəni yandırıb tüstüsünü çəkməklə qəbul etmişlər və hərəsi öz evlərinə gecələməyə getmişlər. Səhəri gün Elminaz oğurluğu aşkar edib onlara zəng vuraraq onunla danışmış, yanında gəzən Həmiddən şübhələndiyini bildirmiş, demişdir ki, əgər nasosunu Həmid oğurlayıbsa Həmidə desin ki, gətirib nasosunu qaytarsın, əks təqdirdə polisə şikayət edəcək, o isə oğurluğu üzərindən ataraq məlumatının olmadığını bildirmişdir. Bir neçə gündən, təxminən 3-4 gündən sonra yenidən narkotik almağa pul tapmadıqda Həmid təklif etmişdir ki, özünün hasar qonşusu olan, yaşadıqları ərazidən taksi sürücüsü kimi tanıdığı Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etsinlər. Həmid bildirmişdir ki, qonşusu Nüsrətin həyətini tanıyır, həyətdəki saxlanc yerində müxtəlif çeşiddə bahalı təmir alətlərinin olmasını bilir. O, razılaşmış, təxminən 15 yanvar 2024-cü il tarixdə gecə saatlarında Həmidlə birlikdə onlara getmiş, Həmid öz həyətlərindəki taxta nərdivanı Nüsrətgil ilə aralarında olan hasara dirəyib dırmanaraq Nüsrətgilin həyətinə keçmiş, o isə hasara dırmanaraq Nüsrətgilin həyətini müşahidə etməyə başlamışdır ki, birdən ev sahibləri yuxudan oyanıb həyətə çıxsalar həyətlərində olan Həmidi xəbərdar etsin. Həmid isə Nüsrətgilin həyətində yerləşən, elə dırmandığı hasara bitişik saxlanc yerinin plastik qapısını açaraq içərisinə daxil olmuş və oradan çıxaraq əlində bir ədəd perforator və bir ədəd elektrik mişarı ilə geri qayıtmışdır, Nüsrətgil tərəfdən olan hasarın dibinə düzülmüş daşların üstünə çıxaraq əlindəki əşyaları ona ötürmüş, o, həmin bir ədəd perforatoru və bir ədəd elektrik mişarını Həmiddən qəbul edib həyətlərinə düşürmüş, Həmid isə əli boşaldığından rahatlıqla hasardan geri keçmişdir. Həmin vaxt hətta Həmid istəmişdir ki, perforatorun çantasını boş vəziyyətdə aparıb geriyə yerinə qoysun ki, sonradan əşyasının yerində olmaması ev sahibinin diqqətini cəlb etməsin, o isə məsləhət görmüşdür ki, bundan ötrü yenidən özgənin həyətinə girib gördükləri işi təhlükəyə atmasın, Həmid də onunla razılaşmışdır. Bundan sonra elə həmin vaxt narkotik vasitəyə yaranmış kəskin tələbatlarını ödəmək məqsədi ilə Həmid öz telefonundan zəng vuraraq Fərmanla danışıb ondan narkotik vasitə istəmiş, pulunun olmadığını bildirərək əvəzində özünə məxsus perforatoru təklif etmiş, Fərman əvvəl razılaşmasa da sonradan Həmidin çox yalvarışlarından sonra razılaşmış və yalnız bir büküm narkotik vasitə verəcəyini bildirmişdir. Onlar da çıxılmaz vəziyyətdə olduqlarından razılaşmışlar. Oğurladıqları həmin bir ədəd perforatoru qutusundan çıxararaq qutusunu elektrik mişarı ilə birlikdə Həmidgilin həyətində gizlətmişlər, perforatorun özünü isə birlikdə köməkləşib əllərində piyada Fərmangilin məhəlləsinə qədər aparmışlar, məhəlləyə çatdıqdan sonra o, məhəllənin kənarında dayanmışdır ki, Fərman onu görməsin, ona görə ki, Fərmanın ondan xoşu gəlmirmiş, bundan bir neçə ay əvvəl hələ özü tək Fərmanın yanına narkotik üçün gedib-gəldiyi vaxtlarda Fərmanı aldadaraq qaranlıqda 30 manat əvəzinə ona 1 manat məbləğində pul verməklə aldadıb bir büküm narkotik vasitə heroin almışdır, Fərman da bunu sonradan bilib onunla düşmən düşmüşdür, ona artıq narkotik vasitə satmırmış, əksinə ondan həmin pulunu tələb edirmiş və həmin pulu almaq üçün onu axtarırmış, o isə Fərmandan gizlənirmiş. Ona görə də, həmin gecə Fərmangilin məhəlləsində Həmid ondan ayrılmışdır və Fərmanın qapısına perforatoru tək aparmışdır, bir qədər sonra isə bir büküm naroktik vasitə heroinlə geri qayıdaraq bildirmişdir ki, Fərman perforatora görə ona yalnız bir büküm narkotik vasitə vermişdir. Birlikdə Həmidgilin həyətinə qayıdaraq həyətlərindəki hamam otağına keçib birlikdə həmin narkotik vasitəni qəbul etmişlər və razılaşmışlar ki, səhər yenə də görüşüb birlikdə oğurladıqları elektrik mişarını apararaq Maştağa qəsəbəsinin mərkəzindəki «Xəyalın Bazarı» adlanan yerdə yerləşən dükanlardan birinə normal qiymətə satarlar. Sabahısı gün səhər saatlarında o, evdən çıxıb Həmidgilə getmiş, Həmid ilə birlikdə gecə oğurladıqları elektrik mişarını onların həyətindən götürüb küçəyə tərəf çıxarmışlarq, orada avtobusa minərək «Xəyalın Bazarı» adlanan əraziyə aparmışlar, oradakı dükanlardan bir neçəsinə göstərdikdən sonra dükanlardan birinə həmin elektrik mişarını özlərininki kimi təqdim etməklə 55 manata satmışlar. Dükanın tanımadıqları işçisi onlardan şəxsiyyət vəsiqələrini istəmiş, Həmidin şəxsiyyət vəsiqəsi üzərində olmadığından onun şəxsiyyət vəsiqəsini təqdim etmiş, dükançı onun şəxsiyyət vəsiqəsinin surətini istəmiş, Həmid onun vəsiqəsini götürüb bayıra çıxmış və oradakı Dörd Yol adlanan ərazidə yerləşən sürətçıxarma məntəqsində vəsiqəsinin surətini çıxarıb geri qayıtmış, dükançı vəsiqəsinin üzərində öz xətti ilə qeydiyyat aparıb adlarını və telefon nömrələrini yazmış və hər birinə imza atdırmışdır. Oğurladıqları elektrik mişarının satışından əldə etdikləri 55 manat məbləğində pul ilə özlərinə siqaret alaraq yenə də Fərmanın məhəlləsinə getmişlər, orada o, həmişəki kimi kənarda dayanmış, Həmid isə Fərmanın qapısına getmiş, Fərmanla görüşüb 45 manata üç büküm narkotik vasitə heroin alaraq geri qayıtmış, bükümün birini Həmid ona vermiş, iki bükümü isə özünə götürmüşdür, birlikdə məhəlləyə qayıdıb hərəsi öz evinə getmiş və ayrılıqda həmin narkotik vasitələri qəbul etmişlər. Bundan təxminən 3-4 gün sonra axşam saatlarında məhəllədə olarkən ərazinin sahə inspektoru Samir müəllimlə rastlaşmış, Samir müəllim ona tapşırmışdır ki, səhəri gün valideyni ilə birlikdə 14cü Polis Şöbəsinə yanına gəlsin, o da sabahısı günü atası ilə birlikdə Şöbəyə getmiş, orada onu Elminazın şikayəti ilə bağlı sorğu-sual etməyə başlamışlar, o da hər şeyi olduğu kimi danışmaqla Həmidlə birlikdə törətdiyi oğurluq hadisələrini etiraf etmişdir, elektrik mişarını satdığı dükanı göstərmiş, polislər də həmin dükandan həmin elektrik mişarını müəyyən edərək götürmüşlər. Bundan sonra polislər onunla birlikdə oğurluq etmiş Təqsirləndirilən şəxs1 də, onlara narkotik vasitə satan Fərman Babayevi də müəyyən edərək 14-cü Polis Şöbəsinə gətirmişlər, Həmid də törətdikləri oğurluqları, Fərman isə onlara narkotik vasitə satmağını etiraf etmişlər. Hər üçünü saxlayıb İstintaq Şöbəsinə təhvil vermişlər. Sonradan artıq X1rla görüşdükdə ona məlum olmuşdur ki, saxlanılarkən Təqsirləndirilən şəxs1 və Fərman Babayevin üzərlərində də narkotik vasitələr aşkar olunub, Həmid ondan ayrı da qonşusu Nüsrətin həyətindən digər perforatorlar, elektrik drelləri və samovar oğurlayıb. Onların hər ikisi barədə həbs qətimkan tədbiri seçilmiş, onun isə yaşını və törətdiyi oğurluq cinayətlərini səmimi etiraf etməklə cinayətlərin açılmasında istintaqla əməkdaşlıq etməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən Həmidin üzərindən narkotik vasitə aşkar edilib-edilmədiyini dəqiq deyə bilməz, ona görə ki, Həmidin üzərinə keçirilmiş baxış zamanı o, iştirak etməmişdir, Polis Şöbəsində onları bir birindən ayrı otaqlarda nəzarət altında saxlayırmışlar. Amma Həmidin dediklərinə də inanmır, ona görə ki, əgər polislər saxlanılan şəxslərin üzərinə nahaqdan narkotik vasitə qoymuş olsaydılar, Həmidlə eyni cinayətləri törətmiş şəxs kimi elə onun da üzərinə narkotik vasitə qoyardılar. Enyi səbəbdən də Fərmanın dediklərinə də inanmır, həm də ki, Fərman artıq 3 aya yaxın bir müddət idi ki, həmin ərazidə narkotik vasitələrin satışı ilə məşğul olurmuş, üzərindən çox sayda narkotik vasitə bükümlərinin və eletron tərəzini aşkar olması da reallığa uyğundur, ona görə ki, gecə-gündüz nə vaxt lazım olsaydı Fərmana zəng vuran kimi onlar kimi müştərilərinə istənilən sayda bükümlərdə və çəkidə narkotik təşkil edirmiş, elektron tərəzi də yəqin ki, satdığı narkotik vasitələrin çəkisini müəyyən etməkdə ona lazım olurmuş. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün yalandan ifadə verir ki, guya baş vermiş oğurluq hadisələrindən məlumatı olmayıb, həmin oğurluqları o, Həmiddən xəbərsiz törədib, yalnız oğurluq əşyaların satılmasında oğurluq olmalarından məlumatı olmadan ona köməklik edib. Ona görə ki, hər iki oğurluq hadisəsində onlar birlikdə iştirak etmişlər, hər iki oğurluq zamanı da o, pusquda dayanmış, Həmid isə oğurluq etdikləri həyətlərə hasaran aşmaqla daxil olurmuş, oğurluqları da birlikdə etmişlər, oğurladıqları əşyaları da birlikdə satmışlar, Həmid hələ onun iştirakı olmadan da qonşusu Nüsrətin həyətindən ayrı-ayrı vaxtlarda oğurluqlar etmişdir, həmin əşyaları da nə vaxt, hara və kimə satmasını özü polislərə göstərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yalan ifadə verdiyini, oğurluğu Həmidlə birlikdə törətdiklərini, təklifin ondan gəlməsinə baxmayaraq Həmidin onunla razılaşdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, artıq iki ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yuxarıda göstərilən ünvanda özünə məxsus fərdi həyət evində yaşayır. Yaşadığı ev birmərtəbəli daş tikilidən ibarətdir, həyətyanı sahəsi var, həyəti dəmir toxunma hasar ilə əhatə olunur, evin pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar var. xx.xx.2024-cü il tarixdə səhər işə gedib axşam saatlarında evə qayıtdıqda müəyyən etmişdir ki, evə su gəlmir, həyətinə çıxıb həyətdəki su çəninə baxdıqda isə aşkar etmişdir ki, evə su vurması üçün çənin yanında quraşdırdığı, bir neçə ay öncə 130 manata aldığı 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosu üzərindəki eyni markalı 01 ədəd su tənzimləyicisi ilə birlikdə plastik borulara birləşən hissəsindən kəsilərək oğurlanıb. Dərhal qonşuluğunda yaşayan, bibisi qızı Tellinin ögey oğlu Mövlüddan şübhələnmiş, ona görə ki, Mövlüdun artıq bir neçə müddət idi ki, narkotik aludəçisi olduğundan şübhələnirmiş, həm də ki, özü hər gün işə getdikdə azyaşlı övladını qohumu Telliyə təhvil verib gedirmiş, işdən qayıtdıqda isə uşağı təhvil alırmış, Mövlüd da bunu görüb tam əminliklə bilirmiş ki, o, hansı saatlarda evdə olmur. Bu səbəbdən əvvəl zəng vurub oğurluq barədə Telliyə bildirmiş, oğulluğundan şübhələndiyini demiş, Mövlüdun özü ilə də danışmış və su nasosunu gətirib yerinə qoymasını tələb etmiş, əks təqdirdə polisə şikayət edəcəyini bildirmiş, Mövlüd isə oğurluq etməsini boynuna almamışdır. Ona görə də o, sabahısı gün 14-cü Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat verərək şikayət ərizəsi yazmışdır. Ərizəsi əsasında araşdırma başlanmış və bir neçə gündən sonra Mövlüd saxlanılaraq dostu Həmid ilə birlikdə onun həyətindən su nasosunu oğurlamalarını etiraf etmişdir. Hətta oğurladıqları su nasosunu satdıqları yeri də polislərə göstərmişdir. 14-cü Polis Şöbəsinin əməkdaşları da sağ olsunlar, onun nasosunu taparaq satdıqları şəxsdən götürmüşlər, ona təqdim etmişlər və o, öz nasosunu tanımışdır. Amma nasosu tapılana qədər o, susuz qala bilməzdir, ona görə də məcbur olub özünə yeni su nasosu almışdır. Oğurluq nəticəsində ona 130 manat məbləğində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs1 daha əvvəl tanımamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ev tikintisi üzrə usta işləyir, arada taksi fəaliyyəti ilə də məşğul olur. Taksidə işlədiyinə görə evdə axşam saatlarında olur, usta olduğu üçün əşyaları yaşadığı evin həyətində saxlanc yeri kimi istifadə etdiyi tikilidə saxlayır. İşlək vəziyyətdə olan «Bosch» markalı bir ədəd laqondanı, bir ədəd dreli, bir ədəd elektrik mişarı, bir ədəd işlək vəziyyətdə «Bosch» markalı perforatoru, bir ədəd nasaz vəziyyətdə olan “Lepson” markalı iri həcmli perfaratoru, bir ədəd latundan olan odun samovarını 11 yanvar 2024-cü il tarixdə həmin saxlanc yerinə qoymuşdur. 20 yanvar 2024-cü il tarixdə saat 12:00 radələrində əşyaları götürüb istifadə etmək məqsədi ilə saxlanc yerinə daxil olduqda isə yuxarıda qeyd etdiyi əşyaların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən şəxslər Təqsirləndirilən şəxs1 və X2r. Həmin saxlanc yerinin giriş qapısı plastik materialdandır. Həmin qapı sındırılmamışdır, açıq olduğu üçün içəri rahat daxil olmuşlar. Həmin şəxslər yalnız saxlanc yerinə giriblər, evə girməyiblər. Oğurlanmış əşylardan yalnız “Bosch” markalı laqonda tapılmamışdır. Hadisənin nə vaxt baş verdiyini bilmir, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində baş verib, oğurluq baş verən saxlanc yeri ona məxsusdur, oğurluq nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir, belə ki, oğurlanmış əşylar demək olar ki, yeni olmuşlar, az işlənmişlər, işlək vəziyyətdə olan «Bosch» markalı bir ədəd laqondanı 150 manata, bir ədəd dreli 70 manata, bir ədəd elektrikli mişarı 100 manata, bir ədəd işlək vəziyyətdə «Bosch» markalı perforatoru 250 manata, bir ədəd nasaz vəziyyətdə olan “Lepson” markalı iri həcmli perfarator 30 manata, bir ədəd latundan olan odun samovarını isə 100 manata hadisədən 15 gün əvvəl almışdır, istifadə etməmişdir. Hazırda ona məxsus əmlaklar qaytarılmşdır Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 özü və ya qohumları üzürxahlıq etmədiklərindən Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. O, Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır. Onunla birlikdə narkotik vasitə istifadə etdikləri hallar olmuşdur. Belə ki, o, özündə narkotik vasitə olanda Həmidə də verirmiş və onlar birlikdə narkotik vasitəni istifadə edirlərmiş. Lakin Həmidin üzərindən aşkar edilmiş narkorik vasitəni o, Həmidə verməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X14 oxuyub yaza bilmədiyini, bu səbəbdən müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədləri imzaladığını, həyətdə iş görən zaman Həmidin onun yanına gəldiyini, o, Həmidə drelə ehtiyacının olduğunu dedikdə Həmidin onda drel olduğunu deyərək drel verdiyini, həmin alət işləmədiyindən onu aparıb düzəltdirməyə verdiyini, bundan bir müddət sonra tutulduğunu, Həmidin dreli ona iş görmək üçün verdiyini, narkotik vasitə əldə etmək müqabilində vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, son vaxtlar xidmət apardıqları Polis Şöbəsinin inzibati ərazisində əmlak oğurluqlarının və narkotk vasitələrin qanunsuz dövriyyəsinin sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı, əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparırlarmış, saat 19 radələrində orada diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cavan şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı həmin şəxsin danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Şöbəsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14-cü PŞ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Samir Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli gödəkcənin sol yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan sellofandan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində «kakos» adlanan narkotik vasitə «heroin»-in olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılan gün Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yaşayan Fərman adlı tanışından aldığını, həmin narkotik vasitənin əvəzinə Fərmana bir müddət əvvəl oğurluq etməklə ələ keçirdiyi bir ədəd su nasosunu verdiyini bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Müəyyən etdikləri həmin fakt tərəflərindən rəhbərliyə məruzə olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd etdiyi Fərman adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş, məlum olmuşdur ki, həmin şəxs Albalılıq yaşayış massivi ərazisndə yaşayan X8r, həmin şəxsin barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, müvafiq əməliyyat qrupu təşkil olunmuş, o da həmin əməliyyat qrupuna daxil edilmiş, daha sonra elə həmin gün Şöbənin digər əməliyyat müvəkkili Şahid2lə birlikdə yenidən əraziyə çıxaraq Fərman adlı şəxsin axtarışı ilə məşğul olmuşlar, saat 22:30 radələrində Fərman Babayevi yaşadığı Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi ərazisində müəyyən edərək saxlayıb 14-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər, növbədə olan təhqiqatçı Samir Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onarın iştirakı ilə saxlanılan şəxs X7 üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd üzərində “Show” yazısı olan şəffaf plastik qutunu və bir ədəd «Samsung» markalı mobil telefon cihazını, sol yan cibindən isə bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi plastik qutu təhqiqatçı tərəfindən açıldıqda içərisindən 07 ədəd standart xırda ölçülü kağız bükümlər və 01 ədəd konfet kağızına bükülmüş böyük sellofan büküm aşkar olunmuş, həmin bükümlər təhqiqatçı tərəfindən bir-bir açıldıqda hər birinin içərisində qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Saxlanılan şəxs Fərman Babayev həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olmasını, narkotik vasitəni həm öz istifadəsi üçün, həm də satıb pul əldə etmək məqsədi ilə Hacı adlı tanışından əldə etdiyini, Təqsirləndirilən şəxs1 həqiqətən də bir ədəd su nasosunun əvəzinə narkotik vasitə satdığını, üzərindən aşkar olunmuş elektron tərəzini isə əldə etdiyi və satdığı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə, elektron tərəzi və mobil telefon cihazı qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs1 digər tanışı X9 ilə birlikdə 2024-cü ilin yanvar ayı ərzində Maştağa qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərin fərdi həyət evlərindən oğurluq etmələrini də etiraf etmişlər, taladıqları əmlaklar satdıqları yerlərdən müəyyən olunaraq tərəflərindən götürülmüşdür. Saxlanılan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir məlumatı yoxdur, ona görə ki, onu hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışlar, amma X7 narkotik vasitələrin satışı ilə məşğul olmasını özü tərəfindən etiraf edilməsindən əlavə, sonradan barəsində toplanmış məlumatlarla da təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq məqsədi ilə yalan ifadə verir ki, guya tərəfindən təzyiqlərə məruz qalaraq üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etmişdir, o, polis əməkdaşıdır, hakimiyyət nümayəndəsidir, onun hansısa vətəndaşı etmədiyi əməli üzərinə götürməsinə dair təzyiq göstərməyi absurd bir fantaziyadır, ittiham olunduğu oğurluq hadisələrində birbaşa iştirakçı olmasını da Həmid özü etiraf etmişdir, oğurluq əşyaları kimə satmasını özü göstərmişdir, oğurluq etdiyi ünvanlardan biri, Zərərçəkmiş şəxs2 həyəti Təqsirləndirilən şəxs1gilin həyəti ilə hasar qonşuluğunda yerləşir, həmin evin həyətinə də Mövlüd ilə Həmid sonuncunun həyətindən hasara dırmanaraq keçmişlər, törətdikləri hər iki oğurluqda əldə etdikləri əmlakın satılmasında da Həmid təşəbbüs göstərərək daha aktiv iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsində yerləşən «Xəyal Bazarı» adlanan ərazidə elektrik avadanlıqlarının alqı-satqısı, təmiri və icarəsi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və X3 qəsəbə sakinləri kimi üzdən tanıyır. 2024-cü ilin yanvar ayının 15-dən 20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 və X9 onun dükanına gələrək satmaq üçün elektrik mişarı gətirmişlər, özlərinə məxsus olduğunu bildirməklə təcili pul lazım olduğu üçün satmaq istədiklərini demişlər. O da, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini götürüb üzərində mobil telefon nömrələrini və əlyazma qəbzlərini qeyd etdirib imzaları ilə təsdiq etdirməklə elektrik mişarını onlardan 55 manata almışdır. Şahidlər Şahid6, Şahid2, Şahid3 və X11 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda müvəqqəti qeydiyyatda olsa da, artıq 25 ildir ki, Buzovna qəsəbəsi Albalılıq 2 yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhəllə adamları kimi artıq bir neçə ildir ki, tanıyr, son vaxtlar onları məhəllədə daima birlikdə görürmüş. xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 23 radələrində məhəllədəki çayxanada oturub domino oynayarkən Həmidlə Mövlüd ikisi birlikdə çayxanaya daxil olaraq orada oturan müştərilərə su nasosu satdıqlarını bildirmişlər. Həmin ərəfədə də onun evindəki su nasosu xarab olmuşdur, ona görə də onların təklifi ona maraqlı gəlmişdir, qiyməti ilə maraqlanmış, Həmid əvvəl qiymətini 40 manat demiş, nasosun harada olmasını soruşduqda bildirmişdir ki, öz həyətindədir. Birlikdə onun idarə etdiyi ağ rəngli «VAZ 2107» markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Həmidgilin qapısına getmişlər. Həmid avtomobildən aşağı enərək öz həyətinə daxil olmuş və əlində bir ədəd su nasosu və nasosun üzərində olan tənzimləyici ilə geri qayıtmışdır, o, nasosa baxıdqdan sonra işləyibişləmədiyini yoxlamaq istəmiş, Həmid isə təklif etmişdir ki, gedib öz həyətində yoxlasın. Yenə də onun avtomobili ilə onların həyətinə getmişlər, orada o, nasosu cərəyana qoşub yoxlamış, nasos işləmiş, Həmid onu arxayın etmişdir ki, nasos özünündür pula ehtiyacı olduğu üçün satır, o da Həmidə 25 manat məbləğində pul verib həmin nasosu onlardan almışdır. Təxminən 10 gündən sonra isə Həmid 14-cü Polis Şöbəsinin əməkdaşları ilə qapısına gəlib onu göstərmiş və nasosu ona satdığını bildirmişdir. Polis əməkdaşlarından ona məlum olmuşdur ki, Həmid nasosu satarkən onu aldadıb, satdığı su nasosu özünün deyilmiş, həmin nasosu dostu Mövlüd ilə birlikdə sonuncunun qonşuluğunda yerləşən həyətdən oğurlayıblarmış. Polis əməkdaşlarının təklifi ilə o, həmin nasosu həyətindən çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamış, həmin hadisədən sonra Həmidi məhəllədə görməsə də, Mövlüdu görür. Onların satdıqları su nasosunu oğurladıqları həyətin sahibini şəxsən tanımır, nə də ki, onların narkotik aludəçisi olduqlarını həmin vaxt bilməmişdir. Həmidi məhəllə adamı kimi artıq uzun müddətdir ki, tanıdığından onu aldadacağını həmin vaxt guman etməmişdir, Həmid çox inandırıcı danışaraq maddi sıxıntılarının olduğu üçün özünə məxsus su nasosunu satdığına onu inandırmışdır. Həmin şəxslər nə vaxtsa ona başqa hər hansı bir əşya və ya predmet satmamışlar, nə də ki, satmağı təklif etməmişdirlər. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir ki, Bakı şəhərində yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhəllə adamları kimi artıq bir neçə ildir ki, tanıyr, son vaxtlar onları məhəllədə daima birlikdə görürmüş. 2024-cü ilin yanvar ayının təxminən ortalarında axşam saatlarında evdə olarkən Həmid qapısına gələrək onu bayıra çağırmış, qapısının qarşısında söhbət edərək bildirmişdir ki, pula ehtiyacı var, evinə bazarlıq etməlidir. Həmin vaxt Həmidin əlində bir ədəd sellofan torba da var imiş, Həmid həmin torbanı açıb içərisindən bir ədəd kiçik həcmli odun samovarı çıxartmış, bildirmişdir ki, özlərinə məxsusdur, 50 manata satmaq istəyir, həmin samovarı almağını təklif etmişdir. O, samovara baxmış, üstünü toz bassa da salamat vəziyyətdə imiş. Həmidə bildirmişdir ki, bu qədər pulu yoxdur, cəmi 20 manat verə bilər. Həmid razılaşmış və ondan 20 manat pul alaraq həmin samovarı ona vermişdir. Həmin vaxt Həmid yanına tək gəlmişdir. Təxminən bir həftədən sonra isə Həmid 14-cü Polis Şöbəsinin əməkdaşları ilə qapısına gəlib onu göstərmiş və samovarı ona satdığını bildirmişdir. Polis əməkdaşlarından ona məlum olmuşdur ki, Həmid samovarı satarkən onu aldadıb, satdığı samovarı özünün deyilmiş, həmin samovarı dostu Mövlüd ilə birlikdə özünün qonşuluğunda yerləşən həyətdən oğurlayıblarmış. Polis əməkdaşlarının təklifi ilə o, həmin samovarı həyətindən çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamış, həmin hadisədən sonra Həmidi məhəllədə görməsə də, Mövlüdu görür. Onların satdıqları samovarı oğurladıqları həyətin sahibini şəxsən tanımır, nə də ki, onların narkotik aludəçisi olduqlarını həmin vaxt bilməmişdir. Həmidi məhəllə adamı kimi artıq uzun müddətdir ki, tanıdığından onu aldadacağını həmin vaxt guman etməmişdir, Həmid çox inandırıcı danışaraq maddi sıxıntılarının olduğu üçün özünə məxsus samovarı satdığına onu inandırmışdır. Həmin şəxslər nə vaxtsa ona başqa hər hansı bir əşya və ya predmet satmamışlar, nə də ki, satmağı təklif etməmişdirlər. Şahidlər Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibtidai istintaq zamanı digər Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində heroinə bənzər maddə təqdim etmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini Maştağa qəsəbəsi Albalılıq y\m-də yaşayan Fərman adlı şəxsə yaxın zamanlarda oğurladığı su nasosunu verərək onun əvəzində narkotik maddəni aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüş (cild 01; i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/439 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ’’Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...şübhəli şəxs (imza)” Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,804 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01; i.v.29- 33). “Baxış keçirilməsi və götürmə haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X4 şikayət ilə əlaqədar oğlurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz evin həyətidir (cild 01; i.v.90-92). “Maddi sübutun götürülməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 xatırlayaraq həqiqətən də ondan və onunla birlikdə gəlmiş Mövlüd adlı şəxsdən bir ədəd su nasosunu 25 manata aldığını bildirmiş, həmin “Marquis” markalı, “MKP 62” modelli su nasosu və üzərində olan eyni markalı su tənzimləyicisi iş üzrə maddi sübuti əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01; i.v.99). “Baxış keçirilməsi haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ilə əlaqədar oğlurluq hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanıdır (cild 01; i.v.114- 117). “Maddi sübutun götürülməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 xatırlayaraq həqiqətən də ondan və onunla birlikdə gəlmiş şəxsdən bir ədəd elektrik mişarını 55 manata aldığını, onlardan birinin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardığını, həmin kağızı hər iksinə imzalatdırdığını və mobil nömrələrini yazdırdığını bildirmiş, 01 ədəd “Meakida” markalı, “MD-73705” modelli elektrik mişarı və həmin alətin satılmasına dair əlyazma qəbzin əks olunduğu bir ədəd A4 formatlı vərəq iş üzrə maddi sübuti əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01; i.v.128). “Maddi sübutun götürülməsi haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 xatırlayaraq həqiqətən də ondan bir ədəd samovarı 20 manata aldığını bildirmiş, 01 ədəd odun samovar iş üzrə maddi sübuti əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01; i.v.128). “Maddi sübut kimi tanıma haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 götürülmüş 01 ədəd “Meakida” markalı, “MD-73705” modelli elektrik mişarı və həmin alətin satılmasına dair əlyazma qəbzin əks olunduğu bir ədəd A4 formatlı vərəq maddi sübut kimi tanınmış, 01 ədəd “Meakida” markalı, “MD-73705” modelli elektrik mişarının saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, həmin alətin satılmasına dair əlyazma qəbzin əks olunduğu bir ədəd A4 formatlı vərəqin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 02; i.v.48). Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 1089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02; i.v.144-145). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2024-cü il tarixli, 3-16-16/2-9/908/2024 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 10 litr su tutumlu odun samovarının dəyəri 200 manat; 01 ədəd işlək vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforatorun dəyəri 120 manat; 01 ədəd zədəli vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforatorun dəyəri 40 manat; 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosunun və üzərində olan eyni markalı 01 ədəd su tənzimləyicisinin ümumi dəyəri 60 manat; 01 ədəd “Meakida” markalı, “MD- 73705” modelli elektrik mişarının dəyəri 80 manat; 01 ədəd “Lepson” markalı iri həcmli perforatorun dəyəri 100 manat məbləğində müəyyən edilmişdir (cild 02; i.v.148-151). “Maddi sübut kimi tanıma haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd təxminən 10 litr su tutumlu odun samovarı, 01 ədəd işlək vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforator, 01 ədəd zədəli vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drelperforator, 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosu və üzərində olan eyni markalı 01 ədəd su tənzimləyicisi, 01 ədəd “Meakida” markalı, “MD- 73705” modelli elektrik mişarı, 01 ədəd “Lepson” markalı iri həcmli perforator maddi sübut kimi tanınaraq hər birinin saxanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (cild 03; i.v.3). “Maddi sübut kimi tanıma haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 0,804 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,754 qram qalığının saxlanılması üçün Sabunçu RPİnin saxlancına təhvil verilməsi qərara alınmışdır (cild 03; i.v.5). “Əşyaların tanınmaya təqdim edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosu və üzərində olan eyni markalı 01 ədəd su tənzimləyicisi Zərərçəkmiş şəxs1 təqdim edilmiş və o, həmin əşyaların onun evinin həyətindən oğurlanmış əşyalar olduğunu bildirmişdir (cild 03; i.v.15). “Maddi sübut kimi tanıma haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 03; i.v.57). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsinə dair 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluq etməməsinə dair göstərdiyi xüsusatın həqiqəti əks etdirmədiyini qeyd edərək onun üzünə qarşı Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluq cinayətlərində iştirak etdiyini bildirmiş və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 03; i.v.86-92). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq cinayətinin törədilməsi (Zərərçəkmiş şəxs2 dair epizodla bağlı) Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi, şahid ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş, lakin Zərərçəkmiş şəxs1 ilə epizod üzrə vurulmuş zərərin məbləği 100 manatdan aşağı müəyyən edildiyindən (məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən) həmin epizod və onunla əlaqədar təqsirləndirilən şəxslərin təqsirli bilindikləri AR CM-nin 177.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2024-cü il tarixli, 3-16-16/2-9/908/2024 saylı rəyi ilə Zərərçəkmiş şəxs1 məxsus ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd su tənzimləyicisinin ümumi dəyəri 60 manat məbləğində müəyyən edilməsinə baxmayaraq müstəntiq sadəcə zərərçəkmiş şəxsin özünün ifadəsində istinad etdiyi əmlakın alınması zamanı ödədiyi məbləği əsas götürərək əmlakın dəyərini 130 manat məbləğində olması qənaətinə gəlmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutun, yəni zərərçəkmiş şəxsə məxsus olan su tənzimləyicisinin cinayət törədilən vaxt olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış əmlakın dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri (həmin su tənzimləyicisinin alındığı qiyməti) müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görmədən zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə həmin əmlakı qiymətləndirərək həmin məbləğ əsasında da təqsirləndirilən şəxslərə həmin epizod üzrə 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmələrinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə 01 ədəd su tənzimləyicisinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq oğurluq törədilən vaxt üçün orta bazar qiymətinin 60 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə həmin epizod üzrə cinayət hadisəsinin deyil, inzibati xəta hadisəsinin baş verməsi qənaətinə gələrək həmin epizodun və bununla da AR CM-nin 177.2.2-ci maddəsinin (nəzərə alınsa ki, birinci epiozdun xaric olunması ilə ikinci epizodda təkrarlılıq əlamətinin mövcudıuğu aradan qalxmış olur) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric olunmasını qanuni və əsaslı hesab edir. AR CPM-in 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Nəzərə alınsa ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən birinci epizod olaraq Zərərçəkmiş şəxs1 məxsus əmlakının oğurlanması müəyyən edildiyindən ikinci epizodda təkrarlılıq əlaməti yaranaraq CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin tərkibinin yaranması üçün hər bir oğurluq cinayəti üzrə vurulmuş zərərin məbləğinin 100 manatdan çox olması əsasdır, belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı göstərilən halı nəzərə almamış, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini pozaraq oğurluq cinayəti üzrə 100 manatdan artıq olmayan zərərə münasibətdə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibinin olması və bununla da onların ikinci epizod üzrə olan əməllərinin həm də AR CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı müddəaləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Zərərçəkmiş şəxs1 qarşı oğurluq edilməsinə dair epizod və AR CM-nin 177.2.2-ci maddəsi xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək ilkin ifadələrini döyülməsi və ona göstərilən fiziki təsir-təzyiq nəticəsində imzalandığını, əslində isə nə AR CM-nin 177-ci maddəsi ilə, nə də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində ona fiziki zor göstərilməsi ilə bağlı göstərdiyi xüsusatın dəqiqləşdirilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkumun tibbi kitabçasını tələb etmiş və onun 887/2024 tibbi kitabçasından görünür ki, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarət almadığını bildirmiş, şikayəti olmamış, onda sol saidin ön səthində köhnə çapıq izindən başqa hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı sədrlik edən həmin xəsarətlə bağlı təqsirləndirilən şəxsə sual verdikdə Təqsirləndirilən şəxs1 həmin xəsarətin köhnə xəsarət olmasını və hələ polis bölməsinə aparılmadan xeyli müddət əvvəl əmələ gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, hazırki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini, məhkəmə tərəfindən əldə edilmiş tibbi kitabça ilə onda xəsarətlərin olmamasının müəyyən edildiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 oğurluq cinayətində iştirak etmədiyini, sadəcə Təqsirləndirilən şəxs2 ona öz əmlakı kimi təqdim etdiyi əşyaların satılmasında əmlakların oğurluq olduğunu bilmədən kömək etdiyini bildirsə də, həmin xüsusat həm Təqsirləndirilən şəxs1 özünün ilkin izahatları, həm digər Təqsirləndirilən şəxs2 ifadəsi, həm də şahidlər Şahid6, Şahid4, Şahid5 ifadələri ilə tam olaraq təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özü ilkin izahatında oğurluq cinayəti törətdiyini etiraf etmiş və onun ilkin izahatında göstərdiyi xüsusatlar digər Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilk günündən məhkəmə istintaqı zamanı da daxil olmaqla verdiyi ifadələrindəki hallarla uzlaşmış, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğurluq etmədiyini, Təqsirləndirilən şəxs2 sadəcə onda olan əmlakları satmasına kömək etməsini xahiş etdiyini bildirdikdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı onun yalan ifadə verdiyini, oğurluq təklifini özünün etməsinə baxmayaraq Həmidlə birgə oğurluq edərək həmin əmlakları birgə satdıqlarını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 həmin dəlilinə münasibətdə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs2 oğurluğu təkbaşına etmiş olsa idi, özü tərəfindən tək daşıması mümkün olan həmin əmlakları təkbaşına sataraq əldə etdiyi pula da özü tək sərəncam verər və kiminləsə bölməzdi ki, bu da əmlakı özü təkbaşına oğurlaqdıqdan sonra həmin şəxsin oğurladığı əmlakı başqası ilə sataraq həmin pulu da onunla bölməsinin inandırıcı olmaması ilə yanaşı təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilin hər hansı məntiqə sığmamasının göstəricisidir. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid6, Şahid4 və Şahid5 ifadələrindən də görünür ki, oğurlanmış əmlakların satılmasında, əmlakların qiymətlərinin danışılmasında Həmid Quıiyev daha fəal olmaqla əsas danışıqları da məhz o apamış, hətta oğurlanmış su nasosu Şahid6 satılmadan öncə məhz Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində olmuşdur ki, bu da Təqsirləndirilən şəxs1 oğurluq cinayəti törətməməsinə və sadəcə Təqsirləndirilən şəxs2 ona özünün əmlakı kimi təqdim etdiyi əmlakların satılmasında kömək etməsinə dair irəli sürdüyü dəlillərin əsassız olmaqla işin həqiqi halları ilə uzlaşmamasına dəlalət edir. AR CM-nin 234.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, narkotik vasitənin polis bölməsində üzərinə qoyulduğunu, fiziki təsir-təzyiqə məruz qaldığından ilkin olaraq narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini göstərsə də, onun polis bölməsində fiziki təsir-təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü arqument yuxarıda göstərilən Bakı İstintaq Təcrixanasında əldə edilmiş 887/2024 tibbi kitabçası ilə öz təsdiqini tapmamaqla təkzib edilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilərkən özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində olan narkotik vasitəni könüllü təqdim edərək həmin narkotik vasitənin növünü, haradan və nə vaxt əldə etməsinə dair xüsusatları ətraflı göstərmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində heroinə bənzər maddə təqdim etmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini Maştağa qəsəbəsi Albalılıq y\m-də yaşayan Fərman adlı şəxsə yaxın zamanlarda oğurladığı su nasosunu verərək onun əvəzində narkotik maddəni aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Fərman Babayevdən narkotik vasitə almadığını, bəzən Fərmanla birlikdə narkotik vasitı istifadə etdiklərini, həmin vaxt nakotik vasitəni Fərmanın ona özündə olan narkotik vasitədən istifadə üçün əvəzsiz verdiyini, hadisə günü üzərində narkotik vasitə olmadığını bildirsə də, həm Təqsirləndirilən şəxs1 ilkin ifadəsi, həm də Fərman Babayevin ibtidai istintaq zamanı verdiyi ifadələrlə həmin hallar təkzib edilmişdir. Belə ki, X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrin satışı ilə məşğul olsa da bu işdən heç bir pul qazanmırmış, yalnız özü istifadə etdiyi narkotik vasitənin pulunu çıxarırmış, yəni ki, aldığı narkotik vasitəni satdıqda üzərindən özü üçün də havayıdan götürürmüş. Təqsirləndirilən şəxs1 məhəllə adamı kimi çoxdan tanıyır, lakin aralarında narkotik alverlərinin başlanğıcı həbs olunmamışdan üç ay əvvələ təsadüf edir. X5 da Həmidin vasitəsi ilə tanımışdır, çox vaxt onlar onun yanına birlikdə gəlirmişlər, lakin bir dəfə tək gələn Mövlüd qaranlıqda onu aldadaraq 30 manat əvəzinə 3 manat pul verərək narkotik vasitə aldıqdan sonra o, Mövlüdla ünsiyyət saxlamırmış, Mövlüdu yaxınına buraxmırmış, əksinə Həmidə tapşırırmış ki, pulunu Mövlüddan alıb qaytarsın. Lakin Həmid də həmin pulunu Mövlüddan alıb ona qaytarmamışdır. 21 yanvar 2024-cü il tarixdə Həmid yanına sonuncu dəfə gələrək ona bir ədəd perforator verib pulu olmadığını, perforatorun atasından qaldığını, artıq onlara lazım olmadığını bildirərək, əvəzinə bir büküm narkotik vasitə verməyini xahiş etmiş, o da razılaşaraq Həmidə bir büküm narkotik vasitə heroin vermişdir. Sabahısı gün isə həmin perforatoru aparıb 3-cü Mikrorayon Bazarında tanımadığı bir nəfər şəxsə 10 manata satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaqın ilkin mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 anası disk təqdim edərək oğlunun polis əməkdaşları tərəfindən evdən götürülərək qanunsuz olaraq polis bölməsinə aparılmasını və bu halın diskdəki görüntülərlə təsdiq edildiyini bildirsə də, məhkəmə baxışı zamanı həmi videodiskə baxış keçirilmiş, videodiskdə olan görüntülərdən avtomobilin naməlum evinin qarşısında dayanması, avtomobildən iki nəfər mülki geyimli şəxsin enməsi, bir qədər hasardan boylanaraq həyətə baxdıqdan sonra hasardan aşaraq həyətə daxil olmaları, qısa müddət sonra isə darvazadan çıxaraq avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmaları müşahidə olunmuş, yanlarında hər hansı üçüncü şəxsin olmaması, hər hansı şəxsi saxlayaraq və həyətdən çıxararaq özləri ilə aparmaları müəyyən olunmamışdır ki, bu da təqsirləndirilən şəxsin evdən qanunsuz olaraq polis əməkdaşları tərəfindən götürülərək polis bölməsinə aparılmasına dair irəli sürülmüş dəlillərin videodiskdəki görüntülərlə öz təsdiqini tapmamasına dəlalət edir. Bununla yanaşı, həmin mülki geyimli şəxslərin məhz polis əməkdaşları olmaları ilə bağlı irəli sürülmüş dəlili də təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir ki, bu da təqdim edilmiş videodiskə ümumiyyətlə sübut kimi istinad olunmasını istisna edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, müvafiq ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2024-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.15). “Şübhəli şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.158). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 4(008)-45/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.234-237). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 02; i.v.27-29). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 yanvar 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.30-31). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.33-34). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə AR CMnin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir (cild 02; i.v.35-36). Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(101)-1227/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun 01 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 02; i.v.125-131). Zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(101)-1227/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən 1(101)- 1227/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəəy minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniydan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfnə keçirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut-01 ədəd təxminən 10 litr su tutumlu odun samovarı, 01 ədəd işlək vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforator, 01 ədəd zədəli vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforator, 01 ədəd “Meakida” markalı, “MD- 73705” modelli elektrik mişarı, 01 ədəd “Lepson” markalı iri həcmli perforator qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, iş üzrə maddi sübut-01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosu və üzərində olan eyni markalı 01 ədəd su tənzimləyicisi həmin epizodla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə inzibati qaydada qiymət verilənədək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerində saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təqsirləndirilən şəxslərin hər birindən 25 manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Zərərçəkmiş şəxs1 qarşı oğuluq edilməsinə dair epizod xaric edildiyindən həmin hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün bir nüsxəsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(101)-1227/2024 saylı hökmü ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 1(101)-1227/2024 saylı cinayət işi üzrə 01 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,754 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd təxminən 10 litr su tutumlu odun samovarı, 01 ədəd işlək vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforator, 01 ədəd zədəli vəziyyətdə olan “Bosch-GBH 2-26 DRE” markalı drel-perforator, 01 ədəd “Meakida” markalı, “MD- 73705” modelli elektrik mişarı, 01 ədəd “Lepson” markalı iri həcmli perforator qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut-01 ədəd “Marquis” markalı, “MKP 62” modelli, 370W gücündə su nasosu və üzərində olan eyni markalı 01 ədəd su tənzimləyicisi həmin epizodla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə inzibati qaydada qiymət verilənədək Bakı şəhəri Sabunçu RPİnin saxlanc yerində saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təqsirləndirilən şəxslərin hər birindən 25 manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Zərərçəkmiş şəxs1 qarşı oğuluq edilməsinə dair epizod xaric edildiyindən həmin hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün bir nüsxəsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün müddətin başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-503/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-503/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver