Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-504/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə özünü yerli icra hakimiyyəti strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan bir şəxs kimi təqdim etməklə etibarını qazandığı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aldığı torpaq sahəsinin üzərində tikdirmək istədiyi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti strukturlarından icazə alacağına dair yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayının əvvəlindən ortalarınadək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda bir hissəsini ünvan 4 ünvanının qarşısında, bir hissəsini üzərində ev tikdirmək istədiyi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən ünvansız torpaq sahəsinin yaxınlığında, digər hissəsini isə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa Yolunda yerləşən “Qəsr” restoranın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2800 manat məbləğində pulunu ələ keçirib verdiyi vədə sonradan əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə özünü yerli icra hakimiyyəti strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan bir şəxs kimi təqdim etməklə etibarını qazandığı Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aldığı torpaq sahəsinin üzərində tikdirmək istədiyi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti strukturlarından icazə alacağına dair yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayının əvvəlindən ortalarınadək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda bir hissəsini ünvan 4 ünvanının qarşısında, bir hissəsini üzərində ev tikdirmək istədiyi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən ünvansız torpaq sahəsinin yaxınlığında, digər hissəsini isə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa Yolunda yerləşən “Qəsr” restoranın qarşısında cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə almaqla ümumilikdə Zərərçəkmiş şəxs3 5200 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədə sonradan əməl etmədən xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə özünü yerli icra hakimiyyəti strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan bir şəxs kimi təqdim etməklə etibarını qazandığı Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aldığı torpaq sahəsinin üzərində tikdirmək istədiyi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti strukturlarından icazə alacağına dair yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayının əvvəlindən ortalarınadək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda bir hissəsini üzərində ev tikdirmək istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən ünvansız torpaq sahəsinin yaxınlığında, bir hissəsini ünvan 8 ünvanının qarşısında, digər hissəsini isə ünvan 9 ünvanının qarşısında cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə almaqla ümumilikdə Zərərçəkmiş şəxs2 5700 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədə sonradan əməl etmədən xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məmmədov X2 adlı qadınla aralarında külli miqdarda pul mübahisəsinin olduğunu bildiyi tanışı Zərərçəkmiş şəxs1 əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olduğunu və həmin əlaqələri vasitəsi ilə istənilən problemi asanlıqla həll edə biləcəyini yalandan dediyi Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının axırlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa Yolunda yerləşən “50 Qəpik” kafesində şəxsiyyəti istintaqa məlum olmayan qabaqcadan əlbir olduğu Malik adlı şəxs ilə görüşdürüb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etməklə Balaxanım adlı qadınla aralarında olan pul mübahisəsini həmin Malik adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs1 xeyrinə həll edəcəyini yalan vəd verib aldadaraq 500 manat məbləğində pulu həmin vaxt orada Malik adlı şəxsə verdirməklə, 1000 manat məbləğində pulu isə Malik adlı şəxsə çatdırmaq adı ilə həmin günün axşamı eyni yerdə özü şəxsən əlbəl almaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 1500 manat məbləğində pulunu ələ keçirib verdiyi vədə sonradan əməl etməyərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yeznəsi Şamilin xeyli sayda ödənilməmiş cərimələrinin olduğunu bildiyi tanışı Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olduğunu və həmin əlaqələri vasitəsi ilə istənilən problemi asanlıqla həll edə biləcəyini yalandan dediyi Zərərçəkmiş şəxs1 yeznəsi Şamilin ödənilməmiş cərimələrini özünün hüquqmühafizə orqanlarında olan tanışları vasitəsi ilə sildirəcəyini yalan vəd verib aldadaraq 500 manat məbləğində hissəsini 2023-cü ilin mart ayının axırlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Zabrat qəsəbəsi ərazisindəki elektron ödəmə terminalı vasitəsi ilə istifadəsində olan bank kartı hesabına köçürtdürməklə, 500 manat məbləğində hissəsini isə bir neçə gündən sonra Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa Yolunda yerləşən “Qəsr” restoranın qarşısında əlbəl almaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 1000 manat məbləğində pulunu ələ keçirib sonradan verdiyi vədə əməl etməyərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə qabaqcadan əlbir olduğu Şahid5 ilə bir qrup şəxs halında birləşib özlərini hüquq-mühafizə orqanları və məhkəmə sistemində çalışan vəzifəli şəxslərlə yaxın əlaqəli şəxslər kimi təqdim etməklə etibarını qazandıqları Zərərçəkmiş şəxs4 həbsdə saxlanılan oğlu Anan həmin əlaqələri vasitəsi ilə pul müqabilində asanlıqla qısa müddət ərzində həbsdən azad etdirəcəklərini yalan vəd verib aldadaraq hissə-hissə olmaqla, birinci 12000 manat məbləğində xeyli miqdarda hissəsini 20 may 2023-cü il tarixdə Ucar rayonu Yuxarı Çiyni kəndində yaşadğı evdə, 18000 manat məbləğində xeyli miqdarda hissəsini 02 iyun 2023- cü il tarixdə Ucar rayonu Yuxarı Çiyni kəndi ərazisində fəaliyyət göstərən “Ucar” kafesinin həyətində Şahid5 vasitəsi ilə nağd şəkildə əlbəəl alaraq, 2000 manat məbləğində hissəsini 2023-cü ilin iyun ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Şəki şəhəri ərazisində yerləşən, 1000 manat məbləğində hissəsini 2023-cü ilin iyun ayının ortalarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Ucar şəhəri ərazisində yerləşən elektron ödəmə terminalları vasitəsi ilə istifadələrində olan bank kartı hesablarına ödətdirməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 33000 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə qabaqcadan əlbir olduğu tanışı Şahid5 və atası X5 ilə bir qrup şəxs halında birləşib özlərini hüquq-mühafizə orqanları və məhkəmə sistemində çalışan vəzifəli şəxslərlə yaxın əlaqəli şəxslər kimi təqdim etməklə etibarını qazandıqları Zərərçəkmiş şəxs5 həbsdə saxlanılan oğlu Zauru həmin əlaqələri vasitəsi ilə pul müqabilində asanlıqla qısa müddət ərzində həbsdən azad etdirəcəklərini yalan vəd verib aldadmaqla 2023-cü ilin iyul ayının əvvəllərindən 2023cü ilin avqust ayının ortalarınadək olan müddət ərzində dəqiq tarixləri istintaqa məlum olmayan ayrı- ayrı vaxtlarda hissə-hissə olmaqla, birinci 5000 manat məbləğində hissəsini 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qala Bazar” restoranının yaxınlığında, 15000 manat məbləğində xeyli miqdarda hissəsini 2023-cü ilin iyul ayının ortalarında, 10000 manat məbləğində xeyli miqdarda hissəsini 2023-cü ilin avqust ayının əvvəllərində, 5000 manat məbləğində hissəsini isə 2023-cü ilin avqust ayının ortalarında yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən fərdi evin həyətində Şahid5 vasitəsi ilə nağd şəkildə əlbəəl alaraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 35000 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədilə özünü yerli icra hakimiyyəti strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan bir şəxs kimi təqdim etməklə etibarını qazandığı Zərərçəkmiş şəxs6 Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində aldığı torpaq sahəsinin üzərində tikdirmək istədiyi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti strukturlarından icazə alacağına dair yalan vəd verib aldatmaqla 2023-cü ilin sentyabr ayının axırlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda ünvan 10 ünvanının qarşısında 1000 manat məbləğində nağd şəkildə ələbəl almaqla, 11 oktyabr 2023-cü il tarixdə 650 manat məbləğində, 18 oktyabr 2023-cü il tarixdə 300 manat məbləğində, 20 oktyabr 2023- cü il tarixdə isə 2000 manat məbləğində pullarını isə Bakı şəhəri Nardaran qəsəbəsi ərazisindən telefon vasitəsi ilə elektron qaydada istifadəsində olan bank kartı hesabına köçürtdürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 3950 manat məbləğində pulunu ələ keçirməklə sonradan verdiyi vədə əməl etmədən təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də ittihamda zərərçəkmiş şəxs qsimində qeyd olunan Zərərçəkmiş şəxs1 14500 manat məbləğində, Zərərçəkmiş şəxs6 3950 manat məbləğində pul almışdır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 4000 manat məbləğində və Zərərçəkmiş şəxs3 4000 manat məbləğində pulları əlbəəl özlərindən deyil, Zərərçəkmiş şəxs1 vasitəsi ilə almışdır, onların hər birindən də göstərilən məbləğdə deyil, hər birinin evinin tikintisinə icazə adı ilə 4000 manat məbləğində pul almışdır, həmin pullar da Aygünün adına qeyd olunmuş maddi ziyanın məbləğinə daxil edilmişdir. O, həmin pulların qarşılığında torpaq üzərində tikinti üçün icra hakimiyyətindən icazə alacağını söz vermiş, lakin vədinə əməl etməmişdir. Həmin epizodlarla bağlı təqsirini etiraf edir, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə ittihamda göstərilən məbləğləri qəbul etmir. Belə ki, həmin epizodlarla bağlı ona hər zərərçəkmiş şəxs üçün Zərərçəkmiş şəxs1 tərəfindən 4000 manat pul verilmişdir. İttihamda onun Zərərçəkmiş şəxs1 yeznəsi Şamilin cərimələri ilə bağlı ona 1000 manat verildiyi göstərilsə də, o, həmin ittihamı qəbul etmir. Belə ki, həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxs1 ona cəmi 400 manat məbləğində pul vermişdir. O ki, qaldı digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, onun həmin şəxslər ilə heç bir danışığı və pul alış-verişi olmamış, onlara qarşı dələduzluğu tanışı Şahid5 törətmişdir. Özünü həmin epizodlarla bağlı təqsirli bilmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 pul almadığını, Vüqarın ona pul vermədiyini, onlarla heç bir danışığının olmadığını, sadəcə Vüqar ona həmin şəxslərin pullarını geri istədiklərini, əks təqdirdə şikayət edəcəklərini bildirdiyi zaman Zərərçəkmiş şəxs5la görüşərək oğlunun işinin həll olunacağını və narahat olmamasını dediyini, Zərərçəkmiş şəxs4 isə oğlunun Şəki Ağır Cinayətlər Məhkəməsində olan məhkəmə prosesində iştirak edərək oğlunun işinin həll olunacağını bildirdiyini, həmin hərəkətləri etməkdə məqsədinin Şahid5 vəziyyətdən çıxarmaq olduğunu, Vüqarın həmin puldan ona hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 20 il əvvəl yaşadığı ünvanın qonşuluğunda yerləşən, ümumi sahəsi 06 sot olan boş torpaq sahəsini almışdır ki, gələcəkdə imkanı olanda orada övladları üçün ev tikdirsin. Torpaq sahəsini hasara alsa da üzərində ev tikdirməyə imkanı çatmadığından son vaxtlara qədər həmin torpaq sahəsi boş qalmışdır. Həmin torpaq sahəsi ilə qonşuluqda iki nəfər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 adlı tanışları da özlərinə torpaq sahəsi almışlar. 2023-cü ilin mart ayında qonşuları ilə birlikdə həmin torpaq sahələrinin üzərində tikinti işlərinə başlamaq qərarına gəlmişlər, tikintiyə icazə almaq üçün yerili İcra hakimiyyəti nümayəndəliyinə müraciət etmişlər, lakin razılıq ala bilməmişlər, həmin ərəfədə əmisi oğlu Şahid1 bildirmişdir ki, onun tanışları var, qəsəbə ərazisində ev tikməklə məşğul olurlar təklif etmişdir ki, onları həmin şəxslərlə görüşdürsün, bəlkə köməklik edə bilərlər. Razılaşmışlar, Fazil onları özünü 15-ci Polis Bölməsinin rəisinin sürücüsü kimi təqdim edən Muxtər adlı şəxslə görüşdürmüş, Muxtər bildirmişdir ki, işi ilə bağlı icra strukturlarında geniş əlaqələrə malikdir, guya atası Eyvazın özü də hansısa generalın sürücüsüdür, bunun hesabına onun üçün onların tikintilərinə dair müvafiq icazə sənədləri almaq çətin deyil. Həmin vaxt Muxtər onlara yüksək vəzifəli şəxslərin adlarını çəkməklə, yanlarından zəng vurub guya Əmlak Komitəsinin məsul vəzifəli şəxsləri ilə danışmaqla onları özünə inandırmışdır. Daha sonra onlarla birlikdə gedərək topaq sahələrinə baxmış, şəkillərini çəkib kimlərəsə göndərmiş, guya razılıq almış, şəxsiyyət vəsiqələrinin surətlərini götürüb aparmış, Səbriyyə və İqbal özləri də onunla görüşdə iştirak etmişlər, özləri razılaşsalar da, Muxtəri onun vasitəsi ilə tanıdıqları üçün pullarını da Muxtərə onun vasitəsi ilə vermişlər. Beləcə Muxtər evlərin tikintisi üçün icazə almaq adı ilə 2023-cü ilin mart ayının əvvəlindən ortalarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə- hissə olmaqla ondan ümumilikdə 14500 manat məbləğində pul almış, həmin pulun 4000 manat məbləğində hissəsi Zərərçəkmiş şəxs3, 4000 manat məbləğində hissəsi Zərərçəkmiş şəxs2 məxsus imiş, həmin şəxslər pullarını Muxtərə onun vasitəsi ilə vermişlər, o da həmin pulları Muxtərə hissə-hissə vermişdir. Bundan başqa ittihamda onun yeznəsinin cərimələrini sildirməsi ilə bağlı təqsirləndirilən şəxsə 1000 manat verməsi göstərilsə də, məbləğ yanlış göstərilmişdir. Belə ki, o, həmin cərimələrin silinməsi ilə bağlı Təqsirləndirilən şəxs 1000 deyil, cəmi 400 manat pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin ərəfədə söhbət əsnasında onun Balaxanım adlı qadınla aralarında külli miqdarda pul mübahisəsinin olduğunu eşidib bildirmişdir ki, guya hüquq-mühafizə orqanlarında geniş əlaqələri var, həmin əlaqələri vasitəsi ilə istənilən problemi asanlıqla həll edə bilir, onun da Balaxanım adlı qadınla aralarında olan pul problemini həmin əlaqələri vasitəsi ilə asanlıqla onun xeyrinə həll edə bilər və təklif etmişdir ki, əgər istəyirsə onun həmin işi ilə məşğul olsun. O, razılaşmış və 2023-cü ilin mart ayının axırlarında Muxtər onu Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa Yolunda yerləşən “50 Qəpik” kafesində bir nəfər Malik adlı şəxs ilə görüşdürüb həmin şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Həmin Malik adlı şəxsin özü də bunu təsdiq edərək onun Balaxanım adlı qadınla aralarında olan pul mübahisəsi barədə maraqlanmış, o, həmin problemini onlara danışdıqdan sonra hər ikisi bildirmişlər ki, Balaxanım adlı qadını Malikin guya işlədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apartdırıb orada ona borclu olduğu 150000 manat məbləğində pulu rahatlıqla aldıraraq ona ödətdirəcək. Onların dediklərinə inanıb sevinmiş, Malik adlı şəxs ilə Muxtər bu işin müqabilində ondan ilkin olaraq işə başlamaq üçün 2000 manat məbləğində pul istəmişlər. Həmin vaxt üzərində cəmi 500 manat məbləğində pul olduğundan razılaşmışlar ki, həmin 500 manat məbləğində pulu orada Malik adlı şəxsə versin, qalan hissəsini isə axşam Muxtər ilə görüşüb ona çatdırsın. Belə də olmuş, həmin vaxt üzərində olan 500 manat məbləğində pulu elə oradaca Malik adlı şəxsə vermiş, Malik adlı şəxs onu inandırmaq üçün orada ona hətta Balaxanım adlı qadından şikayət ərizəsi də yazdırmışdır. Həmin günün axşamı Muxtər ilə eyni kafedə görüşüb bu iş üçün ondan istədikləri pulun 1000 manat məbləğində hissəsini də Muxtərə vermişdir, Muxtər də həmin pulu Malki adlı şəxsə çatdıracağını deyib götürüb getmişdir. Muxtər ona verdiyi vədlərin heç birini yerinə yetirməmiş, ancaq yalançı bəhanələr ilə vaxt uzatmağa başlamış, sonradan isə ümumiyyətlə aradan çıxmış, onun nə zənglərinə cavab vermiş, nə də ki, görüşlərinə gəlmiş, evinə getdikdə isə ailə üzvləri onu aldatmışlar ki, guya Muxtərdən imtina ediblər, yerini bilmirlər. Bundan sonra məcbur qalaraq polis orqanına müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 8 il əvvəl Zabrat qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 adlı qadından özünə fərdi ev tikdirmək üçün 2000 manat pula 2 sot boş torpaq sahəsi almışdır. Həmin ərəfədə maddi imkanı olmadığından tikinti işlərinə başlaya bilməmişdir. 2023-cü ilin mart ayında həmin torpaq sahəsi üzərində tikinti işlərinə başlamaq istəyəndə yerli icra orqanları gəlib tikintini saxlamışlar və tikintiyə icazə verməmişlər. O, bu barədə Aygünə bildirdikdə Aygün demişdir ki, özünün tanışları vasitəsi ilə tikinti üçün icazə ala bilər. Razılaşmışlar və icazə almaq üçün Aygünün istədiyi 4000 manat məbləğində pulu düzəldib 2023-cü ilin mart ayının ortalarında Zabrat qəsəbəsində yaşadığı evdə Aygünə vermişdir. Bir müddət sonra Aygün Təqsirləndirilən şəxs adlı şəxs ilə birlikdə onlara gələrək onları tanış etmiş, bildirmişdir ki, tikinti üçün icazə alınması məsələsini Muxtər həll edəcək, Muxtər özü də bunu təsdiq edərək onu əmin etmişdir ki, özünün yüksək vəzifəli əlaqələri vasitəsi ilə onun tikintisinə icazə verdirəcək, hətta onu inandırmaq üçün şəxsiyyət vəsiqəsini də götürüb aparmışdır, sonradan Aygün vasitəsi ilə geri qaytarmışdır, lakin vəd verdiyi icazə məsələsini həll etməmiş, əksinə onun üçün qısa müddət ərzində icazə alacağına əmin edərək ona tapşırmışdır ki, lazım olan tikinti materiallarını artıq almağa başlasın. O da Muxtərə inanaraq təxminən 5000 manat dəyərində tikinti materialları almış, lakin Muxtər onu aldatdığı üçün həmin tikiniti materialları da zay olub getmişdir. Buna baxmayaraq o, pulunu əlbəl Aygünə verdiyi üçün Aygündən də tələb etməyə başlamış, Aygün də onun pulunu tam olaraq öz vəsaiti hesabına qaytarsa da bildirmişdir ki, Muxtər onu və bir neçə nəfər başqa şəxsləri də aldadıb. Bu işlə bağlı Muxtər Aygünün vasitəsi ilə 5200 manat məbləğində nağd şəkildə pul alıb, bundan əlavə Muxtərin sözü ilə o, tikinti materialları alaraq 5000 manat məbləğində pul xərcləmiş, həmin materialları da zay olub itib- batmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu X13 narkotik vasitələrin əkilib-becərilməsi və satışı ilə bağlı 2023-cü ilin yanvar ayında Ucar RPŞ-nin əməkdaşları tərəfindən tutularaq məhkəmə məsuliyyətinə verilmişdir. 2023-cü ilin may ayının təxminən ortalarında dəqiq xatırlamadığı gündə qohumu Seymur istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən tanıdığı bir nəfər şəxsin onun oğlu Anara köməklik edə biləcəyini demişdir. O, bunu eşidib sevinmiş və Seymur həmin şəxslə birlikdə yaşadığı Ucar rayonuna dəvət etmişdir. İki gündən sonra qohumu Seymur Vüqar adlı şəxslə birlikdə onlara gəlmişdir. Söhbət zamanı Vüqar dövlət orqanlarında tanışları olduğunu, həmin tanışları vasitəsilə Anarın işini yüngülləşdirəcəyini, hətta Anarı azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığa buraxdıracağını bildirmişdir. Vüqar bu işin müqabilində ilkin olaraq 12000 manat lazım olduğunu, lazım olan qalan pulu isə işi həll etdikcə deyəcəyini qeyd etmişdir. O, həmin şəxsə inanmış və evdə olan 12000 manat pulu elə oradaca qohumu Seymurun yanında evin həyətində Vüqara vermişdir. Pul verməzdən əvvəl yaxınlıqda yaşayan digər qohumu X8 ora çağırmış və pulu verərkən onların şəkillərini çəkməsini xahiş etmişdir. Ramin onların şəkillərini çəkdikdən sonra Vüqar işi həll edəcəyini bildirməklə pulu götürüb Seymurla birlikdə çıxıb getmişdir. Bundan sonra bir neçə gün Vüqardan xəbər çıxmamışdır. Bu arada bir neçə dəfə Vüqarla əlaqə saxlayaraq iş ilə bağlı danışmışdır. Bir dəfə Vüqar ona zəng edərək iş görülməsi üçün əlavə olaraq 18000 manat pul lazım olduğunu, həmin pul verildikdən 15-20 gün sonra Anarın azadlığa buraxılacağını demişdir. O, Vüqara belə danışmadıqları bildirsə də, Vüqar ona başqa cür alınmayacağını bildirmişdir. Bundan sonra o, məcbur qalaraq Vüqarla razılaşmış, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Vüqar onunla əlaqə saxlayaraq evinə gəlmiş, evinin yaxınlığında yolun kənarında olan «Ucar» kafesinin həyətində Vüqarla görüşmüş və gəldiyi avtomobildə Vüqara 18000 manat pul vermişdir. Həmin vaxt qohumu Ramin də yanlarında olmuş və yenə də pulu verərkən şəkillərini çəkmişdir. Pulu aldıqdan sonra Vüqar işin düzələcəyini demiş və çıxıb getmişdir. Pulları verdikdən sonra bir dəfə həbsdə saxlanılan oğlu Anarın yanına gedərkən Vüqar ilə əlaqə saxlamış, Vüqar ondan yenidən 3000 manat pul istəmişdir. Vüqara bu qədər pulu olmadığını bildirərək, terminaldan Vüqarın ona göndərdiyi bank kartına 2000 manat göndərmişdir. Bir müddət keçikdən sonra Vüqar ona zəng edərək, qalan 1000 manatı da göndərməyini, həmin pul çatmadığı üçün işin yekunlaşmadığını demişdir. O, Vüqara yenidən Ucar şəhəri ərazisindəki terminal vasitəsilə 1000 manat pul göndərmişdir. Lakin həmin şəxslər ona köməklik göstərməmişlər. Oğlu Anar barəsində xx.xx.2023-cü il tarixdə məhkəmə hökmü çıxaraq azadlıqdan məhrumetmə cəzasına təyin olunmuşdur. Bundan sonra o, aldadıldığını anlamış və Vüqardan pullarını geri qaytarmasını tələb etmişdir. Lakin Vüqar hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu geri qaytarmamışdır. Nəticədə ona ümumilikdə 33000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Əliyev X3 pulları Vüqara verən ərəfədə şəxsən görməsə də, Vüqarın onu bu işləri başqa şəxslə birlikdə həll etdiyini dediyini, oğlunun Şəki Ağir Cinayətlər Məhkəməsində işinə baxılan zaman Vüqarın oraya Muxtərlə birlikdə gəldiklərini, Muxtərin ona narahat olmamasını, oğlunun işini həll edəcəyini dediyini, ondan öncə də Muxtərlə dəfələrlə telefonda danışdığını, hər dəfəsində Muxtərin ona oğluna kömək edə biləcəyini dediyini bildirmşdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən iyul ayında oğlu Kiyasov Zaur barəsində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 206-cı maddələri ilə istintaq olunan cinayət işi üzrə Sabunçu rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 2023-cü ilin iyul ayında tanışı Kənanın vasitəsi ilə Şahid5 ilə tanış olmuşdur. Söhbət əsnasında Şahid5 ona 35000 manat pulun müqabilində onun oğlunu zaminliyə buraxdırıb maddələrini yüngülləşdirəcəyini bildirmişdir. Vüqar ona demişdir ki, oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulduğu üçün onlara da pul vermək lazımdır. O, da Vüqarla razılaşmış və ertəsi gün, yəni 2023-cü ilin iyul ayının əvvəlində Vüqar ilə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki «Qala Bazar» restoranının yaxınlığında görüşərək qayını Rasimin iştirakı ilə Vüqara 5000 manat pul vermişdir. Vüqar həmin pulu aparıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına verəcəyini bildirmişdir. Bir neçə gün sonra Vüqar onlara gəlmiş və əlavə pul istəmiş, həmin vaxt telefon ilə kiməsə zəng vuraraq guya həmin iş ilə məşğul prokuror ilə danışıb telefonu ona uzatmışdır, telefon danışığı zamanı həmin şəxs ona oğlunun azadlığa çıxması üçün 45 000 manat pul lazım olduğunu bildirmiş, o, həmin məbləğdə pulunun olmadığını dedikdə həmin şəxs nə qədər verə biləcəyini soruşmuş, o da cəmi 30 000 manat verə biləcəyini demiş, həmin şəxs də razılaşmışdır. Telefonda danışıb qurtardıqdan sonra elə oradaca 15 000 manat pulu sayıb Vüqara vermişdir. Təxminən 3 gün sonra Vüqar yenidən onun evinə gəlmiş və pulun qalan hissəsini istəmişdir. O, Vüqara 10 000 manat da vermiş və artıq ona 30 000 manat pulu ödədiyini demişdir. Vüqar isə əvvəl aldığı 5 000 manatı DTX-ya çatdığını, işin həlli ilə məşğul olan «prokurorla» razılaşdığı 30000 manat məbləğində pula aidiyyətinin olmadığını bildirmişdir. Bir neçə gündən sonra Vüqar yenidən onun evinə gəlmiş və əlavə 5000 manat məbləğində də pulu ondan almışdır. Vüqar pulu alarkən bu işi ilə Muxtər adlı şəxsin məşğul olduğunu, Muxtərin bayırda yolun kənarında dayandığını, istəyirsə özünün də Muxtər ilə görüşüb tanış olaraq danışmağının təklif etmişdir. Lakin o, Vüqarı tanıdığını, Muxtər ilə görüşməyə ehtiyac olmadığını bildirmişdir. Pulu tam ödəyib qurtardıqdan bir neçə gün sonra o, Vüqardan oğlunun nə vaxt azadlığa çıxacağını soruşduqda Vüqar müxtəlif bəhanələr ilə onu aldadıb vaxt uzatmağa başlamışdır. Təxminən 1 aydan sonra Vüqar Muxtər ilə birlikdə onun evinə gələrək onları tanış etmişdir. Muxtər ona narahat olmamağını, oğlunu azad etdirəcəyini demişdir. O, Muxtərin sözlərinə inanmış və gözləməyə başlamışdır. Vüqar hər dəfə onlara gəlib ona yalanlar danışaraq oğlunun azad edilcəyini bildirirmiş. İşin uzandığını görüb oğlunun işi ilə əlaqədar Sabunçu RPİ-nə getmiş, orada İdarənin yaxınlığında Vüqar və Muxtərin atası kimi özünü təqdim edən Eyvaz adlı şəxs ilə görüşmüş, Eyvaz danışan zaman sonuncunun səsini tanımış və Vüqarın ona «prokuror» kimi telefonda danışdırdığı şəxs olduğunu anlamışdır. O, Eyvaza sonuncunu tanıdığını və telefonda danışdığı şəxs olduğunu demiş, lakin Eyvaz bunu inkar etmişdir. Lakin Vüqar təsdiq etmişdir ki, telefonda onu danışdırdığı şəxs məhz həmin Eyvazdır. Bundan sonra onların hamısının onu aldatdığını anlayaraq onlara birlikdə Polis İdarəsinə getməyi təklif etmiş, onlar isə boyun qaçıraraq söz vermişlər ki, ondan aldıqları pulları bir gündən sonra qaytaracaqlar. Lakin, onlar onu aldatmışdılar və pulunu geri qaytarmamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Nardaran qəsəbəsində yerləşən, özünə məxsus torpaq sahəsində ev tikməyə icazə almaq üçün yerli icra orqanına müraciət etmiş, lakin müvafiq icazə ala bilməmişdir. Həmin ərəfədə həyətində işləyən Faiq adlı usta bu işdə ona Təqsirləndirilən şəxs köməklik edə biləcəyini demiş və onları tanış etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu sahədə geniş əlaqələri var, həmin əlaqələri vasitəsi ilə lazımı sənədləri hazırladıb tikinti işləri üçün icazə ala bilər. Muxtər bildirmişdir ki, tikintiyə icazə üçün 3000 manat, evin qaz və işıq xətlərinin çəkilməsi üçün isə 950 manat lazımdır, uzağı bir ay müddətinə həmin işləri başa çatdıra bilər. O da razılaşmış və 2023-cü ilin sentyabr ayının sonlarında Muxtərə Bilgəh qəsəbəsi ərazisində, atasının yaşadığı evin qarşısında ilkin olaraq 1000 manat məbləğində pul vermişdir. 11 oktyabr 2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC-yə aid bank kartı hesabından Muxtərin dediyi kart hesabına Nardaran qəsəbəsi ərazisindən 650 manat məbləğində pul, 18 oktyabr 2023-cü il tarixdə 300 manat məbləğində, 20 oktyabr 2023-cü il tarixdə isə 2000 manat məbləğində pul göndərməklə ümumilikdə Təqsirləndirilən şəxs 3950 manat məbləğində pul vermişdir. Lakin Muxtər vədinə əməl etməmişdir, 2023-cü ilin noyabr ayında Muxtər tərəfindən aldadıldığına tam əmin olduqdan sonra barəsində şikayət etməyə başladımışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, təxminən üç il əvvəl Zabrat qəsəbəsində yaşayan qohumlarının təklifi ilə Zərərçəkmiş şəxs1 adlı qadından özünə fərdi ev tikdirmək üçün 5400 manat pula 3 sot boş torpaq sahəsi almışdır. Həmin ərəfədə maddi imkanı olmadığından tikinti işlərinə başlaya bilməmişdir. 2023-cü ilin mart ayında həmin torpaq sahəsi üzərində tikinti işlərinə başlamaq istəyəndə yerli icra orqanları gəlib tikintini saxlamışlar, icazə verməmişlər. Bu barədə Aygünə bildirdikdə Aygün demişdir ki, özünün tanışları vasitəsi ilə tikinti üçün icazə ala bilər. Razılaşmışlar və icazə almaq üçün Aygünün bu iş üçün istədiyi 5700 manat məbləğində pulu düzəldib 2023-cü ilin mart ayının ortalarında Zabrat qəsəbəsində yaşayan bacısı Şahid2 evində Aygünə vermişdir. 2023-cü ilin may ayında Aygün bildirmişdir ki, artıq tikinti işlərinə başlaya bilər. Həmin vaxt Aygünün sözü ilə tikinti işlərinə başlamaq istədikdə yenə yerli icra orqanlarının nümayəndələri gəlib tikintini saxlamışlar. Bundan sonra Aygünə öz iradını bildirməyə başlamış, Aygün də bildirmişdir ki, onu da aldadıblar, guya onlardan aldığı pulu icazə almaq üçün hansısa bir Muxtər adlı şəxsə verib, hətta bir dəfə onu bir nəfər Muxtər adlı şəxslə görüşdürmüşdür, tikinti üçün icazənin həmin şəxs tərəfindən alınacağını bildirmişdir, bir qədər vaxt verilməsini xahiş etmişdir, lakin həmin şəxs onların söhbətinə heç bir müdaxilə etməmiş, ona görə də həmin şəxsin adının Muxtər olub-olmadığını, həqiqətən də onun işi ilə həmin şəxsin məşğul olub-olmadığını dəqiq deyə bilməz. O, pulu şəxsən Aygünə vermişdir, ona görə də pulunu Aygündən tələb etməyə başlamış, lakin Aygün hər dəfə vaxt uzatmış, bildirmişdir ki, Muxtər adlı şəxs tərəfindən aldadılıb, o isə Aygünə bildirmişdir ki, ona bunun heç bir aidiyyəti yoxdur, pulu o alıb, o da qaytarmalıdır. Aygünlə Muxtərin arasında nə baş verməsindən, aralarında nə söhbət olmasından onun heç bir məlumatı yoxdur. Onlardan kimin kimi aldatmasını deyə bilməz. Bütün bu qeyd etdiklərini ailə üzvləri, bacısı Məhbubə, qohumu Fatma da təsdiq edə bilərlər, ona görə ki, Aygünlə bütün söhbətləri və alış-verişi həmin şəxslərin şahidliyi ilə baş tutub. Onu da qeyd etmişdir ki, bundan əvvəl də təxminən üç il əvvəl Aygünə bir dəfə tikintiyə icazə almaq üçün 5400 manat məbləğində pul vermişdir, lakin həmin vaxt da Aygün onun üçün icazə ala bilməyərək həmin pulu beş aydan sonra özünə qaytarmışdır. Bu işlə bağlı Aygün ondan nağd şəkildə 5700 manat məbləğində pul alıb, bundan əlavə Aygünün sözü ilə tikinti işlərinə başlayarkən 4500 manat məbləğində tikinti materialları almışdır, həmin materialları da zay olub itib-batmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının ortalarında qonşusu Seymur adlı şəxs yaşadığı ərazidə işlətdiyi kişi salonuna gələrək əmisi oğlunun narkotik vasitə ilə bağlı tutulduğunu bildirmiş, qohumu Anara köməklik etməyin mümkün olub-olmadığını soruşmuşdur. O isə Muxtər adlı tanışının olduğunu, sonuncunun yaxşı əlaqələrinin olduğunu bildirmiş və yanındanca Muxtərə zəng vurmuşdur. Muxtərı təxminən bir il imiş ki, tanıyırmış, Muxtər ilə heç bir iş görməsə də, Muxtər onun yanında çoxsaylı işlər həll etmişdir. Muxtərlə danışaraq ətralı məlumatları Seymurdan öyrənərək demiş, Muxtər isə işin sahibi Malik ilə danışmaq istədiyini bildirmişdir. Seymur isə birlikdə rayona Malikin yanına gedərək daha dəqiq danışmağı təklif etmişdir. Təxminən iki gün sonra Seymur ona Malikin onları Ucar rayonuna dəvət etdiyini bildirmiş, o, Muxtərə zəng edərək bu barədə demiş, Muxtər isə işi olduğu üçün gedə bilməyəcəyini, telefon vasitəsilə əlaqə yaradacağını bildirmişdir. Bundan sonra o, Seymurla sonuncuya məxsus avtomobil ilə Ucar rayonuna gedib orada Malik ilə görüşmüş, Malik ona vəziyyəti izah etmiş və oğlunun buraxılmasını istədiyini bildirmişdir. O, həmin vaxt Muxtərə zəng etmiş və Muxtər ilə danışmış, Malikin özünü də Muxtər ilə danışdırmışdır. Muxtər həmin vaxt bütün işin 30000 manata həll olunacağını, ilkin olaraq 12000 manat pul verilməli olduğunu, 10 gün ərzində Anarın zaminliyə buraxılacağını, bundan sonra qalan pulun veriləcəyini bildirmişdir. 20 may 2023-cü il tarixdə Malik evinin həyətində 12000 manat pulu ona vermiş və videogörüntü ilə bunu qeydə almışdır. O, həmin pulu götürərək Seymur ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Həmin vaxtlarda onun özünün problemi ilə bağlı o, Muxtərə müraciət etmiş, Muxtər onun probleminin həlli üçün həmin puldan 3000 manatının veriləcəyini, əlavə olaraq da 100 manat yol xərci istədiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri Qaradağ rayonu ərazisində terminal vasitəsilə 3100 manat pulu Muxtərın ona göndərdiyi karta atmışdır. Qalan 8900 manat pulu isə həmin gün axşam saatlarında Xəzər rayonu Qala qəsəbəsi ərazisində Muxtər ilə görüşərək Emil adlı dostunun yanında Muxtərə əlbəl vermişdir. Həmin vaxt Muxtər pulu saymamış və Emilə maşına qoyması üçün vermişdir. Muxtər sonradan ona zəng edərək, nə qədər pul olduğunu soruşmuş, o, isə Muxtərə orada 8900 manat pul olduğunu, 3100 manatı isə, əvvəldən kartına atdığını xatırlatmışdır. Təxminən 10 gün sonra Muxtər ona və Malik adlı şəxsə müxtəlif yalanlar deyərək işin yaxın müddətdə həll olunacağını bildirirmişdir. Muxtər ona yenidən 18000 manat pul lazım olduğunu, maddənin dəyişilməli olduğunu və bundan sonra Anarı zaminliyə buraxmağın mümkün olacağını demişdir. Muxtər bu barədə Malkin özü ilə də danışmış və ona tapşırmışdır ki, Malikin yanına gedib həmin pulu götürsün. O da tanımadığı taksi ilə Ucar rayonuna Malikin yanına getmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində «Ucar» restoranın həyətində Maliklə görüşmüş və Malikin gəldiyi avtomobilə əyləşərək Malikdən 18000 manat pul almışdır. Həmin vaxt Malikin yanında olan Ramin adlı şəxs də pulun alınmasını videoçəkiliş vasitəsilə qeydə almışdır. Malik özü də pulu ona verdikdən sonra Muxtər ilə danışmış, o da pulu götürərək Bakı şəhərinə qayıtmışdır. Həmin gün axşam saatlarında Muxtər ilə «Şanson» restoranında görüşmüş və 18000 manat pulun hamısını Muxtərə vermişdir. Muxtər həmin pulun üzərindən 2000 manat götürüb onun problemlərinə xərcləmişdir. Muxtər pulları aldıqda söz vermişdir ki, Malikin həbsdə olan oğlu Anarın maddələrini dəyişditdirəcək və zaminliyə buraxdıracaq, lakin xeyli müddət keçməsinə baxmayaraq Muxtər heç bir iş görməmiş, yalnız müxtəlif bəhanələr ilə vaxtı uzadırmış. Muxtər bir dəfə ona zəng edərək əlavə 3000 manat pulun verilməli olduğunu, bu barədə Malik ilə danışmağını tapşırmışdır. O, Malik ilə danışmamış dəqiq xatırlamadığı gündə Malikin qohumu Ramin ona zəng edərək Muxtərın ondan pul istədiyini bildirmiş və pulu hissə-hissə Muxtəra göndərəcəyini demişdir. Bundan sonra həmin 3000 manat pulu da, Muxtərə göndərilmişlər. Həmin vaxtdan etibarən Muxtər müxtəlif bəhanələrlə vaxt uzatmış və heç bir iş görməmişdir. Oğlu Anarın işi məhkəmə baxışında olarkən Ramin ilə Malik Bakı şəhərinə gələrək onunla Bakı şəhəri Nərimanov rayonu ərazisindəki restoranlardan birində görüşmüşlər, telefonla əlaqə saxlayıb Muxtəri də həmin görüşə çağırsalar da Muxtər görüşə gəlməmişdir. Bundan sonra Malikgil Muxtərin heç bir iş görmədiyini və onları aldatdığını bilərək polisə müraciət etmişlər. Muxtərın atası Eyvaz dəfələrlə Ucar rayonuna gedərək Malikgilə pulunun ödəniləcəyini vəd versə də pullarını qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, onun atası Malikə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Muxtərin atası Eyvaza 12500 manat pul vermişdir ki, həmin pulun üstünü düzəltsin və Malikə dəymiş ziyanı ödəsin, lakin Eyvaz həmin 12500 manatdan cəmi 10000 manatı istintaq vasitəsi ilə Malikə ödəmiş, özündən isə Malikə heç bir məbləğdə pul ödəməmişdir. O, Muxtərin niyyətinin dələduzluq olduğunu bilsəydi ümumiyyətlə bu məsələdən uzaq durardı və Malikdən heç bir məbləğdə pul almazdı. Malikdən ümumilikdə 30000 manat pul almış və həmin pulları Muxtərə vermişdir. Həmin pullardan ona heç bir məbləğ qalmamışdır. Belə ki, Malik iş həll olunduqdan sonra sonda işi həll etməyin müqabilində 10000 manat mükafat verəcəyini bildirmişdir. Onun problemləri üçün ödənilmiş 3000 manat və 2000 manatın Malikə məxsus olduğunu, Muxtər həmin pulu öz payına düşən puldan verdiyini ona sonradan demişdir. Bu səbəbdən o, Muxtərin pulu ödəməsinə heç bir etiraz etməmişdir. Zərərçəkmiş şəxs4 aldığı puldan onları tanış etmiş Şahid7 heç bir məbləğdə pul verməmiş və vermək fikrində olmamışdır. Sadəcə olaraq Seymur əmisi Malikin oğlu Anara kömək etmək üçün onu Maliklə tanış etmişdir. Emil Muxtərin tanışı imiş və o, Emilin anket məlumatlarını bilmir. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində ona tanışı və Seymurun qayınatası olan Kənan zəng vuraraq onunla işi olduğunu bildirib evinə dəvət etmişdir. Kənangilə gəldikdə sonuncu ona bildirmişdir ki, qonşusu Kiyas kişinin oğlu Sabunçu rayonunda narkotiklə tutulub, ona kömək etmək, maddəsini dəyişdirərək azadlığa buraxdırmaq lazımdır. Həmin vaxt onların yanına Kiyas özü də gəlmiş və bildirmişdir ki, oğlu Zauru DTX-nin əməkdaşları tutub, hazırda Sabunçu RPİ-nin İstintaq şöbəsində istintaq gedir və oğlu həbs olunub. Onlara maraqlanacağını bildirərək sabahısı günü Muxtərin atası Eyvazla Zabrat-1 qəsəbəsində görüşmüş və Kiyasın oğlunun anket məlumatlarını sonuncuya vermişdir. Eyvaz maraqlanmaq üçün vaxt istəmiş və sabahısı günü görüşdükdə demişdir ki, Kiyasın oğlu Zaurun üzərindən 206-cı maddəni götüzdürmək və aşkar edilmiş narkotiki vasitənin istifadəçisi kimi sənədləşdirmək üçün 45000 manat məbləğində pul lazımdır. Bununla bağlı o, Kiyasın evinə getmiş və oradan zəng vurub Kiyası Eyvazla danışdırmış, telefon danışığı zamanı Eyvaz özü Kiyasa da bir daha bildirmişdir ki, oğlunun işinin bu cür həll olunması üçün 45000 manat məbləğində pul lazımdır, Kiyas həmin məbləğə gücü çatmayacağını bildirdikdə Eyvaz 35000 manata razılaşmış, həmin məbləğin iki dəfəyə veriləcəyinə şərtləşmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində o, Kiyas və Rasim adlı qohumu ilə Qala qəsəbəsində yerləşən «Qala bazar» restoranının yaxınlığında görüşmüşlər və Kiyas ona 5000 manat pul vermişdir. Eyvazın deməsinə görə, həmin 5000 manat pulu DTX əməkdaşlarına verəcəkdir, çünki Zauru onlar tutmuşdular. O, Kiyasdan ayrıldıqdan sonra Eyvaza zəng vurub bildirmişdir ki, Kiyasdan 5000 manatı götürmüşdür. Bir neçə gündən sonra o, yenidən Kiyasgilə getmiş və onun həyətində olan qarajda görüşərək qohumu Kənanın yanında Kiyasdan 10000 manat pul da almışdır. Sabahısı günü o, Eyvazla Zabrat-1 qəsəbəsindəki polis bölməsinin qarşısında yerləşən çayxanada görüşüb Kiyasdan aldığı ümumilikdə 15000 manat məbəlğində pulu Eyvaza vermişdir. Eyvaz ona bildirmişdir, Polis Bölməsinə gedib-gəlir, gözləsin. Bir azdan sonra Eyvaz onun yanına çayxanaya qayıdaraq ondan aldığı 15000 manatın 13500 manatını qaytararaq bildirmişdir ki, pulun 1500 manatını kiməsə verib, 13500 manatı isə hələlik o özündə saxlasın. Bu barədə Eyvazın oğlu Muxtərə danışıb atasının bu işi həll edibetməyəcəyini soruşduqda Muxtər bu işi atasına nahaq dediyini, özü bu işi həll edə biləcəyini bildirmişdir. Sabahısı günü o, Muxtərla Sabunçu RPİ-nin yanıda görüşmüş və özündə qalan 13500 manatı Muxtərə vermişdir. Muxtər həmin pulun üzərindən 7000 manat məbləğində hissəsini götürüb ona vermiş və aparıb həmin pulu müstəntiiq Nicat Naibova verməsini tapşırmışdır. O, Sabunçu RPİ-nə daxil olaraq müstəntiq Nicat Naibovun yanına qalxmış, Zaur Kiyasovun işi ilə əlaqədar gəldiyini bildirmiş, müstəntiq isə ona heç bir köməklik etməyəcəyini demişdir. O, aşağı enərək Muxtərin yanına qaytımış, baş verənləri danışmış, Muxtər də ondan həmin 7000 manatı geri götürərək tapşırmışdır ki, Kiyasdan pulun qalan 15000 manat hissəsini də alsın. Bir neçə gündən sonra o, Kiyasın evinə getmiş və həyətində ailə üzvlərinin yanında ondan əlavə 15000 manatı da almış, Kiyası telefon vasitəsi ilə Muxtərlə tanış edərək danışdırmışdır. Əlavə aldığı həmin 15000 manatı da Qala qəsəbəsində yaşadığı məhlədə Muxtərə vermişdir. Sabahısı günü Muxtəri Kiyasgilə apararaq onları tanış etmişdir. Buna baxmayaraq Zaurun həbsdən azad olunması məsələsi uzanırdı, Muxtər bildirirdi ki, Zaurun məsələsini həmin pul ilə həll edə bilmir, Kiyasda qalan 5000 manatı da götürsün ki, Zaurun məsələsini başqa yerdə həll edə bilsin. Buna görə də o, sabahısı günü yenidən Kiyasın evinə gedərək orada ailə üzvlərinin yanında sonuncudan əlavə 5000 manat da pulu alaraq aparıb həmin gün Muxtərə vermişdir. Sonradan Kiyas özü müstəntiq Nicat Naibovun yanına gedərək oğlunun işi ilə əlaqədar ondan 35000 manat pul alındığını bildirmiş, buna görə Nicat Naibov onu Sabunçu RPİ-nə çağırmış və bu barədə ondan soruşanda o, müstəntiqə bildirmişdir ki, həqiqətən Kiyasdan ümumilikdə 35000 manat almış və həmin pulun 1500 manatını Eyvaza, 33500 manatını isə Muxtərə vermişdir. X16 zəng vurmuş, lakin Muxtər şəhərdən kənarda olmasını bildirmişdir. Müstəntiq Eyvaza zəng vurmuş və bir qədər sonra Eyvaz RPİ-nə müstəntiqin yanına gəlmişdir. Orada müstəntiq X19 bildirmişdir ki, onun vermiş olduğu 35000 manatı Eyvazla oğlu Muxtər qaytarmalıdırlar. Lakin, Eyvaz və Muxtər pulu qaytarmamışlar, Kiyas isə pulu bilavasitə ona verdiyi üçün pulunu ondan tələb edirdi, onda isə pul yox idi. Bir neçə gündən sonra Muxtərin həyat yoldaşı Samirə Eyvazın evində bildirmişdir ki, öz müdirindən ona faizlə pul götürüb verə bilər. O, yaranmış çətin vəziyyətdən çıxmaq üçün razılaşmış və sabahısı gün tezdən Samirə Muxtər vasitəsi ilə ona faizlə 8500 manat pul göndərmişdir və o, həmin pulu Muxtərdən Eyvazın həyətində almışdı. Həmin 8500 manat pulu o, Muxtərə vermişdir ki, Zaurun azadlığa buraxılması məsələsini tez bir zamanda həll etsin, ¡ki gün sonra Kiyas onun mobil telefonuna zəng vuraraq yenə ondan pulunu tələb etmişdir. O, Muxtərin yanına gedib ondan Kiyasın pulunu tələb etmiş, Muxtər gətirib ona 18000 manat vermiş və qalan 17000 manatı sonra qaytaracağını bildirmişdir. O, həmin 18000 manatı aparıb Kiyasa vermiş, Kiyas ona bildirmişdir ki, yerdə qalan 17000 manatı ona tez bir zamanda qaytarmasa polisə şikayət verəcək. Həmin dövrdə Samirə ona zəng edib qardaşını və atasını işdən çıxartdıracağı ilə, reketlə hədələyib faizlə verdiyi 8500 manatı istəməyə başlamışdır. O, qardaşı və atasının işdən çıxarılmaması üçün 4000 manat pulu Muxtərin vasitəsi ilə Samirəyə göndərmişdir. Sonra o, atası ilə Ucara getmiş və oradan Ucar RPŞ-nin əməkdaşları ilə Bakıya qayıtmışlar. Bakıda Muxtəri tutmuşlar və onlar bir yerdə Ucara qayıtmışlar. Uçarda onu və Muxtəri həbs etmişlər. Ümumilikdə Zərərçəkmiş şəxs4 33000 manat pul almışdır, həmin pulun 10000 manatını atası Şahid6 ödəmişdir, Zərərçəkmiş şəxs5 isə ümumilikdə 35000 manat almış və həmin pulun 18000 manatı ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Onu 2023- cü ilin təxminən yay ayından tanıyır. Oğlu Təqsirləndirilən şəxs və tanışı Şahid5 ona demişdirlər ki, Zərərçəkmiş şəxs5 həbsdə olan oğlunu azad etmək üçün 35000 manat məbləğində pul alıblar. Həmin pulun 18000 manatını geri qaytarsalar da 17000 manatı qalıb, Zərərçəkmiş şəxs5 da onlardan polisə şikayət etmək istəyir. Kiyas ilə danışıb şikayət etməməsini xahiş etmək üçün o, Vüqar ilə birlikdə Kiyasın Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən evinə getmiş, Kiyas onlara 35000 manat pul verdiyini, lakin oğlunun işinin alınmadığını bildirmiş, o da Kiyasdan məsələnin həll olunması üçün 10-15 gün gözləməyi xahiş etmişdir. Ertəsi gün Vüqarın atasınının evinə getmiş və atası Zakir ilə görüşmüş, Zakirə oğlanlarının etdikləri əməl barədə məlumat vermiş, daha sonra Kiyasla ailəsi də ora gəlmiş, Kiyas Zakirdən pulunu tələb etmiş, Zakir Kiyasgilə pulunun olmadığını bildirmiş, Kiyasgil də çıxıb getmişlər. Bundan sonra o, Kiyası bir daha görməmişdir. Hər dəfə Zakir ilə telefonla danışarkən Zakir ona deyirmiş ki, Kiyas pulunu tələb edir. Daha sonra Vüqarı və Muxtəri Ucar rayon Polis Şöbəsinin əməkdaşları tutaraq həbs etmişlər. Zərərçəkmiş şəxs5 özünü prokuror kimi təqdim etməmişdir. Kiyasdan xx.xx.2023-cü il tarixdək vaxt verməsini xahiş etmiş, həmin vaxta qədər ya pulunun qaytarılacağını, ya da ki, oğlunun işinin müsbət həll olunacağını demişdir. O, həqiqətən Vüqarla 2023-cü ilin iyul ayında Zabrat-1 qəsəbəsində görüşmüş və Vüqar ondan Kiyasın oğlu Zaura köməklik edib sonuncunun maddəsinin dəyişdirilməsində köməklik etməsini xahiş etmişdir. Bununla bağlı adını hallandırmaq istəmədiyi şəxsdən öyrənmişdir ki, həmin işi 35000 manata görmək olar. İki gündən sonra o, Vüqara zəng vurmuş və bildirmişdir ki, Zaurun işini 35000 manata düzəltmək olar. Həmin vaxt Vüqar telefonu Kiyasa vermişdir və o, Kiyasa bildirmişdir ki, oğlu Zaurun işini 35000 manat düzəltmək olar. Kiyas ona cavab vermişdir ki, 30000 manatı var. Onlar razılaşmışlar. Lakin sonradan Vüqar ona zəng edərək Kiyasın işdən imtina etdiyini bildirmişdir. Daha sonra Vüqarın Kiyasdan pulu alıb-almamasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma əmisi qızıdır. Əvvəllər bir müddət boş torpaq sahələri alıb üzərində fərdi ev tikdirib satmaqla məşğul olduğunu bilən Aygün 2023cü ilin mart ayında ona müraciət edərək bildirmişdir ki, yaşadığı ünvanın qonşuluğunda yerləşən, ümumi sahəsi 06 sot olan boş torpaq sahəsini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verib, hazırda onlarla birlikdə həmin torpaq sahələrinin üzərində tikinti işlərinə başlamaq qərarına gəliblər, tikintiyə icazə almaq üçün yerili İcra hakimiyyəti nümayəndəliyinə müraciət etmişlər, lakin razılıq ala bilməyiblər, xahiş etmişdir ki, tikintiyə icazə almaqda ona köməklik göstərsin. Həmin ərəfədə o, təsadüfən tanışı Muxtər ilə rastlaşmış, Muxtərin yanında Zabrat qəsəbəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Elvini də görüb Muxtərdən onlarla nə əlaqəsi olması ilə maraqlanmış. Muxtər bildirmişdir ki, onlarla əməkdaşlıq edir, tikinti işləri ilə məşğul olur. O, Muxtərə Aygüngilin problemindən danışdıqda Muxtər bildirmişdir ki, bu işdə köməklik edə bilər. O da bu səbəbdən Aygünü Muxtərla görüşdürmüş, onlar öz aralarında söhbət edib razılaşmışlar, Muxtər bildirmişdir ki, işi ilə bağlı icra strukturlarında geniş əlaqələrə malikdir, bunun hesabına onun üçün Aygünün tikintilərinə dair müvafiq icazə sənədləri almaq çətin deyil. Həmin vaxt Muxtər yüksək vəzifəli şəxslərin adlarını çəkməklə, yanlarında zəng vurub guya Əmlak Komitəsinin məsul vəzifəli şəxsləri ilə danışmaqla onları özünə inandırmışdır. Daha sonra onlarla birlikdə gedərək topaq sahələrinə baxmış, şəkillərini çəkib kimlərəsə göndərmiş, guya razılıq almış, Aygüngilin hər birindən tikintiyə razılıq üçün 4000 manat məbləğində pul istəmiş, şəxsiyyət vəsiqələrinin surətlərini götürüb aparmış, Səbriyyə və İqbal özləri də Muxtərlə görüşdə iştirak etmişlər, özləri qiyməti razılaşsalar da, Muxtəri Aygünün vasitəsi ilə tanıdıqları üçün pullarını da Muxtərə Aygünün vasitəsi ilə vermişlər. Aygün də onların verdikləri pul ilə öz pulunu toplayıb ilkin olaraq ayrı-ayrı vaxtlarda hissəhissə olmaqla ümumilikdə 4500 manat məbləğində pulu vermişdir, sonradan isə eşitmişdir ki, Muxtər ondan ayrılıqda da Aygündən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla əlavə 10000 manat məbləğində də pul almışdır. Bundan əlavə Muxtər həmin ərəfədə Aygünün bir nəfər Balaxanım adlı qadınla aralarında pul mübahisəsinin olduğunu, polislər tərəfindən həmin mübahisəyə baxılmadığını bilib, təklif etmişdir ki, özünün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan əlaqələri vasitəsi ilə Aygünə həmin problemdə köməklik göstərib 150000 manat məbləğində pulunun geri qaytarılmasını həll edə bilər. Aygün razılaşdıqdan bir neçə gün sonra Muxtər həmin məsələ ilə bağlı onları Maştağa qəsəbəsi ərazisindəki «Qəsr» istirahət mərkəzi ilə üz üzə yerləşən kafelərdən birində bir nəfər özünü Həmin idarənin əməkdaşı kimi təqdim edən Malik adlı şəxslə görüşdürmüş, həmin şəxs özü də guya işlədiyi yerin gücü hesabına Aygünə həmin işində köməklik göstərəcəyini vəd vermiş, Aygündən həmin kafedə ağ kağız üzərində müvafiq ərizə yazdırmış və həmin ərizəni qeydiyyatda saldırmaq üçün Aygündən 1500 manat məbləğində pul istəmişdir, həmin vaxt üzərində cəmi 500 manat olduğundan Aygün həmin vaxt ona yalnız 500 manat məbləğində pul verə bilmiş, həmin günün axşamı isə Aygün Muxtər ilə yenə də həmin kafedə görüşüb ona Malikə çatdırması üçün əlavə 1000 manat məbləğində də pul vermişdir. Bundan əlavə həmin ərəfədə kürəkəni Şamil Gərəyovun mülki borclu kimi Ağsu rayon İcra və Probasiya Şöbəsində olan axtarış işini həll etmək vədi ilə Aygündən 500 manat məbləğində pul almış, lakin həmin işini də həll etməmişdir. Həmin vaxtdan sonra Muxtər aradan çıxmış, Aygünün nə zənglərinə cavab vermiş, nə də ki, görüşlərinə gəlmişdir, evinə getdikdə isə ailə üzvləri aldatmışlar ki, guya ondan imtina ediblər, yerini bilmirlər. Aygün məcbur olub Muxtərin hərəkətlərindən ərazi aidiyyəti üzrə 14-cü Polis Şöbəsinə müraciət etmiş, oradakı araşdırma zamanı məlum olmuşdur ki, Muxtər dələduzdur, onlar kimi digər vətəndaşları da aldadaraq müxtəlif məbləğlərdə pularını ələ keçirib. Bu müddət Muxtərdən pulları ala bilmədiyi üçün məcbur olub Zərərçəkmiş şəxs3 4000 manat məbləğində pulunu da Aygün özü qaytarmışdır, lakin Səbriyyə hələ də Aygündən pulunu tələb edir, amma onun pulunu qaytarmağa Aygünün artıq imkanı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən may ayında dəqiq xatırlamadığı gündə ona yaxın olan bir nəfər şəxsin cinayət işi ilə əlaqədar söhbət edərkən Vüqar adlı şəxsin bu məsələdə köməklik edəcəyini öyrənmiş və bu məqsədlə Vüqar ilə tanış olmuşdur. Həmin ərəfələrdə onun qohumu Malikin oğlu Anarın da barəsində cinayət işi olduğundan o, Vüqarın Anara da köməklik edə biləcəyini düşünmüş, bu barədə Vüqara demiş və Vüqar köməklik göstərəcəyi vəd vermişdir. O, Malikə zəng edərək bu barədə danışmış, Malik onları Ucara dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobil ilə Vüqarı götürüb Ucar rayonuna Malikin yanına aparmış, Vüqar Malikə dövlət orqanlarında tanışları olduğunu, həmin tanışları vasiətsi ilə Anarın işini yüngülləşdirəcəyini, hətta Anarı azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığa buraxdıracağını bildirmişdir. Vüqar Malikə bu işin müqabilində ilkin olaraq 12000 manat lazım olduğunu, qalan pulu isə işi həll etdikcə deyəcəyini qeyd etmişdir. Onlar Vüqara inanmışlar və Malik evdə olan 12000 manat pulu elə oradaca onun yanında evin həyətində Vüqara vermişdir. Malik pulu verməzdən əvvəl yaxınlıqda yaşayan qohumu X8 ora çağırmış və pulu verərkən şəkillərini çəkməsini xahiş etmişdir. Ramin onların şəkillərini çəkdikdən sonra Vüqar işi həll edəcəyini bildirməklə onunla birlikdə Bakı şəhərinə qayıtmışlar. Bundan sonra o, ara-sıra Vüqar ilə əlaqə saxlamış, Vüqar ona işlərin yaxşı getdiyini, qaydasında olduğunu, həll olunacağını deyirmiş. Təxminən 10 gün sonra Malik ona zəng edərək, Vüqarın yenidən ondan pul istədiyini bildirmiş, o, Malikə həmin pulu Vüqara verməməsini demiş, buna baxmayaraq sonradan eşitmişdir ki, Malik Vüqara əlavə 18000 manat da pul vermişdir. Bir müddət sonra Vüqara məxsus bərbərxanada olarkən Vüqar ona Muxtər adlı şəxsi təqdim edib Malikin işi ilə həmin şəxsin məşğul olduğunu demiş, Muxtər özü də bunu təsdiq etmişdir. Həmin vaxtdan sonra o, Muxtər və Vüqar ilə dəfələrlə danışsa da, onlar heç bir iş həll etməyərək Malikinin pullarını dələduzluqla ələ keçirmişlər. Bildiyinə görə Malik bundan əlavə də 1000 və 2000 manat məbləğində pulları kart vasitəsilə Vüqara göndərmişdir. Nəticədə Malikə ümumilikdə 33000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu işdə şəxsən onun heç bir qazancı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, ərinin dostu Şahid5 o, qiyabi olaraq tanıyırmış. 2023-cü ilin avqust ayının axırlarında telefonuna gəlmiş mesajı oxuyan Təqsirləndirilən şəxs bildirmişdir ki, mesajı yazan tanışı Şahid5 arvadı Turanədir. Mesajdan görünürdü ki, Vüqarın arvadı onunla görüşüb söhbət etmək istəyir. Muxtər bildirmişdir ki, tələsməsin, əvvəl özü Vüqarla danışsın, sonra o, Turanə ilə söhbət edər. Muxtər Vüqarla danışdıqdan sonra bildirmişdir ki, Turanə ondan Vüqarın işi barədə soruşacaq, Turanəyə desin ki, Vüqar onun işlədiyi şirkətdə işləyir. Bundan sonra o, Turanə ilə zəngləşmiş, əri Muxtərin sözü ilə Turanəni aldatmışdır ki, guya Vüqar onun işlədiyi şirkətdə işləyir. Bundan iki gün sonra o, Muxtərlə birlikdə Vüqargilə qonaq getmişdir. Həmin qonaqlıq zamanı həm Vüqar, həm də ki, arvadı Turanə ilə tanış olmuşdur. 2023-cü ilin sentyabr ayında yenidən Vüqargilə getdikdə Turanə bildirmişdir ki, muxtər ilə Vüqar Kiyas adlı şəxsdən pul alıblar, bununla bağlı Kiyas onlara gəlibmiş, bu işdən məlumatı olub-olmadığını soruşmuş, o da məlumatı olmadığını bildirmişdir. Sonradan isə Muxtərlə bu məsələni aydınlaşdırmış, Muxtər bildirmişdir ki, Vüqarın Kiyasla problemi var. Lakin, Muxtər həmin problemin nədən ibarət olması barədə ona bir söz deməmişdir. Sabahısı gün eşitmişdir ki, Vüqarı atası evdən qovub. Həmin gün axşamüstü o, Muxtərlə qaynanasıgilə gedəndə Vüqarı onlarda görmüşdür. Vüqar bildirmişdir ki, Kiyasdan iş görmək üçün pul alıblar, lakin həmin iş alınmır və Kiyas hal-hazırda pulunu tələb edir. Lakin, pulun bir qismini xərcləmişlər, ona görə də qaytara bilmirlər. Muxtər isə ona demişdir ki, Vüqarın ailəsində problemi var, Kiyas onların evinə gəlib-getdiyinə görə atası ilə problemi var. Lakin yenə də problemin dəqiq nədən ibarət olmasını Muxtər ona deməmişdir. Muxtər ondan xahiş etmişdir ki, Vüqara köməklik etsin, Vüqara 8500 manat məbləğində pul lazımdır, o, həmin məbləği bankdan götürüb Vüqara versin. O da ərinin xahişi ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 10000 manat məbləğində kredit götürüb 8500 manat məbləğində hissəsini Muxtərə vermişdir ki, Vüqara çatdırsın, amma xx.xx.2023-cü il tarixdə qaytarmaq şərti ilə. Muxtər razılaşmış və pulu götürüb getmişdir. Muxtərə isə tapşırmışdır ki, həmin pulun bankdan götürməsini deməsi, desin ki, guya pulu kimdənsə borc götürüb, xx.xx.2023-cü il tarixdə qaytarmalıdır. Pulun qaytarılması üçün qoyduğu tarix tamam olduqda isə Muxtər bildirmişdir ki, Vüqar pulu qaytara bilmir. Ona görə də o, Muxtər ilə birlikdə Vüqarın yanına gedərək pulunu tələb etmiş, Vüqar yaxın zamanda pulu qaytaracağını vəd vermişdir. Bundan sonra o, Vüqarın atası Zakirlə görüşüb bu barədə danışmışdır. Zakir Vüqara tapşırmışdır ki, ondan aldığı pulu tez bir zamanda qaytarsın. Lakin Vüqar yenə vaxtı uzatmağa başlamışdır. Buna görə Vüqarın qardaşına da zəng vurub Vüqardan pulunun qaytarmasında köməklik etməsini xahiş etmiş və bildirmişdir ki, əks təqdirdə o da şikayət edəcək. Bundan sonra 2023-cü ilin noyabr ayının axırlarında Vüqar aldığı 8500 manat məbləğində pulun 4000 manat məbləğində hissəsini Muxtər vasitəsi ilə ona göndərmiş, qalan hissəsini isə hələ bu günə kimi də verməmişdir. X12 Kiyasovun 35000 manat, Zərərçəkmiş şəxs4 33000 manat məbləğində pullarını ələ keçirmələri barədə onun heç bir məlumatı olmamışdır. Bu barədə onlar həbs olduqdan sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid5 onun doğma oğludur. 2023-cü ilin sentyabr ayında axşam saatlarında evdə olarkən onların ünvanına Zərərçəkmiş şəxs5 adlı şəxs və qızı gələrək bildirmişdirlər ki, oğlu Vüqarla dostu Təqsirləndirilən şəxs oğlu Zauru həbsdən buraxdırmaq adı ilə onlardan 35000 manat məbləğində pul almışlar ki, guya həmin işi Muxtərin atası Eyvaz həll etməli idi, tələb etmişlər ki, Vüqargil ya vəd verdikləri işi həll etsinlər, ya da ki, aldıqları 35000 manat pulu qaytarsınlar. Bu barədə Vüqardan maraqlandıqda Vüqar təsdiq etmişdir ki, həqiqətən Kiyasdan 35000 manat məbləğində, digər bir Malik adlı şəxsdən isə 33000 manat məbləğində pulları alaraq dostu Muxtərə və Muxtərin atası Eyvaza vermişdir ki, Kiyas və Malikin oğlanlarının həbsdən azad edilməsi məsələlərini həll etsinlər. Onun tələbi ilə Vüqar zəng vurub Muxtərin atası Eyvazı evlərinə çağırmış, Eyvazla görüşdükdə təklif etmişdir ki, Kiyasla Malikin pullarının əllərində olan hissəsini qaytarsınlar, pulun qalan hissəsi üçün isə vaxt alsınlar. Eyvaz isə bildirmişdir ki, narahat olmasın Kiyasın da, Malikin də oğlanlarının işini özü həll edəcək və onları azadlığa buraxdıracaq. Təxminən 2 ay müddətində Eyvaz onu, Kiyası və Maliki aldatmaqla vaxt uzatmışdır. Sonra isə nə Eyvaz, nə də ki, oğlu Muxtər onun zənglərinə cavab verməmişlər. Bu barədə Muxtərin arvadı Samirə ilə danışdıqda Samirə bildirmişdir ki, Kiyasın oğlunun işi ilə əlaqədar onun özü də 8500 manat məbləğində borc alaraq Vüqara vermişdir ki, həmin pulun əvəzinə Vüqar ona 10000 manat qaytarsın. Sonradan isə məlum oldu ki, arvadı Samirədən aldığı həmin 8500 manat məbləğində pulu da Vüqar Muxtərə vermişdir ki, Kiyasın oğlu Zauru həbsdən azad etdirsin. Muxtər isə həmin 8500 manat məbləğində pulun yalnız 7000 manat məbləğində hissəsini aparıb kiməsə vermişdir. Bundan sonra məsələni aydınlaşdırmaq üçün o, Samirəni, Muxtəri və sonuncunun anası Minurəni evinə dəvət etmiş, həmin vaxt Muxtər bildirmişdir ki, Kiyasdan və Malikdən alınmış pullardan 9000 manatını Vüqarın problemlərini həll etmək üçün xərcləmişdir, Vüqar isə bildirmişdir ki, Muxtər ona görə 9000 manat deyil, cəmi 6000 manat məbləğində pul xərcləmişdir. Muxtər və anası Minurə bildirmişdirlər ki, onlar öz övladları, yəni Vüqarı qurtarsınlar, Muxtər isə özü başqa kanallarla özünü qurtaracaq. O isə təklif etmişdir ki, Samirədən alınmış 8500 manat pul Kiyasın və Malikin oğlanlarının işinə görə alındığından həmin pul iki yerə bölünsün, sonra Samirəyə yarısını Vüqar ödəyər, yarısını isə Muxtər. Muxtər və Samirə razılaşmışlar və 24 saat ərzində Vüqara vaxt qoymuşlar ki, Samirəyə 4000 manat pulu çatdırsın. Bir gün sonra Vüqar həmin 4000 manatı Muxtərə vermişdir ki, Samirəyə çatdırsın. Bir neçə gündən sonra Vüqar və Muxtəri Ucar rayon polis şöbəsinə çağırmışlar. Təxminən 10 gün ərzində Muxtər Vüqarı aldatmışdır ki, Vüqar Ucar polisinə getməsin, guya atası Eyvaz problemi həll edəcək, lakin heç bir problem həll olunmamışdır. Vüqar barəsində axtarış elan olunduğundan 2023-cü il dekabr ayının əvvəllərində özü Vüqarı Ucar RPŞ-nə aparıb istintaqa təslim etmişdir. Bundan sonra Samirə zəng vurub bildirmişdir ki, əri Muxtəri polis işçiləri tutub Ucara aparmışlar. O, Eyvaza zəng vurmuş, Eyvaz bildirmişdir ki, Vüqar və Muxtəri qurtarmaq üçün Ucara gedib, onu da Ucara çağırmışdır. Uçarda müstəntiq onlara izah etmişdir ki, zərərçəkmiş şəxs Malikin 33000 manat pulunu qaytarsalar Vüqar və Muxtəri azadlığa buraxa bilər. Evə qayıtdıqdan sonra Eyvaz ona zəng vurub bildirmişdir ki, uşaqların buraxılması üçün təcili ona pul göndərsin. 08 dekabr 2023-cü il tarixdə «Azərtürk» bankının yanında olan terminaldan 5000 manat, 3000 manat, 2000 manat və 2000 manat məbləğində pulları Eyvazın bank kartı hesabına göndərmiş, sonra isə özü də Ucara gedərək orada əlavə olaraq əlbəl Eyvaza 500 manat da vermişdir ki, zərərçəkmiş Malikin pulu ödənilsin. Sonradan isə məlum olmuşdur ki, Eyvaz ondan ümumilikdə 12500 manat məbləğində pul alsa da zərərçəkmiş şəxsə cəmi 10000 manat məbləğində pul ödəyib, qalan 2500 manat məbləğində pulu isə guya arvadı Minurənin bank kartında qalıb, həmin pulu arvadından ala bilməyib. Bir müddət sonra həmin 2500 manat pulun cəmi 1000 manat məbləğində hissəsini Minurə onun kart hesabına qaytarmışdır. Şahidlər Şahid3 və Şahid2 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş, diskin içərisində olan fotoşəkildə "xxxx" MMC-yə aid olan qəbzin əks olunduğu, həmin qəbzdən 2000 manat məbləğində pulun “Leobank”a aid son 8 rəqəmi 65542064 olan X6 məxsus karta göndərildiyi əks olunmuş, diskdə olan görüntünün 01 dəqiqə 02 saniyə olması, həmin görüntüdən Şahid5 avtomobildə əyləşərək pul saydığı, pulun nə qədər olmasını soruşduqda 18 deyə cavab verilməsi, digər görüntünün 01 dəqiqə 44 saniyə olması, həmin görüntüdən Şahid5 Zərərçəkmiş şəxs4 yanında masada əyləşərək pulları sayması, sonda isə “60,60, ümumilikdə 12, 12 min manat” deməsi müşahidə olunmuşdur (cild 01; i.v.128). Təqsirləndirilən şəxs ilə Şahid5 üzləşdirilməsinə dair 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hər iki təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı demişlər (cild 02; i.v.74-77). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə hadisənin törədildiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X24 küçəsi ünvanında yerləşən yarımtikilinin həyətidir (cild 02; i.v.134-136). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə hadisənin törədildiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunun kənarında yerləşən “50 Qəpik” restoranı və eyni istiqamətdə yerləşən “Qəsr” restoranıdır (cild 02; i.v.164-166). “Götürmə və baxış keçirilməsi haqqında” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışıqları özündə əks etdirən çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs vermiş olduğu bank hesabına bank vasitəsi ilə 11 oktyabr 2023-cü il tarixdə 650 manat, 18 oktyabr 2023-cü il tarixdə 300 manat, 20 oktyabr 2023-cü il tarixdə 2000 manat pul köçürmüşdür (cild 03; i.v.58-61). “Maddi sübut kimi tanıma haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs vermiş olduğu bank hesabına bank vasitəsi ilə 11 oktyabr 2023-cü il tarixdə 650 manat, 18 oktyabr 2023-cü il tarixdə 300 manat, 20 oktyabr 2023-cü il tarixdə 2000 manat pulların göndərilməsini təsdiq edən elektron qəbzlərin 03 ədəd kserosurətinin maddi sübut kimi tanınanaq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 04; i.v.13). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının axırlarında yeznəsi Şamilin ödənilməmiş cərimələrini sildirəcəyi adı ilə pul almasına dair epizod üzrə vurulmuş zərərin məbləği 500 manatdan aşağı müəyyən edildiyindən həmin epizod üzrə təqsirləndirilən şəxsin əməli cinayət tərkibi yaratmadığından həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, yuxarıda göstərilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ifadələrindən görünür ki, həmin epizodla bağlı zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs cəmi 400 manat pul verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsə ittiham aktında həmin epizod üzrə dəymiş zərərin məbləğinin hansı səbəbdən 1000 manat olmasının göstərilməsi ilə bağlı sual ünvanlandıqda Zərərçəkmiş şəxs1 bunun səbəbini bilmədiyini, müstəntiqə həmin məbləğin 400 manat olduğunu dediyini, ittiham aktında göstərilən məbləğin real olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, araşdırma nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının axırlarında yeznəsi Şamilin ödənilməmiş cərimələrini sildirəcəyi adı ilə pul almasına dair epizod üzrə vurulmuş zərərin məbləğinin 500 manatdan aşağı müəyyən edildiyini nəzərə alaraq həmin epizod üzrə cinayət hadisəsinin deyil, inzibati xəta hadisəsinin baş verməsi qənaətinə gələrək həmin epizodun Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric olunmasını qanuni və əsaslı hesab edir. AR CPM-in 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; məsuliyyəti ağırlaşdıran hallar. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göstərilənləri nəzərə alıb qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının axırlarında yeznəsi Şamilin ödənilməmiş cərimələrini sildirəcəyi adı ilə pul almasına dair epizod ittihamdan xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə vurduğu zərərin məbləğinin 4000 manat məbləğində olması müəyyən edildiyindən həmin epizodlar üzrə ittihamdan “xeyli miqdarda ziyan vurmaqla” ifadəsinin xaric edilməli və həmin zərərçəkmiş şəxslərin hər birinə dəymiş ziyanın məbləği 4000 manat həddində müəyyən edilməlidir. Belə ki, işin həqiqi hallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aldığı torpaq sahəsinin üzərində tikdirmək istədiyi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti strukturlarından icazə alınması ilə əlaqədar Təqsirləndirilən şəxs pulu şəxsən özləri deyil, Zərərçəkmiş şəxs1 vasitəsi ilə vermişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 sözügedən epizodlarla bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 görə 4000 manat, Zərərçəkmiş şəxs3 görə 4000 manat pul verdiyini bildirmiş, istintaq orqanı tərəfindən yazılmış məbləğlərin isə real olmadığını, Muxtərə həmin epizodların hər biri ilə bağlı 4000 manatdan artıq pul vermədiyini bildirmiş, Təqsirləndirilən şəxs da ifadəsində həmin zərərçəkmiş şəxslərin hər biri ilə əlaqədar Zərərçəkmiş şəxs1 4000 manat olmaqla, cəmi 8000 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırki halda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə vurduğu zərərin məbləğinin 4000 manat məbləğində müəyyən edildiyini, bununla da həmin məbləğlərin 5000 manatda aşağı olmasını nəzərə alaraq həmin epizodlarla bağlı verilmiş ittihamların hər birindən “xeyli miqdarda ziyan vurmaqla” ifadəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 qarşı törədilmiş cinayət əməlində təqsirli bilməyərək həmin cinayətdən məlumatsız olduğunu, cinayətin Şahid5 tərəfindən törədildiyini, cinayətdə iştirakının olmadığını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmədiyini və həmin cinayətdə iştirak etmədiyini, cinayətin Şahid5 tərəfindən təkbaşına törədildyini və bundan sonra sonradan xəbərinin olduğunu bildirsə də, Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan (cild 01; i.v.146-148) “şübhəli şəxsin dindirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, o, həmin ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayının ortalarında tanışı Şahid5 ona zəng edərək bir nəfər şəxsi həbsdən çıxarmaqla zaminliyə buraxdırmağın lazım olduğunu bildirmiş, bu işdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o da Vüqara bu barədə söhbət edəcəklərini demişdir. Bundan bir gün sonra o, Vüqara zəng edərək həmin iş üçün 6000 manat pul lazım olacağını bildirmiş, lakin özü həmin işin həll olunması üçün heç kimə müraciət etməmişdir. Həmin danışıqdan bir neçə gün sonra Vüqarın özünü oğurluq hadisəsi ilə bağlı polis saxlamışdır. Həmin vaxt Vüqar ona zəng edərək özünü zaminliyə çıxartmağını xahiş etmişdir. O da Vüqarın arxasınca getmiş və zamin duraraq Vüqarın həbsdən buraxılmasına köməklik göstərmişdir. Vüqar polisdən çıxdıqdan sonra ona Malikdən 9000 manat pul alacağını, həmin puldan 3000 manatını törətdiyi oğurluq ilə bağlı dəymiş ziyanın ödənilməsinə xərcləyəcəyini, qalan pulu isə ona verəcəyini demişdir. Bir gün sonra Vüqar Ucar rayonuna Malik adlı şəxsin yanına getmişdir. Vüqar ona Malikin yanından zəng edərək «burdayam pulu götürüb qayıdıram» demişdir, lakin o, həmin vaxt Vüqardan başqa heç kimlə danışmamışdır. Vüqar pulu götürüb çıxdıqdan soma o, Vüqara buraxılması ilə bağlı zamin durduğunu, dəymiş ziyanın ödənilməli olduğunu bildirmişdir. Vüqar isə ona yoldan 3100 manat məbləğində pul göndərəcəyini, 100 manatı xərclik kimi istifadə etməsini, 3000 manatı isə dəymiş ziyanı ödəmək üçün istifadə etməsini bildirmişdir. O, Vüqara həmin pulu öz adına olan «Leobank» kartına göndərməsini tapşırmışdır. Həmin gün Vüqarın göndərdiyi 3000 manat məbləğində pulu öz kart hesabından çıxarıb Vüqarın törətdiyi oğurluqla bağlı dəymiş ziyanın ödənilməsinə sərf etmişdir. Təxminən 2 gün sonra Vüqar ona zəng edərək, Xəzər rayonu Qala qəsəbəsinə gələrək pulu aparmağını bildirmişdi. Bundan sonra o, Vüqar ilə Qala qəsəbəsində «Dəyirman» adlı kafedə görüşmüş, həmin yerə Emil adlı dostu ilə birlikdə getmiş, orada Vüqar ona pul vermiş, oda pulu götürərək saymadan cibinə qoymuşdur. Kafedən çıxdıqdan sonra pulları saydıqda 5900 manat məbləğində olduğunu müəyyən etmiş, bu barədə Vüqara zəng edərək narazılığını bildirmiş, Vüqar isə çatışmayan 100 manat məbləğində pulu əvvəlcədən kartına artıq atdığını demişdir. Vüqardan pulu alsa da, Malikin oğlu Anarın işinin həll olunması ilə bağlı heç bir hərəkət etməmişdir. Belə ki, pulu alarkən onun niyyəti Malikin oğlunun işini həll etmək deyil, öz borclarını ödəmək olmuşdur. Həmin ərəfələrdə o, Malik ilə ümumiyyətlə danışmamışdır. 2023-cü ilin may ayının sonlarında Vüqar ona pula ehtiyacı olması səbəbindən Malikdən 2000 manat pul alacağını bildirmişdir. O, Vüqara öz işinin olmasını, necə istəyirsə elə etməsini demişdir. Bundan sonra Vüqardan 2000 manat pulu Malikdən almasını eşitmişdir. 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə Vüqar ilə əlaqə saxlayaraq əlavə olaraq 10000 manat pul lazm olduğunu, həmin pulu Malikdən almağı tapşırmış, Vüqar da ala biləcəyini demişdir. Bir gün sonra Vüqar ona zəng edərək, Ucar rayonuna getdiyini bildirmiş, Ucar rayonunda olarkən Vüqar onu Malik ilə danışdırmışdır. Malik ilə danışan zaman o, Vüqara işin yaxşı olacağını, hər şeyin qaydasına düşəcəyini, olmasa pulu qaytarcağını demişdir. Malik isə ona pulunu istəmədiyini, işi düzəltməyini xahiş etmişdir. Lakin telefon danışığı zamanı Malik onunla pulun məbləği barədə heç bir söhbət etməmişdir. Belə ki, Vüqar ona bu barədə söhbət etməməyi tapşırmışdır. Vüqar pulu götürdükdən sonra həmin gün axşam saat 19 radələrində «Şanson» kafesində onunla görüşmüşdür. Həmin vaxt Vüqar aptek sellofanından 14000 manat məbləğində pul çıxarmış, Malikdən 10000 manat deyil, 14000 manat məbləğində pul aldığını demişdir, həmin pulun 4000 manat məbləğində hissəsini Vüqar özünə götürmüş, 10000 manat məbləğində hissəsini isə ona vermişdir. Birlikdə çörək yedikdən sonra sağollaşaraq öz ünvanlarına getmişdir. Həmin vaxtdan təxminən 10 gün sonra o, Malikin qohumu Raminə zəng vuraraq 1000 manat məbləğində də pul lazım olmasını demiş və həmin vaxt Ramin onun «Leobank» kartına 1000 manat məbləğində pul göndərmişdir. Həmin ərəfədə o, Malik və Ramin ilə telefonla danışırmış və onlara işin düzələcəyini deyirmiş. Lakin bir müddətdən sonra onlar artıq inanmayaraq Vüqarla ondan pulu geri qaytarmalarını tələb etmişlər. O, baş verənləri atasına danışmış və atası gedib Ucar rayonunda Malik ilə görüşüb pulun qaytarılması ilə bağlı vaxt istəmişdir. Lakin möhlət aldıqları vaxtda da pul qaytara bilmədikləri üçün Malik onlardan polisə şikayət etmişdir. Vüqar ondan xahiş etmişdir ki, evində bilməsinlər, o da bu səbəbdən Malik və Raminə pulların hamısının ona verildiyini, Vüqarlıq heç bir iş olmadığını demişdir. Malikdən alınan puldan ona ümumilikdə 17000 manat pul çatmışdır. Malikdən 12000 və 18000 manat pul alınmasını o, sonradan bilmişdir. Belə ki, o, həmin pulların məbləğlərinin 9000 manat və 14000 manat olmasının bilirmiş. Ona verilən pulun məbləği cəmi 16900 manat olmuşdur, qalan pulları Vüqar özü götürmüşdür. O, həmin pulları şəxsi ehtiyacları üçün Malikin oğlunu azadlığa buraxdırmaq adı ilə almış, aldığı pullardan heç kimə verməmişdir. Bununla yanaşı, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs Şahid5 həm dindirilərkən, həm də Təqsirləndirilən şəxs üzünə qarşı Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, onun Zərərçəkmiş şəxs4 oğlunun işinə kömək edə biləcəyini dediyini, bunun üçün hansı məbləğdə pul lazım olduğunu da Muxtərin dediyini, onun Zərərçəkmiş şəxs4lə telefonla danışaraq narahat olmamasını bildirdiyini göstərmiş, məhkəmə iclasında X21 Ağalarovun dediklərinə qarşı əsaslı bir arqument irəli sürə bilməmişdir. Bundan savayı, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 pulu Şahid5 verməsinə baxmayaraq Vüqarın ona ilk gündən işi başqa şəxslə birgə həll edəcəyini dediyini, hətta sonradan adını bildiyi Muxtərlə bir neçə dəfə telefonda danışdığını, Muxtərin ona narahat olmamasını və oğlunun işini həll edəcəyini dediyini, daha sonra oğlunun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılarkən Muxtərin də Vüqarla birlikdə məhkəməyə gəldiyini və işi yoluna qoyacağını bildirdiyini göstərmişdir ki, bu da Təqsirləndirilən şəxs Şahid5 Zərərçəkmiş şəxs4 pul almasından xəbərinin olmamasına və cinayətdə iştirakının olmamasına dair dəlillərinin əsassız olmasına dəlalət edir. Həmin hala münasibətdə məhkəmə qeyd edir ki, cinayətdən xəbəri olmamaqla cinayətdə iştirak etməyən şəxsin Vüqarın həll edə bilməyəcəyinin açıq-aşkar olduğu işlə bağlı pulu aldığı şəxslə telefonla danışaraq ona yalan vədlər verərək oğlunun cinayət işini həll edəcəyini bildirməsi, daha inandırıcı görünmək üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə gedərək zərərçəkmiş şəxsə işi həll etmək üçün gəldiyini bildirməsi tərəddüdsüz olaraq Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində iştirak etməsinin, törədilmiş cinayət əməlinin onun da zərərçəkmiş şəxsi aldadaraq zərərçəkmiş şəxsin pulunu ələ keçirməkdən ibarət olan niyyəti ilə əhatə olunmasının göstəricisidir. Bununla yanaşı, verilmiş ifadələrlə müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərdən pulu geri tələb edib pulu qaytarmadıqları halda onlardan şikayət edəcəyini bildirən zaman Muxtərin atası Eyvaz Zərərçəkmiş şəxs4 yanına gedərək ondan pulu qaytarmaları üçün möhlət verilməsini istəmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətmədiyi, hətta özünün dediyi kimi xəbərsiz olduğu cinayətlə bağlı Vüqarın deyil, məhz Muxtərin atası Eyvazın zərərçəkmiş şəxsin yanına Ucar şəhərinə gedərək möhlət istəməsi, onu polisə şikayət verməkdən yayındırmağa çalışması Təqsirləndirilən şəxs cinayətin iştirakçısı olmaqla atasının onu cinayət məsuliyyətinə cəlb edilməkdən qorumağa cəhd etməsinə dəlalət edən haldır. X1 Kiyas Müzəffər oğlu ilə bağlı epizoddan da xəbərsiz olduğunu, Zərərçəkmiş şəxs5 pul almadığını, Vüqarın onu aldadaraq pulunu ələ keçirməsindən sonradan xəbər tutduğunu bildirsə də, onun göstərdiyi xüsusatlar Şahid5 ilə yanaşı zərərçəkmiş şəxsin özünün ifadəsindəki hallarla da təkzib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs həqiqətən də pulu Muxtərə deyil, Vüqara verdiyini bildirsə də, Vüqar yenidən onun evinə gələrək əlavə 5000 manat məbləğində də pulu alarkən bu işlə Muxtər adlı şəxsin məşğul olduğunu, Muxtərin bayırda yolun kənarında dayandığını, istəyirsə özünün də Muxtər ilə görüşüb tanış olaraq danışmasını təklif etdiyini, lakin Vüqara onu tanıdığını, Muxtərlə görüşməyə ehtiyac olmadığını bildirdiyini, bir müddət sonra Vüqarın Muxtərlə birlikdə onun evinə gələrək onları tanış etdiyini,. Muxtərin ona narahat olmamasını və oğlunu azad etdirəcəyini dediyini, Muxtərin sözlərinə inanaraq gözlədiyini bildirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs sadəcə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 pul almadığına və pulların Şahid5 tərəfindən alınmasına istinad edərək təqsirsiz olduğunu bildirsə də, həmin həmin dəlilə münasibətdə qeyd edir ki, iştirakçılıqla törədilən dələduzluq cinayətində məsuliyyəti yalnız zərərçəkmiş şəxslərdən pulu alan şəxs deyil, cinayətin törədilməsi onun niyyəti ilə əhatə olunmaqla hər hansı formada cinayətin törədilməsində iştirak edən istənilən şəxs də daşıyır. Hazırki epizodlarla bağlı zərərçəkmiş şəxslərdən pulu Şahid5 alması müəyyən edilsə də, cinayətin öncədən Şahid5la Təqsirləndirilən şəxs arasında əldə edilmiş razılıq əsasında törədilməsi, pulu alan şəxsin Vüqar olmasına baxmayaraq zərərçəkmiş şəxslərin yalan vədə inanmalarında Təqsirləndirilən şəxs fəal iştirak etməsi, onlara narahat olmamalarını və övladlarının işini həll edəcəyini bildirməsi, onun özünün ilkin ifadələrindəki əldə edilmiş puldan müəyyən məbləğdə pulu götürdüyün etiraf etməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sözügedən iki epizodla bağlı həqiqətə uyğun olmayan ifadələr verməsinə və cinayət məsuliyyətdən yayınmağa cəhd etməsinə dəlalət edir. Beləliklə, məhkəmə, göstərilənləri ümumiləşdirərək hesab edir ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi naminə irəli sürülmüş dəlillər məhkəmə iclasında tamamilə təkzib olunmuş və onun törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur (cild 01; i.v.145). Ucar Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 4(063)-53/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.233-235). Zərərçəkmiş şəxs4 tərəfindən imzalanmış 22 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, ona dəymiş zərərdən 10000 manat Eyvaz Məmmədov tərəfindən ona qaytarılmışdır (cild 01; i.v.249). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 4(003)- 86/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 29 aprel 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (cild 02; i.v.91- 94). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 4(008)- 238/2024 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 06 may 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (cild 04; i.v.41-42). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 4(008)- 333/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 01 iyun 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (cild 04; i.v.52- 58). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(008)- 247/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 21 iyun 2024-cü il tarixədək uzadılması qərara alınmışdır (cild 04; i.v.209- 211). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il təvəllüdlü (X10) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (AR CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs vermiş olduğu bank hesabına bank vasitəsi ilə 11 oktyabr 2023-cü il tarixdə 650 manat, 18 oktyabr 2023-cü il tarixdə 300 manat, 20 oktyabr 2023-cü il tarixdə 2000 manat pulların göndərilməsini təsdiq edən elektron qəbzlərin 03 ədəd kserosurəti cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun Zərərçəkmiş şəxs1 2023cü ilin mart ayının axırlarında yeznəsi Şamilin ödənilməmiş cərimələrini sildirəcəyi adı ilə pul almasına dair epizod xaric edildiyindən həmin hissədə Təqsirləndirilən şəxs əməlrində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün bir nüsxəsi və zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməklə onlara maddi zərər vurulmasına dair epizodlar üzrə verilmiş ittihamların hər birindən “xeyli miqdarda ziyan vurmaqla” ifadəsi xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs vermiş olduğu bank hesabına bank vasitəsi ilə 11 oktyabr 2023-cü il tarixdə 650 manat, 18 oktyabr 2023-cü il tarixdə 300 manat, 20 oktyabr 2023-cü il tarixdə 2000 manat pulların göndərilməsini təsdiq edən elektron qəbzlərin 03 ədəd kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının axırlarında yeznəsi Şamilin ödənilməmiş cərimələrini sildirəcəyi adı ilə pul almasına dair epizod xaric edildiyindən həmin hissədə Təqsirləndirilən şəxs əməlrində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün bir nüsxəsi və zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməklə onlara maddi zərər vurulmasına dair epizodlar üzrə verilmiş ittihamların hər birindən “xeyli miqdarda ziyan vurmaqla” ifadəsi xaric edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-504/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-504/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver