Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-505/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Calut kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti 405-419 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı idarə etdiyi ‘"Honda İncide” markalı avtomobilin içərisində əli ilə, eləcə də əlində olan bıçağın dəstəyi ilə vurub sol qolunu dişləyərək ona sol gicgah, sol ənsə və sol said nahiyələrinin dərialtı hematomaları, alın, sol yanaq, sol bazu və sol mil-bilək oynağı nahiyələrinin qançırları kimi bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailəli olmuş, lakin son vaxtlar aralarında soyuqluq yarandığı üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə aralarında olan nikah pozulmuşdur. Baş vermiş hadisədən bir neçə gün öncə Zərərçəkmiş şəxs ilə birgə yaşamağa davam etmişdir. 22 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs işlədiyi gözəllik salonuna getmiş, Zərərçəkmiş şəxs onun avtomobilinə əyləşmişdir. Onlar avtomobildə olduqları zaman anidən aralarında sözlə mübahisə yaranmış, Zərərçəkmiş şəxs avtomobilin qapısını açaraq özünü atmaq istəmişdir. O, Zərərçəkmiş şəxs əlindən tutataraq onun özünü avtomobildən atmasına mane olmuş, həmin vaxt, Zərərçəkmiş şəxs onun sol əlinin çeçələ barmağını dişləmişdir. O, barmağını dişləməyə davam etməməsi üçün Zərərçəkmiş şəxs üzünə sillə vurmuş, Zərərçəkmiş şəxs barmağını buraxaraq sol qolunu dişləmişdir. Aralarında baş vermiş mübahisə sonlandıqdan sonra onlar birgə Zərərçəkmiş şəxs məxsus evdə gecələmiş, növbəti gün, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini, cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə ailəli olmuşdur. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməyə başladığı üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə aralarında olan nikah pozulmuşdur. 22 oktyabr 2023-cü il tarixdə o, işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsindəki gözəllik salonunda olan zaman Təqsirləndirilən şəxs salonun qarşısına gələrək avtomobilə əyləşməsini təklif etmiş, o, qorxduğu üçün ilk öncə imtina etmiş, lakin, Təqsirləndirilən şəxs bəhanə ilə evində bəzi paltarlarının qaldığını, həmin əşyaları götürmək istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişdir. O, avotomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirmiş, yenidən onunla mübahisə edərək barışmayacağı təqdirdə onu pis vəziyyətə qoyacağı ilə hədələmişdir. Onlar yaşadıqları evin yanına çatanda Təqsirləndirilən şəxs evə keçməyi, evdə ona hər şeyi başa salacağını demiş, o, avtomobilin qapısını açıb düşmək istədikdə Təqsirləndirilən şəxs əynindəki paltarının yaxasından tutub onu saxlamış, sonra əlləri ilə boğazından tutub onu boğmağa başlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxs ondan əl çəkməsi üçün barmağını dişləmiş, Təqsirləndirilən şəxs bir neçə dəfə onun üz nahiyəsinə yumruq zərbələri ilə vurub onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxs yol boyu onu vurmuş, əlləri və əlindəki bıçağın dəstəyi ilə bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmiş, onun sol qolunu dişləmişdir. Təqsirləndirilən şəxs saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospektində avtomobili saxlamış, orada onu vuraraq müxtəlif xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 25-27-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X2 Sabunçu Rayon Şöbəsinin 2666 nömrəli, 26 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah, sol ənsə və sol said nahiyələrinin dərialtı hematomaları, alın, sol yanaq, sol bazu və sol mil-bilək oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirdən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasma görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 65-ci vərəqəsində olan 28 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 102-103-cü vərəqəsində olan 30 may 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-505/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-505/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver