Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-506/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs4 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 5 mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx.xx.1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi ev 14-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Qədir Məmmədov küçəsi ev 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri Xətai rayonu, Zığ yolu, ev 27, mənzil 27-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 127.1-ci maddələri ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri Xətai rayonu, D.Səfərov küçəsi ev 2, mənzil 18-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs4 ittiham elan olunmuşdur ondan ötrü ki, o zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4, tanışı Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə sonuncu, Təqsirləndirilən şəxs1 və X2 ilə cinayət əlaqəsinə girib, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu zənn etdiyi, Emiliya Əliyevanın göstərəcəyi tanımadığı şəxsin yaşadığı ünvanına gedib orada həmin şəxsə qəsdən sağlamlığına zərər vurub cəzalandıracaqları barədə sövdələşərək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində, ünvan 1-də yerləşən 71-ci mənzilə gələrək qrup üzvü Jalə Məmmədovanın köməyi ilə, yəni sonuncunun qadın olduğundan qapını döyərək özünü qonşu kimi təqdim etməsindən istifadə edib, şübhə yaratmayaraq evdə olan Şahid3 qapını açdırıb özünün və Təqsirləndirilən şəxs1 maneəsiz içəri buraxmasına nail olub içəriyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 mane olmaması üçün Şahid3 dəhlizdə tutub saxlamış, o isə mətbəx otağına keçərək həmin mənzildə yaşayan narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz döyriyyəsinə heç bir aidiyyəti olmayan Zərərçəkmiş şəxsh oğlundan üzərində olduğunu güman etdiyi narkotik maddələri yeməsini tələb etmiş, Zərərçəkmiş şəxs onda narkotik vasitə olmamasını bildirsə də onu aldatdığını düşünərək yumruqla sifət nahiyəsinə vurmuş, dəhlizə qayıdıb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onları aldatdığını bildirib Şahid3 tutub saxlamış, Təqsirləndirilən şəxs1 mətbəxə gedib nəyə görə narkotik vasitəni çıxardıb yemədiyini soruşub yenidən sifət nahiyəsindən yumruqla təpiklə sağ ayağına vuraraq Zərərçəkmiş şəxs sağ budun qançırı kimi sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burunun tənəffüs pozğunluğu ilə müşaiyət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı sol gözyuvasıətrafı-burun nahiyəsinin dərialtı hematoması kimi bədən xəsarətləri yetirərək ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə sonuncu, Təqsirləndirilən şəxs4 və X2 ilə cinayət ələqəsinə girib, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu zənn etdiyi, Emiliya Əliyevanın göstərəcəyi tanımadığı şəxsin yaşadığı ünvanına gedib orada həmin şəxsə qəsdən sağlamlığına zərər vurub cəzalandıracaqları barədə sövdələşərək, bu məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində, ünvan 1-də yerləşən 71 -ci mənzilə gələrək qrup üzvü Jalə Məmmədovanın köməyi ilə, yəni sonuncunun qadın olduğundan qapını döyərək özünü qonşu kimi təqdim etməsindən istifadə edib, şübhə yaratmayaraq evdə olan X1 qapını açdırıb özünün və Təqsirləndirilən şəxs4 maneəsiz içəri buraxmasına nail olub içəriyə daxil olduqdan sonra özü mane olmaması üçün Şahid3 dəhlizdə tutub saxlamış, Təqsirləndirilən şəxs4 isə mətbəx otağına keçərək həmin mənzildə yaşayan narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz döyriyyəsinə heç bir aidiyyəti olmayan Zərərçəkmiş şəxsh oğlundan üzərində olduğunu güman etdiyi narkotik maddələri yeməsini tələb etmiş, Zərərçəkmiş şəxs onda narkotik vasitə olmamasını bildirsə də onu aldatdığını düşünərək yumruqla sifət nahiyəsinə vurmuş, dəhlizə qayıdıb ona Zərərçəkmiş şəxs onları aldatdığını bildirib Şahid3 tutub saxlamış, o isə mətbəxə gedib nəyə görə narkotik vasitəni çıxardıb yemədiyini soruşub yenidən Təqsirləndirilən şəxs4 vurduğu nahiyəyə yəni sifət nahiyəsindən təkrarən yumruqla, təpiklə sağ ayağına vuraraq Zərərçəkmiş şəxs sağ budun qançırı kimi sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burunun tənəffüs pozğunluğu ilə müşaiyət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı sol gözyuvasıətrafı-burun nahiyəsinin dəriältı hematoması kimi bədən xəsarətləri yetirərək ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətin törədilməsini təşkil edərək həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, cinayətin törədilməsini təşkil edib, cinayətin törədilməsinə rəhbərlik edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4, X2 ilə cinayət ələqəsinə girib, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu zənn etdiyi, onun göstərəcəyi tanımadığı şəxsin yaşadığı ünvanına gedib orada həmin şəxsə qəsdən sağlamlığına zərər vurub cəzalandıracaqları barədə sövdələşərək, planlaşdırdıqları cinayətdə qrup üzvlərinin hərəkətlərini izah edib bu məqsədlə qrupun digər üzvlərini xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində, ünvan 1 ünvanına gətirib tanına biləcəyini deyərək cəzalandıracaqları şəxsin binanın 9-cu mərtəbəsində, 71-ci mənzildə yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 qrup üzvü Jalə Məmmədovanın köməyi ilə, yəni sonuncunun qadın olduğundan qapını döyərək özünü qonşu kimi təqdim etməsindən istifadə edib, şübhə yaratmayaraq evdə olan Şahid3 qapını açdırıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 maneəsiz içəri buraxmasına nail olub içəriyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 mane olmaması üçün Şahid3 dəhlizdə tutub saxlamış, Təqsirləndirilən şəxs4 isə mətbəx otağına keçərək həmin mənzildə yaşayan narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz döyriyyəsinə heç bir aidiyyəti olmayan Zərərçəkmiş şəxsh oğlundan üzərində olduğunu güman etdiyi narkotik maddələri yeməsini tələb etmiş, Zərərçəkmiş şəxs onda narkotik vasitə olmamasını bildirsə də onu aldatdığını düşünərək yumruqla sifət nahiyəsinə vurmuş, dəhlizə qayıdıb Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs onları aldatdığını bildirib Şahid3 tutub saxlamış, Təqsirləndirilən şəxs1 isə mətbəxə gedib nəyə görə narkotik vasitəni çıxardıb yemədiyini soruşub yenidən Təqsirləndirilən şəxs4 vurduğu nahiyəyə yəni sifət nahiyəsindən təkrarən yumruqla, təpiklə sağ ayağına vuraraq Zərərçəkmiş şəxs sağ budun qançırı kimi sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burunun tənəffüs pozğunluğu ilə müşaiyət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı sol gözyuvasıətrafı-burun nahiyəsinin dərialtı hematoması kimi bədən xəsarətləri yetirərək ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətin törədilməsinə maneələrin aradan qaldırmasını qabaqcadan vəd etməklə köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə sonuncu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə cinayət ələqəsinə girib, Emiliya Əliyevanın göstərəcəyi tanımadığı şəxsin yaşadığı ünvanına gedib orada həmin şəxsə qəsdən sağlamlığına zərər vurub cəzalandıracaqları barədə sövdələşərək, bu məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində, ünvan 1-də yerləşən 71-ci mənzilə gələrək onun qabaqcadan vəd etdiyi köməyi ilə, yəni qadın olduğundan qapını döyərək özünü qonşu kimi təqdim etməsindən istifadə edib, şübhə yaratmayaraq evdə olan Şahid3 qapını açdırıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 maneəsiz içəri buraxmasına nail olub içəriyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 mane olmaması üçün Şahid3 dəhlizdə tutub saxlamış, Təqsirləndirilən şəxs4 isə mətbəx otağına keçərək həmin mənzildə yaşayan narkotik vasitələrin və psixotrop maddələrinin qanusuz döyriyyəsinə heç bir aidiyyəti olmayan Zərərçəkmiş şəxsh oğlundan üzərində olduğunu güman etdiyi narkotik maddələri yeməsini tələb etmiş, Zərərçəkmiş şəxs onda narkotik vasitə olmamasını bildirsə də Təqsirləndirilən şəxs4 aldatdığını düşünərək yumruqla sifət nahiyəsinə vurmuş, dəhlizə qayıdıb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onları aldatdığını bildirib Şahid3 tutub saxlamış, Təqsirləndirilən şəxs1 isə mətbəxə gedib nəyə görə narkotik vasitəni çıxardıb yemədiyini soruşub yenidən Təqsirləndirilən şəxs4 vurduğu nahiyəyə yəni sifət nahiyəsindən təkrarən yumruqla, təpiklə sağ ayağına vuraraq Zərərçəkmiş şəxs sağ budun qançırı kimi sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burunun tənəfus pozğunluğu ilə müşaiyət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı sol gözyuvasıətrafı-burun nahiyəsinin dərialtı hematoması kimi bədən xəsarətləri yetirərək ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslərlə qonşudur, uzun illərdirki tanışdır, Jalə ilə bir neçə ildirki, münasibətləri var, hadisə günü Jalə ilə həyətdə gəzərkən Emilya ilə rastlaşmışdır, həmin ərəfədə narkotik vasitədən istifadə etdiklərindən, üzərində cəmi 10 manat pulu olmuş, həmin pula isə narkotik vasitə almaq olmadığından, fikirləşmişlər ki, adam tapıb narkotik vasitəni borca alsınlar. Emilya demişdir ki, Razində narkotik satan tanıdığı var, orada kirayədə qalır, əvvəllər ondan narkotik vasitə almış, amma o da nisyə verməz, “çaqqal” adamdır, hətta narkotikə görə ona əxlaqsız təklifləridə olmuşdur. O da buna əsəbləşmiş, Jalə ilə münasibətləri olduğundan düşünmüşdür ki, bəlkə Jaləyə də belə təkliflər olunmuşdur. Emilya demişdir ki, o nisyə verməz, ya da narkotiki göstərib verməyəcək, əvvəllər o ağrıda olanda narkotik vasitəni ona göstərərək verməmişdir. Qərara gəlmişlər ki, gedib oradan narkotik vasitəni götürsünlər. Bu məqsədlə Elçini yığaraq çağırmış, bilmişdir ki, Elçinin elə adamlardan zəhləsi gedir. Elçinə bu barədə danışaraq demişdir ki gedib onu cəzalandırıb “malı” götürək, Elçinlə danışmışlar ki, birinci narkotiki könüllü alaq, verməsə də məcburi götürüb ona yedizdirək, onların bu danışığından qızların xəbəri olmamışdır. O, Elçinlə ikisi həmin şəxslə bacaracaqlarını fikirləşmiş, ona görə də özlərini qorumaq üçünə nəsə götürmək istəmişlər. Emilyaya demişdir ki, mənzili onlara göstərsin. Elçin taksiyə pul götürmək üçün evə getmiş, alət olaraq nə götürdüyünü bilməmişdir. Elçinin 2 manat pulu olmuş, onunda cəmi 10 manatı olmuşdur, taksi sifariş verərək dördü birlikdə “Kombinat”ın yanından Razinə getmişlər. Düşünmüşdür ki, qapıya kişi yaxınlaşsa açmayacaq, ona görə də Jaləyə qapını döyməsini bildirmiş, Jalə qapını döymək üçün yuxarıya qalxmış, Jalə qapını döymüş, qapı açılan kimi onlar içəri girmişlər, görmüşlər ki, qapını açan cavan adamdır, evdən bir kişi çıxmış, onların üstünə gəlmiş, onlarında evdən çıxmaq fikri olmamış, zərərçəkmiş şəxs qapıya gələrkən uzaqlaşdırmaq üçün onu vurmuş, amma burnunu qırmamışdır, məqsədləri narkotiki götürmək və əvvəllər elədiyi hərəkətlərinə görə ona ziyan vermək olmuşdur, evdə olan zaman evi axtarmışlar, əşyaları axtarmışlar, paltarları çəkib dağıdıb baxmışlar, narkotik vasitə tapmamışlar, görmüşdür ki, bu ev kirayə deyil, səhv gəldiklərini başa düşərək evdən çıxmışlar. Elçinin zərərçəkmiş şəxsi vurmağını görməmişdir, burnundan qan açılmağını da görməmişdir, həmin vaxt Elçin mətbəxdə olmuşdur. Elçinin əlində konkret nə olduğunu görməmiş, sonradan bilmişdir ki, Elçinin belindən bıçaq evə düşmüşdür. Sonradan evdə qadını görmüş, səsə qonşu gəlmiş, onlar evdən çıxıb getmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Emilya həmin şəxsi vuracaqlarını əvvəlcədən bilməmiş, sadəcə olaraq Emilya onlara demişdir ki, həmin şəxsdə nəsə olar, ehtiyatlı olun. Həmçinin Jalə də həmin şəxsi əvvəlcədən vuracağını bilməmişdir. Ümumiyyətlə onların dördü bir yerdə oturub əvvəlcədən nə edəcəkləri barədə qərarlaşdırmamışlar, onlar arasında yalnız narkotik vasitəni necə əldə etmələri barədə söhbət olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü o evdə yatmışdır, içkili və yarıyuxulu vəziyyətdə olmuşdur, Emin ona zəng etmişdir, Emin bilmişdir ki, o narkotik vasitə satanlara qarşı qəzəblidir, çünki əvvəllər Eminə narkotik vasitə satanı bilərsə döyəcəyini bildirmişdir, Emin ona demişdir ki, həmin şəxs Rəşad adlı adamdır, Razində yaşayır, narkotik vasitə satır, o da Eminə demişdir ki, gəlir. Eminin yanına gəldikdən sonra Emin ona demişdir ki, onu cəzalandırmaq lazımdır, o da razılaşmışdır. O, gəlməmişdən əvvəl Emilya təklif etmişdir ki, narkotik vasitəni həmin adamdan alsınlar, amma pulları olmamışdır, fikirləşmişlər ki, birtəhər alarlar. Emilya demişdir ki, nisyə verməz, təhlükəli adamdır, silahı ola bilər. O da Eminlə danışıb razılaşıb evə getmiş, evdə qatlanan bıçaq olmuş, onu götürmüşdür. Emilya mənzili göstərmiş, binaya qalxmamışdır, Emin demişdir ki, kişi qapını döyməsin, açmaz, ona görə də Jalə qapını döysün. Jalə qapını döymüş, demişdir ki, qonşudur, zərərçəkmiş şəxsin oğlu qapını açmış, içəri daxil olmuşlar, hadisə ani vaxtda baş vermiş, həmin vaxt Emin maska taxmış, ilk olaraq mənzilə o daxil olmuş, sonra Emin içəri girmiş, həmin vaxt Jalə mənzilə girməmiş, çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs qolunu burmuş, Emin onu vurmuş, necə vurmasını görməmişdir, Emin soruşmuşdur ki, “mal” hanı?, sonradan Zərərçəkmiş şəxs qolunu burmuş şəkildə mətbəxə keçirərək onu orada saxlamış, Emin otaqları axtarmışdır, Zərərçəkmiş şəxs sonradan yerdə ona müqavimət göstərmək istəyərkən yumruqla onu vurmuşdur. Evdə qadını gördükdən sonra başa düşmüşlər ki, səhv gəlmişlər, həmin an bayıra çıxmışlar, qonşu evə gələndə onlar artıq evdən çıxmışlar. Bütün bu hadisələr ani vaxtda baş vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Emin ondan soruşarkən nəsə götürmüsən üstündə? demişdir ki, narahat olma. Mənzildə olarkən bıçaq əlindən düşmüş, harada düşdüyünü bilmir. Emilya və Jaləni əvvəlcədən tanımamış, onlarla birlikdə nə edəcəkləri barədə əvvəlcədən müzakirə etməmiş, o yalnız Emini tanımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o həyətdə gəzərkən Eminlə Jaləni görmüşdür. Onlar narkotik vasitə istifadəçisi olduqlarından narkotik vasitə tapmaq haqqında danışmışlar, o da demişdir ki, narkotik satan tanıdığı bir adam var, amma bir az xəstədir, əsəbi adamdır, əxlaqsız təkilflər edir, Emində 10 manat pul olmuşdur, o da Eminə bildirmişdir ki, 10 manata düzəlməz, amma gedib istəyər, verərsə götürər, verməzsə çıxıb gələr, Elçini əvvəlcədən tanımamış, Emin Elçini zəng edərək çağırmış, Emin vəziyyəti Elçinə başa salmış, onun ümumiyyətlə əvvəlcədən Eminin kimisə çağırmasından, onunla arasında nə danışmasından xəbəri olmamışdır. Emin ona demişdir ki, həmin şəxsin yaşadığı mənzili göstərsin, o da bildirmişdir ki, tam dəqiq yadında deyil, ancaq ora gedərlərsə xatırlayacaq, taksiyə minərək Razinə getmişlər, binanın qarşısında blok və mərtəbəni göstərmiş, özü həyətdə gözləmiş, yuxarı qalxmamışdır, fikirləşmişdir ki, narkotik vasitə satan şəxs onu tanıyar. Oraya getməkdə məqsədi narkotik vasitə əldə etmək olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o Elçin və Eminə deməmişdir ki, gedib həmin şəxsi döyüb xəsarət yetirsinlər, onlar o niyyətlə də ora getməmişlər. Əsas niyyət həmin şəxsdən narkotik vasitə əldə etmək və belə hərəkətlər etməməsini ona başa salmaq idi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Eminlə həyətdə gəzərkən Emilya ilə rastlaşmış, həmin vaxt narkotik vasitə istifadəçisi olduqlarından narkotik vasitə əldə etmək haqda danışmışlar, Emində 10 manat olmuş, onlarda isə pul olmamış, razılaşmışlar ki, gedib hansısa narkotik satandan nisyə alsınlar, Emilya demişdir ki, Razində narkotik satan tanışı var, amma pulsuz verən deyil, Emilya həmçinin bildirmişdir ki, əvvəllər ona başqa əxlaqsız təkliflər də etmişdir. Emin bundan əsəbləşmişdir. Emin demişdir ki, gedib həm 10 manata ondan narkotik vasitə alaq, həmçinin belə hərəkətlərinə görə ona narkotiki yedizdirək. Emin Elçini çağırmış, onlar danışmış, sonradan birlikdə taksi ilə Razinə getmişlər, Emilya mənzili göstərmiş, yuxarı qalxmamış, o da qız olduğu üçün qapını açsın deyə qapını döymüş, qonşu olduğunu bildirmiş, qapını açan kimi kənara çəkilmiş, Emin və Elçin mənzilə daxil olmuş, o isə düşüb getmişdir, sonradan Emin və Elçin gələrək səhv ünvana getdiklərini bildirmişlər. Verilən suallara cavab olaraq göstərmişdir ki, taksi ilə qayıdarkən hamı şokda idi, onlar başa düşmüşlər ki, Emin və Elçin səhv mənzilə girmişlər. Həmin vaxt Eminin üzündə maska olmuşdur, köynəyinin yaxası ilə üzünü bağlamışdır. Onun oraya getməkdə niyyəti narkotik vasitə əldə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, evdə olan zaman mətbəxdə olmuş, yoldaşı Alla hamam otağında duş qəbul etmiş, oğlu Ruslan isə otaqda əyləşib televizora baxmışdır. Həmin vaxt evin qapısının açılmasını eşidib koridora keçmiş, görmüşdür ki, iki nəfər şəxs evin koridorundadır. Onların biri maskada olmuş, digəri isə oğlu Ruslanın qolunu burub onu saxlamışdır. Maskada olan şəxs onu mətbəx otağına aparmış, o, təəcübündən ona müqavimət göstərməmiş onunla mətbəxə keçmişdir. Orada həmin şəxs ona “mal hanı?” “malı ver” demiş, o da nə baş verdiyini başa düşməmiş, Elçində ona demişdir ki, yaxşı bilirsən nə mal, Elçin onu yerə yıxmış, yerdə onu vurmağa başlamış, burnu sınmışdır, Emin otaqları axtarmış, həmin vaxt qonşu səsə gəlmişdir, Elçin ondan soruşmuşdur ki, gələn şəxs kimdir, o da polis olduğunu bildirmiş, onu buraxıb evdən çıxıb getmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan ödənilmiş, onlara qarşı şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, evə daxil olan hər iki şəxs onu vurmuşdur, Emilya və Jaləni görməmiş, onları tanımır, hadisə vaxtı həyat yoldaşı hamamda olmuşdur, evdə yorğan döşəyi, şkafları birbirinə vurmuşlar, heç nə tapmamışlar, mətbəxdə stolun üstündə üzük olmuşdur, o da götürülməmişdir, Elçinin əlində bıçaq olmuş, polisin adını çəkdikdən sonra Elçin bıçağı ataraq getmişdir, bıçağı istintaq zamanı müstəntiq götürmüşdür, sonradan müstəntiqin otağında bıçağı görmüşdür, qatlanan balaca bıçaq olmuşdur. Məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə vaxtı “bariqa” söhbəti olmamış, istintaq zamanı belə bir ifadə verməmiş, narkotik və ya “kakos” adı çəkməmişdir, istintaq zamanı bıçaq barədə ifadə vermiş, ifadəsində nə üçün yazılmasını bilmir, istintaqda yazılanlarla razı deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi doğrudur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o anası və atası ilə birlikdə yaşayır, onun yaşadığı ünvan 9-cu mərtəbədə yerləşir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, evdə olan zaman öz otağında televizora baxmış, atası mətbəx otağında olmuş, anası Alla isə hamam otağında duş qəbul etmişdir. Həmin gün saat 22:35 radələrində o, evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. O, qapıda olan gözlükdən baxdıqda tanımadığı bir qadının olduğunu görmüşdür. O, qapını açdıqda 30-35 yaşlarında bir qadın ona qonşu olduğunu bildirmişdir. Həmin qadının yanında iki nəfər cavan oğlanda olmuş, onlardan biri əynində olan paltarını maska kimi sifətinə qədər dartmışdır. Oğlanlar dərhal evə daxil olmuş, Elçin onun qolundan tutub qolunu arxaya buraraq onu hərəkətsiz vəziyyətə gətirmişdir. Bu zaman atası koridora keçmiş, maskalı olan şəxs ani bir vaxtda atasın qolundan tutaraq onu mətbəx otağına aparmışdır. O, tərpənə bilməmiş, ona görə ki, müqavimət göstərmək istəyəndə o, qolunu bir az da arxaya aparır və məcbur olub ona müqavimət göstərməmişdir. O, mətbəxdə nə baş verdiyini görməmiş, lakin “mal hanı, malı ver” deyə səslər eşitmişdir. Həmin an həmin şəxsin atasını vurmasını eşitmişdir. Maskalı olan şəxs evləri axtarmış, hər ikisi mətbəxə keçmiş, sonradan anası hamam otağından çıxmış, səs küy salmış, qonşuluqda olan Asif adlı qonşusu içəri daxil olmuşdur. Atası həmin şəxslərə Asifin polis olduğunu bildirmişdir. Həmin şəxslər qorxaraq Asifi itələyib oradan qaçmışlar. Elçinin əlində bıçaq olmuş, evdən çıxıb gedərkən bıçaq yerə düşmüşdür. Polisə məlumat vermişlər, 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Bıçağı istintaqa təqdim etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və oğlu Şahid3la ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, hamam otağında duş qəbul etmiş, oğlu öz otağında televizora baxmış, yoldaşı Əflatun isə mətbəx otağında futbola baxmışdır. Həmin gün saat 22:35 radələrində o, duş qəbul edən zaman qapının döyüldüyünü eşitmişdir. Həmin zaman qapıdan bir xanımın “mən sizin qonşunuzam” sözləri eşitmişdir. O, fikirləşmişdir ki, alt qonşudur və o, duş qəbul eydiyinə görə onların evinə su damır. O, bu zaman duşu bağlamış və əynini geyib çıxmaq istəmişdir. O, qəfildən evdən səs küy eşitmişdir. Nə baş verdiyini anlamamışdır. Duş otağından çıxdıqda bir nəfər şəxsin sifətində maska olduğunu və evdə olduğunu, oğlunu tutduğunu görmüşdür. Lakin həmin zaman ərini görməmişdir. O, çox qorxmuş, fikirləşmişdir ki, yoldaşını və oğlunu öldürüblər, O, tez özünü dəsmalla bükmüş və kömək üçün çölə qaçmışdır. O, qışqıraraq qonşulardan kömək istəmişdir. Bu zaman üzbə üz qonşuluqda yaşayan Asif adlı qonşu çıxmışdır. Asif ondan nə baş verdiyini soruşduqda ona evə hücum etdikərini tez bir zamanda polis çağrmasını bildirmişdir. O, dərhal içəriyə daxil olmuş, çox qorxduğundan və üzərində yalnız dəsmal olduğundan tez duş kabinasına getmişdir ki. əynini geyinsin. O, çöldə yenədə səs küy gəldiyini eşitmiş təxminən 5-10 saniyə sonra eşitmişdir ki, onlar qaçıblar. O, çölə çıxdıqda görmüşdür ki, yoldaşı Zərərçəkmiş şəxs sifəti və paltarı qandır, nə baş verdiyini soruşduqda o özüdə anlamadığını demişdir. Onlar tez bir zamanda polisə bununla əlaqədar məlumat vermişlər. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hərbiçidir. Zərərçəkmiş şəxsla o, qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, evdə olarkən qonşuluqda yaşayan Alla xanımın qışqıraraq kömək istədiyini eşitmişdir. O, tez bir zamanda çölə çıxmışdır. Həmin xanım evinə hücum olunduğunu və tez bir zamanda polis çağırmağını bildirmişdir. O, Əflatun müəllimgilin evinə daxil olmuş, bu zaman orada bir nəfər maskalı və bir nəfər maskasız şəxsin olduğunu görmüşdür. Onlardan nə etdiklərini soruşmuşdur. 5-6 saniyə keçməmiş onlar onu itələyərək oradan qaçaraq uzaqlaşmışlar. Daha sonra isə hadisə yerinə polislər gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 181.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir(cild 1, i.v.1); baxış keçirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur(cild 1, i.v.07-15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.17); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.64-65); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.94-95); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.116-117); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.138-139); şəxsin tanınmaya təqdim edilməsi haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 tanınmaya təqdim edilmiş şəxslərə baxaraq 2 nömrəli olan Təqsirləndirilən şəxs1 göstərərək həmin şəxsin tanıdığını, onu boyundan, sifət cizgilərindən, saçının seyrək olmasından tanıdığını, həmin şəxsin onun evinə daxil olaraq atasına xəsarət yetirdiyini bildirmişdir(cild 1, i.v.150-152); şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs Şahid3 şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilmiş və o, 4-cü yerdə qoyulmuş şəxsi göstərərək həmin şəxsin qapını döyən qadın olduğunu, həmin şəxsi sifət cizgilərindən, gözlərindən tanıdığını bildirmiş, həmin şəxsin 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir(cild 1, i.v.153-155); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Şahid3 Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid3 qarşısında olan şəxsin onun atası Zərərçəkmiş şəxs döydüyünü üzünə qarşı bildirmidir(cild 1, i.v.156-159); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Şahid3 Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid3 qarşısında olan şəxsin onun atası Zərərçəkmiş şəxs döydüyünü üzünə qarşı bildirmidir(cild 1, i.v.160-164); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsindən vurmasını üzünə qarşı bildirmişdir(cild 1, i.v.165-168); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 1, i.v.169-173); 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 1, i.v.179-183); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 1, i.v.185-186); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 1, i.v.198-199); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 1, i.v.210-211); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 1, i.v.222-223); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-687/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 03 ay 28 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.01-03); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-689/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.04-06); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-686/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.07-09); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-688/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay 28 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.10-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 2, i.v.19); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(cild 2, i.v.20-21); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli əfv fərmanına əsasən azad olunmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(cild 2, i.v.22-24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 2, i.v.25); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-937/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 dekabr 2022-ci il tarixədək uzadılmışdır(cild 2, i.v.34-37); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-936/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 dekabr 2022-ci il tarixədək uzadılmışdır(cild 2, i.v.38-41); məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1947 saylı rəyindən görünür ki,Şahid3 məhkəmə tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, onun bədənində xəsarət aşkar edilmədi(cild 2, i.v.42-43); məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1947 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs tənəffüs pozğunluğu ilə müşayiət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı, sol gözyuvasıətrafı-burun nahiyəsinin dərialtı hematoması və sağ budun qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə tənəffüs pozğunluğu ilə müşayiət olunan burun sümüyünün az yerini dəyişən qapalı sınığı, sol gözyuvasıətrafı-burun nahiyəsinin dərialtı hematoması ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir; sağ budun qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir(cild 2, i.v.44-46); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-937/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin olunmamış, barəsində 02 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.78-87); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-1016/2022 saylı, 16 dekabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 fevral 2023-cü il tarixədək uzadılmışdır(cild 2, i.v.88-91); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-1014/2022 saylı, 16 dekabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 mart 2023-cü il tarixədək uzadılmışdır(cild 2, i.v.92-96); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-1015/2022 saylı, 16 dekabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır(cild 2, i.v.97-99); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 02 dekabr 2022-ci il tarixli 3190 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəatiyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur(cild 2, i.v.112-113); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 02 dekabr 2022-ci il tarixli 3194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur(cild 2, i.v.114-115); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 3195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona xasiyyətin psixopatik cizgiləri, anamnezində psixoaktiv maddələrin qəbulu müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəatiyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstətik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhtükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur(cild 2, i.v.116- 117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 3196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs4 həmçinin ona ittiham olunan əməl dövründə hər hanst bir psixi xəstəlik və ya psixi fəatiyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstətik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhtükəliliyini dərk etmək və onları idarə etmək iqtidartında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs4 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 oğtunun məcburi müalicəyə ehtiyacı yoxdur(cild 2, i.v.118-119); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-138/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır(cild 2, i.v.132-134); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-137/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 20 mart 2023-cü il tarixədək uzadılmışdır(cild 2, i.v.135-139); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-139/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, barəsində 20 mart 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.140-150); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barələrində seçilmiş “həbs” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri ilə əvəz edilməsi qərar alınmış, Təqsirləndirilən şəxs2 CM-nin 32.3, 127.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 127.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmış, Şahid3 heç bir xəsarət aşkar edilmədiyindən zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş, təqsirləndirilən şəxslərin əməllərində CM-nin 181.2.1, 180, 221, 235, 157-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır(cild 2, i.v.171-185); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(cild 2, i.v.147-148); 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.209-211); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 32.3, 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(cild 2, i.v.215-216); 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.217-219); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(cild 2, i.v.233-234); 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.246-248); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(cild 2, i.v.252-253); 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.264-266); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, digər təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 CM-nin 32.3, 127.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətin törədilməsini təşkil edərək həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, cinayətin törədilməsini təşkil etmək cinayətin edilməsini planlaşdırmağı, cinayətin edilməsi üçün iştirakçıları-icraçını, təhrikçini, köməkçini tapmağı, təlimatlandırmağı, onların fəaliyyətini əlaqələndirməyi, habelə fəaliyyəti cinayətin törədilməsinə istiqamətləndirməyi və s. nəzərdə tutur. Hazırki işin hallarında Təqsirləndirilən şəxs2 əvvəlcədən ittiham verilən cinayətin törədilməsini təşkil etməsi müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ittiham verilmiş cinayətin digər iştirakçılarını tapması, onları bir-biri ilə əlaqələndirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 həyətdə gəzərkən təsadüfən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə rastlaşmış, onlar arasında narkotik vasitəni haradan əldə edə bilmələri ilə bağlı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 isə o, ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 zəng edərək çağırmış, onların arasında olan danışıqdan isə Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Cinayətin edilməsinə rəhbərlik etmə bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etmək, cinayətin edilməsinə başçılıq etmək, zəruri olduqda iştirakçılar arasında yenidən vəzifə bölgüsü aparmaq, cinayətin edilməsi prosesində meydana çıxan məsələlərin həlli ilə əlaqədar göstərişlər vermək və s. hərəkətlərdə ifadə olunur. Məhkəmə tərəfindən Əliyeva Emiliyanın hərərkətlərinə nəzər yetirildikdə isə görünür ki, o sadəcə olaraq ümumi söhbət əsnasında, bir narkotik satan şəxsi tanıdığını qeyd etmiş, həmin şəxsin yaxşı insan olmadığını bildirmiş və vaxtilə ona narkotik vasitə verməməsi barədə gileylənmişdir. Əliyeva Emiliya tərəfindən həmin şəxsin evinin Emin və Elçinə göstərilməsi isə, yenə də sırf narkotik vasitələrin əldə edilməsi yönündə olmuşdur ki, bu da özlüyündə istintaq orqanı tərəfindən onun hərəkətlərinin CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə rəhbərlik, təşkilatçılıq etmək kimi qitymətləndirilməsi üçün əsas ola bilməzdi. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olan şəxsin yaşadığı mənzili göstərməsini istəmiş, Təqsirləndirilən şəxs3 isə göstərilən mənzilin qapısını döyməsini bildirmiş, həmçinin onunla birlikdə həmin mənzilə getməsi üçün Təqsirləndirilən şəxs1 zəng edərək çağırmışdır. Göründüyü kimi, hazırki cinayət əməlinin törədilməsini təşkil edən Təqsirləndirilən şəxs2 deyil, Təqsirləndirilən şəxs4 olmuşdur. Azərbaycan Respublikasının CM-nin 33.2-ci maddəsinə əsasən cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Göstərilən normanın tələbi baxımından cinayətin törədilməsini təşkil etməsinə baxmayaraq birgə icraçı kimi iştirak etdiyindən Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi mənzili göstərməkdə məqsədi narkotik vasitə əldə etmək olmuşdur, o Elçin və Eminə deməmişdir ki, gedib həmin şəxsi döyüb xəsarət yetirsinlər, onların o niyyətlə də ora getməsindən xəbərsiz olmuşdur. Bu halın həqiqiliyini digər Təqsirləndirilən şəxs4 da ifadəsində təsdiqləmiş, və qeyd etmişdir ki, Emilya həmin şəxsi vuracaqlarını əvvəlcədən bilməmiş, sadəcə olaraq Emilya onlara demişdir ki, “xəstə” adamdır, həmin şəxsdə nəsə silah ola bilər. Elçinlə o, öz aralarında razılaşmışlar, Elçin üzərində nəsə götürmək üçün evə getmiş, bundan qızların məlumatı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Emilya əvvəlcədən onların həmin şəxsə xəsarət yetirəcəyindən məlumatsız olmuş, sadəcə olaraq həmin şəxsin təhlükəli adam olmasını, üzərində nəsə silah olma ehtimalını bildirmişdir. O, Eminlə danışaraq razılaşıb evə getmiş, evdə qatlanan bıçaq olmuş, onu götürmüşdür. İş materiallarından, həmçinin hadisələrin real axarı barədə tam məlumatlı olan təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən görünür ki, cinayəti hazırlayan və planlaşdıran əsas fiqurlar Elçin və Emin olmuşdur və bu hərəkətləri yerinə yetirmək üçün onlar Əliyeva Emiliya tərəfindən söhbət əsnasında verilmiş məlumatlardan istifadə etmişlər. Məhkəmə qeyd edir ki, Əliyeva Emiliyanın, onun iştirakı ilə aparılmış söhbət zamanı müyyənləşdirilmiş niyyətdən kənar çıxaraq edilmiş hərəkətlərə rəhbərlik və ya təşkilatçılıq etməsi qeyri-mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlinin törədiləcəyindən məlumatının olması, eləcə də onun əvvəlcədən niyyətinin narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə hər hansı xəsarət yetirilməsi ilə bağlı olması məhkəmə istintaqı zamanı təhlil edilən sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətin törədilməsinə maneələrin aradan qaldırmasını qabaqcadan vəd etməklə köməkçilik etmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 127.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Eminlə həyətdə gəzərkən Emilya ilə rastlaşmış, həmin vaxt narkotik vasitə istifadəçisi olduqlarından narkotik vasitə əldə etmək haqda danışmışlar, Emində 10 manat olmuş, onlarda isə pul olmamış, razılaşmışlar ki, gedib hansısa narkotik satandan nisyə alsınlar, Emilya demişdir ki, Razində narkotik satan tanışı var, amma pulsuz verən deyil, Emilya həmçinin bildirmişdir ki, əvvəllər ona başqa əxlaqsız təkliflər də etmişdir. Emin bundan əsəbləşmişdir. Emin Elçini çağıraraq onunla nəsə danışmış, sonra birlikdə taksi ilə Razinə getmişlər, Emilya mənzili göstərmiş, yuxarı qalxmamış, o da qız olduğu üçün qapını açsın deyə qapını döymüş, qonşu olduğunu bildirmiş, qapını açan kimi kənara çəkilmiş, Emin və Elçin mənzilə daxil olmuş, o isə düşüb getmişdir, sonradan Emin və Elçin gələrək səhv ünvana getdiklərini bildirmişlər.Taksi ilə qayıdarkən hamı şokda olmuş, onlar başa düşmüşlər ki, Emin və Elçin səhv mənzilə girmişlər. Həmin vaxt Eminin üzündə maska olmuşdur, köynəyinin yaxası ilə üzünü bağlamışdır. Onun oraya getməkdə niyyəti narkotik vasitə əldə etmək olmuş, Eminlə Elçinin həmin şəxsə hər hansı xəsarət yetirəcəyindən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, Elçinlə danışıb razılaşmışlar ki, narkotiki könüllü alaq, verməsə də məcburi götürüb ona yedizdirək. Emilya həmin şəxsi vuracaqlarını əvvəlcədən bilməmiş, sadəcə olaraq Emilya onlara demişdir ki, həmin şəxsdə nəsə olar, ehtiyatlı olun. Həmçinin Jalə də əvvəlcədən həmin şəxsi vuracaqlarını bilməmişdir. Azərbaycan Respublikasının CM-nin 35.1-ci maddəsinə əsasən icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Təqsirləndirilən şəxslərin ifadələrini müqayisəli şəkildə tədqiq edərək məhkəmə bu nəticəyə gəlir ki, onlar narkotik vasitənin əldə edilməsi ilə bağlı razılığa gələrək hadisənin baş verdiyi mənzilə getməkdə məqsədləri narkotik vasitə əldə etmələri olsa da, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxmaqla hazırki cinayət əməlini törətmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 əvvəlcədən hazırki cinayət əməlinin törədiləcəyindən məlumatlı olması, eləcə də onun mənzilin qapısını döyməkdə niyyətinin narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə hər hansı xəsarət yetirilməsi ilə bağlı maneələrin aradan qaldırması olması məhkəmə istintaqı zamanı təhlil edilən sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 127.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin Təqsirləndirilən şəxs4 barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs4 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Cinayət məsuliyyətindən azad olunma və cinayət təqibinə xitam verilmə ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)- 506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 127.1ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 42, 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-506/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-506/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver