Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-509/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Axaməd ərazi dairəsi, Axaməd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü geniş əlaqələri olan şəxs kimi qələmə verərək pul müqabilində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) növbə rəisi vəzifəsinə işə düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında Zərərçəkmiş şəxs ona məxsus "Hyundai İ 30" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə həmin dövrə olan məzənnə ilə 5.100 (beş min yüz) manat dəyərində olan 3000(üç min) ABŞ dollarını və 900 (doqquz yüz) Azərbaycan manatı olan pul vəsaitini alıb ələ keçirib vədinə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs 6.000 (altı min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında tanışı Şahid2la söhbətləşən zaman Şahid2 ona demişdir ki, yaxın adamı var, ali təhsillidir, amma özünə iş tapa bilmir. Şahid2 onu əlaqəsi geniş olan adam kimi tanımışdır, çünki özünü belə təqdim etmişdir. Şahid2 bilirmiş ki, o bir neçə nəfəri SOCAR-a işə düzəltməyə köməklik etmişdir. Şahid2 ondan əgər alınırsa tanışına köməklik etməsini xahiş etmiş, o da razılıq vermişdir. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəni əlaqə saxlaması üçün ona vermişdir. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış və onlar ünvan 2 ünvanında “Lider” telekanalının yaxınlığında görüşmüşlər. Görüşə Şahid2 da gəlmişdir. Həmin zaman pula ehtiyacı olduğundan görüş zamanı Şahid2 və onun qohumu Zərərçəkmiş şəxs əmin etmişdir ki, SOCAR-da tanışları var, Zərərçəkmiş şəxs oraya növbə rəisi, vəzifəsinə qəbul etdirə bilər, vəzifənin aylıq maaşı 1.200 (min iki yüz) manatdır, lakin işin həlli müqabilində 12.000 (on iki min) manat pul tələb olunur, həmin məbləğin yarısını iş düzəlməmişdən əvvəl, yarısı isə sonra verməlidir. Zərərçəkmiş şəxs da razılıq vermişdir ki, təki işi düzəlsin. 21 avqust 2023-cü il tarixdə o Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və ona bildirmişdir ki, 6.000 (altı min) manat pul verilməlidir və onlar həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus "Hyundai İ 30" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüşlər. Avtomobildə Zərərçəkmiş şəxs atası da olmuşdur. Avtomobilin içərisində Zərərçəkmiş şəxs ona 3.000 (üç min) ABŞ dolları, yəni 5.100 (beş min yüz) manat və 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 6.000 (altı min) manat pul vermişdir. O da Zərərçəkmiş şəxs işi həll edəcəyinə söz vermişdir. Lakin həmin vaxt maddi problemləri olduğundan və pula ehtiyacı olduğundan həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bu hadisədən bir neçə ay sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq pulunun qaytarılmasını tələb etmiş, o isə Zərərçəkmiş şəxs demişdir ki, narahat olmasın işi həll edəcək. İstəyi isə vaxtı uzatmaq olmuşdur. Lakin Zərərçəkmiş şəxs və Şahid2 ona zəng vuraraq pulun qaytarılmadığı halda polisə məlumat verəcəklərini dedikdən sonra məsələnin qəlizləşdiyini görüb 1.000 (min) manat pulu Zərərçəkmiş şəxs kart hesabına, 3000(üç min) manat pulu isə Şahid2 kart hesabına göndərmişdir. Onlara söz vermişdir ki, qalıq 2.000 (iki min) manat pulu qaytaracaqdır. Lakin problemləri ucbatından pulu qaytara bilməmişdir. Əməlini tək törətmişdir, törətdiyi əməldən heç bir şəxsin məlumatı olmamışdır. Hazırda zərərçəkmiş şəxsə ziyanı tam olaraq ödəmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında ailə dostu Şahid2 ilə söhbətləşib dərdləşən zaman özünə uyğun iş yeri tapa bilmədiyini demişdir. 2023-cü ilin avqust ayında Şahid2 ilə mobil telefon vasitəsi ilə bu barədə söhbətləşən zaman Şahid2 bildirmişdir ki, bir nəfər şəxs var, amma özünün də onunla yaxın əlaqəsi yoxdur, 1-2 dəfə onu görüb, amma eşidib ki, onun “SOCAR”-da əlaqəsi var və oraya işə qəbula köməklik edə bilər, əgər istəsə həmin adama deyə bilər və aralarında görüşü təşkil edər. O da Şahid2 onları görüşdürməsini xahiş etmişdir. Həmin gün Şahid2 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs ilə danışıb, məsələni izah edib, Təqsirləndirilən şəxs onunla əlaqə saxlayacaq. Həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng vurmuş və onlar telefonda bir qədər söhbətləşmişlər. Qərara gəlmişlər ki, ünvan 2 ünvanında, “Lider” telekanalının yerləşdiyi binanın yaxınlığında görüşsünlər. Həmin ünvanda o, Şahid2 və Təqsirləndirilən şəxs görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs onu əmin etmişdir ki, SOCAR-da onun tanışları var və onu SOCAR-a növbə rəisi vəzifəsinə düzəldə bilər. Əgər işə düzələrsə ayda 1.200 (min iki yüz) maaş alacaqdır. O işin həlli müqabilində ondan 12.000 (on iki min) manat pul tələb etmiş və bildirmişdir ki, ilkin olaraq həmin məbləğin yarısı yəni, 6.000 (altı min) manat verilməlidir, qalıq 6.000 (altı min) manat pul isə işə qəbuldan sonra verilməlidir. O da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bu hadisədən bir neçə gün sonra 21 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq pulu tələb etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında görüşməyi təklif etmişdir. O da həmin gün, 21 avqust 2023-cü il tarixdə özünə məxsus “Hyundai İ 30” maraklı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə atası Şahid1 ilə birlikdə getmişdir. Onunla orada yəni, Sabunçu keçidinin yaxınlığında görüşmüş və Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş, avtomobili Bakı şəhəri. Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında saxlamışdır. Maşında bir qədər söhbətləşdikdən sonra o, 3.000 (üç min) ABŞ dolları və 900 (doqquz yüz) manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs də pulu sayıb götürərkən demişdir ki, qalıq 6.000 (altı min) manat pulu işə qəbuldan sonra verməlidir. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb getmişdir. Həmin günün axşamı Təqsirləndirilən şəxs ona zəng edib şəxsiyyət vəsiqəsini və digər sənədlərinin şəkillərini istəmiş, o da, “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə sənədlərinin şəkillərini göndərmişdir. Təxminən 15 gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq növbə rəisi vəzifəsinə işə qəbulunun mümkün olmadığını, amma dispetçer kimi işə qəbula köməklik edə biləcəyini demiş, o da razılıq vermişdir. Lakin 1 ay gözləsə də nəticə olmamış, Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda o demişdir ki, iş görən adam vəzifədən çıxarıldığından məsələnin həlli gecikir, amma həll olunacaq. Bu barədə Şahid2 ilə danışdıqda ona məlumat vermiş və ona demişdir ki, Təqsirləndirilən şəxs hansısa səbəbdən işi həll edə bilmir. Şahid2 da ona demişdir ki, Təqsirləndirilən şəxs ilə danışacaq, deyəcək ki, ya işi həll etsin, ya da ki pulu geri qaytarsın. Şahid2 xahiş etmişdir ki, özü Təqsirləndirilən şəxs İlə danışsın. Şahid2 Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra 2023-cü ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs 1.000 (min) manat pulu onun hesabına göndərmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxslə danışıb qalıq pulunu geri istəmiş, Təqsirləndirilən şəxs də 2024-cü ilin yanvar ayında 3.000 (üç min) manat pulu Şahid2 istifadəsində olan kart hesabına göndərmiş, Şahid2 da pulu ona vermişdir. Amma Təqsirləndirilən şəxs hələ də qalıq 2.000 (iki min) manat pulunu qaytarmamış, hər dəfə ona zəng vurub pulunu istəsə də müxtəlif bəhanələr gətirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, ali təhsilli olsa da, öz ixtisasına uyğun iş tapa bilməmişdir. Dəfələrlə iş ilə bağlı müxtəlif qurumlara müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Ailə dostu Şahid2 da daimi çalışmışdır ki, oğlu Zərərçəkmiş şəxs iş tapsın. 2023-cü ilin yay aylarında oğlu Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs oğlunu SOCAR-a növbə rəisi vəzifəsinə qəbul etdirəcəyinə vəd vermişdir. Əldə edilən razılığa əsasən Təqsirləndirilən şəxs oğlundan 12.000 (on iki min) manat pul tələb etmiş, həmin məbləğin 6.000 (altı min) manatı qabaqcadan, qalıq məbləği isə işə qəbuldan sonra verilməli imiş. Oğlu da razıİıq vermişdir. 21 avqust 2023-cü il tarixdə oğlu ona bildirmişdir ki, həmin məqsədlə Təqsirləndirilən şəxs ilə görüşəcək və ona ilkin olaraq 6.000 (altı min) manat pul verilməlidir. O da oğlu Zərərçəkmiş şəxs demişdir ki, onunla birlikdə getmək istəyir. Həmin gün, yəni, 21 avqust 2023-cü il tarixdə oğluna məxsus “Hyundai İ 30” maraklı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığına getmişlər və orada Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş, oğlu Zərərçəkmiş şəxs avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında saxlamışdır. Maşında bir qədər söhbətləşdikdən sonra oğlu Zərərçəkmiş şəxs 3.000 (üç min) ABŞ dolları və 900 (doqquz yüz) manat pulu Təqsirləndirilən şəxs vermiş, o da pulu sayıb götürərkən demişdir ki, qalıq 6.000 (altı min) manat pulu da işə başladıqdan sonra verməlidir. Lakin həmin gündən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir(i.v.45-47); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs atası Şahid1 ilə uzun müddətdir ki, yaxın ailəvi münasibəti vardır. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs ilə söhbətləşən zaman o demişdir ki, ixtisasına uyğun iş tapa bilmir. O da Zərərçəkmiş şəxs köməklik göstərmək istəmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs demişdir ki, bir nəfər adam var, lakin özünün də onunla yaxın münasibəti yoxdur, lakin eşitmişdir ki, SOCAR-da yaxşı əlaqələri var, hətta 1-2 nəfəri də işə qəbul etdirib. Zərərçəkmiş şəxs da ondan xahiş etmişdir ki, onu Təqsirləndirilən şəxs ilə əlaqələndirsin. Həmin gündən bir neçə gün sonra o Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, əlaqə zamanı Təqsirləndirilən şəxs demişdir ki, yaxın qohumu var, ali təhsillidir, lakin özünə iş tapa bilmir, əgər əlindən gəlirsə iş düzəltməyə köməklik et. Təqsirləndirilən şəxs də ona demişdir ki, problem yoxdur, SOCAR-da yaxşı əlaqəsi var, həmin adamı SOCAR-a növbə rəisi vəzifəsinə işə qəbula köməklik edəcəkdir. Daha sonra Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəni istəmiş, o da Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs öz aralarında razılığa gəlmişlər, razılığa əsasən, Təqsirləndirilən şəxs məsələni 12.000 (on iki min) manat həll etməli, 6.000 (altı min) manat pul qabaqcadan, qalıq 6.000 (altı min) manat pul isə işə qəbuldan sonra verilməli imiş. Daha sonra isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs işə qəbul ilə bağlı Təqsirləndirilən şəxs 3.000 (üç min) ABŞ dolları və 900 (doqquz yüz) manat pul vermişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qeyd edilən məbləği versə də o, məsələni uzatmış, verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs ona zəng edib, bu məsələni bildirdikdə o dərhal Təqsirləndirilən şəxs zəng vuraraq bildirmişdir ki, əgər məsələni həll edə bilmirsə aldığı pulu geri qaytarsın. Təkidi ilə Təqsirləndirilən şəxs 1.000 (min) manat pulu Zərərçəkmiş şəxs hesabına, bir neçə gündən sonra isə 3000 (üç min) manat pulu onun hesabına göndərmiş, o da həmin pulu Zərərçəkmiş şəxs vermişdir. Lakin hələ də Təqsirləndirilən şəxs qalıq 2.000 (iki min) manat pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs körpəliyindən tanıyır, onun atası ilə də çox yaxın münasibəti var. Onları əlaqələndirməkdə məqsədi isə yalnız Zərərçəkmiş şəxs köməklik etmək olmuşdur. Amma Təqsirləndirilən şəxs belə əmələ yol verəcəyini düşünməmişdir(i.v.49-51); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi yerüstü keçidin yaxınlığında yol kənarına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v10-12); Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində saxlanılaraq PŞ-nə gətirilmişdir(i.v.59); Təqdim etmə və götürülmə barədə 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş qalıq 2000 manat ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs yeznəsi X4 təqdim etdi və onun təqdim etdiyi 2000 manat pul zərərçəkmişə ödənilməsi məqsədilə sayılaraq götürülmüşdür(i.v.96); xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın qalıq hissəsi olan 2000 manat pulu müstəntiqdən təhvil almışdır(i.v.97); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Məmməd oğlu tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur(i.v.98); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.104); Qətimkan tədbirinin seçilməsi haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Məmməd oğlu barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.105-106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur(i.v.110-111); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 24 aprel 2025ci il tarixdən 26 aprel 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-509/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-509/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver