Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-514/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə xx xxxxx 1995-ci il tarixdə Tərtər rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xəzəri rayonu, Mərdakən qəsəbəsi, Bağlar yaşayış massivi, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 00:30 radələrində etibarnaməsi olmadan idarə etdiyi yüksüz və texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi ilə S.Qocayev küçəsi istiqamətində saatda 70 km sürətlə hərəkətdə olarkən «X17» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsi daxilində saatda 60 km-dən çox olmayan sürətlə idarə etməli və öz hərəkət istiqamətində yolun S.Qocayev küçəsi ilə kəsişməsində quraşdırılmış 2.5 «Dayanmadan keçmək qadağandır» yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, yolayrıcına daxil olan avtomobilin hərəkətinə üstünlük verərək ona yol verməli və hərəkət üçün təhlükəli şərait yaratmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydaları pozaraq dayanmadan hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə yolayrıcına daxil olub sol tərəfindən hərəkətdə olan X4 idarə etdiyi «VAZ 21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib hərəkəti üçün təhlükəli şərait yaradaraq onu arxa sağ tərəfindən öz avtomobilinin ön sağ hissəsi ilə vurub aşırmış, sonuncu aşmış vəziyyətdə fırlanaraq əks istiqamətdə hərəkətini davam etdirmək üçün yolunun boşalmasını gözləyən Şahid3 idarə etdiyi «Mersedes Benz» markalı, «az ** FD ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan «VAZ 21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs sol körpücük sümüyünün akromal ucunun tam çıxığı kimi, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən xəsarət almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə törətdiyi «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Nurlan icarəyə götürüb, qardaşının həmin avtomobilə dair etibarnaməsi olsa da, onun özünün həmin avtomobilin idarə olunmasına dair etibarnaməsi olmamışdır. 18 noyabr 2022-ci il tarixdə idarə etdiyi həmin «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsi ilə «Bakıxanov» Ticarət Mərkəzi istiqamətində saatda təxminən 60-70 km sürətlə hərəkətdə olarkən S.Qocayev küçəsinin kəsişməsində yol ver nişanını gözləmədən hərəkətinə davam edərkən idarə etdiyi avtomobilin ön hissəsi ilə S.Qocayev küçəsi ilə Rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olan «VAZ 21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsindən vurmuşdur. Zərbədən «VAZ 21074» markalı avtomobili fırlanıb aşaraq qarşısında əks yolda dönüş etmək üçün dayanmış «Mercedes Benz» markalı avtomobilin qabaq sol qanad hissəsindən dəyərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı «VAZ 21074» markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinləri, həmçinin də özü müxtəlif dərəcəli xəsarətlər almışdırlar. Aldıqları xəsarətlərlə bağlı təcilitibbi yardım avtomobilləri vasitəsi ilə X14 aparılaraq orada müayinə olunmuşlar. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Mülki iddianı qəbul edir. Hal-hazırda maddi imkanı yoxdur. Maddi imkanı düzələn kimi ödəyəcək. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə, saat 00:30 radələrində işdən çıxıb evə getmək üçün Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının çıxışının qarşısında adı araşdırma zamanı ona məlum olmuş Şahid1 idarə etdiyi «VAZ 21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa sırasında orta cərgədə əyləşib Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gələrkən S.Qocayev küçəsi ilə K.Şamilov küçəsinin kəsişməsində adı araşdırma zamanı ona məlum olmuş Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə «Stop» yol nişanının tələblərinə məhəl qoymayaraq onların əyləşdikləri avtomobili arxa sağ tərəfindən vurub aşırmış, nəticədə onların avtomobilində olan sərnişinlər xəsarət almışlar. O, sol körpücük sümüyünün akromial ucunun tam çıxığı kimi bədən xəsarəti almışdır. Hadisənin şahidləri olan vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırmışlar. Polislər hadisə yerini müayinə etməyə başlamışlar, xəsarət alan şəxsləri isə təcili tibbi yardım avtomobilləri 3 saylı Klinik xəstəxanaya aparmışlar. Orada ona ilkin tibbi yardım göstərib cərrahi əməliyyatın zəruri olduğunu bildirmişlər. Bir neçə gündən sonra da o, «Medera» Klinikasında cərrahi əməliyyat olunmuşdur. Tək cərrahi əməliyyatına 1.500 manat məbləğində xərci çıxmışdır, əməliyyatdan sonrakı müalicəsi ilə bağlı da əlavə 1.500 manat məbləğində pul xərcləmişdir. Hazırda da müalicəsi davam edir. Bu günə kimi onun müalicəsinə, əməliyyatlarına 3.000 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasın və mülki iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobili 24 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında o, sahibindən icarəyə götürərək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla özünü və ailə üzvlərini dolandırırdı. 17 noyabr 2022-ci il tarixdə axşam saatlarında yorğun olduğundan həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olan qardaşı Təqsirləndirilən şəxs vermişdir. Həmin gün gecə saatlarında Orxan ona zəng vurub həmin avtomobil ilə Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyyat hadisəsi törətdiyi üçün zədələnərək yarasız vəziyyətə düşmüş avtomobili polislər cərimə duracağına yerləşdirdiyini bildirmişdir. Sonradan o, hadisə ilə maraqlandıqda müəyyən etmişdir ki, Orxan ehtiyatsızlıqdan Bakıxanov qəsəbəsi ərazisində S.Qocayev küçəsi ilə K.Şamilov küçəsi ilə kəsişməsindəki yolayrıcında «VAZ 21074» markalı avtomobil ilə toqquşub, nəticədə özü və toqquşduğu avtomobilin sürücüsü ilə sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi «VAZ-21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 17 noyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində «Neftçilər» metrostasiyasının çıxışının qarşısından həmin avtomobilinə mindirdiyi dörd nəfər müştərini Bakıxanov qəsəbəsinə gətirərkən Bakıxanov qəsəbəsi ərazisində S.Qocayev küçəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin binası istiqamətində saatda təxminən 40 km sürətlə əsas baş yol ilə hərəkətdə olduqda, həmin yolun K.Şamilov küçəsi ilə kəsişməsindəki yolayrıcında «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü «Stop» yol nişanının tələblərinə məhəl qoymayaraq gözləmədən hərəkətinə davam edərərək avtomobilinin ön hissəsi ilə onun avtomobilin arxa sağ qanad hissəsindən vurmuşdur. Zərbənin təsirindən onun avtomobili fırlanaraq qarşısında əks yolda dönüş etmək üçün dayanmış «Mercedes Benz» markalı avtomobilin qabaq sol qanad hissəsinə çırpılaraq aşmışdır. Nəticədə özü, avtomobilində olan sərnişinlər və hadisəni törətmiş «Toyota Prius» markalı avtomobilin sürücüsünün özü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 X3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində tanışı Şahid2 sərxoş olduğuna görə özünə məxsus «Mercedes Benz» markalı, «az **-FD- ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyini ondan xahiş etmişdir. O, həmin avtomobili idarə edərək Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ilə «Bakıxanov» Ticarət Mərkəzi istiqamətində hərəkət edərək K.Şamilov küçəsinin kəsişməsindəki yol ayrıcında dönmə manevri etmək üçün avtomobili durdurub qarşı əks istiqamətdən hərəkətdə olan «VAZ 21074» markalı, «az ** NM ***» dövlət qeydiyyat nişanlı avtomobilin ötüb keçməsini gözləyərkən qəfildən K.Şamilov küçəsi ilə hərəkətdə olan «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobil «Stop» yol nişanının tələbinə məhəl qoymayaraq gözləmədən hərəkətinə davam edərək yol ayırıcıya daxil olmuşdur. Avtomobilin ön hissəsi ilə həmin vaxt qarşısında hərəkətdə olan «VAZ 21074» markalı avtomobilin arxa sağ qanad hissəsindən vurmuşdur. Nəticədə zərbənin təsirindən «VAZ 21074» markalı avtomobil fırlanaraq onun sükanı arxasında olduğu, hərəkətsiz vəziyyətdə dayanmış «Mercedec Benz» markalı avtomobilin qabaq sol qanad hissəsinə çırpılaraq aşmışdır. Hadisə nəticəsində hadisəni törətmiş «Toyota Prius» markalı avtomobilin sürücüsünün özü, «VAZ 21074» markalı avtomobilin sürücüsü və avtomobilində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, «Toyota Prius» markalı, «az ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 24 oktyabr 2022-ci il tarixdə etibarnamə əsasında Şahid7 icarəyə vermişdir. 2022-ci ilin noyabr ayının sonlarında həmin avtomobil ilə maraqlandıqda müəyyən etmişdir ki, 18 noyabr 2022-ci il tarixdə gecə saatlarında Bakıxanov qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnib yararsız vəziyyətə düşərək cərimə duracağına yerləşdirilib. O, həmin avtomobilini Şahid7 icarəyə vermişdir. Onun hadisə zamanı sükan arxasında olan qardaşı Orxanı isə tanımayıb, ona avtomobilini idarə etmək üçün heç bir səlahiyyət verməmişdir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X15 X16 rayon şöəbəsinin 2695 saylı, 19 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Mixayıloviçin bədəni üzərində aşkar edilən xəsarətlər-sol körpücük sümüyünün akromial ucunun tam çıxığı-bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 noyabr 2022-ci il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X15 X16 rayon şöəbəsinin 2694 saylı, 19 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Şahid4 bədəni üzərində aşkar edilən xəsarətlər-alın və sağ əl nahiyələrinin əzilmiş yaraları-bərk küt əşya(əşyalar) təsirindən törənmişlər. Törənmə müddəti qərarda qeyd olunan 18 noyabr 2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X15 X16 rayon şöəbəsinin 2716 saylı, 22 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Şahid5 bədəni üzərində aşkar edilən xəsarətlər-alın nahiyəsinin və sol göz almasına qansızma ilə müşayiət olunan sol gözün üst qapağının qançırlarıbərk küt əşya(əşyalar) təsirindən törənmişlər. Törənmə müddəti qərarda qeyd olunan 18 noyabr 2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X15 X16 rayon şöəbəsinin 2769 saylı, 29 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilən xəsarətlər-sağ bud-çanaq oynağı nahiyəsinin hematoması və sağ oma-qalça sindesmozunun cırılması-bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddəti qərarda qeyd olunan tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/440 saylı,03 mart 2023-cü il tarixli rəyindən görünür ki, «Toyota Prius» markalı, «az ** DY ***» dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 14 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baş X18 İdarəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli məktubdan görünür ki, xx xxxxx 1995-ci il təvəlüdlü Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə Xəzər rayonu, Mərdakan qəsəbəsi, Bağlar massivi yaşadığı evin küçəsində saxlanılaraq Sabinuçu RPİ-in İŞ-nə təhvil verilmişdir (səh., 126). İş materiallarında olan 06 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb oluma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 118). İş materiallarında olan 18 mart 2023-cü il tarixli dindirmə prtokolundan görünür ki, Təqsirləndirilən şəxs Sabunuçu RPİ-in İŞ-də dindirilmişdir (səh.,157). İş materiallarında olan 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,157). İnsan Hüquqlarının və X8 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs etirfaedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «X17» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaya görə-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Həmin Qərarın 67-ci bəndinə əsasən iəhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 05 saylı, 15 noyabr 2013-cü il tarixli qərarından görünür ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X17» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Zərərçəkmiş şəxs mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu zərərə görə əməliyyatların, fizoterapiya və dərmanlar üçün xərclədiyi 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs mülki iddianı qəbul etmiş, sadəcə hal-hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün ödəniş apara bilmədiyini bildirmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumu tutulmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumu tutulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-514/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-514/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver