Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-515/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə xx xxxxx 1989-cu il tarixdə Qazax rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Səbail rayonu, Salyan şossesi,ev 04, 5-ci blokda yaşayan, barəsində «başqa yerə getməkək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə özünü hüquqmühafizə orqanları və məhkəmə sistemində çalışan vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim etməklə etibarını qazandığı X2 və qohumlarına həbsdə saxlanılan X4 həmin əlaqələri vasitəsi ilə pul müqabilində asanlıqla qısa müddət ərzində həbsdən azad etdirəcəyini yalan vəd verib aldadmaqla 2021-ci ilin iyun ayından noyabr ayınadək olan müddət hissə-hissə olmaqla, birinci 4.500 manat məbləğində hissəsini 2021-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhərində əlbə-əl olaraq R.F.Səfərovun özündən, 5.500 manat məbləğində hissəsini 2021-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanın qarşısında əlbə-əl olaraq R.F.Səfərovun qardaşı Şahid almaqla, qalan 2.600 manat məbləğində hissəsini isə onlara ayrı-ayrı vaxtlarda və yerlərdən 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində elektron ödəmə terminalları vasitəsi ilə istifadəsində olan "xxxx" ASC-yə aid «**********378677» nömrəli kart hesabına ödətdirməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə A.Zərərçəkmiş şəxs atası Zərərçəkmiş şəxs 12.600 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də 2021-ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində Şahid aldadaraq guya özünün yüksək vəzifəli tanışları vasitəsi ilə sonuncunun həbsdə saxlanılan bacısı oğlu Azəri azadlığa buraxdıracağını yalandan vəd verərək onlardan hissə-hissə ümumilkdə 12.600 manat məbləğində pullarını alaraq ələ keçirib öz ehtiyaclarına sərf etmişdir. Həmin pulun 4.500 manat hissəsini Mingəçevir şəhəri ərazisində Səfərin qardaşı Rövşəndən, digər 5.500 manat məbləğində hissəsini bir gün sonra Səfərin yaşadığı Sabunçu qəsəbəsi ərazisinə göndərdiyi, hazırda Rusiya Federasiyasında olan Ruslan adlı tanış taksi sürücüsü vasitəsi ilə Səfərin özündən almışdır. Bir müddət sonra isə pulun qalan 2.600 manat məbləğində hissəsini Cəfər adlı tanışının banka kartı hesabına köçürmə etdirməklə ələ keçirmişdir. Hal-hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, A.Zərərçəkmiş şəxs onun doğma oğludur. 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq çəzaçəkmə müəsissəsində cəza çəkir. Oğlunun həbsdən azad edilməsi məqsədi ilə o və qohuməqrabası hərəsi bir tərəfdən çıxış yol fikirləşib dost-tanışdan soraqlaşırmışlar ki, oğluna necə köməklik etmək olar. Bu minvalla 2021-ci ilin ortalarında Mingəçevir şəhərində yaşayan qaynı Rövşənin dostu Vaqifin oğlu Məhəmməd vasitəsi ilə təsadüfən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. O da özünü Nizami Qocayevin, eləcədə hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan digər rəhbər vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək qaynı Rövşənə həmin qohumları vasitəsi ilə oğlu Azəri asanlıqla azadlığa buraxdıracağını vəd vermiş, həmin işi alındırması üçün Təqsirləndirilən şəxs tanıdığı və guya həmin işin həlli ilə məşğul olan vəzifəli şəxslə çatdırılması adı ilə qaynı Rövşəndən ilkin olaraq 10.000 manat pul istəmişdir. 2021-ci ilin iyun ayının əvəllərində Mingəçevir şəhərində ilkin olaraq Rövşəndən 4.500 manat məbləğində pul almış və pulun qalan hissəsini düzəltmək üçün qaynına vaxt vermişdir. Rövşən də həmin ərəfədə Bakı şəhərində yaşayan digər qaynı Səfərə zəng vuraraq tapşırmışdır ki, tələb olunan pulun qalan 5.500 manat məbləğində hissəsini düzəldib Təqsirləndirilən şəxs Bakı şəhərində versin. Səfər də borc-xərc edib həmin pulu düzəldərək qardaşı Rövşənə məlumat verdikdən sonra 2021-ci ilin iyul ayının ortalarında Səfərə Təqsirləndirilən şəxs adından bir nəfər Ruslan adlı şəxs zəng edərək Bayrama çatacaq 5.500 manat məbləğində pulu götürmək üçün görüş təklif etmiş, Səfər də həmin şəxsi yaşadığı ünvana, yəni ünvan 4 Ruslan adlı şəxs Səfərin evinin qarşısına gələrək 5.500 manat məbləğində pulu ondan təhvil alaraq çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif yalançı bəhanələrlə vaxt uzatmağa başlamış və 2021-ci ilin təxminən noyabr ayınadək olan müddət ərzində telefon vasitəsi ilə şəklini Səfərə göndərdiyi, C.Y.Əlizadənin adına olan, "xxxx" ASC-yə aid «**********378677» nömrəli kart hesabına Səfərə və ona elektron ödəmə terminalı vasitəsi ilə pul köçürmələri etdirməklə hissə-hissə əlavə 2.600 manat məbləğində də pulunu almışdır. Lakin vəd verdiyi işi həll etməmiş, yəni oğlu Azəri azadlığa buraxdırmamışdır. Sonradan artıq ondan təkidlə pullarını geri qaytarmasını tələb etdikdə və qaytarmayacağı təqdirdə barəsində rəsmi şikayət edəcəklərini bildirdikdə aldığı puldan 2022-ci ilin mart ayında Biləcəridəki Avtovağzal ərazisində Səfərin onunla görüşə göndərdiyi Əjdər adlı tanış taksi sürücüsü vasitəsi ilə onlara cəmi 6.800 manat məbləğində pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, A.Zərərçəkmiş şəxs onun doğma bacısı oğludur. 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq çəzaçəkmə müəsissəsində cəza çəkir. Bacısı Z.F.Salahovun xahişi ilə o və Mingəçevir şəhərində yaşayan qardaşı Rövşən Azərə köməklik etməyə çalışırlarmış, dost-tanışdan soraqlaşırlarmış ki, bacı oğluya necə köməklik etmək olar. Bu minvalla 2021-ci ilin ortalarında qardaşı Rövşən dostu Vaqifin oğlu Məhəmməd vasitəsi ilə təsadüfən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. O da özünü Nizami Qocayevin, eləcədə hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan digər rəhbər vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək qardaşı Rövşənə həmin qohumları vasitəsi ilə bacısı oğlunu asanlıqla azadlığa buraxdıracağını vəd vermişdir. Həmin işi alındırması üçün Təqsirləndirilən şəxs tanıdığı və guya həmin işin həlli ilə məşğul olan vəzifəli şəxslə çatdırılması adı ilə qardaşı Rövşəndən ilkin olaraq 10.000 manat məbləğində pul istəmişdir. 2021-ci ilin iyun ayının əvəllərində Mingəçevir şəhərində ilkin olaraq Rövşəndən 4.500 manat məbləğində pul almış və pulun qalan hissəsini düzəltmək üçün qardaşına vaxt vermişdir. Qardaşı da həmin ərəfədə ona zəng vuraraq tapşırmışdır ki, tələb olunan pulun qalan 5.500 manat məbləğində hissəsini düzəldib Təqsirləndirilən şəxs Bakı şəhərində versin. O, borc-xərc edib həmin pulu düzəldərək qardaşı Rövşənə məlumat verdkdən sonra 2021-ci ilin iyul ayının ortalarında ona Təqsirləndirilən şəxs adından bir nəfər Ruslan adlı şəxs zəng edərək Bayrama çatacaq 5.500 manat məbləğində pulu götürmək üçün görüş təklif etmişdir. O da həmin şəxsi yaşadığı ünvana, yəni Sabunçu rayonu, ünvan 4 Ruslan adlı şəxs hazırda markası və dövlət qeydiyyat nişanı xatırında qalmayan qəhvəyi rəngli avtmobil ilə evinin qarşısına gələrək 5.500 manat məbləğində pulu ondan təhvil alaraq çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif yalançı bəhanələrlə vaxt uzatmağa başlamış və 2021-ci ilin təxminən noyabr ayınadək olan müddət ərzində telefon vasitəsi ilə şəklini ona göndərmiş, C.Y.Əlizadənin adına olan, "xxxx" ASC-yə aid «**********378677» nömrəli kart hesabına ona və bacısı Zəminəyə elektron ödəmə terminalı vasitəsi ilə pul köçürmələri etdirməklə hissə-hissə əlavə 2.600 manat məbləğində də pullarını almışdır. Lakin vəd verdiyi işi həll etməmiş, yəni bacısı oğlu Azəri azadlığa buraxdırmamışdır. Sonradan artıq onlar təkidlə pullarını geri qaytarmasını tələb etdikdə və qaytarmayacağı təqdirdə barəsində rəsmi şikayət edəcəklərini bildirdikdə aldığı puldan 2022-ci ilin mart ayında Biləcəridəki Avtovağzal ərazisində onun Bayramla görüşə göndərdiyi Əjdər adlı tanış taksi sürücüsü vasitəsi ilə onlara cəmi 6.800 manat məbləğində pul qaytarmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 28 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən -dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Eləcədə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş notarial qaydada tərtib olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Kapitalı Bank ASC-i tərəfindən verilmiş mədaxil qəbzinə əsasən 3.150 manat dövlət büdcəsinə ödəniş aparılmışdır. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 52). İş üzrə maddi sübut kimi tanınmış-telefon yazışmaları cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış-telefon yazışmaları cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-515/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-515/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver