Məhkəmə qərarları › İş №1(008)-515/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-515/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-515/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “X17” Azərbaycan Respublikası Qanunun 50 maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, “VAZ 21074” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni, 80-90 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirərkən Bakı şəhəri Sabunçu rayonu şəhər sossesində yerləşən “Rahat” marketin qarşısında “X17” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin, 2-ci hissəsinin, svetoforun qadağanedici siqnalı verildikdə, sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib həmin ünvanda quraşdırılmış işıqforun qırmızı işığında avtomobilini dayandırmadan düzünə qeyd olunan sürətlə sağ hərəkət zolağı ilə hərəkət etdirib avtomobilinin sağ hissəsini işıqforun yaşıl işığında düzünə hərəkətdə olan Şahid1 idarə etdiyi Kamaz markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşdurmaqla entiyatsızlıqdan avtomobilində sərnişin olmuş X6 burun-alın nahiyələrinin əzilmiş yaraları, əl daraqarxası sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmasına, avtomobildə olan digər sərnişin X9 baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, l.ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, iki tərəfli homotoraks (döş boşluğuna sərbəst qanın yığılması), ağciyərin kontuziyası, sağ körpücük və döş sümüklərinin, sol tərəfi ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ, sağ tərəfi l-lllll-lV-V-Vİ-Vİİ-Vİİİ- İX qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyədə döş plevrasının cırılması, başın, sifətin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağiamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə bağlı sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Xalid Müslümovun adına rəsmiləşsə də faktiki olaraq ona məxsusdur. Həmin avtomobili də etibarnamə əsasında idarə edir. X14, Şahid2, Şahid3 uzun müddətdir ki, tanıyır. X2 anasıdır. xx.xx.2024-cü il tarixdə o, İdayətin qohumu Bayramın toy məclisinə dəvətli olmuşdur. Toy məclisi də Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Lourve Plaza” şadlıq sarayında keçiriləcəkmiş. X14, Şahid2, Şahid3 və X12 da həmin toy məclisinə dəvətli olmuşlar. xx.xx.2024-cü il tarixdə o, öz avtomobili ilə qeyd olunan şəxsləri də götürərək həmin toya getmək üçün yola çıxmışlar. Avtomobildə İdayət onun yanında ön sağ oturacaqda, Novruz onun arxasında, arxa sol oturacaqda, Elvin arxa oturacaqda mərkəzdə, İdayətin anası X12 isə İdayətin arxasında arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində VAZ 2107 markalı, **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilini saatda 80-90 km sürətlə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində şəhər şossesi ilə sağ hərəkət zolağı ilə hərəkət etdirərkən şəhər şossesində yerləşən “Rahat” marketin qarşısında fikrinin dağınıq olması səbəbindən işıqforun qırmızı işığında avtomobilini saxlamamışdır. İşıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirərkən avtomobilinin sağ hissəsi irəlidə işıqforun yaşıl işığında yol ayrıcından onun hərəkət hissəsinə düzünə daxil olan dövlət qeydiyyat nişanını xatırlamadığı Kamaz avtomobilinin ön hissəsi ilə toqquşmuş, nəticədə avtomobili dayanmışdır. Qəza nəticəsində İdayətin anası Ağayarova Lalə hadisə yerində ölmüşdür. O, İdayət, Novruz və Elvin xəsarət aldıqlarından tibbi yardım göstərilməsindən ötrü 3 saylı ŞKX-na getmişlər, orada onlara tibbi yardım göstərilmişdir. Əməlindən peşmandır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə anası X12 və digər qohumları Şahid2, Şahid3 ilə birlikdə toya gedirmişlər. Toy məclisi Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Lourve Plaza” şadlıq sarayında keçiriləcəkmiş. Avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. O, avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində şəhər şossesi ilə sağ hərəkət zolağı ilə hərəkət etdirərkən şəhər şossesində yerləşən “Rahat” marketin qarşısında işıqforun qırmızı işığında saxlamayaraq keçmiş və nəticədə kamaz avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində anası X12 hadisə yerində vəfat etmişdir. O və avtomobildə olan digər şəxslər xəsarət almışlar. Təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Balaxanı Oil” şirkətinə məxsus yol vərəqəsi əsasında idarə etdiyi Kamaz markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Şəhər şosesində yerləşən “Rahat” marketin qarşısında işıqforun qırmızı işığında dayanmış, bir müddət sonra işıqforun yaşıl işığı yandığından o, avtomobilini saatda 3-5 km sürətlə düzünə hərəkət etdirib yol ayrıcından Şəhər şossesinə daxil olmuşdur. Həmin vaxt Şəhər Şosesi ilə Bakıxanov qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində böyük sürətlə hərəkət edən VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ yan hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsinə çırpılmışdır. Nəticədə VAZ 21074 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil bir az irəli gedərək dayanmış, toqquşma nəticəsində VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş xanım avtomobildən yolun hərəkət hissəsinə düşmüş və hadisə yerində ölmüşdür. Bundan başqa VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş digər şəxslər də xəsarət almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 yanvar 2024-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Əliyev küçəsindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi istiqamətində avtomobil yolunda hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur; CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, VAZ 21074 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən şəhər şossesində yerləşən “Rahat” marketin qarşısında quraşdırılmış işıqforun qırmızı işığında dayanmadan düzünə sağ hərəkət zolağı ilə hərəkət edib avtomobilin sağ hissəsi işıqforun yaşıl işığında düzünə hərəkətdə olan Kamaz markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur; sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə xx.xx.2026-cı il tarixədək etibarlı olan «BC» kateqoriyalı AE 220828 nömrəli sürücülük vəsiqəsi verilmişdir; Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı iki azyaşlı övladı var; zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 zərərçəkmiş şəxs X8 hüquqi varisi qismində tanınmışdır; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 zərərçəkmiş şəxs qismində tanınmışdır; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 məhkəmə kimya şöbəsinin xx.xx.2024-cü il tarixli 221/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəlli narkotik vasitə hesab edilən) aşkar edilmədi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 Sabunçu rayon şöbəsinin 10 yanvar 2024-cü il tarixli 10 nömrəli tibbi rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edılmişdır. Baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. İkitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması) Ağciyərlərin kontuziyası. Sağ körpücük və döş sümüklərinin, sol tərəfli İl-lİl-İV-V-Vİ-Vilİ, sağ tərəfli l-ll-lll-lV-V-Vİ-Vİl-Vİİl-İX qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasının cırılması. Başın, sifətin, yuxarı və aşağı ətrafların əzilmişcırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub L.M.Ağayarovanın ölümündən az əvvəl bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb olmuş aldığı xəsarətlərlə əlaqədar baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 Sabunçu rayon şöbəsinin 04 aprel 2024-cü il tarixli 708 nömrəli rəyindən görünür ki, X5 burun-alın nahiyəsinin əzilmiş yaraları, əl daraqarxası sümüklərinin qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 Sabunçu rayon şöbəsinin 04 aprel 2024-cü il tarixli 709 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Vİ, Vİİ boyun və İ döş fəqərəsinin orta çıxıntılarının yerini dəyişən qapalı sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 may 2024-cü il tarixli 8/1351 nömrəli rəyindən görünür ki: 1,2. İstintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz markalı, 99JA564 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3,4. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ 21074 markalı, 90MS076 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil yaşayış məntəqəsində 60 km/ssat sürətdən artıq sürətlə, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə şübhəli şəxs qismində tutulmuşdur. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; sübutların qiymətləndirilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, hadisənin qeydə alındığı DİN-nin NHİX-dən və “Rahat” marketdən alınmış görüntülərin köçürüldüyü iki ədəd DVD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-75948/2024 saylı məktubundan görünür ki, DİN-nin Baş X22i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 220828 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun şikayətinin olmamasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin özünündə xəsarətlər almasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), iş üzrə maddi sübutlar- iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar- iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar