Məhkəmə qərarları › İş №1(008)-516/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-516/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-516/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs mülkiyyətində olan 2011-ci il buraxılışlı “Nissan Juke” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb əvəzinə buraxılış ili yeni “X11” markalı avtomobili almaq isətdiyini öyrənərək, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunun etibarından sui-istifadə edib, guya Gürcüstan Respublikasından Azərbaycana satmaq üçün 8 avtomobil gətizdirdiyini, buna görə istifadə etdiyi “evakuatorda”, yəni yük maşınında əlavə bir avtomobil üçün də yerin olduğunu bildirib, Zərərçəkmiş şəxs 2011-ci il buraxılışlı “Nissan Juke” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilini 17.000 manata satacağını, həmin pulun üzərinə əlavə olaraq özü 4.000 manat qoyub ona istədiyi buraxılış ili yeni “X11” markalı avtomobil alıb verəcəyinə və bunu özünün bacarıqlı maşın alverçisi kimi reklam etmək məqsədi ilə etdiyinə dair yalan vədlər verib aldadaraq, bununla kifayətlənməyib qeyd edilən avtomobili 14.000 manata da satıldığı halda buraxılış ili yeni “X11” markalı avtomobilin alınması üçün çatışmayan pul vəsaitini özü əlavə edəcəyinə tam inandırıb, Zərərçəkmiş şəxs qeyd edilən avtomobilə dair baş etibarnamə verməsinə nail olub, 03 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ünvan 3” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili digər şəxsə 14.000 manata satıb pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 17.000 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 11 yanvar 2025-ci ildə dayısı oğlu Şahid1 ad günü tədbirində Hazarın vasitəsi ilə tanış olub münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra Nərminə bildirmişdir ki, özünə məxsus 2011-ci il buraxılışlı “Nissan Juke” markalı avtomobili 17.000 manata satıb bir qədər üzərinə pul qoyub buraxılış ili yeni avtomobil almaq istəyir. Həmin dövrdə fərdi qaydada avtomobillərin alqı-satqısı ilə məşğul olduğu üçün Nərminəyə avtomobilini satıb bir qədər baha qiymətə 2015-ci il buraxılışlı “X11” markalı avtomobil almaqda köməklik göstərə bilər. Nərminənin dost-tanışlarının çox olduğunu bildiyi üçün onun vasitəsi ilə reklam etmək məqsədi olmuşdur. Belə ki, düşünürdü ki, Nərminəyə avtomobil gətirsə onun dost-tanışları görüb ondan xarici ölkədən avtomobil gətirməyi sifariş verərlər və gələcəkdə həmin şəxslərə avtomobil gətirib qazanc əldə edə bilər. Beləliklə də Nərminəyə məxsus “Nissan Juke” markalı avtomobilin fotoşəkillərini çəkib “Turbo.az” elan saytında yerləşdirmişdir. Elandan nömrəni əldə etmiş Ramil adlı şəxs onunla əlaqə saxlayıb, atomobilə baxdıqdan sonra avtomobili 14.000 manata almaq barədə aralarında razılıq əldə edilmişdir. 03 fevral 2025-ci il tarixdə Nərminəyə bildirmişdir ki, avtomobilini bir nəfər 14.000 manata istəyir, Nərminədən həmin şəxsə baş etibarnamə verməyini xahiş etmişdir. 03 fevral 2025-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 16 saylı notarius ofisinə gedib, orada Nərminə Şahid2 adına avtomobilə dair baş etibarnamə vermişdir. Həmin vaxtı Ramil 14.000 manat pulu sayıb ona vermişdir. O isə həmin pulu sayıb Nərminəyə vermişdir. Bundan sonra Nərminə ilə birlikdə Səbail rayonu ərazisində yerləşən “Torqovi” adlanan əraziyə Hazarın yanına getmişdirlər. Orada notarial kontor axtarmışdırlar ki, Nərminə ilə aralarında borc müqailəsi bağlasınlar. Lakin notarius tapa bilmədiklərinə görə Nərminə ilə birlikdə onun həmin dövrdə işlətdiyi “X12” adlı restorana gedib, orada Nərminə rəfiqəsi Stellanın yanında 14.000 manat pulu ona vermişdir. Orada da bir daha söz vermişdir ki, avtomobili satdıqdan sonra Nərminə üçün “X11” markalı avtomobili 14 gün müddətində gətirib təhvil verəcəkdir. Pulu aldıqdan sonra Gürcüstan Respublikasında fəaliyyət göstərən “Autopapa.ge” elan saytından avtomobil tapmış, həmin avtomobili almaq üçün saytın hesabına 11.000 manat pul ödəmişdir. Lakin sonradan saytdakı profili yandığı üçün pulu oradan geri ala bilməmişdir. Qalan 3.000 manatı isə xeyri olduğundan həmin pulu öz ehtiyyaclarına xərcləmişdir. 11.000 manat pulu saytda ödəməsi barədə heç bir qəbz yoxdur və bunu sübut edə bilməyəcəkdir. Beləliklə də, Nərminəyə avtmobil gətirə bilməmişdir. Buna görə də 20 fevral 2025-ci il tarixdə Nərmin Şahid2 verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Bird aha qeyd edir ki, Nərminəni aldatma və onun etibarından sui-istifadə etmək niyyəti olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 11 yanvar 2025-ci il tarixdə tanışı Şahid1 ad günü tədbirində tanış olub, münasibəti yaranmışdır. 2011-ci il buraxılışlı “Nissan Juke” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili satıb bir qədər baha qiymətə ili yeni avtomobil almaq qərarına gəlmişdir. Bu barədə Hazar adlı şəxsə demişdir. Günlərin bir günü Hazarın qohumu Vüsval Cəfərovla bir məclisdə olan zaman söhbət əsnasında avtomobilini satıb başqa avtomobil almaq istədiyini demişdir. Vüsal maşın alveri ilə məşğul olduğu üçün onun avtomobilini 17.000 manata satıb üzərinə 4.000 manat pul qoyub ona bir qədər baha qiymətə ili yeni avtomobil almaqda köməklik göstərə biləcəyini demişdir. Vüsaldan hansı niyyətlə onun avtomobilini satıb üzərinə özündən pul qoyub ona avtomobil almaq istədiyini soruşduqda, Vüsal bildirmişdir ki, Gürcüstan Respublikasından 8 nəfər üçün avtomobil gətirir, bir ədəd avtomobilə görə yer var, avtomobilləri daşıyan evakuatorun boş gəlməməsi, həmçinin digər 8 nəfər müştərilər onu tələsdirdikləri üçün məcbur olub belə edir. Eyni zamanda həmin avtomobillərdən 30.000 manat gəlir əldə edəcək və onun üçün 4.000 manat fərqi yoxdur. Vüsala inanıb onunla razılaşmışdır. Belə ki, Vüsal ona məxsus “Nissan Juke” markalı avtomobili satıb, üzərinə bir qədər pul qoyub ona 2015-ci il buraxılışlı “X11” markalı avtomobili 21.000 manata almağı söz vermişdir. 03 fevral 2025-ci il tarixdə Vüsal bildirmişdir ki, avtomobilini bir nəfər 14.000 manata istəyir, ondan həmin şəxsə baş etibarnamə verməyini xahiş etmişdir. Vüsala avtomobilini 17.000 manata satmaq barədə razılaşdığını, nə üçün 14.000 manata satmağa razılıq verdiyini dedikdə, Vüsal «Sənin nəyinə lazımdır, mən sənin avtomobilini neçəyə satıram, sənə lazım olan avtomobili gətirib verəcəm» deyə cavab vermişdir. Vüsala inanmış və onunla razılaşıb 03 fevral 2025-ci il tarixdə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 16 saylı notarius ofisinə gedib, orada Vüsalın təklifi ilə ilk dəfə gördüyü Şahid2 adına avtomobilə dair baş etibarnamə vermişdir. Vüsal orada da bir daha söz vermişdir ki, avtomobili satdıqdan sonra onun üçün “X11” markalı avtomobili 10 gün müddətində gətirib təhvil verəcəkdir. Avtomobilin pulunu Vüsal Ramildən özü götürmüşdür. Avtomobilini satıb pulu özü götürsə də, Vüsal verdiyi vədi əməl etməyib, ona yeni avtomobil gətirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə ondan yayınmışdır. Artıq bundan sonra başa düşmüşdür ki, Vüsal onu aldadıb etibarından sui-istifadə etməklə avtomobilini satıb pulunu dələduzluq yolu ilə ələ keçirmiş və ona avtomobil gətirmək fikrində deyil. Buna görə də 20 fevral 2025-ci il tarixdə məcbur olub Şahid2 verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Lakin avtomobil hazırda Şahid2 qalmışdır. Ona məxsus “Nissan Juke” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri 17.000 manat olmuş, Vüsalın qeyd olunan hərəkətləri nəticəsində ona 17.000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 il bundan əvvəl tanıyıb onunla münasibəti yaranmışdır. 11 yanvar 2025-ci il tarixdə ad günündə «Hollyvood» restoranında bibisi oğlu Cəfərov X3 Kazımova ilə ilə tanış olub münasibətləri yaranmışdır. Sonradan Nərminədən eşidib bilmişdir ki, Vüsal Nərminəyə təklif etmişdir ki, idarə etdiyi «Nissan Juke» markalı avtomobilin ili köhnə olduğu üçün satıb, yeni avtomobil alınmasında ona köməklik etsin. Vüsal fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olub. Vüsal Nərminəyə söz vermişdir ki, guya Gürcüstan Respublikasından avtomobil gətirir, həmin avtomobillərdən yaxşı vəziyyətdə, ili yenisi olan avtomobili onun üçün sata bilər. Nərminə ilə Vüsal arasında əldə olunmuş razılaşmaya əsasən Nərminəyə məxsus satılacaq «Nissan Juk» avtomobilin dəyərini Vüsal götürməli idi, əvəzində bir qədər baha qiymətə avtomobili Nərminəyə satmalı idi və Nərminə hissə-hissə olmaqla qalan pulu Vüsala ödəməli idi. Dəqiq avtomobili hansı qiymətə satacaqları və Nərminənin hansı məbləğdə əlavə pul verəcəyi barədə məlumatı olmamışdır. Şəxsən həmin söhbətlərin şahidi olmamış, bu barədə sonradan Nərminə ona demişdir. Nərminədən eşidib bildiyinə görə o, avtomobili 17.000 manata satmaq istəyirdi, lakin Vüsal 14.000 manata avtomobili satıb pulunu da özü götürmüşdür. Vüsal Nərminənin avtomobilini satıb pulunu özü götürsə də, Nərminəyə verdiyi vədi əməl etməyib, onun üçün yeni avtomobil gətirib təhvil verməmiş, sonradan ondan və Nərminədən yayınıb qaçıb gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdən tanımışdır. Vüsal 02 fevral 2025-ci il tarixdə www.turbo.az saytında 2011-ci il buraxılışlı, “Nissan Juke” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobili elana satdığa yerləşdirmişdir. Avtomobili bəyənib almaq qərarına gəlmiş və Vüsalın elanda qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlayıb “Əhmədli” qəsəbəsi ərazisində görüşüb avtomobilə baxıb bəyəndikdən sonra qiymətini 14.000 manata razılaşmışdırlar. Həmin günü 300 manat pulu beh kimi Vüsalın yanında olmuş avtomobilin sahibi Zərərçəkmiş şəxs bildirdiyi bank kart hesabına telefonunda olan Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Razılaşmışdırlar ki, 03 fevral 2024-cü il tarixdə Sabunçu rayonunda yerləşən 16 nömrəli notariat kontorunda görüşsünlər, Zərərçəkmiş şəxs avtomobilə görə etibarnamə verəcək, o isə avtomobilin qalan dəyərini yəni 13.700 manatı onlara ödəyəcəkdir. 03 fevral 2025-ci il tarixdə qeyd olunan ünvanda görüşüb, Nərminə ona avtomobilə görə etibarnamə verdikdən sonra o, notariat kontorunda Nərminənin yanında Vüsala nəğd qaydada 13.700 manat pul vermişdir. Vüsal da həmin pulu sayıb Nərminəyə notariat kontorunda vermişdir. Onun danışığı Vüsal ilə olduğu üçün pulu Vüsala vermişdir. Vüsal ilə Nərminə arasında nə kimi münasibətlərin olmasından xəbəri olmamışdır. Bir neçə gündən sonra avtomobili DİN-nin BDYPİ-də adına rəsmiləşdirmək istədikdə bəlli olmuşdur ki, Nərminə verdiyi etibarnaməni ləğv etdirmişdir. Bununla bağlı Vüsal ilə əlaqə saxlayıb ondan etibarnamənin nə üçün ləğv edildiyini soruşduqda Vüsal Nərminə üçün avtomobil gətirməli olduğunu, avtomobilin bir qədər gecikdiyinə görə aralarında narazılıqlar yarandığını, buna görə də Nərminə etibarnaməni ləğv etdirdiyini deyib, məsələyə aydınlıq gətircəyini və tez bir zamanda ona verilmiş etibarnaməni bərpa etdirilməsində köməklik edəcəyini söz versə də, sonradan zənglərinə cavab verməmiş, ondan yayınmışdır. Buna görə də məcbur olub Nərminənin telefon nömrəsini etibarnamə vermiş notariat kontorundan əldə edib, Nərminə ilə əlaqə saxlayıb, ona da bu barədə dedikdə Nərminə bildirmişdir ki, Vüsal onu aldadıb avtomobilini satdırıb, yeni avtomobilini isə gətirmədiyi üçün aralarında narazılıq yaranmış, buna görə də verdiyi etibarnaməni ləğv etdirmişdir. Nərminəyə və Vüsala aralarında olan narazılıqları özləri həll etməyi təklif edib ona verilmiş etibarnaməni bərpa etməyi xahiş etsə də, Nərminə etibarnaməni bərpa etdirməmişdir. Hazırda avtomobil Lənkəran rayonundadır, etibarnamə bərpa edilmədiyindən idarə olunmur. Cinayət işinin 9-cu vərəqində olan olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətətliyev küçəsində fəaliyyət göstərən 16 saylı notarius ofisinin qarşısıdır. Cinayət işinin 37-ci vərəqində olan 02 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, 5522********6466 nömrəli kartdan 4098********6904 nömrəli kart hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cinayət işinin 66-cı vərəqində olan “Baxış keçirilməsi haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, 02 fevral 2025-ci il tarixdə saat 19:52-də 5522********6466 saylı kartdan 4098********6904 saylı karta 300 manat pul Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə köçürülmüşdür. Baxışda iştirak edən Şahid2 bildirmişdir ki, 02 fevral 2025-ci il tarixdə www.turbo.az saytında 2011-ci il buraxılışlı, “Nissan Juke” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobili elana satdığa yerləşdirmişdir. Avtomobili bəyənib almaq qərarına gəlmiş və Vüsalın elanda qeyd etdiyi hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlayıb Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində görüşüb avtomobilə baxıb bəyəndikdən sonra qiymətini 14.000 manata razılaşmışdırlar. Həmin günü 300 manat pulu beh kimi Vüsalın yanında olmuş avtomobilin sahibi Zərərçəkmiş şəxs bildirdiyi bank kart hesabına telefonunda olan Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 04 aprel 2025-ci il tarixli, 3-13-16/2-65593/2025 nömrəli məktubundan görünür ki, «Nissan Jüke» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21 iyun 2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olan xx xxxx 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına qeydiyyatdadır. xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Məktuba əlavə olunmuş çıxarışdan görünür ki, «Nissan Jüke» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Ağdam rayonu, Bağbanlar ərazi, dairəsi Bağbanlar kəndində qeydiyyatda olan Şahid1 21 yanvar 2025-ci il tarixdən 01 fevral 2025ci il tarixədək etibarnamə verilmiş, 02 fevral 2025-ci ildə qüvvədən düşmüşdür. Bundan başqa ünvan 5 ünvanında qeydiyyatda olan X1 və ünvan 6 ünvanında qeydiyyatda olan Şahid2 03 fevral 2025-ci il tarixdən 03 fevral 2026-cı il tarixədək etibarnamə verilmiş, 20 fevral 2025-ci il tarixdən qüvvədən düşmüşdür. Cinayət işinin 84-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” 05 iyun 2025-ci il tarix protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 116-118-cı vərəqələrində olan “Üzləşdirmə haqqında” 07 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq edib, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində bir daha ifşa etmiş, əlavə olaraq 14.000 manat pulu Vüsal notariat kontorunda Ramil adlı şəxsdən Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 16 saylı notariat kontorunda alıb özündə saxladığını, sonradan həqiqətən pulun Vüsala verilməsi ilə bağlı aralarında borc müqaviləsi bağlamaqdan ötrü notariat kontoru axtardıqlarını, lakin tapa bilmədikləri və Vüsalın təklifi ilə rəfiqəsi Stella ilə birlikdə Vüsalın işlətdiyi kafeyə gedib orada Vüsalın onların yanında pulu sayıb yenə özü götürdüyünü, orada da pula əl vurmadığını bildirmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-274/2025 saylı qərarından olan çıxarışdan görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 05 iyun 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 131-133-cü vərəqələrində olan “Üzləşdirmə haqqında” 08 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq etmiş, Şahid2 guya onun Vüsala verdiyi 13.700 manat pul Vüsal tərəfindən notariat kontorunda ona verilməsi ilə bağlı göstərdiklərinin həqiqəti əks etdirmədiyini qeyd edib bildirmişdir ki, Vüsal tərəfindən ona pul verilməmişdir. 300 manat pul həqiqətən Ramil tərəfindən ilk dəfə avtomobilə baxılıb bəyənildikdən sonra beh qismində onun bank kart hesabına göndərilmiş, o da öz növbəsində həmin 300 manat pulu Vüsalın bank kartına bir-iki gün sonra göndərmişdir. Bununla bağlı ifadəsində unudub deməmişdir. Cinayət işinin 134-cü vərəqində olan “Baxış keçirilməsi haqqında” 08 iyun 2025-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Şahid1 tərəfindən izahatına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışa baxış keçirilmişdir. Baxış zamanı ödəniş kartı üzrə çıxarışın 03 vərəqədən ibarət olduğu, «Kapital Bank» tərəfindən təqdim olunduğu, çıxarışda Şahid1 adına açılmış 416973******5152 nömrəli “X6” kart növü ilə 01 sentyabr 2024-cü il-24 fevral 2025-ci il tarixi əhatə edən dövrdə aparılmış bank əməliyyatlarına dair məlumatların olması, çıxarışın 24 fevral 2025-ci il tarixdə saat 14:37:38-də hazırlandığı, 01 sentyabr 2024-cü il tarixinə olan ilkin qalıq 0,00, 24 fevral 2025-ci il tarixinə olan son qalıq 1 manat 24 qəpik təşkil etdiyi, dövr üzrə 6.339 manat 76 qəpik məxaric, 6,341 manat mədaxil olduğu, 03 fevral 2025-ci il tarixdə 300 manat vəsaitin hesaba mədaxil olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 300 manat pul həqiqətən Şahid2 tərəfindən satdığı avtomobilə görə beh qismində onun bank kart hesabına göndərilmiş, o da öz növbəsində həmin 300 manat pulu Vüsalın bank kartına göndərmişdir. Cinayət işinin 144-cü vərəqində olan 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV seriyalı 191563 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X2 qeyd olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməli törətməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar