Məhkəmə qərarları › İş №1(008)-517/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-517/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-517/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1965-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində mülkiyyətində olan, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi Airtrek minik» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1 -ci hissəsinin, yəni hərəkət zamanı diqqətini dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolayrıcında sola dönərkən, hərəkətin təhlükəsizliyini təmin etmək üçün hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli və bundan sonra hərəkət təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib həmin qaydaları pozaraq, avtomobili 05 km/saat sürətlə idarə edib Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində ara yoldan sol istiqamətdə N.Baybakov küçəsinə manevr edərkən yolu sağdan sola doğru piyada keçən Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sol kənarında avtomobilin sol qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs oma, sağ qalça və sağ oturaq sümüklərinin xətti, sol incik və sol qamış sümüklərinin yerini dəyişmiş, qapalı sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2015-ci ildə “Mitsubishi Airtrek minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı avtomobili öz adına almışdır. Həmin avtomobili 27 fevral 2016-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş «BC» kateqoriyalı AD062138 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. 23 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Mitsubishi Airtrek minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsində ara məhəllədən bir istiqamətli yol ilə hərəkət edib Nikolay Baybakov küçəsinə çıxmamışdan öncə avtomobilin surətini azaldıb tam dayanma həddinə çatdırıb, sağ tərəfdən gələn nəqliyyat vasitələrini gözləyib, yolun boş olduğuna əmin olduqdan sonra avtomobili hərəkətə başladıb təxminən saatda 5 km. sürətlə qeyd etdiyi yola çıxan zaman anidən yolun sol tərəfindən sağ tərəfi istiqamətində piyada qismində yolu keçmək istəyən, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsinə dəyib yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb Gülnarəyə yaxınlaşıb ona yardım göstərdikdən sonra yaxınlıqda yerləşən 12 saylı TTY-dan dəvət olunmuş TTYS-nın avtomobili ilə onu X3 yola salmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilində tək olmuş, şəxsən heç bir xəsarət almamışdır. İdarə etdiyi “Mitsubishi Airtrek" markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı ayıq olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs yolu sağdan sola doğru keçməsi ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir. O, sol tərəfdən sağ tərəfə doğru hərəkət etmişdir. Sonda isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, bu səbəbdən barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamannı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evə getmək üçün nömrəsini xatırlamadığı marşrut avtobusdan düşüb Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Nikolay Baybakov küçəsində yolu bir hissədən digər hissəyə, 12 saylı TTYS-nın inzibati binası istiqamətində keçməyə başlamışdır. 12 saylı TTYS inzibati binası onun sol tərəfində qarşıda qalmışdır. Artıq yolun əsas hissəsini keçib qarşıdakı piyada səkisinə yaxınlaşmağa az qalmış qarşıdan ara yol ilə gəlib Nikolay Baybakov küçəsi istiqamətində sola dönməkdə olan «Mitsubishi Airtrek» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onun sol tərəfindən vurmuşdur, zərbədən yerə yıxılmışdır. Zərbə nəticəsində xəsarətlər aldığını görən «Mitsubishi Airtrek» markalı, 90-ÖA-849 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs avtomobili dərhal saxlamışdır. Hadisənin təsiri altında olduğundan bir müddət sükan arxasından düşə bilməmişdir. Az sonra hadisə yerinə gələn TTYS-nın həkimləri ona ilkin tibbi yardım göstərib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanaya Təqsirləndirilən şəxs və onun ailə üzvləri də gəlib onun səhhəti ilə maraqlanmışlar. Bir gün 3 saylı Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduqdan sonra Saqif Hüseynov və onun ailə üzvlərinin təkidi ilə müalicəsini davam etdirilməsindən ötrü «Diaqnoz» tibb mərkəzinə köçürülmüşdür. Saqif Hüseynov onun müayinə və müalicəsi üçün 3.000 manat pul ödəmişdir. Həkimlər və Saqif Hüseynov tez bir zamanda müalicə olunacağını və işə gedə biləcəyini dedikləri üçün onlara inanıb Saqif Hüseynovdan şikayətçi olmamağı barədə notarial qaydada ərizə yazmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq tam sağalmadığından və müayinə və müalicəsi üçün əlavə pula ehtiyac olduğunu Saqif Hüseynova bildirdikdə, Saqif onun müayinə və müalicələri üçün lazım olan xərcləri ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırda Saqif Hüseynovdan şikayətçidir, tələb edir ki, müayinə və müalicələri üçün maddi yardım göstərsin. Əks təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Verilmiş suallara cavab olaraq göstrəmişdir ki, ilkin olaraq təhqiqatçının niyə yolu soldan sağa keçməsini yazdığını bilmir, o yolu sağdan sola keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Bayramov küçəsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.05-11); xx.xx.2024-cü il tarixli, 1/9789 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri olmamış, ayıq olmuşdur(i.v.13); Cinayət işinə əlavə olunmuş AD062138 nömrəli sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 10 il müddətinə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir(i.v.12) AC522849 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mitsubishi Airtrek minik» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mülkiyyətindədir(i.v.12) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənildiyindən, ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur və onun barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qarşı gələcəkdə hər hansı şikayəti, tələbi və iddiası olmayacaqdır(i.v.19); Məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2024-cü il tarixli 2800 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs oma, sağ qalça və sağ oturaq sümüklərinin xətti, sol incik və sol qamış sümüklərinin yerini dəyişmiş, qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, 23 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir(i.v.28-30); Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 yanvar 2025-ci il tarixli 8/3306 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Airtrek» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.33-36); “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsini ləğv etmişdir(i.v.46); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Bayramov küçəsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.54-60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.62); Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 25 mart 2025-ci il tarixli 3-13-16/2- 58342/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2016-cı il tarixdə (27 fevral 2026-cı il tarixədək etibarlı olan) AD062138 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır(i.v.63); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 may 2025-ci il tarixli 8/904 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mitsubishi Airtrek» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.72-73); 12 iyun 2025-ci il tarixli üzləşdirmə protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.93-95); 04 dekabr 2025-ci il tarixli 8/2585 nömrəli ekspert rəyindən görünür ki, 1. məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Airtrek markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Airtrek markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.123-124); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxs və onun müdafiəçisinin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 341(üç yüz qırx bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 341(üç yüz qırx bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar