Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-52/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Nihal Yusif oğlu Nurinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsılii, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azerbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə bağlı həbsdə olmaqla 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qrup üzvləri arasında əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə onlara müraciət edən, ərinin xəyanət etməsindən şübhələnərək həqiqəti bilmək istəyən Zərərçəkmiş şəxs özünü bu sahədə xüsusi biliyə və təhsilə malik olmadığı halda elektron proqram təminatları və müşahidə kameraları üzrə mütəxəssis kimi təqdim edib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs əri Şahid2 avtomobilinə və yaşadıqları evə gizli kamera və səs yazan aparat, həmçinin Şahid2 istifadəsində olan telefona xüsusi proqram yazdırıb görüşdüyü qadının şəxsiyyətini müəyyən edəcəkləri barədə yalan vəd verib proqram təminatı, müşahidə kamerası, GPS cihazı, digər alət və vasitələr almaq adı ilə 2022-ci ilin sentyabr ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək oian müddət ərzində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-dən verilmiş 5213 6751 6774 4847 nömrəli plastik kartdan Bakı şəhərində müxtəlif ünvanlarda, sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən «Aygün Mall» ticarət mərkəzindən həmin bankın mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə, “Azərbaycan Beynəlxalq Bankı» ASC-yə, "xxxx" ASC-ye, "xxxx" ASCye, "xxxx" ASC-yə aid ayrı-ayrı şəxslərə aid müxtəlif nömrəli kartlara hissa-hissə olmaqla, ümumilikdə 18216.16 manat pulun Zərərçəkmiş şəxs tərəfindən köçürülməsinə nail olaraq vədinə əməl etməyərək sonuncunu aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə həmin məbləğdə pulu ələ keçirib Zərərçəkmiş şəxs 18216.16 manat xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını elə keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz əvəzsiz olaraq ələ keçirmə məqsədi ile xalası oğlu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qrup üzvləri arasında əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə onlara müraciət edən, ərinin xəyanət etməsindən şübhələnərək həqiqəti bilmək istəyən Zərərçəkmiş şəxs özünü bu sahədə xüsusi biliyə və təhsilə məlik olmadığı halda elektron proqram təminatları və müşahidə kameraları üzrə mütəxəssis kimi təqdim edib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs əri Şahid2 avtomobilinə və yaşadıqları evə gizli kamera və səs yazan aparat həmçinin Şahid2 istifadəsində olan telefona xüsusi proqram yazdırıb görüşdüyü qadının şəxsiyyətini müəyyən edəcəkləri barədə yalan vəd verib proqram təminatı, müşahidə kamerası, gps cihazı, digər alət və vasitələr almaq adı ilə 2022-ci ilin sentyabr ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-dən verilmiş 5213 6751 6774 4847 nömrəli plastik kartdan Bakı şəhərində müxtəlif ünvanlarda, sonuncu defe Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən «Ayqün Mall» ticarət mərkəzindən həmin bankın mobil tətbiqi vasitəsi ile "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-ye, "xxxx" ASC-yə aid ayrıayrı şəxslərə aid müxtəlif nömrəli kartlara hissə-hissə olmaqla, ümumilikdə 18216.16 manat pulun Zərərçəkmiş şəxs tərəfindən köçürülməsinə nail olaraq vədinə əməl etməyərək sonuncunu aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə həmin məbləğdə pulu ələ keçirib Zərərçəkmiş şəxs qızma 18216.16 manat xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 13000 manat məbləğində pul almamışdır, aldığı məbləğ maksimum 1000-2000 manat civarında olmuşdur. O, Naziməni Əlirzaya görə tanımışdır. Bir gün Əlirza ona demişdir ki, bir adam var, ona iş görürəm, sən də mənimlə gəl, lazım olsa kömək edərsən. O, Əlirzadan həmin adamın kim olduğunu, hansı məbləğ müqabilində iş gördüyünü ümumiyyətlə soruşmamışdır. Xalası oğlu olduğundan və kömək istədiyindən onunla getməyə razılaşmışdır. Onlar birlikdə 28 May tərəfdə bir yaşayış binasının altında olan qaraja getmişlər. Orada bir qadın onları qarşılamış və orada olan avtomobilin qapısını açmışdır. Həmin gün o, Naziməyə sadəcə salam vermiş və aralarında heç bir danışıq olmamışdır. Bundan sonra Əlirza orada olan avtomobilə cihaz quraşdırmağa başlamış, o isə kənarda dayanıb Əlirzanı gözləmişdir. Əlirza ona kömək etməsi üçün müraciət etmədiyindən o, ümumiyyətlə avtomobilə daxil olmamışdır. Həmin gündən sonra Zərərçəkmiş şəxs görməmiş və onunla Əlirza arasında olan məsələdən xəbəri olmamışdır. Təxminən həmin söhbətdən 01 aydan artıq vaxt keçdikdən sonra Əlirza ona demişdir ki, Naziməyə söz verdiyi işi görə bilmədiyindən Zərərçəkmiş şəxs ondan şikayət edəcəkdir. Bundan sonra o, Əlirzadan Nazimənin nömrəsini almış və Naziməyə zəng edərək Əlirzanın nə qədər pul alıbsa hamısını hissəhissə qaytaracağını bildirib Əlirzadan şikayət etməməsini xahiş etmişdir. Nazimə ona Əlirzanın işi tamamlamadığını demiş, bundan sonra Nazimə ilə yazışmağa və danışmağa başlamış, aralarında dostluq və şəxsi münasibətlər yaranmışdır. Onlar hər gün saatlarla danışmışlar. Zərərçəkmiş şəxs ona ərini güdmək istədiyini bildirmiş, o, isə bunu edəcə biləcəyini demişdir. Hətta 6-7 dəfə onlar Zərərçəkmiş şəxs ilə birlikdə Yaqubun arxası ilə maşın sürərək onu güdmüşlər. Bundan başqa onlar birlikdə 28 Mayda olan mağazalardan birindən kamera alaraq köməkli şəkildə Nazimənin Yaqubla yaşadığı binanın mərtəbəsinə quraşdırmışlar. Lakin sonradan Nazimə ona kameranın işləmədiyini bildirmişdir. Bəzi hallarda Nazimə Rent a Car şirkətindən avtomobil götürərək ona vermişdir ki, o, həyətdə oturub Yaqubun evə başqa qadın gətirib-gətirməməsini izləsin. Yaqub Nazimənin avtomobilini tanıyırdı deyə, o, belə hallarda avtomobili Rent a Car şirkətdən götürürdü. O, Naziməyə Yaqubun görüşdüyü qadının, o cümlədən, həmin qadınla Yaqubun otelə girdikləri anda çəkilmiş fotoşəkillərini göndərmişdir. Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, həmin Mələk adlı qadının şəkillərini sosial şəbəkələrdə paylaşsın və yaysın. O, isə Naziməyə bunu edə bilməyəcəyini dedikdə Nazimə ona demişdir ki, ”sən məni çox istəyirsənsə bunu et”. O, yenə də Naziməyə bunu edəcə bilməyəcəyini dedikdə Nazimə ilə araları dəymişdir. Onun telefonunda Nazimə ilə olan çoxsaylı şəxsi məzmunlu mesajlar, Nazimə ilə fotoşəkilləri, Yaqubla Mələyin fotoşəkilləri olmuşdur. Nazimə də bunları bilirdi. Bu səbəbdən aprel ayında onun tutulduğu gün Nazimə onu görüşə çağırmış, onlar oturub birlikdə çay içmişlər. Ondan sonra Nazimə ona demişdir ki, avtomobilini yuduzdurmağa vermiş və təklif etmişdir ki, gedib birlikdə avtomobili götürsünlər. Onlar gedən zaman qəfildən bir neçə polis əməkdaşı onu saxlanmışlar, onlardan biri dərhal onun telefonunu götürmüş və başqa avtomobilə minib getmiş, digərləri isə onu başqa avtomobilə otuzdurub bölməyə aparmışlar. Həmin gündən indiyədək telefonunu görməmiş, müstəntiq Cavid Əhmədov onun telefonunu özündə saxlayaraq qaytarmamışdır. İstintaq zamanı müstəntiq tərəfindən ona çoxsaylı təzyiqlər olmuş, müdafiəçisi getdikdən sonra müstəntiq dəfələrlə onun yanına MSY-nə gələrək onu Kürdəxanıya göndərəcəyini bildirmiş, bir neçə dəfə üzünə şillə vurmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduqdan qısa müddət sonra ona ağır maddə ilə ittiham irəli sürərək tutdurmağa cəhd etsə də, məhkəmə tərəfindən vəsatət rədd edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Quliyev X2 Nazimə ilə arasında olan söhbətdən, Nazimənin Əlirzaya hansı məbləğdə pul verməsindən xəbərinin olmadığını, ilk dəfə Naziməni Əlirza ilə birlidə 28 May tərəfdə Nazimənin yaşadığı binanın qarajında gördüyünü, orada olarkən Nazimənin ərini güddürmək üçün Əlirza ilə danışdığını gördüyünü, oraya xalası oğlunun xahişi ilə lazım olarsa ona kömək etmək üçün getdiyini, lakin köməyə ehtiyac olmadığından bir az aralıda dayanaraq Əlirzanı gözlədiyini, sonra Əlirzadan nə məsələ olduğunu soruşduqda Əlirzanın ona xanımın ərini güddürmək istədiyini bildirdiyini, həmin vaxt Əlirzadan hansı məbləğdə pul almasını soruşmadığını, bunun ona aidiyyəti olmadığını və Əlirzanın şəxsi işi olduğunu düşündüyünü, bir aydan çox müddət sonra Əlirza ona həmin xanımın ondan şikayət etmək istədiyini bildirdikdə Əlirzadan Nazimənin nömrəsini alaraq Naziməyə zəng etdiyini, Nazimədən Əlirzadan şikayət etməməsini xahiş etdiyini, Nazimənin ona Əlirzanın işi tam görmədiyini dediyini, bundan sonra mövzunun tamamilə dəyişdiyini və özlərinin danışmağa başladıqlarını, aralarında dost münasibətinin yarandığını, Nazimənin ondan Yaqubu güdməsini xahiş etdiyini, bir neçə dəfə Nazimə ilə, bir neçə dəfə isə tək Yaqubu izlədiyini, Nazimənin ona onun xahiş etdiyi işin həlli ilə bağlı taksi pulları göndərdiyini, Nazimə ilə birgə restorana gedən zaman Nazimənin hesabı verdiyini, Naziməyə öz şəxsi kartının nömrəsini, dostu Kənanın kartının nömrəsini verdiyini və Nazimə tərəfindən həmin kartlara pul göndərildiyini, bir neçə dəfə isə taksidə olan zaman taksi şoferlərinin kartını Naziməyə göndərərək taksi pulunu şöferin öz kartına göndərməsini xahiş etdiyini, Nazimənin də həmin taksi şoferlərinin kartına pul göndərdiyini, Nazimənin ona göndərdiyi pulların məbləğinin 15, 20, 30 və 50 manat olduğunu, cəmi bir dəfə 100 manat göndərdiyini, lakin həmin pulu borc kimi göndərdiyini, həmin məbləği Naziməyə qaytardığını, Nazimə üçün dost kuryeri kimi işlədiyini, onun bütün digər işlərini də gördüyünü, Nazimə ilə ilə telefon danışıqlarındn 15-20 gün sonra Nazimənin ilk dəfə ona pul göndərdiyini, o müddət ərzində dost kimi danışdıqlarını, həftədə 2-3 dəfə görüşdüklərini, görüşlərinin 1-1,5 saat davam etdiyini, günün 20 saatından çox hissəsini isə telefonla danışdıqlarını, bundan öncə heç kimin evinə kamera quraşdırmadığını, heç kəsi güdmədiyini, maskalı şəklini 2020-ci ildə instagram sosial şəbəkəsində paylaşdığını, o şəkli, bu işlə bağlı çəkmədiyini, həmin şəkli Naziməyə göndərdiyi çoxsaylı fotoşəkillərdən biri kimi göndərdiyini, Naziməyə həmin şəkildən başqa da şəkillərini göndərdiyini, Nazimə ilə biri-birilərinə yazdıqları sevgi mesajlarının öz telefonunda olduğunu, lakin telefon müstəntiqdə olduğunda həmin mesajları təqdim edə bilmədiyini, müstəntiqin həmin mesajları, Nazimə ilə olan, o cümlədən, Mələyin fotoşəkillərini onun telefonundan sildiyini, istintaqın ilkin mərhələsində məsələnin ciddiyyətini anlamadığından 13000 manat məbləği etiraf etdiyini, həbslə əlaqədar məhkəmə qarşısına çıxan zaman məsələnin ciddiliyini anladığını, onun Nazimə ilə danışmasından, şəxsi münasibətlərindən, Nazimənin ona pul göndərməsindən Əlirzanın xəbərinin olmadığını, Əlirzanın bu barədə polis bölməsində olarkən xəbər tutduğunu, Naziməyə heç vaxt Əlirzanın aldığı proqramları geri qaytacağını demədiyini, ümumiyyətlə proqramlarla bağlı iş görmədiyini və bu adla Nazimədən pul almadığını, sadəcə Yaqubun güdülməsi ilə bağlı ondan taksi pulları, həmin vaxt yediyi yeməyin pulunu aldığını, Yaqubu real olaraq güddüyünü və Naziməni aldatmadığını bildirmşdir. Məhkəmə iclasında diskdə olan Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə göndərilmiş səs yazıları dinlənildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun Yaqubu güdməsi ilə bağlı olan rəsmi, Naziməyə “Siz” deyə müraciət edərək göndərdiyi səs yazısını Nazimənin xahişi ilə ona göndərmişdir. Belə ki, Nazimənin əri ilə münasibəti yaxşı olmadığından ondan pul ala bilmirdi, Nazimə isə anasında pul ala bilməsi və anasının həqiqətən də Nazimənin ərini güddürməsinə inanması üçün ona bu məzmunda səs göndərməsini xahiş etmişdir. Digər səs yazılarından görünür ki, onun Nazimə ilə səmimi münasibəti olmuşdur. Rəsmi səs yazısını isə məhz Nazimənin anasına dinlətdirməsi üçün göndərnişdir. Həmin səs yazılarının göndərilmə tarixi bəlli olsa həmin vaxt onun Nazimə ilə artıq münasibətlərinin səmimi olması və “Siz” deyə müraciət etmədiyi aydın olacaq. Digər səs yazısında Naziməyə qaytaracağını dediyi pul Yaqubun güdülməsi ilə bağlı olan pul olmamışdır. Səs yazısından görünür ki, o, səs yazısında İcloud-dan danışır. Belə ki, Nazimə həmin ərəfələrdə İphone mobil telefonlar gətirərək ondan həmin telefonları açmasına kömək etməsini istəmişdir Respublika ərazisinə xaricdən gətirilən telefonların burada işləməsi üçün həmin kodu İphone şirkəti özü 200-300 dollara edir. O, isə Nazimənin verdiyi telefonları proqramist dostuna verərək ucuz qiymətə açdırıb Naziməyə qaytarırmış. Bir müddət telefonlar gec qaytarılan zaman Nazimə aldadıldığını düşündüyündən o, yaxın zamanda Naziməyə İcloud üçün ödədiyi pulları qaytaracağını bildirmişdir. İcloud işi ilə bağlı özünün də qazancı olurdu deyə Naziməyə kömək edirdi. İclouda görə Naziməyə borcu qalmamışdır. İstintaq zamanı Nazimədən 2000 manat almasını deməsinin səbəbi isə həmin məbləği ümumi olaraq həm Yaqubu güdməyə, həm də İclouda görə olan pulları göstərməsi olmuşdur. Sırf Yaqubun güdülməsi ilə bağlı Nazimədən maksimum 1000 manat pul almış olar. Məbləğlər kiçik olduğundan dəqiq məbləği deyə bilmir. Diskdə olan video qısqanclıq zəminində çəkilmişdir. Onun Nazimə ilə şəxsi münasibətləri olduğundan o, Naziməni qısqandığından qoluna bıçaqla xəsarət yetirmişdir. Nazimə ilə başqa işlər də görmüşlər. Belə ki, bir müddət Nazimə ona 30-35 kiloqramlıq mal ətini paketlərdə verərək Mərdəkanda ətçiyə (səhv etmirsə adı Adil idi) verməsini bildirmiş, o, isə ətləri həmin şəxsə verərək onun verdiyi pulları Naziməyə gətirirmiş, Nazimə isə ona həmin puldan 30-40 manat pul verirmiş. Məhkəmə iclasında təqsirləndirilən şəxsin göstərdikləri ilə bağlı zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq o, Turalın yalan danışdığını, onun nə İphone, nə də ət məsələsi ilə əlaqəsinin olmadığını, hazırda məhkəməyə 42 kartın Tural tərəfindən ona göndərilməsini təsdiq edən sübut təqdim edə bilmədiyini, telefonu format olunduğundan Turalla olan yazışmalarının silindiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamışdır. Belə ki, o, özü proqramistdir, Zərərçəkmiş şəxs isə 2022-ci ildə Nisəxanım vasitəsi ilə tanışmışdır. Onlar ilk dəfə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə danışmışlar. Nazimə telefonda ona əri Yaqubu izləmək lazım olduğunu demişdir. O, ilk öncə bu işin problem olacağını düşünmüş və işi görmək istəməmişdir. Çünki başqa insanın izlənilməsinin qanunsuz olduğunu bilirdi. Lakin Nazimə ona demişdir ki, narahat olmasın, bu məsələdən heç kimin xəbəri olmayacaqdır. Nazimə ona demişdir ki, əri Yaqubun gəzdiyi qadın olan Mələklə tutulması lazımdır. Nisə xanım özü də ona demişdir ki, işi götürsün, problem olmayacaq. Bundan sonra o, razılaşmışdır. Bundan sonra Nazimə ona proqramlar alması üçün pullar göndərmişdir. O, Nazimənin göndərdiyi pullara müxtəlif izləmə proqramları almış, aldığı proqramların qiymətini öncədən Naziməyə göndərmiş, Nazimə razılıq verdikdən sonra proqramları alaraq çeklərini Naziməyə göndərmişdir. Bundan sonra o, Nazimənin ona verdiyi Yaqubun telefonlarından birinə izləmə proqramı yükləmişdir. Lakin həmin proqramlarla Nazimənin istədiyi şəkillər əldə edilmədiyindən Nazimə pulunu geri tələb etmişdir. Halbuki, o, lazım olan bütün tədbirləri görmüş, bütün lazımı proqramları almış, sadəcə Nazimə istədiyi şəkilləri görə bilmədiyindən ondan narazı qalmışdır. O, Nazimənin onun verdiyi kart hesablarına göndərdiyi pulların əksər hissəsini proqramların alınmasına, qalan hissəsini zəhmət haqqı olaraq özünə götürmüşdür. Belə ki, o, proqramist olaraq işi ödənişlə həyata keçirirdi və Zərərçəkmiş şəxs da bu barədə məlumatlı idi. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Əliyev X1 ona verdiyi tapşırığın Yaqubun telefonuna daxil olmaqdan, yerini müəyyən etməkdən, onun telefonunda olan şəkilləri götürməkdən ibarət olduğunu, əslində Yaqubun telefonunda olan şəkilləri onun telefonuna gizli yüklədiyi proqram vasitəsi ilə götürdüyünü, sadəcə həmin şəkillər içərisində Zərərçəkmiş şəxs lazım olan şəkillərin olmadığını, bundan sonra Nazimənin ondan Yaqubu maşında olarkən izləmək, olduğu yeri müəyyən etmək, avtomobildə olan zaman səsini eşitmək üçün tədbir görməsini xahiş etdiyini, bundan sonra Yaqubun avtomobilinə içərisinə xüsusi proqram yüklənmiş telefon quraşdırmaq barədə razılığa gəldiklərini, bunun üçün Nazimənin ona kart vasitəsi ilə pul göndərdiyini, onun isə telefon aldığını, Yaqubun avtomobilinə quraşdırdığını, lakin həmin telefon vasitəsi ilə lazımi məlumatların əldə edilmədiyini, Nazimənin bəzən onun verdiyi kart hesablarına artıq məbləğlərdə pul göndərərək “get özünə siqaret al və ya xərcləyərsən” dediyini, Zərərçəkmiş şəxs əliaçıq olduğunu və ona əlavə pul göndərdiyini, Turalın onun xalası oğlu olduğunu, Yaqubun avtomobilinə telefon quraşdırmağa gedərkən Turalı sadəcə yoldaş kimi özü ilə apardığını, Turalın Nazimənin ona göndərdiyi pullardan və işin təfərrüatlarından xəbərinin olmadığını, Turalın ona avtomobilə telefon quraşdırmağa kömək etmədiyini, Turalın ümumiyyətlə belə işlərdən başının çıxmadığını, telefonu avtomobilə özünün tək quraşdırdığını, sadəcə Turalı skoç almaq üçün mağazaya göndərdiyini, bundan sonra Turalın ona hər hansı yardımının olmadığını, Turalın sadəcə onun işi olaraq oraya gedərək telefon quraşdırdığını bildiyini, Turalın Naziməni tanımadığını və ilk dəfə həmin gün Naziməgilin evinin qarajında gördüyünü, oradan çıxarkən Turalın ondan nə məsələ olduğunu soruşduğunu, onun isə həmin qadının ərini güdmək istədiyini dediyini, bundan başqa Turala heç nə demədiyini və Nazimə ilə olan başqa məsələdən Turalın xəbərsiz olduğunu, Nazimənin göndərdiyi pullardan Turala heç nə vermədiyini, Zərərçəkmiş şəxs istədiyi fotoşəkilləri əldə etməyən zaman ondan pullarını tələb etməyə başladığı vaxt özünün Turaldan Naziməyə zəng edərək sakitləşdirməsini, problem olmasın deyə pulları qaytaracağını bildirməsini xahiş etdiyini, Nazimənin tapşırdığı işin görülməsi üçün 4500 ABŞ dolları məbləğində Webmoil saytına ödəniş edərək proqramlar aldığını, həmin proqramların hər birinin çekini Zərərçəkmiş şəxs göndərdiyini, bəzi aylarda təkcə proqramlara 800 ABŞ dolları xərcləndiyini, telefonu satdığından Zərərçəkmiş şəxs göndərdiyi çeklərin şəklini hazırda məhkəməyə təqdim edə bilmədiyini, proqramist kimi Zərərçəkmiş şəxs tapşırığını yerinə yetirmək üçün bütün mümkün işləri gördüyünü, sadəcə Zərərçəkmiş şəxs istədiyi nəticəni görmədiyinə, yəni Yaqubla Mələyin fotoşəklini götürə bilmədiyinə görə ondan narazı qaldığını, Webmoilin Amerika saytı olduğunu, hazırda ora müraciət edərək aldığı proqramlarla bağlı sənədləri istədiyini, yaxın zamanda həmin sənədləri məhkəməyə təqdim edəcəyini, Zərərçəkmiş şəxs ona əlbəəl pul vermədiyini, ödənişləri onun Naziməyə təqdim etdiyi anası və qardaşının adına olan kart hesablarına göndərdiyini, Yaqubun avtomobilinə telefon quraşdırmağa gedərkən artıq Nazimə ilə danışıqlarından və işlərin əksər hissəsinin görülməsindən 06 ay müddət keçdiyini, sadəcə Yaqubun telefonuna yüklənmiş proqramla Nazimənin istədiyi nəticə əldə edilmədiyindən Nazimənin ondan başqa nə edə biləcəyini soruşduğunu, o isə Yaqubun avtomobilinə içərisinə proqram yazılmış telefon quraşdırmağın mümkün olduğunu bildirdiyini, Nazimənin özünün Yaqubun avtomobilini açaraq oraya həmin telefonu yerləşdirməyə şərait yaratdığını, telefonu Yaqubun avtomobilinə quraşdırdığını, Zərərçəkmiş şəxs pulları hissə-hissə lazım olduqca göndərdiyini, bu səbəbdən toplam məbləğin nə qədər olduğunu dəqiq bilmədiyini, bəzi hallarda Nazimənin proqramlara görə pul göndərərkən 100-200 ABŞ dolları artıq zəhmət haqqı kimi göndərdiyini, aldığı proqramların lisenziyalı proqramlar olduğunu, bu səbəbdən onların geri qaytarılmasının mümkün olmadığını, yalnız şirkət özü icazə verərsə proqramları geri qaytarmanın mümkün olduğunu, proqramların geri qaytarılması üçün əlbəttə ki, əlavə ödənişin tələb olunmadığını və bunun məntiqsiz olduğunu, təkcə 1000 ABŞ dolları verərək server aldığını, Yaqubun olduğu yerin müəyyən edilməsi üçün əlavə proqram aldığını, həmin proqramın bahalı proqram olduğunu, Nazimə üçün gördüyü işlərin havayı olmadığını, onun göndərdiyi pulların əksər hissəsini proqramlara xərclədiyini, qalanını isə zəhmət haqqı kimi götürdüyünü, təbii ki, gördüyü işin müqabilində zəhmət haqqı almalı olduğunu və pulsuz iş görmədiyini, müstəntiqin təqdim etdiyi sənədləri oxumadan imzaladığını, nə onun Turala, nə də Turalın ona pul göndərmədiyini, heç vaxt Turaldan kartına pul göndərməsini xahiş etmədiyini, Nazimə ilə Turalın münasibətindən, Nazimənin Turala pul göndərməsindən xəbərinin olmadığını, heç bir zaman Naziməni aldatmaq niyyətinin olmadığını, işini layiqincə gördüyünü, Nazimənin istədiyi fotoşəkilləri görə bilməməsinin onun Naziməni aldatması demək olmadığını, özünü dələduzluq cinayətində qəti təqsirli bilmədiyini, özünü sadəcə başqa şəxsi izləmək üçün proqramlar alaraq həmin şəxsin telefonuna müdaxilə etməsində, ora izləmə proqramı yükləməkdə, yəni kibercinayətdə təqsirli bildiyini, Yaqubun telefonun ona Nazimə tərəfindən təqdim edildiyini və Yaqubun telefonuna bu səbəbdən daxil ola bildiyini, Mələyin telefonu onlarda olmadığından həmin telefona müdaxilə edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əri Şahid2 ona xəyanət etməsi və başqa qadınla görüşməsi barədə şübhələr olduğu üçün onu izləmək və həmin qadını tapıb müəyyən etməklə ailəsini yenidən bərpa etmək fikrində olmuşdur. Bu məqsədlə tanışı Nisə xanıma müraciət etmiş və ondan proqramist tapmağa köməklik etməsini xahiş etmiş, Nisə xanım ilk olaraq «Alek» kimi tanıdığı Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrəsini ***-***-**-** vermiş, o Əlirzaya zəng edərək əri Yaqubun başqa qadınla görüşməsini bildiyini və Yaqubun telefonuna proqram yazdırıb onu izləmək istədiyini telefon nömrəsini Nisə xanımdan aldığını demişdir. Əlirza bu işin həlli üçün xərci çıxacağını dedikdən sonra razılaşmaq qərarına gəlmişdir. İlk dəfə Əlirzanı onun yaşadığı binanın qarağına gələn zaman görmüşdür. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 də olmuşdur. Əlirza oraya gəlməmişdən öncə Əlirzanın kartına Yaqubun telefonuna quraşdırmaq üçün telefon və powerbank almaq üçün pul göndərmişdi. Əlirza həmin gün Turalla birlikdə onun əri Yaqubun avtomobilinə telefonu qoyaraq telefonun enerjisinin 3 gün bəs edəcəyini, həmin telefonun açıq vəziyyətdə qalmaqla əri Yaqubun kiminlə danışdığını, hara getdiyini biləcəyini ona demişdir. Sonra Əlirza ona zəng edərək Yaqubun telefonuna yükləmək üçün lazım olan proqlamları almağa ondan pul istəmiş, o isə Əlirzanın verdiyi anasının və qardaşının adına olan karta noyabr ayınadək hissə-hissə olmaqla müəyyən məbləğlərdə pullar göndərmişdir. Əlirzanın Yaqubun avtomobilinə quraşdırdığı telefon işləmədikdə o, bu barədə Əlirzaya demiş, Əlirza isə ona proqramlar alacağını və ərini rahat izləyə biləcəyini demişdir. Əlirza ona bir-iki ədəd Yaqubun fotoşəkillərini göndərmiş və həmin fotoşəkillərin yüklədiyi proqramlar vasitəsi ilə çəkildiyini bildirmişdir. O, isə Əlirzaya Yaqubun tək şəkillərinin ona lazım olmadığını, onun qadınla olan fotoşəkillərini istədiyini bildirmişdir. Bir müddət sonra heç bir nəticə olmamış və Əlirza ona bu işi bacarmadığını bildirmişdir. Bu zaman o, Əlirzaya ödədiyi pulların qaytarılmasını tələb etmişdir. Əlirza isə ona demişdir ki, “əgər üstümə çox gəlsən gedib Yaquba hər şeyi deyəcəyəm”. Bir müddət sonra Tural ona zəng edərək Əlirzanın xalası oğlu olduğunu, Əlirzaya tapşırdığı işi özünün həll edəcəyini, Əlirzanın aldığı proqramları geri qaytararaq onun puunu qaytaracağını bildirmişdir. Həmin vaxt onun özünün və uşaqlarının psixoloji problemləri olduğundan Tural bundan istifadə etmişdir. Proqramları geri qaytarmaq üçün Tural ondan pul istəmiş, o, isə Turalın ona verdiyi müxtəlif kartlara dəqiq xatırlamadığı məbləğdə pul vəsaiti göndərmişdir. Bundan əlavə Turalla birlikdə kamera almışlar və Tural həmin kameranı onların yaşadığı binanın Yaqubla yaşadığı mənzilin yerləşdiyi mərtəbəsinə quraşdırmışdır. Lakin həmin kamera işləməmişdir. Bundan sonra Turalın onu aldatdığını görərək pulunu tələb etməyə başlamışdır. Lakin bu günədək ona heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Tural barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduqdan sonra Turalın ona hədə-qorxu gələrək hər şeyi əri Yaquba söyləyəcəyini bildirdiyini, Turalın ona müxtəlif banklara məxsus 50-60 ədəd kart göndərdiyini, ilk dəfə Əlirza onların yaşadığı binanın qarağına gələn zaman Turalın da onun yanında olduğunu, həmin gün Turalla heç bir danışıqlarının olmadığını, Əlirzanın ona öncədən işin həlli üçün konkret hansı məbləğdə pul lazım olduğunu demədiyini, lazım olduqca ondan pul istədiyini və onun isə pulu Əlirzanın verdiyi kartlara göndərdiyini, ilk dəfə onların binasının qarajında Turalın da Əlirza ilə birlikdə telefonu Yaqubun avtomobilinə quraşdırılmasında iştirak etdiyini və Əlirzaya kömək etdiyini, həmin telefonun işləmədiyini, sonradan bu barədə Əlirzaya dedikdə Əirzanın ona şunur almaq üçün əlavə pul lazım olduğunu dediyini, ilk dəfə Əlirzanın yanında Turalı görsə də, sonradan noyabr ayınadək Turalı görmədiyini, bütün danışıqları Əlirza ilə apardığını, Əlirzanın ona işin əvvəlində maksimum bu işin 3000 manata başa gələcəyini və ondan çox olmayacağın dediyini, ödənişləri Əlirzaya kartdan karta köçürməklə etdiyini, Əlirzanın hər dəfə ona Moskva ilə danışaraq proqramlar alması, işi sürətləndirməsi adı ilə pullar aldığını, Turalın noyabr ayında ilk dəfə onunla danışan zaman Əlirzanın aldığı proqramları geri qaytararaq onun pulunu geri alacağını və qaytarcağını vəd etdiyini, Turala hissə-hissə təxminən 13000 manat pul göndərdiyini, ittiham aktında hesablanmış məbləğdən 13000 manatının Turala, qalan nə qalırsa onun Əlirzaya aid olduğunu, yaşadıqları binanın mərtəbəsinə kameranı Turalın quraşdırdığını, həmin kameranı Turalla birlikdə 80 manata aldıqlarını, lakin kameranın işləmədiyini, noyabr ayında Əlirzadan, mart ayında isə Turaldan pulları tələb etməyə başladığını, pulları sentyabr ayından mart ayının 15-dək göndərdiyini, Turala noyabr ayından ayından başlayaraq pul göndərdiyini, Turalın ona Əlirzaya verdiyi pullardan hər hansı pul qaytarmadığını görməsinə baxmayaraq pul göndərməsinin səbəbinin Turalın ona proqramları geri qaytarmağın vaxt aparmasının bildirməsi olduğunu, Turalın ona maskada şəkil göndərək bu kimi işlərlə bağlı evlərə maskada girdiyini bildlirdiyini, Əlirzanın ilk dəfə onun yaşadığı evin qarağına Yaqubun avtomobilinə telefon quraşdırmaq üçün gəlmədən öncə Əlizaya 200 manat pul göndərdiyini, həmin 200 manatı göndərən zaman Azərbaycan Respublikası hüdudlarından kənarda olduğunu, noyabr ayının sonundan Turalla iş görməyə başladığını, Əlirzanın ona işi həll edə bilməyəciyini dedikdən sonra Turalın peyda olduğunu, o vaxtadək Turalla danışmadığını, sadəcə bir dəfə Əlirza ilə gələn zaman Əlirzanın yanında gördüyünü, Turalın noyabr ayında ona zəng edərək proqramları geri qaytarıb onun pulunu alması üçün pul lazım olduğunu, proqramları Amerika vasitəsi ilə geri alacağını bildirdiyini, ilk dəfə Turala hansı məbləğdə pul göndərməsini xatırlamadığını, Turala ən çox 200-300 manat göndərdiyini, bir dəfəyə ondan yuxarı məbləğdə pul göndərmədiyini, lakin ümumi olaraq noyabr ayından mart ayınadək 13000 manat pul göndərdiyini, həmin vaxt özünün və uşaqlarının psixoloji durumu yaxşı olmadığından və ailəsini qorumaq istədiyindən deyilən sözlərə inanaraq pulları Turala göndərdiyini, Turalın onun ərinə hər şeyi bildirməsi ilə bağlı etdiyi hədə-qorxuya görə ona 3000 manat pul verdiyini, 13000 manatdan 3000 manatı məhz hədə-qorxuya görə Turala verdiyini, Turalın ona kişi sözü verdiyindən onun sözlərinə inandığını, kart çıxarışlarında olan xırda məbləğləri Turala taksi pulu olaraq göndərdiyini, məbləğləri Əlirza və Turala hissə-hissə göndərdiyindən gözünə görünmədiyini və aldadıldığını hiss etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özü fizioterapist kimi işləyir. Nazimə Ağayevə də onun xəstələrindən biri olmuşdur. Bir gün Zərərçəkmiş şəxs onun yanına gələrək ona proqramist lazım olduğunu bildirmiş, o isə belə bir adam tanıdığını deyərək Əlirzanın nömrəsini ona vermişdir. Onun qızı xaricdı yaşadığından o, tez-tez Respublika hüdudlarından kənarda olur və bu səbəbdən Nazimə ilə Əlirza arsında olan məsələlərdən məlumatsız olmuşdur. Sonradan eşitmişdir ki, nəsə narazılıq və söz-söhbət olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 onun Nazimə ilə Əlirza, o cümlədən, Tural arasında olan söhbətlərdən məlumatsız olduğunu, sonradan Nazimənin ona aldadlığı barədə dediyini, Nazimənin ondan proqramist nömrəsi istəyən zaman ailəsində olan problemlər barədə və hansı səbəbdən proqramist lazım olması barədə ona heç nə demədiyini, artıq aldadılması barədə deyən zaman ailəsində problemlər olduğunu, ərini güddürmək istədiyini, Əlirzanın ondan hissə-hissə pul aldığını, həmin vaxtı Nazimənin Əlirzaya 2400 manat pul göndərdiyini, Naziməyə Əlirzaya daha pul göndərməməsini məsləhət bildiyini, lakin Nazimənin ona proqramlara pul lazım olduğunu bildirdiyini, Nazimənin Əlirzaya və Turala konkret hansı məblığdə pul göndərməsini bilmədiyini, Tural haqqında Nazimənin ona lap sonradan məlumat verdiyini, Turalın da onu aldatdığını, təxmini göndərdiyi məbləğin 10000 manata çatdığını bildirdiyini, müstəntiqə 23000 manatla bağlı heç bir söz demədiyini və elə bir ifadəyə imza etmədiyini, məbləğləri dəqiq bilmədiyini və təxmini dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur və kirvəsinin qızıdır. Bir gün Nazimə ona demişdir ki, başına iş gəlib, ərini güdməsi, ərinin avtomobilinə və yaşadıqları evə kamera quraşdırmaq üçün bir nəfər pul vermiş, lakin pulu geri ala bilmir. Bu zaman o, Naziməyə demişdir ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Onlar birlikdə bir vəkilin yanına getmişlər, vəkil onlara demişdir ki, sonuncu məbləği hansı rayon ərazisindən göndərmişlərsə, həmin rayonun polis orqanına müraciət etsinlər. Bundan sonra X9 Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məmizadə X4 ona ərini güddürmək üçün 23000 manat pul verdiyi barədə məlumat verdiyini, Tural və Əlirzaya ayrıayrılıqda hansı məbləğdə pul verməsi barədə heç nə demədiyini, Nazimənin ona bir nəfərin işi görmədiyini, sonradan onun xalası oğlunun işi görəcəyini dediyini, Nazimənin ona bu barədə məlumat verən zaman artıq pulları vermiş olduğunu, pulları geri almaq üçün ona kömək etməyimi xahiş etdiyini, onun yanında və ya onun iştirakı ilə Nazimənin Tural və Əlirzaya pul vermədiyini, Nazimənin ona 3000 manatın ondan hədə-qorxu ilə tələb edildiyini və 3000 manatı bu səbəbdən verdiyini bildirdiyini, lakin bu barədə istintaqda müstəntiqə heç bir söz demədiyini, konkret məbləğlərlə də bağlı istintaq zamanı söz demədiyini, özünün Turalla danışmaq üçün Turala zəng etdiyini, lakin Turalın telefona cavab vermədiyini bildirmişdir. İbtdai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının əvvəllərində ona Tural adlı şəxs Tik-Tok səhifəsində yazmış ve “görüşək səninlə işim var” demiş, o, Turalın kim olduğu barədə soruşanda Tural “səninlə görüşməliyəm, səni güdmüşəm, sözüm var” demiş, o, həmin anda bilmişdir ki, Tural onu Nazimənin sözü ilə güdmüşdür. Bu barədə Nazimə ilə danışanda Nazimə polisə şikayət etdiyini, Turala onu güdmək üçün və telefonlarına qulaq asmaq üçün pul verdiyini öyrənmiş, bu hadisədən sonra Turalla əlaqə saxlamamış, işin istintaqda olduğunu bildiyi üçün sakit yerində oturmuşdur. Tural və Əlirza adlı şəxsləri tanımamış, Tural ondan pul tələb etməmiş, avtomobilinə, evinə və mobil telefonuna kamera və ya səs yazan hər-hansı bir texnika quraşdırılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “AzərTürk bank”a məxsus çıxarış vərəqələri götürülmüşdür (cild 01, i.v.109). Təqsirləndirilən şəxs2 Vaqif oğlu ilə Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Vaqif oğlu zərərçəkmiş şəxslə üzləşmə zamanı zərərçəkmiş şəxsin onun istifadəsində olmaqla anası Südabənin adına olan və qardaşı Elçinin adına olan kartlara 10000 manat pul göndərdiyini, həmin puldan 4000-5000 manatını zərərçəkmiş şəxsin istəyini yerinə yetirmək üçün müxtəlif proqramlar almağa sərf etdiyini, qalan 5000 manatını isə kazino oyunlarında uduzduğunu bildirmişdir (cild 02, i.v.24-27). "xxxx" ASC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən alınmış 6-3/xx/xx-3881 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskin içərisində olan Zərərçəkmiş şəxs_çıxarış və Copya adlı fayllarda olan məlumatlara tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Ağayeva Nazime_çıxarış» adlı fayla baxış zamanı məlum olur ki, xx.xx.2023-cü il tarixdən 01.04,2023-cü il tarixədək olan müddət ərzində 36 640.23 manat pul mədaxil olmuş və 36 633.54 manat pul məxaric olmuşdur. "xxxx" adlı fayılda Kapital bank ASC-yə aid 42 adda: **********61176,**********858046.**********337314,**********104603,**********774375,** ********060327,**********004832,**********255845,**********789117,**********930612,******** **566254,**********592029,**********922750,**********215256,**********653642.**********485 081.**********803200,**********169189.**********768832,**********841778,**********844643,* *********535074,**********851389,**********690380,**********358261,**********886089,******* ***074412,**********508325,**********593372,**********646850,**********577585,**********85 4283,**********945008.**********188288,**********653700,**********09305 1,**********900452,**********534373,**********939328, **********623301, **********484885, **********085444 kartlarin nömrələri, Leobanka aid 22 adda: **********492002,**********719370,**********380387,**********852682,**********242411,* *********257335,**********463736,**********061819.**********219532,**********636362,******* ***531570,**********303689.**********305437,**********839435,**********221906,**********28 4032,**********291862,**********682649,**********835270,**********718826,**********730598, **********026939 kartlarin nömrələri, Unibank ASC-ye aid 12 adda: **********636362,**********050522,**********353835,**********907620,**********393192, **********050926,**********276929,**********906268,**********392585.**********563094 ,**********496566,**********143847 kartların nömrələri, AzərTürkBank ASC-yə aid köçürmə aparılmış **********660704 kart nömrəsi. Azərbaycan Beynəlxalq Bankı ASC-yə aid köçürmə aparılmış **********896537, **********508432 kart nömrələn, Rabitə Bank ASC-yə aid **********382417 kart nömrələrini ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayının əvvəllərindən 15,03 2023-cü il tarixədək olan müddət ərzində göndərməklə o həmin karlara pullar göndərmişdir.Adlən qeyd edilən bank kartlarına ümumilikdə 18216,16 manat (on səkkiz min iki yüz on altı manat 16 qəpik) məbləğində pul köçürülmüşdür (cild 02, i.v.98-120). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 may 2023-cü il tarixli, 1343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatnk müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisələr üzrə bəzi xüsusatları öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər (cild 02, i.v 127-130). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 iyul 2023 il tarixli, 1993 saylı rəyi ilə müəyyən edilmşidir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatnk müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v.131-134). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin əməli AR CM-nin 178.2.1, 178.2.4 və 182.2.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, "xxxx" ASC-dən alınmış 6-3/xx/xx-3881 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02, i.v.139-151). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin ziddiyyətli ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda təqsirli bilmədiklərini, onların zərərçəkmiş şəxsi aldatmadıqlarını, aldıqları məbləğlər müqabilində vəd etdikləri işləri gördüklərini bildirsələr də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və onların ifadələrində səmimi olmamaları müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Zərərçəkmiş şəxs aldatmaq niyyətinin olmadığını, proqramist olduğunu, Nazimənin əri Yaqubu izləmək lazım olduğunu dediyini, bu barədə Nazimə ilə razılığa gəldiklərini, Nazimənin ona proqramlar alması üçün pullar göndərdiyini, Nazimənin göndərdiyi pullara müxtəlif izləmə proqramları aldığını, aldığı proqramların qiymətini öncədən Naziməyə göndərdiyini, Nazimə razılıq verdikdən sonra proqramları alaraq çeklərini Naziməyə göndərdiyini bildirsə də, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona hər hansı çek göndərmədiyini, Əlirzaya verdiyi pulların nəyə xərcləndiyindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə Zərərçəkmiş şəxs ilə bu mövzu barəsində olan yazışmaların, aldığı proqramlar və proqramlara dair çeklərin məhkəməyə təqdim olunması təklif olunsa da, Təqsirləndirilən şəxs2 telefonunu satdığından həmin yazışmaları və çeklərin Naziməyə göndərilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyini göstərmiş, lakin proqramları aldığı xarici saytlardan müvafiq proqramları almasını təsdiq edən çekləri alaraq məhkəməyə təqdim edə bilməsi üçün ona vaxt verilməsini xahiş etmiş, bu məqsədlə məhkəmə iclasları dəfələrlə təxirə salınmış, sonda isə Təqsirləndirilən şəxs2 ilkin olaraq həmin sübutları təqdim edə bilməyəcəyini, xarici saytlardan ona bu barədə sənədlərin göndərilmədiyini, göndərilməsinin isə aylarla vaxt apara biləcəyini bildirmiş, növbəti məhkəmə iclaslarında həmin sənədlərin ona xarici saytlar tərəfindən göndərildiyini qeyd edərək ona sənədləri təqdim etməsi üçün vaxt verilməsini xahiş etmi, məhkəmə tərəfindən həmin sənədlərin təqdim edilməsi kifayət qədər vaxt verilərək məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq təqsirləndirilən şəxs həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs hər vəchlə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir sübuta dayanmayan dəlillər irəli sürmüş, irəli sürdüyü dəlillərin həqiqiliyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Əliyev X1 ona verdiyi tapşırığın Yaqubun telefonuna daxil olmaqdan, yerini müəyyən etməkdən, onun telefonunda olan şəkilləri götürməkdən ibarət olduğunu, əslində Yaqubun telefonunda olan şəkilləri onun telefonuna gizli yüklədiyi proqram vasitəsi ilə götürdüyünü, sadəcə həmin şəkillər içərisində Zərərçəkmiş şəxs lazım olan şəkillərin olmadığını bildirsə də, məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona Yaqubun hara getməsini izləməsi, onun harda və kiminlə danışması, onun telefonunda olan fotoşəkilləri götürməsi üçün proqramlar alması üçün hər dəfə ondan müxtəlif proqram adları deyərək pul istədiyini, lakin vəd etdiklərini icra etmədiyini, sadəcə Yaqubun avtomaşınına telefon yerləşdirdiyini və həmin telefonun işləmədiyini, telefonuna guya proqram yüklədiyini, lakin həmin proqram vasitəsi ilə hər hansı mesaj və fotoşəkil götürə bilmədiyini, Yaqubun hara getməsi barədə məlumat verə bilmədiyini, sadəcə onu aldadaraq müxtəlif proqramlar almaq adı ilə ondan pul alaraq ona maddi zərər vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin arqumentlərinə münasibətdə Təqsirləndirilən şəxs2 həqiqətən də Yaqubun avtomobilinə yerləşdirdiyi telefonun işləmədiyini, lakin bunun onun təqsiri üzündən baş vermədiyini və özünün öncədən telefonun nasaz olmasından xəbərsiz olduğunu, Yaqubun telefonuna yüklədiyi proqram vasitəsi ilə bəzi fotoşəkillər əldə etsə də, Zərərçəkmiş şəxs həmin fotoşəkillərin qane etmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü arqumentlərə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Yaqubun telefonuna telefonu quraşdırmaq üçün ondan pul almış və həmin telefon vasitəsi ilə Nazimənin həm Yaqubun hara gedəcəyini, həm də avtomobildə kiminlə nə danışdığını eşidəcəyini vəd etmişdir. O, həqiqətən də avtomobilə telefon quraşdırsa da, həmin telefon işləməmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs2 həmin telefonu aldığı şəxsə qaytararaq əvəzinə yenidən işlək telefon almamış və ya verdiyi vədin yerinə yetirilməsi istiqamətində heç bir tədbir görməmişdir ki, bu hal özü də Təqsirləndirilən şəxs2 Yaqubun avtomobilinə telefon quraşdıraraq zərərçəkmiş şəxsdə həqiqətən də onun bu yöndə işlər görməsi, şəxsi izləmək üçün lazımi təcrübəyə malik olması təəssüratı yaratmağa çalışmasına dəlalət edir. Halbuki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı başqa məzmunda ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı hansı ki, onunla əvvəllər Sovetski kimi tanınan ərazidə qonşu yaşamış Şahid3 vasitəsi ila 2022-ci ilin sentyabınnda tanımış, Nisə xanım tanışı Nazimə adlı qadın var onun əri Yaqub başqa qadınla görüşür əri Yaqubun telefonda başqa qadınla görüşdüyünü sübut etmək üçün telefonuna nəzarət etmək lazımıdır demiş, bu münasibəti izləmək üçün Nazimə xanımın istifadəsində olan ***-***-**-** saylı mobil telefonu Nisə xanımdan almış və onunla whatsapp proqramı vasitəsi ilə danışmağa başlamış. Nazimə xanım ona “bilirəm ki, Yaqub başqa qadınla görüşüb danışır lakin elimdə sübutum yoxdur istəyirəm elimdə sübutum olsun” demiş, Yaqubun başqa qadınla görüşməsini və danışmasını göndərəcəyi təqdirdə ailəsi dağılacağını Nazimə xanıma demiş, Nazimə xanım problem deyil sən bu işi görə bilərsən ya yox deyə soruşmuş, o bəli bu işi görə bilərəm amma buna görə proqramlar almalıyam deyə cavab vermiş, Nazimə xanım razılıq verdikdən sonra ilkin olaraq onunla 2022-ci ilin sentyabr ayında yaşadığı evin həyətində görüşmüş və Yaqubun istifadəsində olan avtomobilə səs yazan qoymaq barədə razılaşmış, razılaşmaya görə o Samsung J1 markalı sadə telefonu 80 manata 28 May metrosu tərəfdən xatırlamadığı mağazadan alaraq xalası oğlu Təqsirləndirilən şəxs1lə zəngləşərək görüşmüş, onunla 28 may metrosu tərəfdə görüşüb bir yerdə Nazimə xanımın yaşadığı evin ünvan 5 ünvanına getmiş, həmin yerdə saat 23 radələrində Nazimə xanım blokdan çıxıb onların yanına gəlib bir yerdə binanın zirzəmisinə enmiş, Audi S7 markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını Nazimə xanım açmış, Tural kənarda dayanıb gəlib gedənə göz qoymiş o isə avtomobilin arxa salonuna telefonu yəni11 vəziyyətdə Nazimə xanımın telefonuna zəng ederek qoymuş, yeni həmin nömrəyə taxılan sim kartdan Nazimə xanıma zəng etmiş telefon işlək vəziyyətdə o vaxta qədər qalmış ki həmin telefonun batareyası sönəndə zəng kəsilməli idi, aldığı telefona görə Nazimə xanım ona 80 manat vermiş, həmin vaxtdan sonra telefon işləməyib bunun üçün avtomobildən telefonu götürmüşdür. 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayının sonlarına qədər olar müddət əzrində istifadə etdiyi anası Südabə xanımın adına olan Azərtürk bankdan olan sonu 0704 nömrəli və qardaşı Elçinin adına Leobankdan verilmiş 409858i*********2002 nömrəli kartına və başqa xatırlamadığım şəxslərin adlarına olan bank kartlarına 10 000 manat pul göndərilmiş, həmin puldan 4000-5000 manatına qədər linklər Keyloger 25 dəfə alımış biri 35 dollardan, X8 15 dollardan 3-4 dəfə, Log-İR Adress təxminən 100 dəfə almışa, amma həmin programları pulsuz almış, Bakıda həmin programla yer təyin edilire və 100 dollar pul ödənilir, qalan 5000 manatını isə oynadığı kazino Fasloto.az və Pin-up.az saytlarında oynayıb uduzmuş, hazırda etdiklərini sübut edə bilmir, pulu olmadığı üçün Samsung A12 markalı telefonunu Tapazda 70 manata satmış, xalası oğlu Təqsirləndirilən şəxs1 Nazimə xanımın şikayət ərizəsi əsasında saxlan ilandan sonra 2 gün keçmiş evə buraxılmış, Turalla telefon vasitəsi ilə danışmış va məsələ barədə kifayət qədər məlumat alıb nə üçün onun tutulmasını soruşmuş, bundan sonra Tural ona seni axtarırlar demiş, buna görədə evə getməmiş qaçıb gizlənmiş, Sonuncu defə Turalla istifadəsində olan telefonun votsapı ilə 10.05,2023-cü il tarixdə danışmış, Tural «getme polisə işi poxlayarsan işim onsuzda düz deyilw demişdir.Nazime xanımın əri Yaqubun istifadəsində olan Audi markalı avtomobilə xalası oğlu Turalla bir eydre gedib avtomobilin gedib-gəldiyi yerləri görən ve avtomobildə olan danışıqları eşidən J1 mini markalı telefon qoymuş, lakin həmin telefon səs yazısı effekt verdməmiş və işləməmiş, buna görə Nazimə xanım həmin telefonu sonradan avtomobildən götürmüşdür, ilk dəfə Tural onunla Nazimə xanımın evinin yanına gedəndə yeni Bakı şəhər BPl-nin arxasında Spar marketin yanında olan evinin həyətində Yaqubun avtomobvilinə J1 mini markalı telefon qoyanda Nazimə xanımı görümş, sonradan Nazimə xanım ondan pulunu tələb etməyə başlamış, aldığı 10 000 manat pulu hazırda qaytara bilməyəcəyini deyib, şikayət etməməsini Nazimə xanımdan bu barədə xahiş etmişdir. Nazimə xanım dayanmadan zəng edib pulunu tələb etmiş, buna görə xalası oğlu Turaldan xahiş ebrıiş ki, Nazimə ilə danışıb pulu qaytarması üçün möhlət alsın, Bundan sonra Tural Nazimə xanımla danışmağa başlamış və aradan bir Turalla danışanda öyrənmiş ki, Nazimə xanım pulunu İstəyir. O Turala aldığı pulu kazinoya mərc oyunlarını onlayın yolla qumar oynamağa qoyduğunu demişdir. Nazimə xanım üçün hər-hansı bir iş görməmiş, əri Yaqubun görüşdüyü qadınla arasılnda olan danışığı Nazimə xanıma müəyyən edib göndərməmiş, Nisə xanım ona dəfələrlə Nazimə xanımın pulunu qaytarmaq lazım olması barədə məlumat vermiş, qaytaracağına ancaq pulu qaytarmaq imkanının olmadığına, bütün pulu onlayın qumar mərc oyunlarında uduzduğunu demişdir. Həmçinin, həmin mərc oyunlarını onunla bərabər Turalda oynamış, bəzən pulu olmayıb Tural onda olan anası və qardaşına məxsus bank kartlarına 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər pullar göndərmişdir. Nazimə xanım Turaldan şikayət edəndən sonra bilmiş ki, Tural Nazimə xanımdan 13 000 manat pul almışdır. Turalla xaloğiu olmaqdan başqa bir yerdə oturub durduqları üçün Yaqubun avtomobilinə səs yazan və olduğu yeri müəyyən edən aparat quraşdırmağa gedəndə onu da özü ilə aparmışdır, Turala Nazimə xanımdan nə qədər pul aldığını və onun üçün nələr edə biləcəyini demişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi elan olunduqdan sonra ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrdən istifadə etdiyini və qumar oynadığını, hazırda narkotik vasitələrdən istifadə etməsə də, qumar oyunları oynamağa davam etdiyini, Zərərçəkmiş şəxs verdiyi pulların bir qismini qumar oyununda uduzduğunu, lakin həmin pulların Nazimənin ona gördüyü işə görə qonarar kimi verilmiş pullar olduğunu, pulların bir hissəsinə lazımi proqramları aldıqdan sonra qalıq qalmış xidmət haqqından həmin oyunları oynadığını bildirsə də, zərərçəkmiş şəxsin ifadəsi ilə həmin xüsusat təkzib edilmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 hər dəfə məhkəmə yanıldaraq növbəti məhkəmə iclasında Nazimənin verdiyi pullara Nazimənin ərini güdmək üçün müxtəlif proqramlar almasını təsdiq edən sübutları təqdim edəcəyini vəd etməsinə baxmayaraq heç bir sübut təqdim edə bilmədiyini, o cümlədən, bank hesabından çıxarışlardan da göründüyü kimi zərərçəkmş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bank kartlarına göndərilmiş pul vəsaitlərinin hissə-hissə olmaqla müəyyən zaman kəsiyi ərzində göndərilməsini (bu hal özü də təqsirləndirilən şəxsin hər dəfə yeni proqram adı ilə zərərçəkmiş şəxsdən pul istəməsinin göstəricisidir) nəzərə alaraq Təqsirləndirilən şəxs2 Nazimənin guya ona qonarar kimi verdiyi pulları qumarda uduzması, qalan pulları isə təyinatı üzrə xərcləməsinə dair göstərdiyi xüsusatın həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı dələduzluq etməməsinə və onun pulunu aldadaraq ələ keçirməməsinə dair irəli sürdüyü dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü dələduzluq cinayətində təqsirli bilmədiyini və Nazimənin ona göndərdiyi pulları aldadaraq əldə etmədiyini göstərsə də, məhkəmə istintaqı tədqiq edilmiş sübutlarla, o cümlədən, təqsirləndirilən şəxsin özünün məhkəmə iclasında verdiyi, biri digərini təkzib edən ifadələri ilə Təqsirləndirilən şəxs1 dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 onun kartına zərərçəkmiş şəxs tərəfindən göndərilmiş pul məbləğlərinin göndərilmə səbəbi kimi hər dəfə müxtəlif səbəblərə istinad etmiş və onun bir məhkəmə iclasında göstərdiyi xüsusat digər məhkəmə iclasında elə özünün ifadəsi ilə də təkzib edilmişdir. Məhkəmə iclasında ilkin ifadəsində Quliyev X3 Əlirzaya görə tanıdığını, Əlirzanın Yaqubun avtomobilinə cihaz quraşdırdığı zaman onun da Əlirzanın yanında olduğunu və həmin gün ilk dəfə Naziməni gördüyünü, həmin gündən sonra Zərərçəkmiş şəxs görmədiyini, təxminən həmin söhbətdən 01 aydan artıq vaxt keçdikdən sonra Əlirzanın ona Naziməyə söz verdiyi işi görə bilmədiyindən Zərərçəkmiş şəxs ondan şikayət edəcəyini dediyini, Əlirzadan Nazimənin nömrəsini alaraq Naziməyə zəng edərək Əlirzanın nə qədər pul alıbsa hamısını hissə-hissə qaytaracağını bildirdiyini, Əlirzadan şikayət etməməsini xahiş etdiyini, Nazimənin ona Əlirzanın işi tamamlamadığını dediyini, bundan sonra Nazimə ilə yazışmağa və danışmağa başladığını, aralarında dostluq və şəxsi münasibətlər yarandığını, Zərərçəkmiş şəxs ona ərini güdmək istədiyini bildirdiyini, Nazimə ilə razılaşdığını, hətta 6-7 dəfə Zərərçəkmiş şəxs ilə birlikdə Yaqubun arxası ilə maşın sürərək onu güddüklərini, kartına göndərilmiş pulların Nazimə tərəfindən ona ərini güdməsi müqabilində göndərildiyini, həmin pullardan bir hissəsinin taksi pulu olaraq göndərildiyini, Naziməni aldatmadığını, ona verdiyi vədə uyğun olaraq ərini güddüyünü, digər məhkəmə iclasında Nazimə ilə aralarında şəxsi münasibətlər yarandığından Nazimənin ona ehtiyacı olan zaman pul göndərdiyini, bəzi məbləğləri taksi pulu, bəzilərini dönər və yemək almaq üçün göndərdiyini, növbəti məhkəmə iclasında onun iş materiallarında olan səs yazıları dinlənildikdən sonra həmin səs yazısında Naziməyə qaytarmağı vəd etdiyi pulların Nazimə ilə ayrıca İphone telefonların İcloudunun açılması ilə bağlı gördüyü işlə bağlı olduğunu və hazırki məsələyə aidiyyətinin olmadığını, bununla yanaşı Nazimə ilə aralarında ət biznesi ilə bağlı da pul haqq-hesabının olduğunu bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə birlikdə dəfələrlə zərərçəkmiş şəxsin əri Yaqubu müxtəlif ünvanlara gedərək güddüklərinə dair göstərdiyi xüsusatın araşdırılması üçün məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş, o cümlədən, Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon nömrələrinin 01 sentyabr 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan müddət ərzində anten məlumatları müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş, hər iki şəxsin mobil telefon nömrələrinin anten məlumatları qarşılaşdırılan zaman Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusat öz təsdiqini tapmamış və onunla zərərçəkmiş şəxsin anten məlumatarının eyni gündə, eyni saatda, eyni ərazidə olması ümumiyyətlə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin digər-yəni, zərərçəkmiş şəxsin onunla şəxsi münasibətdə olması, ona taksi və dönər pulu göndərməsi ilə əlaqədar irəli sürdüyü absurd dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan (cild 01; i.v.98-120) zərərçəkmiş şəxsin bank kartından Təqsirləndirilən şəxs1 verdiyi kart hesablarına göndərilmiş məbləğlərdən Zərərçəkmiş şəxs ona əksər hallarda 15, 20, 35, 40 manat, hətta 200 manat pul göndərməsi müəyyən olunmuşdur ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ona xırda məbləğlərdə taksi və yemək pulu göndərməsinə dair dəlilinin də şəxsi təxəyyülünün məhsulu olmasının göstəricisidir. Daha sonra təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun kart hesabına bu işdən əlavə xaricdən gətirilmiş İphone mobil telefonunun Respublikada qeydiyyatdan keçirilməsi və İcloudunun açılması ilə bağlı ilə pul göndərdiyini, həqiqətən həmin telefonların onun dostu tərəfindən işlək vəziyyətə gətirildiyini, məhkəməyə təqdim edilmiş səs yazısında Nazimə ilə həmin işlə əlaqədar pulların qaytarılması məsələsindən danışdığını göstərmiş və qeyd etdiyi halların doğruluğunu sübut etmək üçün məhkəmə iclasında həmin işlə məşğul olan dostunun iştirakının təmin olunması üçün məhkəmədən vaxt istəmiş, lakin o, həmin şəxsin də iştirakını təmin edə bilməmişdir. Zərərçəkmiş şəxsə göstərilən xüsusatla əlaqədar sual ünvanlandıqda isə o, Tural Quluyevin nədən danışdığını anlamadığını, onun göstərdiyi halların reallığı əks etdirmədiyini bildirmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs sonuncu arqumenti kimi Zərərçəkmiş şəxs ət biznesi ilə məşğul olduğunu, özünün gedib Nazimədən ətləri götürərək Mərdəkan qəsəbəsində adını xatırlamadığı şəxsə verdiyini, həmin şəxsdən pulları alaraq Naziməyə verdiyini və Nazimənin isə ona hər dəfə ona gördüyü işə görə 30-40 manat pul verdiyini bildirmiş və əti verdiyi həmin şəxsin məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmədən vaxt istəsə də, həmin şəxsin iştirakını da təmin edə bilməmişdir. Zərərçəkmiş şəxsə göstərilən xüsusatla əlaqədar sual ünvanlandıqda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 danışdıqlarının real olmadığını, heç bir zaman ət biznesi ilə məşğul olmadığını bildirmişdir. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən anten məlumatlarını tədqiq edərək təqsirləndirilən şəxsin son iki arqumentinin həmin anten məlumatları ilə də təkzib olunduğunu vurğulayır. Məlumdur ki, əgər tərəflər arasında olan pul haqq-hesabı Təqsirləndirilən şəxs1 qeyd etdiyi kimi onun Nazimədən telefonu götürüb İcloudunu açdırması və ona qaytarması və ya Nazimədən əti götürməsi, təyinat yerinə çatdırması və həmin məhsula görə verilmiş pulu Naziməyə çatdırması, yəni özünün dediyi “dost kuryer”lik etməsi ilə bağlı idisə, bu zaman onunla Nazimə Ağayevə mütəmadi görüşməli, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Zərərçəkmiş şəxs ünvanına gedərək məhsulları götürməli idi. Lakin məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd olunan anten məlumatlarından Təqsirləndirilən şəxs1 əksər hallarda Binəqədi rayonu, Binəqədi şossesi və Xəzər rayonu, Zirə qəsəbəsində olması müəyyən edilmiş, onun Zərərçəkmiş şəxs ilə nəinki mütəmadi olaraq, ümumiyyətlə eyni vaxtda eyni yerdə olması müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu dəlilini də sadəcə özünün müdafiəsi üçün uydurulmuş dəlil kimi qiymətləndirir və onun hər məhkəmə iclasında həqiqəti əks etdirməyən dəlillərə sığınmasına tənqidi yanaşır. Bununla yanaşı, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1343 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisələr üzrə bəzi xüsusatları öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər. Yuxarıda sadalanan, təqsirləndirilən şəxsin irəli sürdüyü, fərqli biri digəri ilə əlaqəsi olmayan dəlillər keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərildiyi qaydada sadəcə Təqsirləndirilən şəxs1 öz xeyrinə uyğun, lakin işin həqiqi halları ilə uyğun olmayan dəlillər irəli sürməsinə və cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinə dəlalət edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadələrində səmimi olmamasına inam yaradan digər bir nüans ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 ilkin olaraq Zərərçəkmiş şəxs sadəcə 01 bank kartının nömrəsini göndərdiyini (**********026939) və Nazimənin sadəcə həmin karta hissə-hissə pul göndərdiyini, lakin ümumi hansı məbləğdə pul göndərdiyini xatırlamadığını bildirsə də, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona bir deyil, bir neçə kart nömrəsinin göndərildiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dostu Kənana məxsus bank kartının nömrəsini də (**********255845) göndərdiyini, Naziməyə pulu bəzi hallarda həmin karta da göndərdiyini və həmin karta Nazimə tərəfindən göndərilmiş pulları özünün nəğdləşdirdiyini bildirmiş, sonrakı məhkəmə iclaslarında zərərçəkmiş şəxsin nümayəndəsi siyahıda olan kartlardan birinin Təqsirləndirilən şəxs1 anasının adına olduğunu bildirdikdə isə təqsirləndirilən şəxs ola bilər anasının kartını da Naziməyə göndərdiyini, lakin dəqiq xatırlamadığını qeyd etmiş, araşdırma nəticəsində həqiqətən də Təqsirləndirilən şəxs1 həmin kartın nömrəsini də (**********305437 nömrəli kart) zərərçəkmiş şəxsə göndərməsi və zərərçəkmiş şəxs tərəfindən həmin kart hesabına da pul vəsaitinin mədaxil edildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Naziməyə Yaqubun görüşdüyü qadının, o cümlədən, həmin qadınla Yaqubun otelə girdikləri anda çəkilmiş fotoşəkillərini göndərdiyini, Naziməyə verdiyi vədə uyğun olaraq Yaqubu izlədiyini, telefonunun format olunduğunu, lakin telefonundaki fotoşəkilləri bərpa edərək qısa müddət ərzində məhkəməyə təqdim edəcəyini bildirmiş, məhkəmə tərəfindən bu məqsədlə dəfələrlə məhkəmə iclası təxirə salınmış, lakin təqsirləndirilən şəxs heç bir şəkil və ya müdafiəsi üçün irəli sürdüyü dəlilləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında ona Yaqubun hansı otellərə gedərkən fotoşəkillərini çəkdiyinə dair sual ünvanlandıqda isə o, otellərin heç birinin adını xatırlamadığını bildirmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs1 ilkin izahatından (cild 01; i.v.31-32) görünür ki, o, həmin izahatında Zərərçəkmiş şəxs ilə ilk dəfə Əlirza ilə birlikdə Naziməgilin evinin qarajında Yaquba məxsus avtomobilə Əlirzanın kamera quraşdırdığı zaman tanış olduğunu, Əlirzanın ona Nazimənin nömrəsini verdiyini, Nazimə ilə danışarkən Nazimənin ona Əlirzanı tutduracağını dediyini, bu zaman Naziməyə “narahat olma, mən sənə köməklik edib nə lazımdırsa edəcəm. Əlirzadan verdiyin pulu alıb qaytartdıracam. Ərinin görüşdüyü qadının avtomobilinə və evinə səs yazan və kamera quraşdıracam” dediyini, bu məqsədlə Nazimənin ona pul göndərdiyini və onun həmin pulları öz ahriyaclarına xərclədiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı iş materiallarında olan diskə (cild 01; i.v.25) baxış keçirilmiş və diskdə 04 səs yazısının, 01 video, 03 ədəd fotoşəkilin olması müəyyən edilmişdir. 1-ci səs yazısında Tural bildirir:-“Problem yoxdu, bu işi həll etmək olar, açaram evini, evinə daxil olub kamera quraşdıraram, səsli kameradır, maşınına da qoyaram, mən özüm hamısına baxaram, iki günlük maşın lazımdı prokata, maşını ora qoyaraq, mən onun oraya daxil olması, çıxmasının şəklini çəkərəm, kameranı da evinə quraşdıraram, evin içinə daxil olmaqla mənə problem yoxdu, bilmirəm eşitmisiz ya yox Bakıda 200-300 evə o formada qapını açıb kamera quraşdırmışam”. 2-ci səs yazısında Tural bildirir:-“İcazə ver o Mələyi yox eləyim, xahiş edirəm səndən, o, sənin ailənə ləkə gətirən adamdı, sənin ailəni dağıtmağa səbəb olan adamdı, xahiş edirəm, başına dönüm, onun denən çepesini tutum da mən, tutum paylaşım hər yerdə, qoy tanısınlar onu”. 3-cü səs yazısında Tural bildirir:-“O kamera bir az da olsa mənə kömək edəcək, tanınmış adamdı, evlərdən çıxır, Mələyi mən özüm bilirəm necə yox eləmək istəyirəm, onu bir dənə məhv edim də, Allah haqqı onu çökdürmək istəyirəm”. 4-cü səs yazısında Tural bildirir:-“Dalaşmaq fikrində deyiləm, çünki sən də ağrıyırsan, mənim də canım ağrıyır. Sənə əsəbləşmək olmaz. Sənə çox söz verdim. Belə filan. Mən şərəfsiz, biqeyrət deyiləm. Həyatda bir qələt elədim sənin yanında bir səhvim, bir yalanım oldu. Bilirsən hansını deyirəm. İstəməzdim belə olsun. Bir şeyi anladım ki, həyatda heç kimin yanında səhv eləməyəsən. Səhvsiz insan yoxdur. Guya sənin həyatında yalanın, səhvin olmayıb. Sən hər dəfə mənim səhvimi başımı qaxınc elədin. İnamsızlıq elədin. İnşallah mən səninlə görüşəcəm bir gün, bu pulları verəndə, pul verəndə əlimdə Quran da gətirəcəm, əlimi Qurana basacam ki, mən sənin 1 qəpiyini yemədim, səni aldatmadım. Mənə çox şans vermisən, çox gözləmisən, mən səndən çox razıyam. Sən mənə hər cür əl tutmusan, bunu danan kişi olmaz, öz yaxınınım etmədiklərini etmisən. Səndən bir xahişim var, son ricam, mənə hörmətin varsa 1-ci günədək səni narahat etməyəcəm, 1-ci gün səhər, saat, 11-12 görüşəcəm səninlə, Azərbaycandakı geri qaytarmanın pulu, Webmalinin pulu, “İphone”nunpulu hamısını hesablayarıq, sən də hesablayarsan, mən də. Qeyrətsiz olaram 1-ci gündən o tərəfə pul keçsə. Mən bütün pulları yazmışam. Dəftərdə də var, komputerdə də. 1-ci günədək bütün pulları yığacam, çekləri qoyarıq, birinci gün raşot eləyəcəm. Mənə hörmətin yoxdursa, iki balanın canına and verirəm ki, mənə 1-ci günədək vaxt verəsən”. Məhkəmə səs yazılarını tədqiq edərək, həmin səs yazıları ilə Təqsirləndirilən şəxs1 hər dəfə bir arqument irəli sürərək həmin halları sübut edə bilmədiyini (yuxarıda həmin hallara ətraflı münasibət bildirilmişdir), səs yazılarında da Turalın zərərçəkmiş şəxsi yola gətirmək üçün guya evlərə girərək kamera quraşdırdığını, indiyədək Bakıda 200-300 evə daxil olaraq kamera quraşdırdığını bildirdiyini, zərərçəkmiş şəxsdən pulları qaytarmaq üçün möhlət istədiyini, indiyədək zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul qaytarmadığını, istintaq zamanı və hazırda məhkəmə iclasında zərərçəkmiş şəxsdən aldığı pulun təyinatı və məbləği ilə bağlı fərqli və ziddiyyətli ifadələr verməsini nəzərə alaraq onun ifadələrində səmimi olmaması və məhkəməni yanıltmağa cəhd etməsi qənaətinə gəlir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hər məhkəmə iclasında irəli sürdüyü fərqli dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla iş materiallarında olan sübutlar, o cümlədən, təqsirləndirilən şəxsin özünün ziddiyyətli ifadələri ilə təkzib edilmişdir. İş üzrə təqsirləndirilən şəxslər hər ikisi ifadələrində hər birinin Nazimə ilə olan danışıqları fərdi qaydada apararaq ondan pul aldıqlarını, onların bir-birindən xəbərsiz bu hərəkətləri etdiklərini, birinin Nazimədən hansı məbləğdə pul almasından digərinin xəbərinin olmadığını bildirsələr də, məhkəmə təqsirləndirilən şəxsin bu arqumentlərini də reallıqdan kənar olan və AR CM-nin 178.2.1-ci maddəsi ilə məsuliyyətdən yayınmaq naminə verilmiş dəlil kimi qiymətləndirir. Belə ki, işin həqiqi hallarından görünür ki, Əliyev X5 ilə proqramist olaraq onun ərini izləmək barədə razılığa gəldikdən və işin öhdəsindən gələcəyini vəd etdikdən sonra ilk dəfə Nazimə ilə görüşə, yəni Nazimənin yaşadığı evin qarajına onun əri Yaqubun avtomobilinə qurğu quraşdırmaq üçün məhz Təqsirləndirilən şəxs1lə birlikdə gedir, bundan sonra o, Nazimə ilə görüşmür, lakin mütəmadi əlaqə saxlayaraq müxtəlif proqramlar almaq adı ilə Nazimənin onun kartına müxtəlif vaxtlarda və məbləğlərdə pul göndərməsinə nail olur. Daha sonra Nazimə Əlirzanın onun aldatdığını anladıqdan və Əlirzaya pulunu qaytarmasa ondan polisə şikayət edəcəyini dedikdən sonra Əlirza yenə də məhz Təqsirləndirilən şəxs1 Nazimə ilə danışmasını, Naziməni yola gətirməsini, Nazimədən ondan şikayət etməməsini xahiş etməsini və Naziməyə pulunun qaytarılacağını bildirməsini xahiş edir, bundan sonra Təqsirləndirilən şəxs1 Nazimə ilə danışaraq Nazimə ilə onun ərini güdməklə bağlı razılığa gələrək Nazimənin onun da hesab nömrələrini Naziməyə verdiyi bank kartlarına eyni qaydada pul göndərməsinə nail olur. Məhkəmə tərəflərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayəti törətməsi qənaətinə gələrkən işin həqiqi hallarını, o cümlədən, təqsirləndirilən şəxslərin məhkəmə iclasında həmin xüsusatla bağlı verdikləri ifadələrində göstərdikləri halların real və inandırıcı olmamasını, onların məhz vəziyyətlərinin yüngülləşdirilməsi üçün birinin digərindən xəbərsiz zərərçəkmiş şəxsdən pul almalarını göstərmələri qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 ilk dəfə Zərərçəkmiş şəxs yaşadığı binanın qarajına ərti Yaqubun avtomobilinə telefon quraşdırmaq üçün gedərkən Əlirzanın Turala nə məqsədlə oraya getdiklərini demədiyini, Turalın məsələdən xəbərsiz olduğunu, Nazimənin Əlirzaya pul verməsindən məlumatsız olduğunu, Turalın Yaqubun avtomobilinə telefon quraşdırılmasında iştirak etmədiyini, sadəcə kənarda dayandığını göstərsələr də, məhkəmə iclasında bütün proses iştirakçılarından öncə dindirilmiş zərərçəkmiş şəxs ilk dəfə Əlirzanı real olaraq Turalla birlikdə onun yaşadığı binanın qarajına əri Yaqubun avtomobilinə telefon quraşdırmaq üçün gələrkən gördüyünü, onların köməkləşərək telefona nəsə qurğu yerləşdirdiklərini, daha sonra Əlirzanın onun aldatdığını anlayan zaman Turalın ona zəng edərək Əlirzadan şikayət etməməsi üçün onu yola gətirməyə çalışdığını, Əlirzanın işini özünün tamamlayacağını dediyini, əri Yaqubu və onun görüşdüyü qadını güdmək, həmin qadının evinə kamera yerləşdirmək adı ilə ondan pullar aldığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs aldığı pulların müqabilində Nazimə üçün heç bir iş görmədiyini, ancaq Yaqubun İclouduna daxil olaraq telefonunun yaddaşında olan şəkilləri Zərərçəkmiş şəxs göndərdiyini, Nazimənin verdiyi pulları qumar mərc oyunlarında uduzduğunu, Turalın onunla bərabər qumar oynadığını, bəzən pulu olmayanda Turalın ona 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək pullar verdiyini bildirmişdir (cild 02; i.v.19-22). Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Əlirzanın Zərərçəkmiş şəxs üçün nə iş görməsini demədiyini, onun Nazimə ilə Əlirza arasında olan məsələdən xəbərsiz olaraq Nazimənin yaşadığı binanın qarajına getdyini, qarajda işləri bitdikdən sonra Əlirzadan nə məsələ olduğunu soruşan zaman Əlirzanın üstüörtülü şəkildə qadının ərini güddürmək istədiyini dediyini, Əlirzanın Nazimədən pul almasından həmin vaxt xəbərinin olmadığını, bu barədə Əlirzanın ona sonradan Nazimənin ondan şikayət edəcəyini deyərək Nazimə ilə danışmasını xahiş etdiyi zaman xəbər tutduğunu bildirsə də, Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı həmin halları təsdiq etsə də, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilən zaman ona verilmiş suallara cavab olaraq Turalla xalaoğlu və qonşu olduqlarını, bütün günü birlikdə olduqlarını, birinin nə etməsindən digərinin xəbərinin olduğunu, Turala Zərərçəkmiş şəxs nə qədər pul aldığını və onun üçün nələr edəcəyini dediyini, Turalın hər şeyi detalına qədər bildiyini göstərmişdir (cild 02; i.v.19-22). Göründüyü kimi təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadələr verərək ümumiyyətlə birinin digərinin gördüyü işdən, zərərçəkmiş şəxslə aralarında olan danışıqlardan, alınmış pullardan xəbərinin olmaması görüntüsü yaratmağa çalışsalar da, məhkəmə işin həqiqi hallarını, hadisələrin gedişatını və baş vermə ardıcıllığını nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin hissədə də ifadələrində səmimi olmadıqları qənaətindədir. Məhkəmə hesab edir ki, biri-biri ilə xalaoğlu olmaqla yanaşı kifayət qədər yaxın dost münasibətlərində olan şəxslərdən birinin tanımadıqları başqa şəxsin evinin qarajına gedərək başqa birinə məxsus avtomobilə hər hansı bir qurğunu quraşdıran zaman digərinin ondan nə iş gördüyünü, hara getdiklərini, avtomobilin kimə məxsus olduğunu soruşmaması, sadəcə aralıda dayanaraq baxması, iş bitdikdən sonra soruşan zaman isə Əlirzanın ona “qadın ərini güddürmək istəyir” deməsi ilə yetinməsi və əlavə heç bir sual verməməsi, nə təsadüfdürsə Nazimənin Əlirzadan pulu tələb etməyə başladığı zaman guya Əlirzanın pul almasından bixəbər olan Təqsirləndirilən şəxs1 məsələyə qarışaraq Naziməni Əlirzadan şikayət etməkdən yayındırmağa çalışan zaman Naziməni Əlirzanın başladığı işi yekunlaşdıracağına inandırması, Nazimənin uzun müddət Əlirzadan şikayət etmədiyi halda Əlirzanın bir dəfə də olsun Turaldan Nazimə ilə məsələni yoluna qoya bilibbilmədiyini soruşmaması və X6 arasında olan haqq-hesabdan xəbərsiz olması məntiqi və inandırıcı deyil. Nəzərə alınsa ki, Zərərçəkmiş şəxs Əlirzadan polis orqanlarına şikayət edəcəyini bildirən zaman Əlirza özü Turaldan Naziməni ondan şikayət etməməsi üçün inandırmağı xahiş etmişdir, belə olan halda Əlirzanın sonradan Turaldan Nazimə barədə heç bir söz soruşmaması, başqa sözlə desək öz taleyi ilə maraqlanmaması (belə ki, Zərərçəkmiş şəxs Əlirzaya ondan polisə şikayət edəcəyini bildirmişdir), Turalın isə Əlirzanın xahişi ilə Nazimə ilə danışdığı halda sonradan həmin danışığın nəticəsi barədə Əlirzaya heç bir söz deməməsi, başqa sözlə ondan sonrakı danışıqlarında ümumiyyətlə Nazimə adlı şəxsi tanımamış kimi davranaraq onun barəsində danışmamaları sadəcə absurd olmaqla reallığa sığmır ki, bu da təqsirləndirilən şəxslərin düşünülməmiş şəkildə özünümüdafiə xarakterli ifadələrə sığınmalarına dəlalət edir. Bundan savayı, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Əlirzanın Yaqubun avtomobilinə telefon quraşdıran zaman məsələdən bixəbər olduğunu, kənarda dayanaraq heç bir iş görmədiyini, Əlirza işini bitirdikdən sonra isə onunla birlikdə çıxıb getdiyini bildirsə də, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Turalın məsələdən öncədən xəbərinin olduğunu, məhkəmə istintaqı zamanı isə avtomobilə telefonu quraşdıran zaman Turalı kömək məqsədi ilə özü ilə apardığını, telefonu avtomobilə tək quraşdırsa da, skoç lazım olduğundan Turalı mağazaya skoç almağa göndərdiyini, Turalın skoç alıb ona verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri biri digəri ilə uzlaşmayan ifadələri, hər dəfə eyni nüansla bağlı fərqli xüsusat göstərmələrini, Əlirzanın ilk dəfə Zərərçəkmiş şəxs ərinin avtomobilinə qurğu quraşdırmağa məhz Turalla birlikdə getdiyini, ibtidai istintaq zamanı Turalın onun Nazimə üçün görəcəyi işdən xəbərdar olaraq oraya getdiyini, bundan sonra Nazimənin Əlirzadan şikayət edəcəyini bildirən zaman yenə də məhz Təqsirləndirilən şəxs1 məsələyə daxil olaraq Nazimə ilə danışaraq Əlirzanın hərəkətlərini davam etdirərək Nazimənin ərini güdəcəyini, onun görüşdüyü qadının evinə kamera qoyacağını, hətta indiyəyədək 200-300 üvə gizli kamera quraşdırdığını deyərək bu adla ondan pul aldığını, Əlirzanın istntaq zamanı verdiyi ifadəsində qumar oynayan zaman Turalın ona pul verdiyini və ifadədə göstərilən tarix aralığının Turalla Nazimənin danışdıqları və Turalın Nazimədən pulları aldığı dövrə təsadüf etdiyini nəzərə alaraq təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmələri qənaətinə gəlir. Təqsirləndirilən şəxslərə verilmiş ittiham həcmi ilə bağlı isə məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək ittihamın həcminin azaldılmasını və təqsirləndirilən şəxslərin ələ keçirdikləri pulun məbləğinə əsasən təqsirli bilinmələrini qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı ilkin olaraq zərərçəkmiş şəxsin sözlərindən çıxış edərək təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin 23000 manat məbləğində pul vəsaitni ələ keçirməsi qənaətinə gəlmiş, sonradan həmin məbləğ naməlum hesablamalar nəticəsində 18216,116 manat həddində müəyyən edilərək təqsirləndirilən şəxslərə yeni ittiham elan edilərək cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə göndərdiyi pul vəsaitinin konkret məbləğini, konkret olaraq hansı təqsirləndirilən şəxsə hansı məbləğdə pul göndərdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs1 ona çoxsaylı kart nömrələri göndərərək həmin hesablara pul göndərilməsinə nail olduğunu, Əlirzanın isə anasının və qardaşının kartlarının nömrələrini verdiyini və ona həmin hesablara pul köçürmək yolu ilə pul verdiyini bildirmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 həqiqətən də Zərərçəkmiş şəxs anası və qardaşının kart hesablarını (**********660704 və **********492002) verdiyini və Nazimənin həmin hesablara pul göndərdiyini, Nazimədən başqa formada hər hansı məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı həmin kart hesablarına Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş pul vəsaitləri hesablanmış və **********660704 və **********492002 kart hesablarına Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş məbləğlərin cəmi 8564 manat olması (**********660704 nömrəli karta 3355 manat, **********492002 nömrəli karta isə 5209 manat olmaqla) müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun qeyd etdiyi kimi çoxsaylı kart nömrələri göndərmədiyini, ona nənəsinin adına olmaqla öz istifadəsində olan **********026939 nömrəli, Kənan adlı dostuna məxsus **********255845 nömrəli, anasına məxsus **********305437 kart nömrələrini və bir neçə dəfə Yaqubu güdməyə gedərkən taksi pulunun ödənilməsi üçün taksi şoferlərinin kartını göndərdiyini, həmin kartlara hissəhissə az məbləğlərdə pul göndərildiyini, ondan başqa zərərçəkmiş şəxsdən pul almadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 dediklərini nəzərə alaraq zərərçəkmiş şəxsdən iddia etdiyi çoxsaylı kart nömrələrinin və həmin kart nömrələrinin məhz Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edildiyini təsdiq edən sübutun məhkəməyə təqdim edilməsini təklif etmiş, zərərçəmiş şəxs telefonunun format olunduğunu, Turalla olan yazışmalarının, o cümlədən, Tural tərəfindən ona göndərilmiş kart nömrələrinin silindiyini, bu səbəbdən məhkəməyə təqdim edə biləcək sübutunun olmadığını bildirmişdir. Məhkəmə iş üzrə ələ keçirilmiş məbləğin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Zərərçəkmiş şəxs pul köçürdüyü banklara qərarla müraciət edərək Təqsirləndirilən şəxs1 adına kart hesabının olub-olmamasını sorğulamış, 01 noyabr 2023-cü il tarixdə "xxxx" ASC və "xxxx" ASC tərəfindən, 06 noyabr 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən, 24 noyabr 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən, 07 dekabr 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən təqdim edilmiş cavab məktubları ilə həmin bankların heç birində Təqsirləndirilən şəxs1 adına hər hansı bank hesabının olmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi və yalnız məhkəməyə məlum olan bank kartlarına göndərilmiş vəsaitləri hesablanaraq Təqsirləndirilən şəxs1 ümumilikdə 1547,90 manat (**********026939 nömrəli karta 573 manat, **********255845 nömrəli karta 752,90 manat, **********305437 nömrəli karta 222 manat) pul göndərildiyi müəyyən edilmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxslərin birgə əldə etdikləri pul vəsaitinin məbləği 10,111,9 manat təşkil etmişdir ki, bu da ittihamın həcminin 8104,26 manat həcmində azaldılmasının qanuni və əsaslı olmasına dəlalət edir. Məhkəmə iclasında zərərçəkmiş tərəf Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilk günlərində Zərərçəkmiş şəxs 13000 manat məbləğində pul almasını etiraf edərək onun müvafiq yazılı sənədi imzaladığına istinad etsələr də,məhkəmə qeyd edir ki, təqsirləndirilən ifadəsindəki xüsusatlar yalnız digər sübutlarla təsdiq edildikdə verilmiş ittihamın əsasını təşkil edə bilər. Belə ki, AR CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 13000 manat məbləğində pul almadığını bildirərək Nazimənin ona göndərdiyi kart hesablarının nömrələrini məhkəməyə bildirmiş və məhkəmə istintaqı zamanı həmin xüsusat tam və hərtərəfli araşdırılmışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs özü ibtidai istintaq zamanı ilkin olaraq Təqsirləndirilən şəxs1 13000 manat pul göndərdiyini bildirsə də, məhkəmə istintaqı zamanı gah təqsirləndirilən şəxslərin hər birinə hansı məbləğdə pul göndərməsini xatırlamadığını, gah da istintaq orqanı tərəfindən müəyyən edilmiş məbləğin 13000 manatını Turala, 6000- 7000 hissəsini Əlirzaya göndərdiyini bildirmişdir ki, zərərçəkmiş şəxsin ifadəsindəki xüsusatlar məhkəmə istintaqı zamanı təkzib edilməklə zərərçəkmiş şəxsin əslində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 daha çox məbləğdə pul göndərməsi müəyyən edilmişdir. Bu hal zərərçəkmiş şəxsin özünün təqsirləndirilən şəxslərə ödənilmiş məbləğlərlə bağlı məhkəmədə səmimi ifadə verməməsinə dəlalət etməklə sanki zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 daha ağır cəza verilməsinə nail olmasına cəhd etməsi təəssüratını yaradır. Belə olan halda məhkəmə sadəcə Təqsirləndirilən şəxs1 istintaqın ilk günlərində Nazimə Ağayevənin ona 13000 manat məbləğində pul göndərməsini etiraf etməsini yetərli hesab edərək, həmin halın nə iş materiallarında olan sübutlarla, nə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edlmədiyi halda sadəcə həmin xüsusata istinad etməklə (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs1 istintaqın sonrakı gedişatı zamanı həmin halı təsdiq etməmiş, məhkəmə istintaqı zamanı da zərərçəkmiş şəxsdən 1000-2000 manat civarında pul aldığını bildirmişdir) Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin 13000 manat pulunu ələ keçirməsinin sübuta yetirildiyi qənaətinə gəlinməsini qanuni hesab etmir və təqsirləndirilən şəxslərin zərərçəkmş şəxsi aldadaraq ondan iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilmiş məbləğdə pul almalarının təsdiq edildiyini nəzərə alır. Məhkəmə göstərilənləri ümumiləşdirib iş materiallarında olan sübutları tədqiq edərək, məhkəmə iclaslarında verilmiş ifadələri, ifadələr arasında olan uyğunsuzluqları tam, hərtərəfli və obyektiv təhlil edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs aldadaraq onun 10,111,9 manat məbləğində pul vəsaitini ələ keçirdikləri qənaətinə gəlir və təqsirləndirilən şəxslərin öz müdafiələri üçün irəli sürdükləri dəlillərin isə sübuta yetirilmədiyini və iş materialları ilə təkzib edildiyini vurğulayır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur (ittihamın həcminin azalması nəzərə alınmaqla). Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü il tarixdə, saat 19:55-də tutulmuşdur (cild 01; i.v.53). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, 4(008)- 301/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclasında azad edilmiş və barəsində əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.91- 98). Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(103)-358/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, 4(008)-301/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 01; i.v.105-107). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 4(008)- 334/2023 saylı qərarından görünür ki, AR CM-nin 178.2.1, 178.2.2 və 182.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir (cild 01; i.v.220-230). “Axtarışda olan şəxsin tutulmasına dair” 14 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 may 2023-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (cild 02; i.v.04). “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 may 2023-cü il tarixdə, saat 17:55-də tutulmuşdur (cild 02; i.v.13). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.28-29). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 4(008)- 392/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclasında azad edilmişdir (cild 02; 55-59). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.60-61). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, i.v.91-92). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.173-174). Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı, məhkəmə gələcəkdə təqsirləndirilən şəxslərin AR CM-nin 80-1ci maddəsi ilə nəzərdə tutulmuş imkandan istifadə edərək cəzadan azad olunmaq hüquqlarından istifadə edə bilmələrinin təmin edilməsi üçün onların hər birinin cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 40-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73- 1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. AR CM-nin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, məhkəmə adı çəkilən Plenum qərarında göstərilənləri, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində iştirakının dərəcə və xarakterini nəzərə alaraq zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 10,111,9 manat məbləğində ziyanda Təqsirləndirilən şəxs1 payının 4000 manat həcmində, Təqsirləndirilən şəxs2 payının isə 6111,9 manat həcmində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi təqdim edərək zərərçəkmiş şəxsə vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxslərdən 18216,16 manat məbləğində pul məbləğinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 69-cu bəndində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Məhkəmə aparılmış araşdırma nəticəsində və iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləğinin 10,111,9 manat məbləğində müəyyən edilərək təqsirləndirilən şəxslərin həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq cinayəti törətmələrinin təsdiq edildiyini, zərərçəkmiş şəxsin (mülki iddiaçının) ödənilməli məbləğin paylar şəklində tutulmasına dair vəsatətinin olmamasını nəzərə alaraq 10,111,9 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərdən (mülki cavabdehlərdən) müştərək qaydada tutulmasını qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut bir ədəd disk, o cümlədən, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatlara dair 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut-01 ədəd disk, o cümlədən, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatlara dair 02 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 10,111,9 manat məbləğində ziyanda Təqsirləndirilən şəxs1 payı 4000 manat həcmində, Təqsirləndirilən şəxs2 payı 6111,9 manat həcmində müəyyən edilsin və onlara gələcəkdə həmin zərəri ödəməklə, o cümlədən hər birinin ödədikləri payın 25% həcmində dövlət büdcəsinə ödəniş etməklə AR CM-nin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilmək hüquqlarının olması izah edilsin. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində vurulmuş 10,111,9 manat məbləğində maddi zərər və ödənilmiş 150 manat dövlət rüsumu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-52/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-52/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver