Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-52/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Ağdam rayonunun Qarazeynallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Qarazeynallı kəndində qeydiyyatda olan, Bakı şəhəri ünvan 4də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir.. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivi nömrəsiz fərdi evinin həyətində saxladığı gül dibçəklərinin içərisində əkilib becərilməsi qadağan olunmuş 15 (on beş) ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini diblərini suvarmaqla və yumşaldmaqla əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq göstərib 03 iyun 2024cü il tarixədək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan vaxtda həmin bitkilərin yarpaqlarını toplayaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 13,76 qram xeyli miqdarda narkotik vasitə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşən yaşadığı evin yaxınlığınadək daşımış, xx.xx.2024-cü il tarixdə 15:00 radələrində özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinn əməkdaşları tərəfindən həmin ərazidə saxlanılaraq ərazi aidiyyəti üzrə aparıldığı Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində təmiz çəkisi 13,76 qram xeyli miqdarda bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüş, axtarışın davamı olaraq həmin tarixdə saat 18:00-da özünün razılığı ilə yaşadığı, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı həyətində, yaşadığı evin yan hissəsində saxladığı 15 ədəd gül dibçəyinin içərisində onun tərəfindən əkilibbecərilməklə kultivasiya edilmiş, yaş halda ümumi təmiz çəkisi 1070,0 qram olan 15 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür.. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, başında olan kəskin ağrılar ilə əlaqədar əvvəllər müxtəlif tanımadığı şəxslərdən pul verərək öz istifadəsi üçün narkotik vasitə marixuana alıb istifadə etmişdir. Lakin son vaxtlar maddi vəziyyətinin pisləşməsi səbəbindən özü marixuananı həyətində əkib becərmişdir. Bu niyyətlə o, 2024-cü ilin aprel ayının təxminən ortalarında yaşadığı ünvanın həyətində gül dibçəklərinin içərisində əvvəllər alaraq istifadə etdiyi marixuanadan qalmış toxumları səpərək onlara su vermək və dibini nəmləndirməklə xususi qulluq göstərməklə becərməyə başlamışdır. Elə təzə-təzə məhsulunu yığmağa başlamışdır ki, tutulmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında məhəllədə dayanarkən ona Sabunçu rayon Polis İdarəsinin əməkdaşları yaxınlaşmışlar və ondan şübhələndiklərini bildirərək sorğusual etməyə başlamışlar, həmin vaxt cibində bir büküm narkotik vasitə olmuşdur. O, özünü şübhəli apardığı üçün polislər onu 14-cü Polis Şöbəsinə aparmışlar. Şöbədəki xidməti otaqlardan birində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, o da həmin vaxt əynində olan boz rəngli idman şalvarının yan cibindən özü çəkmək üçün üzərində daşıdığı bir ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Şəxsi axtarışı keçirən polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin bükümdəki ot kütləsi narkotik vasitə qurudulmuş marixuanadır, öz istifadəsi üçün yaşadığı evin həyətində özü əkib-becərmişdir. Üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə qablaşdırılaraq götürülüb müvafiq qaydada protokollaşdırıldıqdan sonra o, polislərin təklifi ilə və öz razılığı ilə polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş və həyətindəki 15 ədəd gül dibçəyinin içərisində öz istifadəsi üçün əkib-becərdiyi 15 ədəd çətənə kolunu təqdim etmişdir, həmin kollar polis əməkdaşları tərəfindən müvafiq videoçəkiliş aparılmaqla protokollaşdırılaraq götürülmüşlər. Əməlindən səmimi peşmandır. Himayəsində xəstə həyat yoldaşı vardır. Həyat yoldaşının onun baxımına ehtiyacı vardır. Dizlərində sümük yeyişməsi olduğundan hərəkətində məhdudluq yaranmışdır. Ona görə gündəlik həyati tələbatlarını görməkdə ona köməklik edir. O, həbs olunduğu təqdirdə həyat yoldaşı baxımsız qalacaqdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid1 ilə birlikə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində xidmətdə olarkən saat 15 radələrində oradakı Daş Karxanası yaşayış massivi ərazisində diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa, özünü şübhəli aparmağa başlamışdır. Həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə getmişlər. Orada xidməti otaqların birində videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə “qurudulmuş marixuana”-ya bənzər, tünd yaşıl rəngli, ot şəkilli, bitki mənşəli kütlə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə «qurudulmuş marixuana» olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətində dibçəkdə özü əkib becərdiyini bildirmişdir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona edilmiş təklifə cavab olaraq həyətində əkib-becərdiyi narkotik vasitənin də götürülməsi üçün yaşadığı ünvana gedərək baxış keçirilməsinə razılıq vermiş, həmin gün saat 18 radələrində iştirakçıların eyni tərkibində və təhqiqatçınm dəvəti ilə gəlmiş mütəxəssis-aqronom ilə birlikdə saxlanılan şəxsin yaşadığı ünvanına yollanaraq sonuncunun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsinə və həyətdə yerləşən yaşayış binasının daxilinə baxış keçirmişlər. Həyətə keçirilmiş baxış zamanı müəyyən etmişlər ki, həyətdəki yaşayış evinin yan hissəsində divar boyu düzülmüş 15 ədəd plastik gül dibçəklərinin hər birində bir ədəd kol olmaqla ümumilikdə 15 ədəd çətənə bitkisinin kolları əkilib. Baxışda iştirak edən mütəxəssis-aqronom kolları bir-bir nəzərdən keçirməklə bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə bitkisidir, onlara aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır. Həmin kollar tərəflərindən kökündən çıxarılaraq 01 ədəd sellofan torbada toplanaraq götürülmüşdür. Aparılmış müvafiq ilkin şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixunadan istifadə edir, həyətində becərdiyi çətənə kollarını da əvvəllər tanımadığı şəxslərdən özü çəkmək üçün aldığı marixuanadan qalmış toxumları bu ilin yaz aylarının əvvəllərində öz həyətyanı sahəsində gül dibçəklərində əkməklə yetişdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda aparıcı elmi işçi işləyir, ali təhsili var, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının «Meyvə tərəvəzçilik və üzümçülük» fakültəsini bitirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları İnstitutları ilə əməkdaşlıq edən Maştağa kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinə rəsmi qaydada müraciət edərək xahiş etmişlər ki, onlar tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində Təqsirləndirilən şəxs həyətinə keçirəcəkləri baxış zamanı mütəxəssis ayrılsın, axşam vaxtı olduğundan, o da həmin əraziyə yaxın ünvanda yaşadığı üçün həmin prosesdə mütəxəssis-aqronom qismində iştirak etməyə dəvət olunmuş, buna etiraz etməmiş, polis əməkdaşları və saxlanılan ev sahibi ilə birlikdə qeyd olunan ünvana yollanmışdır. Orada ev sahibi Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulan hüquq və vəzifələrini izah etmişlər, sonuncu həyətində axtarış aparılmasına etiraz etməmiş, həyətində həqiqətən də narkotik tərkibli çətənə kolları yetişdirməsini etiraf edərək evin qapısını açıb onları öz həyətinə buraxmış, həyətinin baş hissəsində yerləşən yaşayış evinin yan arxa hissəsinə tərəf aparmış, evin yan divarı boyu sıra ilə düzülmüş plastik gül dibçəklərində əkilmiş bitkiləri təqdim etmiş, həmin bitkilərə nəzər yetirdikdə müəyyən etmişlər ki, orada 15 ədəd plastik gül dibçəyinin hər birində 15 ədəd 25-75 santimetr boyunda bitki kolları əkilib. O, bir aqronom kimi həmin kolları bir-bir nəzərdən keçirməklə onların həqiqətən də narkotik tərkibli bitki olmalarını və bitkilərin kultivasiya edildiyini müəyyən etmiş və bu barədə polislərə arayış vermişdir. Həmin kollar tərəflərindən kökündən çıxarılaraq 01 ədəd sellofan torbada toplanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onun həyətində aşkar olunmuş bitkilərin kultivasiya edilməsi barədə rəyini, həmin kolların dibçəklərdə qidalı torpaqda əkilməsi, diblərinin yaş olması bitkilərin məqsədli şəkildə əkilib becərilməsinə işarə etdiyinə görə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbada bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik maddə marixuana olduğunu, həmin maddəni özü yaşadığı evin həyətində əkdiyini və istifadə üçün saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbanı açdıqda həmin torbanın içərisində qurudulmuş ot kütləsi aşkar olundu. Aşkar olunmuş 01 ədəd sellofan torbadakı qurudulmuş ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. axtarış və götürmə aparılması haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yerləşən fərdi yaşayış evində narkotik maddəni əkib becərilməsi, narkotik vasitələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “axtarış və götürmə” aparılması haqqında 03 iyun 2024-cü il tarixli qərara əsasən onun yaşadığı mənzilə video çəkilişdən istifadə edilməklə axtarış və götürmə aparılmışdır. Axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 15 ədəd dibçəkdə əkib-becərdiyi və qulluq etdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini 2 ay bundan əvvəl öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kisədə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Mənzildə və həyətyanı sahədə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya və sənədlər aşkar edilməmişdir. Baxış, axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin müraciəti əsasında, alim-aqranom Şahid3 tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs məxsus fərdi həyatyanı sahəyə keçirilmş baxışa dair 03 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən baxış zamanı həyətyanı sahənin yaşayış evin sol tərəfində, dar aralıqda plastik dibçəklərdə əkini qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin əkilməsi aşkar olunmuşdur. 15 ədəd plastik dibçəkdə 15 ədəd çətənə bitkisi kökü ilə birlikdə dibçəkdən götürülmüş və qablaşdırılmışdır. Çətənə bitkiləri orta inkişaf bazasında boyu (hündürlüyü) təxminən 25-75 sm olmaqla qidalı torpaqda əkilmiş, su verilmiş, aqrotexniki qulluq göstərilmiş, kultivasiya edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16- 2-7/906 nömrəli 4 iyun 2024-cü il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdə 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 13,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş maddi sübut” yazılar və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada yaş vəziyyətdə ümümi sayı 15 ədəd, ümumi çəkisi 1070,0 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Aqronom rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş marixuana və çətənə (kannabis) bitkilərinin tərkiblərində olan kannabinoidli komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Maddi sübut kimi tanıma haqqında 05 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün əks olunduğu bir ədəd CD, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı video kamera vasitəsilə qeydə alınmış iki ədəd səsli videogörüntülərin əks olunduğu 01 ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Maddi sübut kimi tanımaq haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 13,76 qram xeyli miqdarda bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və yaş halda ümümi təmiz çəkisi 1070,0 qram olan 15 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin bir başa predmeti olduğundan maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və yaş halda ümumi təmiz çəkisi 1069,25 qram qalıq qalmış 15 ədəd narkotik tərkibli çətənə bitki kolu saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2024-cü il tarixli 4309A saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxsr oğlunda Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Ağdam Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 208 M.2 HİS. AZ.SSR ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 05 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilmiş, xx.xx.1992ci idlə AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarın 1B, 2 mad.əsasən cəzadan azad edilmişdir; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27.09. 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir; Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs X2 adlı həyat yoldaşı vardır. X3 tərəfindən X2 barəsində verilmiş xx.xx.2024-cü il tarixli diz oynağının rentgenoqrafiyasından görünür ki, X1 hər iki diz oynağı medialda oynaqarası məsafənin nisbətən azalması, oynaq səthi kənarlarında itiləşmələrlə xarakterizə olunan distrofik degenerativ dəyişikliklər izlənilir. Sümüklər osteoporotik görünümdədir. Oynağı formalaşdıran sümüklər normal pozisiyadadır. Digər oynaq aralığı norma daxilində olub, sümuk konturları düzgündür. Nəticə: Hər iki tərəfdə İİ dərəcəli qonartroz əlamətləri Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 13,76 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Yuxarıda qeyd olunan qanunla təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” adlı siyahının 1.2-ci qrafasına əsasən 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində xəstə və onun baxımına ehtiyacı olan həyat yoldaşının olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, ailə vəziyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana və çətənə bitki kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 04 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və yaş halda ümumi təmiz çəkisi 1069,25 qram qalıq qalmış 15 ədəd narkotik tərkibli çətənə bitki kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-52/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-52/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver