Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-520/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərova Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2001-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş oaln Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə, saat 02 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədquliyev küçəsi ilə X4 istiqamətinə doğru 20 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun qeyd edilən tələblərini kobud surətdə pozaraq, hadisənin qarşısının alınması üçün heç bir tədbir görməyərək Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmquliyev küçəsində yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyinin əzilməsi ilə müşayiət olunan alın sümüyünün az yerini dəyişən açıq sınığı və həmin səviyyədə alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əng və sağ almacıq sümüklərinin açıq-qəlpəli yerini dəyişən sınıqları və həmin səviyyədə sağ almacıq-yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud nahiyəsinin qançırı ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərəvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində fərdi evdə yaşayır. “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaqla 5 ildən artıq sürücülük təcrübəsi var. O, “Toyota Prius” markalı, **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 05 iyul 2024-cü il tarixində, təqribən saat 02 radələrində, idarə etdiyi “Toyota Prius” markalı, **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədquliyev küçəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanası istiqamətində təqribən 20 km/saat sürətlə iki hərəkətli yolda irəliləyərkən anidən iki nəfər piyadanın yolun hərəkət hissəsinin solundan yola çıxmasını görüb, dərhal tormoz əyləcindən istifadə edərək hadisədən yayınmaq üçün hərəkət istiqamətini sola yönəltsə də, avtomobilin ön sağ hissəsi ilə həmin şəxsləri vurmuşdur. Hadisə nəticəsində o, avtomobildən düşərək hər iki piyadaya köməklik göstərmiş və onları 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Hadisə baş verən zaman avtomobildə tək olmuş, spirtli içki qəbul etməmiş, avtomobil tam saz vəziyyətdə və yüksüz olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisindəki fərdi həyət evində ailəsi ilə birgə yaşayır. 04 iyul 2024-cü il tarixində, saat 22 radələrində yaşadığı məhəllədən tanıdığı Şahid ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən, adını xatırlamadığı kafelərdən birində oturub yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Kafedə bir xeyli vaxt keçirdikdən sonra, 05 iyul 2024-cü il tarixində, saat təqribən 02 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu xəstəxanası yaxınlığında, onlar birlikdə yolu keçdikləri zaman, üzü 3 saylı Şəhər Kliniki Xəstəxanasına doğru hərəkət edən “Toyota Prius” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil yolun qarşı-qarşıya olan hərəkət hissəsini ayıran bütöv xəttin yaxınlığında onları vurmuşdur. Onlar, yolun hərəkət hissəsinin sol kənarından yolu keçməyə başladıqdan sonra, təxminən 2,5 metr məsafə qət etmişlər. Hadisə baş verdikdən sonra, avtomobilin sürücüsü olan Coşqun adlı şəxs avtomobildən düşərək onlara köməklik göstərmiş və vəziyyətlərinin yaxşı olmadığına görə, hər ikisini avtomobilə mindirərək yaxınlıqda yerləşən xəstəxanaya aparmışdır. O, gözünü açanda özünü xəstəxanada tapmışdır. Orada ona ilkin tibbi yardım göstərilmiş və 06 iyul 2024-cü il tarixində evə buraxılmışdır. Hadisə 05 iyul 2024-cü il tarixində, saat təqribən 02:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Məmmədquliyev küçəsində baş vermişdir. Hadisə nəticəsində o, xəsarət almış və Məhkəmə-Tibbi Ekspertizadan (MTE) keçmişdir. “Toyota Prius” markalı avtomobilin sürücüsü, hadisədən sonra adının Coşqun olduğunu bildirmiş və onları xəstəxanaya apararaq orada qəbul şöbəsinə baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində fərdi həyət evində yaşayır. 04 iyul 2024-cü il tarixində, təqribən saat 22:00 radələrində, yaşadığı məhəllədən tanıdığı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən, adını xatırlamadığı bir kafedə oturaraq yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Həmin kafedə bir xeyli vaxt keçirdikdən sonra, 05 iyul 2024-cü il tarixində, təqribən saat 02:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu xəstəxanası yaxınlığında, onlar birlikdə yolu keçdikləri zaman, üzü 3 saylı Şəhər Kliniki Xəstəxanasına doğru hərəkət edən, dövlət qeydiyyat nömrəsini xatırlamadığı “Toyota Prius” markalı avtomobil yolun qarşı-qarşıya olan hərəkət hissəsini ayıran bütöv xəttin yaxınlığında onları vurmuşdur. Onlar yolun hərəkət hissəsinin sol kənarından yolu keçməyə başladıqdan sonra təxminən 2,5 metr məsafə qət etmişlər. Vurulma nəticəsində avtomobilin sürücüsü, Coşqun adlı şəxs, avtomobildən düşərək zərərçəkənlərə köməklik göstərmişdir. Onların vəziyyətinin ağır olduğu nəzərə alınaraq, sürücü hər iki şəxsi avtomobilinə mindirərək yaxınlıqda yerləşən xəstəxanaya aparmışdır. Orada ilkin tibbi yardım göstərildikdən sonra, zərərçəkənlər evə buraxılmışdır. Həmin vaxt, zərərçəkənin halının pis olduğunu nəzərə alaraq, Namiq barəsində hər hansı bir məlumatın olmadığı bildirilmişdir. Hadisə 05 iyul 2024-cü il tarixində, təqribən saat 02:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Məmmədquliyev küçəsində yolda baş vermişdir. Hadisə nəticəsində zərərçəkən xəsarət almış və Məhkəmə-Tibbi Ekspertizadan (MTE) keçmişdir. “Toyota Prius” markalı avtomobilin sürücüsü, hadisədən sonra adının Coşqun olduğunu bildirmiş və onları xəstəxanaya apararaq orada qəbul şöbəsinə baş vermiş hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v. 01); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/6039 nömrəli, 05 iyul 2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (i.v. 18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X5 Sabunçu Rayon Şöbəsinin 1616 nömrəli, 09 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Şahid sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol alın-gicgah nahiyəsinin dərialtı hematoması, sağ budun dərialtı hematoması və sıyrığı, sol bazu oynağında ağrı və hərəkət mədudluğu ilə müşayiət olunan sol bazu oynağı nahiyəsinin və sol budun qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v. 27- 28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X5 Sabunçu Rayon Şöbəsinin 1622 nömrəli, 10 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin əzilməsi ilə müşayiət olunan alın sümüyünün az yerini dəyişən açıq sınığı və həmin səviyyədə alın nahiyəsinin əzilmiş- cırılmış yarası; sağ əng və sağ almacıq sümüklərinin açıq-qəlpəli yerini dəyişən sınıqları və həmin səviyyədə sağ almacıq-yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası; sol bud nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələgələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (i.v. 29-31); Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-98263/2025 saylı məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 019643 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 61); Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. (i.v. 63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X3 Ekspertizasının 8/966 saylı, 30 may 2025-ci il tarixli rəyindən görünür ki, Toyota Prius markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 64-65); Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 68); Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə könüllü gəlmişdir. (i.v. 74); Qətimkan tədbiri seçilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. (i.v. 109-110); Sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibinə xitam verilmişdir. (i.v. 112-116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 59-60); Zərərçəkmiş şəxs 30 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73.3-cü maddəsinə və Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə və Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-520/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-520/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver