Məhkəmə qərarları › İş №1(008)-522/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-522/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-522/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs vəkili 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi «Ford Fusion» markalı, «az ** VK ***» dövlət qeydiyyat nişanlı avtomobili 05 iyun 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayı massivi, Pirşağı-Fatmayi yolu ilə Pirşağı qəsəbəsi istiqamətindən, Abşeron rayonu, Fatmayi qəsəbəsi istiqamətinə saatda 60 km sürətlə idarə edərkən Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən, «Araz» marketin yaxmlığmakı «Dərələyəz» kafesinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi «Qaz 2752» markalı, «az ** ZV ***» dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ çiynindən hərəkətə başlayıb sola doğru dönmə əməliyyatı apararaq əks isiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfiqi nişanlarıma xəttini kəsərək əks hərəkət zolağma çıxması ilə hərəkət üçün təhlükə yaransa da, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlarıma xəttini kəsərək sola doğru manevr edib əks hərəkət zolağma çıxması və ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi «Qaz 2752» markalı, «az ** ZV ***» dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına, nəticədə «Qaz 2752» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş beyin əzilməsi, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğalarının qapalı sınıqları, sol təpə, hər iki qulaq seyvanı, bel nahiyələrinin əzilmiş və səthi əzilmiş yaraları, qarın nahiyəsinin qançırı ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixdə təxminən saat 11:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi «Ford Fusion» markalı, «az ** VK ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayı massivi, Pirşağı-Fatmayi yolu ilə Pirşağı qəsəbəsi istiqamətindən, Abşeron rayonu, Fatmayi qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkət edirdi. Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən «Araz» marketin yaxınlığınakı «Dərələyəz» kafesinin qarşısına çatdıqda yolun sağ tərəfindən, yəni yolun qırağından «Qazel» markalı yük avtomobilinin onun hərəkəti istiqamətinə doğru manevr edərək yola daxil olduğunu görmüş, həmin vaxt o, idarə etdiyi avtomobilin tormoz əyləcini basıb avtomobili sola tərəf istiqamətləndirmişdir ki, avtomobillər toqquşmasın. Lakin məsafə çox yaxın olduğundan, «Qazel» markalı avtomobilin qəflətən onun hərəkət istiqamətimə manevir edib daxil olması səbəbindən o, avtomobili saxlaya bilməmişdir. Yolun əks hərəkət zolağına çıxmış, nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə «Qazel» markalı avtomobili sürücü tərəfdən, yəni sol yan hissəsindən vurmuşdur. Bundan sonra o, dərhal yerə düşərək, «Qazel» markalı avtomobilin sürücüsünə yaxınlaşmış və onun xəsarət aldığını görüb ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə sürücüyə köməklik göstərmişlər. Sonra ətrafda olan tanımadığı şəslərə sözünü çox pis hiss etdiyini deyib, hadisə yerinə təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Hal-hazırda onlar barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdə, təxminən saat 11:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, mülkiyyətində olan idarə etdiyi «Qaz 2752» markalı, «az ** ZV ***» dövlət qeydiyyat nişanlı yük avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətindən gəlmiş və yolun sağ tərəfində yolun ehtiyat hissəsində avtomobili saxlayaraq avtomobildən düşmüş, dükandan su alıb yenidən avtomobilə əyləşmiş və avtomobili Pirşağı-Fatmayi yolu ilə üzü Fatmayi qəsəbəsi istiqamətinə doğru hərəkətə gətirmişdir. O, əslində Pirşağı qəsəbəsi istiqamətinə getməliydi. Ona görə də yolun ehtiyat hissəsi ilə bir qədər hərəkət edib avtomobili saxlamış, sonra avtomobilin sol güzgüsündən arxaya baxmışdır ki, görsün Pirşağı qəsəbəsi istiqamətindən gələn avtomobil yoxdursa avtomobili sola manevr etdirib geriyə qayıtsın. Güzgüyə baxarkən arxadan avtomobil gəlməsini görməmiş, Fatmayi qəsəbəsi istiqamətindən isə bir neçə avtomobil gəlirdi. Həmin avtomobillərin keçməsini gözləmiş, yol boşaldldıqdan sonra avtomobili hərəkətə gətirib yola daxil olmuş və sola manevr edərək geri dönmək istəmişdir. Əks hərəkət zolağını keçib qutarana yaxın onunla eyni istiqamətdə hərəkət edən, yəni Pirşağı qəsəbəsi istiqamətindən, Fatmayi qəsəbəsi istiqamətinə hərəkətdə olan sonradan bildiyi «Ford Fusion» markalı, «az ** VK ***» dövlət qeydiyyat nişanlı avtomobil yolun əks hərəkət zolağma çıxaraq onun avtomobilinin sol yan hissəsindən vurmuş, zərbənin təsirindən həmin avtomobillə onun idarə etdiyi avtomobil bir neçə metr sürüşərək Fatmayi qəsəbəsi istiqamətindən gələn yolun sağ tərəfində yol kənarında dayanmışdır. Hal-hazırda onlar barışmışlar. Heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 8/619 saylı, 07 mart 2023-cü il tarixli yol nəqliyyat hadisələri məhkəmə eskpertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 1.2. «QAZ-2752» markalı, «az ** ZV ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4 «Ford Fusion» markalı, «az ** VK ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.Videogörüntüyə baxış keçirməklə hadisə mexanizmi ilə əlaqədar məlumatların, yəni nəqliyyat vasitələrinin hərəkət sürətlərini, təhlükə yaranan anda nəqliyyat vasitələri arasında olan məsafəni, onların qət etdiyi məsafələri və hərəkət üçün təhlükənin keçmə vaxtının müəyyən edilməsi yol-nəqliyyat hadisələrinin ekspertinin səlahiyyətinə aid deyildir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X1 Sabunçu rayon şöbəsinin 1206 saylı, 22 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin əzilməsi, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğalarının qapalı sınıqları, sol təpə, hər iki qulaq seyvanı, bel nahiyələrinin əzilmiş və səthi əzilmiş yaraları, qarın nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarm təsviri hissəsində göstərilən 05 iyun 2022-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 21 yanvar 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 03 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 93). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,116). Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar