Məhkəmə qərarları › İş №1(008)-523/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-523/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-523/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan bağları nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tavaylıq yolu deyilən ərazidə yerləşən mülkiyyətində və ona heç bir aidiyyəti olmayan boş 5 sot torpaq sahəsini alqı-satqısını rəsimləşdirib satacağına dair yalan vəd verib, 10 yanvar 2025-ci il tarixdə saat 19:24-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən «Zəfər 44» marketin daxilində olan «eManat» ödəmə terminalı vasitəsi ilə onun adına olan “Leobanka” aid 4098 5844 6060 2434 nömrəli kart hesabına göndərilməsinə nail olmaqla 300 manat, 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Maştağa Bələdiyyəsinin yaxınlığında nağd qaydada 900 manat, 13 yanvar 2025-ci il tarixdə saat 14:36-da ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə adına olan “Leobanka” aid 4098 5844 6060 2434 nömrəli kart hesabına göndərilməsinə nail olmaqla 1.400 manat, 14 yanvar 2025-ci il tarixdə saat 00:51-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə adına olan “Leobanka” aid 4098 5844 6060 2434 nömrəli kart hesabına göndərilməsinə nail olmaqla 2.000 manat, saat 00:53-də 2.000 manat, saat 00:55-də 1.700 manat, saat 00:57-də 250 manat olmaqla ümumilikdə 8.550 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, verdiyi vədi əməl etməyib ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 9.000 manat pul borcu olduğu üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində sahibsiz torpaq sahəsi tapıb həmin torpaq sahəsinin sahibi kimi özünü təqdim etməklə alıcını aldadıb, pul ələ keçirib borclarını ödəməyi qərara almışdır. Bu məqsədlə də Maştağa qəsəbəsi ərazisində Tavaylıq yolu deyilən ərazidə təxminən 3 tərəfi hasarlanmış, təxminən 5 sot torpaq sahəsini görüb, həmin torpaq sahəsinin satılması ilə bağlı “Maştağa Gündəmi” adlı elan saytında elan yerləşdirmişdir. Bir müddətdən sonra Nurlan adlı şəxs onun nömrəsini elandan əldə edib ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək torpaq sahəsi ilə maraqlanıb əraziyə baxmaq istədiyini demişdir. Nurlana torpaq sahəsinin ona məxsus olduğunu, sənədini hazırlatdırıb yaxın günlərdə ona təqdim edəcəyini yalandan bildirmişdir. Nurlan torpaq sahəsinə baxıb bəyəndikdən sonra onunla 8.550 manata razılaşmışdır. 12 yanar 2025-ci il tarixdə Nurlan ona torpağa görə 300 manat beh, 600 manat isə torpağın sənədlərini düzəltmək üçün nağd qaydada vermişdir. Bir neçə gündən sonra razlaşdıqları kimi Nurlan onun adına olan “Leobanka” aid 4098 5844 6060 2434 nömrəli bank kart hesabına hissəhissə olmaqla 13 yanvar 2025-ci il tarixdən 14 yanvar 2025-ci il tarixədək olan dövr ərzində ümumilikdə 7.650 manat pul göndərmişdir. Həmin torpaq sahəsinə sənəd düzəltmək üçün Maştağa Bələdiyyəsində işləyən Tatyana adlı qadına 600 manat vermişdir. Tatyana sənəd düzəldəcəyini söz versə də, sonradan həmin torpaq sahəsinə sənəd düzəltmək mümkün olmadığını demişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-də aparılan araşdırma zamanı Tatyanaya verdiyi 600 manat pul ona qaytarılmışdır. Nurlandan alıb ələ keçirdiyi 8.550 manat pulu borclarına ödəmişdir. Hazırda zərərçəkmiş şəxsə ziyanı tam olaraq ödəmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadığı ev balaca olduğu üçün torpaq sahəsi alıb özünə ev tikdirmək qərarına gəlib, bu məqsədlə də torpaq sahəsi axtarmışdır. Sosial şəbəkə vasitəsi ilə torpaq sahəsi axtararkən «Maştağa gündəmi» elan saytından ***-***-**-** mobil nömrəni əldə edib Elçin adlı şəxslə əlaqə saxlamışdır. Sonradan Elçinlə görüşüb birlikdə onun satdığı torpaq sahəsinə baxıb, 5 sot torpaq sahəsini 8.550 manata almağa razılıq vermişdir. Bir neçə gündən sonra razılaşmaya əsasən «eManat» ödəmə terminalı vasitəsi ilə Elçinin 4098 5844 6060 2434 saylı «Leobank» kart hesabına hissə-hissə olmaqla ümumilikdə 7.650 manat pul göndərmişdir. Polis şöbəsində izahatında göndərdiyi pulun məbləğini səhvən 7.400 manat qeyd etmişdir. Elçinə beh və torpağın sənədləşməsini həll etmək üçün əlavə olaraq ümumilikdə 900 manat pul vermişdir. Sonradan bilmişdir ki həmin torpaq sahəsi Elçinə məxsus deyil onu aldatmışdır. Bundan sonra Elçinlə əlaqə saxlamaq istəsə də, o müxtəlif bəhanələr gətirib onunla görüşməkdən yayınıb, pulunu geri qaytarmamışdır. Ümumilkdə Elçin ondan 8.550 manat pul alıb verdiyi vədi əməl etməyib ona qarşı dələduzluq etmişdir. Konkret olaraq 10 yanvar 2025-ci il tarixdə saat 19:24-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən «Zəfər 44» marketin daxilində olan «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 300 manat göndərmiş, 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Maştağa Bələdiyyəsinin yanında 300 manat torpağa görə və 600 manat torpağın alqı-satqısını həyata keçirmək üçün sənədlərin hazırlanmasından ötrü Elçinə 600 manat, ümumilikdə 900 manat nağd qaydada pul vermiş, 13 yanvar 2025-ci il tarixdə saat 14:36-da ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 1.400 manat, 14 yanvar 2025-ci il tarixdə saat 00:51-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 2.000 manat, 14 yanvar 2025-ci il tarixdə saat 00:53-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 2.000 manat, 14 yanvar 2025-ci il tarixdə saat 00:55-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 1.700 manat, 14 yanvar 2025-ci il tarixdə saat 00:57-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 250 manat göndərmişdir. Ödəmə terminalında nasazlıq olduğu üçün pulları hissə-hissə ödəmişdir. Pulu verərkən yanında kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs torpağın sənədləri bələdiyyədə olduğunu deyib, ona heç bir sənəd göstərməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərdi ki, 2025-ci ilin təxminən yanvar ayının 07 və ya 08-də bir nəfər adını xatırlamadığı, telefon nömrəsini unutduğu şəxs onun mobil telefonuna zəng edib bildirmişdir ki, onun nömrəsini guya tanışından əldə etmişdir. Maştağa qəsəbəsi Tavaylıq deyilən ərazidə qohumunun torpaq sahəsi olduğunu həmin torpaq sahəsinin sənədləri itdiyini, torpaq sahəsinə bələdiyyə sənədləri lazım olduğunu deyib, xahiş etmişdir ki, həmin torpağa bələdiyyə sənədləri verilməsində köməklik etsin. Həmin şəxsə arxiv idarəsinə və ya Asan xidmətə müraciət etməklə sənədləri arxivdən əldə etmək mümkün olduğunu bildirmişdir. Təxminən 1 və ya 2 gündən sonra əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı Elçin adlı şəxs Maşatağa Bələdiyyəsinə gəlib, onunla görüşüb bildirmişdir ki, bir neçə gün əvvəl onunla qohumunun torpaq sahəsi ilə bağlı danışmışdır. Elçinə izah etmişdir ki, sənədləri arxiv idarəsindən almaq olar və həmin idarəyə müraciət etsin. Lakin Elçin ondan xahiş etmişdir ki, torpağa eskiz-layihə çəkdirməkdə köməklik etsin və onun xahişi ilə Maştağa qəsəbəsi Xanlar küçəsində Tavaylıq deyilən əraziyə getsin. Artıq Elçinin əl çəkməyəcəyini görüb onunla torpaq sahəsinin olduğu ünvana getməyə razılıq vermişdir. Torpaq sahəsinin olduğu ünvana getdikdə 2 və ya 3 sot torpaq sahəsi üzərində yarım tikilini Elçin ona göstərib bildirmişdir ki, ona məxsusdur. Elçinlə söhbət edərkən Elçinin danışığından hiss etmişdir ki, torpaq ona məxsus deyil və Elçin saxta sənəd əldə etməklə başqa bir şəxsi aldadıb həmin torpaq sahəsini satıb pul əldə etmək niyyətindədir. Bunu birüzə verməyib Bələdiyyəyə qayıtmış, Elçinə isə eskiz- layihə çəkən şəxs tapıb onunla görüşdürəcəyini deməklə özündə uzaqlaşdırmaq istəmişdir. Elçin çıxıb gedərkən ona bir neçə gündən sonra torpağı almaq istəyən şəxslə yanına gələcəyini, həmin şəxsin yanında ona güya torpağın sənədləri onda olduğunu deməyi xahiş etmişdir. Elçinin bu söhbətləri şübhə yaratdığı üçün Sabunçu RPl-nin 14-cü PŞ-yə müraciət etmişdir. Təhqiqatçının təklifi ilə Elçinin izahatının alınıb məsələyə aydınlıq gətirmək üçün, o eskiz-layihə çəkən tanışı İslamdan xahiş etmişdir ki, onunla torpaq sahəsinə getsin və orada lazımi qeydlər aparsın. Elçin ona layihə çəkən şəxsə verməkdən ötrü 600 manat pul vermişdir. Elçin hətta eskiz layihə çəkənə 1.000 manat verməyə belə hazır olmuşdur, bu da onun özünü şübhəli aparmasına əsas vermişdir. Təxminən 17 yanvar 2025-ci il tarixdə Nizami Hüseynovun təklifi ilə Maştağa qəsəbəsində Tavaylıq deyilən ərazidə Elçin, Elçinin ona torpaq sahəsini alacaq şəxs kimi təqdim etdiyi oğlan və bir nəfər vəkil kimi təqdim etdiyi şəxslə görüşmüşdür. İslam torpaq sahəsinə baxıb qeydlər aparmışdır. Hətta Elçin ondan müştərinin yanında torpaq sahəsinin sənədləri ilə bağlı söhbət etdikdə, o Elçinin və Nizami Hüseynovun dediyi kimi torpağın sənədləri guya onda olduğunu demişdir. Bələdiyyədən çıxarkən Nizami Hüseynova mesaj yazıb bildirmişdir ki, torpaq sahəsinin olduğu ünvana gedirlər. Nizami Hüseynov da həmin ünvana polis əməkdaşları göndərmiş, onlar da gəlib 14-cü PŞ-yə getməyi təklif etmişdirlər. Polis şöbəsində izahatları alınmışdır. Elçinin verdiyi 600 manat pulu da Nizami Hüseynova vermişdir ki, Elçinə qaytarsın. 2025-ci ilin yanvar ayının sonlarında özünü Zərərçəkmiş şəxs kimi təqdim etmiş şəxs ona zəng edib Elçin tərəfindən aldadıldığını, Elçinin guya ona sənədli torpaq sahəsi satacağı adı ilə ondan 8.000 və ya 9.000 manat pul alıb, verdiyi vədi əməl etmədiyini demişdir. Bundan sonra artıq bilmişdirki, Elçin dələduzluq yolu ilə pulu ələ keçirməklə məqsədinə nail olmuşdur. Elçin adlı şəxs ona Zərərçəkmiş şəxs aldığı puldan hər hansı bir məbləğdə pul verməyib, şəxsən Elçinlə heç bir münasibəti olmamış və yoxdur, Zərərçəkmiş şəxs torpağın satılmasında heç bir marağı olmamışdır. Zərərçəkmiş şəxs tanımamış, onu aldadıb pulunu alıb ələ keçirmək niyyətində olmamış, Elçinlə əvvəlcədən Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirməklə bağlı hər hansı bir razılaşması, sövdələşməsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar Massivi 67 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 08-10); Baxış keçirilməsi haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən izahatına əlavə edilmiş ödəniş qəbzlərinə, Zərərçəkmiş şəxs iştirakı ilə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 10 yanvar 2025ci il tarixdə saat 19:24-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən «Zəfər 44» marketin daxilində olan «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 300 manat;yanvar 2025-ci il tarixdə saat 14:36-da ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 1.400 manat;yanvar 2025-ci il tarixdə saat 00:51-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 2.000 manat;14 yanvar 2025-ci il tarixdə saat 00:53-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 2.000 manat;14 yanvar 2025-ci il tarixdə saat 00:55-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 1.700 manat;14 yanvar 2025-ci il tarixdə saat 00:57-də ünvan 2 ünvanında fəaliyyət göstərən «Tac» marketin daxilində olan «mpay» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi 60602434 olan bank kart hesabına 250 manat göndərilmişdir.Baxışda iştirak edən zərərçəkmiş şəxs X1 bildirmişdir ki, həmin məbləğlər onun tərəfindən Təqsirləndirilən şəxs torpaq sahəsi alınmasından ötrü ödəmə terminalı vasitəsi ilə ödənilmişdir(i.v.43); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur(i.v.55-56); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində saxlanılaraq Sabunçu RPİ MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir(i.v.75); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 may 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.110); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan olan 8500 manatdan 5000 manat ödənilmişdir(i.v.112); Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir(i.v.113); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, dərhal məhkəmə iclasından azad edilmiş, ev dustaqlığında saxlama müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir(i.v.114-116); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 21 may 2025ci il tarixdən 13 avqust 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02(iki) ay 23(iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan bağları nömrəsiz fərdi yaşayış evi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdən 13 avqust 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02(iki) ay 23(iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05(beş) ay 16(on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Muşalan bağları nömrəsiz fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar