Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-527/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Balakən rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu, Gərəkli ərazi Dairəsi, Gərəkli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ildə «Elşən» adlı şəxsə məxsus ünvan 1 ünvanında yerləşən “Sonanın kafesi” adlı kafeni icarəyə götürüb orada tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş, bu məqsədlə kafedə olan otaqlardan ikisini cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olan Şahid5 və Şahid6 kafedə kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, 03 mart 2022-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 və Şahid5 kişi müştəri ilə kafedə pul müqabilində cinsi əlaqədə olmaları aşkar edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Sonanın kafesi” adlanan kafeni təxminən 6 il olar ki, Elşən adlı şəxsdən günü 10 manat olmaqla qeyri rəsmi icarəyə götürüb işlədir. Kafenin icarəyə götürülməsi ilə bağlı hər hansı bir rəsmi müqavilə bağlanmamış, kafedə inzibatçı vəzifəsində Şahid7, xadimə Ayizə Nurmaqomedova və ofisiant vəzifəsində Rübabə Abdullayevə işləyirlər. Onların heç biri ilə müqavilə bağlanılmamışdır. Şahid6 və Şahid5 isə kafedə sadəcə kişi müştərilərlə əyləşir, onların daha çox sifariş vermələrinə şərait yaradırdılar. O, həmin qızlara kiminləsə cinsi əlaqədə olmalarını deməmiş və onlardan buna görə hər hansı məbləğdə pul istəməmişdir. O, sadəcə qızlara kişi müştəriləri əyləndirməyə şərait yaratmışdır və həmin əməlindən peşmandır. Qızların müştəriləri əyləndirməsi müqabilində onlar 5- 10 manat pul qazanırdılar. O, istintaq zamanı yazılmış ifadələrini oxumamış və oxumadan imzalamışdır. Həmin ifadələri təsdiq etmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid5 cəmi 3 gün idi ki, kafeyə gəldiyini, onun yanına gələrək xəstə olduğunu və pula ehtiyacının olduğunu bildirdiyini, Aruzənin müştərilərlə əyləşərək deyib-güldüyünü və onları əyləndirdiyini, kafedə iki istirahət otağının olduğunu və həmin otaqların işçilərin istirahəti üçün nəzərdə tutulduğunu, qızların həmin otaqlarda cinsi əlaqədə olmalarından xəbərinin olmadığını və həmin vaxt işdə olmadığını, Şahid6 həftədə bir neçə gün kafeyə gəldiyini, qızların işinin müştəriləri qarşılamaq və müştərilərin istəyi ilə onlarla oturmaq olduğunu, qızların müştəriləri əyləndirməkdə məqsədinin onların daha çox sifariş etmələri və kafenin gəlirinin artması olduğunu, qızların müştərilərlə cinsi əlaqədə olmaq fikirlərini bildiyini, buna etiraz etməsə də bunun müqabilində qızlardan pul istəmədiyini, iş saatının səhər 9-da başladığını, gecə saat 1-2 radələrindək orada olduqlarını, Şahid7 uzun müddətdir ki, həmin kafedə işlədiyini, kafeni silib-süpürdüyünü, o, özü orada olmadıqda kafeyə nəzarət etdiyini, kafenin adının “Sonanın kafesi” deyil, “Yağmur” olduğunu, insanların öz aralarında kafeni “Sonanın kafesi” kimi adlandırdıqlarını, Aruzə ilə Gülnarənin gündəlik gəlirə uyğun işləyərək həmin gəlirə uyğun gündəlik pul aldıqlarını, Səid adlı şəxsi tanımadığını, gündə təxminən 5-6 manat qızlara pul verdiyini, qızların kişilərlə cinsi əlaqədə olmasına icazə vermədiyini, nə də qadağa qoymadığını, kafedə istirahət üçün nəzərdə tutulmuş otaqlarda cinsi əlaqədə olmaq üçün şərait olduğunu, lakin həmin otaqların bu məqsədlə ayrılmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, kafeyə cəmi 3 gün idi ki, gəlmişdir. Onun işi stol arxasında müştərilərlə əyləşmək, onları əyləndirmək və daha çox sifariş vermələrinə nail olmaq idi. O, Təqsirləndirilən şəxs yanına gələrək işə ehtiyacı olduğunu bildirmiş, Sona isə ona kafedə işləyə biləcəyini bildirmişdir. Oturduğu hər stoldan ona 1-2 manat pul verilirdi. Hadisə günü bir oğlan gəlib içdikdən sonra onu mətbəx tərəfə çağıraraq sözünün olduğunu bildirmiş, həmin vaxt polislər gələrək onları bölməyə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid5 Təqsirləndirilən şəxs cəmi bir dəfə işə qəbul olan gün gördüyünü, Sonanın ona “gəl işlə, stollarda müştərilərlə oturacaqsan” dediyini, stol arxasında kişi müştərilərlə əyləşərək əyləndiklərini, belə olan halda müştərilərin daha çox sifariş verdiklərini, kafedə zal, mətbəx və sanitar qovşaq olduğunu, əlavə otaqların olmadığını, Səid adlı şəxsi əvvəllər tanımadığını, həmin kafedə heç kəslə cinsi əlaqədə olmadığını, hər gün ona hər stoldan 3-5 manat pul çatdığını, həmin gün Səidlə stol arxasında oturduqlarını, Səidin ona bizon içkisi aldığını, Gülnarənin həmin gün Səidlə stol arxasında oturmasını görsə də, otağa keçdiklərini görmədiyini, Səidin onu otağa tərəf çağırdığını, Səid otağa keçsə də, özünün otağa keçmədiyini və otağın qapısının ağzında dayandığını, həmin vaxt polislərin gəldiyini, bölmədə ona hər hansı təsir-təzyiq olmadığını, ifadəsini onun sözləri ilə müstəntiqin yazdığını, lakin oxumadan imzaladığını, kafedə kiminsə cinsi əlaqədə olmasını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan və ona yalan ifadə verməyə cinayət məsuliyyəti daşıması barədə yenidən xəbərdarlıq edildikdən sonra Şahid5 polislər kafeyə gəldikləri gün Gülnarənin Səidlə otaqlardan birində cinsi əlaqədə olduğunu, hansı məbləğ müqabilində cinsi əlaqədə olmasını bilmədiyini, özünün Səidlə cinsi əlaqədə olmadığını, pula ehtiyacının olduğunu və bu səbəbdən Səidin ona təklif edəcəyi təqdirdə özünün də Səidlə cinsi əlaqədə olacağını, lakin Səid ona belə bir təklif etmədən polis əməkdaşlarının gəldiklərini, müştərilərdən sifarişlərə görə alınan pullardan ona 3-5 manatı Təqsirləndirilən şəxs verdiyini, həmin pullardan Təqsirləndirilən şəxs nə qədər pul çatdığını bilmədiyini, Səidlə cinsi əlaqədə olacağı təqdirdə buna görə Səidin verəcəyi puldan Təqsirləndirilən şəxs özünün ona müəyyən məbləğ verəcəyini, bu barədə aralarında konkret məbləğlə bağlı razılıq olmadığını, Gülnarənin cinsi əlaqədə olması müqabilində ona verilmiş məbləğdən Təqsirləndirilən şəxs nə qədər pul verildiyini bilmədiyini göstərmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, onun anası xəstə olduğundan kafeyə hər gün gələ bilməmiş, həftədə 1 dəfə, ayda ən azı 2-3 dəfə gəlirmiş. O, müştərilərlə stol arxasında əyləşərək onlara əlavə sifariş verdirirdi. Hadisə günü bir nəfər oğlan kafeyə gəlmiş, sonradan həmin şəxsin adının Səid olduğunu bilmişdir. O, Səidin yanında əyləşmiş və Səid ona içki almışdır. Səid ona cinsi əlaqədə olmağı təklif etmiş, o isə ehtiyacı olduğundan razılaşmışdır. Lakin o, mütəmadi olaraq həmin fəaliyyətlə məşğul olmur. Sadəcə anası xəstə olduğundan pula ehtiyacı olmuş və bu səbəbdən Səidlə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid6 oturduğu hər stolun hesabından ona 5-10% gəlir çatdığını, Səidlə 20 manat müqabilində cinsi əlaqədə olduğunu, həmin puldan Təqsirləndirilən şəxs heç nə vermədiyini, Aruzəni sadəcə kafedə gördüyünü və yaxşı tanımadığını, o, zalda əyləşən zaman Aruzə ilə Səidin hara getdiklərini görmədiyini, polislər gələn zaman Aruzənin mətbəxdə, Səidin isə ayaq yolundan olduğunu, Təqsirləndirilən şəxs kafenin gəlirindən nə çatdığını bilmədiyini, kafeyə nadir hallarda getdiyindən bu məsələlərdən xəbərsiz olduğunu, Şahid7 otaqdan istifadə etmək üçün icazə istədiyini, Şahid7 həmin gün ona bir dəfə cinsi əlaqədə olmaq üçün otaqdan istifadə etməyə icazə verdiyini, cinsi əlaqədə olması ilə bağlı Şahid7 ondan pul istəmədiyini, o, özü istədiyi təqdirdə həmin puldan 5-10 manat Sonaya hörmət edə biləcəyini, cinsi əlaqədə olmasına görə pulu Səiddən özünün aldığını, Səidin həmin pulu Şahid7 vermədiyini, Səidin ancaq içkilərin pulunu Şahid7 verdiyini, istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, kafedə təmizlik işlərinə baxır. Müştərilər kafeyə gələrək çay, pivə və enerji içkiləri içirlər. Kafedə olan qızlar isə müştərilərlə əyləşərək onları əyləndirirlər. Stolların hesabını özü yığır. Kafedə kiminsə cinsi əlaqədə olmasından xəbəri olmamışdır. İstintaq zamanı ifadələrini oxumadan imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid7 kafenin Sabunçu bazarının yanında yerləşdiyini, adının isə “Yağmur” olduğunu, kafeni icarə əsasında Təqsirləndirilən şəxs işlətdiyini, kafedə zal, ayaq yolu və mətbəx olduğunu, başqa hər hansı otağın olmadığını, Gülnarə və Aruzənin kafedə müştərilərlə əyləşərək onları əyləndirdiklərini, onların kiminləsə cinsi əlaqədə olmasını görmədiyini, hadisə günü kafedə olan oğlanın, yəni Səidin ondan ayaqyolunun yerini soruşduğunu, ayaqyoluna getdiyi zaman polis əməkdaşlarının gəldiklərini, Səid adlı şəxsi tanımadığını, hadisə günü ilk dəfə gördüyünü, Səidin ona 50 manat pul verdiyini, həmin 50 manatın bütöv pul olduğunu, Səidin ona 50 manatı verərək xırdasını qaytarmasını bildirdiyini, Səidin içdiklərinin hesabının cəmi 9 manat etdiyini, qızların heç kimlə otağa keçmədiyini, keçmişlərsə də, özünün belə bir şey görmədiyini, müstəntiqin ona təzyiq edərək ifadələrini imzalatdırdığını bildirmişdir. Şahid7 dəfələrlə ona ünvanlanmış suala cavab olaraq kafedə zal, mətbəx və ayaqyolundan başqa otaq olmadığını bildirsə də, məhkəmə iclasında ona kafedə olan iki yataq taxtı ilə təchiz olunmuş otaqların fotoşəkilləri göstərildikdən sonra o, kafedə əlavə iki otağın olduğunu, həmin otaqlardan birinin onun, digərinin isə yemək bişirən qadının istirahəti üçün nəzərdə tutulduğunu bildirmiş, sədrlik edən tərəfindən şahidə “hansı səbəbdən məhkəmədən kafedə iki əlavə otağın olmasını gizlətməyə çalışması”na dair sual ünvanlansa da, şahid susaraq həmin suala cavab verə bilməmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fərdi qaydada kosmetik əşyaların alqı-satqısı ilə məşğul olur. ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi “Sonanın kafesi” adlanan kafedə işləyən qadınlara nisyə kosmetik əşyalar satmışdır. 03 mart 2021-ci il tarixdə, 14 radələrində nisyə verdiyi kosmetik əşyaların pulunu almaqdan ötrü həmin kafeyə getmişdir. Kafeyə daxil olduqdan az sonra polis əməkdaşları kafeyə gəlib kafedə olmuş şəxsləri polis idarəsinə dəvət etdikləri üçün onlar polis idarəsinə getmişdirlər. Təqsirləndirilən şəxs icarəyə götürüb işlətdiyi kafedə qadınların kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmalarına şərait yaratması, bunun müqabilində gəlir əldə etməsi, fahişəliklə məşğul olmaq üçün həmin kafedə əxlaqsız yuva təşkil edirərək, bu məqsədlərlə sahələr verməsi, kafedə yerləşən 2 ədəd otaqdan hansı məqsədlərlə istifadə olunması barədə məlumatı olmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, müxtəlif şəxslərdən eşidib bilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində, yəni Sabunçu bazarının yaxınlığında “Sonanın Kafesi” adlanan obyektdə qadınlarla pul müqabilində cinsi əlaqədə olmaq olar. Cinsi ehtirasını təmin etmək məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 14 radələrində həmin ünvana getmiş, orada çay sifariş verib bir qədər oturduqdan sonra kafedə olmuş, əvvəllər tanımadığı Sona Razayeva gəlib onunla əyləşərək istədiyi təqdirdə kafedə olan qızlarla cinsi əlaqədə olmasının mümkün olduğunu bildirmişdir. O, isə razılaşmışdır. Bundan sonra o, Gülnarəyə onunla cinsi əlaqədə olmaq istədiyini dedikdə, Gülnarə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılaşmış və kafedə ayrıca təchiz edilmiş otağa keçib cinsi əlaqədə olmuşlar. 20 manat pulu kafedə inzibatçı vəzifəsində işləyən əvvəllər tanımadığı Şahid7 vermişdir. Gülnarə ilə cinsi əlaqədə olub qurtardıqdan sonra kafedə bir qədər də oturmuş və sonra yenə cinsi əlaqədə olmaq istədiyi üçün, kafedə olmuş digər qadın, yəni Şahid5 yaxınlaşıb onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Aruzə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılıq vermiş və Şahid7 ondan 20 manat aldıqdan sonra Aruzə ilə ayrıca otağa keçmişdir. Sonuncu dəfə 20 manat verdikdə Şahid7 əlavə 10 manat da içdiyi içkilərin pulunu vermişdir. Aruzə ilə cinsi əlaqədə olan zaman kafenin içərisindən səsküy səsləri eşitmişdir. Həmin vaxtı Aruzə qaçaraq otaqdan çıxmış, o isə paltarını düzəldib otaqdan çıxan zaman polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları kafeyə baxış keçirib, maddi sübut kimi Şahid7 onun verdiyi 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinazlar təhvil alınmış və cinsi əlaqədə olduğu otaqda çarpayı üzərində olmuş istifadə olunmamış 03 ədəd qoruyucu vasitələr götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis idarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid9 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında tədbir keçirilmiş və Sabunçu bazarı yaxınlığında olna kafedə əxlaqsız yuvası aşkar edilmişdir. Hadisənin üzərindən uzun zaman keçdiyindən detalları xatırlamır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid9 onlar kafeyə daxil olan zaman içəridə 4-5 nəfər qadın olduğunu, kənarda olan otaqda qızla oğlanın paltarlarını geyindiklərini, onlara sual verilən zaman ikisinin də cinsi əlaqədə olduqlarını etiraf etdiklərini, kafedə bir ədəd içərisində qızların adları və görüşdükləri şəxslərin ödədikləri pullar yazılan kitabın aşkar edildiyini, həmin gün qızların 20-30 manat müqabilində cinsi əlaqədə olmalarını etiraf etdiklərini, Səid adlı şəxsi tanımadığını, Təqsirləndirilən şəxs həmin vaxt kafedə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, hadisədən uzun zaman ötdüyündən dəqiq xatırlamır. Xatırladığı ondan ibarətdir ki, Sabunçu bazarının yaxınlığında yerləşən kafedə keçirilən əməliyyat tədbiri zamanı qrupun üzvü olmuşdur. Tədbirdən öncə əxlaqsız yuvasının olduğunu və tədbir keçirməli olduqlarını bildirmişlər. O, kafeyə daxil olmamış və çöldə gözləmişdir. O, kafenin içərisində nə baş verdiyini bilməmişdir. Ona çöldə gözləməli olduğu bildirildiyindən o, çöldə gözləmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edildikdən sonra ona ifadələri arasında olan ziddiyyətləri nə ilə izah edə biləcəyinə dair sual ünvanlandıqda Şahid11 hadisədən uzun zaman ötdüyünü, ötən müddət ərzində dəfələrlə müxtəlif əməliyyat tədbirlərində iştirak etdiyini, bəzi məqamları qarışdırmasının mümkün olduğunu bildirərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis idarəsinin Cinayət Axtarışı İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Şahid8 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəbəsi Mayakovski küçəsi, yol kənarında yerləşən «Sonanın kafesi» kimi tanınan obyektin əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi barədə tərəflərindən əldə olunmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, kafe adı altında əxlaqsız yuvası kimi fəaliyyət göstərən obyektin ifşa olunması və təqsirkarın yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi məqsədi ilə Bakı şəhər Baş Polis idarəsinin rəisi, polis generalmayoru Əkbər İsmayılova 03 mart 2022-ci il tarixdə raportla məruzə olunmuşdur. 03 mart 2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov tərəfindən imzalanmış Ə99-039-22 nömrəli əmr əsasında qeyd edilən məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhər Baş Polis idarəsinin Cinayət-Axtarışı İdarəsinin əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid9, polis mayoru Şahid10, polis kapitanı Şahid11 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçiriləcəyi barədə ərazi aidiyyəti üzrə Sabunçu RPİ-in 12ci PŞ-in rəhbərliyinə məlumat verilməklə, əməliyyat-axtarış tədbirində təhqiqatçının iştirakının təmin edilməsi bildirilmişdir. 03 mart 2022-ci il tarixdə saat 15:00-da yuxarıda adlarını qeyd etdiyi əməliyyat qrupunun üzvləri, 12-ci PŞ-in təhqiqatçısı, polis kapitanı X6 və hal şahidlərinin iştirakları ilə əməliyyat məlumatların yoxlanılması məqsədi ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Mayakovski küçəsi yol kənarında yerləşən “Sonanın kafesi" kimi tanınan obyektə gedilərək baxış keçirilmişdir. Kafeyə daxil olduqda əməliyyat qurupunu qarşılayan, özünü kafenin əməkdaşı kimi təqdim edən Şahid7 xidməti vəsiqələrini göstərib DİN- in Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları olduqlarını bildirdikdə və daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə çıxarılmış qərar əsasında kafeyə baxış keçirmək üçün icazə istənilmişdir. Şahid7 onların təkliflərinə etiraz etməmişdir. Baxış zamanı kafenin zaldan, zalda 4 ədəd masadan, zaldan keçərək mətbəxə, mətbəxdən isə ayaqyolu və ayaqyolunun sol tərəfində 2 ədəd qapıları pərdə ilə örtülmüş yataq ləvazimatları ilə təchiz edilmiş otaqlardan ibarət olduğu müəyyən edilmişdir. Kafedə zalda 4 nəfər qadın olmuşdur. Sonradan isə mətbəx tərəfdən 1 nəfər qadın gəldiyi məlum olmuşdur. Onların şəxsiyytəi ilə maraqlandıqda məlum olmuşdur ki, onlar Şahid3, X4, Şahid7, Şahid1 və Şahid6dır. Mətbəxə daxil olduqda orada yerləşən ayaqyolunda bir qadının, sol tərəfdə yerləşən otaqda isə bir nəfər oğlanın yarıçılpaq vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin şəxslərin şəxsiyyətlərini müəyyən olunması və kafeyə gəlmək məqsədlərini öyrənmək üçün onlara suallar verilmişdir. Onların Şahid2 və Şahid5 olduqları müəyyən edilmişdir. Şahid2 etiraf edərək bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün 03 mart 2022-ci il tarixdə saat 14:00-da kafeyə gəlmiş, orada ilk olaraq 20 manat müqabilində Şahid6 ilə, daha sonra təkrarən 20 manat müqabilində Şahid5 ilə cinsi əlaqədə olmaq və əyləşdiyi masanın hesabını bağlamaq üçün kafedə inzibatçı işləyən Şahid7 ümumilikdə 50 manat vermişdir. Qeyd edilən otaqlarda ilk olaraq Şahid6 ilə sonra isə Şahid5 ilə cinsi əlaqədə olmuşdur. Şahid6 maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, 03 mart 2022-ci il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs işlətdiyi “Sonanın kafesi” deyilən kafedə olan zaman Səid adlı şəxsin gəldiyini, orada bir az oturduqdan sonra onunla cinsi əlaqədə olmağı təklif etdiyini, razılaşaraq 20 manat müqabilində onunla cinsi əlaqədə olmaq üçün kafedə təchiz edilmiş otağa keçib onunla cinsi əlaqədə olduğunu, 20 manat pulun isə kafenin inzibatçısı Şahid7 aldığını, Səid onunla cinsi əlaqədə olduqdan sonra kafedə olan Şahid5 ilə də cinsi əlaqədə olmaq barədə razılığa gəldiyini, Sonaya 20 manat verib Aruzə ilə cinsi əlaqədə olmaq üçün ayrıca otağa keçdiyini, bundan başqa kafedə oturan zaman içdiyi içkilərin pulunu verməkdən ötrü Sonaya əlavə olaraq 10 manat verdiyini, Aruzəgil otaqda cinsi əlaqədə olan zaman özü ayaqyolunda olduğunu, həmin vaxtı polis əməkdaşları kafeyə gəldiklərini bildirmişdir. Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 Təqsirləndirilən şəxs işlətdiyi “Sonanın kafesi” deyilən kafedə günə 15 manata xadimə işlədiyini, həmin kafedə kimin nə işlə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. X1 Sona Şəmsəddin qızının işlətdiyi “Sonanın kafesi” deyilən kafedə günü 15 manata ofisiant işlədiyini, həmin kafedə kimin nə işlə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. Şahid1 kosmetik əşyalar alıb-satmaqla məşğul olduğunu, Təqsirləndirilən şəxs işlətdiyi “Sonanın kafesi” deyilən kafedə işləyən şəxslərə kosmetik əşyaları nisyə satdığından pullarının yığmaqdan ötrü həmin kafeyə gəldiyini, kafedə kimin nə işlə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. Kafenin inzibatçısı Şahid7 Təqsirləndirilən şəxs işlətdiyi “Sonanın kafesi” deyilən kafedə inzibatçı işlədiyini, günə 6 manat əmək haqqı aldığını, 03 mart 2022-ci il tarixdə saat 14:00-da kafeyə Səid adlı şəxsin gəldiyini, orada bir az oturduqdan sonra kafedə olan Şahid6 ilə cinsi əlaqədə olmağı təklif etdiyini, Gülnarənin onunla razılaşaraq 20 manat müqabilində cinsi əlaqədə olmaq üçün təchiz edilmiş otağa keçib cinsi əlaqədə olduğunu, 20 manat pulun isə onun aldığını, sonra isə Səidin kafedə olan digər qadın Şahid5 ilə də cinsi əlaqədə olmaq istədiyini bildirib 20 manat müqabilində Aruzə ilə cinsi əlaqədə olmağa razılaşdığını, yenə də Səiddən 20 manat Aruzə ilə cinsi əlaqədə olmaqdan ötrü, 10 manat isə içdiyi içkilərin pulunu aldığını qeyd etmişdir. Şahid7 Şahid2 alınan pulun əməliyyat qrupuna təqdim etməsi təklif olunduqda, Şahid7 iki ədəd 20 manatlıq və iki ədəd 5 manatlıq əskinaslardan ibarət 50 manatı təqdim etmişdir. Təqdim olunmuş pul əskinasları hal şahidlərinin iştirakı ilə götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Kafeyə baxış keçirilərkən mətbəxə girdikdə qarşıda sol tərəfdə yerləşən otaqda olan çarpayının üzərindən 03 ədəd istifadə olunmamış qoruycu vasitə aşkar edilərək müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Qeyd olunanlarla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunaraq, ucadan oxunmuş, əlavə və düzəliş daxil olmamış, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 digər Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər X4, Şahid3, Şahid12 və Şahid13 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, yol kənarında yerləşən “Sonanın kafesi” kimi tanınan kafeyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, kafedə zalda 4 nəfər qadın var. Sonradan mətbəx tərəfdən 1 nəfər qadın gəlmiş, onların şəxsiyyəti maraqlandıqda həmin qadınların X2, Şahid4, Şahid7 və Şahid1 olmaları məlum olmuş, kafedə olan mətbəxə daxil olduqda oarada yerləşən ayaqyolunda bir qadının, sol tərəfdə yerləşən otaqda isə bir nəfər oğlanın yarıçılpaq olması müəyyən edilmiş, həmin şəxs-Şahid2 cinsi əlaqədə olmaq üçün 03 mart 2023-cü il tarixdə, saat 14:00-da kafeyə gəldiyini, orada ilk olaraq 20 manat müqabilində Şahid6 ilə, daha sonra təkrarən 20 manat müqabilində Şahid5 ilə cinsi əlaqədə olmaq və əyləşdiyi masının hesabını bağlamaq üçün kafedə inzibatçı işləyən Şahid7 50 manat pul pul verdiyini bildirmişdir (i.v.12-18). “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 244.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Şahid7 götürülmüş 02 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq əskinazlar, 03 ədəd istifadə olunamış qoruyucu vasitə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.163-172). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıbbaşlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməsə də, məhkəmə onun məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin iş materiallarında olan sübutlarla və dindirilmiş şahid ifadələri ilə təsdiq edilmədiyini nəzərə alaraq onun həmin ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Sonanın kafesi” adlanan kafeni təxminən 6 il olar ki, Elşən adlı şəxsdən günü 10 manat olmaqla qeyri rəsmi icarəyə götürüb işlədir. Kafenin icarəyə götürülməsi ilə bağlı hər hansı bir rəsmi müqavilə bağlanmamış, kafedə inzibatçı vəzifəsində Şahid7, xadimə Ayizə Nurmaqomedova və ofisiant vəzifəsində Rübabə Abdullayevə işləyirlər. Onların heç biri ilə müqavilə bağlanılmamışdır. Şahid6 və Şahid5 kafedə faişəliklə məşğul olmuşdurlar. Onlara bu şəraiti o, yaratmışdır. Belə ki, kafeyə müştəri cəlb etmək məqsədi ilə Aruzə və Gülnarə ilə razılaşmışdır ki, onlar kafeyə müştəri qismində gəlmiş kişi müştərilərə müxtəlif içkilər aldırıb, bununla həm kafeyə gəlir gətirəcəklər, həm də kişi müştərilərin istəyi ilə pul müqabilində onlarla cinsi əlaqədə olacaqlar. Onları faişəliyə cəlb etməmiş, onlar könüllü gəlir əldə etmək üçün icarəyə götürdüyü kafedə faişəliklə məşğul olub gəlir əldə etmişdirlər, Şahid7 bu işdə heç bir maddi və digər marağı olmamışdır. Cinsi əlaqədə olmaq üçün kafedə ayrıca otaq ayrılmışdır. Gülnarə və Aruzə ilə onun arasında olan razılaşmaya əsasən cinsi əlaqədə olduqları kişilərdən aldıqları pulu Şahid7 vermişdirlər. Günün sonunda isə Şahid7 pulu qadınların özlərinə qaytarmış, onlar da öz növbəsində hər 20 manata 5 manat ona faiz ödəmişdirlər. Şahid7 isə o, gündəlik 6 manat əmək haqqı ödəmişdir. Şahid1 isə kafedə işləyən qadınlara kosmetik əşyalar gətirib satmaqla məşğul olmuşdur. 03 mart 2022-ci il tarixdə saat 14-15 radələrində Şahid7 ona zəng edib polis əməkdaşlarının kafeyə gəlib kafedə faişəliklə məşğul olunduğunu aşkar etdiklərini bildirib, onu kafeyə dəvət etmişdir. Kafeyə gəldikdə məlum olmuşdur ki, 03 mart 2022-ci il tarixdə saat 14:00-da kafeyə Səid adlı şəxs gəldikdən bir qədər sonra Səid kafedə olan Şahid6 ilə cinsi əlaqədə olmaq istəmiş və bu təklifi Gülnarəyə bildirmişdir. Gülnarə Səidlə 20 manat müqabilində öinsi əlaqədə olmağa razılıq vermiş və kafedə bunun üçün təchiz edilmiş otağa keçib cinsi əlaqədə olmuşdur. 20 manat pulu isə Şahid7 Səiddən almışdır. Bir müddətdən sonra Səid kafedə olmuş digər qadın Şahid5 ilə də cinsi əlaqədə olmaq istəmişdir. 20 manat müqabilində Aruzə Səid ilə cinsi əlaqədə olmağa razılıq vermiş və Şahid7 Səiddən 20 manat aldıqdan sonra Aruzə ilə Səid cinsi əlaqədə olmaqdan ötrü həmin otağa keçmişdir. Səid sonuncu dəfə 20 manatı verərkən Şahid7 əlavə 10 manat da içdiyi içkilərin pulunu vermişdir. Səid Aruzə ilə cinsi əlaqədə olan zaman polis əməkdaşları kafeyə gəlmişdirlər. Polis əməkdaşları özlərini təqdim edib kafeyə baxış keçirləcəyini bildirmişdirlər. Polis əməkdaşları kafeyə baxış keçirib, maddi sübut kimi Şahid7 Səidin verdiyi 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manalıq əskinazları təhvil almışlar. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qızların müştərilərlə cinsi əlaqədə olmaq fikirlərini bildiyini, buna etiraz etməsə də, bunun müqabilində qızlardan pul istəmədiyini bildirmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, AR CM-nin 244.1-ci maddəsinin tərkibinin yaranması üçün əxlaqsızlıq yuvaları təşkil edərək saxlamış şəxsin həmin fəaliyyətdən gəlir etməsi mütləq şərt olmamaqla maddənin dispozisiyasında da belə bir hal nəzərdə tutulmamışdır ki, bu da hətta cinsi əlaqədə olan şəxslərin bunun müqabilində əldə etdikləri pul vəsaitindən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul vermədikləri halda belə onun AR CM-nin 244.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs kafesində işləyən şəxslər (hazırki iş üzrə şahidlər) Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmədiklərini bildirərək Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsinə yönəlmiş ifadələr versələr də, məhkəmə onların hadisədən uzun müddət sonra birlikdə işlədikləri şəxsin xeyrinə verdikləri ifadələri sadəcə Sona Cumayanın məsuliyyətə cəlb edilməsinin qarşısını almağa yönəlmiş ifadələr kimi qiymətləndirir və onların ifadələrində səmimi olmaması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında Şahid5 ilkin olaraq Təqsirləndirilən şəxs cəmi bir dəfə işə qəbul olan gün gördüyünü, kafedə zal, mətbəx və sanitar qovşaq olduğunu, əlavə otaqların olmadığını, Gülnarənin həmin gün Səidlə stol arxasında oturmasını görsə də, otağa keçdiklərini görmədiyini, kafedə kiminsə cinsi əlaqədə olmasını bilmədiyini göstərsə də, məhkəmə iclasında sədrlik edən tərəfindən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan və ona yalan ifadə verməyə cinayət məsuliyyəti daşıması barədə yenidən xəbərdarlıq edildikdən sonra Şahid5 polislər kafeyə gəldikləri gün Gülnarənin Səidlə otaqlardan birində cinsi əlaqədə olduğunu, hansı məbləğ müqabilində cinsi əlaqədə olmasını bilmədiyini, özünün Səidlə cinsi əlaqədə olmadığını, pula ehtiyacının olduğunu və bu səbəbdən Səidin ona təklif edəcəyi təqdirdə özünün də Səidlə cinsi əlaqədə olacağını, Səidlə cinsi əlaqədə olacağı təqdirdə buna görə Səidin verəcəyi puldan Təqsirləndirilən şəxs özünün ona müəyyən məbləğ verəcəyini göstərmişdir. Həmçinin, məhkəmə iclasında Şahid5 Təqsirləndirilən şəxs cəmi bir dəfə işə qəbul olarkən gördüyünü, daha sonra görmədiyini bildirsə də, məhkəmə iclasında verilmiş suallara cavab olaraq hər gün gündəlik qazancdan 3-5 manat pulun ona Təqsirləndirilən şəxs tərəfindən verildiyini göstərmiş və bu hal Təqsirləndirilən şəxs tərəfindən də təsdiq edilmişdir ki, bu da Şahid5 ifadələrini öncədən düşünülmüş şəkildə verməsinin, suallar zamanı isə ifadəsində xüsusatları unudaraq həqiqi hallarını söyləməsinin göstəricisidir. Bununla yanaşı, Şahid7 ifadəsində kafedə kiminsə cinsi əlaqədə olmasından xəbərinin olmadığını, kafedə sadəcə zal, ayaq yolu və mətbəx olduğunu, başqa hər hansı otağın olmadığını, Gülnarə və Aruzənin kafedə müştərilərlə əyləşərək onları əyləndirdiklərini, onların kiminləsə cinsi əlaqədə olmasını görmədiyini, Səidin ona 50 manat pul verdiyini, həmin 50 manatın bütöv pul olduğunu, qızların heç kimlə otağa keçmədiyini, keçmişlərsə də, özünün belə bir şey görmədiyini, dəfələrlə ona ünvanlanmış suala cavab olaraq kafedə zal, mətbəx və ayaqyolundan başqa otaq olmadığını bildirsə də, məhkəmə iclasında ona kafedə olan iki yataq taxtı ilə təchiz olunmuş otaqların fotoşəkilləri göstərildikdən sonra o, kafedə əlavə iki otağın olduğunu, həmin otaqlardan birinin onun, digərinin isə yemək bişirən qadının istirahəti üçün nəzərdə tutulduğunu bildirmiş, sədrlik edən tərəfindən şahidə “hansı səbəbdən məhkəmədən kafedə iki əlavə otağın olmasını gizlətməyə çalışması”na dair sual ünvanlansa da, şahid susaraq həmin suala cavab verə bilməmişdir. Göründüyü kimi, Sona Rzayevə uzun müddətdir ki, işlədiyi kafedə olan, məhz şəxslərin cinsi əlaqədə olması üçün zəruri şərait yaradılmış otaqların olmasını məhkəmədən gizlətməyə çalışmış, ona məhkəmə iclasında iş materiallarında olan həmin iki təchiz olunmuş otağın şəkli göstərildikdə isə o, həmin otaqların olmasını bildirərək həmin otaqların onun özünün və yemək bişitrən digər işçinin istirahəti üçün nəzərdə tutulduğunu göstərmişdir ki, məhkəmə şahidin ilkin olaraq həmin otaqlar barədə məhkəməyə məlumat verməkdən yayınmasını, o cümlədən, sahəsi çox kiçik olan bir kafedə hər işçi üçün ayrıca istirahət otağının nəzərdə tutulmasının real olmadığını nəzərə alaraq şahidin ifadələrinin səmimi olmaması qənaətinə gəlir. Bununla yanaşı, şahid Sona Rzayevə qızların heç kimlə otağa keçmədiyini, keçmişlərsə də, özünün belə bir şey görmədiyini göstərsə də, şahid qismində dindirilmiş Şahid6 ifadəsində Səidin ona cinsi əlaqədə olmağı təklif etdiyini, pula ehtiyacı olduğundan razılaşdığını, Səidlə cinsi əlaqədə olduğunu, Səidlə 20 manat müqabilində cinsi əlaqədə olduğunu, Şahid7 otaqdan istifadə etmək üçün icazə istədiyini, Şahid7 həmin gün ona bir dəfə cinsi əlaqədə olmaq üçün otaqdan istifadə etməyə icazə verdiyini, cinsi əlaqədə olması ilə bağlı Şahid7 ondan pul istəmədiyini, o, özü istədiyi təqdirdə həmin puldan 5-10 manat Sonaya hörmət edə biləcəyini göstərmişdir. Bununla yanaşı, Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində cinsi ehtirasını təmin etmək məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 14 radələrində Sonanın kaafesinə getdiyini, orada çay sifariş verib bir qədər oturduqdan sonra kafedə olmuş, əvvəllər tanımadığı Sona Razayevanın gəlib onunla əyləşərək istədiyi təqdirdə kafedə olan qızlarla cinsi əlaqədə olmasının mümkün olduğunu bildirdiyini, bundan sonra o, Gülnarəyə onunla cinsi əlaqədə olmaq istədiyini dedikdə, Gülnarə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılaşdığını, kafedə ayrıca təchiz edilmiş otağa keçib cinsi əlaqədə olduqlarını, 20 manat pulu kafedə inzibatçı vəzifəsində işləyən əvvəllər tanımadığı Şahid7 verdiyini, Gülnarə ilə cinsi əlaqədə olub qurtardıqdan sonra kafedə bir qədər də oturmuş və sonra yenə cinsi əlaqədə olmaq istədiyi üçün, kafedə olmuş digər qadın, yəni Şahid5 yaxınlaşıb onunla cinsi əlaqədə olmaq istədiyini dediyini, Aruzə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılıq verdiyini, Şahid7 ondan 20 manat aldıqdan sonra Aruzə ilə ayrıca otağa keçdiklərini, sonuncu dəfə 20 manat verdikdə Şahid7 əlavə 10 manat da içdiyi içkilərin pulunu verdiyini Aruzə ilə cinsi əlaqədə olan zaman kafenin içərisindən səs-küy səsləri eşitdiyini, polis əməkdaşları kafeyə baxış keçirib, maddi sübut kimi Şahid7 onun verdiyi 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinazları təhvil alındıqlarını göstərmişdir. Göründüyü kimi, Şahid7 kafedə olan qızların cinsi əlaqədə olmaması, olmuşlarsa da özünün bundan xəbərsiz olmasına dair verdiyi ifadələr digər şahidlərin ifadələri tamamilə təkzib olunmuşdur. Göstərilən bu hallar Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr verməsinə, onunla birlikdə işləmiş və ona yaxın olan şəxslərin isə Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qoymaq və onun cəzalanmasının qarşısını almaq üçün məhkəmə istintaqı zamanı işin həqiqi hallarına uyğun olmayan, biri digəri ilə uzlaşmayan, ziddiyyətli ifadələr vermələrinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla- istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Tutma haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.80). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.110- 112). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.113- 114). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 243.1 və 244.1-ci maddələri təqsirli bilinərək AR CM-nin 66.3-cü maddəsinə əsasən 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir (i.v.131-132). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yümgülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 03 ədəd istifadə olunmamış qoruyucu vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut Şahid7 götürülmüş 02 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq əskinazlar dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 11 ay 26 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 03 ədəd istifadə olunmamış qoruyucu vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- 02 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq əskinazlar dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-527/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-527/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver