Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-528/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını, həmçinin dövlət əhəmiyyətli su xətlərini gizli olaraq talayıb təkrar oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib, saxlayıb, daşımışdır. Belə ki, o, tamah məqsədi ilə 30 noyabr 2021-ci ildə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında və yol üzərində Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal idarəsi tərəfindən quraşdırılmış, qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, hər biri 270 manat 25 qəpik dəyərində olan 06 ədəd suötürücü dəmir barmaqlıqları gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 1621 manat 50 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah məqsədi ilə 05 dekabr 2021- ci ildə, saat 04 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsində yol kənarında Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal İdarəsi tərəfindən quraşdırılmış və qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş 01 ədəd 270 manat 25 qəpik dəyərində suötürücü dəmir barmaqlığı gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 270 manat 25 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah məqsədi ilə 31 mart 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu D.Əliyeva küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin plastik pəncərəsini sındırma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1150 manat dəyərində «HP» markalı noutbuk kompüteri, hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan ümumilikdə 40 manat dəyərində 02 ədəd gümüş qadın boyunbağını, 01 ədəd 10 manat dəyərində gümüş üzüyü, 100 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah məqsədi ilə 10 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin yaxınlığında yerləşən futbol meydançasının yanından Zərərçəkmiş şəxs1 Rəsul oğluna məxsus gödəkçənin sol yan cibindən daxilində 10 manat dəyərində 070- ***-**-** mobil nömrə olan 01 ədəd «Samsung Galaxy S20 FE» markalı **********55591 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah məqsədi ilə 25 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinin xüsusi olaraq mişar daşı ilə çəpərlənmiş hasarından keçib, həyətdə başqa saxlanc yeri olan köməkçi otağın dəmir qapısı üzərində olmuş kilidi dəmir alətlə sındırıb qanunsuz daxil olmaqla oradan 01 ədəd orta ölçülü 25 manat dyərində «Bort» markalı, BSM-650N modelli dreli, 01 ədəd 400 manat dəyərində «Bosh» markalı prefaratoru, 01 ədəd kiçik ölçülə 30 manat dəyərində “l/İHTep» markalı yiUM- 125/1280BTmodelli laqondanı, 01 ədəd 70 manat dəyərində «Candan» markalı qaynaq aparatını, 100 İt həcmində «Ariston» markalı su qızdırıcı aparatın 50 manat dəyərində elektrik qızdırıcısını (spiral), evin zirzəmisinin dəmirdən olan qapısı üzərində olmuş qıfılı dəmir parçası ilə sındırıb zirzəmiyə qanunsuz daxil olmaqla oradan 01 ədəd 80 manat dəyərində «Margus» markalı su mühərrikini gidravlikası ilə birlikdə, evin arxasında quraşdırılmış 01 ədəd «Daevoo» markalı kondisionerin 700 manat dəyərində mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 cəmi 1355 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,510 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 dekabr 2022-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında saxlanılıb, 15-ci PB-nin inzibati binasına aparılaraq xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,510 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisində olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs1 Rəsul oğluna 1310 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod üzrə ittihamdan imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda təqsirli olması iş materiallarında olan sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ona verilmiş ittihamda göstərilən oğurluğun baş verdiyi ünvanlarda heç bir zaman olmamışdır. Həmin vaxt o, Nəsimi rayonu, daha sonra isə 28 Mayda dayısıgildə yaşamışdır. 19 noyabr 2021-ci il tarixdə Amnistiya aktına əsasən cəzaçəkmə müəssisəsindən azad olunduğu gündən 2022-ci ilin iyun ayınadək bir dəfə də olsun Sabunçu rayonu ərazisinə gəlməmişdir. O, narkotik vasitə aludəçisi olmuşdur. Narkotik vasitələri tərgidə bilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində olan əməliyyatçı tanışına yaxınlaşaraq narkotik vasitəni tərgidə bilmədiyini və onu bir müddət tutmasını xahiş etmişdir. Həmin şəxs Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi Şahid4 zəng edərək lazımdısa ona narkotik vasitədən qanunsuz istifadə edən şəxs göndərə biləcəyini, Şahid4 isə ona narkotiklə yox, oğurluqla olan cinayətləri üzərinə götürən şəxs lazım olduğunu bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində olan əməliyyatçı onun Şahid4 yanına göndərmişdir. O, 2022-ci ilin iyun ayından etibarən həmin ilin dekabr ayının 5-dək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin padvalında qalmışdır. Lakin həmin müddət ərzində o, tutulmamış və cinayətlə bağlı hər hansı sənədləşmə aparılmamışdır. O, sadəcə yaşamağa yeri olmadığından bölmənin rəisinin razılığı ilə həmin bölmədə gecələmişdir. Gündüzləri rahat istədiyi yerə gedir, gecələr isə yatmağa bölməyə gəlirdi. Həmin müddət ərzində bölmə rəisi ona hər gün yeməyini, siqaretini, istifadəsi üçün narkotik vasitəni verir, ehtiyacı olanda cibinə pul da qoyurdu. Sonra bölmədə ona 17 epizodla bağlı sənədləri imzalaması bildirildikdə o, razılaşmamış və oğurluq etmədiyini bildirmişdir. Bundan sonra həmin epizodların sayı 5-ə endirilmiş, narkotik vasitələrin təsiri altında bütün sənədlər ona imzalatdırılmışdır. Bölmənin rəisi ona 5 zərərçəkmiş şəxsdən 4-ü ilə barışıq əldə edildiyini, digər biri ilə məhkəməyə qədər barışıq əldə ediləcəyini və onun cəmi 02 il iş alacağını bildirmişdir. Bundan sonra Şahid4 ona oğurluqla yanaşı narkotiklə də ittiham veriləcəyini bildirmişdir. Sonra bölmədə ona narkotik vasitə təqdim olunaraq çəkiliş zamanı cibindən çıxarması bildirilmişdir. O, ona göstərilən yaxşı münasibətə görə bununla razılaşmışdır. İlk dəfə tutulduqdan sonra bölmə rəisi ona narahat olmamasını və prokuror tərəfindən buraxılacağını bildirmiş, həqiqətən də elə olmuşdur. İkinci dəfə tutulduqdan sonra isə məhkəmə qarşısına çıxarılmış və bundan sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, həbsdə olarkən onun anası Şahid4 yanına gedərək onun etdikləri ilə səlahiyyətli dövlət orqanlarına şikayət edəcəyini, ya da oğlunun azad edilməsini tələb etmişdir. Bundan sonra 06 yanvar 2023-cü il tarixdə o, bir günlük Şahid4 göstərişi ilə Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə gətirilmiş, Şahid4 onun yanına gələrək anasının sakit olmasını bildirmiş, onun cibinə 150 manat pul qoyaraq narahat olmamasını, məhkəmədən ona 02 il cəza alacağını bildirmişdir. 07 yanvar 2023-cü il tarixdə o, yenidən Bakı İstintaq Təcridxanasına qaytarılmışdır. Sonra barəsində məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. O, Şahid4 sözlərinə inanaraq zərərçəkmiş şəxslərin onunla barışdığına inanmış, bu səbəbdən də həbsdən azad olunduqdan sonra sakit qalmışdır. Hazırda məhkəmədə zərərçəkmiş şəxslərin şikayətçi olduqlarını, onlara dəymiş zərərin ödənilmədiyini öyrəndiyindən Şahid4 yenə onu aldatdığını anlamış, bu səbəbdən də məhkəməyə gerçəkləri söyləməyi qərara almışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bölmədə döyülmədiyini, əksinə bölmədə ona çox yaxşı baxdıqlarını, yemək, siqaret, pul, hətta narkotik təminatının qarşılandığını, onun oğurluqlarla bağlı müxtəlif əməliyyatçıların-Lətif, Ağakərim, Seymur, Ramilin nəzarət etdikləri ərazilərdə olan ünvanlara aparıldığını, onun ifadənin yerində yoxlanılması üçün ünvanlara Asif və Emin adlı polis əməkdaşları tərəfindən aparıldığını, müstəntiqin və müdafiəçinin onlarla getmədiyini, ifadənin yerində yoxlanılması üçün ünvanlara gedərkən yolda ona əməliyyatçılar tərəfindən zərərçəkmiş şəxslər tərəfindən yazılmış ərizələrin verilərək orada yazılanların yadda saxlamasının bildirildiyini, hadisə yerində orda yazılan yerlərdən oğurluq etməsini bildirməsini dediklərini, zərərçəkmiş şəxsə təqdim edilmiş maddi sübutun ondan götürülmədiyini, maddi sübutların bit bazarından alınaraq zərərçəkmiş şəxsə təqdim edildiyini, 15ci bölmənin kamera görüntülərinə baxaraq 06 ay ərzində hər gün özünün ora gəlib-getməsinin, gecə orda qalmasının müşahidə olunmasının mümkün olduğunu, 01 aprel 2022-ci il tarixdə Türkiyə Respublikasına getdiyini, may ayının ortalarında Türkiyədən qayıtdığını, may ayında olan epizodların həmin tarixə təsadüf etməsinin mümkün olduğunu, 2021-ci ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ilk öncə Müşfiqabadda qaldığını, sonra Nəsimi rayonunda, bir müddət 28 May ərazisində dayısıgildə qaldığını, 2022-ci ilin iyun ayı-yəni bölmədə gecələməyə başladığı tarixədək Sabunçu rayonu ərazisində olmadığını, Türkiyə Respublikasına həbsdən azad olunduqdan sonra dövlət tərəfindən verilmiş 1000 manat pulla getdiyini, ilk öncə Naxçıvan Muxtar Respublikasına, elə həmin gün oradan isə Türkiyə Respublikasına getdiyini, bölmədə yaşadığı vaxtlar istifadəsində olan mobil nömrənin ***-***-**-** olduğunu, həbsdən çıxdığı gündən həmin nömrəni işlətdiyini, nömrənin öz adına olduğunu, bölmənin Zabrat-1 ünvanında yerləşdiyini, tutulduqdan sonra bölmədə həmin nömrəni yoxa çıxardıqlarını, ona isə itdiyini dediklərini, onun cəmi 1 dəfə Ayxan marketdən qabaqda yerləşən tikinti materialları mağazasından şəxsiyyət vəsiqəsi ilə bir laqonda, bir preparatı icarəyə götürərək satdığını, daha sonra satdığı yeri polislərə göstərdiyini, həmin əmlakların yiyəsinə qaytarıldığını, həmin şəxsin isə ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 10 may 2022-ci il tarixdə, saat 18 radələrində qonşuluqda yaşayan məhəllə uşaqları ilə birlikdə futbol oynamaq qərarına gəlib birlikdə Məmmədli qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığında yerləşən futbol meydançasına getmişdir. Orada əynində olmuş gödəkçəni çıxarıb bir kənara və istifadə etdiyi özünə məxsus 01 ədəd «Samsung Galaxy S20 FE» markalı **********55591 İMEİ kodlu mobil telefonu gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra meydançaya daxil olub futbol oynamışdır. Bir qədər keçdikdən sonra gödəkçənin yanına gedib, gödəkçəni götürüb cibinə baxdıqda telefonun cibində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, futbol oynadığı müddətdə naməlum şəxs telefonunu cibindən oğurlayıb. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurlanmış mobil telefonun daxilində ***-***-**-** mobil nömrə olmuş, həmin nömrəni 10 manata almışdır. Nömrədə hadisə baş verən vaxtı kontur olmamışdır. Telefonu 02 yanvar 2022-ci il tarixdə 1688 manat 58 qəpikə alsa da, hadisə baş verən tarixə dəyəri 1300 manat təşkil etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1310 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 oğurluq barəsində polis orqanlarına hadisə günü, saat 8-9 arası zəng edərək məlumat verdiklərini, ifadənin yerində yoxlanılması ilə əlaqədar əməliyyatçıların anasına zəng etdiklərini, adamın tutulduğunu, 20 dəqiqəyə zərərçəkmiş şəxsin hadisə yerinə gəlməli olduğunu bildirdiklərini, anasının 20 dəqiqəyə Tunarın ora gəlməsinin mümkün olmadığını və gecikəcəyini bildirdikdə isə həmin şəxslərin zərərçəkmiş şəxsin ya 20 dəqiqəyə gəlməli olmasını, ya da onsuz istintaq hərəkətini keçirib gedəcəklərini, başqa işlərinin olduğunu bildirdiklərini, oğurluq edən şəxsin adının onlara deyilmədiyini, sadəcə şəxsin tutulmasının bildirildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında qeydiyyatda olsa da, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu, D.Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 30 mart 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə digər ünvanda yaşayan qayınatasının evinə qonaq gedib orada qalmışdır. 31 mart 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evə qayıtdıqda evin dəhliz hissəsində olan plastik materialdan hazırlanmış pəncərənin açıq olduğunu görüb şübhələnmiş, evə daxil olduqda aşkar etmişdir ki, evdə olmadığı müddətdə naməlum şəxs evinə pəncərədən qanunsuz daxil olaraq uşaqların yataq otağından 01 ədəd 1150 manat dəyərində «HP» markalı noutbuk kompüteri, pul qabından 100 manat nağd pul, digər yataq otağından onun vəsaiti hesabına alınmış arvadı tərəfindən istifadə edilən hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan ümumilikdə 40 manat dəyərində 02 ədəd gümüş qadın boyunbağı, 01 ədəd 10 manat dəyərində gümüş üzük oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilk dəfə hazırda məhkəmə iclasında gördüyünü, onun evinə ifadənin yerində yoxlanılması üçün tamamilə başqa adamın gətirildiyini, həmin şəxsin oğurluq etdiyi yerləri dəqiq göstərdiyini, bu zaman çəkiliş aparıldığını, polislərin ona həmin gətirilən şəxsə yaxın durmağa, ona sual verməyə imkan vermədiklərini, həmin şəxsin dəqiq Təqsirləndirilən şəxs olmadığını, həmin şəxsin balaca boy, arıq və qara oğlan olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz ərazisindən 12 sot torpaq sahəsi alıb orada özü üçün 1 otaq, 1 mətbəxdən ibarət kürsülü 1 mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, torpaq sahəsini və evi mişar daşı ilə hasara aldırmışdır. Həyətə girişdə dəmir darvaza quraşdırılıb, evin qapısı və darvaza açarla bağlanır. Həmin evdən bağ evi kimi istifadə edir, əsasən orada yay aylarında yaşayış olur. Havalar bir qədər sərin olduqda isə ailəsi ilə birlikdə ünvan 6 ünvanına köçüb orada yaşayır. Buna baxmayaraq mütəmadi olaraq bağ evinə gedib nəzarət edir. Sonuncu dəfə 04 və ya 05 sentyabr 2022-ci il tarixində bağ evinə gedib nəzarət etmiş, həmin tarixdə evdən hər hansı bir əşyanın oğurlandığını aşkar etməmişdir. 25 sentyabr 2022-ci il tarixdə saat 20-21 radələrinə nəzarət etmək üçün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi İİ Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinə gedib, həyətə giriş darvazasını özündə olan açarla açıb həyətə daxil olub nəzarət etdikdə evin arxasında quraşdırılmış «Daevoo» markalı kondisionerin mühərriki yerində olmadığını, naqilləri kəsilmiş vəziyyətdə olduğunu aşkar etmişdir. Evin zirzəmisinə nəzər yetirdikdə zirzəminin dəmirdən olan qapısı üzərində olmuş qıfılın sınmış vəziyyətdə yenidən yerinə taxıldığını görüb şübhələnib zirzəmiyə keçdikdə görmüşdür ki, oradan 01 ədəd «Margus» markalı su mühərriki gidravlikası ilə birlikdə yerində yoxdur. Daha sonra evin arxa tərəfində yerləşən köməkçi otağa nəzər yetirdikdə görmüşdür ki, otağın dəmir giriş qapısının kilidi qırılıb. İçəri daxil olduqda oradan 01 ədəd «Bort» markalı drelin, 01 ədəd «Bosh» markalı prefaratorun, 01 ədəd «İnter» markalı laqondanın, 01 ədəd «Candan» markalı qaynaq aparatının oğurlandığını aşkar etmişdir. Köməkçi otaqda divara bərkidilmiş 100 İt həcmində «Ariston» markalı su qızdırıcının yerdə yararsız vəziyyətdə olduğunu, yəni içərisində olmuş qızdırıcı spiralın yerində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə həyətə naməlum şəxs daxil olub qeyd etdiyi əşyaları oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. Belə ki, 01 ədəd «Daevoo» markalı kondisionerin mühərriki hadisə baş verən tarixə dəyəri 700 manat, 01 ədəd «Margus» markalı su mühərriki gidravlikası ilə birlikdə dəyəri 80 manat, 01 ədəd «Bort» markalı drelin dəyəri 100 manat, 01 ədəd «Bosh» markalı prefaratorun dəyəri 400 manat, 01 ədəd «İnter» markalı laqondanın dəyəri 200 manat, 01 ədəd «Candan» markalı qaynaq aparatının dəyəri 70 manat, 01 ədəd 100 İt həcmində «Ariston» markalı su qızdırıcının spiralının dəyəri isə 50 manat təşkil edir. «Ariston» özü oğurlanmasa da yararsız vəziyyətə salınmışdır. Oğurluq cinayətini törətmiş şəxs evə daxil olmamış, evdən hər hansı bir əşya oğurlamamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 hadisə ilə 102 Xidmətinə məlumat verdikdən sonra əməliyyatçıların gələrək hadisə yerinə baxış keçirdiklərini, ona qaytarılmış əşyalardan laqondanın ona məxsus olduğunu, lakin drelin onun dreli olmadığını, ona məxsus drelin yeni olduğu halda ona təqdim edilmiş drelin köhnə drel olduğunu, əməliyyatçının ona həmin dreli hələlik götürərək ona məxsus olduğunu bildirməsini, drelin yiyəsi tapılarsa ona qaytarılacağını bildirdiyini, həmin əməliyyatçının Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçısı olduğunu, adını dəqiq bilmədiyini, səhv etmirsə adının ya Nurməmməd, ya da Gülməmməd olduğunu, Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, onu ilk dəfə hazırda məhkəmədə gördüyünü, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin aparılmasında iştirak etmədiyini, 15-ci polis bölməsindən ona ifadənin yerində yoxlanıldığının bildirildiyini, həmin gün onun həyətindən çöl tərəfdə usta işlədiyini, ustanın ona qolu qandallı şəxsin hadisə yerinə gətirilib həyətə daxil olaraq aparıldığını bildirdiyini, oğurlanmış əşyaların bir dəfəyə tək adam tərəfindən aparılmasının real olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsini rəisi Şahid4 verilmiş suallara cavab olaraq Altın Əhmədovun bölmədə 6 ay qalmasına dair iddialarının yalan olduğunu, bunun mümkün olmadığını, onun bölməyə 05 dekabr 2023-cü il tarixdə cinayətdə şübhəli şəxs kimi gətirildiyini, Təqsirləndirilən şəxs iddialarının özünümüdafiə xarakterli olduğunu bildirmiş, sədrlik edən tərəfindən ünvanlanmış “10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarından kənarda olmasına baxmayaraq ona həmin maddə ilə ittiham verilməsini nə ilə izah edə bilərsiniz” sualına Şahid4 “ola bilər texniki səhvə yol verilmişdir” kimi cavab vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayıb daşıması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 15-ci PB-nin rəhbərliyinə müraciət edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs psixotrop maddələri əldə edərək üzərində saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, növbədə olmuş 15-ci PB-nin təhqiqatçısı Zaur Quliyevə məlumat verilmiş, o da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmiş, tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb ərazi aidiyyəti üzrə Sabunçu RPİ- in 15-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə saat 15:00- da Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə polis bölməsinə getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş birlikdə 15-ci PB-yə gəlmişdir. Təqsirləndirilən şəxs 15-ci PB-yə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla 15-ci PB-nin rəisinə məruzə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirdikdə o, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini bildirib, bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs xahişi nəzərə alınmış və vəkilin iştirakı olmadan üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması təhqiqatçı tərəfindən soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 05 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsin bölmədə qalmasına dair iddialarının yalan olduğunu, onun tərəfindən oğurluqla bağlı Təqsirləndirilən şəxs hadisə yerinə aparılmadığını, onun yalnız narkotiklə bağlı təqsirləndirilən şəxsi saxlayaraq bölməyə təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Zabrat qəsəbəsi (Ayxan Market), yolun sağ tərəfinin onun nəzarət etdiyi ərazi olduğunu, Altunun bir müddət sevgilisi ilə Zabrat qəsəbəsi ərazisində yaşadığını, onun Təqsirləndirilən şəxs bölmədə qalmasından xəbərinin olmadığını, özünün bölməyə 2022-ci ilin noyabr ayından gəldiyini və heç nədən xəbərinin olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq təqsirləndirilən şəxs təxminən 1-2 ay əvvəl Zabrat ərazisində bir qızla 1 həftə bir yerdə qaldığını, lakin bunun onun bölmədə 06 ay bölmədə yaşadığı dövrdən sonrakı dövrə təsadüf etdiyini, 2022-ci ilin iyun ayınadək Sabunçu rayonu ərazisinə gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 15-ci PB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 05 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 01, i.v. 29-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 6/6898 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...’’sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, i.v. 41-45). “Maddi sübut kimi tanıma haqqında” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,510 qram metamfetamin maddi sübut kimi tanınmış və qalıq miqdarı Sabunçu RPİ-nə təhvil verilmişdir (cild 01, i.v.90) “Baxış keçirilməsi və götürmə haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 şikayət ərizəsi üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz adlanan ərazidə yerləşən fərdi yaşayış evidir (cild 01, i.v.107-110). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.136-137). “Götürmə aparılması haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd drel və 01 ədəd laqonda Təqsirləndirilən şəxs götürülmüşdür (cild 01, i.v.139). “Əşyanın tanımaya təqdim edilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim olunmuş 01 ədəd “Bort” markalı dreli və 01 ədəd “İnter” markalı laqondanı nəzərdən keçirib həmin əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 01, i.v.141). “Baxış keçirilməsi və götürmə haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şikayəti ilə bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsinə gedən yolun üstüdür (cild 01, i.v.205-206). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şikayət ərizəsində göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında və yol üzərində evindən oğurluq etdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.244). “Baxış keçirilməsi və götürmə haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 7a küçəsi, nömrəsiz ev ünvanı olması müəyyən edilmişdir (cild 02, i.v.15-18). “Baxış keçirilməsi və götürmə haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Rəsul oğlunun müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Abşeron rayonu, Məmmədli qəsəbəsində olan “Göy qurşağı” yaşayış kompleksində olan meydançanın olması müəyyən edilmişdir (cild 02, i.v.94-95). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli 9/7932 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə 01 ədəd orta ölçülü «Bort» markalı, BSM- 650N modelli drelin qiyməti 25 manat, 01 ədəd kiçik ölçülü “Интeр” markalı УШМ- 125/1280BTmodelli laqondanın qiyməti 30 manat müəyyən edilir (cild 02, i.v.152-154). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir epizod üzrə oğurluq hadisənin törədildiyi yerə aparılmış və o, hadisə yerində oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 02, i.v.205-206). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 10 mart 2023-cü il tarixli, 1403 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təngidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 02, i.v. 217-218). “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,510 qram psixotrop maddə metamfetaminin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq-0,460 qram metamfetaminin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və 01 ədəd orta ölçülü «Bort» markalı, BSM-650N modelli drel və 01 ədəd kiçik ölçülü “Интeр” markalı УШМ- 125/1280BTmodelli laqonda maddi sübut kimi tanınmış və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs3 verilmişdir (cild 02, i.v 220-234). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli olması sübuta yetirilmədiyindən o, həmin maddələrlə bəraət verilməli, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda göstərilən hər bir epizod üzrə gəldiyi qənaəti ayrıca əsaslandırmağı zəruri hesab edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci ildə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında və yol üzərində Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal idarəsi tərəfindən quraşdırılmış, qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, hər biri 270 manat 25 qəpik dəyərində olan 06 ədəd suötürücü dəmir barmaqlıqları gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 1621 manat 50 qəpik maddi ziyan vurmaqla, 05 dekabr 2021-ci ildə, saat 04 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsində yol kənarında Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal İdarəsi tərəfindən quraşdırılmış və qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş 01 ədəd 270 manat 25 qəpik dəyərində suötürücü dəmir barmaqlığı gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 270 manat 25 qəpik maddi ziyan vurmaqla, 31 mart 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat-Kürdəxanı yolu D.Əliyeva küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin plastik pəncərəsini sındırma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1150 manat dəyərində «HP» markalı noutbuk kompüteri, hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan ümumilikdə 40 manat dəyərində 02 ədəd gümüş qadın boyunbağını, 01 ədəd 10 manat dəyərində gümüş üzüyü, 100 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1300 manat maddi ziyan vurmaqla, 10 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin yaxınlığında yerləşən futbol meydançasının yanından Zərərçəkmiş şəxs1 Rəsul oğluna məxsus gödəkçənin sol yan cibindən daxilində 10 manat dəyərində 070- ***-**-** mobil nömrə olan 01 ədəd «Samsung Galaxy S20 FE» markalı **********55591 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1310 manat maddi ziyan vurmaqla, 25 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinin xüsusi olaraq mişar daşı ilə çəpərlənmiş hasarından keçib, həyətdə başqa saxlanc yeri olan köməkçi otağın dəmir qapısı üzərində olmuş kilidi dəmir alətlə sındırıb qanunsuz daxil olmaqla oradan 01 ədəd orta ölçülü 25 manat dyərində «Bort» markalı, BSM-650N modelli dreli, 01 ədəd 400 manat dəyərində «Bosh» markalı prefaratoru, 01 ədəd kiçik ölçülə 30 manat dəyərində “l/İHTep» markalı yiUM-125/1280BTmodelli laqondanı, 01 ədəd 70 manat dəyərində «Candan» markalı qaynaq aparatını, 100 İt həcmində «Ariston» markalı su qızdırıcı aparatın 50 manat dəyərində elektrik qızdırıcısını (spiral), evin zirzəmisinin dəmirdən olan qapısı üzərində olmuş qıfılı dəmir parçası ilə sındırıb zirzəmiyə qanunsuz daxil olmaqla oradan 01 ədəd 80 manat dəyərində «Margus» markalı su mühərrikini gidravlikası ilə birlikdə, evin arxasında quraşdırılmış 01 ədəd «Daevoo» markalı kondisionerin 700 manat dəyərində mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 cəmi 1355 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinə, zərərçəkmiş tərəfin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə və “Hadisə yerinə baxış” protokollarına, ifadənin yerində yoxlanılması protokoluna, qanunvericiliyin tələblərinə tamamilə zidd tərtib edilmiş “Əşyanın tanınması protokolları”na istinad edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, göstərilən ərazi və ünvanlardan oğurluq etmədiyini, ümumiyyətlə 2021-ci ilin noyabr ayından, yəni cəzaçəkmə müəssisəsindən çıxdığı vaxtdan 2022-ci ilin iyun ayınadək Sabunçu rayonu ərazisində olmadığını, bölmədə aldadılaraq həmin epizodları özünün törətdiyini göstərdiyi halda ona köməklik olunacağının biildirildiyini, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan, narkotik vasitənin təsiri altında imzalandığını, həmin ifadələrin onun sözlərindən yazılmadığını bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatın, o cümlədən, hər bir epizod üzrə oğurluq hadisəsinin baş verdiyi günlərdə Təqsirləndirilən şəxs olduğu yerlə bağlı məlumat əldə edilməsi üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19 noyabr 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək anten məlumatlarının məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə qərarla müraciət olunmuş, "xxxx" MMC tərəfindən məhkəməyə 13 iyun 2023-cü il tarixdə təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək ümumiyyətlə Sabunçu rayonu ərazisində olmamış, 25 sentyabr 2022-ci il tarixdə isə saat 00:54:37-dən 26 sentyabr 2022-ci il, saat 03:59:32-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1, Babək küçəsində olması müəyyən edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ittiham olunduğu 4 cinayət əməli törədilən zaman Təqsirləndirilən şəxs nəinki oğurluq baş verən ünvanlarda, oğurluğun baş verdiyi Sabunçu rayonu ərazisində olmamış, 25 sentyabr 2022-ci il tarixdə isə onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ünvanda oğurluq etməsi göstərilsə də, həmin gün o, ümumiyyətlə Pirşağı qəsəbəsində olmamış, onun telefonun anten məlumatları onun həmin gün Zabrat-1 ünvanda olmasını göstərmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin “etirafedici” ifadələrindən görünür ki, həmin ifadələrin hər biri sanki eyni qaydada, sadəcə oğurluğun törədildiyi yer və oğurlanmış əmlakların siyahısı dəyişdirilməklə komputer vasitəsi ilə yazılmış və həmin ifadələr sadəcə təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bununla yanaşı, həmin “etirafedici” ifadələrlə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, oğlurluq hadisələri 2021-ci ilin sonu və 2022-ci ildə törədilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə 05 dekabr 2022-ci il tarixdə tutulduqdan sonra 2021-ci ilin sonu və 2022-ci ildə əvvəllərində törədilmiş cinayətlərlı bağlı dayandırılmış icraatlar cinayət işi üzrə icraatın hansı əsasla təzələnməsi göstərilmədən “cinayət işi üzrə icraat”lar təzələnərək 05 dekabr 2022-ci ildən sonrakı tarixlərdə, yəni Təqsirləndirilən şəxs tamamilə başqa cinayətlə bağlı (AR CM-nin 234.1-ci maddəsi) tutulduğu tarixdən sonrakı ilk günlər onun özü tərəfindən sadəcə imzalanmış, şablon formada yazılmış etirafedici ifadələri iş materiallarına əlavə edilmiş, istintaq orqanının əl-barmaq izləri, kamera görüntüləri olmadan nəyin əsasında həmin oğurluq hadisələrinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməsi müəmmalı qalmışdır. Məlumdur ki, hər hansı açılmamış cinayət işi üzrə icraatın təzələnərək cinayət törətmiş şəxsin müəyyən edilməsi qənaətinə gəlinməsi üçün ya ibtidai istintaq orqanı təkzibedilməz sübutlar aşkar edərək cinayətin konkret bir şəxs törədilməsinə əmin olmalı, ya da həmin cinayəti törətmiş şəxs könüllü olaraq gəlib özü cinayət hadisəsini törətdiyini etiraf etməli və ya başqa cinayət işi üzrə dindirilən zaman əlavə olaraq digər cinayəti törətdiyini də bildirməlidir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisələri olan tarixlərdə bir dəfə də olsun həmin ərazidə olması müəyyən edilməmiş (anten məlumatları əsasında), 05 dekabr 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra nə həmin tarixdə şübhəli şəxs qismində dindirilərkən, nə də 07 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən oğurluq etməsi ilə bağlı hər hansı xüsusat göstərməmiş, sonradan Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi tərəfindən daxil olmuş yarım səhifəlik və nəyin əsasında oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aydın olmayan məktub daxil olduqdan sonra Təqsirləndirilən şəxs baş vermiş oğurluqlarla bağlı yarım səhifədən ibarət ifadələri əlavə edilməklə o, 5 epizod üzrə təqsirləndirilmiş və AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs onun tərəfindən törədilməsi istinad olunan istənilən cinayət əməli bu qaydada müəyyən edilmişdir: “zərərçəkmiş şəxslərin hər birinin şikayət ərizələri yazılmış, hadisə yerlərinə baxış keçirilmiş, cinayət törətmiş şəxsin müəyyən edilməməsi əsası ilə 2021-ci ilin sonu və 2022-ci ildə törədilmiş hər bir epizod üzrə cinayət işi üzrə icraat dayandırılmış, sonradan yeni hər hansı hal müəyyən edilmədən, şəxsin gəlib könüllü etirafı olmadan, hər hansı mötəbər sübut əldə edilmədən hər bir dayandırılmış epizodla bağlı cinayət işi üzrə icraat “bir cümlə-cinayət işi üzrə icraat təzələnməlidir” yazılmaqla təzələnmiş, Təqsirləndirilən şəxs tutulmasından qısa müddət əvvəl daxil olan ərizələrlə bağlı zərərçəkmiş şəxslərin ifadələri alınmış, hadisə yerlərinə baxış keçirilmiş, 05 dekabr 2022-ci il tarixdən, yəni Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu tarixdən sonrakı tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən “etirafedici” məzmunda ifadələr şablon formada yazılmaqla hər biri təqsirləndirilən şəxs tərəfindən imzalanmış və bu hallar şəxsə ittiham verilməsi üçün yetərli hesab edilmişdir. Halbuki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs özünün könüllü olaraq yoxsa ona ünvanlanmış suala mı əsasən bu ifadələri verməsini müəyyən etmək mümkün olmamış, sadəcə şəxsiyyəti barədə məlumatlar və “verilmiş suala cavab olaraq bildirirəm ki” cümləsi və komputer vasitəsi ilə yazılmış ifadədən ibarət “şahidi dindirmə protokolu”nun işə əlavə edilməsi məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Məhkəmə iş materiallarında təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi epizodlar üzrə bir dənə də olsun mötəbər sübutun olmadığını, zərərçəkmiş şəxslərin özlərinin də cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin real olmaması ilə irəli sürdükləri dəlilləri, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına dair məhkəmə tərəfindən əldə edilmiş sübutu nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş ifadələrini daha mötəbər və doğru verilmiş ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs oğurluq cinayətləri ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqi olması qənaətinə gələrkən yalnız onun özünün ifadəsində göstərdiyi xüsusatları deyil, o cümlədən, zərərçəkmiş şəxslərin də ifadələrində vurğuladıqları mühüm halları nəzərə alır. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələrini məhkəmə digər sübutlarla əlaqəli şəkildə tədqiq etməklə həmin ifadələri təqsirləndirilən şəxs tərəfindən sadəcə məzmununu oxunmadan imzalanmış ifadələr kimi qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda göstərilən epizodlarla bağlı təqsirinin sübuta yetirilməməsinə dair gəldiyi qənaəti əsaslandırarkən hər bir epizod üzrə istintaq orqanın istinad etdiyi sübutlara ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdakı birinci epizoda görə o, tamah məqsədi ilə 30 noyabr 2021-ci ildə, saat 02 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa yolunun kənarında və yol üzərində Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal idarəsi tərəfindən quraşdırılmış, qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, hər biri 270 manat 25 qəpik dəyərində olan 06 ədəd suötürücü dəmir barmaqlıqları gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 1621 manat 50 qəpik maddi ziyan vurmaqla, ikinci epizoda görə isə Təqsirləndirilən şəxs, təkrarən, tamah məqsədi ilə 05 dekabr 2021-ci ildə, saat 04 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsində yol kənarında Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal İdarəsi tərəfindən quraşdırılmış və qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş 01 ədəd 270 manat 25 qəpik dəyərində suötürücü dəmir barmaqlığı gizli olaraq talayıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cəmi 270 manat 25 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin epizodlarla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadələri-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin ifadələri oxuamadan imzaladığını, göstərilən ünvandan oğurluq etmədiyini bildirmişdir. Məlumdur ki, hətta təqsirləndirilən şəxs özünü cinayətdə təqsirli bilsə belə, onun həmin etirafedici ifadəsi mütləq qaydada digər mötəbər sübutlarla təsdiq olunmalıdır ki, hazırda göstərilən epizod üzrə təqsirləndirilən şəxsin ilkin olaraq imzaladığı ifadəsində göstərilən xüsusatları təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlmək mümkün olmamışdır.
2. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi-məhkəmə qanunla müəyyən edilmiş tədbirləri görməsinə baxmayraq zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmasa da, məhkəmə istintaqı zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi həmin ifadəsində göstərmişdir ki, 2008-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Ona Sabunçu rayon inzibati ərazisi təhkim olunduğu üçün mütəmadi olaraq Sabunçu rayonu ərazisində tərəflərindən yollarda monitorinqlər keçirilir. 2021-ci ilin noyabr-dekabr aylarında Bakı şəhəri Sabunçu rayonu ərazisində keçirilən monitorinq zamanı Sabunçu rayon ərazisində müxtəlif küçlərdə su ötürücülərin dəmir barmaqlıqlarının oğurlandığı aşkar edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa yolunun kənarında və yol üzərində Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal İdarəsi tərəfindən quraşdırılmış, qorunub saxlanılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, hər biri 270 manat 25 qəpik dəyərində olan 06 ədəd, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsində yol kənarında quraşdırılmış 01 ədəd 270 manat 25 qəpik dəyərində, cəmi 07 ədəd su ötürücü dəmir barmaqlığın oğurlandığı aşkar edilmişdir. Qeyd olunan oğurluq hadisəsi ilə bağlı tərəflərindən rəhbərliyə və hüquq mühafizə orqanına rəsmi məlumat verilmişdir. Oğurluq hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinə ümumilikdə 1897 manat 75 qəpik maddi ziyan dəymişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsinin həmin ifadəsi ayrılıqda oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsini deyil, sadəcə hüquqi şəxsə məxsus olan əmlakların oğurlanması faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
3. “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 06 dekabr 2022-ci il tarixli protokol-hansı ki, təqsirləndirilən şəxs həmin istintaq hərəkətində müstəntiqin iştirak etmədiyini, əməliyyatçılar tərəfindən hadisə yerinə aparıldığını göstərmiş, həmin protokolda istintaq hərəkəti zamanı fotoşəkillərin çəkildiyi göstərilsə də, həmin fotoşəkillərin texniki səbəblərdən silindiyi barədə arayış tərtib edilərək protokola əlavə olunmaqla fotoşəkillər iş materiallarına əlavə edilməmiş, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə raportun işə əlavə edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ifadələrinin hadisə yerində şahid qismində yoxlanılmış və bununla da onun müdafiə hüququnun təmin edilməsi istiqamətində zəruri addımların atılmamışdır. Belə ki, AR CPM-nin 260.2-ci maddəsinə əsasən təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Lakin hazırki halda müstəntiq 2021-ci ilin noyabr və dekabr aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus əmlakların məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi tərəfindən daxil olmuş məktub (cild 01, i.v.237) əsasında həmin epizodlarla bağlı dayandırılmış icraatı təzələmiş, Təqsirləndirilən şəxs şahid qismində dindirmiş, onun etirafedici məzmunda ifadəsini iş materiallarına əlavə etməsinə baxmayaraq onu həmin epizodlarla bağlı təqsirləndirilən şəxs qismində cəlb etmədən ifadəsini şahid qismində yerində yoxlamış və ondan dərhal sonra onun əməlini AR CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif etmişdir. Halbuki, Təqsirləndirilən şəxs qismində ifadəsinin yoxlanılması həyata keçirilsəydi, onun müdafiəçisinin həmin istintaq hərəkətində iştirak etmək, bununla da təqsirləndirilən şəxs keyfiyyətli müdafiə hüququ ilə təmin edilmək imkanı yaranmış olardı. Göründüyü kimi, göstərilən istintaq hərəkəti qanunvericiliyin tələblərinə riayət edilmədən keçirilmişdir ki, bu da həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən protokolun mötəbər sübut kimi qiymətləndirilməsini şübhə altına alır. Təqsirləndirilən şəxs elan edilmiş üçüncü epizoda görə o, 31 mart 2022-ci il tarixdə, saat 03 radələrində ünvan 7a küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin plastik pəncərəsini sındırma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1150 manat dəyərində «HP» markalı noutbuk kompüteri, hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan ümumilikdə 40 manat dəyərində 02 ədəd gümüş qadın boyunbağını, 01 ədəd 10 manat dəyərində gümüş üzüyü, 100 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1300 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin epizodlarla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadələri-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin ifadələri oxuamadan imzaladığını, göstərilən ünvandan oğurluq etmədiyini, ümumiyyətlə həmin tarixdə Sabunçu ərazisində olmadığını bildirmiş və onun həmin ünvandan oğurluq etməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. 2.Zərərçəkmiş şəxs2 ifadəsi-hansı ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilk dəfə hazırda məhkəmə iclasında gördüyünü, onun evinə ifadənin yerində yoxlanılması üçün tamamilə başqa adamın gətirildiyini, həmin şəxsin oğurluq etdiyi yerləri dəqiq göstərdiyini, bu zaman çəkiliş aparıldığını, polislərin ona həmin gətirilən şəxsə yaxın durmağa, ona sual verməyə imkan vermədiklərini, həmin şəxsin dəqiq Təqsirləndirilən şəxs olmadığını, həmin şəxsin balaca boy, arıq və qara oğlan olduğunu bildirmişdir ki, bu da göstərilən epizod üzrə oğurluğun nəinki Təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etmir, hətta tamamilə təkzib edir. 3.”Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 mart 2023-cü il tarixli protokol-hansı ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən edilmişdir ki, onun evində ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs deyil, tamamilə başqa şəxs olmuş, Təqsirləndirilən şəxs ümumiyyətlə hadisə yerinə gətirilməmişdir. Bununla yanaşı, həmin istintaq hərəkəti protokolunda təqsirləndirilən şəxsin müdafiəçisinin də ifadənin yerində yoxlanılması zamanı həmin istintaq hərəkətində iştirak etməsi göstərilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxs ümumiyyətlə hər hansı ünvanda onun ifadəsi yerində yoxlanılan zaman onun müdafiə hüququnun təmin olunmadığını bildirmiş, məhkəmə iclasında iştirak edən Müdafiəçi1 da göstərilən istintaq hərəkətində iştirak etmədiyini təsdiq etmiş, həmin protokolda imzasının olmasını isə müstəntiq tərəfindən təqdim edilmiş sənədləri diqqətlə nəzərdə keçirmədən imzalaması ilə əlaqələndirmişdir. Bundan savayı, həmin protokolla bağlı məhkəmənin diqqətini çəkən digər şübhəli bir məqam ondan ibarətdir ki, eyni ilə “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 06 dekabr 2022-ci il tarixli protokolda olduğu kimi hazırki protokolda da ifadənin yerində yoxlanılması zamanı fotoşəkillərin çəkilməsinin göstərilməsinə baxmayaraq nədənsə yenə də texniki səbəblərdən fotoşəkilləri protokola əlavə etmək mümkün olmamışdır. Göründüyü kimi, ”Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 mart 2023-cü il tarixli protokolda müdafiəçinin formal iştirakı qeyd olunsa da, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməməsi məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs, həm də müdafiəçinin özü tərəfindən təsdiq edilmiş, müstəntiqin özünün həmin istintaq hərəkətində iştirak etməsi isə təqsirləndirilən şəxs tərəfindən təkzib edilmişdir. Nəzərə alınsa ki, ifadənin yerində yoxlanılmasından ibarət istintaq hərəkəti qanunvericiliyin tələbləri pozulmaqla müdafiəçinin iştirakı olmadan (təqsirləndirilən şəxsin özünün bununla bağlı razılıq ərizəsi olmadan), formal olaraq müdafiəçinin iştirakı qeyd olunmaqla keçirilmişdir, belə olan halda müstəntiqin özünün də həmin istintaq hərəkətində bilavasitə iştirakı məhkəmədə şübhə doğurmaqla, ümumiyyətlə “İfadənin yerində yoxlanılması haqqında” 05 mart 2023-cü il tarixli protokolun sübut kimi qəbul edilməsini və təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün həmin sənədə istinad olunmasını istisna edir. Təqsirləndirilən şəxs elan edilmiş dördüncü epizoda görə o, 10 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin yaxınlığında yerləşən futbol meydançasının yanından Zərərçəkmiş şəxs1 Rəsul oğluna məxsus gödəkçənin sol yan cibindən daxilində 10 manat dəyərində 070- ***-**-** mobil nömrə olan 01 ədəd «Samsung Galaxy S20 FE» markalı **********55591 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin epizodla bağlı dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilsə də, məhkəmə digər epizodlarla bağlı istintaq orqanın istinad etdiyi halların mötəbərliyinin qiymətləndirilməsi baxımından həmin epizod üzrə aşağıdakıları qeyd edir: Qeyd olunan epizodla bağlı təqsirləndirilən şəxs həmin epizodla bağlı olan ifadələrini də oxumadan imzaladığını, göstərilən ünvandan oğurluq etmədiyini, ümumiyyətlə həmin tarixdə Azərbaycan Respublikası ərazisində olmadığını və Türkiyə Respublikasında olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatın araşdırılması üçün Dövlət Sərhəd Xidmətin sorğu ünvanlamış və həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-38-33/2- 2014/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarını tərk etmiş və 12 may 2023-cü il tarixdə ölkə ərazisinə geri dönmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikası ərazisində olmayan şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində oğurluq cinayətinin törədilməsi fiziki olaraq real və mümkün olmadığından və həmin hissədə dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin epizodla bağlı məhkəmənin gəldiyi qənaəti əlavə əsaslandırması üçün bir zərurət qalmır. Lakin çox maraqlıdır ki, istintaq orqanı ölkə hüdudlarından kənarda olan şəxs tərəfindən oğurluq cinayətinin törədilməsini real hesab edərək həmin epizodla bağlı da Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirildiyi qənaətinə gəlmiş, hətta ifadəsini yerində yoxlayan zaman Təqsirləndirilən şəxs cinayəti törətdiyi yeri, şəraiti və mexanizmi əyani olaraq göstərdiyini, bununla kifayətlənməyərək hətta ölkə hüdudlarından kənara olmasına baxmayaraq “oğurladığı” telefonun İMEİ kodunu belə ifadəsində göstərmişdir. Göründüyü kimi, istintaq orqanı digər epizodlarla eyni qaydada hazırki epizodla bağlı da iş materiallarına təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış etirafedici ifadəsini, zərərçəkmiş şəxsin sadəcə oğurluq faktını təsdiq edən ifadəsini, müdafiəçinin iştirakı formal yazılsa da, iştirakı təmin edilmədən, müstəntiqin özünün belə iştirakı məhkəmədə şübhə doğuran, zərərçəkmiş şəxslərin iştiraklarına şərait yaradılmadan keçirilmiş ifadənin yerində yoxlanılması haqqında protokolu iş materiallarına əlavə etməklə şəxsə ittiham olunmasını məqbul hesab etmişdir ki, hazırki epizodla bağlı təqsirləndirilən şəxsin Respublika ərazisində olmadığı halda onunla bağlı digər epizodlarla bağlı eyni sübutların məhkəməyə təqdim edilməsi və müvafiq sənədlərin təqsirləndirilən şəxsə formal imzalatdırılması digər dörd epizodla bağlı məhkəmədə olan şübhələrin, təqsirləndirilən şəxsin isə məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqi olmasına inamın artmasına şərait yaradır. Təqsirləndirilən şəxs elan edilmiş beşinci epizoda görə o, 25 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinin xüsusi olaraq mişar daşı ilə çəpərlənmiş hasarından keçib, həyətdə başqa saxlanc yeri olan köməkçi otağın dəmir qapısı üzərində olmuş kilidi dəmir alətlə sındırıb qanunsuz daxil olmaqla oradan 01 ədəd orta ölçülü 25 manat dyərində «Bort» markalı, BSM-650N modelli dreli, 01 ədəd 400 manat dəyərində «Bosh» markalı prefaratoru, 01 ədəd kiçik ölçülə 30 manat dəyərində “İHTep» markalı yiUM-125/1280BTmodelli laqondanı, 01 ədəd 70 manat dəyərində «Candan» markalı qaynaq aparatını, 100 İt həcmində «Ariston» markalı su qızdırıcı aparatın 50 manat dəyərində elektrik qızdırıcısını (spiral), evin zirzəmisinin dəmirdən olan qapısı üzərində olmuş qıfılı dəmir parçası ilə sındırıb zirzəmiyə qanunsuz daxil olmaqla oradan 01 ədəd 80 manat dəyərində «Margus» markalı su mühərrikini gidravlikası ilə birlikdə, evin arxasında quraşdırılmış 01 ədəd «Daevoo» markalı kondisionerin 700 manat dəyərində mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 cəmi 1355 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin epizodla bağlı istintaq orqanın istinad etdiyi sübutlar: 1.Təqsirləndirilən şəxsin etirafedici ifadələri-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmış, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin ifadələri oxumadan imzaladığını, göstərilən ünvandan oğurluq etmədiyini göstərmişdir. 2.Zərərçəkmiş şəxs3 ifadəsi-hansı ki, o, məhkəmə istintaqı zamanı 102 Xidmətinə məlumat verdikdən sonra əməliyyatçıların gələrək hadisə yerinə baxış keçirdiklərini, ona qaytarılmış əşyalardan laqondanın ona məxsus olduğunu, lakin drelin onun dreli olmadığını, ona məxsus drelin yeni olduğu halda ona təqdim edilmiş drelin köhnə drel olduğunu, əməliyyatçının ona həmin dreli hələlik götürərək ona məxsus olduğunu bildirməsini, drelin yiyəsi tapılarsa ona qaytarılacağını bildirdiklərini, həmin əməliyyatçının Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçısı olduğunu, adını dəqiq bilmədiyini, səhv etmirsə adının ya Nurməmməd, ya da Gülməmməd olduğunu, Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, onu ilk dəfə hazırda məhkəmədə gördüyünü, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin aparılmasında iştirak etmədiyini, 15-ci polis bölməsindən ona ifadənin yerində yoxlanıldığının bildirildiyini, həmin gün onun həyətindən çöl tərəfdə usta işlədiyini, ustanın ona qolu qandallı şəxsin hadisə yerinə gətirilib həyətə daxil olaraq aparıldığını bildirdiyini, oğurlanmış əşyaların bir dəfəyə tək adam tərəfindən aparılmasının real olmadığını bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19 noyabr 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək anten məlumatlarının məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə qərarla müraciət olunmuş, "xxxx" MMC tərəfindən məhkəməyə 13 iyun 2023-cü il tarixdə təqdim edilmiş məlumatlarla Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə isə saat 00:54:37-dən 26 sentyabr 2022-ci il, saat 03:59:32-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1, Babək küçəsində olması müəyyən edilmişdir (Zabrat qəsəbəsi ilə Pirşağı qəsəbəsi arasında məsafənin olması nəzərə alınmaqla eyni anten dairəsində olması real deyil).
3. “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 24 oktyabr 2022-ci il tarixli protokol-hansı ki, təqsirləndirilən şəxs həmin istintaq hərəkətində müstəntiqin iştirak etmədiyini, əməliyyatçılar tərəfindən hadisə yerinə aparıldığını göstərmiş, həmin protokolda istintaq hərəkəti zamanı fotoşəkillərin çəkildiyi göstərilsə də, həmin fotoşəkillərin texniki səbəblərdən silindiyi barədə arayış tərtib edilərək protokola əlavə olunmaqla fotoşəkillər iş materiallarına əlavə edilməmiş, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə raportun işə əlavə edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ifadələrinin hadisə yerində şahid qismində yoxlanılmış və bununla da onun müdafiə hüququnun təmin edilməsi istiqamətində zəruri addımların atılmamışdır. Belə ki, AR CPM-nin 260.2-ci maddəsinə əsasən təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Lakin hazırki halda müstəntiq 25 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus əmlakların məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi tərəfindən daxil olmuş məktub (cild 01, i.v.128) əsasında həmin epizodla bağlı Təqsirləndirilən şəxs şahid qismində dindirmiş, onun etirafedici məzmunda ifadəsini iş materiallarına əlavə etməsinə baxmayaraq onu həmin epizodlarla bağlı təqsirləndirilən şəxs qismində cəlb etmədən yenə də ifadəsini şahid qismində yerində yoxlamış və ondan dərhal sonra onun əməlini AR CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif etmişdir. Halbuki, Təqsirləndirilən şəxs şübhəli və ya təqsirləndirilən şəxs qismində ifadəsinin yoxlanılması həyata keçirilsəydi, onun müdafiəçisinin həmin istintaq hərəkətində iştirak etmək, bununla da təqsirləndirilən şəxs keyfiyyətli müdafiə hüququ ilə təmin edilmək imkanı yaranmış olardı. Göründüyü kimi,göstərilən istintaq hərəkəti qanunvericiliyin tələblərinə riayət edilmədən keçirilmişdir ki, bu da həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən protokolun mötəbər sübut kimi qiymətləndirilməsini şübhə altına alır. Həmçinin, iş materiallarından görünür ki, 24 oktyabr 2022-ci il tarixdə “Şahidin ifadəsinin yerində yoxlanılması” həmin tarixdə, saat 16:00-dan 16:45-dək aparılmış, lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19 noyabr 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək anten məlumatlarından görünən odur ki, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten məlumatları saat 15:51-dən 16:07dək Bakı şəhəri, Nərimanov rayonu ərazisində, ondan sonrakı saatlarda isə saat 16:45 daxil olmaqla Zabrat qəsəbəsi ərazisində olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin 24 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinə aparılmasına dair məhkəmədə əsaslı şübhələrin yaranmasına zəmin yaradır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda hazırki epizod üzrə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd orta ölçülü 25 manat dyərində «Bort» markalı, BSM-650N modelli dreli, 01 ədəd 400 manat dəyərində «Bosh» markalı prefaratoru, 01 ədəd kiçik ölçülə 30 manat dəyərində “l/İHTep» markalı yiUM-125/1280BTmodelli laqondanı, 01 ədəd 70 manat dəyərində «Candan» markalı qaynaq aparatını, 100 İt həcmində «Ariston» markalı su qızdırıcı aparatın 50 manat dəyərində elektrik qızdırıcısını (spiral), evin zirzəmisinin dəmirdən olan qapısı üzərində olmuş qıfılı dəmir parçası ilə sındırıb zirzəmiyə qanunsuz daxil olmaqla oradan 01 ədəd 80 manat dəyərində «Margus» markalı su mühərrikini gidravlikası ilə birlikdə, evin arxasında quraşdırılmış 01 ədəd «Daevoo» markalı kondisionerin 700 manat dəyərində mühərrikini gizli olaraq talaması göstərilsə də, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi tərəfindən daxil olmuş məktubda (cild 01, i.v.128) onun zərərçəkmiş şəxsə məxsus kondisioner motorunu, 01 ədəd su motorunu, 01 ədəd laqondanı, 01 ədəd dreli, 01 ədəd prefaratoru oğurlamasının keçirilmiş tədbirlər nəticəsində müəyyən edildiyi bildirilmiş, digər əmlaklar isə ümumiyyətlə göstərilməmişdir. 4.”Götürmə və baxış keçirilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli protokol-həmin protokolda Təqsirləndirilən şəxs özünün 01 ədəd drel və 01 ədəd laqondanı istintaqa təqdim etdiyi göstərilsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs nə dreli, nə də laqondanı təqdim etmədiyini, oğurluğu törətmədiyindən onda hər hansı maddi sübutun da olmadığını, həmin maddi sübutların əməliyyatçılar tərəfindən bit bazarından alındığını bildirmiş, zərərçəkmiş şəxs də məhkəmə iclasında ona qaytarılmış drelin onun dreli olmadığını, ona məxsus drelin yeni olduğu halda ona təqdim edilmiş drelin köhnə drel olduğunu, əməliyyatçının ona həmin dreli hələlik götürərək ona məxsus olduğunu bildirməsini, drelin yiyəsi tapılarsa ona qaytarılacağını bildirdiyini göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona qaytarılmış laqondanın özünə məxsus olduğunu bildirsə də, həmin laqondanın ona adını bilmədiyi əməliyyatçı tərəfindən qaytarıldığını, Təqsirləndirilən şəxs ümumiyyətlə istintaq zamanı görmədiyini bildirmişdir ki, belə olan halda məhkəmə zərərçəkmiş şəxsə təqdim edilmiş laqondanın ona məxsus olmasını bildirməsinə baxmayaraq polis əməkdaşı tərəfindən ona məxsus olmayan dreli də götürməsinin və yalandan ona məxsus olmasını bildirməsinin deyildiyini, digər Zərərçəkmiş şəxs2 evində başqa şəxsin ifadəsinin yerində yoxlanılaraq həmin şəxsin oğurluq etdiyi yerləri konkret göstərməsinə baxmayaraq həmin oğurluqla bağlı da Təqsirləndirilən şəxs ittiham elan edildiyini, ölkə hüdudlarından kənarda olduğu dövrdə törədilmiş oğurluq cinayətində də onun təqsirləndirildiyini və bununla da işin halların istintaq orqanı tərəfindən tamamilə təhrif edildiyini nəzərə alaraq Zərərçəkmiş şəxs3 qaytarılmış laqondanın Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsinin də təsdiq olunmaması, şübhə doğurması və bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi qənaətinə gəlir.
5. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokol-Həmin protokolda göstərilmişdir: “Zərərçəkmiş şəxs3 ona təqdim edilmiş 01 ədəd drelin və 01 ədəd laqondanın ona məxsus olduğunu bildirmişdir. Həmin protokola münasibətdə məhkəmə qeyd edir ki, həmin protokol ümumiyyətlə AR CPMnin tələblərinə uyğun olmadığlndan və tamamilə qanunun normalarına zidd tərtib edildiyindən sübutedici qüvvəsi olmayan sənəd kimi qiymətləndirilməlidir. Belə ki, həmin istintaq hərəkətindən öncə əşyaları tanımalı olan şəxs bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirilməmiş, həmin əşyalar eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilməmiş, həmin əşyaların fotoşəkilləri protokola əlavə edilməmiş və digər istintaq hərəkətlərində olduğu kimi yenə də texniki səbəblərdən fotoşəkillərin silindiyi göstərilmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, müxtəlif vaxtlarda müxtəlif müstəntiqlər tərəfindən həyata keçirilən istintaq hərəkətləri zamanı çəkilmiş fotoşəkillərin hər dəfə texniki səbəblərdən silinməsi özü də diqqətçəkən və şübhə doğuran məqamlardan biridir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 240.1-ci maddəsinə əsasən hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir. 240.5-ci maddəsinə əsasən tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur. 241.1.6-cı maddəsinə əsasən tanınma aparıldıqdan sonra müstəntiq müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən tanınma üçün təqdim edilmiş əşyaların təsviri və tanınmanın aparıldığı əlamətlərin təsviri əks olunan protokol tərtib edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokolun tamamilə qanunverciliyə zidd və bununla da sübutedici qüvvəsi olmayan sənəd kimi qiymətləndirilməsi qənaətinə gəlir.
6. “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli 9/7932 nömrəli rəyiyuxarıda göstərilən əsaslarla ekspertə təqdim edilmiş əşyaların Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi öz təsdiqini tapmadığından, təqdim edilmiş əşyalardan birinin (drelin) ümumiyyətlə zərərçəkmiş şəxsə aidiyyəti olmadığından və həmin rəy sadəcə istintaq orqanı tərəfindən ekspertizaya təqdim edilmiş əşyaların dəyərini təsdiq edən sübut olduğundan Təqsirləndirilən şəxs həmin əşyaları oğurlamasına münasibətdə həmin rəy də öz sübuti əhəmiyyəti itirmiş hesab olunur. İstintaq orqanın hər bir epizod üzrə istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokollarıdır ki, məhkəmə qeyd edir ki, həmin protokollar özüözlüyündə hadisə barədə zərərçəkmiş şəxslər tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəd olmaqla, hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əlbarmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Məhkəmə hesab edir ki, istintaq orqanın istinad etdiyi bu sübut növləri məhkəmə istintaqı zamanı aparılan araşdırma nəticəsində təkzib edildiyindən həmin sübutlar şəxsə ittiham elan edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməməli və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar işin həqiqi halları kimi dəyərləndirilməlidir. Göründüyü kimi, istintaq orqanı sadəcə formal sənədlər tərtib etmiş, müvafiq olaraq cinayət prosesi iştirakçılarının öz hüquqlarını lazımi səviyyədə bilməməsindən istifadə edərək onlar tərəfindən imzalanmasını təmin etməklə və müvafiq sənədləri məhkəməyə göndərməklə kifayətlənmiş və həmin sənədlər əsasında şəxsə ittiham elan edilməsini məqbul hesab etmişdir. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri yuxarıda göstərilən hallara əsaslanaraq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadıqlarını və iş materialları ilə cinayətin məhz onun tərəfindən törədilməsinin sübuta yetirilmədiyini göstərmişlər, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələri oxumadan polis əməkdaşları tərəfindən ona köməklik ediləcəyi vədi verildiyindən narkotik vasitələrin təsiri altında imzaladığını, ifadənin yerində yoxlanılması istintaq hərəkətində müstəntiqin və müdafiəçinin iştirak etmədiyini göstərmişdir, iş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi protokolları qanunvericiliyin tələbləri kobud pozulmaqla tərtib edilmiş və orada göstərilənlər həm təqsirləndirilən, həm də müvafiq olaraq zərərçəkmiş şəxslərin ifadələri təkzib edilmişdir, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin ünvanlarda olmasını təsdiq edə biləcək bir şahid ifadəsi, zərərçəkmiş tərəfin iştirakı ilə ifadənin yerində yoxlanması protokolu və ya təqsirləndirilən şəxsin hadisə vaxtı hadisə yerində olmasını təsdiq edən anten məlumatları), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkəmənin ayrı-ayrılıqda tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolu) məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPMnin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir.
Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitələri tərgidə bilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində olan əməliyyatçısına yaxınlaşaraq narkotik vasitəni tərgidə bilmədiyini və onu bir müddət tutmasını xahiş etdiyini, həmin şəxsin Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi Şahid4 zəng edərək lazımdısa ona narkotik vasitədən qanunsuz istifadə edən şəxs göndərə biləcəyini, Şahid4 isə ona narkotiklə yox, oğurluqla olan cinayətləri üzərinə götürən şəxs lazım olduğunu bildirdiyini, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində olan əməliyyatçının onu Şahid4 yanına göndərdiyini, 2022-ci ilin iyun ayından etibarən həmin ilin dekabr ayının 5-dək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin padvalında qaldığını, sadəcə yaşamağa yeri olmadığından bölmənin rəisinin razılığı ilə həmin bölmədə gecələdiyini, gündüzləri rahat istədiyi yerə getdiyini, gecələr isə yatmağa bölməyə gəldiyini, həmin müddət ərzində bölmə rəisinin ona hər gün yeməyini, siqaretini, istifadəsi üçün narkotik vasitəni verdiyini, ehtiyacı olanda cibinə pul da qoyduğunu, ona bölmədə narkotik vasitələrin təsiri altında bütün sənədlərin imzalatdırıldığını, Şahid4 ona oğurluqla yanaşı narkotiklə də ittiham veriləcəyini bildirdiyini, bölmədə ona narkotik vasitə təqdim olunaraq çəkiliş zamanı cibindən çıxarmasının bildirildiyini, onun isə özünə göstərilən yaxşı münasibətə görə razılaşdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmiş, əksinə ona polis bölməsində uzun müddət yaşamağa şərait yaradıldığını, çox yaxşı münasibət göstərildiyini və bu səbəbdən üzərinə qoyulmuş narkotik vasitəni çəkiliş zamanı təqdim edərək ona məxsus olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi Şahid4 və həmin bölmənin əməliyyatçıları Şahid1 və Şahid2 tərəfindən təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar təkzib edilmiş və təqsirləndirilən şəxs tərəfindən həmin halı təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 05 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 2022-ci ilin iyun ayından dekabr ayınadək Sabunçu RPİ-nin 15-ci bölməsində gecələdiyini bildirsə də, məhkəmə tərəfindən əldə edilmiş təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsindən çıxdığı tarixdən, yəni 19 noyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək istifadəsində olmuş mobil nömrənin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi tarix aralığında, yəni 2022-ci ilin iyun ayından dekabr ayınadək sadəcə bir ünvanda qalmamış, müxtəlif vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 40, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsi, 33, Zabrat-1, ünvan 12 ünvanlarında qalmışdır ki, bu da təqsirləndirilən şəxsin 6 ay ərzində bölmədə yaşamasına dair göstərdiy xüsusatın öz təsdiqini tapmamasına, həmin zaman müddətində müxtəlif ünvanlarda yaşamasına dəlalət edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən anten məlumatlar alınanadək təkidlə 2022-ci ilin iyun ayından dekabr ayınadək Sabunçu RPİ-nin 15-ci bölməsində gecələdiyini və orada qaldığını bildirsə də, məhkəmə iclasında anten məlumatlar elan olunduqdan sonra ona müxtəlif ünvanlarda yaşaması ilə bağlı sual ünvanlandıqda, o, bir müddət sevgilisinin evində yaşadığını, bir müddət kirayə evdə yaşadığını bildirmiş, sədrlik edən tərəfindən “hansı səbəbə görə öncədən bu barədə bildirməməsi və 06 ay ərzində fasiləsiz olaraq bölmədə yaşaması barədə bildirməsi” barədə suala Təqsirləndirilən şəxs cavab verə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsinə münasibətdə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə baxışı zamanı əldə edilmiş anten dairəsi məlumatları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəs ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 05 dekabr 2022-ci il tarixdən, saat 15:00-dan tutulmuş hesab edilmişdir (cild 01, i.v. 19). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 4(008)-997/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.84-89). “Tutma haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur (cild 01, i.v.153). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 01, i.v.177- 179). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 oktyabr 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.180-181). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 04 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 01. 188-190). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 1(007)-95/201 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 02, i.v.165-181). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 4(008)-55/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir və ev dustaqlığında saxlama müddəti 05 mart 2023-cü il tarixədək müəyyən edilmişdir (i.v.182-185). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v.201-202). “Amnistiya aktının tətbiq edilməsi barədə” 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 iyul 2012-ci il təvəllüdlü (X3) və 15 iyul 2013-cü il təvəllüdlü (X4) uşaqları var. Məhkəmə himayəsində iki azyaşlı uşağının olmasını (AR CM-nin 59.1.4) nəzərə alır və sadalanan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilməsinə və Dövlət tərəfindən ona güzəşt edilməsinə baxmayaraq azad olunduqdan sonra yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Beləliklə məhkəmənin gəldiyi yekun qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs1 Rəsul oğluna 1310 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod üzrə dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət işinin materialları həmin hissədə cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməli, həmin maddələrlə əlaqədar maddi sübut qismində tanınmış iş üzrə maddi sübut 01 ədəd orta ölçülü «Bort» markalı, BSM-650N modelli drel və 01 ədəd kiçik ölçülü “Интeр” markalı УШМ-125/1280BTmodelli laqonda araşdırma başa çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalı, ona təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı həbsdə və ev dustaqlığında saxlandığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, məhkəmə-kimyəvi ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs1 Rəsul oğluna 1310 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod üzrə dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən AR CPM-nin 42.1.4-cü maddəsinə bəarət verilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət işinin materialları həmin hissədə cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2cü maddələri təqsirləndirilməsi ilə əlaqədar maddi sübut qismində tanınmış 01 ədəd orta ölçülü «Bort» markalı, BSM-650N modelli drel və 01 ədəd kiçik ölçülü “Интeр” markalı УШМ-125/1280BTmodelli laqonda araşdırma başa çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 05 dekabr 2022-ci il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 03 ay müddət müddət, cəmi 03 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,460 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Nigar İmanova