Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-53/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs yüksək vəzifədə olan şəxslərə yaxın münasibəti olduğunu bildirib etibarını qazanaraq, etibarından sui-istifadə edib onun arvadı Şahid1 Sumqayıt şəhəri, Nasosni qəsəbəsində yeni inşa edilən hərbi hissəyə kargüzarlıq işinə düzəldə biləcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla 02 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanda kirayədə yaşadığı evin yaxınlığında yerləşən mağazada «E-manat» ödəmə terminalı vasitəsilə onun «Kapital Bank»a məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 4.000 manat, 06 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində onun ünvan 2 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 1.900 manat, 23 avqust 2022-ci il tarixdə, saat 16:30 radələrində isə ünvan 2 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 100 manat, 6.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 6.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə heç hir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs yüksək vəzifədə olan şəxslərə yaxın münasibəti olduğunu bildirib etibarını qazanaraq, etibarından sui-istifadə edib bankdan kredit götürməkdə köməklik edəcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla 02 oktyabr 2022-ci il tarixdə, saat 17:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, R.Axundov kliçəsi 71 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 990 manat, 05 oktyabr 2022-ci il tarixdə, saat 17:10 radələrində Zərərçəkmiş şəxs ünvan 4 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 490 manat, 06 oktyabr 2022-cı il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı, «Umico» plastik bank kartına göndərdiyi 500 manat, 13 oktyabr 2022-ci il tarixdə, saat 11:20 radələrində Zərərçəkmiş şəxs ünvan 5 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı «Umico» plastik bank kartına göndərdiyi 400 manat, 17 oktyabr 2022-ci il tarixdə, saat 14:45 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanda kirayədə yaşadığı evdə onun «Kapital Banka» məxsus «**********168425» saylı «Umico» plastik bank kartına göndərdiyi 620 manat 3.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 3.000 manat maddi ziyan vurmaqla təkrar olaraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu Vüsalın vasitəsilə tanımışdır. 2022-ci ilin avqust ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Vüsal ona zəng edərək, dostu Kamranın həyat yoldaşı Güneli hərbi hissələrdən birində hərbiçi kimi işə düzəlməkdə ona köməklik etməyini xahiş etmişdir. Onun kimisə işə düzəltməyə səlahiyyəti olmasa da həmin vaxt pula ehtiyacı olduğundan Vüsala 6.000 manat pul müqabilində Kamranın həyat yoldaşını işə düzəldə biləcəyini bildirmişdir. Bu barədə Vüsal Kamrana bildirdikdə onunla əlaqə saxlamış və bu barədə danışdıqda Kamran onunla razılaşmışdır. 02 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Kamranın həyat yoldaşının mobil nömrəsinə özünə məxsus «Kapital Bank»ın «**********168425» saylı, «Umico» plastik bank kartına 4.000 manai pul göndərmişdir. Bundan təxminən 3-4 gün sonra təkrar olaraq eyni qaydada Kamran onun eyni adlı kartına 2.000 manat pul göndərmişdir. Bir müddət sonra Kamran ona bildirmişdir ki, banklarda gecikmiş kreditləri vardır, əlavə kredit götürmək istəsə də gecikməsi olduğundan ona banklarda kredit vermirlər. Bu barədə ona köməklik edə biləcəyini soruşanda bildirmişdir ki, ona köməklik edə bilər. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəlində Kamrana «Bank of Bak» dan 12.000 manat, Bank Olmayan Kredit Təşkilatından 15.000 manat kredit götürə biləcəyini vəd verib bu məqsədlə ondan 3.000 manat pul istəmişdir. Kamran onunla razılaşdıqdan sonra elə həmin vaxt, təxminən 02 oktyabr 2022-ci il tarixdə, saat 17:40 radələrində onun eyni adlı kartına hissə-hissə olmaqla 3.000 manat pul göndərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını, mülki iddianın isə qismən təmin olunmasını xahiş edir. Dəymiş ziyandan 500 manat ödəniş aparmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nurlanı 2022-ci ilin avqust ayında ailə dostu Vüsal adlı şəxsin vasitəsilə Bakı şəhərində tanış olmuşdur.Vüsal Nurlan barədə ona onun sinif yoldaşı və keçmiş hərbçi olduğunu bildirmişdir. Nurlanın düzgün və etibarlı adam olduğunu, bəzi işləri həll etdiyini bildirmişdir. Həyat yoldaşı Güneli hərbi hissədə işə düzəltmək istəmişdir. Bu barədə Nurlana bildirmişdir. Nurlan ona Müdafiə Nazirliyində yaxın tanışının olduğunu bildirib lazım olduğu halda Sumqayıt şəhəri, Nasosnı qəsəbəsində yeni inşa edilən hərbi hissəyə arvadını kargüzarlıq işinə düzəldə biləcəyini və həmin işin müqabilində 6.000 manat pul lazım olduğunu, həmin pulun 1.000 manat hissəsinin özünə, 5.000 manat hissəsinin isə yuxarıya çatacağını demişdir. Nurlandan soruşduqda o, həmin 5.000 manat pulu konkret olaraq kimə verəcəyini bildirməmişdir. Bundan sonra Nurlanla 2022-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində görüşüb söhbət etmişlər. Nurlan ona bildirmişdir ki, həyat yoldaşını kiçik çavuş rütbəsində, həmin hərbi hissənin qərargahında kargüzarlıq işinə düzəldəcəkdir. Nurlanla razılaşmış və 02 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Nurlanın ona Watsapp sosial şəbəkəsi vasitəsilə göndərdiyi Kapital Bankın «**********168425» saylı, «Umico» plastik bank kartına Zabrat qəsəbəsi, R.Axundov 71 ünvanda kirayədə yaşadığım esiıı yaxınlığında yerləşən mağazada «e -manat» ödəmə terminalı vasitəsilə 4.000 manat göndərmişdir. Bundan sonra qalan 2.000 manatı 06 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində Zabrat qəsəbəsi, R.Axundov 71 ünvanda kirayədə yaşadığı evdə Nurlanın ona göndərmiş olduğu «Kapital Bank»ın «**********168425» saylı «Umico» plastik bank kartına göndərmişdir. Nurlan ona 2022-ci ilin sentyabr ayının 20-dək həyat yoldaşının işinin düzələcəyini, hətta onun hərbi forma geyinəcəyini, kiçik çavuş rütbəsində işə başlayacağını bildirmişdir. Həmin müddət çatdıqda Nurlan onlara bildirmişdir ki, arvadını işə düzəldəcək şəxs ön cəbhəyə yollanmış, həmin şəxsin qayıdacağı müddət hələ məlum deyil, ona görə arvadının işinin gecikdiyini bildirmişdir. Bir neçə müddət sonra Nurlan ona bildirmişdir ki, həmin şəxs, yəni arvadını işə düzəldəcək şəxs 2022-ci ilin oktyabr ayının 13-15 arası müddətdə gəlməlidir və arvadının işi həll olunacaq. O da Nurlanın sözünə inanmış və gözləməyə qərar vermişdir. Bu ərəfələrdə Nurlan onun etibarından sui istifadə edərək bildirmişdir kı, banklarda da tanışı vardır, lazım gəldikdə gecikmələri dondurub əlavə kredit götürməyə də köməklik edə bilər. Ona da həmin vaxt pul lazım olduğundan Nurlana inanıb onunla razılaşmışdır. Nurlan ona «Bank of Baku» dan 12.000 manat, Bank Olmayan Kredit Təşkilatından 15.000 manat kredit götürə biləcəyini vəd verib bu məqsədlə ondan 3.000 manat pul istəmişdir. Nurlanla razılaşmış və 02 oktyabr 2022-ci il tarixdən başlayaraq 3-4 dəfə hissə hissə olmaqla Nurlanın həmin bank kartına kirayədə yaşadığı evdə olarkən 3.000 manat pul göndərmişdir. Bundan sonra Nurlanla hər dəfə iş barədə danışıb ondan soruşduqda o. müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Məhkəmədən mülki iddianın təmin olunması və Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nurlanla orta məktəb dövründə sinif yoldaşı olmuşlar, aralarında normal münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Şahid1 da tanıyır, onlarla aralarında ədavət və düşmənçilik yoxdur. Kamranı və Güneli 2019-cu ildən tanıyır. Kamranın həyat yoldaşı Günel onun həyat yoldaşı ilə birlikdə xəstəxanada bir palatada olmuşlar və orada tanış olmuşlar. Onun da beləcə Kamranla tanışlığı yaranmışdır. Kamranın maddi vəziyyəti aşağı olduğundan 2022-ci ilin avqust ayında onunla mobil telefonla əlaqə saxlayaraq həyat yoldaşı üçün iş axtardığını, əgər hardasa qadın üçün iş olarsa həyat yoldaşı Günel üçün iş düzəltməyini xahiş etmişdir. O da Nurlanla yaxın münasibətləri olduğundan ona zəng edib tanışı Kamranın həyat yoldaşı Günel üçün iş axtardığını, maddi vəziyyətlərinin aşağı olduğunu, əgər hardasa qadına uyğun iş yeri olarsa bu barədə ona deməsini bildirmişdir. Nurlan iş tapa biləcəyini bildirib Kamranın mobil tefonunu istəmişdir. O da Kamrana zəng edib, bu barədə məlumat vermiş və razılığı ilə onun mobil nömrəsini Nurlana vermişdir. Bundan sonra onlar arasında baş verən hadisələr barədə məlumatı olmamışdır. Sonradan 2022-ci ilin oktyabr ayında, dəqiq xatırlamadığı tarixdə Kamran onunla mobil telefonla əlaqə saxlayaraq Nurlana həyat yoldaşı Güneli işə düzəltmək məqsədilə 9.000 manat pul verdiyini, lakin Nurlanın onları aldadaraq həyat yoldaşı Güneli işə düzəltmədiyini, pulunu ələ keçirdiyini bildirmişdir. Nurlana zəng etsə də zənglərinə cavab verməmiş, Nurlanla görüşüb baş verənlər barədə soruşduqda Nurlan Kamrandan 9.000 manat pul aldığını, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini, qardaşı ağır xəstə olduğundan onun müalicəsinə sərt etdiyini bildirmişdir. Ona iradını bildirib Kamrana məxsus həmin pul məbləğim qaytarmağını bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 05 iyun 2023-cü il tarixdə doldurulmuş tələbnamədən və Gəncə Apellyasiya Məhkəməsinin 1(104)3/2023 saylı, 19 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2, 66.3, 69.4-cü maddələri ilə təqsirli bilinib 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)3/2023 saylı, 19 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü addələri ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 324.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə «01» (bir) il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikasıının Ədliyyə Nazirliyi Şirvan şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaya məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza «01» (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Sınaq müddəti 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm m əhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyandan 800 manat ödəniş etməsini, 2016-cı il aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət t ərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 20 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,58). Cinayət işinin materiallarında olan 22 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,79). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)497/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 95). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 22 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,97). Cinayət işinin materiallarında olan 12 iyul 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (səh.,121). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)817/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 804 saylı, 06 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-in CAB-in əməkdaşları tərəfindən tutulmuş və 03 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər analoji cinayətə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, məhkəmədən yayındığını, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «03» fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxs mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddianın təmin edilərək, törədilmiş əməl nəticəsində ona dəymiş 8.300 manat maddi zərərin və mənəvi zərərin əvəzi 1.700 manat olmaqla cəmi 10.000 manat məbləğində tutularaq Zərərçəkmiş şəxs tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 8.200 manat maddi zərər, 100 manat mənəvi zərər tutulmalıdır. Mülki iddianın qalan hissəsi isə təmin edilməməlidir. Ödənilmiş 120 manat dövlət rüsumunun 105 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, qalan 15 manatı isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «03» fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 0**********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 8.200 manat maddi zərər, 100 manat mənəvi zərər tutulsun. Mülki iddianın qalan hissəsi isə təmin edilməsin. Ödənilmiş 120 manat dövlət rüsumunun 105 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun, qalan 15 manatı isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-53/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-53/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver