Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-530/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxxx 2000-ci il tarixdə Şamaxı rayonu, Qaravəlli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Şamaxı rayonu, Mirikənd ərazi dairəsi, Qaravəlli kəndində qeydiyyatda olmaqla, ünvan 2ü adlanan ərazidə nömrəsiz evdə yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ilə «həbs» edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Əmir oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ü adlanan yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını talamaq məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evdən 150 manat dəyərində, 1 metr eni, 2 metr hündürlüyündə bir ədəd dəmir qapını, 100 manat dəyərində 30 sm diametrliyində və 110 sm hündürlüyündə bir ədəd hamam üçün dəmir samovarı (kalonka) və 50 manat dəyərində bir ədəd dəmir çarpayını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, 2788 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopardaraq pəncərəni vintaçan vasitəsi ilə açıb qanunsuz daxil olaraq evdə paltar dolabında olan gödəkçəsinin cibindən 1.500 manat nağd pulunu, 50 manat dəyərində bir ədəd qol saatını, 60 manat dəyərində bir ədəd laqondanı, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd elektrik drelini, 7 manat dəyərində bir ədəd telefon adaptorunu və 200 manat dəyərində bir ədəd 5 litrlik samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1.877 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, 2788 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopardaraq pəncərəni vintaçan vasitəsi ilə açıb qanunsuz daxil olaraq evdə paltar dolabında olan gödəkçəsinin cibindən 1.500 manat nağd pulunu, 50 manat dəyərində bir ədəd qol saatını, 60 manat dəyərində bir ədəd laqondasını, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd elektrik drelini, 7 manat dəyərində bir ədəd telefon adaptorunu və 200 manat dəyərində bir ədəd 5 litrlik samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1.877 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Mirikənd ərazi dairəsi, Qaravəlli kəndində qeydiyyatda olsa da, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qayaüstü yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayır, işləmir. Pərvin onunla qonşuluqda yaşayır, Pərvinlə mehriban münasibətdədirlər, ədavətləri və ya düşmənçilikləri yoxdur. 2022-ci ilin sentyabr ayının əvvəllərində pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, nəzarətsiz olan evdən oğurluq etsin və əldə etdiyi əşyaları satıb öz şəxsi ehtiyaclarını ödəsin. Odur ki, ünvan 3 ünvanda yerləşən bağ evinin nəzarətsiz qaldığını və evdə heç kimin olmadığını müşahidə edib buna tam əmin olduqdan sonra 15 sentyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində həyətin giriş qapısının örtülü olduğunu, üzərində qıfıl olmadığını görüb qapını açaraq həyətə daxil olmuşdur. Daha sonra həyətdə olan evin giriş qapısına yaxınlaşarkən görmüşdür ki, qapı örtülü olsa da, kilidlə bağlanmayıb. O, evə daxil olmuş və evdən divara söykənmiş vəziyyətdə eni 1 metr, hündürlüyü 2 metr olan bir ədəd dəmir qapını, 30 sm diametrli və 110 sm hündürlüyündə bir ədəd hamam üçün nəzərdə tutulmuş dəmir qızdırıcını və bir ədəd dəmir çarpayını götürüb həyətə yığmışdır. Evin giriş qapısını oğurlamaq fikrinə düşsə də qapını yerindən çıxara bilməmişdir. O, həmin əşyaları daşıması üçün evinin qarşısında olan araba və giriş qapısını çıxarması üçün dəmir alət götürüb yenidən Zərərçəkmiş şəxs2 həyətinə gələrək əşyaları arabaya yükləmişdir. Özü ilə gətirdiyi dəmir alətlə giriş qapısını çərçivədən çıxarıb həyətdə kənara qoymuşdur ki, özü ilə götürsün. Lakin həmin qapı ağır olduğundan götürmək fikrindən daşınmış, ona görə də qapı həyətdə qalmışdır. O, arabaya yüklədiyi əşyaları yaşadığı evin həyətinə aparmışdır. Həmin tarixdə, yəni 15 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radlərində «Qazel» yük avtomobili idarə edən sonradan adını bildiyi Zakirə bildirmişdir ki, həyətində özünə məxsus metal qırıntıları var, pula ehtiyacı olduğu üçün satmaq istəyir. Zakir həmin metal qırıntılarını metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişdir. Zakirlə gediş haqqını 5 manata razılaşdıqdan sonra Zakir idarə etdiyi yük avtomobilini onun yaşadığı ünvana sürmüşdür. O, Vəfanın evindən oğrulayıb evinin həyətinə yığdığı bir ədəd dəmir qapını, bir ədəd hamam üçün nəzərdə tutulmuş dəmir qızdırıcını və bir ədəd dəmir çarpayını avtomobilin yük hissəsinə yükləmişdir. Həmin əşyaları Maştağa qəsəbəsində yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb sonradan adını bildiyi Ağasıya ümumilikdə 150 manata satmışdır. Ağasıya demişdir ki, həmin əşyalar özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Ağası həmin əşyaları ondan alarkən şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Oğurluğu tək törətmiş, əşyaları oğurluq yolu ilə ələ keçirdiyini heç kimə deməmişdir. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 02 yanvar 2023-cü il tarixdə pulu olmadığına görə qərara gəlmişdir ki, oğurluq etsin. Odur ki, saat 14:00 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, Qayaüstü adlanan yaşayış sahəsindəki məhəlləyə çıxmışdır. Məhəllədə olarkən Pərvin ilə rastlaşmış, Pərvinə demişdir ki, yaxınlıqdakı məhəllədə gəzişsinlər. Pərvinlə birgə gəzişərkən Pərvinə təklif etmişdir ki, kənardan müşahidə aparsınlar, sahibi olmayan evlərin birindən oğurluq etsinlər. Pərvin onunla razılaşmamış, bildirmişdir ki, oğurluq etməkdən qorxur, üstü açılsa nə edəcəklər. O, Pərvinə demişdir ki, onsuzda onları tanıyan yoxdur, heç kim heçnə bilməyəcək. O, Pərvinlə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlarında yerləşən evlərin ətrafında gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus ev diqqətini cəlb etmişdir. Evi müşahidə edərkən görmüşlər ki, evdə heç kim yoxdur, evin həyətinə giriş qapısı bağlıdır. O, hasardan evin həyətinə girmiş, ondan sonra Pərvində hasardan həyətə keçmişdir. Həyətdəki ev kürsülü olmaqla 1 mərtəbədən ibarət olmuş, evin pəncərələri həyətə baxırmış, pəncərələr plastik olmaqla üzərinə dəmir barmaqlıqlar çəkilmişdir. Evə və həyətə olan giriş-çıxış qapıları dəmirdən olmaqla qapılar «VAZ» açarı ilə bağlanmışdır. O, ilk olaraq həyətə olan giriş qapısını həyətdən cəftə ilə bağlamışdır ki, evə gələn olarsa qapını küçədən aça bilməyib küçədə ləngisin. Onlar həyətdə, qapısı dəmir çərçivədən olan saxlanc yerinin qapısının qıfılını qıraraq oraya daxil olsalar da həyətdəki saxlanc yerindən heçnə tapa bilməmişlər. Bundan sonra həyətdə olan dəmir baltanı götürərək yataq otağının həyətə baxan plastik pəncərəsinin dəmir barmaqlıqlarını həmin balta ilə yerindən ayırmış, plastik pəncərəni özlərində olan virıtaçanla acmış və yataq otağına daxil olmuşlar. O, qonaq otağına keçərkən kompyuter masasının üzərində qapağı qalxmış vəziyyətdə «Lenovo» markalı notebooku görmüş, elə başa düşmüşdür ki, kompyuter çəkiliş aparır və onların görünüşləri artıq kameraya düşmüşdür. Odur ki, dərhal «Lenovo» markalı notebooku götürərək pəncərədən həyətə atmışdır. Bundan sonra qonaq otağındakı paltar dolabında olan gödəkçənin cibindən 1.500 manat nağd pulu, qonaq otağındakı dolabdan bir ədəd kişi qol saatını, qonaq otağındakı kompyuter masasjnın üzərindən bir ədəd telefon adaptorunu, evin dəhlizindəki rəfdən 1 ədəd laqondanı, iki ədəd elektrik drelini və 5 litrlik samovarı götürərək həmin əşyaları evə daxil olduqları pəncərədən həyətə yığmışlar. Həyətdə olarkən də kompyuteri balta ilə sındırmışdır ki, kompyuterdə ola biləcək görüntüləri silinsin. Onlar oğurladıqları əşyaları götürərək həyətdən çıxmışlar. Yolda drelin biri əllərindən düşüb sındığından həmin dreli yol kənarına tullamışlar. Həmin tarixdə, saat 17:00 radələrində Pərvinlə birgə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, «Seyid market»in yaxınlığında yerləşən samovar təmiri emalatxanasına gəlmiş, sonradan adını bildiyi qalayçı Şahid3 samovarı özününkü kimi təqdim edərək 70 manata satdığını bildirmişdir. Elşən samovara baxaraq bəyənmiş, qiymətini 50 manata razılaşmışlar. Elşən ondan şəxsiyyət vəsiqəsini istəmiş, vəsiqə olmadığından Pərvin özü şəxsiyyət vəsiqəsini Elşənə vermiş, Elşən vəsiqənin surətini çıxararaq Pərvinə qaytarmışdır. Oradan həmin yerə yaxın olan, yəni Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində, Göy məsçidin yaxınlığında yerləşən dəmir qapı sexinə getmiş, orada sonradan adını bildiyi Telmana yaxınlaşıb drel və laqonda təklif etmişlər. Telman drel və laqondanın oğurluq olub-olmamasını soruşmuş, oğurluq olmadığını deyərək şəxsiyyət vəsiqəsini təqdim etməsini təklif etmişdir. Telman bildirmişdir ki, cəmi 20 manat pulu var. O, razılaşaraq drel və laqondanı Telmana 20 manata satmışdır. Oğurladıqları qol saatını və adaptoru sata bilməyəcəklərini başa düşüb həmin əşyaları yolda tullamışlar. 1500 manatı və oğurluqdan əldə etdikləri 70 manatı 2 yerə bölmüşlər, Pərvinə 785 manat pul vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə, saat 14:00 radələrində yaşadığı Qayaüstü adlanan yaşayış sahəsindəki məhəllədə olarkən qonşusu Elşad ona yaxınlaşaraq məhəllədə gəzişmələrini təklif etmişdir. O, etiraz etməmişdir. Məhəllədə gəzişərkən Elşad pulunun olmadığını bildirmiş və təklif etmişdir ki, kənardan müşahidə aparsınlar, sahibi olmayan evlərin birindən oğurluq etsinlər. O, razılaşmamış, bildirmişdir ki, oğurluq etməkdən qorxur və Elşaddan soruşmuşdur ki, üstü açılsa nə edəcəklər. Elşad demişdir ki, onsuzda onları tanıyan yoxdur, heç kim heçnə bilməyəcək. O, Elşadla birgə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlarında yerləşən evlərin ətrafında gəzişərkən sonradan adını bildikləri Zərərçəkmiş şəxs1 məxsus ev Elşadın diqqətini cəlb etmişdir. Onlar evi müşahidə edərkən görmüşlər ki, evdə heç kim yoxdur, evin həyətinə giriş qapısı bağlıdır. Elşad hasardan evin həyətinə girmiş, o, da hasardan həyətə keçmişdir. Həyətdəki ev kürsülü olmaqla bir mərtəbədən ibarət olmuş, evin pəncərələri həyətə baxmış, pəncərələr plastik olmaqla üzərinə dəmir barmaqlıqlar çəkilmişdir. Evə və həyətə olan giriş-çıxış qapıları dəmirdən olmaqla qapılar «VAZ» açarı ilə bağlanmışdır. Elşad ilk olaraq həyətə olan giriş qapısını həyətdən cəftə ilə arxasını bağlamışdır ki, evə gələn olarsa qapını küçədən aça bilməyib küçədə ləngisin. Onlar həyətdə tikilmiş, qapısı dəmir çərçivədən olan saxlanc yerinin qapısının qıfılını qıraraq oraya daxil olsalar da həyətdəki saxlanc yerindən heç nə tapa bilməmişlər. Bundan sonra Elşad həyətdə olan dəmir baltanı götürərək yataq otağının həyətə baxan plastik pəncərəsinin dəmir barmaqlıqlarını həmin balta ilə yerindən ayırmış, plastik pəncərəni Elşadla birgə Elşadda olan vintaçanla acaraq yataq otağına daxil olmuşlar. O, Elşadla birgə qonaq otağına keçərkən kompyuter masasının üzərində qapağı qalxmış vəziyyətdə «Lenovo» markalı notebooku görmüş, Elşad bildirmişdir ki, notebook çəkiliş aparır və odur ki, dərhal «Lenovo» markalı notebooku götürərək pəncərədən həyətə atmışdır. Bundan sonra qonaq otağındakı paltar dolabında olan gödəkçənin cibindən 1.500 manat nağd pulu, qonaq otağındakı dolabdan bir ədəd kişi qol saatını, qonaq otağındakı kompyuter masasının üzərindən bir ədəd telefon adaptorunu, evin dəhlizindəki rəfdən bir ədəd laqondanı, iki ədəd elektrik drelini və 5 litrlik samovarı götürərək evə daxil olduqları pəncərədən də həyətə çıxararaq həmin əşyaları həyətə yığmışlar. Həyətdə olarkən də Elşad kompyuteri balta ilə sındırmışdır ki, kompyuterdə ola biləcək görüntüləri silinsin. Oğurladıqları əşyaları götürərək həyətdən çıxmış, həmin tarixdə saat 17:00 radələrində Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, «Seyid» markefin yaxınlığında yerləşən samovar təmiri emalatxanasına gəlmişlər. Orada Elşad sonradan adını bildikləri qalayçı Şahid3 samovarı özününkü kimi təqdim edərək 70 manata satdığını bildirmişdir. Elşən samovara baxaraq bəyənmiş, qiymətini 50 manata razılaşmışlar. Elşən Elşaddan şəxsiyyət vəsiqəsini istəmiş, vəsiqəsi olmadığından o, öz şəxsiyyət vəsiqəsini Elşənə vermiş, Elşən vəsiqənin surətini çıxararaq özünə qaytarmışdır. Oradan həmin yerin yaxınlığında, yəni Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində Göy məsçidin yaxınlığında yerləşən dəmir qapı sexinə getmiş, sonradan adını bildikləri Şahid4 yaxınlaşan Elşad, Şahid4 drel və laqonda təklif etmişdir. Telman drel və laqondanın oğurluq olub-olmamasını soruşmuş, Elşad demişdir ki, oğurluq deyil, şəxsiyyət vəsiqələrini təqdim edə bilərlər. Telman bildirmişdir ki, cəmi 20 manat pulu var. Elşad razılaşaraq drel və laqondanı Telmana 20 manata satmış, oğurladıqları qol saatını və adaptoru sata bilməyəcəklərini başa düşüb yolda tullamışlar. 1.500 manatı və oğurluqdan əldə etdikləri 70 manatı 2 yerə bölmüş, Elşad ona 785 manat pul vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, 2788 nömrəli ünvanda 6 sot torpaq sahəsi almışdır. 2019-cu ildə həmin torpaq sahəsində ev tikdirmiş, evi kürsülü olmaqla 3 yataq otağından, 1 qonaq otağından, mətbəxdən və sanitar qovşağından ibarət olmuşdur. Evinin pəncərələri həyətə baxır, pəncərələr plastik olmaqla üzərinə dəmir barmaqlıqlar çəkilmişdir. Evinə və həyətinə olan giriş-çıxış qapıları dəmirdən olmaqla qapılar «VAZ» açarı ilə bağlanır. O, həmin ünvanda tək yaşayır, övladı öz evində yaşayır, arvadı isə dünyasım dəyişmişdir. 02 yanvar 2023-cü il tarixdə, saat 10:00 radələrində evdən çıxaraq Sumqayıt şəhərində yaşayan bacısının evinə bayramlaşmağa getmiş, evdən çıxarkən evin və həyətin qapılarını başlamışdır. Həmin tarixdə, yəni 02 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində evinə qayıdarkən həyətə olan darvazanın qapısını açmış, lakin qapı açılmamışdır. Başa düşmüşdür ki, qapını içəridən çəftə ilə bağlayıblar. Qonşusunun həyətindən öz həyətinə keçərkən görmüşdür ki, həyətdə əşyalarını saxlamaq üçün tikdirdiyi, qapısı dəmir çərçivədən olan saxlanc yerinin qapısının qıfılı qırılıb. Həyətə baxarkən görmüşdür ki, yataq otağının dəmir çərçivəsinin bir tərəfi yerindən çıxarılıb, plastik pəncərə isə sıxılaraq açılıb. Pəncərənin qarşısında, yerdə, yəni həyətdə, qonaq otağında kompyuter masasında olan «Lenovo» markalı nootebuk kompyuteri sındırılmış vəziyyətdədir. Dərhal bu barədə «102» xidmətinə məlumat vermiş, polis əməkdaşlarının iştirakı ilə evin q apısını açmış və evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qonaq otağındakı paltar dolabında olan gödəkçəsinin cibindən 1.500 manat nağd pulu, qonaq otağındakı dolabdan 50 manat dəyərində bir ədəd kişi qol saatı, qonaq otağındakı kompyuter masasının üzərindən 7 manat dəyərində bir ədəd telefon adaptoru, evin dəhlizindəki rəfdən 60 manat dəyərində bir ədəd laqondası, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd elektrik dreli və 200 manat dəyərində bir ədəd 5 litrlik samovarı oğurlanıb. Oğurluq nəticəsində ona cəmi 1.877 manat ziyan dəymiş, Məhv edilərək tam yararsız hala salınmış «Lenovo» markalı nootbuk kompyuterinin 400 manat dəyərini nəzərə alsa cəmi 2.277 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mühuddin qızı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 3405 ünvanda yerləşən bağ evi də ona məxsusdur. Həmin evdə əsasən yay mövsümündə yaşayır. Buna baxmayaraq mütəmadi olaraq evə nəzarət edir. Sonuncu dəfə evinə 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında nəzarət etmiş, həmin tarixdə evdən hər hansı bir əşyanın oğurlanmasını, evə kənar şəxsin daxil olmasını aşkar etməmişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 13-14 radələrində bağ evinin qonşuluğunda yaşayan adını unutduğu şəxs, ona zəng edib bildirmişdir ki, evinin giriş qapısı yerində yoxdur. Narahat olub Nardaran qəsəbəsi, Ləhiş bağları 3405 ünvanda yerləşən bağ evinə getdikdə görmüşdür ki, evin giriş qapısı yerindən çıxarılaraq həyətində kənara qoyulmuşdur. Evdə olan əşyalara nəzarət etdikdə evin içərisində quraşdırılmamış vəziyyətdə olmuş ona məxsus 150 manat dəyərində 1 metr eni, 2 metr hündürlüyündə bir ədəd dəmir qapının, 100 manat dəyərində 30 sm diametrli və 110 sm hündürlüyündə bir ədəd hamam üçün dəmir samovarın (kalonka) və 50 manat dəyərində bir ədəd dəmir çarpayının yerində olmadığını aşkar etmiş, başa düşmüşdür ki, həmin əşyalar oğurlanmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Sonradan polis əməkdaşlarından eşidib bilmişdir ki, həmin hadisə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 AğaRəfi oğlu ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qayaüstü adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsini işlədir. Metal qəbul edərkən metalı satan şəxslərdən şəxsiyyət vəsiqələrinin surətlərini götürüb özündə saxlayır. Şahid1 onun işlədiyi məntəqədə sürücü kimi işləyir. 15 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Maştağa qəsəbəsi, Qayaüstü adlanan ərazidə metal qəbulu məntəqəsində olarkən Elşad, Şahid1 idarə etdiyi yük avtomobilində bir ədəd dəmir çarpayı, bir ədəd hamam üçün dəmir samovar (kolonka) və bir ədəd seyf qapı gətirərək özünə məxsus oluğunu bildirmiş, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Elşadla ümumilmikdə təqdim etdiyi əşyaların dəyərini 150 manata razılaşmışdır. Elşadın şəxsiyyət vəsiqəsinin surətini götürüb əşyaları Elşaddan qəbul etmiş, Elşada 150 manat ödəmişdir. Aldığı əşyalardan dəmir çarpayını sonradan adını və anket məlumatlarını bilmədiyi şəxsə satmışdır. Sonradan Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları onunla əlaqə saxlayıb bildirmişlər ki, Elşadın ona satdığı əşyalar oğurluq olmuşdur. O, bir ədəd hamam üçün samovarı (kalonkanı) və bir ədəd dəmir qapını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, idarə etdiyi «QAZ 33021» markalı, «az ** EV ***» dövlət qeydiyyat nişanlı yük avtomobillə Şahid2 məxsus metal qəbul məntəqəsində sürücü işləyir. 15 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi, Qayaüstü adlanan ərazidə olarkən Elşad adlı şəxs ona yaxınlaşıb həyətyanı sahəsindəki əşyaları metal qəbulu məntəqəsinə aparmaq istədiyini bildirmişdir. Gediş haqqı kimi 10 manat tələb etmiş, lakin Elşadla 5 manata razılaşmışlar. O, Elşadla birgə Elşadın yaşadığı Qayaüstü adlanan ərazidəki evinə getmiş, Elşad evin həyətdəki bir ədəd dəmir çarpayını, bir ədəd su qızdırıcısı (kolonkanı) və bir ədəd seyf qapını avtomobilin yük hissəsinə yükləmişlər. Həmin əşyaları Ağasının işlətdiyi, Maştağa qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Elşad həmin əşyaları Ağasıya təhvil verərkən özünə məxsus oluğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini demiş və Ağası Elşadla təqdim etdiyi əşyaların dəyərini 150 manata razılaşmışdır. Ağası Elşadın şəxsiyyət vəsiqəsinin surətini götürüb əşyaları Elşaddan alıb 150 manat ödəmişdir. Sonradan Ağasıdan eşidib bilmişdir ki, Elşadın Ağasıya təqdim etdiyi əşyalar oğurluq yolu ilə ələ keçirilmişdir. Həmin əşyaların Elşad tərəfindən oğurlanması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə baş verən günədək tanımamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, «Seyid market»in yaxınlığında yerləşən samovar təmiri emalatxanasında qalayçı işləyir. 02 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsindəki samovar təmiri yerində olarkən sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 emalatxanaya yaxınlaşaraq ona gümüşü rəngli, üzərində «FEDORĞ ERMİLOBĞ VİULİ, MED 1900 q» sözləri yazılmış 5 litrlik, köhnəlmiş samovarı təqdim edərək bildirmişlər ki, samovar özlərinə məxsusdur, 70 manata satmaq istəyirlər. O, həmin samovarı işlətmək məqsədi ilə almaq qərarına gəlmişdir. Odur ki, samovarı özününkü kimi təqdim edən Elşadla alver edib samovarın qiymətini 50 manata razılaşmışlar. Elşadın şəxsiyyət vəsiqəsi üzərində olmadığından Pərvinin şəxsiyyət vəsiqəsinin surətini götürərək özündə saxlamış, Elşada 50 manat verərək samovarı almışdır. O, həmin samovarı kimyəvi maddələrlə təmizləyərək görünüşlü vəziyyətə gətirmiş və 2-3 gün sonra 250 manata müştəriyə satmışdır. 22 yanvar 2023-cü il tarixdə, Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları həmin samovarla maraqlanarkən könüllü olaraq həmin samovarı geri alaraq PB-yə təhvil vermişdir. Daaha sonra bildirmişdir ki, o, samovarın oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə baş verən günədək tanımamış, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, Məsçidin yaxınlığında yerləşən dəmir qapı sexində satıcı işləyir. 02 yanvar 2023-cü il tarixdə, saat 17:30 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsindəki dəmir qapı sexində olarkən sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sexə gələrək ona laqonda və drel təqdim edərək bildirmişlər ki, laqonda və drel özlərinə məxsusdur, 60 manata satmaq istəyirlər. O, bildirmişdir ki, laqonda və drelə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, evlərində xəstəsi var, müalicəsi üçün satır. O, üzərində cəmi 20 manatı olduğunu bildirmiş, Elşaddan laqonda və drelin oğurluq olub-olmamasını soruşmuş, Elşad bildirmişdir ki, şəxsiyyət vəsiqələrinin surətini verə bilər. O, Elşada inanaraq heç bir sənəd surəti almadan 20 manat verərək laqonda və dreli almışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6769 saylı, 14 oktyabr 2022-ci il tarixli ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş 1 metr eni, 2 metr hündürlüyü olan dəmir qapının dəyəri 150 manat, 30 sm diametrli və 110 sm hündürlüyü olan hamam üçün dəmir samovarın dəyəri 100 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1007 saylı, 13 mart 2023-cü il tarixli ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə, üzərində «1800BT 230B 50 Qü KRUQ 180MM» sözləri yazılmış LENCE firmasına aid istifadə edilmiş laqondanın təxmini dəyəri 40 manat, üzərində «DU-13/780GR» sözləri yazılmış «İNTERSKOL» firmasına aid, istifadə edilmiş drelin təxmini dəyəri 20 manat olmaqla ümumi dəyəri 60 manat müəyyən edilir. Digər 1 ədəd üzərində «FEDORĞ ERMİLOBĞ VİULİ, MED 1900 q» sözləri yazılmış 5 litrlik, köhnəlmiş samovar tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan Mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 10 yanvar 2023-cü il tarixli, 3-13-11/2-23012023 nömrəli məktubla müəyyən edilmişdir ki, 05 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, 2788 saylı bağ evində baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş bir ədəd əl izi xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc əksi ilə eynilik təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinib, «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)415/2022 saylı, 07 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan «07» (yeddi) ay, 24» (iyirmi dörd) gün hissəsi dəyişdirilərək «03» (üç) ay, «27» (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 may 2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 300 manat cərimə edilmiş, 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amtistiya Qərarının 2.11 bəndinə əsasən cəzadan azad olunmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində təqsirləndirilməcinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 58). Cinayət işinin materiallarında olan 24 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 88). Cinayət işinin materiallarında olan 24 yanvar 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun vəsatətin müdafiə olunmasınan imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 101). Cinayət işinin materiallarında olan qətimkan tədəbirinin seçilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (səh., 104). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 216). Cinayət işinin materiallarında olan 02 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.3-cü maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 224). Cinayət işinin materiallarında olan 02 fevral 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun vəsatətin müdafiə olunmasınan imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,238) Cinayət işinin materiallarında olan qətimkan tədəbirinin seçilməsi haqqında 02 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh., 241). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 77). Cinayət işinin materiallarında olan 24 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 109). Cinayət işinin materiallarında olan 24 yanvar 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun vəsatətin müdafiə olunmasınan imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Qılma oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 122) Cinayət işinin materiallarında olan qətimkan tədəbirinin seçilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (səh., 125). Cinayət işinin materiallarında olan 01 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 272). Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, analoji cinayətə görə əvvəl məhkum olunmasını, əvvəlki hökm üzrə təyin olunmuş alternativ cəzanın çəkmədiyi üçün təyin olunmuş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Əmir oğlunun cəza çəkmə müddətinin başlanğıcı «12» oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsini, onun alternativ cəza ilə islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) gününə bərabər tutulmaqla «02» (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 «23» yanvar 2023-cü il tarixdən «24» yanvar 2023-cü il tarixə kimi, «31» yanvar 2023-cü il tarixdən «02» fevral 2023-cü il tarixə kimi, Təqsirləndirilən şəxs1 «23» yanvar 2023-cü il tarixdən, «24» yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 (hər birindən 50 manat) tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Üç ədəd daktilolent cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdiyi 30 saata görə (hər birinə) 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs2 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixə kimi, 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «03» (üç) gün müddət çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «01» (bir) il, «11» (on bir) ay, «27» (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-ci il tarixli qərarı ilə təyin olunmuş «03» (üç) ay, «27» (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş «19» (on doqquz) gün müddəti ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi » rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «12» oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)590/2023 saylı, 04 iyul 2023-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, 28 (iyirmi səəkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 (hər birindən 50 manat) tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Üç ədəd daktilolent cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdikləri 30 saata görə (hər birinə) 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-530/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-530/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver