Məhkəmə qərarları › İş №1(008)-531/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-531/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-531/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Bakı şəhəri, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Saray qəsəbəsi, Yeni Məhəllədə yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin balansında olmaqla barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-in 127.2.1, 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə olduğu müddətdə 2022-ci ilin mart ayının əvvəllərində onunla eyni təcridxanada Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin balansında olmaqla Azərbaycan Respublikasının CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə həbsdə saxlanılan təqsirləndirilən şəxs Şahid3 özünü çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən saləhiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə barəsində aparılan cinayət işi üzrə ona elan edilmiş ittihamın mahiyyətinə dəyişikliklər edilərək törətdiyi cinayət əməlinin az ağır cinayət əməlinə tövsif edilərək həbsdən azad etdirmək imkanına malik olduğunu yalandan bildirib tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni onuı barəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə ona elan edilmiş ittihamıı mahiyyətinə dəyişikliklər edilərək törətdiyi cinayət əməlinin az ağır cinays əməlinə tövsif edilərək həbsdən azad edilməsinə görə birbaşa yolla öz vasitəsilə 18.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsini zəruri olduğunu bildirib daha sonra S.S. Məmmədovun qardaşı Zərərçəkmiş şəxsla danışıb Zərərçəkmiş şəxs məxsus olmaqla ondan həmin məbləğdə pul vəsaitini cinayətdən xəbərsiz tanışları vasitəsilə verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə Zərərçəkmiş şəxs Sabirabad rayonu, Qaragüney kəndi ərazisində olan «Gülşən Ticarət Mərkəzində» yerləşən «E- Manat» ödəmə terminalı vasitəsilə 06 mart 2023-cü il tarixdə cinayətdən xəbərsiz qardaşı Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla dostu X12 məxsus "xxxx" ASC-yə məxsus «416973******3408» nömrəli kart hesabına köçürdüyü 2.000 manat, Zərərçəkmiş şəxs Sabirabad rayonunun Qaragüney kəndi ərazisindəki «Gülşən Ticarət Mərkəzində» yerləşən «E-Manat» ödəmə terminalı vasitəsilə 22 mart 2023-cü il tarixdə cinayətdən xəbərsiz qardaşı Şahid6 məxsus "xxxx" ASC-yə məxsus «416973****7899» nömrəli kart hesabına köçürdüyü 3.000 manat pul vəsaitini Abşeron rayonu ərazisindəki «Araz Market»-də "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə 2022-ci ilin mart ayına olan müddətlərdə nağdlaşdırdıqdan sonra həmin ay ərzində, 2022-ci ilin aprel ayında olan müddətdə Zərərçəkmiş şəxs Bakı şəhəri, «20 Yanvar» metrostansiyası yaxınlığındakı "xxxx" MMC-in inzibati binasının qarşısında cinayətdən xəbərsiz qardaşı Təqsirləndirilən şəxsla görüşüb ona verdiyi 3.000 manat, 2022-ci ilin aprel-may ayında olan müddət ərzində cinayətdən xəbərsiz atası Şahid5la qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Sabirabad rayonu, Şıxsalahlı kəndindəki evlərində onun ailə üzvlərinin iştirakı ilə Zərərçəkmiş şəxs aldığı 3.000 manat, 2022-ci ilin may-iyun ayına olan müddət ərzində cinayətdən xəbərsiz atası M.X. Bəşirovun Zərərçəkmiş şəxs atası Şahid3 vasitəsilə göndərdiyi 7.000 manat olmaqla 18.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz atası Şahid5 vasitəsi ilə qeyd edilən ərəfələrdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasında alıb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək Şahid3 vasitəsi ilə sonuncunun işinin müsbət həll olunması üçün Zərərçəkmiş şəxs əlavə olaraq hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən saləhiyyətli tanışlarına özü vasitəsilə 5.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla bildirib, onun razılığını aldıqdan sonra S.S. Məmmədovun qardaşı Zərərçəkmiş şəxs 27 iyun 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndi ərazisindəki «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış «Milli-Ön» ödəmə terminalı vasitəsilə cinayətdən xəbərsiz X13 məxsus "xxxx" ASC-in «416974******8902» nömrəli kart hesabına köçürdüyü 1.000 manat, 28 iyul 2022-ci il tarixdə «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsilə cinayətdən xəbərsiz qardaşı Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-in «416973******7899» nömrəli kart hesabına köçürdüyü 1.000 manat, 23 sentyabr 2022-ci il tarixdə «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsilə cinayətdən xəbərsiz qardaşı Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla sonuncunun dostu A.S.Hüseynova məxsus "xxxx" ASC-yə məxsus «416973******3408» nömrəli kart hesabına köçürdüyü 2.000 manat və 12 oktyabr 2022-ci il tarixdə 1.000 manat olmaqla cəmi 5.000 manat məbiəğindəki pul vəsaiti cinayətdən xəbərsiz atası Şahid5 tərəfindən 13 oktyabr 2022-ci il tarixdə "xxxx" ASİ-in Abşeron rayonu ərazisindəki «Araz Market»-də yerdə yerləşən bankomatı vasitəsilə nağdlaşdırıldıqdan sonra qeyd edilən ərəfədə sonuncu dəfə 16 oktyabr 2022-ci və 23 oktyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında özünə təqdim etməsindən sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xiidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə N.S. Məmmədovu vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4,32.4 və 312.1 -ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 dekabr 2018-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. Şahid3 Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı müddətdə tanımış, onunla birlikdə təcridxananın 6-cı rejim korpusunun 52 nömrəli kamerasında həbsdə saxlanılmışdır. Şahid3 barəsində aparılan cinayət işi üzrə onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qaçaqmalçılıq cinayəti ilə əlaqədar tutulduğunu bilib onunla həmin maddələrlə bağlı söhbət etdikdə Şahid3 ona elan edilmiş maddələrin mahiyyətini və nəzərdə tutulmuş cəza müddətlərini bilmədiyi üçün onu aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahid3 Azərbaycan Respublikasının Baş Prokurorluğunda və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyən yüksək vəzifəli tanışlarının olmasını, onun vasitəsi ilə həmin vəzifəli şəxslər olan tanışlarına 18.000 manat pulu rüşvət qismində verməsi müqabilində barəsindəki qaçaqmalçılıq maddəsinə xitam veriləcəyini, həmin maddəyə xitam veriləcəyi halda da həbsdən azad ediləcəyini bildirmişdir. Lakin niyyəti həmin məqsədlə Şahid3 aldadaraq pulunu ələ keçirmək olmuşdur. Şahid3 sonradan da pulunu ələ keçirmək üçün ilkin olaraq ona 20.000 manatdan yuxarı məbləğ deməmiş, niyyəti sonradan da onun həmin üsulla pullarını ələ keçirmək olmuşdur. Şahid3 qardaşı Zərərçəkmiş şəxsla danışdıqdan sonra ona razı olduğunu bildirmiş və daha sonra özü də N.S. Məmmədovla təcridxananın telefonu ilə danışıb onu da həmin üsulla aldadıb 18.000 manat pulu onun vasitəsilə vəzifəli şəxslər olan tanışlarına rüşvət qismində vermələri qarşılığında qardaşı Şahid3 həbsdən azad etdirəcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxsla Şahid3 ona inanmaları üçün də qeyd edilən məbləğdəki pulları onun ailə üzvlərinə vermələrini, onun tapşırığı ilə ailə üzvlərinin də həmin pulları vəzifəli şəxs olan tanışlarına verəcəklərini bildirmişdir. Buna görə ailə üzvlərinə də, həmin pulları öz xərclərinə sərf edəcəyini deməmiş, atası Təqsirləndirilən şəxsla qardaşları Mirtofik Bəşirov və Şahid6 da aldadaraq onlara yalandan Şahid3 həbsdən azad edilməsi ilə bağlı danışıqlar aparmasını, tanışları vasitəsilə həmin vəzifəli şəxslərə Şahid3 aldığı pulları göndərməsi müqabilində Şahid3 həbsdən azad etdirəcəyini bildirmişdir. 2022-ci ilin mart ayında Şahid3 qardaşı Zərərçəkmiş şəxsla da danışdıqdan sonra Zərərçəkmiş şəxs nömrəsini qardaşı Mirtofikə və Mirşahinə verib Nicatla danışmalarını, ondan həmin ay üçün 5.000 manat pul götürmələrini və özlərində saxlamalarını, pulu da, lazım olacağı təqdirdə adını demədiyi vəzifəli şəxs olan tanışına vermələrini və ya lazım olacağı halda özünə göndərmələrini bildirmiş, həmin razılıq əsasında da Şahid3 qardaşı Zərərçəkmiş şəxs onun qardaşları ilə danışıb onların göndərdikləri kart hesabına 2022-ci ilin mart ayına olan müddət ərzində 5.000 manat pul köçürmüşdür. Növbəti aylarda onun anası vəfat etdiyindən, həmçinin Şahid3 n ənəsi vəfat etdiyindən atası Mirəyyub və Sayəddinin atası Sərhəddinin şəxsi münasibətləri yaranmışdır. Ona pul lazım olduğu vaxtlarda həbsxanada Sayəddini aldadaraq həmin puldan müəyyən hissəsinin qısa vaxtda həmin vəzifəli şəxsə verilməli olduğunu bildirmiş və həmin qayda ilə 2022-ci ilin mart-iyun ayına qədər olan qədər müddət ərzində atasıgil N.S. Məmmədovun yaşadığı Sabirabad rayonundakı evlərində 3.000 manat pul götürmüş, bundan başqa da Sayəddinin atası Sərhəddin onun atasıgilin Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evlərinə gedib ona göndərmələri üçün atası Mirəyyuba 7.000 manat pul vermişlər. Ümumilikdə Şahid3 18.000 manat pulu aldadaraq ələ keçirdikdən sonra əvvəlcədən planlaşdırdığı qaydada onlardan həmin işin həlli üçün əlavə olaraq da 5.000 manat verməli olduqlarını bildirmişdir. Şahid3la Zərərçəkmiş şəxs da onunla razılaşıb 2022-ci ilin yay aylarına olan müddət ərzində Zərərçəkmiş şəxs 5.000 manat pulu da qardaşları və atası vasitəsilə ona göndərmiş, bununla da, ümumilikdə onlardan 23.000 manat pulu aldadaraq ələ keçirmiş və həmin pulları da təcridxanada saxlanıldığı müddətdə şəxsi ehtiyaclarına, qida və siqaret xərclərinə yönləndirmişdir. Lakin həmin pulları Şahid3 və qardaşı Zərərçəkmiş şəxs alarkən onun Şahid3 həbsdən azad edilməsi üçün hər hansı onun xeyrinə hərəkət etmək niyyəti olmamış, niyyəti həmin pulları əvəzsiz olaraq aldadaraq ələ keçirmək olmuşdur. Törətdiyi əməldən penşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun doğma qardaşı olmaqla 08 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən icazəsi olmadan və lisenziya almadan qanunsuz olaraq dərman vasitələrinin satışı ilə əlaqədar barəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 2022-ci ilin fevral ayında barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. 2022-ci ilin mart ayının əvvəllərində qardaşı Şahid3 onunla İstintaq təcridxanasının telefonu ilə danışarkən onunla birlikdə həbsdə olmaqla eyni kamerada saxlanılan Təqsirləndirilən şəxs ilə tanışlıq münasibətlərinin yarandığını, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyən yüksək vəzifəli şəxslərlə tanışlıqlarının olmasını, həmin tanışlarına da onun vasitəsilə 18.000 manat pulu rüşvət qismində vermələri müqabilində barəsində olan cinayət işinin ibtidai istintaq müddətində həbsdən azad ediləcəyi barədə vəd verdiyini bildirmişdir. Onun özü də 06 mart 2022-ci il tarixdə istintaq təcridxanasının telefonu ilə Təqsirləndirilən şəxsla danışarkən Mirafiq ona da hüquq mühafizə orqanlarında işləyən vəzifəli tanışlarına onun vasitəsilə 18.000 manat pulu rüşvət qismində vermələri müqabildinə qardaşı Şahid3 barəsində olan cinayət işinin icraatına xitam veriləcəyini bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs onun telefon nömrəsini qardaşına verəcəyini, pulu da qardaşı ilə görüşüb qardaşı vasitəsilə ona göndərməsini istəmişdir. Həmin gün Təqsirləndirilən şəxs qardaşı Mirtofik Bəşirov «***-***-**-**» mobil telefon nömrəsindən ona zəng edib özünü Təqsirləndirilən şəxs qardaşı olaraq təqdim etmiş və «Whatsapp Messenger» vasitəsilə "xxxx" ASC-yə məxsus kart hesabının fotoşəkilini göndərib qardaşı Təqsirləndirilən şəxsla razılaşdıqları puldan 5.000 manat məbləğindəki pul vəsaitini həmin karta göndərməsini, onun da həmin karta göndərəcəyi pulu nağdlaşdıraraq Təqsirləndirilən şəxs göndərəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs qardaşına həminki dövrdə 3.000 manat göndərəcəyini bildirmiş və həmin gün Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış ödəmə terminalı vasitəsilə M.M. Bəşirovun qardaşının ona əvvəlcədən göndərdiyi "xxxx" ASC-yə məxsus bank hesabına 3.000 manat pul köçürməsi etmişdir. 22 mart 2022-ci il tarixdə təkrarən Təqsirləndirilən şəxs digər qardaşı Təqsirləndirilən şəxs «***-***-**-**» mobil telefon nömrəsindən ona zəng edib Mirafiqlə razılaşdıqları puldan 2.000 manatı da həmin gün göndərməli olduğunu bildirib «Whatsapp Messenger» vasitəsilə "xxxx" ASC-yə məxsus kart hesabının fotoşəkilini ona göndərib pulu həmin kart hesabına göndərməsini bildirmişdir. O da həmin gün Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi "xxxx" ASC-yə məxsus kart hesabına 2.000 manat pul köçüməsi etmişdir. Həmin pul köçürməsi əməliyyatı zamanı da bank hesab sahibinin ad və soyad bölməsində «b******m******M» sözlərinin yazılmasına əsasən həmin hesab nömrəsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu müəyyən etmişdir. Həmin müddətlərdə qardaşı Şahid3 onlara zəng edib Təqsirləndirilən şəxs anasının vəfat etdiyini və yas mərasimində iştirak etmələrini bildirmişdir. Atası S.Şahid2 Təqsirləndirilən şəxs anasının yas mərasimində iştirak etdiyi üçün Mirafiqin atası Şahid5la aralarında münasibətləri yaranmışdır. Təxminən 2022-ci ilin aprel ayının sonlarında Mirafiqin qardaşı Şahid6 ona zəng edib həmin puldan 3.000 manatıda qısa müddətdə verməli olduqlarını bildirmiş və o da həmin müddətlərdə Bakı şəhəri «20 Yanvar» metrostansiyası yaxınlığındakı "xxxx" MMC-in inzibati binasının qarşısında Təqsirləndirilən şəxsla görüşüb 30 ədəd 100 manatlıq olmaqla ümumilikdə 3.000 manat məbləğindəki pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pulu Mirşahinə verərkən atası Şahid2la anası Güldanə Məmmədova da onun yanında olmuşdur. Həmin gündən təxminən 2-3 ay sonra qardaşı Şahid3 atası Şahid2 zəng edib Təqsirləndirilən şəxs atası Şahid5 Sabirabad rayonuna gələcəklərini, həmin puldan 3.000 manatı da hazırlayıb onlara verməli olduqlarını bildirmiş və həmin müddətlərdə Şahid6la atası Şahid5 onların Sabirabad rayonu, Şıxsalahlı kəndində yaşadıqları evə gəlib onlardan 3.000 manat pulu götürmüşlər. Həmin zaman anası Güldanə Məmmədova və atası Şahid2 da evdə olmuşlar. Həmin gündən təxminən 1 ay sonra qardaşı Şahid3 təkrarən atası Şahid2 zəng edib Təqsirləndirilən şəxsla razılaşdıqları puldan qalan 7.000 manatı da Təqsirləndirilən şəxs atası Şahid5 verməli olduqlarını bildirdiyi üçün təxminən 2022-ci ilin may-iyun ayına olan müddətlərdə atası Şahid2 əmisi övladları Şahid4 və Şahid1la birlikdə qardaşı Şahid3la görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdikləri üçün Bakı şəhərində olduqları zaman Təqsirləndirilən şəxs atası Şahid5 Saray qəsəbəsində yaşadıqları evlərinə gedib orada atası Şahid2 Şahid4la Şahid1 yanında Şahid5 7.000 manat pul vermişdir. Bununla da ilkin razılığa əsasən Təqsirləndirilən şəxs 18.000 manat pul göndərmişlər. Lakin 2022ci ilin iyun ayına olan müddətlərdə qardaşı Şahid3 təkrarən atası Şahid2 zəng edib Təqsirləndirilən şəxsla ilkin olaraq razılaşdıqları 18.000 manat pulun Təqsirləndirilən şəxs vasitəsilə vəzifəli şəxslər olan tanışlarına rüşvət kimi vermələrinə baxmayaraq həmin pul müqabilində işinin həll olunmadığını, Təqsirləndirilən şəxs vasitəsilə həmin vəzifəli şəxslərə əlavə də 5.000 manat pul verməli olduqlarını bildirmiş, o da qardaşı Şahid3la razılaşmışdır. Həmin razılıq əsasında da 2022-ci ilin iyun ayından sonuncu pul köçürməsi 12 oktyabr 2022-ci il tarixdə olmaqla Təqsirləndirilən şəxs qardaşı Şahid6 ona fotoşəkillərini göndərdiyi "xxxx" ASC-yə məxsus hesab nömrələrinə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzində» quraşdırılmış ödəmə terminallarından ardıcıllıqla 2.000, 1.000 manat, 1.000 manat və 1.000 manat olmaqla ümumilikdə 5.000 manat pul köçürməsi etmişdir. Bununla da Təqsirləndirilən şəxs vermələri üçün onun ailə üzvlərinə 10.000 manat pulu nağd şəkildə, 13.0 manat pulu isə ödəmə terminallarından göndərməklə ümumilikdə 23.000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs Səhrəddin oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilərək 2022-ci ilin oktyabr ayınadək Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmış, 2022-ci ilin oktyabr ayından etibarən isə Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. 2022-ci ilin mart ayının əvvəllərində Bakı İstintaq Təcridxanasında həbsdə olduğu müddətdə onunla birlikdə 6-cı rejim korpusunun 52 nömrəli kamerasında həbsdə saxlanılmış Təqsirləndirilən şəxs ilə aralarında yaranmış tanışlıq əsasında Təqsirləndirilən şəxsla söhbət edərkən Təqsirləndirilən şəxs onun həbslə bağlı sənədlərini görüb ona elan olunmuş ittihamın mahiyyətinin qanunsuz olaraq dərman vasitələrinin dövriyyəsi ilə məşğul olması və qaçaqmalçılıqla təqsirləndirildiyini, qaçaqmalçılığa görə uzun müddət azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət işi üzrə qanunvericiliklə göstərilmiş maddələr barədə dəqiq söhbət etməsi onda Təqsirləndirilən şəxs qarşı inam yaratmışdır. O, Təqsirləndirilən şəxsla 2022-ci ilin mart ayının əvvəllərində söhbət edərkən hüquq- mühafizə orqanlarında işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olmasını, onun vasitəsilə həmin vəzifəli şəxslərə rüşvət verməsi müqabilində barəsində olan qaçaqmalçılıq cinayətinə xitam veriləcəyini, dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı da azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etdirəcəyini, istintaq müddətində həbsdən azad etdirmək imkanına malik olduğunu, buna görə də, onun vasitəsilə vəzifəli şəxslər olan tanışlarına 18.000 manat pulu rüşvət qismində verməli olduğunu bildirmiş, o da bu barədə həmin müddətlərdə qardaşı Zərərçəkmiş şəxsla danışıb onun da razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona razılaşdıqları pulu özünün müəyyən edəcəyi müddətlərdə ailə üzvlərinə göndərməsini bildirmişdir. Həmin müddətlərdə Təqsirləndirilən şəxs təcridxananın telefonu ilə qardaşı Zərərçəkmiş şəxs özü ilə də danışıb ona da 18.000 manat pul verəcəkləri halda onu həbsdən azad etdirəcəyi barədə vəd vermişdir. Həmin razılıq əsasında da qardaşı Zərərçəkmiş şəxs «***-***-**-**» mobil telefon nömrəsini Mirafiqə verib tanışlarından kiminsə onunla əlaqə saxlamasını, pulu ondan almasını bildirmişdir. Həmin razılıq əsasında da qardaşı Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayına olan müddət ərzində Təqsirləndirilən şəxs qardaşlarının bank hesablarına 5.000 manat pul köçürmüş, onlar da həmin pulları Təqsirləndirilən şəxs göndərmişlər. Növbəti aylarda da qardaşı Zərərçəkmiş şəxs, atası Şahid2 və anası Güldanə Məmmədova «20 Yanvar» metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs qardaşı Şahid6la görüşüb ona Mirafiqə göndərməsi üçün 3.000 manat pul vermiş, həmçinin növbəti dəfə də Təqsirləndirilən şəxs qardaşı Şahid6la atası Şahid5 onların yaşadığı Sabirabad rayonundakı evlərinə gedib 3.000 manatı Təqsirləndirilən şəxs göndərmək üçün orada qardaşı Zərərçəkmiş şəxs almış, həmçinin növbəti dəfə də, atası Şahid2 Təqsirləndirilən şəxs ailə üzvlərinin Abşeron rayonu, Saray qəsəbəsində yaşadıqları evdə Mirafiqin atası Şahid5 7.000 manat verməklə Təqsirləndirilən şəxs göndərmələri üçün ilkin razılıqlarına əsasən 18.000 manat pul vermişlər. Lakin onun özü yalnız Təqsirləndirilən şəxsla həmin məsələ barədə danışıb razılaşmış, Təqsirləndirilən şəxs ailə üzvlərindən kiminləsə telefon danışığı və ya görüşü olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun ailə üzvləri vasitəsilə 18.000 manat pul verdikdən sonra 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs ona 18.000 manat pul qarşılığında verdiyi vədi yerinə yetirə bilmədiyini, həmin vəzifəli şəxs olan tanışlarına onun vasitəsilə əlavə olaraq da 5.000 manat pul vəsaitini rüşvət verməli olduqlarını bildirmiş, o da Mirafiqə inandığı üçün qardaşı Zərərçəkmiş şəxsla danışdıqdan sonra ona razılığını bildirmişdir. Həmin razılıq əsasında da qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərmələri üçün Mirafiqin ailə üzvlərinin kart hesablarına ümumilikdə 5.000 manat pul köçürmüş, lakin Təqsirləndirilən şəxs aldığı pullar müqabilində ona heç bir köməklik göstərməmiş, həmçinin Təqsirləndirilən şəxs ailə üzvləri vasitəsilə göndərilmiş ümumilikdəki 23.000 manat pul vəsaiti də qardaşı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, qardaşı Mirafiq Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə onunla eyni kamerada həbsdə saxlanılan X2 vəzifəli şəxslər olan tanışları vasitəsilə onun vasitəsilə rüşvət verməsi müqabilində həbsdən azad edilməsi ilə bağlı aldadıb vəd vermişdir. Buna görə də, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində onunla təcridxananın telefonu ilə danışarkən onunla birlikdə həbsdə saxlanılan Şahid3 qardaşı Zərərçəkmiş şəxs telefon nömrəsini ona verib telefonla danışmasını və özünün onlarla razılaşdığı ümumi puldan 5.000 manatı götürməsini bildirmiş, lakin ilkin olaraq pulu kimə verməsi və ya ona göndərməsi barədə heç nə deməmişdir. O da, 06 mart 2022-ci il tarixdə istifadəsində olan «***-***-**-**» mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs zəng edib özünü Təqsirləndirilən şəxs qardaşı kimi təqdim edib Mirafiqin ona zəng etdiyini və özlərinin razılaşdıqları 5.000 manat pulu ona verməli olduqlarını bildirmiş, Zərərçəkmiş şəxs da ona 2.000 manat göndərə biləcəyini bildirmiş və tanışı X12 məxsus "xxxx" ASC-in hesab nömrəsini ona göndərib pulu həmin karta göndərməsini bildirmişdir. 2022-ci ilin mart ayının əvvəllərinə olan müddətlərdə də Amil Hüseynovdan müvəqqəti istifadəsi üçün aldığı kart hesabına Zərərçəkmiş şəxs tərəfindən 2.000 manat pul köçürülmüşdür. X23 kart hesabına kimin pul köçürməsi və hansı məqsədlə pul köçürməsi barədə məlumat verməmişdir. Pulu Bakı-Sumqayıt yolunda yerləşən "xxxx" ASC-in bankomatı vasitəsilə nağdlaşdırdıqdan sonra Mirafiqlə telefonla danışarkən ona pulu götürdüyünü bildirmiş, Mirafiq də ona növbəti günlərdə atası Şahid5 onun yanına görüşə gələcəyini, pulu da atası ilə ona göndərməsini istəmiş, atası da, növbəti günlərdə 2.000 manat pulu Bakı İstintaq Təcridxanasında Mirafiqlə görüşə gedərkən aparıb orada Mirafiqə vermişdir. Bundan başqa da 2022-ci ilin iyun ayının sonlarında Mirafiq onunla telefonla danışarkən təkrarən Şahid3 qardaşı Zərərçəkmiş şəxs verəcəyi 1.000 manat pulu götürməsini bildirmiş, o da Zərərçəkmiş şəxsla danışdıqdan sonra qardaşı arvadı X8 "xxxx" hesab kartının fotoşəkilini ona göndərib pulu həmin hesaba göndərməsini bildirmiş, Zərərçəkmiş şəxs da 27 iyun 2022-ci il tarixdə həmin kart hesabına köçürdüyü 1.000 manat pulu bankomatdan nağdlaşdırdıqdan sonra qardaşı Mirafiqə təhvil verməsi üçün atası Mirəyyuba vermiş, atası da növbəti vaxtlarda Mirafiqlə görüşə gedərkən həmin pulu özü ilə aparıb X3 vermişdir. X16 kartı hansı məqsədlə alması və kimin pul göndərəcəyi barədə məlumat vermişdir. Bundan başqa da 2022-ci ilin sentyabr ayının sonlarında Mirafiq onunla təcridxananın telefonu ilə danışarkən təkrarən Şahid3 qardaşı Zərərçəkmiş şəxs verəcəyi 2.000 manat pulu götürməsini bildirmiş və o da 23 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla danışıb pulu eyni hesaba, yəni tanışı Amil Hüseynova məxsus "xxxx" ASC-in kart hesabına göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs həmin gün göndərdiyi 2.000 manat pulu da Bakı-Sumqayıt yolunda yerləşən «Araz Market»-də yerləşən bankomat vasitəsilə nağdlaşdıraraq atası Mirəyyuba vermiş, atası da növbəti günlərdə Bakı İstintaq Təcridxanasında qardaşı Mirafiqlə görüşüb ona vermişdir. Bundan başqa da qardaşı Təqsirləndirilən şəxs Şahid3 aldadaraq onu həbsdən azad etdirəcəyi barədə verdiyi vədə əsasən Şahid3 atası Sərhəddin Məmmədov onların Abşeron rayonu, Saray qəsəbəsində yaşdıqları evdə qardaşı Mirafiqə göndərmələri üçün atası Şahid5 7.000 manat pul vermişlər. Lakin onlar əvvəlcədən qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla Şahid3 aldatmalarını bilməmişlər. Təqsirləndirilən şəxs onları da aldadaraq Şahid3 köməklik göstərilməsi üçün həmin pulları vəzifəli şəxsə göndərdiyini bildirmişdir. Həmçinin Şahid3 ailə üzvlərinin onlar vasitəsilə qardaşı Təqsirləndirilən şəxs göndərdikləri ümumilikdəki 23.000 manat puldan da onların heç bir maddi qazancları olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X7 doğma oğlu olmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə 18 dekabr 2018-ci il tarixdə tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 23 avqust 2021-ci il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını çəkdiyi müddətdə barəsində digər oğlu Nurlan Bəşirovla birlikdə başqa cinayət işinin istintaqı aparıldığı üçün 2021-ci ilin noyabr-dekabr aylarında saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Təqsirləndirilən şəxs barəsində aparılan ikinci cinayət işi üzrə də ona ilkin olaraq təyin edilmiş cəzaya əlavə olaraq 1 il azadlıqdan məhrum etmə cəzası əlavə edilmiş, Nurlan Bəşirova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə onunla eyni kamerada həbsdə saxlanılan Şahid3 hüquq- mühafizə orqanlarında vəzifəli şəxslər olan tanışları vasitəsilə onu həbsdən azad etdirəcəyi barədə vəd vermiş, bununla bağlı aralarında pul razılaşması olmuşdur. Təqsirləndirilən şəxs onunla telefonla danışarkən lazım olduğu vaxtlarda Şahid3 ailə üzvlərindən özünün Sayəddinlə müəyyən edəcəyi vaxtlarda və məbləğdə pulları alıb onun müəyyən edəcəyi qaydada özünə göndərmələrini və ya deyəcəyi şəxslərə göndərməsini bildirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs digər oğlu Şahid7 zəng edib Şahid3 qardaşı Zərərçəkmiş şəxsla danışmasını və ondan 5.000 manat pul götürməsini tapşırmış, Mir Tofik də Mirafiqin tapşırığı üzrə Zərərçəkmiş şəxsla danışıb dostu Amil Hüseynovun bank kartınının fotoşəkilini Zərərçəkmiş şəxs göndərmiş, Nicat da 06 mart 2022-ci il tarixdə həmin kart hesabına 2.000 manat, 2022-ci ilin mart ayının sonlarında isə digər oğlu Şahid6 "xxxx"-a məxsus kart hesabına 3.000 manat olmaqla həmin ay ərzində 5.000 manat pul köçürməsi etmiş, o da həmin müddətlərdə oğlu Təqsirləndirilən şəxs tapşırığı ilə Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla görüşüb 5.000 manat pulu ona vermişdir. Oğlu Təqsirləndirilən şəxs onları da aldadaraq Zərərçəkmiş şəxs həbsdən azad edilməsi üçün ona köməklik göstərəcəyini bildirmişdir. 2022-ci ilin aprel ayına olan müddətlərdə Təqsirləndirilən şəxs qardaşı Şahid6 zəng edib Şahid3 qardaşı Zərərçəkmiş şəxsla danışıb görüşməsini, Zərərçəkmiş şəxs 3.000 manat pul vəsaitini götürüb ona göndərmələrini bildirmişdir. Buna görə də, Şahid6 həmin müddətlərdə Bakı şəhəri, «20 Yanvar» metrostansiyası yaxınlığında Şahid3 ailə üzvləri ilə görüşüb onlardan 3.000 manat pulu götürmüş və həmin müddətlərdə Təqsirləndirilən şəxs yanına görüşə gedib ona vermişdir. Təxminən 2022-ci ilin may-iyun ayına olan müddətlərdə Mirafiq onunla telefonla danışarkən Sayəddinin nənəsinin vəfat etdiyini, Sabirabad rayonunda keçirilən yas mərasiminə gedib iştirak etmələrini, Şahid3 özünün əvvəlcədən atası Şahid2la danışdığını, Şahid2 onun vasitəsilə göndərəcəyi 3.000 manat pul vəsaitini onlardan götürməsini bildirmiş, o da həmin müddətlərdə oğlu Şahid6la Sabirabad rayonuna gedib Şahid3 ailə üzvlərinin yaşadıqları evdə onlardan 3.000 manat pulu götürmüşdür. 2022-ci ilin may- iyun aylarına olan müddətlərdə oğlu Təqsirləndirilən şəxsla danışarkən Mirafiq ona Şahid3 atasının onların yaşadığı evə gəlib ona göndərmələri üçün 7.000 manat pul verəcəklərini bildirmiş və həmin müddətlərdə Şahid3 atası Şahid2la tanımadığı iki nəfər əmisi oğlu ilə birlikdə onların Abşeron rayonunun Saray qəsəbəsində yaşadıqları evdə həmin şəxslərin yanında oğlu Təqsirləndirilən şəxs göndərməsi üçün ona 7.000 manat pul vermiş, o da həmin müddətlərdə pulları tam həcmdə Bakı İstintaq Təcridxanasında Mirafiqlə görüşüb ona vermişdir. Şahid3 ailə üzvləri onlar vasitəsilə Təqsirləndirilən şəxs 18.000 manat pul göndərdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib həmin pul müqabilində Sayəddinin işini həll edə bilmədiyini, əlavə olaraq da onlar vasitəsilə 5.000 manat pul göndərəcəklərini bildirmiş və 2022-ci ilin iyun ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs Şahid6 fotoşəkillərini göndərdiyi kart hesablarına əlavə olaraq 5.000 manat pul göndərmiş, Şahid6 da həmin pulları ona vermiş, o da həmin müddətlərdə Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla görüşüb tam həcmdə ona vermiş, bununla da oğlu Təqsirləndirilən şəxs Şahid3 ailə üzvlərindən ümumilikdə onlar vasitəsilə 23.000 manat pul almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı 2022-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində onunla eyni rejim korpusunda həbsdə saxlanılan Şahid3 və qardaşı Zərərçəkmiş şəxs vəzifəli şəxs olan tanışlarına onun vasitəsilə rüşvət vermələri müqabilində həbsdən azad etdirəcəyi barədə yalandan vəd verib aldadaraq ümumilikdə 23.000 manat pul vəsaitlərini onlar vasitəsilə ələ keçirdiyini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş «174417» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 06 mart 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzi»-in «E- Manat» ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus olmaqla X9 «416973******3408» nömrəli bank hesabına 2.000 manat pul köçürməsi olmuşdur. İş materiallarına əlavə edilmiş «176186» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 22 mart 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzi»-in «E- Manat» ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus olmaqla Şahid6 «416973 *** ***7899» nömrəli bank hesabına 3.000 manat pul köçürməsi olmuşdur. İş materiallarına əlavə edilmiş «51267» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 27 iyun 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzi»-in «Milli-Ön» elektron ödəmə terminalından "xxxx" ASC-yə məxsus olmaqla X8 «416974******8902» nömrəli banki hesabına 1.000 manat pul köçürməsi olmuşdur. İş materiallarına əlavə edilmiş «189310» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 28 iyul 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzi»-in «E-Manat» ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus olmaqla Şahid6 «416973******7899» nömrəli bank hesabına 1.000 manat pul köçürməsi edilmişdir. İş materiallarına əlavə edilmiş «194734» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 23 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «Gülşən Ticarət Mərkəzində»-in «E-Manat» ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus olmaqla X9 «416973******3408» nömrəli bank hesabına 2.000 manat pul köçürməsi edilmişdir. İş materiallarına əlavə edilmiş «**********» nömrəli pul köçürmə əməliyyatına dair qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Sayəddin oğlu tərəfindən 12 oktyabr 2022-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən «X19»-in 51.267 nömrəli «MilliÖn» elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus olmaqla X9 «416973******3408» nömrəli bank hesabına 1.000 manat pul köçürməsi edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in X12 məxsus «BirKart Umico» növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 06 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən hesaba köçürülmüş 2.000 manat məbləğindəki pul vəsaiti 09 mart 2022-ci il tarixdə «ATM Withdrawal KAPS, BAKİ SH. ABSHERON RAY. BAKİ-SUMQAYİT YOLU ARAZ MARKET, BAKİ, AZ» bankomatı vasitəsilə nağdlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in X12 məxsus «BirKart Umico» növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən hesaba köçürülmüş 2.000 manat məbləğindəki pul vəsaiti 23 sentyabr 2022-ci il tarixdə «ATM Withdrawal KAPS, BAKİ SH. ABSHERON RAY. BAKİ-SUMQAYİT YOLU ARAZ MARKET, BAKİ, AZ» bankomatı vasitəsilə nağdlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in X12 məxsus «BirKart Umico" növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən hesaba köçürülmüş 2.000 manat məbləğindəki pul vəsait 13 oktyabr 2022-ci il tarixdə hesaba mədaxil edilmiş və 13 oktyabr 2022-ci il tarixdə «ATM Withdrawal KAPS, BAKİ SH. ABSHERON RAY. BAKİ-SUMQAYİT YOLU ARAZ MARKET, BAKİ, AZ” bankomatı vasitəsilə nağdlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in X13 məxsus VSD Electron növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 27 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən hesaba köçürülmüş 2.000 manat məbləğindəki pul vəsaiti 28 iyun 2022-ci il tarixdə hesaba mədaxil edilmiş və 28 iyun 2022-ci il tarixdə «ATM Withdrawal KAPS, BAKİ SH. NESİMİ RAY. 20 YANVAR KUCH. 40B OBA MARKET, BAKİ, AZ» bankomatı vasitəsilə nağdlaşdırılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik Hüquqi Şəxs tərəfindən verilmiş 2164 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)91/2021 saylı, 23 avqust 2021-ci il tarixli hökmdən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmdən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)1475/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)91/2021 saylı, 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək, «13» (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 127.1 və 32.5, 127.2.2-ci maddələri ilə təqsirli bilinib, «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.3, 128-ci maddələri ilə cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci i l tarixli hökmü lə təyin olunmuş cəzaya qismən toplama yolu ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq «15» (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli 18 dekabr 2018-ci il tarixdən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)1475 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel hökmün məzmunundan məhkumlar Təqsirləndirilən şəxs, X6, X10 Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə keçdiyinə Cinayət Məcəlləsinin 32.3, 128-ci maddələri ilə cəza təyin edilməsin hissələrində, Cinayət Məcəlləsinin 32.3, 128-ci maddələri Cinayət Məcəlləsinin 32.5, 128-ci maddələri ilə əvəz edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, ittihamdan Cinayət Məcəlləsinin 32.4 və 312.1-ci maddələrin xaric olunmasını xahiş etmişdir. Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi-beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə dövlət ittihamçısının mövqeyi ilə bərabar işin faktiki hallarını, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli səkildə sərh edilməsinə dair» 2022-ci il 14 iyul tarixli Qərarındakı, Konstitusiya Məhkəməsi Palatasının «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli səkildə sərh edilməsi barədə 17 aprel tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alır. Bu epizod üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 07 saylı, 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 2005-ci i l 25 yanvar tarixli Qərarına əsasən «Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair» 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi «Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında «rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib». Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında qeyd etmişdir ki, «yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik 4 xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır». Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 07 saylı, 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarından görünür ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini, əməlində cinayətin residivinin olmasını, dəymiş ziyanın öədnilməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. X4 cəza çəkmə müddətinin başlanğıcı «25» dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədibiri seçilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar qəbzlərin kserosurətləri, "xxxx" ASC-in X12 məxsus «Birkart Umico» növlü «416973******3408» nömrəli kart üzrə hesabdan çıxarışın əsli və "xxxx" ASC-in X13 məxsus «VSDC Elektron» növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə hesabdan çıxarış cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 18 dekabr 2018-ci il tarixdən hesablanmaqla «15» (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan «09» (doqquz) il, «11» (on bir) ay, «23» (iyirmi üç) gün hissəsi ilə qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «12» (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X4 cəza çəkmə müddətinin başlanğıcı «25» dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar qəbzlərin kserosurətləri, "xxxx" ASC-in X12 məxsus «Birkart Umico» növlü «416973******3408» nömrəli kart üzrə hesabdan çıxarışın əsli və "xxxx" ASC-in X13 məxsus «VSDC Elektron» növlü «416973******3408» nömrəli ödəniş kartı üzrə hesabdan çıxarış cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədibiri seçilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar