Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-531/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Südeyub oğlunun, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev- 67/2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 25 sentyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 12 saylı X6 Stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olaraq idarə etdiyi “Toyota Prius” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində avtomobilin ön sərnişin oturacağında olduğu zaman cinayətkar qrupun digər üzvü avtomobilin arxa oturacağında olan Təqsirləndirilən şəxs2 sürücü Zərərçəkmiş şəxs əmlakının avtomobilin salondakı “qoltuq altı” yerində saxlaması barədə ona verdiyi məlumatdan yararlanaraq, habelə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq cinayətin törədilməsinə yönəlmiş hərəkətləri inadla davam etdirib buna şərait yaradaraq sürücüyə guya avtomobilin arxa tərəfindən kənar səsin gəlməsi barədə verdiyi yalnış məlumata əsasən Zərərçəkmiş şəxs avtomobilinin arxa hissəsinə baxmasından ötrü avtomobili tərk etməsinə nail olduqda əlverişli şəraitin yaradılmasından istifadə edərək salonun “qoltuq altı” hissəsindən içərisində 800 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 1,700 manat təşkil edən 1 ABŞ dolları və həmin dövrün məzənnəsi ilə 9,051 manat təşkil edən 5 Avro pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 820,751 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 2,097 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 09 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 5 ünvanında küçədə saxlanılaraq Sabunçu RPİnin 13-cü polis şöbəsinə gətirilib həmin bölmənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,097 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində olduğu zaman Bakı şəhəri, Sabunçu rayonu ərazisinə getmək üçün taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs2 arxa oturacaqda əyləşmiş, sürücü avtomobili Bakı şəhəri, Sabunçu rayonu istiqamətində idarə etmişdir. Taksi sürücüsü yanacaq götürmək üçün Ziya Bünyadov prospektində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilin salonunda ön oturacaqlararası əşya qutusunun içərisində saxladığı pul qabından pul götürdükdən sonra Təqsirləndirilən şəxs2 avtomobildən enərək tualetə getmiş, daha sonra ona sms yazaraq sürücünün avtomobilin salonunda ön oturacaqlararası əşya qutusunun içərisində saxladığı pul qabında çoxlu olmasını, həmin pulu götürməsini bildirmiş, lakin, taksi sürücüsü avtomobildə olduğu üçün pulu götürə bilməmişdir. ünvan 7 ünvanında yerləşən 12 saylı X6 Stansiyasının yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs2 sürücüyə avtomobilin arxa təkərindən səs gəldiyini bildirmiş, sürücü təkərə baxmaq üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən endikdən sonra o, avtomobilin salonunda ön oturacaqlar arası əşya qutusunun içərəsində olan pul qabım götürərək avtomobili tərk etmiş, sürücüyə gediş haqqını ödədikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs2 pul qabını ondan alaraq açdıqda içərisində 600 manat pul olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 qabını içərisində olan sənədlərlə birlikdə atmaq istəmiş, lakin, o, atmaq məqsədi ilə pul qabını Təqsirləndirilən şəxs2 alaraq yaşadığı ünvana aparmışdır. Bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmış, törətdiyi əməli etiraf edərək içərisində zərərçəkmişə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və avtomobilin texniki baxış vəsiqəsi olan pul qabını polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, 08 noyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsə «online» satış qaydasında 60 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin sifariş vermiş, həmin şəxsin göndərdiyi bank kartının hesabına ödəniş etdikdən sonra ona narkotik vasitəni gizlədildiyi yerin lokasiyası və şəklini göndərilmişdir. O, həmin gün, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığına gedərək narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürərək üzərində daşımışdır. O, 09 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində təmirə verdiyi etibarnamə əsasında idarə etdiyi “Toyota prius” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmaq üçün ünvan 5 ünvanında yerləşən yağdəyişmə məntəqəsinə getmiş, məntəqənin bağlı olduğunu görüb bir qədər kənarda dayanıb gözləmək qərarına gəlmiş, bu zaman taksi sürücüləri ilə çay içib avtomobili olan tərəfə getmək istədikdə, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusuna qablaşdırılmış ot kütləsi və mağaza qəbzi çek kağızına bükülmüş ağ rəngli, kristalşəkilli maddəni təqdim etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində olduğu zaman Bakı şəhəri, Sabunçu rayonu ərazisinə getmək üçün taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs1 ön sərnişin oturacağında əyləşmiş, sürücü avtomobili Bakı şəhəri, Sabunçu rayonu istiqamətində idarə etmişdir. Taksi sürücüsü yanacaq doldurmaq üçün Ziya Bünyadov prospektində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilin salonunda ön oturacaqlararası əşya qutusunun içərisində saxladığı pul qabından pul götürdükdən sonra o, avtomobildən enərək tualetə getmiş, daha sonra Təqsirləndirilən şəxs1 sms yazaraq sürücünün avtomobilin salonunda ön oturacaqlararası əşya qutusunun içərisində saxladığı pul qabında çoxlu olmasını, həmin pulu götürməsini bildirmiş, lakin, taksi sürücüsü avtomobildə olduğu üçün Təqsirləndirilən şəxs1 avtomobildə olan pulu götürə bilməmişdir. ünvan 7 ünvanında yerləşən 12 saylı X6 Stansiyasının yaxınlığında olduqları zaman sürücüyə avtomobilin arxa təkərindən səs gəldiyini bildirərək sürücü ilə birlikdə təkərə baxmaq avtomobildən endikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin salonunda ön oturacaqlar arası əşya qutusunun içərəsində olan pul qabını götürərək avtomobili tərk etmiş, sürücüyə gediş haqqını ödədikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən onun yaşadığı evə getmişlər. O, pul qabını Təqsirləndirilən şəxs1 alaraq açdqda içərisində 600 manat pul olduğunu görmüş, həmin puldan bir miqdarını Təqsirləndirilən şəxs1 vermiş, pulun geri qalan hissəsini özünə götürmüşdür. O, pul qabını içərisində olan sənədlərlə birlikdə atmaq istədikdə, Təqsirləndirilən şəxs1 pulu qabını atmaq məqsədi ilə ondan almışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, o, “Toyota Prius” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, 25 sentyabr 2023-cü il tarixdə avtomobili ilə hər zamankı kimi taksi fəaliyyəti ilə məşğul olan zaman saat 10:26-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Yaşıl Ada” restoranının yaxınlığında iki nəfər gənc taksi sifarişi verdiyi üçün onları sərnişin qismində avtomobilinə əyləşdirib Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən SOCAR YDM-də yanacaq doldurmaq üçün avtomobilini saxlamış, avtomobilin salonunda ön oturacaqlararası əşya qutusunun içərisindən pul qabını çıxarıb içərisindən “Unibank”a məxsus olan “Leobank” kartını götürərək avtomobilə yanacaq doldurduqdan sonra yenidən qaytarıb pul qabını təkrar yerinə qoymuşdur. O, avtomobilinə sərnişin qismində əyləşmiş şəxsləri Bakı şəhəri, sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən X4 dönən döngədə təyinat nöqtəsinə çatdırdıqdan sonra arxada oturan və sonradan adının Elmir olmasını öyrəndiyi şəxs ona avtomobilin arxa təkərinin deşildiyini və havasının boşaldığını deməsi səbəbindən o, avtomobildən enərək avtomobilin arxa tərəfinə keçib avtomobilin təkərinə baxmış, lakin avtomobilin təkərinə heç bir şey olmamasını gördükdən sonra təkrar avtomobilinə geri qayıtmışdır. O, avtomobilin təkərinə nəzər salmaq üçün avtomobilini tərk edən zaman avtomobilin arxa tərəfində əyləşmiş sərnişin də onunla birlikdə avtomobili tərk etmiş, lakin ön tərəfdə əyləşmiş sərnişin onların avtomoili tərk etməsindən bir neçə saniyə sonra avtomobildən enərək onlara yaxınlaşmış və daha sonra hər ikisi də təyinat yerinə gəldikləri üçün onunla sağollaşaraq çıxıb getmişdirlər. O, təxminən saat 17 radələrində Abşeron rayonu, Xırdalan səhəri, Xırdalan dairəsində yerləşən “Lukoil” YDM-ə avtomobilinə yanacaq doldurmaq məqsədi ilə daxil olduqda avtomobilin salonunda ön oturacaqlar arası əşya qutusunu açıb pul qabını götürmək istədikdə pul qabının yerində olmadığını görmüş, DİN-nin “102” xidmətinə zəng etmiş və oğurluq hadisəsi barəsində məlumat vermişdir. O, ümumi dəyəri 10 manat olan pul qabının içərisində 800 manat nağd pul, 5 EURO, 1 ABŞ dolları, avtomobilin texniki pasportu, şəxsiyyətini təsdiq edən sənəd, sürücülük vəsiqəsi və 2 ədəd bank kartları olduğunu ifadəsində göstərmiş, hadisə nəticəsində ona cəmi 820 (səkkiz yüz iyirmi manat) manat maddi ziyan dəymişdir. O, oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla şəxsi ədavət və düşmənçiliyi olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsi daşıyır. 09 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 5 ünvanında xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusuna qablaşdırılmış ot kütləsi və mağaza qəbzi çek kağızına bükülmüş ağ rəngli, kristalşəkilli maddəni təqdim edərək 08 noyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsə məxsus bank kartına 60 manat ödəyərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığına gedərək narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürərək üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞnin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsində olan 09 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 24-25-ci vərəqəsində olan 09 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 Marif oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusuna qablaşdırılmış ot kütləsi və mağaza qəbzi çek kağızına bükülmüş ağ rəngli, kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 6/5960 nömrəli, 09 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,228 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf ediildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.178 qramdır. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 7/1552 nömrəli, 09 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,097 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf ediildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 2.047 qramdır. Cinayət işinin 1-ci cildinin 69-70-ci vərəqəsində olan 10 noyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 71-72-ci vərəqəsində olan 10 noyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 81-82-ci vərəqəsində olan 11 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.047 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0.178 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan 28 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** "xxxx" MMC-nə məxsus GSM nömrəsinə baxış keçirilmiş, lakin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqəsində olan 07 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 194-195-ci vərəqəsində olan 09 dekabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hadinin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqəsində olan 19 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 17-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 28 nömrəli, 07 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmuşdur, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 35-38-ci vərəqəsində olan 21 fevral 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 39-41-ci vərəqəsində olan 21 fevral 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 44-57-ci vərəqəsində olan 23 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarışı video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 155-156-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 05 dekabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 157-158-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 05 dekabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-531/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/40/274-4/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 31 oktyabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materiallarında olan AZ-V seriyalı, 037859 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladı var. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onların həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, 2,097 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmır. Bununla ələqədar olaraq ibtidai istintaq orqanı haqlı olaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 yalnız qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşıma əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onların hər ikisinin əməlini etiraf edərək səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə əlavə olaraq Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onların əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 09 noyabr 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək saatlar nəzərə alınmaqla 02 (iki) gün, 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək 02 (ki) gün, cəmi 04 (dörd) gün, Təqsirləndirilən şəxs2 azadlığının 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək 02 (iki) gün, 31 oktyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək 25 (iyirmi beş) gün, cəmi 27 (iyirmi yeddi) gün tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu 04 (dörd) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə, Təqsirləndirilən şəxs2 tutulduğu 27 (iyirmi yeddi) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 2.047 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0.178 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 27 (iyirmi yeddi) gün, müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 54 (əlli dörd) gün, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 2.047 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0.178 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-531/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-531/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver