Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-532/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 1,092 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nın əməkdaşları tərəfindən keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına aparılmış, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 1,092 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bu məqsədlə narkotik vasitə və ya psixotrop maddə əldə etməmişdir. O, sadəcə narkotik vasitələrdən istifadə etmişdir. Lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 18 yanvar 2023cü il tarixdə, günorta saat 14-15 radələrində Nəsimi bazarı tərəfdə məhlədə dayandığı zaman mülki geyimdə olan 7-8 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu özünün istifadəsində olan “Renta-car”dan icarəyə götürdüyü maşına əyləşdirib aparmışlar. Avtomobillə Zabrat qəsəbəsində yaşadığı evin həyətinə gələrək evə baxış keçirilməli olduğunu bildirdilər. Həmin vaxt evin qapısı bağlı olmuş və açar anasında olmuşdur. Bu zaman polis əməkdaşlarına anasına zəng edərək gəlməsini və evi açmasını bildirməli olmasını dedikdə polis əməkdaşları ehtiyac olmadığını bildirmişlər. Bundan sonra onu istifadəsində olan "xxxx" markalı avtomobilə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Onun üzərində və avtomobildə heç bir şey aşkar olunmadıqda polis əməkdaşları onu Bəxtiyar adlı əməliyyatçının axtardığını bildirərək onu Bəxtiyara təhvil verəcəklərini, Bəxtiyarın onu buraxacağını, Bəxtiyarın onunla başqa işinin oıduğunu bildirmişlər. Onu ilkin olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada üzərinə baxış zamanı üzərindən qanunsuz heç nə aşkar olunmadıqdan sonra onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil vermişlər. Orada da onu yoxlamışlar, üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Orada Bəxtiyar adlı şəxs onu döymüş və bundan sonra onu Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci bölməsinə vermişlər. Orada ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi və narahat olmaması bildirilmişdir. Sonra ona məlum olmuşdur ki, ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər arada bir narkotik vasitədən istifadə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində Bəxtiyar adlı şəxsin döydüyünü, onun skoçla gözünün, əl və ayaqlarının bağlanıldığını, dubinka ilə döyüldüyü, taxtanın başında sındırıldığını, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu, ekspertlərin onu müayinədən keçirdiklərini, izahatının alındığını, özünün Sabunçu rayonu ərazisində deyil, “Azadlıq 99”-da Nəsimi bazarı yaxınlığında, 18 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində saxlanıldığını, onu saxlayan polis əməkdaşlarının mülki geyimdə olduqlarını, 18 yanvar 2023-cü il tarixdə maşında telefonla danışdığı zaman həmin şəxslərin ona yaxınlaşaraq “Bir dəqiqə səni olar” deyə müraciət etdiklərini, “Sən niyə narkotik alırsan” kimi sual verdikdə o, narkotik almadığını, sadəcə işi olduğundan həmin ərazidə dayandığını, həmin gün Nəsimi bazarı tərəfə orada yaşayan bir nəfər şəxsə onun maşının nömrələrini vermək üçün getdiyini, həmin maşın nömrəsinin o, saxlanıldıqdan sonra günlərlə onun icarə əsasında idarə etdiyi avtomobildə qaldığını, onun 18 yanvar 2023-cü il tarixdə Nakotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu Rayon Polis İdarəsinə təhvil verdiklərini, onun özünün yaşadığı evin Zabrat qəsəbəsində yerləşdiyini, polis əməkdaşlarının onu ilkin olaraq Nəsimi bazarı tərəfdən yaşadığı evin həyətinə gətirdiklərini, həmin vaxt onun “Renta-car”dan götürdüyü maşında arxada qolları qandallı otuzdurulduğunu, avtomobilin polis əməkdaşlarından biri tərəfindən idarə edildiyini, məhləyə gedən zaman anası evdə olmadığından və evin qapısı bağlı olduğundan evə baxış keçirilmədiyini, sonra avtomobili Zabrat ərazisində yanacaqdoldurma məntəqəsinə sürərək orada saxladıqlarını, həmin ərazidə başqa bir şəxsi gözlədiklərini, bu zaman onun cibində olan 150 manat pulun 100 manatının polis əməkdaşı tərəfindən götürülərək “halallıq ver” deyildiyini, onu da “halaldı” deməsindən sonra həmin pula dönər və sok aldıqlarını, aldıqları dönər və sokdan ona da verdiklərini, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirildiyini, həmin vaxt istifadəsində 2 ədəd “Redmi 10” və 01 ədəd “Samsung Note 8” markalı telefonların olduğunu, telefonunda olan mesajlarda göstərilən 70 manat pulun onun qohumu tərəfindən göndərildiyini, həmin nömrənin sahibinin adının Məhəmməd olduğunu, telefonunda iranlı ilə yazışmaların polis əməkdaşları tərəfindən bölmədə olarkən yazıldığını, səs yazılarının o, bölmədə olarkən polis əməkdaşlarının təzyiqi altında göndərildiyini, həmin iranlının nömrəsinin onun telefonunda öncədən olduğunu, özünün ondan uzun müddət öncə şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, polis bölməsində onu həmin iranlını videogörüntü ilə yığmağa məcbur etdiklərini, bu zaman onu bölmənin həyətinə çıxardaraq iranlı ilə danışdırdıqlarını, iranlının ona onu tanımadığını bildirdiyini, onun iranlıdan əvvəllər az miqdarda şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, bu dəfə polis əməkdaşlarının təkidi ilə ondan çox miqdarda narkotik vasitə istədiyindən iranlının şübhələndiyini və onu tanımadığını bildirdiyini, digər yazışmaları apardığı nömrənin sahibinin xanım olduğunu, onunla şəxsi münasibətlərinin olduğunu, həmin xanımın narkotik vasitə istifadə etmədiyini, o cümlədən, onun narkotik vasitədən istifadə etməsindən xəbərinin olmadığını, həmin xanıma yazdığı mesajda “şey-şüy” dedikdə xanımın maşının təmirdə olması səbəbindən xanımın maşınının nömrəsinin onun idarə etdiyi avtomobildə olduğundan avtomobilin nömrəsini nəzərdə tutduğunu, həmin nömrənin 77-872 olduğunu, seriyasının yadından çıxdığını, 70 manat pulu ona göndərən şəxsin xərçəng və yataq xəstəsi olduğunu, həmin şəxsin 70 manat pulu onun borcunu qaytarmaq üçün göndərdiyini, saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, onun telefonunun qalereyasında bir dənə də olsun narkotik vasitələrlə bağlı fotoşəkil olmadığını, şəkillərin də onun telefonuna polis idarəsində yükləndiyini, saxlanılan andan telefonunun polis əməkdaşlarında olduğunu, polis əməkdaşlarının onun “Renta-car”dan götürdüyü maşını idarə edərək 18 yanvar 2023-cü il tarixdə getdikləri yanacaq doldurma məntəqəsinin Zabrat ərazisində yerləşdiyini, həmin yanacaq doldurma məntəqəsində olan video müşahidə kameralarından olan görüntülərin anası tərəfindən götürüldüyünü, onun yaşadığı evin həmin yanacaq doldurma məntəqəsinin arxasında yerləşdiyini, həmin görüntülərdə olan şəxslərin polis əməkdaşları olduğunu, həmin vaxt onun avtomobilin arxa oturacağında hər iki yanında polis əməkdaşı olmaqla oturduğunu, həmin avtomobilin "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin görüntülərin 18 yanvar 2023-cü il tarixdə qeydə alındığını, məni saxlayan əməkdaşlardan birinin adının Emin olduğunu, həmin polislərin 7-8 nəfər olmaqla 2-3 maşınla gəldiklərini, avtomobilin hər yerini axtardıqlarını, lakin heç nə tapmadıqlarını, həmin avtomobilin o, 18 yanvar 2023-cü il tarixdə saxlanıldıqdan sonra 15 gün müvəqqəti saxlama yerinin həyətində saxlanıldığını, avtomobili götürdüyü “Renta-car”ın sahibinin adının Səbuhi, mobil nömrəsinin isə ***-***-**-** olduğunu, xanıma yazdığı mesajda axtarıldığını bildrməsinin səbəbinin Bəxtiyar adlı polis əməkdaşının onu narkotik vasitələrin vaxtı ilə istifadəçi olması səbəbindən axtarmasından məlumatının olduğunu, polis əməkdaşlarının onu “Renta-car” şirkətindən soruşduqlarını və buna görə də polislərin onu axtarmasından xəbərinin olduğunu, mesajda da bu səbəbdən axtarıldığını bildirdiyini, həmin gün rayona getməli olduğundan maşında olan əşyaları, yəni xanımın avtomobilinin nömrəsi və paltarları verib boş getmək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə təşkil edilmiş əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin əldə edilməi, saxlanılması və daşınması barədə etibarlı mənbədən əldə edilmiş məlumat əsasında həmin gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında yeri müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini tədim edərək Sabunçu RPİ-in əməkdaşları olduqlarını bildirmişlər və onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu bildirib onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər, o da onlarla birlikdə PB-nə gəlmişdir. Bu barədə polis bölməsinin rəisinə raportla müraciət edərək həmin şəxsi təhvil vermişlər. Araşdırmanın aparılması təhqiqatçı Zaur Quliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq ona Müdafiəçi qismində təyin edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyini elan edilmişdir. Təqsirləndirilən şəxs öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş şüşənin yəni metamfetaminin olduğunu bildirib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 19 yanvar 2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərindən 01 ədəd “Redmi 10”, 1 ədəd “ Redmi 10S” və 1 ədəd “Samsung Note 8” markalı mobil telefonlar götürülmüş, başqa üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsində saxladıqlarını, onun narkotik vasitələrinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, onu saxladıqdan sonra Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparıldığını, şəxsə qarşı hər hansı təsir və təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə, günortadan sonra saxladıqlarını, həmin gün istifadəsində ***-***-**-** mobil nömrənin olduğunu, Orxanı saxlayarkən özünün mobil telefonunun üzərində olduğunu, Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşdiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsin Zabrat dairəsi yaxınlığında saxlanıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi ilə bağlı əməliyyat məlumatının olduğunu, Bəxtiyar adlı şəxsin hazırki işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs onu döyən şəxsin Şahid1 olmadığını, onu Şahid3 döydüyünü, döyülməsi ilə bağlı prokurorluqda araşdırma aparılan zaman onu döyən şəxsin adının səhvən Ramil olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş "xxxx" MMC-nin direktoru X8 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə "xxxx" şirkətindən "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, icarə müddətinin 17 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək müəyyən edildiyini və bu barədə Təqsirləndirilən şəxs talon verildiyini, həmin talonun Sabunçu Rayon Polis İdarəsində qaldığını, məhz həmin talon əsasında polis əməkdaşlarının onunla əlaqə saxlayaraq avtomobili ona qaytardıqlarını, icarəyə verilmiş "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə GPS olduğunu, lakin həmin GPS-in son siqnalının 18 yanvar 2023-cü il tarixdə, günorta saat 14-15 radələrində Nəsimi Bazarı tərəfdən gəlməsinin qeydə alındığını, ondan sonra GPS-in söküldüyünü və siqanlın itdiyini, həmin GPS-in sökülməsinin asan bir iş olmadığını, onu hər adamın tapmasının və çıxarmasının mümkün olmadığını, GPS-in çıxarılaraq maşının içərisinə qoyulduğunu və maşın qaytarılanda GPS-in avtomobilə qoyulduğunu gördüyünü, avtomobilin polis əməkdaşları tərəfindən ona hər tərəfi sökülmüş vəziyyətdə qaytarıldığını, avtomobilin damı, içərisi, ayaq altının, bir sözlə hər yerinin söküldüyünü, bunun səbəbini soruşduqda polis əməkdaşlarının ona narkotiklə bağlı avtomobili bu vəziyyətə qoyduqlarını bildirdiklərini, GPS məlumatlarının 03 ay ərzində saxlanıldığını, hazırki vaxtadək qalmasını güman etmədiyini, GPS çıxarılan zaman siqnalın Nəsimi bazarı tərəfdən gəldiyindən özünün həmin əraziyə getdiyini, lakin avtomobili orada görmədiyini, 18 yanvar 2023-cü il tarixdən sonrakı tarixlərdə də həmin avtomobilin müxtəlif şəxslər tərəfindən sürüldüyünü, bu barədə digər Renta-car şirkətlərinin sahiblərindən onun maşınını tanıyan şəxslər tərəfindən məlumat verilərək həmin avtomobili müxtəlif vaxtlarda müxtəlif yerlərdə görüdüklərini bildirdiklərini, avtomobildəki GPS söküldüyündən avtomobilin sürüldüyünü sübut edə bilmədiyini, avtomobilin ona yanvar ayının sonlarında polis əməkdaşları tərəfindən qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X10 ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında olmasa, Təqsirləndirilən şəxs o, saxlamışdır. Belə ki, onların idarəsinə Təqsirləndirilən şəxs Sabunçu polis idarəsinin əməkdaşları tərəfindən axtarışda olmasına dair məlumat olmuş, o, da Sabunçu rayonu ərazisində tədbirdə olan zaman Təqsirləndirilən şəxs saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına zəng edərək bu barədə məlumat vermiş, Sabunçu RPİ-nin əməkdaşları gələrək Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X2 Şəfiyevi Zabrat qəsəbəsində saxladığını, dəqiq hansı tarixdə saxlamasını xatırlamadığını, onların idarəsində Təqsirləndirilən şəxs axtarılması ilə bağlı məxfi məlumatın olduğunu, xatırladığı qədər Orxanın tək özü tərəfindən saxlanıldığını, Orxanı təhvil verdikləri polis əməkdaşlarının Sabunçu Rayon Polis İdarəsinin özünün yoxsa 15-ci bölmənin əməkdaşları olmasını xatırlamadığını, həmin polis əməkdaşları ilə efir vasitəsi ilə əlaqə saxlayaraq Orxanın tutduğunu bildirdiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin anası tərəfindən təqdim edilmiş AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 da həmin görüntülərdə qeydə alındığı diskə baxış keçirildikdən sonra şahid verilmiş suala cavab olaraq şahid X10 əgər diskdəki görünülərin 18 yanvar 2023-cü il tarixdə qeydə alındığı yazılmışdırsa, o zaman Təqsirləndirilən şəxs həqiqətən də onun tərəfindən 18 yanvar 2023-cü il tarixdə saxlanıldığını, Təqsirləndirilən şəxs indiyədək cəmi bir dəfə saxlayan zaman görüdüyünü, bu səbəbdən görüntüdəki tarixdə, yəni 18 yanvar 2023-cü il tarixdə Orxanı tutmasının doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Şahid3 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanımadığını, əvvəllər görmədiyini, Orxanı döymədiyini və onun tərəfindən döyülməsi ilə bağlı iddiaların yalan olduğunu, Qazanxananın onların idarəsindən 1 km aralıda yerləşdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Şahid1 iştirakı ilə şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə PB-nin təhqiqatçısı polis mayoru Zaur Quliyev tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş şüşənin yəni metamfetaminin olduğunu bildirib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 19 yanvar 2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərindən 01 ədəd “Remi 10”, 1 ədəd “ Remi 10S” və 1 ədəd “Samsung Note 8” markalı mobil telefonlar götürülmüş, başqa üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir (i.v.28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 yanvar 2023-cü il tarixli, 6/367 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161 dairəvi möhür əksi olan, “ vət. Təqsirləndirilən şəxs götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,092 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.39-43). “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “X14 8” markalı mobil telefon **********27048/01 və **********27048/01 imei kodlu qara rəngli “X14 8” markalı mobil telefondur. Həmin mobil telefonun qalereya bölümünə daxil olduqda narkotik vasitələrin tərəzi üzərində şəkillərin olması və pul qıbzlərinin şəkillərin olması müşahidə olunur. Bundan sonra telefonda olan “Whatsap” sosial mesencer bölümünə daxil olduqda müəyyən nömrələrlə mesajlaşmaların və səs yazıların olduğunu görürük. Belə ki, +**********14 nömrəli abonentin adı “Memmed Qarsashim" adı ilə qeyd edilmişdir. Həmin şəxslə yalnız səs yazıları mövcuddur. Həmin şəxslə danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs həmin şəxsdən torpaq, ot və patı istəyir. Həmin mobil telefonun sahibi özünü İranlı kimi qeyd edir və tez bir zamanda ona malları göndərcəyini bildirdi. Bundan başqa +**********60 mobil nömrəsi ilə yazışmada bildirmişdir ki, “düş şeyşüylərivi verim boş gedim isdəsələr deyərəm atarsan”. Bundan başqa, qara rəngli “Redmi 5G” markalı **********47180/78 və **********47198/78 imei kodlu mobil telefonda olan “Whatsap” sosial mesajlaşma siteminə daxil olduqda +**********64 mobil nömrəsinin səs ataraq mənə 3 ədəd ondan nağdı və 0,5 torpaq alınsa 1 qram torpaq verərsən. Bundan sonra Təqsirləndirilən şəxs ona **********312700 nömrəli kapital bank kart nömrəsin atdığını və həmin şəxsin ona 70 manat pulun göndərməsi müşahidə olunur. Bundan başqa baxış zamanı istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v.54-64). “Maddi sübut kimi tanınma haqqında” 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,092 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 1,042 qram qalıq qalmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.92). İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli, 2089 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs psixostmulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinenesiya, intiksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə eehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.108- 109). “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.111-116). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci ilə maddəsi təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətindədir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, cinayət işinin materiallarından açıq-aydın görünür ki, istintaqın ilk günündən Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin satışında təqsirli bilməmiş, həm ifadələrində, həm də şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilən zaman narkotik vasitənin istifadəçisi olduğunu və üzərindən “aşkar edilmiş” psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs əvvəllər arada bir narkotik vasitədən istifadə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman üzərində psixotrop maddənin və ya digər qanunsuz predmetin olmadığını, onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində Bəxtiyar adlı şəxsin döydüyünü, onun skoçla gözünün, əl və ayaqlarının bağlandığını, dubinka ilə döyüldüyü, taxtanın başında sındırıldığını, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu, ekspertlərin onu müayinədən keçirdiklərini, izahatının alındığını, onun Sabunçu rayonu ərazisində deyil, “Azadlıq 99”-da Nəsimi bazarı yaxınlığında, 18 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində saxlanıldığını, onu saxlayan polis əməkdaşlarının mülki geyimdə olduqlarını, onun 18 yanvar 2023-cü il tarixdə Nakotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu Rayon Polis İdarəsinə təhvil verdiklərini, onun özünün yaşadığı evin Zabrat qəsəbəsində yerləşdiyini, polis əməkdaşlarının onu ilkin olaraq Nəsimi bazarı tərəfdən yaşadığı evin həyətinə gətirdiklərini, həmin vaxt onun “Renta-car”dan götürdüyü maşında arxada qolları qandallı otuzdurulduğunu, avtomobilin polis əməkdaşlarından biri tərəfindən idarə edildiyini, avtomobili Zabrat ərazisində yanacaqdoldurma məntəqəsinə sürərək orada saxladıqlarını, həmin ərazidə başqa bir şəxsi gözlədiklərini, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirildiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla bağlı hər bir arqumentə ayrıca qiymət verilməsini məqbul hesab edir. Təqsirləndirilən şəxsin polis bölməsində döyülməsi və təsir-təzyiqlər nəticəsində sənədləri imzalaması ilə bağlı irəli sürdüyü dəlillərlə bağlı məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onda xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə təqsirləndirilən şəxsin tibb kitabçası tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 669/2023 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, həmin tarixdə ilkin tibbi müayinədən keçən zaman o, həbs edilən zaman xəsarət aldığını bildirmiş və onun alının sol və sağ nahiyyəsində, təpə nahiyyəsində, sağ biləyin ön səthində üzəri qərtməkli yaralar, sol saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasını özündə əks etdirən diskdə olan görüntülərdə də Təqsirləndirilən şəxs üz və sol gözətrafı nahiyyəsində xəsarətlərin olması açıq-aşkar görünməkdədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 217 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs alın, təpə və sağ mil-bilək oynağı nahiyyələrinin səthi əzilmiş yaraları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti Təqsirləndirilən şəxs BİT-də məhkəmə-tibbi ekspertizasından (xx.xx.2023-cü il tarixdə) 12-14 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən təqdim edilmiş 82-C-23 nömrəli rədd materialından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təkidlə polis bölməsində döyüldüyündən narkotik vasitənin ona məxsus olmasını bildirməsini göstərməsinə, Təqsirləndirilən şəxs saxlanıldığı tarixə uyğun gələn xəsarətlərin ekspert rəyi ilə təsdiq olunmasına baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan sadəcə bir cümlə “cinayət hadisəsinin olmamasının müəyyən edilməsi” göstərilməklə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istintaq zamanı Şahid1 tərəfindən döyülməsini bildirməsinə baxmayaraq hazırda Şahid3 tərəfindən döyüldüyünü bildirməsinin səbəbi soruşulduqda Təqsirləndirilən şəxs həmin vaxt onu döyən şəxsin adını səhv dediyini, əslində onun Şahid1 tərəfindən döyülmədiyini, ümumiyyətlə 15-ci bölmədə ona fiziki zor tətbiq edilmədiyini, 15-ci bölməyə gətirilməzdən əvvəl saxlanıldığı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində fiziki təsir-təzyiqə məruz qaldığını, Şahid3 tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə cinayət işinin rədd edilməsinə dair 82-C-23 materialı tədqiq edərək, təqsirləndirlən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq və məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, Bakı İstintaq Təcridxanası tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə, təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına daxil olarkən onda olan xəsarətləri həbs olunan zaman aldığını bildirməsinə, prokurorluq orqanına verdiyi izahatında da polis bölməsində döyüldüyünü göstərməsinə baxmayaraq prokurorluq orqanı Təqsirləndirilən şəxs aşkar görünən xəsarətlərin olmasına (nəzərə alınsa ki, üzü qərtməkli yara həmin yaranın qısa müddət öncə yaranmasına dəlalət edən haldır və Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilən zaman onda polis bölməsinə daxil olmadan öncə hər hansı xəsarətlərin olmasına dair sənəd iş materiallarında yoxdur), Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin 31 yanvar 2023-cü il tarixdən 12-14 gün əvvələ (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saxlanılmışdır) uyğun gəlməsinin 03 fevral 2023-cü il tarixli, 217 saylı ekspert rəyi ilə təsdiq olunmasına baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı araşdırılmadan həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı səthi və formal araşdırmanın aparılmasının göstəricisidir. Belə ki, 82-C-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 fevral 2023-cü il qərarda polis əməkdaşının izahatı alınmış, polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki təsir olmadığını bildirmiş, araşdırmanı həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlu verilmiş ekspert rəyini və təqsirləndirilən şəxsdə aşkar edilmiş, açıq-aydın görünən xəsarətləri görməzdən gələrək polis əməkdaşı tərəfindən verilmiş ifadə ilə kifayətlənməklə qərarın sonunda cinayət hadisəsinin olmadığını bildirmiş və həmin əsasla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı izahatında təkidlə ona xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Avropa Məhkəməsi, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə görünməkdədir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat göstərməmiş, bu barədə hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Odur ki, məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Bununla yanaşı, iş materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, bölməyə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması göstərilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya satışı ilə hər hansı bir xüsusat göstərilməmiş və cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə başlınaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin dindirilməsi”nə dair 20 yanvar 2023-cü il tarixli protokolda da Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını, arada bir istifadə etdiyini bildirmişdir. 21 yanvar 2023-cü il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “X14 8” markalı mobil telefona baxış keçirildikdən sonra müstəntiqin özünün “dinlədiyi”, lakin məzmunu “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolda dəqiq və ardıcıllıqla əks olunmayan, hər hansı maddi daşıyıcıya köçürülərək iş materiallarına əlavə edilməyən səs yazılarına əsaslanmaqla Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirlərək komputer vasitəsi ilə müstəntiq tərəfindən ifadəsi yazılmaqla həmin ifadəsində də 19 yanvar 2023-cü il tarixdə əldə etdiyi psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını bildirdiyi göstərilmiş, ona ünvanlanmış suallara biri digərinə uyğun olmayan cavablar protokolda əks olunmuşdur. Belə ki, həmin ifadədə Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək saxlamasını bildirməsi göstərilsə də, sonradan müstəntiq tərəfindən verilmiş iki eyni məzmunlu suala iki müxtəlif və biri digərinə uyğun olmayan cavablar protokolda əks olunmuşdur: 1. Sual- “Siz narkotik vasitələrin satışı ilə məşğul olursunuzmu?”; cavab-“Mən arada bir narkotik vasitələrin satışı ilə məşğul olmuşam, pulum olmayanda mən narkotik vasitə satır və özümə pul düzəldirdim”. 2. Sual-“Siz narkotik vasitəni nə üçün üzərində gəzdirirsiniz?”; cavab-“Mən narkotik vasitəni şəxsi istifadəm üçün gəzdirirəm”. Göründüyü kimi, müstəntiq özü də protokolda 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən “aşkar edilmiş” psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini göstərmiş, lakin suallara cavab olaraq gah tarixi dəqiq olmayan vaxtda guya Təqsirləndirilən şəxs narkotik vasitə satdığını qeyd edərək bu halın onun AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlməyə imkan verdiyini göstərməyə çalışmışdır. Halbuki, AR CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün məhz şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal və ya emal edilməsi, daşınması, göndərilməsi müəyyən edilməli, şəxsin nə vaxtsa narkotik vasitəni satmasını bildirməsi, lakin üzərindən aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddəni öz şəxsin istifadəsi üçün gəzdirdiyini bildirməsi onun özünü AR CM-nin 234.2-ci maddəsi təqsirli bilməsi kimi qiymətləndirilə bilməzdi. Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətlərinin göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, məhkəmə istintaqı zamanı ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ifadələri isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxsin saxlanılması vaxtı, yeri və şəraiti barədə məhkəmənin qiymətləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün Sabunçu rayonu ərazisində deyil, “Azadlıq 99”-da Nəsimi bazarı yaxınlığında, 18 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində saxlanıldığını, onu saxlayan polis əməkdaşlarının mülki geyimdə olduqlarını, 18 yanvar 2023-cü il tarixdə maşında telefonla danışdığı zaman həmin şəxslərin ona yaxınlaşaraq “Bir dəqiqə səni olar” deyə müraciət etdiklərini, “Sən niyə narkotik alırsan” kimi sual verdikdə o, narkotik almadığını, sadəcə işi olduğundan həmin ərazidə dayandığını, həmin gün Nəsimi bazarı tərəfə orada yaşayan bir nəfər şəxsə onun maşının nömrələrini vermək üçün getdiyini, həmin maşın nömrəsinin o, saxlanıldıqdan sonra günlərlə onun icarə əsasında idarə etdiyi avtomobildə qaldığını, onun 18 yanvar 2023-cü il tarixdə Nakotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu Rayon Polis İdarəsinə təhvil verdiklərini, onun özünün yaşadığı evin Zabrat qəsəbəsində yerləşdiyini, polis əməkdaşlarının onu ilkin olaraq Nəsimi bazarı tərəfdən yaşadığı evin həyətinə gətirdiklərini, həmin vaxt onun “Renta-Car”dan götürdüyü maşında arxada qolları qandallı otuzdurulduğunu, avtomobilin polis əməkdaşlarından biri tərəfindən idarə edildiyini, məhləyə gedən zaman anası evdə olmadığından və avin qapısı bağlı olduğundan evə baxış keçirilmədiyini, sonra avtomobili Zabrat ərazisində yanacaqdoldurma məntəqəsinə sürərək orada saxladıqlarını, həmin ərazidə başqa bir şəxsi gözlədiklərini, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirildiyini, polis əməkdaşlarının onun “Renta-car”dan götürdüyü maşını idarə edərək 18 yanvar 2023-cü il tarixdə getdikləri yanacaq doldurma məntəqəsinin Zabrat ərazisində yerləşdiyini, həmin yanacaq doldurma məntəqəsində olan video müşahidə kameralarından olan görüntülərin anası tərəfindən götürüldüyünü, onun yaşadığı evin həmin yanacaq doldurma məntəqəsinin arxasında yerləşdiyini, həmin görüntülərdə olan şəxslərin polis əməkdaşları olduğunu, həmin vaxt onun avtomobilin arxa oturacağında hər iki yanında polis əməkdaşı olmaqla oturduğunu, həmin avtomobilin "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin görüntülərin 18 yanvar 2023-cü il tarixdə qeydə alındığını, məni saxlayan əməkdaşlardan birinin adının Emin olduğunu, həmin polislərin 7-8 nəfər olmaqla 2-3 maşınla gəldiklərini, avtomobilinhər yerini axtardıqlarını, lakin heç nə tapmadıqlarını, həmin avtomobilin o, 18 yanvar 2023-cü il tarixdə saxlanıldıqdan sonra 15 gün müvəqqəti saxlama yerinin həyətində saxlanıldığını, avtomobili götürdüyü “Renta-car”-ın sahibinin adının Səbuhi, mobil nömrəsinin isə ***-***-**-** olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs anası tərəfindən məhkəməyə videodisk təqdim edilmiş və həmin videodiskdə olan yazıların 18 yanvar 2023-cü il tarixdə, saat 16:34dən 17:11-dək qeydə alınması, Təqsirləndirilən şəxs “Renta-car”dan icarəyə götürdüyü bildirilən və məhkəmə baxışı zamanı təsdiq olunan “Kia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında 4 nəfər şəxsin olması, onlardan ikisinin avtomobildə axtarış keçirdikləri (qabaq hissədə, baqajda, avtomobilin içərisində), birinin sükan arxasından oturması, həmin şəxslərdən birinin arxa oturacaqda olan kiminləsə danışması, axtarışdan sonra avtomobilə əyləşərək avtomobilin hərəkətə başlaması və oradan uzaqlaşması müşahidə olunur. Məhkəmə videogörüntüdə olan və Təqsirləndirilən şəxs “Renta-car”dan götürərək saxlanılan zaman onun istifadəsində olduğunu iddia etdiyi "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqətən də onun istifadəsində olub-olmaması, həmin avtomobilin həqiqətən də “Renta-car” şirkətindən götürüb götürməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X8 məhkəmə iclasına dəvət edilmiş və o, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə "xxxx" şirkətindən "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, icarə müddətinin 17 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək müəyyən edildiyini və bu barədə Təqsirləndirilən şəxs talon verildiyini, həmin talonun Sabunçu Rayon Polis İdarəsində qaldığını, məhz avtomobildən həmin talon əsasında polis əməkdaşlarının onunla əlaqə saxlayaraq avtomobili ona qaytardıqlarını, icarəyə verilmiş "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə GPS olduğunu, lakin həmin GPS-in son siqnalının 18 yanvar 2023-cü il tarixdə, günorta saat 13-14 radələrində Nəsimi Bazarı tərəfdən gəlməsinin qeydə alındığını, ondan sonra GPS-in söküldüyünü və siqnalın itdiyini, həmin GPS-in sökülməsinin asan bir iş olmadığını, onu hər adamın tapmasının və çıxarmasının mümkün olmadığını, GPS-in çıxarılaraq maşının içərisinə qoyulduğunu və maşın qaytarılanda GPS-in avtomobilə qoyulduğunu gördüyünü, avtomobilin polis əməkdaşları tərəfindən ona hər tərəfi sökülmüş vəziyyətdə qaytarıldığını, avtomobilin damı, içərisi, ayaq altının, bir sözlə hər yerinin söküldüyünü, bunun səbəbini soruşduqda polis əməkdaşlarının ona narkotiklə bağlı avtomobili bu vəziyyətə qoyduqlarını bildirdiklərini, GPS məlumatlarının 03 ay ərzində saxlanıldığını, hazırki vaxtadək qalmasını güman etmədiyini, GPS çıxarılan zaman siqnal Nəsimi bazarı tərəfdən gəldiyindən özünün həmin əraziyə getdiyini, lakin avtomobili orada görmədiyini, 18 yanvar 2023-cü il tarixdən sonrakı tarixlərdə də həmin avtomobilin müxtəlif şəxslər tərəfindən sürüldüyünü, bu barədə digər Renta-car şirkətlərinin sahiblərindən onun maşınını tanıyan şəxslər tərəfindən məlumat verilərək həmin avtomobili müxtəlif vaxtlarda müxtəlif yerlərdə görüdüklərini bildirdiklərini, avtomobildəki GPS söküldüyündən avtomobilin sürüldüyünü sübut edə bilmədiyini, avtomobilin ona yanvar ayının sonlarında qaytarıldığını bildirmişdir. X8 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə verilmiş və 28 dekabr 2022-ci il tarixdən 28 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş etibarnamədən görünür ki, "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan "xxxx" minik markalı, göy metallik rəngli, dövlət nömrə nişanı **-PK-*** olan minik avtomobilinin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüququnun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülməsi səlahiyyəti "xxxx" MMC-yə etibar edilmişdir. X8 tərəfindən verilmiş yazılı ərizədə də o, "xxxx" MMC-nin direktoru vəzifəsini icra etdiyini, "xxxx" minik markalı, göy metallik rəngli, dövlət nömrə nişanı **-PK-*** olan minik avtomobili 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs icarəyə verdiyini, MMC-nin sahibliyində olan bütün avtomobillərdə GPS-in mövcud olduğunu, 18 yanvar 2023-cü il tarixdə, saat 13-14 radələrində Nəsimi bazarı yaxınlığında qeyd edilən nəqliyyat vasitəsində GPS-in işləmədiyini və söndürüldüyünü, bu əməliyyatın sadəcə GPS-in çıxarılması yolu ilə mümkün olduğunu, sonradan müxtəlif yollarla tanış və dostları vasitəsi ilə avtomobilin Bakıxanov qəsəbəsi ərazisində polis idarəsində saxlanıldığını öyrəndiyini, maşını polislərdən təhvil alan zaman salonun bərbad vəziyyətdə, maşının alt hissəsində yerləşən qoruyucuların çıxarılmış halda olduğunu gördüyünü, GPS-i isə sökülmüş halda ön hissədə yerləşən bardaçokdan tapdığını bildirmişdir. Məhkəmə tərəfindən 18 yanvar 2023-cü il tarixdə qeydə alınmış videogörüntüdə olan şəxslərin Təqsirləndirilən şəxs iddia etdiyi kimi AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olub-olmaması, onların arasında Emin adlı əməkdaşın olub-olmaması, həmin idarənin əməkdaşları olduqları təqdirdə onların ad və soyadları barədə məhkəməyə məlumat verilməsinə və həmin şəxslərin məhkəmə iclasında iştirakının təmin edilməsinə dair 07 iyun 2023-cü il tarixli, 1(008)-532/2023 saylı məktubla AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət edilmiş və həmin məktuba cavab olaraq məhkəməyə daxil olmuş 16 iyun 2023-cü il tarixli, 3-13-7/2-5135/2023 saylı məktubla məhkəmə tərəfindən idarəyə təqdim edilmiş diskdəki şəxsin AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X6 olması təsdiq edilmiş və həmin əməkdaşın məhkəmə iclasında iştirakının təmin ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X10 ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında olmasa, Təqsirləndirilən şəxs o, saxlamışdır. Belə ki, onların idarəsinə Təqsirləndirilən şəxs Sabunçu polis idarəsinin əməkdaşları tərəfindən axtarışda olmasına dair məlumat olmuş, o, da Sabunçu rayonu ərazisində tədbirdə olan zaman Təqsirləndirilən şəxs saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına zəng edərək bu barədə məlumat vermiş, Sabunçu RPİ-nin əməkdaşları gələrək Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X2 Şəfiyevi Zabrat qəsəbəsində saxladığını, dəqiq hansı tarixdə saxlamasını xatırlamadığını, onların idarəsində Təqsirləndirilən şəxs axtarılması ilə bağlı məxfi məlumatın olduğunu, xatırladığı qədər Orxanın tək özü tərəfindən saxlanıldığını, Orxanı təhvil verdikləri polis əməkdaşlarının Sabunçu Rayon Polis İdarəsinin özünün yoxsa 15-ci bölmənin əməkdaşları olmasını xatırlamadığını, həmin polis əməkdaşları ilə efir vasitəsi ilə əlaqə saxlayaraq Orxanı tutduğunu bildirdiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin anası tərəfindən təqdim edilmiş AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 da həmin görüntülərdə qeydə alındığı diskə baxış keçirildikdən sonra şahid verilmiş suala cavab olaraq şahid X10 əgər diskdəki görünülərin 18 yanvar 2023-cü il tarixdə qeydə alındığı yazılmışdırsa, o zaman Təqsirləndirilən şəxs həqiqətən də onun tərəfindən 18 yanvar 2023-cü il tarixdə saxlanıldığını, Təqsirləndirilən şəxs indiyədək cəmi bir dəfə saxlayan zaman görüdüyünü, bu səbəbdən görüntüdəki tarixdə, yəni 18 yanvar 2023-cü il tarixdə Orxanı onun saxlamasının doğru olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə deyil, 18 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən deyil, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması vaxtı, yeri və iş materiallarında onu saxlaması qeyd edilən Sabunçu RPİ-nin 15ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmaması bağlı xüsusatların araşdırılması məqsədi ilə həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, o cümlədən, polis əməkdaşları Şahid1 istifadəsində olmuş ***-***-**-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair qərarla "xxxx" MMC-yə müraciə etmiş, məhkəmə təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrin anten məlumatlarından görünür ki, həmin mobil telefon 18 yanvar 2023-cü il tarixdə, saat 13:59-dan 15:17-dək Nəsimi rayonu ərazisində olmuş, saat 16:02-dən 19:59-dək Zabrat-Maştağa yolunun kənarında, saat 20:01-dən 19 yanvar 2023-cü il, saat 14:39-dək ünvan 4 və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanlarında olmuş, 19 yanvar 2023-cü il tarixdən, saat 14:39-dan 16:20-dək Zabrat qəsəbəsində, saat 16:20-dən 23:51-dək yenidən ünvan 4 ünvanında olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş digər ***-***-**-** mobil telefon nömrənin anten məlumatlarından həmin mobil telefonun 18 yanvar 2023-cü il tarixdə, saat 17:25-dən 20:39dək Zabrat-Maştağa yolunun kənarında, 20:39-dan 19 yanvar 2023-cü il, saat 22:42-dək ünvan 4 və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanlarında olması müəyyən edilmişdir. Məhkəmə sadəcə saniyə fərqlə mobil nömrənin anten məlumatlarının 18 yanvar 2023cü il saat 20:01-dən 19 yanvar 2023-cü il, saat 14:39-dək gah ünvan 4, gah da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidini göstərməsini, fiziki baxımdan mobil telefonun bir ünvandan digərinə saniyələr ərzində çatdırılmasının mümkün olmadığını nəzərə alaraq ünvan 4nın və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidinin eyni anten dairəsinə aid olması və Təqsirləndirilən şəxs həmin zaman aralığında eyni ünvanda olması qənaətinə gəlir. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs üzərinə axtarış və baxışın 15-ci polis bölməsində 19 yanvar 2023-cü il tarixdə, saat 17:25-dən 17:30-dək aparılması göstərilsə də, həmin vaxtın Təqsirləndirilən şəxs mobil telefonun anten dairəsi onun Sabunçu RPİ-nin 15-ci bölməsinin yerləşdiyi ünvanda (Zabrat qəsəbəsi) deyil, ünvan 4 ünvanında olmasını göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarından görünür ki, telefonun anten məlumatları onun 18 yanvar 2023-cü il tarixdə, saat 13:00-dan 21:48-dək Hacıqabul, Kürdəmir, Yevlax, Ucar, Şirvan şəhərlərində olmasını, bir sözlə Bakı şəhərində olmadığını, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən saatlarda (saat 17:25-17:30) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu 40 (bölmənin ünvanı) ünvanında olmasını göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarından görünür ki, telefonun anten məlumatları onun 18 yanvar 2023-cü il tarixdə, saat 10:10-dan 19:13-dək ünvan 4 və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi ünvanlarında olmasını, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən saatlarda (saat 17:25-17:30) isə ünvan 9 ünvanda olmasını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə və saatlarda (18 yanvar 2023cü il tarixdə, günorta saatlarında), o cümlədən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən tarixdə və saatda (19 yanvar 2023-cü il tarixdə, saat 17:25-17:30) Təqsirləndirilən şəxs və sənədlərə əsasən onu saxlayan polis əməkdaşlarının hər birinin tamamilə ayrı-ayrı ərazilərdə olması iş materialları dəqiq müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 3-4 radələrində saxlanıldığını, onun 18 yanvar 2023-cü il tarixdə Baş Nakotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu Rayon Polis İdarəsinə təhvil verdiklərini, orada Şahid3 tərəfindən döyüldüyünü və yalnız 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını, onun istifadəsində olan "xxxx" markalı avtomobilə baxış keçirildiyini, lakin heç nə aşkar edilmədiyini, onun üzərində və avtomobildə heç bir şey aşkar olunmadıqda polis əməkdaşlarının onu Bəxtiyar adlı əməliyyatçının axtardığını bildirərək onu Bəxtiyara təhvil verəcəklərini, Bəxtiyarın onu buraxacağını, onunla başqa işinin olduğunu bildirdiklərini, onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verdiklərini, orada da onu yoxlayan zaman üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığını, Bəxtiyar adlı şəxsin onu döydüyünü və bundan sonra onu Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci bölməsinə verdiklərini, üzərinə qoyulmuş narkotik vasitəni fiziki təsir nəticəsində cibindən çıxaraq videoçəkiliş zamanı təqdim etdiyini bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsi isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 10 ünvanında yerləşir. Məhkəmə baxışı zamanı həm təqsirləndirilən şəxsin Bəxtiyar Abbas tərəfindən döyülməsi, həm də saxlanıldıqdan sonra Sabunçu RPİ-nə təhvil verilməsi ilə bağlı xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Şahid3 məhkəmə iclasına dəvət edilmiş və o, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanımadığını, əvvəllər görmədiyini, Orxanı döymədiyini və onun tərəfindən döyülməsi ilə bağlı iddiaların yalan olduğunu, Qazanxananın onların idarəsindən 1 km aralıda yerləşdiyini bildirmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saxlanılması və Sabunçu Rayon Polis İdarəsinə aparılaraq orada saxlanılması, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparılması ilə bağlı xüsusatların real olması qənaətinə gəlir. Belə ki, məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 16:00-da Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən Zabrat qəsəbəsində saxlanılaraq 15-ci PB-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonların anten məlumatları ilə onun 19 yanvar 2023-cü il tarixdə, saat 16:20-dən 23:51-dək ünvan 4 ünvanında olması müəyyən edilmişdir, hansı ünvan ki, məhz 18 yanvar 2023-cü il tarixdə də saat 20:01dən 19 yanvar 2023-cü il, saat 14:39-dək onun həmin ünvanda olması, 18 yanvar 2023cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək olan gecəni həmin ünvanda keçirməsi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il, saat 16:00-da saxlanılmasının doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə Təqsirləndirilən şəxs həmin saatdan sonrakı saatlarda müəyyən edildiyi yerdə onun artıq 18 yanvar 2023-cü il tarixdən, günün ikinci yarısından 19 yanvar 2023cü il günorta saatlarına qədər olması işin təkzibedilməz halıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci bölməsinin əməkdaşları tərəfindən deyil, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması, onun 19 yanvar 2023-cü il tarixdə deyil, özünün də ifadəsində göstərdiyi kimi (bu həmçinin, məhkəməyə təqdim edilmiş videodiskdə olan görüntülər və AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Emin Əliyevin suala verilmiş cavabı ilə də təsdiq edilmişdir) 18 yanvar 2023-cü il tarixdə saxlanılması, anten məlumatları ilə onun ilk olaraq Zabrat qəsəbəsində yerləşən 15-ci polis bölməsinə deyil, başqa ünvana aparılması, Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşməsi və şahid qismində dindirilmiş Şahid3 Qazanxananın polis idarəsindən 1 km aralıda yerləşməsini bildirməsi və anten dairələrinin polis idarəsinin ətraf ərazilərini də əhatə etməsinin real olması, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması göstərilən vaxtdan sonrakı saatlarda onun mobil telefonlarının anten məlumatlarına əsasən olduğu yerlə 18 yanvar 2023-cü il tarixdə, günorta saatlarından sonrakı saatlarda da mobil telefonların anten dairələrinin eyni ünvanı göstərməsi, Təqsirləndirilən şəxs ilkin olaraq Bakı şəhəri Sabunçu RPİ-nə aparılmasının müəyyən edilməsi Təqsirləndirilən şəxs təxminən 1 gün qanunsuz olaraq polis idarəsində nəzarət altında saxlanılmasına, onda aşkar edilmiş və ekspert rəyi ilə həmin tarixə uyğun gəlməsi müəyyən edilmiş xəsarətlərlə onun polis idarəsində döyülməsinə və fiziki təzyiqə məruz qalmasına, məhkəməyə təqdim edilmiş sənədlərin təhrif edilməsinə, məhkəmə iclasında onu saxladıqlarını bildirən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməliyyat müvəkkilərinin yalan ifadə vermələrinə və işin həqiqi hallarını əks etdirməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə bağlı isə məhkəmə Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, günorta radələrində Nəsimi bazarı yaxınlığında saxlanıldığını bildirməsini, həmin vaxt onun istifadəsində "xxxx" MMC-dən götürdüyü və GPS ilə təchiz edilmiş "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını, həmin MMC-nin direktoru tərəfindən də 18 yanvar 2023-cü il tarixdə, günorta radələrində avtomobildə olan GPS-in siqnalının itməsinin və bunun yalnız GPS-in sökülməsi nəticəsində mümkün olduğunu bildirməsini, 18 yanvar 2023-cü il tarixdə, günorta radələrində Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsində qeydə alınmış görüntülərdə "xxxx" markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin artıq polis əməkdaşlarının nəzarətində olmasının açıq-aydın görünməsi, iş materiallarında təqsirləndirilən şəxsin saxlanılma tarixi və şəraiti barədə bütün halların təhrif edildiyini, təqsirləndirilən şəxsin saxlanılması bağlı irəli sürdüyü digər arqumentlərin məhkəmə istintaqı zamanı öz təsdiqini tapmasını nəzərə alaraq Təqsirləndirilən şəxs Nəsimi bazarı yaxınlığında saxlanılmasına dair irəli sürdüyü arqumentin də həqiqi olması ehtimalının real olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması, bundan sonra Bakı Şəhəri Sabunçu RPİ-nə aparılması, gecəni orada saxlanılması, 19 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirələrək təxminən 01 sutkadan sonra üzərinə şəxsi axtarış və götürmə keçirilməsi təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri, anten məlumatları ilə tam təsdiq edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun saxlanılmasından 01 sutka sonra saxlanılaraq təhvil verildiyi Bakıxanov qəsəbəsində yerləşən Sabunçu RPİ-də deyil, Zabrat qəsəbəsində yerləşən Sabunçu RPİ-nin 15-ci polis bölməsinin binasında keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 24 saatdan da artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. -İstintaq orqanın istinad etdiyi digər sübut növü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat-müvəkilləri Şahid2 və Şahid1 ifadələri olmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən ittiham aktında və şahidlərin ifadələrində göstərdikləri tarixdə saxlanılmadığı, onun başqa tarixdə, başqa şəxslər tərəfindən saxlanıldığı (Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları) müəyyən edilmişdir ki, bu da şahidlərin yalan ifadə verməsinə dəlalət etməklə onların həmin ifadələrinin sübutedici qüvvəsi olmayan sübut kimi qiymətləndirilməklə sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 19 yanvar 2023-cü il tarixdə, saat 17:25-dən 17:30-dək “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü il tarixli protokolda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş şüşənin yəni metamfetaminin olduğunu bildirib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə metamfetaminə bənzər maddənin aşkar edildiyi, sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 19 yanvar 2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi göstərilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs 19 yanvar deyil, 18 yanvar 2023-cü il tarixdə, Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən deyil, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması, 18 yanvar günorta saatlarından artıq polis nəzarətində olması müəyyən edilmişdir ki, bu da Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə, günorta saatlarında narkotik vasitə əldə etməsini istisna etməklə şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə, düşünülmüş ssenariyə uyğun tərtib edilməsinin göstəricisidir. Bununla yanaşı, təqsirləndirilən şəxsin və şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən polis əməkdaşlarının 19 yanvar 2023-cü il tarixdə, saat 17:25-17:30 radələrində (şəxsi axtarış və götürmənin həyata keçirildiyi göstərilən saatlarda) hər üçünün tamamilə ayrıayrı ərazilərdə olması yuxarıda göstərilən anten məlumatları ilə öz təsdiqini tapmışdır ki, bu da sənədləşmədə göstərilən vaxtda şəxsi axtarış və götürmənin həyata keçirilmədiyinə və həmin protokolun vaxtının da düzgün qeyd olunmadığına və protokolun formal olaraq tərtib edilməsinə dəlalət edən hallardan biridir. Belə ki, AR CPM-nin 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtını əks etdirən protokol tərtib edilir. Belə olan halda Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməyən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılmasından 24 saat sonra keçirildiyi göstərilən, həyata keçirildiyi vaxt da düzgün göstərilməyən şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkətini özündə əks etdirən disk də sübutlar siyahısından xaric edilməlidir. -İstintaq orqanın istinad etdiyi digər sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç telefondan biri olan “X14 8” markalı və “Redmi 5G” markalı **********47180/78 və **********47198/78 imei kodlu mobil telefonlarda aşkar edilmiş iş üçün əhəmiyyət kəsb edən məlumatlar olmuşdur. “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolda müstəntiq Təqsirləndirilən şəxs məxsus “X14 8” markalı mobil telefonun qalereya bölümünə daxil olduqda narkotik vasitələrin tərəzi üzərində şəkillərin olması və pul qəbzlərinin şəkillərin olmasının müşahidə olunduğunu, telefonda olan “VVhatsap” sosial mesencer bölümünə daxil olduqda müəyyən nömrələrlə mesajlaşmaların və səs yazıların olduğunu, +**********14 nömrəli abonentin adı “Memmed Qarsashim" adı ilə qeyd edildiyini, həmin şəxslə yalnız səs yazılarının mövcud olduğunu, həmin şəxslə danışıqlarından Təqsirləndirilən şəxs həmin şəxsdən torpaq, ot və patı istəməsinin göründüyünü, həmin mobil telefonun sahibi özünün İranlı kimi qeyd etdiyini və tez bir zamanda ona malları göndərcəyini bildirdiyini, bundan başqa +**********60 mobil nömrəsi ilə yazışmada Təqsirləndirilən şəxs “düş şeyşüylərivi verim boş gedim isdəsələr deyərəm atarsan” yazdığını, qara rəngli “Redmi 5G” markalı **********47180/78 və **********47198/78 imei kodlu mobil telefonda olan “Whatsap” sosial mesajlaşma siteminə daxil olduqda +**********64 mobil nömrəsinin səs ataraq “mənə 3 ədəd ondan nağdı və 0,5 torpaq alınsa 1 qram torpaq verərsən” dediyini, bundan sonra Təqsirləndirilən şəxs ona **********312700 nömrəli kapital bank kart nömrəsin atdığını və həmin şəxsin ona 70 manat pulun göndərməsinin müşahidə olunduğunu, bundan başqa baxış zamanı istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilmədiyini göstərmişdir (i.v.54-64). Məhkəmə sorğu ilə müstəntiqə müraciət edərək Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 03 ədəd-“Redmi 10”, “Redmi 10S” və “X14 8” markalı mobil telefonların məhkəməyə təqdim edilməsini tələb etmiş, müstəntiq Musa Məmmədov tərəfindən -“Redmi 10” və “X14 8” markalı mobil telefonlar məhkəməyə təqdim edilsə də, “Redmi 10S” markalı mobil telefonun məhkəməyə təqdim ediləməsinə təkrar sorğu verilməsinə baxmayaraq həmin telefon məhkəməyə təqdim edilməmiş, müstəntiq yazılı formada məhkəməyə həmin telefonun təqsirləndirilən şəxsin qohumuna verdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş digər iki -“Redmi 10” və “X14 8” markalı mobil telefonlar isə koda salınaraq şifrə məhkəməyə təqdim edilmiş, məhkəmə baxışı zamanı həmin telefonlar Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs telefonun kodunun polis bölməsində dəyişdirildiyini və kodu bilmədiyini göstərmiş, telefonda olan kodlarla bağlı müstəntiq Musa Məmmədovla telefon vasitəsi ilə əlaqə saxlanıldıqda müstəntiq cinayət işinin ona müstəntiq Ramil Vəliyevdən keçdiyini, həmin telefonların ona Ramil Vəliyev tərəfindən kodda təqdim edildiyini və kodunu bilmədiyini bildirmiş, müstəntiq Ramil Vəliyevlə əlaqə saxlanıldıqda isə o, telefonların kodunun telefonun arxa hissəsinə kağızda yapışdırdığını, həmin kodların hansı şəraitdə itməsindən xəbərsiz olduğunu, telefonun kodunu dəyişmədiyini bildirmişdir. Məhkəmə müstəntiq tərəfindən “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolda göstərilən səs yazılarının mətninin hər hansı maddi daşıyıcıya köçürülmədiyini nəzərə alaraq həmin səs yazılarını dinləyərək tədqiq edilməsinin təmin edilməsi üçün məhkəməyə təqdim edilmiş “Redmi 10” və “X14 8” markalı mobil telefonları ekspertizaya göndərərək iş üzrə məhkəmə komputer-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında telefonların kodlarının açılmasının mümkün olub-olmaması, mümkün olduğu təqdirdə telefonlarda olan yazışmaların, səs yazılarının, video və audio faylların məzmunun CD diskdə məhkəməyə təqdim edilməsi məsələsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 5/858 saylı rəydə qeyd olunmuşdur ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 10” markalı, arxa markalanma göstəricisinə görə “21061119AL” modelli, “**********49422, **********49430” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “X14 8” markalı arxa markalanma göstəricisinə görə “SM-N950F” modelli, “3574xx/xx/332793/1” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş “X14 8” markalı “SM-N950F” modelli mobil smartfonun arxa markalanma göstəricisində olan “ımeı” kodla proqram təminatında olan “ımeı” “**********27040” kod fərqlənir (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmuş “hesabafa).Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi 10” markalı arxa markalanma göstəricisinə görə “21061119AL” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol- password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi 10” markalı arxa markalanma göstəricisinə görə “21061119AL” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X14 8” markalı arxa markalanma göstəricisinə görə “SM-N950F” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Tədqiq olunan “X14 8” markalı, “SM-N950F” modelli smartfonun yaddaşında (audio, foto fayllar, texniki qeydlər və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolda göstərilənlərlə bağlı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmin vaxt istifadəsində 2 ədəd “Redmi 10” və 01 ədəd “Samsung Note 8” markalı telefonların olduğunu, telefonunda olan mesajlarda göstərilən 70 manat pulun onun qohumu tərəfindən göndərildiyini, həmin nömrənin sahibinin adının Məhəmməd olduğunu, telefonunda iranlı ilə yazışmaların polis əməkdaşları tərəfindən yazıldığını, səs yazılarının o, bölmədə olarkən polis əməkdaşlarının təzyiqi altında göndərildiyini, həmin səs yazılarının o, idarədə olarkən göndərildiyini, həmin iranlının nömrəsinin onun telefonunda öncədən olduğunu, özünün ondan uzun müddət öncə şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, polis bölməsində onu həmin iranlını videogörüntü ilə yığmağa məcbur etdiklərini, bu zaman onu bölmənin həyətinə çıxardaraq iranlı ilə danışdırdıqlarını, iranlının ona onu tanımadığını bildirdiyini, onun iranlıdan əvvəllər az miqdarda şəxsi istifadəsi üçün narkotik vasitə aldığını, bu dəfə polis əməkdaşlarının təkidi ilə ondan çox miqdarda narkotik vasitə istədiyindən iranlının şübhələndiyini, digər yazışmaları apardığı ***-***- **-** nömrənin sahibinin xanım olduğunu, onunla şəxsi münasibətlərinin olduğunu, həmin xanımı narkotik vasitə istifadə etmədiyini, o cümlədən, onun narkotik vasitədən istifadə etməsindən xəbərinin olmadığını, həmin xanıma yazdığı mesajda “şey-şüy” dedikdə xanımın maşının təmirdə olması səbəbindən onun maşınının nömrəsinin onun idarə etdiyi avtomobildə olduğundan avtomobilin nömrəsini nəzərdə tutduğunu, həmin nömrənin 77-872 olduğunu, seriyasının yadından çıxdığını, saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, onun telefonunun qalereyasında bir dənə də olsun narkotik vasitələrlə bağlı fotoşəkil olmadığını, şəkillərin də onun telefonuna polis idarəsində yükləndiyini, saxlanılan andan telefonunun polis əməkdaşlarında olduğunu bildirmişdir. Məhkəmə iş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlarda olan yazışmaların fotoşəkillərini nəzərdən keçirərək adı “Məmməd Qarsawim” kimi qeyd olunmuş şəxslə yazışmaların Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis bölməsində aparılmasını müəyyən etmişdir. Belə ki, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saxlanıldığı və həmin gecəni polis idarəsində keçirməsi öz təsdiqini tapmış və bu artıq işin mübahisəsiz halıdır. İş materiallarında olan (i.v.57) Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlarda olan yazışmaların fotoşəklindən görünür ki, “Məmməd Qarsawim” kimi qeyd olunmuş şəxslə yazışmalar 19 yanvar 2023-cü il tarixdə (yazışmaların yuxarı hissəsində tarix açıq-aydın görünür), yəni Təqsirləndirilən şəxs artıq polislərin nəzarətində olan zaman aparılmışdır. Göstərilən bu hal Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz ifadəsində “telefonunda iranlı ilə yazışmaların polis əməkdaşları tərəfindən yazılması, səs yazılarının o, idarədə olarkən polis əməkdaşlarının təzyiqi altında göndərilməsi”nə dair xüsusatların doğruluğunu təsdiq edir. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X4 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005ci il tarixli qərarının 40-cı bəndində Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də, məhkəmələrin, o cümlədən, işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Veselov və digərləri Rusiyaya qarşı” iş üzrə xx.xx.2012-ci il tarixli qərarının 89-cu bəndinə əsasən məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, sui-istifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mövqeyi yuxarıda qeyd edilən qərardan başqa “Teixeira de Castro Portuqaliyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarının 36-cı bəndində, “Vanyan Rusiyaya qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarının 46-47-ci bəndlərində, “Ramanauskas Litvaya qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarının 54-cü bəndində, “Bannikova Rusiyaya qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli qərarının 34-cü bəndində öz əksini tapmış, həmin qərarlara əsasən qanunsuz narkotik maddə satışına və korrupsiyaya qarşı mübarizədə ictimai marağın olması polisin təhriki nəticəsində əldə edilmiş sübutların istifadəsinə haqq qazandırmır və bu birbaşa olaraq ədalətli məhkəmə araşdırmasını («İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi) sual altında qoyur. Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolda müstəntiq Təqsirləndirilən şəxs məxsus qara rəngli “Redmi 5G” markalı **********47180/78 və **********47198/78 imei kodlu mobil telefonda olan “Whatsap” sosial mesajlaşma siteminə daxil olduqda +**********64 mobil nömrəsinin səs ataraq “mənə 3 ədəd ondan nağdı və 0,5 torpaq alınsa 1 qram torpaq verərsən” dediyini, bundan sonra Təqsirləndirilən şəxs ona **********312700 nömrəli kapital bank kart nömrəsini atdığını və həmin şəxsin ona 70 manat pulun göndərməsinin müşahidə olunduğunu göstərsə də, həmin yazışmaları məhkəmədə tədqiq etmək və həqiqətən də telefonda həmin yazışmaların olmasını müəyyən etmək mümkün olmadığından sadəcə kartın nömrəsinin Təqsirləndirilən şəxs tərəfindən hər hansı şəxsə göndərilməsi və həmin karta pul göndərilməsi şəxsə ittiham verilməsi üçün yetərli hesab edilə bilməz. İş materiallarında olan (i.v.63) ***-***-**-** nömrə ilə aparılmış yazışmalarla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ünvanlanmış suallara cavab olaraq o, həmin nömrənin sahibinin qadın olduğunu və onunla şəxsi münasibətlərinin olduğunu, həmin xanımı narkotik vasitə istifadə etmədiyini, o cümlədən, onun narkotik vasitədən istifadə etməsindən xəbərinin olmadığını, həmin xanıma yazdığı mesajda “şey-şüy” dedikdə xanımın maşının təmirdə olması səbəbindən onun maşınının nömrəsinin onun idarə etdiyi avtomobildə olduğundan avtomobilin nömrəsini nəzərdə tutduğunu, həmin nömrənin 77-872 olduğunu, seriyasının yadından çıxdığını,”vəziyyət pisdir axtarırlar” dedikdə isə özünün narkotik vasitə istifadəçisi olması səbəbindən Bəxtiyar adlı polis əməkdaşı tərəfindən axtarıldığını bildiyini və bu səbəbdən xanıma həmin sözü yazdığını bildirmişdir. Beləliklə, məhkəmə istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş maddi sübutların təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş formada deyil, şifrəsi dəyişdirilməklə və yeni şifrə bildirilməməklə məhkəməyə təqdim edildiyini, həmin telefonlardakı məlumatların, yazışmaların məhkəmə istintaqı zamanı tədqiq edilə bilmədiyini, istintaq orqanın Təqsirləndirilən şəxs İranlı ilə yazışmaları kimi istinad etdiyi yazışmaların onun polis idarəsində olduğu tarixdə artıq polislərin nəzarətində olan vaxtda aparıldığını, aparılan səs yazılarının mətnlərinin məhkəməyə agah olmadığını, iş üçün əhəmiyyətli hallara dair kifayət qədər təhrif edilmiş sənədlərin məhkəməyə təqdim edildiyini (şəxsin saxlanılma tarixi, yeri, saxlayan şəxslər və.s.) nəzərə alaraq “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş fotoşəkillərin sübut kimi qiymətləndirilməsinin mümkün olmaması qənaətinə gəlir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixə, 6/367 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində psixotrop maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmənın 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində götürülmüş 01 ədəd “Redmi 10” və 01 ədəd “Samsung Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,092 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,042 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üzərində götürülmüş və məhkəməyə təqdim edilmiş 01 ədəd “Redmi 10” və 01 ədəd “Samsung Note 8” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-532/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-532/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver