Məhkəmə qərarları › İş №1(008)-532/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-532/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-532/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri 15 saylı Peşə Liseyinin 1ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Bədəlan Ərazi Dairəsi, Bədəlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 26 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs şəxsiyyəti istintaq zamanı məlum olmayan Muxtar adı ilə tanınan azyaşlı tanışını vurmasını cüzi səbəb kimi bəhanə etməklə özünün başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə Zərərçəkmiş şəxs qəsdən yumruq zərbələri ilə vuraraq sonuncuya alt çənənin sağ və sol şaxələrinin yerdəyişmiş sınığı, sol çənə şaxəsi nahiyəsinin şişkinliyi-qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, axşam saatlarında Dərnəgül qəsəbəsindən avtobusla əvvəl “Koroğlu” metrostansiyasına, daha sonra oradan avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsinə, yəni yaşadığı evdən bir qədər aralı məsafəyə gəlmişdir. Həmin gün, saat təxminən 22 radələri olardı ki, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsinə, yəni yaşadığı evdən bir qədər aralı məsafədə qardaşı Şahid1 və qardaşının tanışları Hüseyni, Bəndalı və Fəridi görmüşdür. Həmin vaxt Bəndalı ilə Fərid mübahisə edirmişlər. Mübahisəyə səbəb Fəridin Bəndalının qardaşı Hüseynin ünvanına söyüş söyməsi olmuşdur. Mübahisə əsnasında Bəndalı Fəridin üzündən yumruqla vurmuş və Fərid yerə yıxılmışdır. Bu zaman o, hadisə yerinə yaxınlaşmışdır. Fərid yerdən qalxaraq qışqırmağa başlamış və qəfildən onun üzərinə cummuşdur. Bu zaman o, Fəridi özündən uzaqlaşdırmaq üçün əli ilə onun sinəsindən itələmişdir. O, Fəridin üzündən vurmamış, əksinə Bəndalının Fəridi vurması nəticəsində onun ağzının qanını yumaqda ona kömək etmiş, normal sağollaşıb evlərinə getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə günü mübahisənin Fəridlə Bəndalı arasında başladığını, Muxtar adlı şəxsin onun dostu olduğunu, lakin hadisə günü orada olmadığını və mübahisənin Muxtarla heç bir əlaqəsinin olmadığını, Bəndalı ilə Fərid arasındakı mübahisənin Fəridin Bəndalının qardaşı Hüseynin ünvanına varyox söyüşü söyməsinin olduğunu, Bəndalı Fəridi yerə yıxdıqdan sonra Fəridin yerdən qalxaraq hansı səbəbdən məhz onun üzərinə gəldiyini bilmədiyini, onun Fəridi ümumiyyətlə vurmadığını, sadəcə sinəsindən itələdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, saat 18-19 radələri aralığındə o, Muxtar və Ramal yaşadığı evin yaxınlığında küçədə dayanmışlar. Həmin vaxt Muxtar heç bir səbəb olmadan əlini Ramalın çiyninə qoyub ona baxaraq söyüşlə Ramala kiminsə nəsə edəcəyi təqdirdə başına oyun açacağını söyləmişdir. O da Muxtardan sözü ona deyib-deməməsini soruşmuş, həmin vaxt Muxtar üzünə baxaraq gülümsəmişdir. Bundan sonra o, Muxtarı itələmiş və onlar ayrılıb çıxıb getmişlər, aralarında da heç bir mübahisə baş verməmişdir. O, həmin gün saat 22 radələrində yenidən yaşadığı evin yaxınlığında küçədə dayanmışdır. Həmin vaxt da Ramalın qardaşı Ramil işdən evinə gəlirmiş. Ramil ona görən kimi bilmişdir ki, guya Muxtar onun qardaşıdır və Zərərçəkmiş şəxs Muxtarı vurmuşdur. O da Ramilə demişdir ki, Muxtar onun qardaşı deyil, onun qardaşı Ramaldır və o, Ramalı vurmamışdır. Bu zəmində Ramillə aralarında sözlə mübahisə baş vermiş, həmin vaxt Ramil ona aralarındakı mübahisəni sakitləşdirmək üçün kənara çəkilməyi təklif etmiş, o da etiraz etməmişdir. Bundan sonra Ramillə o, yaşadığı evdən təxminən 100 metr aralıda heç kimin olmadığı yerə getmiş, küçədə Ramillə söhbət edərkən sonuncu həmin vaxt ondan nə səbəbə Muxtarı itələməsini soruşmuş, o da Muxtarın onunla söyüşlə danışdığını demişdir. Bundan sonra Ramil də onun Muxtarı itələməsi ilə bağlı təhqir etmiş və üzərinə gəlmişdir. Həmin vaxt o, əli ilə Ramili itələmiş, sonuncu da cavab olaraq onun çənəsindən yumruqla vurmuşdur. Nəticədə o, xəsarət almış, Ramil onun xəsarət almasını görüb onu daha vurmamış və onlar ayrılmışlar. Bundan sonra o, evinə getmişdir. Çənəsində ağrılar olduğundan valideynləri onu xəstəxaya aparmışlar. Orada məlum olmuşdur ki, çənəsi qırılmışdır. Səhərisi gün xx.xx.2023-cü il tarixdə o, çənəsindən əməliyyat olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tamamilə yalan ifadə verdiyini, Bəndalının hadisə günü onu vurmadığını, onun vuran şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu, Muxtar adlı şəxsin Ramildən yaşça kiçik olduğunu, sadəcə Ramil və qardaşı Ramalın Muxtarı qardaşları kimi görüb qoruduqlarını, hadisə günü Ramili vurmadığını, sadəcə mübahisə əsnasında sinəsindən itələdiyini, onların mübahisəni kənara çəkilərək heç kəsin olmadığı şəraitdə etdiklərini, Ramilin onu vurması zamanı yanlarında heç kəsin olmadığını, sonradan Ramilin qardaşı Ramalın yaxınlaşdığını, müstəntiqə Ramili vurmasını deməsini xatırlamadığını, hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyi təqdirdə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, axşam radələrində o, Muxtar, Fərid, Hüseyn və Bəndalı Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsində, yəni yaşadığı evdən bir qədər aralı məsafədə dayanmışlar. Həmin gün Fərid Muxtarı vurmuşdu. Bu səbəbdən axşam radələrində Muxtarın dostları Bəndalı və Hüseyn Fəridlə söhbət etməyə gəlmişlər. Həmin vaxt Hüseynlə Fərid arasında mübahisə yaranmış, Fərid Hüseynin ünvanına nalayiq ifadələr işlədərək var-yox söyüşü söymüşdür. Bu zaman Hüseynin qardaşı Bəndalı arxadan Fəridi yumruq zərbəsi ilə vurmuş və Fərid yerə yıxılmışdır. Bu zaman qardaşı Ramil işdən evə gəlirmiş və onları görərək oraya yaxınlaşmışdır. Həmin vaxt Fərid yerdən qalxaraq qışqırmağa başlamış və Ramilin üzərinə getmiş və onu vurmuşdur. Bu zaman Ramil özünü müdafiə etmək üçün Fəridi bir dəfə yumruqla sinəsindən vurmuşdur. Bundan sonra mübahisə başa çatmış, o və qardaşı X2 vurması nəticəsində Fəridin ağzının qanının yuyulmasında ona kömək etmişlər. Bundan sonra normal sağollaşaraq evlərinə getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Əliyev X1 da hadisə günü hadisə yerində olduğunu, Muxtarın ondan və qardaşından kiçik olduğunu və onların dostu olduğunu, hazırda Muxtarın harada olmasından məlumatsız olduqlarını, qardaşı Ramilin Fəridi yumruqla üzündən deyil, sinəsindən vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, gecə radələrində Zərərçəkmiş şəxs atası, babası, anası və daha 20 nəfər şəxs onların evinin qarşısına gəlmişlər. O, çğlə çıxmış, Fəridin babası demişdir ki, “sənin oğlun mənim nəvəmin çənəsini sındırıb”. Bu zaman o, oğlu Ramildən belə bir hərəkətə yol verib-vermədiyini soruşduqda Ramil Fəridin çənəsini sındırmadığını, onun çənəsini kimin sındırdığını onların özlərinin yaxşı bildiyini demişdir. Bundan sonra o, Fəridin valideynlərinə oğlunun Fəridi vurmadığını, kimin vurduğunu yaxşı bildirklərini bildirmişdir. Fəridin valideynləri ondan oğluna dəymiş ziyanı istədikdə o, maddi imkanının olmadığını demişdir. Fəridin valideynləri polisə şikayət etdikdən sonra Fəridin atasına dəymiş ziyana görə ayda 100 manat olmaqla 1500 manat pul ödəyə biləcəyini bildirmiş, lakin Fəridin atası razılaşmamışdır. Şahid3 və Şahid4 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani baş vermişdir (i.v.10-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 avqust 2023-cü il tarixli, 2122 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir (i.v.23-24). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 2211 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri alt çənənin sağ və sol şaxələrinin yerdəyişmiş sınığı, sol çənə şaxəsi nahiyəsinin şişkinliyi-qançırıdır. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.25-27). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, onlar hər ikisi bir-birilərinin üzlərinə qarşı ifadələrindəki xüsusatları bildirmişlər (i.v.53-55). “İfadənin yerində yoxlanılması haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, hadisə baş verən yerdə hadisənin baş verdiyi şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (i.v.124-125). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin hər birini ayrı-ayrılıqda, həm də biri digəri ilə əlaqəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs əməlində AR CM-nin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinin deyil, AR CM-nin 127.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsasən eyni əməllər ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə ittiham verilərkən istintaq orqanı Zərərçəkmiş şəxs şəxsiyyəti istintaq zamanı məlum olmayan Muxtar adı ilə tanınan azyaşlı tanışını vurmasını cüzi səbəb kimi bəhanə etməklə özünün başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə Zərərçəkmiş şəxs qəsdən yumruq zərbələri ilə vuraraq sonuncunun sağlamlığına az ağır zərər vurmasına istinad etmişdir. Lakin hazırki işin hallarından, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin ifadələrində göstərdikləri xüsusatlardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə etməsinə səbəb Zərərçəkmiş şəxs onun dostu Muxtara qarşı etdiyi qanunsuz hərəkətlər olmuş, mübahisə əsnasında Fərid Təqsirləndirilən şəxs əl ataraq itələdiyindən onu bir dəfə yumruqla vurmuş, bununla da onun cinayəti törətməsinin motivini xuliqanlıq niyyəti təşkil etməmiş, başqa sözlə, Təqsirləndirilən şəxs bilərəkdən (qəsdən) ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməmiş, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntuları onun şüuru ilə əhatə olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs cinayəti törətməsinin səbəbinin olmasını (Zərərçəkmiş şəxs onun dostu Muxtarı vurması) qəbul etmiş, sadəcə həmin səbəbi öz şəxsi mülahizələri əsasında cüzi səbəb kimi qiymətləndirmiş, bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz ilkin olaraq zərərçəkmiş şəxsin onu vurmasına cavab olaraq vurmasını göstərmələrinə qiymət vermədən həmin xüsusatı ümumiyyətlə görməzdən gələrək əsassız olaraq təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasını formal olaraq göstərmişdir. Halbuki, AR 127.2.3-cü maddəsi (Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi) xuliqanlıq niyyətini təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud həqiqətən də cüzi səbəbi bəhanə etməsi ilə əlaqələndirmiş və müstəntiqə öz şəxsi mülahizələri əsasında istənilən səbəbi cüzi səbəb kimi qiymətləndirərək şəxsə daha ağır maddə ilə ittiham vermək üçün geniş mülahizə azadlığı verməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs əli ilə onun çənəsinə iki dəfə zərbə ilə yumruq vurmasından sonra özünü müdafiə etmək üçün sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir dəfə yumruq vurduğunu bildirmiş, Zərərçəkmiş şəxs da ibtidai istintaq zamanı Ramilin onu Muxtarı itələməsi ilə bağlı təhqir etdiyini, bu zaman Ramilin sinəsindən və çənəsindən yumruqla vurduğunu, Ramilin isə cavab olaraq onun çənəsindən yumruqla vurduğunu və nəticədə xəsarət aldığını bildirmiş, həmin xüsusat ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə də təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmadığını, sadəcə Ramilin onun ünvanına Muxtarı vurması səbəbindən nalayiq ifadə işlətdiyindən Təqsirləndirilən şəxs sinəsindən itələdiyini, buna cavab olaraq isə Təqsirləndirilən şəxs onu bir dəfə yumruqla vurduğunu, həmin vaxt onların kənara çəkilərək mübahisə etdiklərini, Ramilin onu vurmasını kimsənin görmədiyini bildirmişdir. Göstərilən bu hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin səbəbsiz olmamasına, mübahisənin zərərçəkmiş şəxsin onun yaxın dostunu vurması səbəbindən başlamasına, həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs məhz Fəridin ona əl atması və itələməsi səbəbindən vurmasına dəlalət etməklə onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq niyyəti ilə, yəni xuliqanlıq motivi ilə cinayət törətməsini istisna edir. Məlumdur ki, təqsir şəxsin öz əməlinə olan şüurlu münasibətidir. Hazırki halda ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərilməsi, başqa sözlə, kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntularının Təqsirləndirilən şəxs şüuru ilə əhatə olunmaması açıq-aşkar müəyyən edildiyi halda onun əməlində xuliqanlıq niyyətinin olmasından söhbət gedə bilməz. Qanunvericiliyin tələbindən və yuxarıda sadalanan Plenum qərarlarından görünür ki, əməlin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün ilk növbədə xuliqanlıq niyyətinin konkret cinayətin motivi kimi özünü biruzə verməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla həmin cinayəti törətməsi, xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunması tələb olunur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Fəridlə mübahisəyə başlamadan öncə ona kənara çəkilməyi və təklikdə söhbət etməyi təklif etmiş, həmin mübahisəyə səbbə məhz Fəridin Ramilin dostuna qarşı etdiyi hərəkət olmuş, onlar kənara çəkilərək mübahisə edərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl ataraq itələməsindən sonra Ramil Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə qeyd edir ki, ictimai təhlükəli əməlin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri (ilkin olaraq Zərərçəkmiş şəxs Ramilin dostu Muxtarı vurması, mübahisə zamanı isə Təqsirləndirilən şəxs əl ataraq itələməsi) nəticəsində törədilməsi, hadisə yerində heç kəsin olmadığı şəraitdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi Fəridin onu itələməsinə və ona əl atmasına cavab olaraq (ibtidai istintaq zamanı verilmiş ifadələrə əsasən isə Fəridin ilkin olaraq Təqsirləndirilən şəxs yumruq vurması səbəbindən) vurması, bundan sonra hərəkətlərini davam etdirməyərək hadisə yerindən getməsi onun bilərəkdən ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməsini, həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını, onların cinayəti ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsini, bununla da xuliqanlıq niyyətinin cinayətin motivi yəni, cinayəti törətməyə sövq edən, hərəkətverici amil olmasını istisna edir. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasına hüquqi qiymət verilərkən ən vacib məqam hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) və şəxsin məqsədinə lazımi əhəmiyyət verilməsidir. Məlumdur ki, niyyət sözünün mənası məqsəd, məram, xuliqanlıq sözünün mənası isə ictimai qayda, nizam-intizamın, əxlaqın normalarının pozulması, cəmiyyətə hörmət etməmə deməkdir. Belə olan halda şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün ən önəmli meyar da onun cinayəti məhz xuliqanlıq məqsədi ilə törətməsinin müəyyən edilməsidir ki, hazırki iş üzrə məhkəmə iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onu həmin əməli törətməyə sövq edən amilin, yəni hərəkətverici qüvvənin zərərçəkmiş şəxsin onun dostuna və sonradan mübahisə zamanı özünə qarşı etdiyi qanunsuz hərəkətlər olması, bununla da xuliqanlıq niyyətinin olmaması və belə olan halda onun cinayəti də xuliqanlıq niyyəti olmadan, yuxarıda göstərilən səbəblə törətməsi qənaətinə gəlir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs əməlində AR CM-nin 127.2.3-cü maddəsinin tərkibinin olmamasına, onun AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs əməli AR CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməyərək Zərərçəkmiş şəxs vurmadığını, sadəcə Fəridin onun üzərinə gəlməsi səbəbindən onu özündən kənarlaşdırmaq məqsədi ilə sadəcə itələdiyini, Fəridi vuraraq ona xəsarət yetirən şəxsin Şahid3 olduğunu bildirsə də, məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, 26 avqust 2023-cü il tarixdə, gecə radələrində baş vermiş hadisənin səhərisi günü, yəni 27 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin atası Şahid2 tərəfindən verilmiş ərizədən görünür ki, o, polis orqanına müraciət edərək 27 avqust 2023-cü il tarixdə, saat təxminən 22 radələrində qonşusu Eldənizin yaşadığı evin qarşısına gələrək övladı Təqsirləndirilən şəxs oğlu Fəridlə dalaşan zaman çənəsindən xəsarət aldığını bildirdiyini göstərmişdir. Həmin gün Şahid2 izahat verərək izahatında 27 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin atası Şahid2 tərəfindən verilmiş ərizədən görünür ki, o, polis orqanına müraciət edərək 27 avqust 2023-cü il tarixdə, saat təxminən 22 radələrində qonşusu Eldənizin yaşadığı evin qarşısına gələrək övladı Təqsirləndirilən şəxs oğlu Fəridlə dalaşan zaman çənəsindən xəsarət aldığını bildirdiyini, oğlu Ramildən hadisə barədə soruşduqda oğlunun Fəridin uşağı vuran zaman ona yaxınlaşıb yaşından kiçik olanı nəyə görə vurduğunu irad bildirdikdən sonra Ramilin yaxasından tuturaq sifət nahiyyəsində yumruq vurduqda Ramilin də onu çənəsinə bir yumruq vurduğunu bildirdiyini göstərmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs əli ilə onun çənəsinə iki dəfə zərbə ilə yumruq vurmasından sonra özünü müdafiə etmək üçün sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir dəfə yumruq vurduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin atası Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadənin məzmununa uyğun ifadə verərək Ramildən hadisə barəsində soruşarkən Ramilin ona Fəridin onu yumruqla vurduqdan sonra Fəridi yumruqla vurduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qardaşı Şahid1 Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs üzərinə gəlməsi zamanı qardaşı Ramilin Fəridi bir dəfə yumruqla vurduğunu göstərmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.ünvan 2 ünvanına gedirmiş. Həmin vaxt Ramillə Fəridin yaşadığı evin yaxınlığında Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində dalaşmalarını görmüş, onları aralaşdırmaq üçün yaxınlaşdıqda Fəridin çənəsinin ağrımasını bildirmiş, Ramillə Fərid aralaşıb çıxıb getmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla sifət nahiyyəsindən vurması onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə öz təsdiqini tapmaqla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ümumiyyətlə Zərərçəkmiş şəxs yumruqla vurmamasına dair göstərdiyi xüsusat təkzib olunmuşdur. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq hadisə günü Muxtar adlı şəxsin ümumiyyətlə orada olmadığını bildirsə də, Muxtar adlı şəxsin hadisə günü hadisə yerində olması həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxsin qardaşı Şahid1 ifadələri, həm də təqsirləndirilən şəxsin atası Şahid2 ifadəsində göstərdiyi xüsusatla (oğlu Ramildən hadisə barədə soruşduqda oğlunun Fəridin uşağı vuran zaman ona yaxınlaşıb yaşından kiçik olanı nəyə görə vurduğunu irad bildirdikdən sonra Ramilin yaxasından tuturaq sifət nahiyyəsində yumruq vurduqda Ramilin də onu çənəsinə bir yumruq vurmasını bildirməsi) təsdiq edilmişdir ki, bu da hadisənin təqsirləndirilən şəxs tərəfindən təhrif edilməsinə, onun ifadələrində səmimi olmamasına dəlalət edən nüanslardan biridir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ilkin olaraq Şahid3 yumruqla vurduğunu, daha sonra Fəridin onu vurmasından sonra onun da Fəridin sifət nahiyyəsindən yumruqla vurduğunu, məhkəmə istintaqı zamanı isə ümumiyyətlə Fəridi vurmadığını, Fəridi vuraraq ona xəsarət yetirən şəxsin Şahid3 olduğunu bildirsə də, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, hadisədən bir gün sonra Təqsirləndirilən şəxs atası tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs atası Eldəniz Əliyevin onların evinin qarşısına gələrək Təqsirləndirilən şəxs onun oğlu Fəridin çənəsindən vuraraq ona xəsarət yetirdiyini iddia etmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, oğlunu başqa şəxsin vuraraq xəsarət yetirdiyi halda bir valideynin tamamilə başqa şəxsi günahlandırması, oğlunu vuran şəxsə qarşı deyil, ona heç bir xəsarət yetirməyən şəxsə qarşı şikayətçi olması məntiqli və inandırıcı deyildir. Bundan savayı, ibtidai istintaq dövründən məhkəmə istintaqı da daxil olmaqla zərərçəkmiş şəxsin verdiyi ifadələrdən onu məhz Təqsirləndirilən şəxs vurmasını iddia etməsi görünməkdədir, zərərçəkmiş şəxsə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dəfələrlə onu Şahid3 vurub-vurmaması ilə bağlı ünvanlanmış suallara zərərçəkmiş şəxs təkidlə Ramilin göstərdiklərinin həqiqəti əks etdirmədiyini, onu Şahid3 ümumiyyətlə vurmadığını, onu vuraraq xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, üzləşdirmə zamanı da təqsirləndirilən şəxsin üzünə qarşı da eyni xüsusatları demiş, bununla yanaşı, ibtidai istintaq zamanı dindirilmiş Şahid3 və onun qardaşı Şahid4 ifadələri ilə də təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların həqiqəti əks etdirmədiyinə dəlalət edən bir hal da ondan ibarətdir ki, əgər həqiqətən də Zərərçəkmiş şəxs vuraraq yerə yıxan şəxs Şahid3 olmuşdursa, Fəridin yerdən qalxaraq işdən yenicə gələrək hadisə yerinə yaxınlaşmış Təqsirləndirilən şəxs üzərinə getməsi və onu itələməsi sadəcə məntiqsizdir. Bundan savayı, məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid1 qardaşının ifadəsinə uyğun ifadə verməyə cəhd edərək Zərərçəkmiş şəxs xəsarətin Şahid3 tərəfindən yetirilməsinə məhkəməni inandırmaq istəsə də, ifadəsində Şahid3 Zərərçəkmiş şəxs qəfildən arxadan gələrək yumruqla vurduğunu göstərmişdir ki, bu da onun ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsinin, qardaşını müdafiə etmək üçün hər dəfə işin həqiqi hallarına uyğun olmayan fərqli hadisə mexanizmini təsvir etməsinin göstəricisidir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin işin həqiqi halları və toplanmış sübutların məcmusu ilə uzlaşmayan, heç bir sübutla təsdiq olunmayan ifadələr verməsinə, hətta özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq üçün işin həqiqi hallarını təhrif etməsinə dəlalət edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirərək onun AR CM-nin 127.1-ci maddəsi ilə təqsirliliyinin tam sübuta yetirilməsi qənaətindədir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.120). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini (AR CM 59.1.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ““yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar