Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-534/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yaşamış, 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə 30 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə hasardan aşma yolu qanunsuz daxil olub saxlanc yeri sayılan evin həyətindən dəyəri 750 manat olan su çənini, 1500 manat dəyərində markası məlum olmayan kombi aparatını, yaşayış evinin pəncərə üzərində olan dəmir barmaqlığını sındırıb pəncərəni açma yolu ilə yaşayış evinə daxil olaraq yaşayış evindən ümumi dəyəri 400 manat olan 4 ədəd radiatoru, dəyəri 500 manat olan qadın gəlinlik paltarını, 50 manat dəyərində 3 ədəd qapı dəstəyinin, ümumi dəyəri 30 manat olan hamam su kranını, bir ədəd 300 manat dəyərində boz rəngli 48x72 sm ölçülü çantanı, bir ədəd 200 manat dəyərində qara rəngli 42x60 sm ölçülü çantanı, bir ədəd 200 manat dəyərində göy rəngli 33x41 sm ölçülü çantanı, bir ədəd 100 manat dəyərində “GFTGS” markalı çantanı, ümumi dəyəri 350 manat olan bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzini, 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndiricini və bir ədəd 30 manat dəyərində “Crown” markalı sərinkeşi gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 4410 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan Kalaşnikov kostruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomatı, Kalaşnikov kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd texiniki cəhətdən saz olan istifadəyə yararlı darağı və döyüş sürsatı hesab olunan atəş üçün yararlı olan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronları əldə edib gəzdirib daşıyaraq saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağlarında sahibsiz torpaq sahəsində hasarın kənarında torpağı qazaraq altında gizlətmiş, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən 02 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb onun iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhic bağlarında sahibsiz torpaq sahəsində hasarın kənarında olan torpağa qazılaraq baxış keçirilərkən torpaq altında gizlədilmiş ağ rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla gizlətdiyi bir ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu döyüş silahı hesab olunan nömrəsi silinmiş Kalaşnikov kostruksiyalı 5,45 mm kalibrli AK- 74 modelli avtomat, Kalaşnikov kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd texniki cəhətdən saz olan istifadəyə yararlı darağı və döyüş sürsatı hesab olunan atəş üçün yararlı olan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronlar aşkar edilərək götürülmüşdür Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 30 dekabr 2023-cü il tarixdə gecə saat təxminən 23 radələrində işığı yanmayan evlərdən oğurluq etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində məhəllələr arası piyada gəzişərkən evin işığının yanmamasını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evə girib oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə hasardan aşma yolu həyətə daxil olub evin həyətinə göz gəzdirmiş və həyətdə su çəninin, evin divarının yanında kombinin olmasını görmüşdür. Həmin su çənini və kombi aparatnı yerindən çıxardıb ehmalca hasardan kənara tullamışdır. Bundan sonra yaşayış evinin pəncərə üzərində olan dəmir barmaqlığını sındırıb pəncərəni açma yolu ilə yaşayış evinə daxil olub evin otaqlarını axtarmışdır. Evdə olan 4 ədəd radiatoru, 4 ədəd yol çantasını, bir ədəd qadın gəlinlik paltarını, 3 ədəd qapı dəstəyini, hamam su kranını, musiqi mərkəzi ilə 4 ədəd səs gücləndiricini və 1 ədəd ventelyatoru götürmüşdür. Həmin əşyaları ehmalca hasardan kənara tullamışdır. Həmin əşyaları hasarın kənarından arabaya yığaraq götürüb tək olaraq yaşadığı evə gətirmişdir. Səhəri günü həmin əşyalardan su çənini, kombi aparatını, 4 ədəd radiatoru bir ədəd qadın gəlinlik paltarını, 3 ədəd qapı dəstəyini, hamam su kranını yoldan keçən təsadüfü taksi avtomobilinə yükləyib Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olmasını bildirib dəyər dəyməzinə sataraq 600 manat pul əldə etmişdir. Oğurladığı 4 ədəd yol çantası, musiqi mərkəzi ilə 4 ədəd səs gücləndirici və 1 ədəd ventelyator isə yaşadığı evdə qalmışdır. Özünü CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilmir. Silah onun deyil. İbtidai istintaq zamanı onu döyərək təzyiq göstərmişlər. O, da silahın ona məxsus olduğuna dair ifadə vermişdir.Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 14 sot torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaq və mətbəxdən ibarət olan bağ evi vardır və hər ilin yay mövsümündə həmin bağda ailəsi ilə birlikdə yaşayır. Bağ evinin həyəti daş hasara alınmışdır. Hasarın dəmir darvazası vardır və qıfılla bağlanır. Sonuncu dəfə bağ evində atası 17 dekabr 2023-cü il tarixdə olmuş və evdə, həyətdə hər şey öz qaydasında olmuşdur. 06 yanvar 2024-cü il tarixdə bağ evinə baş çəkmək üçün gəldikdə həyətdə olan dəyəri 750 manat olan 1,5 tonluq alminium su çəninin, dəyəri 1500 manat olan markasını xatırlamadığı 24 kilovatlıq kombi aparatının, 50 manat dəyərində elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. Yaşayış evinə baxış keçirdikdə yaşayış evinin pəncərə üzərində olan dəmir barmaqlığını sındırılıb pəncərəni açma yolu ilə yaşayış evinə daxil olunaraq yaşayış evindən ümumi dəyəri 400 manat olan 4 ədəd radiatorun, dəyəri 500 manat olan qadın gəlinlik paltarının, 50 manat dəyərində 3 ədəd qapı dəstəyinin, ümumi dəyəri 30 manat olan hamam su kranının, bir ədəd 300 manat dəyərində boz rəngli 48x72 sm ölçülü çantanın, bir ədəd 200 manat dəyərində qara rəngli 42x60 sm ölçülü çantanın, bir ədəd 200 manat dəyərində göy rəngli 33x41 sm ölçülü çantanın, bir ədəd 100 manat dəyərində “GFTGS” markalı çantanın, ümumi dəyəri 350 manat olan bir ədəd “LG” markalı LX- D2350 modelli musiqi mərkəzini 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndirici ilə və bir ədəd 30 manat dəyərində “Crown” markalı sərinkeşi (ventelyator) oğurlanmasını aşkar etmişdir. O oğurluq hadisəsi barəsində dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Yaşayış evimdən baş vermiş oğurluq zamanı ona ümumilikdə 4410 manat məbləğində maddi ziyan yetirilmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu təşkil edilmişdir. 02 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını əldə etməkdə, saxlamaqda, daşımaqda, gəzdirməkdə və gizlətməkdə şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmişdir. Sabunçu RPİ-nin 42-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onda qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun silah və sursatı gizlədərək basdırdığı ünvana getmişlər. Təqsirləndirilən şəxs iştirakı ilə torpağı qazıb Təqsirləndirilən şəxs gizlədərək basdırdığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd avtomat silahı və içərisində 27 ədəd patronu olan bir ədəd daraq aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə AR CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq edilməsi üçün icraatına qəbul edilmişdir. - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan - Respublikasının CM-nin 234.1, 177.2.2, 177.2.3, 178.2.1 və 178.2.4-cü maddələri ilə mənkum olunmuş, ünvan 5ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə güdülməsi və yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi ramanı şəraitdən asılı olaraq güdülməsi, olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzəriində şəxsi axtarış aparılması, aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad ediİməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Əldə edilmiş əməliyyat məlumatına əsasən Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları ilə birlikdə odlu silahın gizlədilməsi ehtimal olunan Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanına gedilərək əraziyə baxış keçirilmiş və həmin ərazidə boş bir sahədə daş hasarın yaxınlığında ağ rəngli sellofana bükülmüş halda bir ədəd “Kalaşnikov” markalı odlu silah, bir ədəd həmin silah üçün nəzərdə tutulmuş içərisində 27 ədəd 5,45 kalibrli patron olan sandıqça basdırıldlğı yerdən qazılaraq çıxarılmışdır. Odlu silah aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs silahı 3 ay bundan öncə dəniz qırağında metal əşyalar toplayarkən tapdığını və silahlara marağı olduğu üçün polislərə təhvil vermədiyini bildirmişdir. Aşkar olunmuş silah və patronlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd qara sellofan torbada qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/06 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AK- 74 modelli avtomatdır, odlu yivli silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 27 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(008)-4/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. - Maddi sübuta baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sbunçu RPİ-nin müstəntiqi Ramil Əliyev icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən evinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı otaqda gizlətdiyi 30 dekabr 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən yaşayış sahəsindən oğurladığı 4 ədəd çantanı, musiqi mərkəzi və 4 ədəd səs gücləndiricini, 1 ədəd sərinkeşi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd çantaya, musiqi mərkəzinə və 4 ədəd səs gücləndiriciyə, 1 ədəd sərinkeşə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi çantalar istifadədə olmuş, istifadə üçün yararlı olan bir ədəd boz rəngli 48x72 sm ölçülü çanta, bir ədəd qara rəngli 42x60 sm ölçülü çanta, bir ədəd göy rəngli 33x41 sm ölçülü çanta, bir ədəd “GFTGS” markalı çantadır. Təqsirləndirilən şəxs təqdim etdiyi musiqi mərkəzi və 4 ədəd səsgücləndirici istifadədə olmuş, istifadə üçün yararlı olan bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzi 01 dəst (04 ədəd) “Editer” marka!ı səs gücləndirici ilə birlikdədir..Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sərinkeş istifadədə olmuş, istifadə üçün yararlı olan “Crown” markalı sərinkeşdir. Qeyd olunan əşyalar iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-3/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni bağlar massivi, Bağlar küçəsi, ev 2323, mənzil 0111 ünvanında yerləşən bağ evidir. - ünvan 9 xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023cü il tarixədək 02 gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4105 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 adda malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385 manat müəyyən olunur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. - əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs əldə etmiş olduğu odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” kostruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomatı, “Kalaşnikov” kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd darağı və döyüş sürsatı hesab olunan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronlar (ekspertiza tədqiqatından sonra 24 patron) iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd boz rəngli 48 x 72 sm ölçülü çantanı, bir ədəd qara rəngli 42x60 sm ölçülü çantanı, bir ədəd göy rəngli 33x41 sm ölçülü çantanı, bir ədəd “GFTGS” markalı çantanı,, bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzini 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndirici ilə və bir ədəd “Crown” markalı sərinkeşi iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilməklə məişətdə gündəlik təlabat əşyası olması ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmaqla Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsi və götürülmənin aparılması görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ona məxsus olan bir ədəd boz rəngli 48 x 72 sm ölçülü çantanı, bir ədəd qara rəngli 42x60 sm ölçülü çantanı, bir ədəd göy rəngli 33 x 41 sm ölçülü çantanı, bir ədəd “GFTGS” markalı çantanı, bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzini, 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndiricini və bir ədəd “Crown” markalı sərinkeşi qəbul edib təhvil almışdır. - AR ƏN Penitensiar Xidmətin 17 saylı CÇM-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi ilə xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Barəsində olan narkomaniyadan məcburi müalicə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirilərkən üzərində xəsarətlərin olub-olmamasına dair AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilərək adına açılmış tibbi kitabçanın kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilən zaman təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən hər hansı xəsarət və ya zədənin mövcudluğu müəyyən edilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü, 5-ci və 8-ci bəndlərinə əsasən döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsiri qeyd edilən sübutlarla təsdiq edildiyindən onun özünü AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Bundan başqa təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı döyülməsinə və təzyiq altında silahın ona məxsus olmasını bildirməsinə dair ifadəsini yoxlamaq məqsədilə AR ƏN PX Bakı İstintaq Təcridxanasına verilmiş və sorğuya əsasən təqdim olunan sənədlərdən məlum olur ki, təcridxanaya daxil olarkən təqsirləndirilən şəxsin üzərində xəsarətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməldiir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş AR ƏN Penitensiar Xidmətin 17 saylı CÇM-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən amnistiya tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Barəsində olan narkomaniyadan məcburi müalicə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs qismən etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilindiyi əməlləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-99/2024 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ünvan 9 xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 02 yanvar 2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan, bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” kostruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomatı, “Kalaşnikov” kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd darağı və döyüş sürsatı hesab olunan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronlar (ekspertiza tədqiqatından sonra 24 patron) müsadirə edilməli və Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd boz rəngli 48 x 72 sm ölçülü çanta, bir ədəd qara rəngli 42x60 sm ölçülü çanta, bir ədəd göy rəngli 33x41 sm ölçülü çanta, bir ədəd “GFTGS” markalı çanta, bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzi, 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndirici ilə və bir ədəd “Crown” markalı sərinkeş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –2 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd boz rəngli 48 x 72 sm ölçülü çanta, bir ədəd qara rəngli 42x60 sm ölçülü çanta, bir ədəd göy rəngli 33x41 sm ölçülü çanta, bir ədəd “GFTGS” markalı çanta, bir ədəd “LG” markalı LX-D2350 modelli musiqi mərkəzi, 01 dəst (04 ədəd) “Editer” markalı səs gücləndirici ilə və bir ədəd “Crown” markalı sərinkeş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan və Sabunçu RPİ-də maddi sübutları saxlama yerində saxlanılan, 01 ədəd nömrəsi silinmiş kalaşnikov konstruksiyalı 5,45 mm kalibrli AK -74 modelli avtomat, bir ədəd daraq, ekspertiza tədqiqatından sonra qalıq qalan 24 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-534/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-534/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver