Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-535/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta texniki təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev küçəsi 2 saylı Doğum Evinin qarşısında Şahid3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,658 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2023-cü il tarixdə saat 21:45-də ünvan 3 ünvanında şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb 13-cü PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş tünd mavi rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngdə 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,658 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ilk olaraq özünü təqsirli bilməsə də sonradan özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, bir müddət psixotrop maddələrdən istifadə etmiş, metamfetamini adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən almış, Şahid3 ilə tanış olduqdan sonra, metamfetamini Fəridədən almış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şahid3 taksi kimi idarə etdiyi avtomobildən bir neçə dəfə sərnişin qismində istifadə etdikdən sonra onunla münasibəti yaranmışdır. Söhbət əsnasında Fəridə ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, heroin və metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşının bank kart hesabına pul göndərdikdən sonra alıb Azərbaycan Respublikası ərazisində satışını həyata keçirərək gəlir əldə etdiyini demişdir. Fəridənin konkret olaraq kimdən və hansı məbləğə metamfetamin aldığı barədə məlumatı olmamışdır. Fəridəyə psixotrop maddələrin istifadəçisi olduğunu bildirdikdən sonra Fəridə bəzən ona gediş haqqı əvəzinə metamfetamin vermişdir. 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Fəridə ilə əlaqə saxlayıb özü istifadə etmək üçün metamfetamin almaq istədiyini demişdir. Fəridə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev küçəsində 2 saylı Doğum evinin qarşısında olduğunu bildirərək ora gəlməsini təklif etmişdir. Fəridənin bildirdiyi ünvana getdikdə Fəridə avtomobilinə əyləşərək üzərində olmuş metamfetamindən bir qədər götürüb gümüşü kağızın içərisinə bükərək ona vermişdir. Fəridənin ona verdiyi bükümü əynində olmuş tünd mavi rəngli cins şalvarının sol yan cibinə qoyaraq üzərində saxlamışdır ki, sonra istifadə etsin. Bundan sonra Fəridə ona doğum evində işi olduğunu demiş, avtomobildən düşdükdən sonra, o qeyd olunan ünvandan uzaqlaşmışdır. 29 yanvar 2023-cü il tarixdə saat 21:45-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev küçəsi 24 ünvanında olarkən ona iki nəfər yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarının suallarını tez bir zamanda cavablandırıb onlardan uzaqlaşmağa cəhd etmişdir. Lakin polis əməkdaşları onun bu hərəkətlərindən şübhələnib Sabunçu RPİ-nin 13-cü PB-nə getməyi təklif etmişdirlər. Etiraz etməyərək onlarla birlikdə 13-cü PB-yə getmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı bildirilərək, vəkil seçmək üçün Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Onun seçdiyi vəkil bölməyə dəvət olunaraq ona təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini bildirərək bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etmək təklif edilmişdir. O, da əynində olmuş tünd mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü kağız bükümdə olmuş metamfetamini və istifadəsində olan «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları telefonu və bükümü götürüb bükümə baxış keçirmişdirlər. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilib götürülmüş metamfetaminə baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o və axtarışda işirak etmiş şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Artıq tutulduqdan sonra bilmişdir ki, Fəridə də polis əməkdaşları tərəfindən saxlanılıb, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edildiyi üçün barəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə 29 yanvar 2023-cü il tarixdə saat 21:45-də ünvan 5 ünvanın yaxınlığında, inzibati ərazidə xidmət aparan zaman bir nəfər şəxsin onları gördükdə həyəcanlandığını hiss etmişlər, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Həmin şəxs suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 13-cü PB-nə getsin. Təqsirləndirilən şəxs artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 13-cü PB-nin rəhbərliyinə raport tərtib olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Polis bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş tünd mavi rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngdə 01 ədəd kağız bükümü və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Fəridə adlı tanışından Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev küçəsində 2 saylı Doğum evinin qarşısında öz istifadəsi üçün alıb üzərində saxlayb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən bükümə baxış keçirildikdən sonra həmin maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi maddədən başqa qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu, onun, sahə inspektoru Şahid2 və saxladıqları şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.94-96); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmaqla yanaşı satışı ilə məşğul olmuş, hazırda barəsində CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış, aralarında münasibət yaranmış, buna görə də onun psixotrop maddələrdən istifadə etdiyini bilmiş, Təqsirləndirilən şəxs ona taksi xidməti göstərdiyindən gediş haqqı əvəzinə ona hərdən bir psixotrop maddə olan metamfetamin vermişdir. 29 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu saxlamış, həmin vaxt mobil telefonuna vhatsap vasitəsilə Ələkbərdən mesaj gəldiyi üçün polislər ona Ələkbərə zəng edib çağırmasını bildirmişlər, o da Ələkbərə zəng edib doğum evinin qabağına gəlməsini bildirmişdir. Ələkbər saat 11-12 radələrində doğum evinin qabağına gəlmiş, polislər onu saxlayaraq hər ikisini bölməyə aparmışlar. Ələkbərin üzərində metamfetamin olmamış, polis bölməsində ona fiziki zor tətbiq olunduğundan özünü təqsirli bilməsi ilə bağlı ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməklə yanaşı Babək adlı şəxslə həmin maddələrin satışı ilə məşğul olur, narkotik vasitə və psixotrop maddələri adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona «Vatsap» proqramı vasitəsi ilə şəklini göndərdiyi bank kartı hesabına pul göndərdikdən sonra tanışı Babək tərəfindən İran İslam Respublikası vətəndaşının bildirdiyi ünvana gedib həmin maddələri götürüb ona vermiş, o da müxtəlif adlarını və anket məlumatlarını bilmədiyi şəxslərə satıb, əldə etdiyi pulu Babəklə aralarında bölmüşlər. Təqsirləndirilən şəxslə təsadüf nəticəsində 3-4 ay öncə tanış olmuş, belə ki, Ələkbərin taksi kimi idarə etdiyi avtomobildən müştəri qismində istifadə etmiş, söhbət əsnasında Ələkbərin də narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu bilmiş, Ələkbərə gediş haqqı əvəzinə bir neçə dəfə metamfetamin vermiş, Ələkbərə metamfetaminin istifadəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu bildirmiş, 2023-cü ilin əvvəllərində metamfetaminin satışını birlikdə həyata keçirməyi, bunun müqabilində ona pul və istifadəsi üçün metamfetamin verəcəyini təklif etmiş, Ələkbər onun təklifini qəbul etmişdir. Ələkbər bir neçə dəfə metamfetamin almaq istəyən adlarını və anket məlumatlarını bilmədiyi şəxslər üçün ondan pul müqabilində metamfetamin götürmüş, sonuncu dəfə 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Ələkbər Bəxtiyar adlı tanışı üçün metamfetamin lazım olduğunu deyib, Bəxtiyarın onun kart hesabına pul ödədikdən sonra Ələkbərlə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 2 saylı Doğum Evinin qarşısında görüşüb, İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmiş metamfetamindən bir qismini Bəxtiyara aparıb satması, bir qismini isə Ələkbərə özü istifadəsi üçün vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:45 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yn cibində olan 01 ədəd “Samung” markalı mobil telefonu, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində ağ rəngli, krsitalşəkilli maddəni təqdim etmişdir. Təqdim etdiyi maddənin “Şüşə” bildiyi narkotik maddə olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı, ünvanını bilmədiyi “Fəridə” adlı şəxsdən 30-35 manata aldığını bildirmişdir. Təqdim edilən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində ağ rəngli, kristalşəkilli narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə təqdim edilən 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. (i.v.25-27); məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 6/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,658 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir(i.v.35-38); DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, diskdə «20230129_225316» adlı bir ədəd qovluq var. Həmin qovluq açıldıqda 05 dəqiqə 09 saniyə davam edən videogörüntünün olduğu müəyyən edildi. Baxış keçirdikdə görüntüdə Sabunçu RPİ-in 13-cü PB-in təhqiqatçısı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 13-cü PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və sahə inspektoru polis mayoru Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunduğu, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş tünd mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim edərək, telefonun özünə məxsus olduğunu, bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Fəridə adlı tanışından öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, üzərində olmuş psixotrop maddə metamfetamini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşiman olduğunu bildirmişdir(i.v.51); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbacan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilmişdir (i.v.58-59); Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 31 yanvar 2023-cü il qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Ağayev X3 Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.61-62); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 29 yanvar 2023-cü il tarixdən heesablanmaqla 04 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir.(i.v.85-90); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.101); Həbs edilmiş şəxsin istintaq təcridxanasından X5 keçirilməsi haqqında 03 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından 03 gün müddətinə Sabunçu RPİ-nin X5 keçirilmişdir. (i.v.104); 03 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir(i.v.46-47); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbacan Respublikası CM-nin 234.4-1-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. (i.v.115-116); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v.111-114); 13 fevral 2023-cü il tarixli Şaiq MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.135); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixli azyaşlı uşağı vardır(i.v.137); Mobil telefona baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, istintaq təqdim olunmuş mobil telefonun markası “Samsung”, modeli “SM- A127F”, İMEİ kodu **********70357, **********70356-dır. Telefonun arxa gövdəsi qara rəngli plastmas materialdandır, ön hissəsi şüşə olmaqla ekranın üzlüyündə çatlar mövcuddur. Telefonun yaddaşında olan qovluqlara baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı vir video, foto, SMS mesaj və digər məlumatlar aşkar edilmədi. (i.v.138); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1565 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.143-144); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi-1,658 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq-1,608 qram metamfetamin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videogörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.146-153); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2015ci il təvəllüdlü azyaşlı uşağı vardır(i.v.73); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 29 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmaqla yanaşı satışı ilə məşğul olmuş, hazırda barəsində CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış, aralarında münasibət yaranmış, buna görə də onun psixotrop maddələrdən istifadə etdiyini bilmiş, Təqsirləndirilən şəxs ona taksi xidməti göstərdiyindən gediş haqqı əvəzinə ona hərdən bir psixotrop maddə olan metamfetamin vermişdir. 29 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu saxlamış, həmin vaxt mobil telefonuna vhatsap vasitəsilə Ələkbərdən mesaj gəldiyi üçün polislər ona Ələkbərə zəng edib çağırmasını bildirmişlər, o da Ələkbərə zəng edib doğum evinin qabağına gəlməsini bildirmişdir. Ələkbər saat 11-12 radələrində doğum evinin qabağına gəlmiş, polislər onu saxlayaraq hər ikisini bölməyə aparmışlar. Ələkbərin üzərində metamfetamin olmamış, polis bölməsində ona fiziki zor tətbiq olunduğundan özünü təqsirli bilməsi ilə bağlı ifadə vermişdir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarması üçün verməsi qənaətinə gəlir. Belə ki, Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməklə yanaşı Babək adlı şəxslə həmin maddələrin satışı ilə məşğul olur, narkotik vasitə və psixotrop maddələri adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona «Vatsap» proqramı vasitəsi ilə şəklini göndərdiyi bank kartı hesabına pul göndərdikdən sonra tanışı Babək tərəfindən İran İslam Respublikası vətəndaşının bildirdiyi ünvana gedib həmin maddələri götürüb ona vermiş, o da müxtəlif adlarını və anket məlumatlarını bilmədiyi şəxslərə satıb, əldə etdiyi pulu Babəklə aralarında bölmüşlər. Təqsirləndirilən şəxslə təsadüf nəticəsində 3-4 ay öncə tanış olmuş, belə ki, Ələkbərin taksi kimi idarə etdiyi avtomobildən müştəri qismində istifadə etmiş, söhbət əsnasında Ələkbərin də narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu bilmiş, Ələkbərə gediş haqqı əvəzinə bir neçə dəfə metamfetamin vermiş, Ələkbərə metamfetaminin istifadəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu bildirmiş, 2023-cü ilin əvvəllərində metamfetaminin satışını birlikdə həyata keçirməyi, bunun müqabilində ona pul və istifadəsi üçün metamfetamin verəcəyini təklif etmiş, Ələkbər onun təklifini qəbul etmişdir. Ələkbər bir neçə dəfə metamfetamin almaq istəyən adlarını və anket məlumatlarını bilmədiyi şəxslər üçün ondan pul müqabilində metamfetamin götürmüş, sonuncu dəfə 29 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Ələkbər Bəxtiyar adlı tanışı üçün metamfetamin lazım olduğunu deyib, Bəxtiyarın onun kart hesabına pul ödədikdən sonra Ələkbərlə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 2 saylı Doğum Evinin qarşısında görüşüb, İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmiş metamfetamindən bir qismini Bəxtiyara aparıb satması, bir qismini isə Ələkbərə özü istifadəsi üçün vermişdir. Eyni zamanda, 03 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan da görünür ki, iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmə, şahidin təqsirləndirilən şəxslə yaxın münasibətinin olmasını, hazırki halda özünündə digər cinayət işi üzrə həbsdə olmasını, məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr verməsini nəzərə alaraq şahidin ibtidai istintaq zamanı verdiyi ifadələrini daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,658 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını(CM- 59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 29 yanvar 2023-cü il tarixdən tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,658 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-535/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-535/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver