Məhkəmə qərarları › İş №1(008)-536/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-536/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-536/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil etmiş, saxlamış, eyni zamanda gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından 04 mart 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədilə ilə özünə məxsus, yaşadığı ünvan 2nvanının yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra tanışları- fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin mənzildə kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 15 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa o, 2024-cü ilin yanvar ayında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu özünə məxsus olan, əvvəlcədən yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi ünvan 2nvanında öz tanışı olan kişi müştərisi ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və 15 manat məbləğində gəlir əldə etmək məqsədi ilə həmin kişi müştəri ilə 65 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2m tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, 2022-ci ilin iyul ayında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün özünə məxsus olan, əvvəlcədən yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi ünvan 2nvanında görüşdürərək 25 manat məbləğində gəlir əldə etmək məqsədi ilə 65 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2022-ci ilin iyul ayında 2024-cü ilin mart ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1m təxminən 10-15 dəfə müxtəlif kişi müştərilərlə həmin ünvanda cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmiş, sonuncu dəfə isə Şahid5 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq üçün 40 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 25 manat olmaqla, ümumilikdə 65 manat pul alıb qeyd olunan ünvanda cinsi əlaqədə olmalarını təşkil edərək tamah niyyəti ilə təkrarən Zərərçəkmiş şəxs1m fahişəliyə cəlb etmiş, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 04 mart 2024-cü il tarixdə saat 14:00-da ünvan 2nvanında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Təqsirləndirilən şəxs, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, onun müştərisi Şahid5 aşkar edilmiş, Şahid5 Zərərçəkmiş şəxs1 ilə qeyd olunan ünvanda cinsi əlaqədə olmağa görə verdiyi 65 manat pul Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilərək ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Onunla necə tanış olduğunu hazırda xatırlamır. Həmin müddətdən onunla yaxın münasibətləri vardır. Gülşən ilə davamlı olaraq istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəyə zəng edib əlaqə saxlamış, eyni qayda da o da davamlı olaraq zəng edib əlaqə saxlamışdır. Gülşən ilə telefonla danışdığı zaman maddi ehtiyaclarım ucbatından kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olduğunu bildirmiş, Gülşən də həmin vaxt ona bildirmişdir ki, o da eyni qaydada kişilərlə görüşüb cinsi əlaqədə olur. Bundan sonra bir neçə dəfə birlikdə kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Lakin 2022-ci ilin təxminən iyul ayında yaşadığı ünvan 4 ünvanında olan zaman Gülşən ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, söhbət əsnasında Gülşən ona bildirmişdir ki, çoxlu kişi tanışları var, istəsə onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin şəxslərlə yaşadığı evdə görüşdürə bilər. Həmin vaxt maddi cəəhətdən sıxıntıları olduğundan onunla razılaşmış, aralarında olan razılaşmaya əsasən Gülşən onu 65 manat pul müqabilində müştərilərinə təqdim etməli, həmin puldan 40 manatını ona verməli, qalan 25 manat pulu isə müştəri ilə cinsi əlaqədə olmağı üçün mənzil təşkil etdiyinə görə və onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərindən etibarən Gülşən onu müştərilərə təqdim etməyə başlamış, hər dəfə müştəri olduqda Gülşən onunla əlaqə saxlayır, o da, oraya gedib pul müqabilində həmin evin yataq otağında müştəri ilə görüşüb cinsi əlaqədə olmuşdur. Müştəri də hər dəfəsində ona görə və cinsi əlaqədə olmaq üçün həmin evi təşkil etdiyinə görə Gülşənə 65 manat pul vermiş, Gülşən də ona 40 manat pul vermiş, Gülşən isə özünə qazanc olaraq həmin puldan 25 manat götürmüş, Gülşən onu ümumilikdə 10-15 dəfə yaşadığı ünvan 5 ünvanında fahişəliyə cəlb etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 11 radələrində Gülşən ona zəng edərək kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 65 manat pul alacağını, həmin puldan 40 manat ona verəcəyini, qalan pulu isə əvvəlki qaydada özünə götürəcəyini bildirmiş, o da, bu təkliflə razılaşdıqdan sonra Gülşənin ünvan 5 ünvanında yaşadığı evinə getmişdir. Həmin evdə Gülşən onu tanışı olan Nəcəf adlı şəxsə təqdim etmiş və Nəcəfdən 65 manat pul almış, işin sonunda Gülşən həmin puldan 40 manatını ona verməli olmuş, qalan pulu isə Gülşən mənzil təşkil etdiyinə və onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. Bundan sonra mən Nəcəf adlı şəxslə həmin evin yataq otağında cinsi əlaqədə olmuş, bir neçə dəqiqə sonra Gülşən bir neçə mülki şəxslə onların olduğu otağa gəlmiş, həmin şəxslər vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları evə baxış keçirdikdən sonra onları bir qədər sorğu-sual etmiş, hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmiş, bundan sonra polis əməkdaşları Gülşənə Nəcəf adlı şəxsdən aldığı 65 manat pulu təqdim etməyi təklif etmiş, Gülşən isə Nəcəf adlı şəxsdən aldığı 65 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənmiş, bundan sonra polis əməkdaşları onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmiş, Baş İdarədə də onları bir qədər sorğu sual etdikdən sonra hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və onlar tərəfindən imzalandımışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və rələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. 2006-cı ildə Mənsur Cəbiyev ilə ailə həyatı qurmuş, 2012-ci ildə isə boşanmışdır. Həmin evlilikdən iki övladı var. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyıram. Gülşəni adını xatırlamadığım tanışım vasitəsilə tanımışdır. Belə ki, həmin vaxtlarda Gülşən müxtəlif geyim əşyaları satdığından onunla münasibətləri yaranmış, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri yaranmış, 2024-cü ilin söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Gülşən ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində ona məxsus ünvan 6 ünvanında cinsi əlaqədə olmağımı təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, 2024-cü ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanında olan zaman Gülşən onunla əlaqə saxlamış, Bu zaman onun müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş və onunla razılaşmışdır. Onunla aralarında olan razılaşmaya əsasən Gülşən onu 65 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra ona 50 anat pul verməli olmuşdur. Bundan sonra bir dəfə 2024-cü ilin yanvar ayının ortalarında Gülşən onunla əlaqə saxlamış, onunla danışdıqdan sonra sonuncuya məxsus ünvan 2nvanına getmiş və orada əvvəllər tanımadığı bir nəfər kişi müştəri ilə cinsi əlaqədə olmuş, Gülşən müştəridən pulu aldıqdan sonra ona 50 manat pul vermiş, 2024-cü ilin yanvar ayından etibarən onunla hər hansı əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və rələbi yoxdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır, onun pul qarşılığında qadınları fahişəliyə cəlb edən birisi kimi tanımış, o, həmçinin cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq pul qarşılığında mənzil də kirayə vermişdir. xx.xx.2024-cü il tarixdə qadınla görüşüb cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs zəng edib qadınla cinsi əlaqədə olmaq istədiyini, onun üçün bir nəfər qadın və cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil təşkil etməsini xahiş etmiş, Gülşən də bu təkliflə razılaşıb ona öz evində cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs1m təqdim edə biləcəyini, həmçinin bunun müqabilində 65 manat pul verməli olduğunu demiş, belə ki, həmin pulun 40 manatını Xəyaləyə verəcəyini, geriyə qalan 25 manatı isə qadın və mənzil təşkil etdiyi üçün özünə götürəcəyini bildirmişdir. Bu barədə ona Gülşən özü demiş, belə olan halda onun təklifi ilə razılaşıb, Gülşənin ünvan 5 ünvanında yerləşən evinə getmiş, əvvəlcədən razılaşdığı kimi Gülşənə 65 manat pul vermiş, daha sonra evin yataq otağında Gülşənin tanışı Zərərçəkmiş şəxs1 adlı qadınla cinsi əlaqədə olmuş, bir neçə dəqiqə sonra Gülşən bir neçə mülki şəxslə birlikdə onların olduqları otağa gəlmiş, həmin şəxslər vəsiqələrini göstərərk polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları evə baxış keçirdikdən sonra onları bir qədər sorğu-sual etmiş, hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmiş, sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ondan aldığı pulu təqdim etməyi təklif etmiş, Gülşən 65 manatı pulu təqdim etmişdir. Həmin pul zərfə qoyularaq üzəri möhürlənib götürüldükdən sonra polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş idarədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra üzəri imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. Gülşən ilə Bakı şəhəri, Nizami rayonu ərazisində avtobusda olan zaman tanış olmuş, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibət yaranmış, müəyyən müddət ərzində onunla əlaqə saxladıqdan sonra Gülşən onu yaşadığı evə dəvət etmişdir. 2023-cü ilin təxminən dekabr ayında Gülşənin yaşadığı ünvan 2nvanına getmiş, orada biraz söhbət etdikdən sonra onunla cinsi əlaqədə olmuş, həmin vaxtdan sonra yenə də, münasibətləri davam etmişdir. 2024-cü ilin yanvar ayında Gülşən “Whatsapp” sosial şəbəkəsində qadın tanışı ilə birgə şəklini paylaşmış, söhbət əsnasında Gülşənə həmin qadını bəyəndiyini bildirmiş, o, isə həmin qadınla 50 manat pul müqabilində cinsi əlaqədə ola biləcəyini demiş, Gülşənlə razılaşıb həmin qadınla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, həmin günün səhəri Gülşənin yaşadığı ünvan 2nvanına getmişdir. Həmin vaxt həmin qadın da orada olmuş, içəri daxil olduqdan sonra yataq otağında həmin qadınla cinsi əlaqədə olmuş, bunun müqabilində Gülşənə 50 manat pul ödəmiş, həmin vaxtdan etibarən Gülşənlə tədricən münasibətləri soyumuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsini daşıyır. 04 mart 2024-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 7 ünvanında kişilərə təqdim etməsi qeyd edilmiş, həmin məlumat tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunduqdan sonra məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, onun və əməliyyat müvəkkikli polis leytenantı Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Baş idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, onlara Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, 04 mart 2024-cü il tarixdə saat 14 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 7 ünvanına gəlmişlər. Evin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamış, xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı həmin evə baxış keçirməli olduqlarını izah etmiş, Təqsirləndirilən şəxs təkliflərini qəbul edib, evə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı evin iki otaqdan və bir hamam otağından ibarət olması müəyyən edimiş, dəvət edilmiş hal şahidləri ilə birlikdə evin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı evin yataq otağında bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid5, qadının isə Zərərçəkmiş şəxs1 olması müəyyən edilmiş, baxış zamanı evdə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan evdə yaşadığını, 04 mart 2024-cü il tarixdə Şahid5 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Şahid5 razılıq verib onu yaşadığı evə dəvət etdiyini, həmin evdə Şahid5 65 manat pul qarşılığında Zərərçəkmiş şəxs1m təqdim etdiyini, həmin pulun 40 manatının Xəyaləyə çatdığını, 25 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid5 qeyd olunan evin yataq otağında Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid5 və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid5 ona verdiyi 65 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs üç ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pulu təqdim edərək Şahid5 tərəfindən verilmiş pul olduğunu bildirmiş, təqdim olunmuş pul hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları həmin şəxsləri Baş İdarəyə dəvət etmiş, Baş İdarədə hal şahidlərinin iştirakı ilə tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, hər hansı şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirərək onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmşdir. Razılaşdıqdan sonra polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmiş, orada onlara hüqüq və vəzifələri izah olunmuş, polis əməkdaşları qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə etdiklərini, həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklərini demişlər. Həmin gün saat 14:00da o və digər hal şahidi polis əməkdaşları ilə birlikdə ünvan 7 ünvanına gəlmiş, evin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı evə baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifini qəbul edib, evə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmiş, baxış zamanı evin iki otaqdan və bir hamam otağından ibarət olması müəyyən edilmiş, onların iştirakları ilə birlikdə evin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı evin yataq otağında bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid5, qadının isə Zərərçəkmiş şəxs1 olması müəyyən edilmiş, baxış zamanı polis əməkdaşları tərəfindən evdə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan evdə yaşadığını, 04 mart 2024- cü il tarixdə Şahid5 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Şahid5 razılıq verib Şahid5 yaşadığı evə dəvət etdiyini, həmin evdə Şahid5 65 manat pul qarşılığında Zərərçəkmiş şəxs1m təqdim etdiyini, həmin pulun 40 manatının Xəyaləyə çatdığını, 25 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü bildirmişdir. Eyni zamanda Şahid5 qeyd olunan evin yataq otağında Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olduğunu demiş, Şahid5 və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid5 ona verdiyi 65 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs üç ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pul əsginasını təqdim edərək Şahid5 tərəfindən verilmiş pul olduğunu bildirmiş, təqdim olunmuş pul bizim iştirakımız ilə qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri polis əməkdaşları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Şahidlər AR DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid7, Şahid4 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanda yerləşən məzilə baxış zamanı müəyyən edilmişdir ki, mənzil iki otaq və hamam otağından ibarətdir. Baxış zamanı mənzildə bir kişi, bir qadın aşkar olunmuşdur. Qadının mənzilin yataq dəsti ilə təchiz olunmuş yataq otağında olması və yataq dəstinin dağınıq olması müşahidə edilmişdir. Həmin şəxslərin Şahid5 və Zərərçəkmiş şəxs1 olmaları müəyyən edilmişdir. X1 Quliyevdən aldığı 03 ədəd 20 manatlıq, 01 ədəd 05 manatlıq pul əskinazlarını təqdim etmiş, həmin pul əskinazları hal şahidlərinin iştirakı ilə götürülmüş, zərfə qoyularaq zərf bağlanılmış və AR DİNnin 16 saylı möhürü ilə möhürlənmişdir (i.v.8-16). “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi” haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 65 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması, saxlanılması üçün AR DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır (i.v.117- 118). “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 243.1 və 244.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 65 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması, saxlanılması üçün AR DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi nəzərə alınmışdır (i.v.127-135). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244.1-ci maddələrinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıbbaşlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnn məhkumluğu barədə məlumat yoxdur (i.v.116). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (i.v.157-158). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməini etiraf edərək səmimi peşman olmasını (CM-59.2), zərərəçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə AR CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsini (CM-61.1.1) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 243.1 və 244.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 65 manat məbləğində pul vəsaiti (03 ədəd 20 manatlıq, 01 ədəd 05 manatlıq pul əskinazlar) dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 5500 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs götürülmüş 65 manat məbləğində pul vəsaiti (03 ədəd 20 manatlıq, 01 ədəd 05 manatlıq pul əskinazlar) dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar