Məhkəmə qərarları › İş №1(008)-536/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-536/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-536/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,741 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi 33 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli idman gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,741 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, O, təxminən 5 ilə yaxın müddətdir ki, metamfetamin istifadəçisidir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq onu saxlayıb özlərini təqdim edərək Sabunçu PRİ-nin 15-ci polis bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər və onun üzərində narkotik və ya psixotrop maddə olmasından şübhə edildiyi üçün öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilmiş, bundan sonra video çəkiliş vasitəsilə üzəri yoxlanılmışdır. Bu zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda və varsa təqdim etməyi təklif edildikdə, o, üzərindəki idman gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin, adını və yaşadığı evi bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərinin yoxlanılması davam etdirilərkən başqa heç bir predmet və ya əşya götürülməmişdir. Daha sonra həmin büküm üzəri möhürlənərək qablaşdırılmış, zərfi imzası ilə təsdiq etmişdir və ərazi üzrə Sabunçu RPl-nin 15-ci PB-nə aparılmışdır. PB-də araşdırmanı aparan təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi qismində 7 saylı vəkil Bürosunun vəkili dəvət edilmiş və ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə tutulduqdan sonra, təqdim etdiyi bükümə və üzərinə yoxlama aparılmasına dair polislər ilk saxlayan zaman çəkilən videoya təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin baxış keçirilməsi də videokamerayla çəkilmişdir və ona həmin bükümdəki maddənin ekspertizaya göndəriləcəyi elan olunduqda etiraz etməmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 15 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, məlumat təsdiq olunduğu halda Təqsirləndirilən şəxs törətdiyi cinayətin ifşa edilərək qarşısının alınması məqsədi ilə həmin tarixdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə raportla İdarənin rəhbərliyinə məruzə etmişlər. Rəisin xx.xx.2025-ci il tarixli əmri əsasında həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərini həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və özünün, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Qəbul edilmiş qərara müvafiq olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 12:50 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 küçəsi 33 ünvanında küçədə saxlanılmışdır. Videoçəkiliş aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs olması səbəbindən saxlanıldığını və “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun tələblərinə əsasən onun üstünün yoxlanılacağını elan etmiş və müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını Təqsirləndirilən şəxs bildirdikdə, sonuncu hal-hazırda vəkil istəmədiyini bildirmişdir. Daha sonra ona üzərində qanunla əldə edilməsi, daşınması qadağan olunan maddə, predmet varsa təqdim etməsi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə ağ zəngli metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş və sorğu-suallara cavab olaraq həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, 20 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılması davam etdirildikdə başqa heç sübut əhəmiyyətli maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 161 nömrəli möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra araşdırmanın davam etdirilməsi üçün saxlanılan şəxs Təqsirləndirilən şəxs ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmiş, orada tərəfindən xidməti otaqda protokol tərtib edilmiş, iştirakçılara və saxlanılan şəxs Təqsirləndirilən şəxs imzalatdırılmış, videoçəkiliş DVD diskə köçürüldükdən sonra raportla PB-nin rəisinə məruzə etmişdir. Araşdırmanın aparılması 15-ci PB-nin təhqiqatçısına həvalə edildikdən sonra təhqiqatçı şübhəli şəxs qismində saxlanılaraq gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmanın əsaslarını, onun hüquq və vəzifələrini, müdafiəçinin iştirakının təmin edildiyini izah etmiş, daha sonra, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən götürülmüş maddənin qablaşdırıldığı zərfə baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının sorğu-suallarına cavab verərək həmin zərfdə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 20 manata şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən həmin gün səhər saatlarında alıb üzərində saxladığını və Zabrat qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Həmin zərfdəki sellofan bükümdə olan ağ rəngli maddəyə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra həmin maddənin tərkibinin, növünün və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertiza təyin ediləcəyi elan edildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi etiraz bildirməmişlər. Həmin bükümdəki maddə yenidən eyni zərfə qoyulmaqla üzəri DİN-in 161 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Protokol o və iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələrində Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər(i.v.88-91, 92-95); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.21); baxış və götürmə aparılması haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılaraq gətirilmiş Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən götürülmüş maddənin qablaşdırıldığı zərfə baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının sorğu-suallarına cavab verərək həmin zərfdə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 20 manata şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən həmin gün səhər saatlarında alıb üzərində saxladığını və Zabrat qəsəbəsində polis əməkdaşları tərəfindən saxladığını, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Həmin zərfdəki sellofan bükümdə olan ağ rəngli maddəyə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra həmin maddənin tərkibinin, növünün və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertiza təyin ediləcəyi elan edildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi etiraz bildirməmişdir. Həmin bükümdəki maddə yenidən eyni zərfə qoyulmaqla üzəri DİN-in 161 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmış və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir (i.v.31-32); məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2025-ci il tarixli 6/1128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Saxlanılan şəxs: Təqsirləndirilən şəxs(imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,741 qram olan ağ zəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Qeyd : Metamfetamin - 0,741 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,691 qram(i.v.39-42); DVD diskə baxış keçirilməsi haqqında 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən diskdəki 1-ci mp4 formatlı videofayl açıldıqda xidməti otaqdakı polis əməkdaşı özünü Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin təhqiqatçısı kimi təqdim edir. Bundan sonra otaqda olan mülki geyimli şəxs özünü Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili polis leytenantı Şahid1, 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, mülki geyimdə olan saxlanılan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. X1 Sabunçu RPİ 15-ci polis bölməsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi səbəbindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılaraq gətirilmiş Təqsirləndirilən şəxs İlhanm oğluna şübhəli şəxs qismində tutulmanın əsaslarını, onun hüquq və vəzifələrini, müdafiəçinin iştirakının təmin edildiyini izah edir. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq üzəri yoxlanılarkən götürülmüş maddənin qablaşdırıldığı zərfə baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçınm sorğu-suallarına cavab verərək həmin zərfdə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 20 manata şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən həmin gün səhər saatlarında alıb üzərində saxladığını və Zabrat qəsəbəsində polis əməkdaşları tərəfindən saxladığını, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirir. Həmin zərfdəki sellofan bükümdə olan ağ rəngli maddəyə X1 tərəfindən baxış keçirildikdən sonra həmin maddənin tərkibinin, növünün və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertiza təyin ediləcəyi elan edildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi etiraz bildirmirlər. Həmin bükümdəki maddə yenidən eyni zərfə qoyulmaqla üzəri DlN-in 161 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılır. Diskdə olan 2-ci mp4 formatlı videofayl açıldıqda 15-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis baş leytenantı Şahid2, videoçəkilişi aparan əməliyyat müvəkkili Şahid3, əməliyyat axtarış tərbiri zamanı zamanı küçədə saxlanılan Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Şahid2 xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində əməliyyat-axtarış tədbirinin keçirilməsini elan edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs olan Təqsirləndirilən şəxs saxlanıldığını və “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun tələblərinə əsasən onun üstünün yoxlanılacağını elan edir və müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını Təqsirləndirilən şəxs bildirdikdə, sonunsu hal-hazırda vəkil istəmədiyini bildirir. Daha sonra ona üzərində qanunla əldə edilməsi, daşınması qadağan olunan maddə, predmet varsa təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə ağ rəngli metamfetaminə bənzər maddəni çıxarıb təqdim edir və sorğu-suallara cavab olaraq həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, 20 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üstü yoxlanılması davam etdirildikdə başqa heç bir maddi sübut əhəmiyyətli maddə, əşya və ya predmet aşkar edilmir(i.v.56-57); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.75-77); Qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.78-79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğiu kartotekasında heç bir məlumat yoxdur(i.v.118); Məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2025-ci il tarixli 2484 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NMda(F19x2) diaqnozu ilə disponser qeydiyyatındadır (i.v.120-121); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.131-132); Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1917 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hal- hazırda psixi(ruhi) xəstəlik aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur(i.v.137-139); Sübutların qiymətləndirilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,741 qram psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,691 qram metamfetaminin qalıq hissəsinin Sabunçu RPl-in saxlancına təhvil verilməsi, eləcə də videogörüntülər olan 01 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.141-147); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntü, baxış və götürmə aparılması haqqında 15 mart 2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,741 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,741 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,691 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar