Məhkəmə qərarları › İş №1(008)-538/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-538/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-538/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən evinə atasının 7 mərasimi ilə əlaqədar “baş sağlığı” verməyə gələn xalası qızı Zərərçəkmiş şəxs, atasının 7 mərasimi ötmədən nəvəsinə şadlıq sarayında ad günü və sünnət toyu keçirməsinə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunun saçlarından tutaraq yerə yıxmış, saçlarından dartmaqla yerdə sürüyərək qəsdən təpə nahiyəsində tüklərin travmatik qopması və tük dibi yumşaq toxumalarına qansızma ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs xalasının qızıdır. Aygünlə hadisə baş verən günədək mehriban münasibətləri olmuşdur. Heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. X5 uzun müddətdir ki, beyin infarktı və şəkər xəstəliklərindən əziyyət çəkirmiş, yataq xəstəsi olmuşdur. Həkimlərin müayinəsindən və ona deməsindən bilirmiş ki, X5in ömrünə az qalmışdır. xx.xx.2024-cü il tarixdə xalası qızı Aygünün övladının və nəvəsinin ad günləri olacaqmış. Aygün həmin günü restoranda geniş qeyd etmək istəmiş, 2023-cü ilin dekabr ayının sonlarında ad günü barədə yaxın qohumlarına demişdir. Aygün bu barədə ona dedikdə, bildirmişdir ki, atasının vəziyyəti ağırdır, atası ölməmiş istənilən xoş bayramlarını, şənliklərini keçirsinlər, lakin diqqətli olsun həmin ərəfədə atası dünyasını dəyişə bilər. Aygün demişdir ki, “xeyirlə şər qardaşdır”, hər şey ola bilər. Aygünün bu sözündən başa düşmüşdür ki, atası ölsə belə Aygün öz xeyir işini saxlamayacaq. O, bir söz deməmiş, lakin Aygünün bu sözləri ona çox pis təsir etmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə atası uzun sürən xəstəliklər səbəbindən dünyasını dəyişmişdir. xx.xx.2024-cü il tarixdə isə Aygün şadlıq sarayında həm oğluna, həm də bir yaşı tamam olan nəvəsinə ad günü, həmçinin nəvəsinin kiçik toyunu keçirmişdir. O, Aygünə heç bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə atasının yeddi mərasimi ilə əlaqədar yaxınları yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3, mənzil 10 ünvanda yerləşən evlərinə gəlmişlər. Həmin vaxt xalası qızı Aygün də öz qızı Gövhərlə onların evinə gəlmişlər. Məclisin yekunlaşmasına az qalmış, yəni saat 15 radələrində evdə qardaşları Anar və Bəxtiyar Mustafayevlər, anası Sücayət Mustafayeva, Bəxtiyarın baldızı və Anarın qaynanası qalmışlar. Həmin vaxt o, Aygünü yataq otağına çağırmış və bildirmişdir ki, nə üçün onun dar günündə yanında olmadı, əksinə atasının vəfatının 3 günlüyündə şadlıq evində toy etdi. Daha sonra Aygündən "əhd etmişdin ki, atam öləndən sonra şənlik keçirəcək” deyə soruşmuş, Aygün demişdir ki, “bəli əhd etmişdim, yaxşı edirəm”. Aygünün bu sözündən sonra Aygündən xahiş etmişdir ki, evini tərk etsin. Aygün yataq otağının qapısını açaraq qışqıra-qışqıra qonaq otağına keçmişdir. O, Aygünün arxası ilə qonaq otağına keçərək Aygündən tələb etmişdir ki, evini tərk etsin. Aygün gözləmədiyi halda saçından yolmuş, o, da Aygünün saçından yolmağa başlamışdır. Bu zaman qardaşı Anar araya girərək onları ayırmışdır. Bundan sonra o, yenə də Aygündən və Gövhərdən evini tərk etmələrini tələb etmiş, Aygün, qızı Gövhərlə birgə evindən getmişlər. Onun Aygünün saçını yolmasının səbəbi sadəcə özünü müdafiə etmək olmuşdur. Əslində onun özündə də xəsarətlər olmuş, sadəcə anası onu ekspertizadan keçməyə icazə verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası qızıdır, onunla hadisə baş verən günədək mehriban münasibətləri olmuş, heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. Qızı Şahid xx.xx.2023-cü il tarixdə oğlan övladı dünyaya gəlmişdir. Gövhərin əri planlaşdırmışdır ki, 2024-cü ilin yanvar ayında uşağının bir yaşını və eyni zamanda kiçik toyunu restoranda keçirsin. Bu məqsədlə hələ 2023-cü ilin sentyabr ayından Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq sarayını xx.xx.2024-cü il tarixə sifariş verərək müvafiq ödəniş etmiş, bu barədə yaxın qohumlarına dəvətnamə vermişdir. Lakin, elə olmuşdur ki, xx.xx.2024-cü il tarixdə xalasının əri, yəni Cəmiiənin X5 təxminən 70 yaşında vəfat etmişdir. Buna baxmayaraq kürəkəni öz oğlunun kiçik toyunu təxirə salmamış və o, da kürəkəninin ailə məsələsinə qarışmamışdır. xx.xx.2024-cü il tarixdə nəvəsinin kiçik toyu və bir yaşı münasibəti ilə yığıncaq keçirilmişdir. xx.xx.2024-cü il tarixdə o, qızı Gövhərlə birlikdə “baş sağlığı” vermələri üçün xalasının yaşadığı ünvan 2 ünvanda yerləşən evinə getmişlər. Evdə qonaq otağında onunla birgə Cəmiiənin qardaşı Anar və Bəxtiyar, Bəxtiyarın baldızı və Anarın qaynanası oturmuşlar. Evdə oturduqdan təxminən 30 dəqiyqə sonra, yəni saat 15 radələrində Cəmilə onu yataq otağına çağırmış və nə üçün atası öldüyü ərəfədə, yəni 7 gününü gözləmədən nəvəsinə kiçik toy etdiyini soruşmuşdur. O, Cəmiləyə bildirmişdir ki, bunu kürəkəni etmiş, o, kürəkəninin işinə qarışa bilməz, nə sözü varsa gedib kürəkəninə desin. Cəmilə ona yüksək səslə “rədd ol get evimdən” sözlərini deyib nalayiq söyüşlərlə təhqir etmiş, o, isə Cəmiləyə irad bildirərək sakitləşməsini tələb etmiş, evdən getməsi üçün qonaq otağına qoyduğu pul kisəsini götürməyə keçmişdir. Cəmilə arxası ilə qonaq otağına girmiş, yenə onu nalayiq küçə söyüşləri ilə təhqir etmiş və qonaq otağında olan zaman əl atıb təpə nahiyəsindən saçlarını əlinə keçirmişdir. Bir anda Cəmilə saçlarından dartaraq onu yerə yıxmış və yerdə olarkən də saçını əlindən buraxmayaraq saçından dartmışdır. Bunu görən Cəmilənin qardaşı Anar araya girərək çətinliklə də olsa Cəmiləni onun üzərindən kənara çəkib ondan uzaqlaşdırmışdır. Başında ağrılar başlanmış, əlini başına apararkən görmüşdür ki, təpə nahiyəsində başının tüklərini topa şəkildə yerindən çıxarılmışdır. O, ağrıdan ağlayaraq qızı Gövhərlə birgə xalasının evindən çıxmış və Sabunçu RPİ 13-cü Polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. O, xalası qızı Cəmilədən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2023-cü il tarixdə oğlan övladı dünyaya gəlmişdir. Övladı gec olduğundan əri İlhamiz İsmayılovla əhd etmişlər ki, övladlarının 1 yaşını, həmçinin sünnət toyunu eyni gündə, bütün qohumlarla birgə şadlıq sarayında keçirsinlər. Bu məqsədlə hələ 2023-cü ilin sentyabr ayından əri İlhamiz İsmayılov Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Mübarək” şadlıq sarayını xx.xx.2024-cü il tarixə sifariş verərək ödəniş etmiş, sifariş verdiyi müsiqiçilərin, klounların, tortun və digər əyləncələrin pullarını vermiş, ad günü və kiçik toy barədə yaxın qohumlarına dəvətnamələr paylamışlar. Lakin, xx.xx.2024-cü il tarixdə anasının xalası əri, yəni Cəmiiənin X5 70 yaşında vəfat etmişdir. Buna baxmayaraq əri İlhamiz övladları Səmədin kiçik toyunu təxirə salmamış, bildirmişdir ki, qonaqları artıq dəvət etmiş, tədarüklərini görüb ödənişlərini etmiş, bundan başqa, arvadının, yəni onun anasının xalasının əri İlhamizin qohumu sayılmır, xeyirlə şər qardaşdır. Onun ailəsində qərarları əri verdiyindən o, və ya anası, İlhamizin qərarlarına təsir göstərə bilməmişlər. xx.xx.2024-cü il tarixdə Mübarək şadlıq sarayında oğlu Səmədin 1 yaşı, həmçinin kiçik toyu baş tutmuş, dəvətli olan bütün qohumlar toyda iştirak etmişlər. xx.xx.2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs ilə birgə “baş sağlığı” vermələri üçün anasının xalası X1 rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, ev 3, mənzil 10 ünvanda yerləşən evinə getmiş, qonaq otağında oturmuşlar. Məclisdə onlarla birgə 3-4 nəfər tanımadığı qadınlarda olmuşlar. Evə keçdikdən 30 dəqiyqə sonra, yəni saat 15 radələrində anasının xalası qızı Cəmilə, anası Aygünü yataq otağına çağırmışdır. Onlar yataq otağında nə barədə danışdıqlarını eşitməmiş, lakin qısa müddətdə Cəmilənin söyüş səsləri eşidilmiş, anasına “rədd ol get evimdən” demişdir. Həmin vaxt anası evdən getmələri üçün pul kisəsini götürməsi məqsədi ilə yataq otağından çıxaraq qonaq otağına keçmişdir. Cəmilə də anasının arxası ilə qonaq otağına girmiş, anasını söyərək əl atıb anasının təpə nahiyəsindən saçlarını əlinə keçirmişdir. Bir anda Cəmilə anasının saçlarından dartaraq anasını yerə yıxmış və yerdə olarkən də anasının saçlarını əlindən buraxmayaraq anasının saçından dartaraq üzərində oturmuşdur. Bu zaman Cəmilənin qardaşı Anar qonaq otağına girərək çətinliklə də olsa Cəmiləni anasının üzərindən kənara çəkmişdir. Söhbətdən başa düşmüşdür ki, Cəmilə anası ilə münaqişəni atasının ölməsindən 7 gün keçməsini gözləmədən oğluna kiçik toy etdiklərinə görə etmişdir. Hadisə zamanı anasının başında olan tüklər topa şəkildə yerindən qopmuş, anası ağrıdan ağlamışdır. O, anası ilə birgə dərhal həmin evdən çıxmış və anası Sabunçu RPİ 13-cü Polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında qonaq otağında baş vermişdir (i.v.3-4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyəsində tüklərin travmatik qopması və tük dibi yumşaq toxumalara qansızma müəyyən edilir. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.19-20). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.70-71). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 92 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.76). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü (X3) və xx.xx.2007-ci il təvəllüdlü (X2) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinik yaşına çatmayan uşağının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, ibtidai istintaq zamanı 20 iş saatı və məhkəmə istintaqı zamanı 10 iş saatı olmaqla, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar