Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-539/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X4, A kompleksi, ev 10, mənzil 15 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına qonaq çağırmış, gecə saatlarında Zərərçəkmiş şəxs evində yatmasından istifadə edərək stolun üzərindən Zərərçəkmiş şəxs yaşadığı mənzilinin giriş qapısının açarlarını götürərək markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi avtomobilinə əyləşib Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 35, 8 nömrəli mənzilinin qarşısına gəlib xx.xx.2025-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs mənzilinin giriş qapısını həmin açarla açıb qanunsuz olaraq mənzilə daxil olub mənzilin yataq otağındakı kiçik dolabın üzərindən içərisində dəyəri 1200 manat təşkil edən 01 ədəd lazer qızıl qolbaq, dəyəri 1200 manat təşkil edən zəncirvari formalı 01 ədəd qızıl qolbaq, dəyəri 380 manat təşkil edən üzərində tapança kloun olan 01 ədəd nazik qızıl boyunbağı, dəyəri 400 manat təşkil edən bir cüt tək qaş (adi qaşlı) qızıl sırğa, dəyəri 1500 manat təşkil edən üzərində tək qaş Sibir briliyantı olan 01 ədəd qızıl üzük, dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli qırmızı muncuqları olan qızıl qolbaq, dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli yaşıl muncuqları olan qızıl qolbaq, dəyəri 150 manat təşkil edən 01 cüt naxışlı formada olan qızıl sırğa, dəyəri 900 manat təşkil edən 01 ədəd Qrazella firmasının qızıl üzüyü, dəyəri 1000 manat təşkil edən muncuqvari üzərində ürək klounu olan 01 ədəd qızıl boyunbağı, hər birinin dəyəri 500 manat təşkil edən 02 ədəd qızıl kloun, 01 cüt 3 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd 2 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan) olan 100 manat dəyərində mücrünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 8.035 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 11 il olar ki, tanıyr, onlar yaxin rəfiqə olmuşlar. 2024-cü ilin sentyabr və ya oktyabr ayında o, öz qızıllarını lombarda qoyub faizə pul götürmüşdür, həmin pulun aylığını verə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Lalənin mobil telefonuna Whatsaap vasitəsilə mesaj yazıb bildirmiş ki, bir həftəlik ona dəstək olsun, lombarda qızıllarını qoyub faizə pul götürmüş, bir həftəlik ona köməklik etsin, öz qızıl-zinyət əşyalarından ona versin, onun qızıl-zinyət əşyalarını başqa lombarda qoyub pul götürsün, sonra həmin pulu lombarda ödəyib həmin qızıl-zinyət əşyalarını lombarddan çıxardıb baha qiymətə satıb sonra onun qızıllarını lombarddan çıxardıb ona təhvil verəcəkdir. Lakin Lalə ona mesaj yazıb demişdir ki, o çox şeyi satıb, bir iki dənə üstündə qalanlardır, onlar da yadigardır, həmin qızılları ona verə bilməz. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Lalə ilə o, Xırdalan şəhərində görüşmüşdür, ona demişdir ki, rəfiqəsinin həyat yoldaşının ad günüdür, o ad gününə gedir, onunla birlikdə ad gününə getməyi ona təklif etmişdir. Lalə ona etiraz etməyib onunla birlikdə Sumqayıt şəhərində yaşayan rəfiqəsi Nuranənin evinə getmişdir. Həmin gün təxminən saat 23 radələrində o, Lalə və 6 yaşlı oğlu Mehdihüseyn rəfiqəsi Nuranənin evindən çıxıb taksi ilə Xırdalan şəhərinə getmişlər, o, oğlu Mehdihüseynlə birlikdə taksidən düşüb evinə getmişdir, Lalə də taksi ilə öz evinə getmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində o, Lalə ilə telefon əlaqəsi saxlayıb ona demişdir ki, o rəfiqəsi Nuranə ilə Novxanı qəsəbəsində yerləşən Sunset restoranına gedəcəkdir, o da gəlsin, birlikdə oturub yemək yeyib söhbət etsinlər. Lalə etiraz etməyib həmin gün taksi avtomobili ilə təxminən saat 21 radələrində yaşadığı binanın yaxınlığına getmişdir. O, oğlu Mehdihüseyn və Lalə birlikdə taksi avtomobilinə əyləşib Novxanı qəsəbəsində yerləşən Sunset restoranına getmişdir. Rəfiqəsi Nuranə iki övladı birlikdə həmin restorana gəlmişdir. Onlar restoranda yemək yeyib söhbət edib sonra Lalə ilə birlikdə evə qayıtmışdır. Rəfiqəsi Nuranə də övladları ilə birlikdə öz evinə getmişdir. Lalə, o və oğlu Mehdihüseyn Xırdalan şəhərində yaşadığı evə daxil olanda xx.xx.2025-ci il təxminən saat 01 radələri olardı. Lalə gecəni onun evində qalmışdır. Belə ki, xx.xx.2025-ci il təxminən saat 03 radələrində Lalə mətbəxdəki divanda yatmışdır. Lalənin əl çantası mətbəxdəki stolun üzərində olmuş, mənzilinin açarını da əl çantasının yanında, yəni stolun üzərinə qoymuşdur. Onun maddi cəhətdən sıxıntısı olduğu üçün, yəni qızıl-zinyət əşyaları lombardda olduğu üçün qərara almışdır ki, Lalənin yatmağından istifadə edib Lalənin stolun üzərinə qoyduğu mənzilinin açarını götürüb taksi sifariş verib onun Bakıxanov qəsəbəsində yaşadığı evinə gedib onun qızıl-zinyət əşyalarını oğurlayıb evinə qayıdıb açarı yenidən sotulun üzərinə qoymuşdur. Beləliklə o, fikirləşdiyi kimi etmişdir. xx.xx.2025-ci il təxminən saat 06 radələrində o, Lalənin mətbəxdə yatmasını dəqiqləşdirib onun mənzilinin açarını stolun üzərindən götürmüş, sonra Bakıxanov qəsəbəsinə gediş-gəliş barədə Bolt şirkətinə taksi sifariş vermiş, taksi gəldikdən sonra sakitcə evdən çıxıb markasını və dövlət qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobilinə əyləşmiş, taksi sürücüsü onu Bakıxanov qəsəbəsində yerləşən Lalənin yaşadığı binanın qarşısına aparmışdır. O, Lalənin mənzilinin açarı ilə mənzilin giriş qapısını açıb mənzilə daxil olmuşdur. Həmin vaxt təxminən saat 07 radələri olmuşdur. O, mənzilin yataq otağına daxil olmuş, otaqda olan kiçik dolabın üzərində qızıl-zinyət əşyası qabını, yəni mücrünü görüb içərisinə baxanda görmüşdür ki, içərisində təxminən 10 ədəd qızıl-zinyət əşyaları, yəni qolbaq, boyunbağı, üzük, sırğa və kloun vardır. O, içərisində qızıl-zinyət əşyaları olan qabı götürüb mənzildən çıxıb açarla yenidən giriş qapısını bağlayıb binanı tərk edib gəldiyi taksi avtomobilinə əyləşərək evinə gəlmişdir. Təxminən saat 09:40 radələrində Lalə yuxudan oyanmış, o, Laləyə demişdir ki, marketə gedib bazarlıq edib gəlir. O, Lalənin mənzilindən oğurladığı bir neçə qızıl-zinyət əşyalarını qabı ilə birlikdə evdə qoymuş, yerdə qalanlarını isə götürüb Xırdalan şəhərində yerləşən lombarda getmiş və həmin qızıl zinyət əşyalarını lombarda qoymuşdur. Lombardda Lalənin qızıl-zinyət əşyalarını 2900 manat qiymətləndirib ona 2830 manat pul vermişlər. Daha sonra yaşadığı evin yaxınlığında yerləşən marketə getmiş, marketdən şirniyyat və digər ərzaq məhsulları alıb yenidən mənzilinə qayıtmışdır. Həmin gün gündüz vaxtı o, oğlu Mehdihüseyn və Lalə yenidən Nuranəni evinə qonaq getmişlər, orada yemək yeyib təxminən saat 23 radələrində onun yaşadığı mənzilə qayıtmışlar. Lalə bir qədər onun evində əyləşib sonra evə gedəcəyini demiş və xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində taksi sifariş verib yaşadığı mənzildən çıxıb evinə getmişdir. Həmin gün saat 01:20-də Lalə onun telefonuna zəng edib demişdir ki, içərisndə qızıl-zinyət əşyaları olan mücrü yoxdur, DİN-nin 102 xidmətinə zəng vurub məlumat verib. O, Lalənin ondan şübhələnməməsi üçün taksi sifariş verib Lalənin Bakıxanov qəsəbəsində yerləşən mənzilinə getmişdir. O, Lalənin evinə çatanda polis əməkdaşları da gəlmişlər, evə baxış keçirmişlər. xx.xx.2025-ci il tarixdə səhər saatlarında isə o, yaşadığı evinə qayıtmışdır. Evinə qayıtdıqdan sonra Lalə onun mobil telefonuna zəng vurub ona demişdir ki, ondan də şübhələnir, polisə onun da adını verəcəkdir. 2025-ci ilin fevral ayında dəqiq xatırlamadığı gündə o, Lalənin qızılarını qoyduğu lombarddan həmin qızıl-zinyət əşyalarını, həmçinin özünün də qızıl-zinyət əşyalarını götürüb başqa lombarda aparıb qoymuşdur. 2025-ci ilin mart ayının ortalarında dəqiq xatırlamadığı gündə yenidən Lalənin və özünün qızıl-zinyət əşyalarını, həmin lombarddan götürüb Xırdalan şəhərində yerləşən “Express İnternational” adlı kredit təşkilatına qoyub 4950 manat pul götürmüşdür. Müqaviləyə əsasən hər ay 230 manat həmin təşkilata pul ödəməlidir. Onun maddi vəziyyəti yaxşı olmadığı, qızıl-zinyət əşyaları lombardda olduğu üçün Lalənin yaşadığı evindən onun qızıl-zinyət əşyalarını oğurlamışdır. Himayəsində 6 yaşlı uşağı var, nəzərə alınmasını xahiş edir. Əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ittihamda göstərilən qızıllardan dəyəri 150 manat dəyərində 01 cüt naxışlı formada olan qızıl sırğa, dəyəri 1000 manat təşkil edən muncuqvari üzərində ürək klounu olan 01 ədəd qızıl boyunbağı, dəyəri 500 manat təşkil edən 01 ədəd qızıl kloun götürdüyü qızılların içərisində olmamışdır. O, götürdüyü bütün qızılları “Express İnternational” adlı kredit təşkilatına qoymuşdur. Dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli qırmızı muncuqları olan qızıl qolbaq, dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt 3 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd 2 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan) olan 100 manat dəyərində mücrünü isə evində saxlamışdır, onuda istintaq zamanı qaytarmışdır. Kredit təşkilatına qoyduğu qızıllardan 4-ü özünə məxsus olmuş, qalan qızıllar Zərərçəkmiş şəxs məxsus olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 10 il olar ki, tanıyr. Jalə əvəllər onun hazırda yaşadığı ünvanda kirayənişin olmuşdur. Həmin vaxtdan onların tanışlığı yaranmış, illər keçdikcə yaxın rəfiqə olmuşlar. Jalə hazırda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF Park yaşayış massivində kirayədə yaşayır, ailəlidir, 5 yaşlı övladı vardır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə onun bacısı Nərgiz Məmmədovanın toy mərasimi olmuş, Laləni də həmin toya dəvət etmişdir. Toy mərasimində özünə məxsus bir ədəd qızıl boyunbağı, bir ədəd üzüyü, bir cüt qızıl sırğaları, iki ədəd qızıl qolbağı üzərində olmuşdur. Jalə həmin qızıl zinyət əşylarını görüb ondan həmin əşyaların qızl olub-olmamasını soruşmuşdur. Hətta toydan sonra bir gecə Jalə onun yaşadığı evdə qalmış, sonra isə evinə çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə Jalə onun mobil telefonuna Whatsaap vasitəsilə mesaj yazıb bildirmişdir ki, lombarda 3000 manatlıq qızıllarını qoyub, ona öz qızıl-zinyət əşyalarından versin ki, öz qızıllarını lombarddan çıxartsın, onun da hörmətini edəcəkdir, sonra da onun qızıllarını lombarddan çıxardıb ona təhvil verəcəkdir. O, isə Jaləyə Whatsaap vasitəsilə səs göndərmişdir ki, “məndən incimə, mənim elə bir qızılım yoxdur ki, sənə verim, mən öz qızıllarımı yayda satmışam, özümdə qalan qızıl-zinyət əşyaları isə yadigardılar, onları sənə verə bilmərəm”. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Jalə onunla telefon əlaqəsi saxlayıb onu öz yaşadığı evə dəvət etmişdir. O, da Jaləyə etiraz etməyib həmin gün saat 20:20 radələrində yaşadığı evdən çıxıb taksi avtomobilinə əyləşib Jalənin yaşadığı ünvana, yəni Xırdalan şəhərinə yola düşmüşdür. O, həmin gün təxminən saat 21 radələrində Xırdalan şəhərinə çatmış, Jalənin evinə daxil olmuşdur. Jalə ona bildirmişdir ki, onun ailəvi tanışı var, birlikdə Novxanıya gedib restoranda yemək yeyib sonra evə gedərlər, hesab onluqdur. Beləliklə Jalə, o özü, Jalənin beş yaşlı oğlu, Jalənin tanışları olan bir kişi və qadın, onlarından iki övladı birlikdə Novxanıya gedib restoranda yemək yeyib sonra evə qayıtmışlar. Jalənin evinə gələndə xx.xx.2025-ci il təxminən saat 01 radələri olmuşdur. O, Jaləyə demişdir ki, evə getmək istəyir. Lalə israrla gecəni evlərində qalmağını xahiş etdiyi üçün gecəni onun evində qalmışdır. O, qara rəngli əl çantasını Jalənin evinin dəhlizində asılqandan asmışdır. Evinin açarı da əl çantasında olmuşdur. O, səhər saat 09:35 radələrində yuxudan ayılanda görmüşdür ki, Lalə artıq paltarlarını geyinib, ona demişdir ki, marketə gedib şirniyyat alıb gəlir. Jalə evdən çıxıb getmiş, təxminən 11:15-də evə qayıtmışdır. Jalə evə gələndə demişdir ki, Kurasan şirniyyatının bişməsini gözləmiş, ona görə gec gəlmişdir. Lakin o, Kurasan şirniyyatına əl vuranda görmüşdür ki, soyuqdur. xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində o, taksi sifariş verib yaşadığı ünvana gəlmiş, o, yaşadığı evin qapısının qarşısına çatdıqdan sonra əl çantasından evin açarını çıxardanda görmüşdür ki, açarın üzərində olan brlokun ipi qırılmışdır, ipin qırılması onda şübhə yaratmışdır. O, evin qapısını özündə olan açarla açmış, yataq otağına daxil olanda görmüşdür ki, kiçik dolabın üzərinə qoyduğu içərisində qızıl-zinyət əşyaları olan mücrü yoxdur. Başa düşmüşdür ki, həmin mücrü oğurlanmışdır. Lakin evdə heç bir səliqə sahman pozulmamışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Həmin mücrünün içərisində dəyəri 1200 manat olan çəkisini xatırlamadığı 750 əyyarlı İtaliya İstehsalı olan əl işləməli 01 ədəd lazer qızıl qolbaq, dəyəri 1200 manat olan çəkisini xatırlamadığı 750 əyyarlı zəncirvari formada olan İtaliya İstehsalı olan 01 ədəd qızıl qolbaq, dəyəri 380 manat olan çəkisini xatırlamadığı 750 əyyarlı üzərində tapança kloun olan nazik qzıl boyunbağı, dəyəri 400 manat olan çəkisini xatırlamadığı 585 əyyarlı bir cüt tək qaş (adi qaşlı) qızıl sırğa, dəyəri 1500 manat olan çəkisini xatırlamadığı 585 əyyarlı Rusiya istehsalı olan 01 ədəd tək qaş Sibir briliyantı olan qızıl üzük, dəyəri 100 manat olan çəkisini və əyyarını xatırlamadığı 02 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbaq, dəyəri 150 manat olan çəkisini və əyyarını xatırlamadığı Türkiyə istehsalı olan 01 cüt naxışlı formada olan qızıl sırğa, dəyəri 900 manat olan çəkisini və əyyarını xatırlamadığı 01 ədəd İtaliya istehsalı olan Qrazella firmasının qızıl üzüyü, dəyəri 1000 manat olan çəkisini və əyyarını xatırlamadığı 01 ədəd muncuqvari üzərində ürək klounu olan Rusiya istehsalı olan qızıl boyunbağı, hər birinin dəyəri 500 manat olan çəkisini və əyyarını xatırlamadığı 02 ədəd Rusiya istehsalı olan qızıl kloun var imiş. Həmçinin qızıl zinyət əşyalarından başqa həmin mücrünün içərisində 01 cüt 3 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd 2 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan) olmuşdur. Mücrünün qiyməti isə 100 manat təşkil edirmiş. Oğurlanmış qızıl-zinyət əşyalarının ümumi dəyəri 7.930 manat təşkil etmiş, mücrü və xupinq sırğaları da hesablayanda ona ümumilikdə 8.035 manat təşkil etmişdir. Sonradan məlum olmuşdur ki, Jalə həmin qızılları oğurlayaraq kredit təşkilatına qoyaraq pul götürmüşür. Hazırda Jalədən şikayətçidir, qızıllarının qaytarılmasını tələb edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, istintaq zamanı müstəntiq tərəfindən ona kredit təşkilatına qoyulmuş qızılların şəkli göstərilmiş, təqdim edilmiş qızıllardan 3 ədəd üzük ona məxsus olmamış, qalan bütün qızıllar ona məxsus olmuşdur, o həmin əşyaları tanımışdır. xx.xx.2025-ci il tarixli aktda göstərilən 4 və 5-ci qrafadakı üzüklər ona məxsus olmamış, qalan 9 adda olan qızıl zinyət əşyaları ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində yalan deyir, dəyəri 150 manat dəyərində 01 cüt naxışlı formada olan qızıl sırğa, dəyəri 1000 manat təşkil edən muncuqvari üzərində ürək klounu olan 01 ədəd qızıl boyunbağı, dəyəri 500 manat təşkil edən 01 ədəd qızıl kloun götürdüyü qızıllar onun mücrü qabının içərisində olmuşdur. İstintaq zamanı Dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli qırmızı muncuqları olan qızıl qolbaq, dəyəri 100 manat təşkil edən 01 ədəd Pandora modelli yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt 3 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd 2 manat dəyərində xupinq qadın sırğası (qızıl olmayan) olan 100 manat dəyərində mücrü ona qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir(i.v.06-07); Baxış keçirilməsi barə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 02 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbağı, 01 cüt xupinq qadın sırğasını (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğasını (qızıl olmayan) və qızıl zinyət əşyalarının içərisinə qoyulduğu bir ədəd mücrünü istintaqa təqdim etmiş, bu barədə protokol tərtib edilərək həmin əşyalar götürülmüşdür(i.v.37-39); Əşyaları tanınmaya təqdim etmə barədə 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 02 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğası (qızıl olmayan) və qızıl zinyət əşyalarının içərisinə qoyulduğu bir ədəd mücrü Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin əşyaları tanıyıb ona məxsus olmasını bildirmişdir(i.v.51-52); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.54); xx.xx.2025-ci il tarixli kredit və girov müqaviləsindən və aktdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qızılları özünə məxsus 04 ədəd qızıl-zinyət əşyaları ilə birlikdə İnernational BOKT ASC-nin Abşeron fılilalına girov qoyub kreditə pul götürmüşdür(i.v.58-59); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir(i.v.69); Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilərək X1 azad edilməsi qərara alınmışdır(i.v.107-108); Qətimkan tədbirinin seçilməsi barədə 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.109-110); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(008)-612/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evindən oğurlayıb "xxxx" ASC-nin Abşeron filialına girov qoyduğu 585 əyarlı 3,32 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağı+klounun, 583 əyarlı 2,63 qram çəkidə 01 ədəd qadın qızıl üzüyün(üzük-ağlı), 585 əyarlı 1,54 qram çəkidə 01 ədəd qızıl klounun, 583 əyarlı 2,34 qram çəkidə 01 ədəd qızıl klounun, 750 əyarlı 16,4 qram çəkidə 2 ədəd qadın qızıl qolbağının, 750 əyarlı 7,53 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünün, 583 əyarlı 3,21 qram çəkidə 01 cüt qızıl qadın sırğasının üzərinə həbs qoyulmuşdur(i.v.125-126); Sübutların qiymətləndirilməsi haqqında 03 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 2 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğası (qızıl olmayan) və bir ədəd mücrü maddi sübut kimi tanınmış, sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evindən oğurlayıb İnernational BOKT ASC-nin Abşeron filialına girov qoyduğu 585 əyarlı 3,32 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağı+klounun, 583 əyarlı 53 qram çəkidə 01 ədəd qadın qızıl üzüyün (üzük-ağlı), 585 əyarlı 1,54 qram çəkidə 01 əd qızıl klounun, 583 əyarlı 2,34 qram çəkidə 01 ədəd qızıl klounun, 750 əyarlı 16,4 qram çəkidə 02 ədəd qadın qızıl qolbağının, 750 əyarlı 7,53 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünün, 583 əyarlı 3,21 qram çəkidə 01 cüt qızıl qadın sırğasının üzərinə həbs qoyulması barədə Sabunçu Rayon Məhkəməsindən qərar alınaraq İnernational BOKT ASC-yə təqdim edilməsi xüsusat nəzərə alınmışdır(i.v.129-137); Qəbzdən görünür ki, 2 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğası (qızıl olmayan) və bir ədəd mücrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yalnız zərərçəkmiş şəxsə qaytarılmış və kedit təşkilatına qoyduğu qızılları götürməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu hissədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Zərərçəkmiş şəxs polis orqanına ilkin müraciəti ilə bağlı ərizəsində belə oğurlanmış qızıl zinyət əşyalarını təfərrüatlı şəkildə sadalayaraq hər birinin xüsusatlarını ayrı-ayrı göstərmiş, bundan sonra verdiyi izahat və ifadələrində də həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı(CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X4, A kompleksi, ev 10, mənzil 15 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd Pandora modelli qırmızı və yaşıl muncuqları olan qızıl qolbaq, 01 cüt xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğası (qızıl olmayan) və bir ədəd mücrünün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsində göstərilmişdir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evindən oğurlayıb İnernational BOKT ASC-nin Abşeron filialına girov qoyduğu 585 əyarlı 3,32 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağı+klounun, 583 əyarlı 53 qram çəkidə 01 ədəd qadın qızıl üzüyün (üzük-ağlı), 585 əyarlı 1,54 qram çəkidə 01 əd qızıl klounun, 583 əyarlı 2,34 qram çəkidə 01 ədəd qızıl klounun, 750 əyarlı 16,4 qram çəkidə 02 ədəd qadın qızıl qolbağının, 750 əyarlı 7,53 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünün, 583 əyarlı 3,21 qram çəkidə 01 cüt qızıl qadın sırğasının üzərinə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən həbs qoyulmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında BOKT ASC-nin Abşeron filialına qoyulmuş həmin qızılların istintaq zamanı ona təqdim edildiyini, ona məxsus olduqlarını təsdiq edərək qızıllarının ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən qızıllar təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak olsa belə, həmin əmlakın qanuni sahibi iş üzrə Zərərçəkmiş şəxs olduğundan sözügedən əmlaklar üzərinə qoyulmuş həbs götürülərək Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il 06(altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02(iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02(iki) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X4, A kompleksi, ev 10, mənzil 15 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 02 ədəd qadın qolbağı (pandorra modelli), 01 cüt xupinq qadın sırğası (qızıl olmayan), 01 ədəd xupinq qadın sırğası (qızıl olmayan) və bir ədəd mücrünün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evindən oğurlayıb İnernational BOKT ASC-nin Abşeron filialına girov qoyduğu 585 əyarlı 3,32 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağı+klounun, 583 əyarlı 53 qram çəkidə 01 ədəd qadın qızıl üzüyün (üzük-ağlı), 585 əyarlı 1,54 qram çəkidə 01 əd qızıl klounun, 583 əyarlı 2,34 qram çəkidə 01 ədəd qızıl klounun, 750 əyarlı 16,4 qram çəkidə 02 ədəd qadın qızıl qolbağının, 750 əyarlı 7,53 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünün, 583 əyarlı 3,21 qram çəkidə 01 cüt qızıl qadın sırğasının üzərinə qoyulmuş həbs götürülərək Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-539/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-539/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver