Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-540/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, həmin maddəni saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda — təmiz çəkisi 0,736 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində yerləşən “Arzu” şadlıq sarayının qarşısında tutularaq saxlanılmış və üzərinə keçirilmiş şəxsi baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda — təmiz çəkisi 0,736 qram təşkil edən, ağ rəngli kristal formalı, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaddaş pozuntusundan əziyyət çəkir və psixotrop maddələrdən istifadə etməyə yeni başlamışdır. Onun verdiyi izahata əsasən, o, dəqiq xatırlamadığı birtarixdə qaraçı kimi tanıdığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 20 (iyirmi) manat məbləğində pul müqabilində psixotrop maddə hesab olunan metamfetamini şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Sonradan əldə etdiyi qeyd olunan psixotrop maddəni satış, paylama və ya digər şəxslərə vermək məqsədi olmadan yalnız şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əldə olunmuş maddənin çəkisi olduqca az olmuş və faktiki olaraq yalnız bir dəfə istifadə üçün yetərli miqdarda olmuşdur. Məhz bu səbəbdən, həmin maddənin başqa şəxslərə verilməsi, paylanması və ya satılması məqsədilə saxlanılması real və məntiqi hesab edilmir. Həmin gün dəqiq xatırlamadığı vaxtda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olduğu zaman üç nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun barəsində əməliyyat məlumatı daxil olduğunu qeyd etmiş və bu səbəbdən üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. O, ilk dəfə belə hal ilə qarşılaşdığından şok vəziyyətinə düşmüşdür və baş verən hadisələri həmin anda tam şəkildə anlaya bilməmişdir. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmış, orada inzibati binada üzərində aşkar olunan maddəyə baxış keçirilmişdir. Onun üzərindən aşkar olunan maddə az miqdarda olmuş, lakin polis əməkdaşları tərəfindən baxış zamanı maddənin miqdarı onun üzərindən aşkar olunan maddənin miqdarından dəfələrlə artıq göstərilmişdir. O, şok vəziyyətində və həmçinin fiziki və psixoloji təzyiq altında olduğu üçün baxış zamanı maddənin miqdarı ilə bağlı yaranmış uyğunsuzluğa etiraz edə bilməmiş, qorxduğuna görə onun üzərindən aşkar olunan maddənin həmin çəkidə olduğunu etiraf etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona fiziki və psixoloji təzyiq göstərilmiş, bu zaman bədənində xəsarət izləri yaranmışdır. Qorxu və yaranmış şok vəziyyətinə görə, həmçinin hüquqi savadının olmaması səbəbindən həmin xəsarətlər və təzyiq faktları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Nəticədə, onun üzərindən aşkar olunan maddənin miqdarı ilə bağlı yaranmış uyğunsuzluğa etiraz etmək imkanını itirmiş və yalnız baxış zamanı göstərilən çəkidə maddənin onun üzərindən aşkar olunduğunu etiraf etmişdir. O, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi maddələri yalnız şəxsi istifadəsi üçün saxlamışdır. Onun telefonuna yazılan mesajların kim tərəfindən və hansı məqsədlə yazılması ona məlum deyil. Yaddaş pozuntusundan əziyyət çəkdiyindən həmin mesajların mətnlərini hazırda xatırlamır və onların məzmunu haqqında izahat verə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs saxlanıldığı müddətədək tanımamış, onunla hər hansı düşmənçilik və ya ədavət münasibətində olmamışdır. 14 aprel 2025-ci il tarixdə “Teyyub” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində narkotik vasitələrdən istifadə etməsi və onları saxlaması barədə şübhə doğuran əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və cinayət əməlini törətmiş şəxsin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin sahə rəisi, polis kapitanı Şahid2 və sahə inspektoru, polis kapitanı Şahid3 daxil edilmişdir. Əməliyyat qrupuna daxil olmuş məlumatın yerində yoxlanılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və hüquqazidd əməllərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır. Həmin gün, təxminən saat 18:00 radələrində qeyd olunan şəxsin saxlanılması məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi ərazisində əməliyyat qrupu tərəfindən uyğun müşahidə mövqeyi seçilmişdir. Daxil olmuş əməliyyat məlumatında göstərilən zahiri əlamətlər və üst geyimi barədə məlumatlar nəzərə alınaraq, həmin əlamətlərə uyğun gələn bir şəxs müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərərək onun kimliyini soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğu bildirilib, üzərinə baxış keçiriləcəyi izah olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsində insanların sıx olması nəzərə alınaraq, baxışın daha münasib şəraitdə aparılması məqsədilə Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən X14 yaxınlığına dəvət edilmişdir. Həmin ərazidə qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış prosesinin şəffaf və obyektiv şəkildə aparılması məqsədilə bütün hərəkətlər videoqeydiyyata alınmışdır. Eyni zamanda, üzərində narkotik vasitə və ya digər qanunla qadağan olunmuş predmetlər olduğu halda onları könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. O, həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, onu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi məqsədilə 15 manat müqabilində əldə etdiyini bildirmişdir. Aşkar olunmuş faktla bağlı digər zəruri prosessual hərəkətlərin aparılması məqsədilə Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman, eləcə də polis şöbəsinin inzibati binasında olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqları təmin edilmişdir. Həmçinin onun saxlanılması barədə ailə üzvünə məlumat verilməsi məqsədilə atasına telefon vasitəsilə zəng edilərək baş vermiş hadisə barədə məlumat verilmişdir. Məhkəmə iclasında verilmiş sualların cavabı olaraq Şahid1 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumatın qeyd olunub-olunmamasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsində sahə rəisi vəzifəsində xidmət aparır və polis kapitanı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs saxlanıldığı müddətədək tanımamış, onunla hər hansı düşmənçilik və ya ədavət münasibətində olmamışdır. 14 aprel 2025-ci il tarixdə “Teyyub” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində narkotik vasitələrdən istifadə etməsi və onları saxlaması barədə şübhə doğuran əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və cinayət əməlini törətmiş şəxsin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, o da, əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün, təxminən saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi ərazisində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış, ona narkotik vasitələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğu bildirilib, üzərinə baxış keçiriləcəyi izah olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində insanların sıx olması nəzərə alınaraq, baxışın daha münasib şəraitdə aparılması məqsədilə Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən X14 yaxınlığına dəvət edilmişdir. Həmin ərazidə qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. O, həmin bükümdə narkotik vasitə olduğunu, onu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Onun 14 illik polis təcrübəsi olduğundan, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirdiyi zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında verilmiş sualların cavabı olaraq Şahid2 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsində sahə inspektoru vəzifəsində xidmət aparır və polis kapitanı xüsusi rütbəsini daşıyır. 14 aprel 2025-ci il tarixdə “Teyyub” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində narkotik vasitələrdən istifadə etməsi və onları saxlaması barədə şübhə doğuran əməliyyat məlumatı daxil olmuşdur. 14 aprel 2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlanılmış, ona narkotik vasitələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğu bildirilib, üzərinə baxış keçiriləcəyi izah olunmuşdur. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ərazisində yerləşən X14 yaxınlığında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi baxış zamanı bir ədəd büküm aşkar edilərək götürülmüşdür. Təqdim edilmiş bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu yalnız müvafiq ekspert rəyinin verilməsindən sonra öyrənmişdir. Təqsirləndirilən şəxs aşakr edilmiş bükümdəki maddəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş sualların cavabı olaraq Şahid3 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Hazırda işi ilə əlaqədar olaraq Rusiya Federasiyasındadır. O, sonuncu dəfə 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasına gəlib və 8 iyun 2025-ci il tarixdə Rusiya Federasiyasına geri qayıtmışdır. Azərbaycan Respublikasına gəldiyi zaman +99455643-25-60 nömrəli GSM kart alaraq mobil telefonuna qoyub istifadə etmişdir. O, Bakı şəhəri, Koroğlu metrostansiyası yaxınlığında yerləşən SOCAR yanacaq doldurma məntəqəsi arxasında avto təmir sexi fəaliyyət göstərən avto təmir sexində rəngsaz kimi işləmiş, həmin vaxt digər sexdə çalışan Hüseyn adlı şəxslə münasibət yaranmış və həmin şəxs onun mobil telefonundan mütamadi olaraq istifadə etmişdir. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş, bununla bağlı heç kimə zəng etməmiş və SMS yazmamışdır. Hüseynin də narkotik vasitə istifadəçisi olması və ya olmaması barədə hər hansı məlumatı olmamış, Hüseynin narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Rusiya Federasiyasına getdiyi zaman ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək onun nömrəsindən tanımadığı nömrəyə narkotik vasitə alışı ilə bağlı mesajlar göndərildiyini bildirmişdir. O, polis əməkdaşına həqiqətən narkotik vasitə istifadə etmədiyini, bilet aldığını və Rusiya Federasiyasına getdiyini bildirmişdir. Daha sonra telefonunun mesajlar bölməsinə baxarkən onun nömrəsindən tanımadığı nömrəyə mesajların göndərildiyini müəyyən etmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməyib və Təqsirləndirilən şəxs tanımır. O hesab edir ki, onun nömrəsindən göndərilən mesajları tanışı Hüseyn yazmışdır. Hüseynin əlaqə məlumatlarını, soyadını və ata adını bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 077 ******* GSM nömrəsi rəsmi olaraq onun adına qeydiyyata alınsa da, faktiki olaraq həmin nömrə qardaşı, Şahid7 tərəfindən istifadə edilmişdir. Onun anasının vəfatından sonra qardaşı müəyyən emosional boşluğa düşdüyündən narkotik vasitələrdən istifadə etməyə başlamış, hazırda qardaşı barəsində həbs qətimkan tədbiri seçilmiş və 03 saylı istintaq təcridxanasında saxlanılır. GSM nömrəsi təxminən 2–3 il əvvəl onun adına alınmış, lakin faktiki istifadəsi ilk gündən etibarən qardaşında olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəsmxətt müəlliməsinin oğludur və eyni qəsəbə ərazisində yaşadıqları üçün aralarında normal münasibət mövcud olmuşdur. Hazırda ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq təcridxanasında saxlanılır. 077 ******* GSM nömrəsi rəsmi olaraq qardaşı Şahid6 adına qeydiyyata alınsa da, faktiki olaraq həmin nömrə onun istifadəsində olmuşdur. O, dəqiq xatırlamadığı tarixdə müəlliməsini görmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Oraya gedərkən üzərində 12 manat pul olmuş və həmin məbləği şirniyyat almaq üçün istifadə etmişdir. O, evlərinin yaxınlıqda yerləşdiyini nəzərə alaraq piyada qayıtmağı düşündüyündən, üzərində olan pulu tam şəkildə xərcləmişdir. O, evə qayıtdığı zaman Təqsirləndirilən şəxs onu yola salmış, həyətdə olarkən isə o, Təqsirləndirilən şəxs siqaret istəmişdir. Təqsirləndirilən şəxs küçədə hərəkət edərkən onun gözləməsini xahiş edərək mağazaya daxil olmuş, bir paçka siqaret alaraq ona vermişdir. Daha sonra məsafənin yaxın olduğunu nəzərə alaraq 2 manat taksi pulu verərək onu yola salmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona WhatsApp vasitəsilə zəng etmişdir. Təqsirləndirilən şəxs ona zəng etməsi onda yanlış təəssürat yaratmış və Təqsirləndirilən şəxs verdiyi pulu geri istədiyini düşünmüşdür. Bu səbəbdən, Təqsirləndirilən şəxs mesaj yazaraq atasının yatdığını və oyandığı zaman 5 manat pulunu göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə pula görə zəng vurmadığını, evə çatıbçatmamasını soruşmaq üçün zəng vurduğunu demiş, o isə evə çatdığını bildirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında heç vaxt narkotik vasitəyə dair danışıq olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə almamış və ya ona narkotik vasitə verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla düşmənçiliyi və ya ədavəti yoxdur. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə təqsirli bilinərək məhkum edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, istifadə etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. ********** GSM nömrəsi rəsmi olaraq onun adına qeydiyyata alınmaqla onun istifadəsindədir. Barəsində həbs qətimkan tədbiri seçilməmişdən təxminən 1–2 ay əvvəl o, üzərində özünə məxsus GSM nömrəsi olan mobil telefonu lombarda girov qoyaraq pul almışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə alışı ilə bağlı hər hansı mesaj göndərilməmiş və qeyd olunan nömrəyə ona məxsus nömrədən mesajın hansı şəraitdə və kim tərəfindən yazılması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1). Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli raportdan görünür ki, Etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatlara əsasən bildirilir ki, xx.xx.2002-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlamaq, daşımaq və istifadə etməklə məşğuldur. Məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayəti törədərkən və ya törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlərin görülməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsinin məqsədəuyğun olduğu hesab olunur. (i.v. 2). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis baş kapitanı Şahid1 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması, daşıması və istifadə etməsi ilə məşğul olması barədə daxil olmuş məlumatı nəzərdən keçirmiş və müəyyən etmişdir ki, qeyd olunan şəxs barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən onun narkotik vasitələr və psixotrop maddələrlə qanunsuz fəaliyyət göstərməsi barədə məlumat daxil olmuşdur. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların adi təhqiqat üsulları vasitəsi ilə əldə edilməsi və haqqında tədbir keçirilməsi nəzərdə tutulan şəxsin ifşa olunması mümkün deyildir, eyni zamanda daxil olan məlumata əsasən cinayət törətmiş şəxsin ifşa edilməsi və yaxalanması üçün vaxt məhdudluğu mövcuddur və ehtimal edilən cinayətin qısa müddət ərzində baş verə biləcəyi ehtimalı vardır. Göstərilən hallar nəzərə alınaraq operativ qaydada zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin realizə olunması, gizlədilməsi və ya məhv edilməsi ehtimalının mövcud olduğu müəyyən edilmiş, buna görə də daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Həmçinin görüləcək tədbirlərin təxirəsalınmaz xarakter daşıması və müvafiq vəsatətlə məhkəməyə müraciət etməklə məhkəmə qərarının əldə edilməsinin müəyyən vaxt tələb etməsi nəzərə alınaraq əməliyyat-axtarış tədbirlərinin məhkəmə qərarı olmadan keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Göstərilənlərə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələri, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86 və 445-ci maddələrinin tələbləri rəhbər tutulmaqla Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, onun olduğu yerin müəyyən edilməsi, şəraitdən asılı olaraq yaşayış yerinə və istifadə etdiyi nəqliyyat vasitəsinə müşahidənin aparılması, saxlanıldıqdan sonra üzərinə baxış keçirilməsi, cinayət üçün əhəmiyyət kəsb edən əşyaların və maddələrin aşkar edilərək götürülməsi, həmçinin onun cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupunun yaradılması qərara alınmış və əməliyyat qrupunun tərkibinə 13-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1 və həmin şöbənin sahə inspektoru polis kapitanı Şahid3 daxil edilmişdir. Qərarın icrası zamanı zərurət yarandığı halda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinin tətbiq olunması və tədbirlər başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi nəzərdə tutulmuşdur. (i.v. 3-4 ) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Aqil Ələsgərzadə tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Arzu” şadlıq sarayının qarşısında saxlanılmış, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Sonuncuya üzərində qanunvericiliklə qadağan edilmiş əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə kristal formalı maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində el arasında “patı” adlanan maddə mövcuddur və o, həmin maddəni şəxsi istifadəsi üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində 15 (on beş) manat qarşılığında, üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmişdir. (i.v. 6-7). "Şübhəli şəxsin tutulması haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2025-ci il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində yerləşən “Arzu” şadlıq sarayının qarşısında tutularaq saxlanılmış və üzərinə keçirilmiş şəxsi baxış zamanı bir ədəd ağ kağız bükümdə kristal formalı maddə aşkar edilərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükümə baxış keçirilmiş, bükümün içərisində şəffaf rəngli maddə aşkar olunmuşdur. Aşkar olunan maddə yenidən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 28-29). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v. 34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1385 nömrəli, 15 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün JMb 160" dairəvi möhür əksi, "saxlanılan şəxs: Təqsirləndirilən şəxs(imza) yazısı və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,736 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.686 qramdır. (i.v. 35-36). “DVD diskə baxış keçirilməsi haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Aqil Ələsgərzadə əməliyyat-axtarış tədbiri çərçivəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində, “Arzu” şadlıq sarayının qarşısında saxlamışlar. Saxlanılan şəxsə hüquqları izah edilmiş və ona tövsiyə olunmuşdur ki, qanunvericiliklə qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirib ki, bükümün içərisində el arasında “patı” adlanan maddə mövcuddur və onu şəxsi istifadəsi məqsədilə, Suraxanı qəsəbəsindən 15 manat qarşılığında, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmişdir. Polis əməkdaşları tərəfindən təqdim olunan büküm zərfə qoyularaq qablaşdırılmışdır. CD diskə köçürülmüş videogörüntülərə əsasən, 13-cü Polis Şöbəsinin təhqiqatçısı Azər Əhmədov, 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə saxlanılan şəxsdən saxlanılma yeri, səbəbi və polis şöbəsinə gətirilmə məqsədi barədə sual etmişdir. Polis əməkdaşları suallara ətraflı cavab vermişlər. Daha sonra təhqiqatçı təqdim olunan bükümə baxış keçirmiş və içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunan maddənin ona məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs maddənin özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunan maddə yenidən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 53-54). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 16 aprel 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X5 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 74-75). “Qətimkan tədbiri seçilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X4 ekspert komissiyasının 17 aprel 2025-ci il tarixli, 2167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 86-87). “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, diskdə iki PDF fayl—“Müştəri zəngləri detallaşması” və “SMS detallaşması”—mövcud olub, birinci faylda Təqsirləndirilən şəxs **********5 saylı mobil nömrəsinə daxil olan və çıxan mesajlar 272 vərəqdən ibarət siyahıda qeyd edilmiş, həmin siyahı göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmadan 1 saat 30 dəqiqə əvvəl, saat 18:32-də Sabunçu rayonu, M.Fətəliyev küçəsindəki “Arzu” şadlıq sarayının qarşısında olmuş, ikinci faylda isə həmin nömrəyə müxtəlif abonentlərdən daxil olan SMS-lər qeyd edilmiş və iş üçün əhəmiyyət kəsb edən yazışmalar aşkar olunmuşdur. (i.v. 102-106). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 109-110). "Maddi sübut kimi tanıma haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,686 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” X13 1969 nömrəli, 19 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı, psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. (i.v 140-141). "Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 142-151). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 89-90). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-784/2025 nömrəli, 09 fevral 2026-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Bakcell MMC-dən 08 may 2025-ci il tarixli məktubla daxil olmuş diskdə olan “SMS detallaşması”— faylına baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuş **********5 saylı mobil nömrəsinə daxil olan və çıxan aşağıdakı məzmunda mesajlar aşkar olunmuşdur: Təqsirləndirilən şəxs **********5 saylı mobil nömrəsindən göndərilən mesajlar: - 20.02.2025 tarixdə **********5 nömrəsindən **********30 nömrəsinə - “E burdayam getirmisemde mezelenirsen açmırsan” Təqsirləndirilən şəxs **********5 saylı mobil nömrəsinə gələn mesajlar: - 08.03.2025 tarixdə **********89 nömrəsindən **********5 nömrəsinə “Razindedi yaxındı 30 deyqe qaydiram birdefeliy skafda getirmelisen getir” - 13.03.2025 tarixdə **********00 nömrəsindən **********5 nömrəsinə - “Evde deylem yetm senol kisidede pul az idi yol pulu verdi ancaq, axsam tapıb kimnense ataram narahat olma 5 manatdıda” - xx.xx.2025 tarixdə **********60 nömrəsindən **********5 nömrəsinə “Bax kola alınırsa 5dik 5 manatda.atim. Cvb ver mene” "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, **********60 GSM nömrəsi Şahid4 məxsus olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(008)-540/2025 saylı məktubuna cavab olaraq bildirmişlər ki, Şəki rayon Cumakənd kəndində qeydiyyatda olan şahid, Şahid4 göstərilən ünvanda yaşamadığı üçün tərəflərindən məcburi qaydada məhkəməyə gətirilməsi mümkün olmamışdır. Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli 01 saylı arayışına əsasən Rusiya Federasiyasının Novosibirsk şəhərinə köçmüşdür. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, **********89 GSM nömrəsi Şahid8 məxsus olmuşdur. Şahid8 elektron məhkəmə sistemində məlumatları olmadığından, "xxxx" MMC-dən təqdim olunan məktubda isə ünvanı tam olmadığından və nömrələrinin heç birinə zəng çatmadığından məkhəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Bundan başqa həmin nömrədən yazılan mesaj “Razindedi yaxındı 30 deyqe qaydiram birdefeliy skafda getirmelisen getir” məzmununda olduğundan sədrlik edən ittiham və müdafiə tərəflərinin fikrini nəzərə almaqla həmin şəxsin məhkəmə iclasında iştirakı olmadan məhkəmə istintaqının yekunlaşdırılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, **********30 GSM nömrəsi Şahid5 məxsus olmuşdur. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, **********00 GSM nömrəsi Şahid6 məxsus olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir. -İlk növbədə iş materiallarında olan 14 aprel 2025-ci il tarixli raportdan və "Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında” həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə deyil, narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı olmuş və o, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şəxsi axtarış və götürmə zamanı üzərindən bir ədəd ağ kağız bükümdə kristal formalı maddə aşkar edilmiş, o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlayaraq daşıdığını bildirmiş, 15 aprel 2025-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, uzun müddət ibtidai istintaq həmin maddə ilə davam etdirilmiş, yalnız 10 iyun 2025-ci il il tarixdə müstəntiq tərəfindən sübutlar qiymətləndirilmiş, narkotik vasitələrin satışına və ya satış məqsədi ilə əldə edilərək saxlanılıb daşınmasına dəlalət edən hər hansı sübut olmadan əməl AR CM-nin 234.2ci maddəsinə tövsif edilmişdir. Bundan başqa, istər 15 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində, istərsə də 16 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində, istərsə də 13 iyun 2025-ci il tarixdə yeni ittiham üzrə dindirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, bildirmişdir. Hazırki məhkəmə iclasında da təqsirləndirilən şəxs özü narkotik vasitə istifadəçisi olduğunu, indiyədək heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç kimə həmin vasitələrdən pay vermədiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən bu günədək özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, o cümlədən, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarına münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin üzərindən cəmi 1 bükümdə 0,736 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Odur ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlayaraq üzərində daşıdığı psixotrop maddənin miqdarı onun həmin vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə, onun şəxsi istifadəsi üçün göstərilən miqdarda psixotrop maddəni saxlamasına dəlalət edən haldır. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1 ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığını, onun tərəfindən ittihamda göstərilən cinayət əməlinin törədilməsinin sübuta yetirilmədiyini və Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməli olduğunu aşağıdakılarla əsaslandırır: - İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, "müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, "müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. - Hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, "müştəri” ilə telefon danışıqları, sms yazışmaları, "müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, "şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. - Məhkəmə iclasında iştirak edən şahidlər Şahid1, Şahid2, Şahid2 (polis əməkdaşları) ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu, heç vaxt polis idarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, onun narkotik vasitə istifadəçisi olduğunu, üzərindən narkotik vasitə aşkar olunarkən də həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini qeyd etmişlər. Onlar yalnız Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Sözügedən şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinə əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. - İstintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi digər sübut növü 6/1385 nömrəli, 15 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi işin mübahisəsiz halıdır və həmin rəy təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını təsdiq etməklə həmin maddənin hansı məqsədlə əldə edilərək saxlanılmasını müəyyən edən sübut növü kimi qiymətləndirilə bilməz. - Bununla yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X4 ekspert komissiyasının 17 aprel 2025-ci il tarixli, 2167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. - İstintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən istinad etdiyi əsas sübutlar onun istifadəsində olmuş **********5 saylı mobil nömrəsinə daxil olmuş və göndərilmiş aşağıdakı məzmunda mesajlar olmuşdur: Təqsirləndirilən şəxs **********5 saylı mobil nömrəsindən göndərilən mesajlar: - 20.02.2025 tarixdə **********5 nömrəsindən **********30 nömrəsinə - “E burdayam getirmisemde mezelenirsen açmırsan” Təqsirləndirilən şəxs **********5 saylı mobil nömrəsinə gələn mesajlar: - 08.03.2025 tarixdə **********89 nömrəsindən **********5 nömrəsinə “Razindedi yaxındı 30 deyqe qaydiram birdefeliy skafda getirmelisen getir” - 13.03.2025 tarixdə **********00 nömrəsindən **********5 nömrəsinə - “Evde deylem yetm senol kisidede pul az idi yol pulu verdi ancaq, axsam tapıb kimnense ataram narahat olma 5 manatdıda” - xx.xx.2025 tarixdə **********60 nömrəsindən **********5 nömrəsinə “Bax kola alınırsa 5dik 5 manatda.atim. Cvb ver mene” - Məhkəmə istintaqı zamanı müvafiq mobil operatorlara sorğu verilərək nömrələrin məxsus olduğu şəxslər müəyyən edilmiş və əlavə şahid qismində məhkəmə iclasında iştirakları təmin olunmuşdur. Yuxarıda qeyd olunan şahid ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə edilərək daşınmasını təsdiq edən hər hansı sübut əldə olunmamışdır. Ümumiyyətlə mesajlardan yalnız biri - - (xx.xx.2025 tarixdə **********60 nömrəsindən **********5 nömrəsinə “Bax kola alınırsa 5dik 5 manatda.atim. Cvb ver mene”) narkotik vasitələrin satışı məzmunlu olmuşdur ki, həmin nömrənin sahibi Şahid4 əlavə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş, bununla bağlı heç kimə zəng etməmiş və SMS yazmamışdır. Azərbaycanda işlədiyi müddətdə iş yoldaşı olmuş Hüseynin onun telefonundan istifadə etməsi halı olmuşdur. O hesab edir ki, onun nömrəsindən göndərilən mesajları tanışı Hüseyn yazmışdır. Amma Hüseynin də narkotik vasitə istifadəçisi olması və ya olmaması barədə hər hansı məlumatı olmamış, Hüseynin narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Hüseynin əlaqə məlumatlarını, soyadını və ata adını bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Həqiqətən də elektron məhkəmə sisteminə baxış keçirilmiş və Şahid4 narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hər hansı fakt aıkar olunmamışdır. - Bundan başqa, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə 14 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində yerləşən “Arzu” şadlıq sarayının qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən bir büküm psixotrop maddə aşkar olunmuşdur. Həmçinin gəlinən nəticəyə görə Təqsirləndirilən şəxs həmin psixotrop maddəni elə tutulduğu gün günorta saatlarında, yəni tutulmazdan bir neçə saat əvvəl əldə etmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş, onun tutulmasından 02 ay, 12 gün əvvəl ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərində aşkar edilmiş və elə tutulduğu gün əldə etdiyi psixotrop maddənin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etmələri əsassız olmuşdur. - Bundan başqa, xx.xx.2025 tarixdə **********60 nömrəsindən **********5 nömrəsinə “Bax kola alınırsa 5dik 5 manatda.atim. Cvb ver mene” mesajında “kola” istənildiyi halda, Təqsirləndirilən şəxs üzərindən “psixotrop maddə metamfetamin” aşkar olunmuşdur. Həmçinin mesaj Təqsirləndirilən şəxs tərəfindən deyil, ona göndərilmişdir. Həmin mesaja isə Təqsirləndirilən şəxs hər hansı cavabı olmamışdır. - Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-784/2025 nömrəli, 09 fevral 2026-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə verilmiş və həmin ittiham üzrə şəxs 26 sentyabr 2025-ci il tarixdə, yəni hazırki cinayət işi üzrə saxlanıldığı vaxtdan sonra saxlanılmışdır. Əgər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş olsaydı həmin cinayət işi üzrə araşdırma zamanı bu hal aşkarlanmış olardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 371/2025 saylı, xx.xx.2025-ci il tarixli üç ulduzla işarələnmiş qərarında da yuxarıda əsaslandırılmış yanaşma tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab edərək onun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini və səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CMnin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 784/2025 nömrəli, 09 fevral 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun hazırki və 1(008)-784/2025saylı cinayət işi üzrə məhkəməyədək həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2026-cı il tarixli, 1(008)- 784/2025 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, o cümlədən, 1(008)-784/2025 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı saxlanıldığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, şəxs məhkəmə iclas zalından həbs olunaraq saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs- oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,686 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-540/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-540/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver