Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-541/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR. Ordubad rayonu. Dəstə kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR. Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olan, Bakı şəhəri. Sabunçu rayonu. Hövsan qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(010)-294/2024 saylı qərarına əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək AR ƏN PX-nin 3 X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29. 150.3.3, 150.3.3cü maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş. ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 oktyabr 2023-cü il tarixdə saat 16-17 radələri aralığında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Zərərçəkmiş şəxs məxsus bir metri 90 qəpik olan, ümumi dəyəri 3960 manat təşkil edən 4400 metr uzunluğunda FO-12 markalı bir top, bir metri 1 manat 10 qəpik olan, ümumi dəyəri 2530 manat təşkil edən 2300 metr uzunluğunda FO-24 markalı bir top olmaqla ümumilikdə iki ədəd top şəklində olan kabeli gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 6490 manat, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Zərərçəkmiş şəxs məxsus bir metri 90 qəpik olan, ümumi dəyəri 3690 manat təşkil edən 4100 metr uzunluğunda bir top, ümumi dəyəri 1440 manat təşkil edən 1600 metr uzunluğunda FO-12 markalı kabelləri gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 5130 manat, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 oktyabr 2023-cü il tarixdə saat 16-17 radələri aralığında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Zərərçəkmiş şəxs məxsus bir metri 90 qəpik olan, ümumi dəyəri 3960 manat təşkil edən 4400 metr uzunluğunda FO-12 markalı bir top, bir metri 1 manat 10 qəpik olan, ümumi dəyəri 2530 manat təşkil edən 2300 metr uzunluğunda FO-24 markalı bir top olmaqla ümumilikdə iki ədəd top şəklində olan kabeli gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 6490 manat, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dolanışıq məqsədilə fərdi olaraq internet xəttlərinin çəkilişi ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, belə ki, Zərərçəkmiş şəxs şirkəti üçün fərd olaraq internet xəttləri çəkmiş, aralarında da həmişə yaxşı münasibətləri olmuşdur. Vüsal isə onun yanında fəhlə kimi işləmişdir. Sonuncu ilə də həmişə yaxşı münasibətlərdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində gəzərkən Vüsalla birlikdə olmuşlar. Həmin vaxt Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində iki top internet xəttlərinin çəkilməsində istifadə edilən naqillərin küçədə olduğunu görmüş, pula ehtiyyacı olduğundan həmin kabelləri oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. Vüsala bildrmişdir ki, 2 top kabeli aparıb dediyi yerə qoysun, Vüsalda onun dediyi kimi eləmişdir, o, Zabrat qəsəbəsində yolun kənarında dayanmış evakuatoru sifariş etmişdir. Həmin gün saat 16-17 radələri aralığında evakuatorla kabellərin olduğu yerə gəlmiş, iki top kabeli evakuatora yükləmişlər. Oğurladıqları iki top kabeli Suraxanı rayonu ərazisinə gedərək orada yerləşən internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxsə 1000 manata satmışdır. X3 rayonu Hovsan qəsəbəsində görüşüb əldə etdiyi 1000 manat puldan 100 manat Vüsala vermişdir. Qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində gəzən vaxt yenidən orada iki top elektrik naqillərinin çəkilməsində istifadə edilən elektrik naqilləri görmüş, pula ehtiyacı olduğundan oğurlamaq qərarına gəlmişdir. Bundan sonra yolun kənarında dayanmış evakuatoru sifariş etmiş, həmin gün saat təxminən 17-18 radələrində evakuatorla kabellərin olduğu yerə gəlmişdir. Evakuator gəldikdən sonra həmin iki ədəd topu evakuatora yükləmiş, oğurladığı iki ədəd topu Suraxanı rayonu ərazisində yerləşən internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxsə 1000 manata satmışdır. Əldə etdiyi 1000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, İbrahim adlı şəxsə demişdir ki, internet kabelləri çəkən ustadır, satdığı kabellər çəkdiyi xəttlərdən artıq qalmışdır. Maaş əvəzi ona verilmişdir. İbrahimə kabelləri satarkən övladının xəstə olması səbəbindən ucuz satdığını bildirmiş və həmin kabelləri oğurluq yolu ilə əldə etməsi ilə bağlı heç bir məlumat verməmişdir. Kabelləri daşıdığı evakuator xidmətində işləyən evakuator sürücülərini əvvəllər tanımamış, həmin sürücülərlə heç bir münasibəti olmamışdır. Sürücülər onun sifarişi əsasında gəlmişlər, sürücülərə kabellərin özünə məxsus olduğunu demiş, oğurlaması ilə bağlı heç bir məlumat verməmişdir. Vüsal onun yanında günəmuzd fəhlə işləmişdir, o oğurluqda iştirak etməmişdir, sadəcə onun deməsinə əsasən kabelləri götürərək onun dediyi yerə aparıb qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində gəzərkən Vüsalla birlikdə olmuşlar. Həmin vaxt Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində iki top internet xəttlərinin çəkilməsində istifadə edilən naqillərin küçədə olduğunu görmüş, pula ehtiyacı olduğundan həmin kabelləri oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. Oğurluq etməyi Vüsala da təklif etdikdə sonuncu etiraz etməmiş, bundan sonra Zabrat qəsəbəsində yolun kənarında dayanmış evakuatoru sifariş etmişdir. Həmin gün saat 16-17 radələri aralığında evakuatorla kabellərin olduğu yerə gəlmiş, iki top kabeli Vüsalla birlikdə evakuatora yükləmişlər. Vüsal Zabrat qəsəbəsində qalmış, o isə oğurladıqları iki top kabeli Suraxanı rayonu ərazisinə gedərək orada yerləşən internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxsə 1000 manata satmışdır. X3 rayonu Hovsan qəsəbəsində görüşüb əldə etdiyi 1000 manat puldan 100 manat Vüsala vermişdir. Qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində gəzən vaxt yenidən orada iki top elektrik naqillərinin çəkilməsində istifadə edilən elektrik naqilləri görmüş, pula ehtiyyacı olduğundan oğurlamaq qərarına gəlmişdir. Bundan sonra yolun kənarında dayanmış evakuatoru sifariş etmiş, həmin gün saat təxminən 17-18 radələrində evakuatorla kabellərin olduğu yerə gəlmişdir. Evakuator gəldikdən sonra həmin iki ədəd topu evakuatora yükləmiş, oğurladığı iki ədəd topu Suraxanı rayonu ərazisində yerləşən internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxsə 1000 manata satmışdır. Əldə etdiyi 1000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İlkin olaraq oğurluq hadisəsini Vüsalla birlikdə etmiş, ikinci oğurluq hadisəsini isə tək etmişdir. İbrahim adlı şəxsə demişdir ki, internet kabelləri çəkən ustadır, satdığı kabellər çəkdiyi xəttlərdən artıq qalmışdır. Maaş əvəzi ona verilmişdir. İbrahimə kabelləri satarkən övladının xəstə olması səbəbindən ucuz satdığını bildirmiş və həmin kabelləri oğurluq yolu ilə əldə etməsi ilə bağlı heç bir məlumat verməmişdir. Kabelləri daşıdığı evakuator xidmətində işləyən evakuator sürücülərini əvvəllər tanımamış, həmin sürücülərlə heç bir münasibəti olmamışdır. Sürücülər onun sifarişi əsasında gəlmişlər, sürücülərə kabellərin özünə məxsus olduğunu demiş, oğurlaması ilə bağlı heç bir məlumat verməmişdir. Har iki oğurluq zamanı eyni evakuator vasitəsi ilə kabelləri daşımamış, hər dəfəsində kabelləri ayrı-ayrı evakuator sürücüləri daşımışlar. Nə onun, nə Vüsalın rəsmi olaraq iş yeri yoxdur. Onlar fərdi olaraq günəmtızd kimi Rüfətdən sifariş alıb internet kabelləri çəkirmişlər. Vüsal da onun yanında günəmtızd fəhlə işləyirmiş. Oğurladıqları kabellər də heç bir formada onlara etibar edilməmişdir. Həmin kabellər küçədə qoyulmuş, ətrafda heç kimin olmamasından istifadə edərək həmin kabelləri oğurlamışlar. Göstərdiklərini Vüsal təsdiqləyə bilər. Başqa heç bir cinayət hadisəsi etməmiş, polis əməkdaşlar tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Bütün evakuatorları 156 evakuator xidməti kimi tanıdığından ifadələrində göstərmişdir ki. 156 evakuator xidməti vasitəsi ilə evakuator sifariş etmişdir. Belə ki. o. hər iki oğurluq hadisəsi zamanı yolun kənarında dayanmış hər dəfəsində ayrı-ayrı evakuator sürücüləri vasitəsi ilə kabelləri daşımışdır. Qeyd olunanlarla bağlı hazırkı ifadəsinin doğru qəbul edilməsini xahiş edir. Heç bir 156 xidmətinə zəng edib oradan evakuator sifariş etməmiş, kabelləri daşıdığı evakuator sürücülərini hazırda görsə tanımaz. Həmin şəxslərin onda heç bir əlaqə vasitələri yoxdur. Avtomobillərin də dövlət qeydiyyat nişanı və markasını xatırlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 yanında fəhlə kimi internet kabelləri çəkmiş, həmişə yaxşı münasibətlərdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Raminlə birlikdə gəzən vaxt Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində iki top internet xəttlərinin çəkilməsində istifadə edilən naqillərin küçədə olduğunu görmüşlər. Raminin deməsinə əsasən həmin kabelləri götürüb onun dediyi yerə aparıb qoymuşdur, həmin kabelləri o evakuatora yükləməmişdir, oğurluq əməlindən onun məlumatı olmamışdır, sonradan Ramin ona 100 manat pul vermişdir, lakin əmək haqqı olaraq vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona hadisədən sonra zəng vurmuş, kabellərin oğurlanması barədə məlumatının olub olmamasını soruşmuş, o da bu barədə heç nə bilmədiyini bildirmişdir, nə üçün belə deməsini izah edə bilmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, hazırda valideynləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq fəhləlik etmişdir. Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, onun yanında fəhlə kimi internet kabelləri çəkmiş, həmişə yaxşı münasibətlərdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Raminlə birlikdə gəzən vaxt iki top internet xəttlərinin çəkilməsində istifadə edilən naqillərin küçədə olduğunu görmüşlər. Ramin həmin vaxt pula ehtiyacı olduğunu bildirmiş, kabelləri oğurlayıb sataraq pul əldə etmələrini təklif etmiş, o da etiraz etməmişdir. Bundan sonra Ramin evakuator çağırmış, həmin gün saat təxminən 16-17 radələri aralığında Ramin evakuatorla kabellərin olduğu yerə gəlmişdir. Ramin evakuatorla gəldikdən sonra iki ədəd topu sonuncu ilə birlikdə evakuatora yükləmişlər. Zabrat qəsəbəsində qalmış, Ramin isə kabelləri satıb gələcəyini demişdir. Təxminən bir-iki saat sonra Raminlə zəngləşib Suraxanı rayonu Hovsan qəsəbəsində görüşmüşlər. Orada Ramin ona oğurladıqları kabelləri satması müqabilində əldə etdiyi puldan 100 manat vermişdir. İfadəsində göstərdiyi oğurluq hadisəsini Raminlə etmiş, onun oğurladıqları kabelləri, hara, kimə və neçəyə satması barədə məlumatı yoxdur. Evakuatoru Ramin çağırmış, onun evakuatoru necə çağırması barədə isə məlumatı yoxdur. Raminin 156 evakuator xidməti və ya başqa yolla evakuator çağırmasından xəbərsizdir. Bu səbəbdən də qeyd olunanla bağlı ətraflı heç bir məlumat verə bilməz. Kabelləri yüklədiyi evakuator xidmətində işləyən evakuator sürücüsünü əvvəllər tanımamış və heç bir münasibətləri olmamışdır. Sürücü sifariş əsasında gəlmiş, Ramin həmin sürücüyə kabellərin özünə məxsus olduğunu demiş, kabelləri oğurlamaları ilə bağlı heç bir məlumat verməmişdir. Nə onun, nə də Raminin rəsmi olaraq iş yeri yoxdur, onlar fərdi olaraq günəmuzd kimi internet kabelləri çəkirmişlər. O da Raminin yanında günəmuzd fəhlə işləmişdir. Oğurladıqları kabellər də heç bir formada onlara etibar edilməmişdir. Həmin kabellər küçədə qoyulmuş vəziyyətdə olmuşdur. Ətrafda heç kimin olmamasından istifadə edərək həmin kabelləri oğurlamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 onun qardaşıdır. Qardaşı fərdi olaraq internet kabellərinin çəkilişi ilə bağlı fərdi sahibkarlıqla məşğul olur, hazırda da “Metronet” şirkəti ilə müqaviləsi vardır, o isə etibarnamə əsasında rəsmi olaraq qardaşı Şahid2 nümayəndəsidir və "Metronet” şirkətinin internet kabellərini müqaviləyə əsasən çəkir. Faktiki olaraq iş sahibi odur. Təqsirləndirilən şəxs1 2021-ci ildən tanıyır. Belə ki, sonuncu günəmuzd olaraq kabel çəkilişləri zamanı fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamış, onu Raminin yanında fəhlə kimi işləyərkən görmüş, adının Vüsal olmasını da ona Ramin demişdir. Vüsalla əvvəllər heç bir münasibəti və ya ədavəti olmamışdır. İnternet çəkilişində istifadə olunan kabellər “optik” kabellərdir, həmin kabellər yalnız internet çəkilişində istifadə olunur və başqa heç yerdə istifadə olunmur. 2023-cü ilin oktyabr ayında Sabunçu rayonu Zabrat qəsəbəsində internet kabelləri çəkirmişlər. Ramin də günəmuzd olaraq Sabunçu rayonu Zabrat qəsəbəsində internet xətləri çəkilən zaman fəhlə kimi işləmişdir. Sabunçu rayonu Zabrat qəsəbəsində S.Ə.Şirvani küçəsində çəkilən kabellərin iki ədəd top olmaqla bir top 4400 metr, FO-12 markalı, bir metri 90 qəpik olmaqla 3960 manat olan, digər topda isə 2300 metr, FO-24 markalı, bir metri 1 manat 10 qəpik olan 2530 manat dəyərində kabel qalmışdır. Təxminən xx.xx.2023-cü il tarixdə təftiş apararkən sözü gedən kabellərin oğurlandığını aşkar etmişdir. Həmin kabellərin yalnız internet çəkilişində istifadə olunmasını bildiyindən fikirləşmişdir ki, özü internet kabelləri çəkən şəxslərlə əlaqə saxlamışdır. Kabellərin olduğu yerin yaxınlığında yerləşən kameralara baxan zaman müəyyən etmişdir ki, Raminin yanında gördüyü adının sonradan Vüsal olduğunu bildiyi şəxs kabelləri götürür. Raminə zəng edərək sonuncunu çağırmış və Vüsalla birlikdə kabelləri oğurladığını söyləmişdir. Ramin də kabelləri oğurlamadığını demişdir. Sonradan işləri olduğu üçün polisə məlumat verməmiş, 2023-cü ilin noyabr ayında da Sabunçu rayonu Zabrat qəsəbəsində internet kabelləri çəkmiş, yenə də Sabunçu rayonu Zabrat qəsəbəsində S.Ə.Şirvani küçəsində çəkilən kabellərdən iki ədəd top olmaqla bir top 4100 metr, FO-12 markalı, bir metri 90 qəpik olmaqla 3690 manat olan, digər topda isə 1600 metr, FO-12 markalı, bir metri 90 qəpik olan 1440 manat dəyərində kabel qalmışdır. xx.xx.2023-cü il tarixdə yenidən təftiş apararkən müəyyən etmişlər ki, qeyd olunan iki ədəd kabel də naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra dərhal oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gələrək hadisə barədə onun ərizə və izahatını almışlar, hadisə yerinə də baxış keçirmişlər. İlkin oğurluq zamanı əldə etdiyi videonu polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları sonradan ona bildirmişlər ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişlər. Qardaşı Şahid2 nümayəndəsi olsa da oğurlanmış bir top 4400 metr, FO-12 markalı, bir metri 90 qəpik olmaqla 3960 manat olan, bir top 2300 metr, FO-24 markalı, bir metri 1 manat 10 qəpik olan 2530 manat dəyərində olan, bir top 4100 metr, FO-12 markalı, bir metri 90 qəpik olmaqla 3690 manat olan, bir top 1600 metr, FO-12 markalı, bir metri 90 qəpik olan 1440 manat dəyərində olan kabelin faktiki sahibi odur, həmin kabelləri öz vəsaiti hesabına almış, oğurluq nəticəsində də ziyan faktiki olaraq ona dəymişdir. Hər iki oğurluq hadisəsi zamanı oğurlanmış kabellər heç bir formada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibar olunmamış, sonuncu və Təqsirləndirilən şəxs1 heç bir formada rəsmi olaraq onların işçisi olmamışdır. Ramin günəmuzd olaraq fəhlə kimi işləmiş, Vüsalı isə Ramin özü ilə gətirmiş, Vüsal Raminə kömək etmiş, DİN-in 102 xidmətinə məlumat verərkən, həmçinin 15-ci PB-də izahat verərəkən həyəcanlı olmuş, ola bilsin ki, dəymiş ziyanı tam qeyd edə bilməmişdir. Hazırda isə tam təftiş aparmış və bildirir ki, ona hər iki oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyan 11620 manatdır. Oğurluq nəticəsində oğurlanmış kabellərin qaimələrini istintaq orqanına təqdim etmişdir. Oğurlanmış kabelləri Ramin İbrahim adlı şəxsə satmış, polis əməkdaşları tərəfindən də həmin kabellərdən 3 top olmaqla, 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO- 12 kabelləri götürülmüş və ona qaytarılmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Vüsal və Ramin tərəfindən oğurlanmış kabellərin əksəriyyəti ona qaytarılmış, təxminən həmin epizod üzrə ödənilməyən ziyan 900 manat təşkil edir, həmin ziyanı Ramindən tələb edir, Raminin tək olaraq törətdiyi epizod üzrə isə ona dəymiş ziyan ödənilməmişdir. İlk olaraq hadisədən sonra Vüsalı yığıb hadisə barədə soruşmuş, Vüsal isə kabellərin kim tərəfindən oğurlanması barədə ona məlumat verməmişdir, sonradan video çəkilişdən həmin kabelləri götürən şəxsin Vüsal olduğunu görmüşdür. Hazırda Təqsirləndirilən şəxs2la barışmış, ona qarşı şikayət və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs1 şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini Ramindən tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dolanışıq məqsədilə fərdi sahibkarlıqla, yəni, fərdi olaraq internet kabellərinin çəkilişi ilə məşğul olur. Hazırda da “Metronet” şirkəri ilə müqaviləsi vardır. Zərərçəkmiş şəxs onun qardaşıdır, ona etibarnamə vermiş, Rüfət etibarnamə əsasında rəsmi olaraq onun nümayəndəsidir və “Metronet” şirkətinin internet kabellərini müqaviləyə əsasən Rüfət çəkir. Vöen onun adına olsa da faktiki olaraq iş sahibi Rüfətdir. Oğurluq hadisələri zamanı oğurlanmış kabelləri qardaşı Rüfət öz vəsaiti hesabına almışdır. Faktiki olaraq da oğurlanmış kabellərin sahibi qardaşıdır. Rüfət oğurluq hadisələri barədə polisə müraciət etdikdən sonra ona kabellərin oğurlanması barədə bildirmişdir. Onun oğurluq hadisələri barədə məlumatı olmadığından ətraflı heç bir məlumat verə bilməz. 050-212- 45-88 nömrəsi qardaşı Rüfətə məxsusdur. DİN-in 102 xidmətinə ***-***-**-** nömrədən qardaşı Rüfət zəng etmişdir. Sadəcə vöen onun adına olduğundan qardaşı oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə onun adından şikayət etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq Suraxanı rayonu ərazisində internet kabellərinin çəkilişi ilə məşğul olur. Ramini tanıyır, bilir ki, sonuncu internet kabellərinin çəkilişində usta işləyir. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsində nömrəsiz fərdi yaşayış evini kirayədə götürmüş, həmin evin həyətyanı sahəsində də internet xəttlərinin çəkilməsində istifadə edilən kabelləri saxlamış, həm də evi ofis kimi istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ofis kimi istifadə etdiyi nömrəsiz fərdi yaşayış evində olarkən Ramin gəlmiş və ona bildirmişdir ki, o, Sabunçu rayonu Zabrat qəsəbəsində internet kabellərinin çəkilişində fəhlə kimi işləmiş, gördüyü işin müqabilində pul əvəzi internet çəkilişində istifadə edilən kabel verilmiş, həmin kabelləri satmaq istəyir, övladı xəstə olduğu üçün də kabelləri ucuz qiymətə satır. Ramindən kabellərin markası barədə soruşduqda sonuncu kabellərin bir top 4400 metr, FO-12 markalı, bir top 2300 metr, FO-24 markalı olmasını bildirmişdir. Sözü gedən kabellərdən o da istifadə etdiyindən etiraz etməmiş və Raminlə kabellərin dəyərini 1000 manata razılaşmışlar. Ramin kabelləri axşam gətirəcəyini bildirmiş, bundan sonra həmin gün saat 18 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ofis kimi istifadə etdiyi nömrəsiz fərdi yaşayış evində olarkən Ramin razılaşdıqları kimi ofisinə sözü gedən satmaq istədiyi kabelləri gətirmişdir. Kabellərə baxmış, kabellərdə problem olmadığı üçün almış və Raminə 1000 manat pul ödəmiş, Ramin də çıxıb getmişdir. Təxminən bir ay sonra xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ofis kimi istifadə etdiyi nömrəsiz fərdi yaşayış evində olarkən Ramin gəlmiş və ona bildirmişdir ki, Sabunçu rayonu Zabrat qəsəbəsində internet kabellərinin çəkilişində fəhlə kimi işləmiş, ona gördüyü işin müqabilində pul əvəzi internet çəkilişində istifadə edilən kabel verilmişdir. O da həmin kabelləri satmaq istəyir. Övladı xəstə olduğu üçün də kabelləri ucuz qiymətə satır. Ramindən kabellərin markası barədə soruşduqda sonuncu, bildirmişdir ki, kabellər iki ədəd top olmaqla bir top 4100 metr, digər top isə 1600 metr, FO- 12 markalı kabellərdir. Sözü gedən kabellərdən istifadə etdiyindən etiraz etməmiş və Raminlə kabellərin dəyərini 1000 manata razılaşmışlar. Ramin kabelləri axşam gətirəcəyini bildirmişdir. Həmin gün saat 18-19 radələrində o, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ofis kimi istifadə etdiyi nömrəsiz fərdi yaşayış evində olarkən Ramin razılaşdıqları kimi qeyd etdiyi ofisə sözü gedən satmaq istədiyi kabelləri gətirmiş, o, kabellə baxmış və kabellərdə problem olmadığı üçün almışdır. Kabellərin müqabilində də Raminə 1000 manat pul ödəmiş, bundan sonra Ramin də çıxıb getmişdir. Ramin ona satdığı kabellərin Sabunçu rayonu Zabrat qəsəbəsində fəhlə işləyərkən pul müqabilində verildiyini demiş, o da internet kabelləri çəkdiyindən artıq kabel qaldığı təqdirdə işçilərə pul müqabilində verildiyini bilirmiş. Bu səbəbdən Ramindən şübhələnməmişdir. Sonuncudan nə səbəbə həmin kabelləri ucuz satmasını soruşduqda Ramin uşağının xəstə olmasını, təcili pul lazım olduğunu, bu səbəbdən də kabelləri ucuz satdığını bildirmişdir. Həm də Raminin fəhlə kimi internet kabelləri çəkdiyini bildiyindən sonuncuya inanmışdır. Lakin sonradan polis əməkdaşlarından bilmişdir ki, Raminin satdığı kabellər oğurluq yolu ilə əldə edilmişdir. Bu barədə göstərdiklərini Ramin də təsdiqləyə bilər. Ramin ona cəmi iki dəfə ifadəsində göstərdiyi kabelləri satmış, başqa kabellər satmamışdır. Kabellərin bir hissəsini internet kabellərinin çəkilişində istifadə etmiş, bir hissəsini isə polis əməkdaşlarına təqdim etmişdir. Ramin kabelləri onun ofisinə hər dəfə evakuator vasitəsilə gətirmiş, lakin onun, evakuator sürücülərinin şəxsiyyətləri, əlaqə vasitələri, avtomobillərinin markası, dövlət qeydiyyat nişanları barədə məlumatı yoxdur (i.v.151-152); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi və götürmə haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən yaşayış evlərinin yaxınlığında hadisənin baş verdiyi yerə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.11-13); Baxış keçirilməsi barədə 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, araşdırma zamanı vermiş olduğu izahatında göstərdiyi Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində naqilləri oğurladıqdan sonra həmin naqilləri satdığı yeri göstərsin. Həmin vaxt Təqsirləndirilən şəxs1 heç bir etiraz bildirmədən könüllü olaraq özünün verdiyi istiqamətlər əsasında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlmişdir. O. həmin evi göstərib bildirmişdir ki, həmin evi internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxs anbar və ofis kimi istifadə edir, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində oğurladığı naqilləri həmin evdə İbrahim adlı şəxsə satmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi ünvanda İbrahim adlı şəxsin olması müəyyən edilmiş və həmin şəxsin şəxsiyyəti Şahid1 olaraq müəyyənləşdirilmişdir. Baxış zamanı Şahid1 anbar və ofis kimi istifadə eldiyi Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində və evinin qarşısında küçədə 3 top kabel müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, müəyyən edilmiş 3 top naqilləri Sabunçu rayonu, Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsindən oğurlamış və Şahid1 satmışdır. Təqsirləndirilən şəxs1 baxış zamanı göstərdiyi kabelləri satmasını Şahid1 da təsdiq etmişdir. Baxış zamanı həmin toplardakı kabelləri Zərərçəkmiş şəxs də tanımışdır. Bildirmişdir ki, ərizə və izahatında göstərdiyi oğurlanmış kabellər Şahid1 anbar və ofis kimi istifadə etdiyi Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində və evin qarşısında müəyyən edilmiş kabellərdir. Həmin kabelləri ölçüsündən, formasından tanımışdır. Baxış zamanı müəyyən edilmiş kabellər ölçülmüş və müəyyən edilmişdir ki, həmin kabellər 3 top olmaqla 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO-12 kabelləridir. Baxış zamanı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 aldığı kabellərin bir qismini istifadə etmişdir, kabellərin bir qismi isə qalmışdır. Qalıq kabelləri təqdim etmişdir. İş üçün əhəmiyyət kəsb edən 3 top olmaqla 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO-12 kabelləri götürüldü. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edildi (i.v.16-21); Qəbzdən görünür ki, 3 top olmaqla 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO-12 kabelləri Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.23); 26 noyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.41); 26 noyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.64); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-874/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir(i.v.117-122); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-875/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir(i.v.123-128); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qəimkan tədbiri seçilmişdir (i.v.129-130); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.133-134); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xarici görünüşündən Təqsirləndirilən şəxs2 bənzəyən bir nəfər şəxs top şəklində kabelləri bilinməyən istiqamətdə aparır. Həmçinin görüntülərdə hadisənin baş vermə tarixinin xx.xx.2023-cü il olması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntülərdəki şəxs odur. Həmin görüntülər ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2023-cü il tarixdə saat 16-17 radələri aralığında kabel oğurlamalarının görüntüləridir. Həmin görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir (i.v.149); Axtarış elan edilməsi haqqında 01 yanvar 2024-c il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, saxlanıldığı zaman Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.160-161); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 29, 150.3.3. 150.3.3-cü maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 ilə artırılmış, xx.xx.2020-ci ildə Nərimanov rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.165-166; i.v.170-184; 185-189); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3. 177.2.4-cü maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 177.2.1. 177.2.2. 177.2.3. 177.2.4-cü maddələrinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 76-cı madəsinə əsasən 08 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.167-169); Axtarışda olan şəxsin tutulması barədə 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.191); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v.194-195); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.197-198); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.213-214); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 noyabr 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v.228-229); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.233-236); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qəimkan tədbiri seçilmişdir (i.v.237-238); Sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, oğurluq hadisəsi ilə əlaqədar maraq kəsb edən görüntülərin olduğu 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.241-252); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(010)-294/2024 saylı qərarından görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yanında fəhlə kimi internet kabelləri çəkmiş, həmişə yaxşı münasibətlərdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində Raminlə birlikdə gəzən vaxt Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində iki top internet xəttlərinin çəkilməsində istifadə edilən naqillərin küçədə olduğunu görmüşlər. Raminin deməsinə əsasən həmin kabelləri götürüb onun dediyi yerə aparıb qoymuşdur, həmin kabelləri o evakuatora yükləməmişdir, oğurluq əməlindən onun məlumatı olmamışdır, sonradan Ramin ona 100 manat pul vermişdir, lakin əmək haqqı olaraq vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Vüsal və Ramin tərəfindən oğurlanmış kabellərin əksəriyyəti ona qaytarılmış, təxminən həmin epizod üzrə ödənilməyən ziyan 900 manat təşkil edir, Raminin tək olaraq törətdiyi epizod üzrə isə ona dəymiş ziyan ödənilməmişdir. İlk olaraq hadisədən sonra Vüsalı yığıb hadisə barədə soruşmuş, Vüsal isə kabellərin kim tərəfindən oğurlanması barədə ona məlumat verməmişdir, sonradan video çəkilişdən həmin kabelləri götürən şəxsin Vüsal olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 göstərilən xüsusatla bağlı məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona hadisədən sonra zəng vurmuş, kabellərin oğurlanması barədə məlumatının olub olmamasını soruşmuş, o da bu barədə heç nə bilmədiyini bildirmişdir, nə üçün belə deməsini izah edə bilmir. Bundan başqa, iş üzrə digər Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı oğurluq hadisəsində Təqsirləndirilən şəxs2 iştirak etməməsini göstərsə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, “...Oğurluq etməyi Vüsala da təklif etdikdə sonuncu etiraz etməmiş, bundan sonra Zabrat qəsəbəsində yolun kənarında dayanmış evakuatoru sifariş etmişdir. Həmin gün saat 16-17 radələri aralığında evakuatorla kabellərin olduğu yerə gəlmiş, iki top kabeli Vüsalla birlikdə evakuatora yükləmişlər. Vüsal Zabrat qəsəbəsində qalmış, o isə oğurladıqları iki top kabeli Suraxanı rayonu ərazisinə gedərək orada yerləşən internet kabellərinin çəkilişi ilə məşğul olan İbrahim adlı şəxsə 1000 manata satmışdır. X3 rayonu Hovsan qəsəbəsində görüşüb əldə etdiyi 1000 manat puldan 100 manat Vüsala vermişdir. Qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir...” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 məsuliyyətdən yaxa qurtarması üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xarici görünüşündən Təqsirləndirilən şəxs2 bənzəyən bir nəfər şəxs top şəklində kabelləri bilinməyən istiqamətdə aparır. Həmçinin görüntülərdə hadisənin baş vermə tarixinin xx.xx.2023-cü il olması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntülərdəki şəxs odur. Həmin görüntülər ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2023-cü il tarixdə saat 16-17 radələri aralığında kabel oğurlamalarının görüntüləridir. Həmin görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini və iş materiallarında olan sübutları qarşılıqlı təhlil edərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri daha inandırıcıdır, həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14), əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü və Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü və 83.4-cü maddələrinə ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-59.1.12) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu yetkinlik yaşına çatmayan tərəfindən törədilmiş cinayətlərə görə məhkum olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixadək olan 04 (dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(010)-294/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs2 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübutlar- 3 top olmaqla 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO-12 kabellərin Zərərçəkmiş şəxs təhvil verilməsi, 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 26 noyabr 2023cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixadək olan 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 3 top olmaqla 1 top 1200 metr, 1 top 2600 metr, 1 top 4100 metr FO-12 kabellərin Zərərçəkmiş şəxs təhvil verilməsi, 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-541/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-541/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver