Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-542/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 22 avqust 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 88, mənzil 83 qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 58, mənzil 43-də yaşayan, barəsində həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadaraq, onu mebel dəstini düzəltmə kimi yalan vədlər verib 18 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən mebel sexində Zərərçəkmiş şəxs 1.000 manatı alandan sonra öz cinayət əməllərini davam etdirərək 09 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs mebeli düzəldirməsi üçün əlavə 500 manatın verilməsinin zəruriliyini bildirib həmin tarixdə Zərərçəkmiş şəxs Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən E-Manat terminalı vasitəsi ilə 500 manat məbləğində pulu cinayətdən xəbərsiz olan arvadı X3 məxsus olan 4169 7388 0238 4317 saylı kartına göndətdirib ələ keçirərək bununlada vahid niyyətlə Zərərçəkmiş şəxs 1.500 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, mebel dizayneridir. O Zabrat qəsəbəsində yerləşən mebel sexini icarəyə götürüb işlədirdi. Lakin sonradan maddi vəziyyəti pisləşdiyinə görə və sifarişlər olmadığına görə o sexi 2022-ci ilin dekabr ayında sahibinə təhvil vermişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından tanıyır. İlkinlə o müştərisi Kamran adlı şəxsin vasitəsi ilə tanış olmuşdu. Kamran üçün o mebel düzəltmişdi və İlkin onun işini bəyəndiyinə görə ona 2022-ci ilin iyun ayının axırlarında zəng vuraraq mebel sifarişini etmişdir. Həmin ərəfədə ***-***-**-** saylı nömrəni işlədirdi. İlkin onu 2022-ci ilin iyun ayının axırlarında Naxçıvani küçəsində yerləşən evinə dəvət etmiş və o orada ona lazım olan ölçüləri götürmüşdür. Ölçüləri götürəndən sonra İlkininin sifariş etdiyi mebelin qiyməti 3.000 manat təşkil etmiş və onlar həmin qiymətə razılaşmışlar. Lakin həmin vaxtı İlkin ona beh vermədi və məsələni dondurdu, o da İlkinlə əlaqə saxlamadı. Bundan sonra 2023-cü ilin yanvar ayında İlkin yenədə onun istifadə etdiyi mobil nömrəsinə zəng vurub həmin sifariş etdiyi mebeli barədə maraqlanmışdı. İlkin onu 17 yanvar 2023-cü il tarixdə yaşadığı Naxçivani küçəsinə yerləşən ünvanı dəqiq xatırlamadığı evə dəvət etmişdir. Ölçüləri götürəndə İlkinlə onun istədiyi mebelini düzəltmək üçün 3.000 manata razılığa gəlmişdir. Sifarişi həyata keçirmək üçün o İlkindən 1.000 manat material pulunu istəmişdi. İlkin ona əvvəldən 1.000 manat pul verməli idi. O İlkinə sifariş etdiyi mebeli düzəldib evinə quraşdırıb təhvil verəndən sonra qalan 2.000 manatı ona ödəyəcəkdi. Səhəri günü, 18 yanvar 2023-cü i tarixdə o İlkinlə votsapla əlaqə saxladı və saat 12:00 radələrində İlkini M.Hadi küçəsi 136A ünvanda yerləşən binanın alt hissəsində olan mebel sexinə dəvət etdi. Həmin mebel sexinə İlkin bir nəfər cavan oğlanla gəldi. Orada İlkin həmin şəxsin yanında cna 1.000 manat məbləğində pulu verdi. O İlkinə söz verdi ki, fevral ayının 10-na kimi o ilkinin sifariş etdiyi mebelləri düzəldib təhvil verəcək. Bundan sonra şəxsi problemləri ilə əlaqədar o pulları öz ehtiyyaclarına xərclədi v ə İlkinə mebeli düzəldə bilmədi. 09 fevral 2022-ci il tarixdə İlkin ona zəng vurub mebelləri ilə maraqlanmışdı. O İlkinə xalasının rəhmətə getdiyini bildirmiş və ona yenədə mebel sifarişinə görə 500 manatı göndərməyi xahiş etmişdir. O İlkinə arvadı Arzunun adına olan 4169 7388 0238 4317 saylı kartını göndərmişdir. İlkin 500 manatı pulu həmin karta göndərmişdir. Həmin 500 manatı öz ehtiyyaclarına xərcləmişdir. Mebeli isə düzəltdirib təhvil verə bilməmişdir. Hal-hazırda dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan mebel dəstini düzəltmə kimi yalan vədlər verib 18 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən mebel sexində 1.000 manat almışdır. Sonradan 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mebeli düzəldirməsi üçün əlavə 500 manatın verilməsinin zəruriliyini bildirmişdir. Həmin tarixdə Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən E-Manat terminalı vasitəsi ilə 500 manat məbləğində pulu Təqsirləndirilən şəxs arvadı A.V.Amanovaya məxusu olan 4169 7388 0238 4317 saylı kartına göndərmişdir.Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. 18 yanvar 2023-cü il tarixdə səhər saatlarında dostu İlkin onunla birlikdə Xətai rayonun ərazisinə mebel sexinə getməsini xahiş etmişdir. İlkin ona Təqsirləndirilən şəxsla 3.000 manat məbləğində mebel düzəltmək barəsində razılaşdığını demişdir. Onlar Samirə 1.000 manat beh vermişlər. Sexdə olduqları zaman Samir İlkindən həmin mebeli düzəltməsi üçün beh kimi 1000 manatı istəmişdir. İlkində onun yanında Samirə həmin sexdə 1.000 manat vermişdir. İlkinin Samirə 1.000 manatı verdiyini o hər ehtimala qarşı öz telefonunda videoya çəkmişdi. Samir İlkindən 1.000 manatı alandan sonra İlkinə söz vermişdi ki, fevral ayininin 5-10 tarixlərdə mebel sifarişlərini hazır edəcək və həmin tarixdə mebelləri İlkinin evinə quraşdırıb təhvil verəcək. Bundan sonra İlkinlə o Samirin işlədiyi sexdən çıxıb getmişlər. 23 fevral 2023-cü il tarixdə İlkin ona, Samir onu aldadıb 1.500 manat məbləğində pulu ələ keçirib, ona söz verdiyi kimi mebelləri düzəltmədiyini və təhvil vermədiyini bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 10 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X2 Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə jörə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışıq ərizələrini nəzərdən keçirib, dəymiş ziyanın ödənilməsini, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)542/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından həbsdən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-542/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-542/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver