Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-542/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sərbəst mühasib fəaliyyəti ilə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aidatma yoiu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 oğiunun oğlu Səxavət Yaqnaliyevi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldilməsində köməklik edəcəyini vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan bağları yaşayış massivində yerləşən «Asfalt zavod» ərazisində 4000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 oğlu Əli Nəsibovu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldilməsində köməklik edəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 sonuncunun yaşadığı xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, BTZ bağlan ərazisində yerləşən fərdi evdə 3000 manat, ikinci dəfə xx.xx.2023-cü il tarixdə həmin ünvanda 1100 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 2-ci Qarabağ müharibəsi əlili olduğunu bilib ona dövlət tərəfindən avtomobil verilməli olduğunu deyərək adını növbəyə yazdırmaq adı ilə vəd verib aldadıb guya 2023-cü ilin noyabr ayının 08-də “Xəzər” markalı avtomobili ona verəcəklərini bildirib etibarından sui-istifadə etmə yolu ilə 2023-cü ilin aprel ayının ikinci on günlüyündə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ilə G.Qarayev küçələrinin kəsişməsində yerləşən “Badam” kafesində 1500 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs6 sosial yardım düzəldəcəyinə vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən "xxxx" MTK yaşayış kompleksinin yanında yerləşən obyektdə Təqsirləndirilən şəxs ona verdiyi “4169 7385 7215 9857” nömrəli kart hesabına göndərdiyi 300 manat pulu ikinci dəfə 25 noyabr 2023-cü il tarixdə eyni kart hesabına 250 manat göndərilən pulu və sonuncu dəfə 25 noyabr 2023-cü il tarixdə eyni kart hesabına göndərdiyi 82 manat pulu ələ keçirərək vədinə əməl etməmiş Zərərçəkmiş şəxs6 oğiuna ümumiiikdə 632 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs ona verdiyi “4169 7385 7215 9857” kart hesabına ilk dəfə 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən "Star-market”də quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 500 manat pulunu, sonuncu dəfə 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Uğur-market”də quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 2000 manat pulu alıb ələ keçirməklə vədinə əmələ etməyərək Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs7 Sosial Müdafiə Fondundan 50 qutu bal arısı alıb verəcəyi adı ilə vəd verib aldatmaqla 2023-cü ilin avqust ayının son on günlüyündə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ilə G.Qarayev küçələrinin kəsişməsində yerləşən “Badam” kafesində 800 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs7 800 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qızı X7 «Hədəf» kurslarına tarix müəlliməsi kimi işə düzəltmək adı ilə vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2023-cü ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində 500 manat pulunu, ikinci dəfə 12 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən “Ordubad” marketdə quraşdırılmış Miiliön ödəmə terminalından Təqsirləndirilən şəxs 4169 7385 7215 9857 nömrəii kart hesabına 500 manat, sonuncu dəfə 25 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Hipper» marketdə quraşdırılmış Miiliön ödəmə terminalından 500 manat pulu cinayətdən xəbəri olmayan tanışı Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi “4169 7385 7215 9857” nömrəli kart hesabına göndərilən pulu ələ keçirməklə vədinə əmə! etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat yoldaşı X4 təqaüd düzəltmək adı ilə vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 02 noyabr 2023-cü i! tarixdə ünvan 2 ünvanında 1000 manat pulunu, ikinci dəfə 12 noyabr 2023-cü il tarixdə həmin ünvanda 1000 manat pulunu, üçüncü dəfə Təqsirləndirilən şəxs verdiyi “4169 7385 7215 9857” nömrəli kart hesabına 1300 manat göndərdiyi pulu sonucu dəfə 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən «Oba» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə eyni kart hesabına 700 manat göndərilən pulu ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 Şahid3 Ağayar oğlu vasitəsi ilə tanımışdır. O, İxtiyara oğlunun FHN-də mülki işçi kimi işə düzəlməsi üçün ümumilikdə 8000 manat pul lazım olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 ilkin olaraq 4000 manat pul verməli olduğunu demişdir, iş düzəldikdən sonra isə qalan 4000 manatı da verəcəyini demişdir. İxtiyar onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində Rasimin idarə etdiyi avtomobildə İxtiyar kişinin oğlu Səxavət ona 4000 manat pul vermişdir. O, isə Səxavətin hərbi biletinin və şəxsiyyət vəsiqəsinin şəkillərini telefonu ilə çəkib işin təxminən may ayında həll olunacağını vəd vermişdir. Bundan sonra o, aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir və Zərərçəkmiş şəxs3 oğlunun işə düzəlməsi üçün heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs4 Rasim vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə Rasimlə Zərərçəkmiş şəxs4 yaşadığı ünvana getmişlər. O, Ehtiramla tanış olub ona oğlunu 8000 manat müqabilində FHN-nə işə düzəldə biləcəyini demişdir. O, ona həmin məbləğin yarısını indi yarısını sonra verməli olduğunu demişdir. Həmin gün Ehtiram yaşadığı evdə ona 3000 manat verə biləcəyini bildirib həmin pulu ona vermişdir. xx.xx.2023-cü il tarixdə isə əlavə olaraq 1100 manat pul da ona vermişdir. Bundan sonra o, aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş və Zərərçəkmiş şəxs4 oğlunun işə düzəlməsi üçün heç bir iş görməmişdir. O, Zaurun vasitəsi ilə Fuzuli Məmmədov, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 ilə ayrı-ayrılıqda müxtəlif vaxtlarda 2023-cü ilin noyabr ayından Səbail rayonu Badamdar qəsəbəsində olan “Badam” kafesində görüşmüşlər. Belə ki, o, Badam kafesində olan zaman söhbət etdikdə Zərərçəkmiş şəxs5 2-ci Qarabağ müharibəsi əlili olduğunu bilmişdir. O, ona dövlət tərəfindən avtomobil verilməli olduğunu bildirib adını növbəyə yazdırmaq adı ilə 2023-cü ilin aprel ayından “Xəzər” markalı avtomobilin ona veriləcəyini deyib inandıraraq 2023-cü ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ilə G.Qarayev küçələrinin kəsişməsində yerləşən “Badam” kafesində görüşüb 1500 manat pulu almışdır. Bundan bir müddət sonra yenə də Fizuli ilə danışıb söhbət edən zaman Fizuli ondan Sosial Müdafiə fondundan xırda və iri buynuzlu heyvan almaq istədiyini və o, da bu işdə ona köməklik edəcəyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 ilə Badam kafesində görüşüb söhbət edən zaman o, işə düzəlmək istəməsini demişdir. O, Tofiqlə söhbət edən zaman onun FHN-də işə düzəlməsi ilə bağlı hörmət etmək lazım olduğunu bildirmişdir. Tofiq onun dedikləri ilə razılaşmışdır. Onlar yenə də həmin Badam kafesində görüşmüşlər o, bu işə görə 2500 manat pul vermək lazım olduğunu demişdir. Onlar bu barədə razılaşdıqdan sonra o, özünə məxsus “4169 7385 7215 9857” nömrəli kart hesab nömrəsini Tofiqə demişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 09 avqust 2023cü il tarixdə onun verdiyi “4169 7385 7215 9857” kart hesab nömrəsinə 500 manat pul, 11 avqust 2023-cü il tarixdə isə 2000 manat pulu, ümumilikdə 2500 manat pulu göndərmişdir. O, həmin pulu Tofiqdən almağına baxmayaraq ona verdiyi vədə əməl etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 ilə Səbail rayonu, Badam kafesində görüşüb söhbət edən zaman o, ona arıçılqla məşğul olmasını demiş və o da Sosial müdafiə fondundan 50 qutu bal arısı alıb verəcəyinə söz vermişdir. Buna görə də 2023-cü ilin avqust ayının son on günlüyündə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ilə G.Qarayev küçələrinin kəsişməsində yerləşən “Badam” kafesində 50 qutu bal arısı almaq üçün Niyaz ona 800 manat pul vermişdir. O, həmin pulu Niyazdan almağına baxmayaraq ona verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs2 o, şəxsən tanımamış, ona onun qızını müəllim kimi işə düzəltmək üçün Şahid2 1500 manat pul vermişdir, lakin onun işini alındıra bilməmiş və pulu da geri qaytara bilməmişdir. Qeyd edir ki, Cəmalə və onun həyat yoldaşı Şahları taksi sürücüsü Coşqun vasitəsi ilə tanımışdır. Coşqun ona Şahların təqqaüd problemini deyəndə ona bir nəfər ilə danışıb məlumat verəcəyini bildirmişdir. Elə həmin vaxt o bir nəfər şəxslə adının Rasim olduğunu bildiyi şəxslə danışmış o da ona həll edəcəyini demişdir. Daha sonra o, Cəmalə və Şahlarla onların yaşadıqları evdə görüşmüşdür. O, Cəmaləyə onun həyat yoldaşının təqaüd işinin 6000 manata düzələcəyini demişdir. Daha sonra 02 noyabr 2023-cü il tarixdə Cəmalə ona əri Şahların təqaüd məsələsi ilə bağlı ilkin olaraq 1000 manat pul vermişdir. Daha sonra isə 1000 manat vermişdir. Bir müddət sonra Cəmalə onun kart hesabına 1300 manat pul göndərmiş, bir müddət sonra isə 700 manat pul göndərmişdir. Cəmalədən aldığı ümumilikdə 4000 manat pul tam şəkildə geri qaytarmışdır. O, aldığı pulları Rasim adlı şəxsə vermişdir, lakin onun hazırda harada olduğunu bilmir. Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəmişdir. Sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 1000 manat pul ödənilib, geri qalan hissəsini də ödəyəcəkdir. Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2ə dəymiş ziyanı ödəmişlər, ona qarşı həmin şəxslərin heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddiası üzrə 1990 manat ödəniş etmiş, 510 manat verəcəyi qalmışdır. Digər zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 dəymiş ziyanı tam ödəmişdir. Onun tələb etdiyi 500 manatın hazırki cinayət işinə aidiyyatı yoxdur. Lakin onu da gələcəkdə ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, .İlham adlı şəxsi əmisi oğlu Şahid1 vasitəsilə tanımışdır. O, FHN-ə işə düzəlmək istəmiş, İlhamla tanışlıq münasibəti yarandıqdan sonra bu barədə olan fikrini ona bildirmişdir. İlham da onu dediyi kimi FHN-də işə düzəldə biləcəyinə vəd vermişdir. Buna görə də ona pul verməyini bildirmişdir. O, İlhamın onu FHN-nə işə düzəltməsinə inanmışdır. O, da bununla bağlı razılaşdıqdan sonra 09 avqust 2023-cü il tarixində 500 manat məbləğində pulu Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Star" marketdə olan ödəmə terminalı vasitəsilə, 11 avqust 2023-cü il tarixdə isə 2000 manat məbləğində pulu Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Uğur” marketdə olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsin ona verdiyi hesab nömrəsi “4169 7385 7215 9857” olan kart hesabına göndərmişdir. İlham ona bu işi qısa bir vaxtda həll edəcəyinə vəd versədə lakin heç bir iş görməmiş, onu işə düzəltməmişdir. O, İlhama verdiyi 2500 manat pulu geri istədikdə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Ona görə də o, məcbur olub İlhamın barəsində 41-ci polis bölməsinə şikayət ərizəsi yazmışdır. Məhkəməyə mülki iddia təqdim edərək cinayət nəticəsində dəymiş ziyanın, yəni 2500 manat pulun və ödədiyi 45 manat dövlət rüsumunun ümumilikdə 2545 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyandan 1500 manat pul vəsaitinin ödənildiyini, Təqsirləndirilən şəxs ona 1045 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsi zamanı olan döyüşlərdə bədən xəsarəti aldığı üçün 2-ci dərəcəli əlillik qrupu almışdır. Onun Şahid1la tanışlıq münasibəti olmuşdur. Hərdən bir onunla görüşmüşdür. 2023-cü ilin aprel ayında Badamdarda olan Badam kafesində əyləşən zaman Təqsirləndirilən şəxsla tanış olmuşdur, həmin zaman Zaurda yanında olmuşdur. Həmin zaman orada olan söhbət zamanı İlhamla Zaurun tanışlıq münasibəti olmasını bilmişdir. O, əlil olduğuna görə hokümət tərəfindən avtomobil almaq istədiyini dedikdə İlham ona bu işdə köməklik edəcəyini demişdir. Təqsirləndirilən şəxs ona adını növbəyə yazdıra biləcəyini və 2023-cü ilin noyabr ayının 8-də ona dövlət tərəfindən “Xəzər” markalı və sair markalı avtomobil veriləcəyini demişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs ondan 1500 manat pul istəmişdir. O, 2023-cü ilin aprel ayında Səbail rayonu Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ilə G.Qarayev küçəsinin kəsişməsində yerləşən Badam kafesində İlhamla görüşərək orada ona əlbəəl 1500 manat pul vermişdir. O, 08 noyabr 2023-cü il tarixdə ona “Xəzər” markalı avtomobil veriləcəyəni bildirmişdir. Bundan təxminən 20 gün sonra İlhamla həmin kafedə görüşüb söhbət edən zaman aralarında olan söhbət əsnasında ona bildirmişdir ki, Sosial Müdafiə Fondundan xırda buynuzlu və iri buynuzlu heyvan almaq istəyir. İlham ona bunda da kömək edə biləcəyini və bunun qarşılığında ondan 500 manat pul istəmişdir. O, 2023-cü ilin may ayında Təqsirləndirilən şəxsla yenə Badam kafesində görüşərək orada ikisi olan zaman ona əlbə-əl 500 manat pul vermişdir. Lakin ona nə avtomobi və nə də heyvan verilmişdir. Məhkəməyə mülki iddia təqdim edərək ona əlil olduğu üçün avtomobil verilməsi adı ilə onu aldadaraq əldə etdiyi 1500 manat pul vəsaitinin, daha sonra Sosial Müdafiə Fondundan xırda buynuzlu və iri buynuzlu heyvan verilməsi adı ilə aldadaraq əldə etdiyi 500 manat pulun, ödədiyi 40 manat dövlət rüsumunun ümumilikdə 2040 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyandan 1500 manat pul vəsaitinin ödənildiyini, mülki iddiası üzrə 540 manat pul vəsaitinin ödənilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə Rasim onu Təqsirləndirilən şəxsla tanış etmişdir. İlham ona oğlunu Azərbaycan Respublikası FHN-nə işə düzəldə biləcəyini və bu iş üçün 8000 manat pul lazım olduğunu demişdir. O, İlhama həmin məbləğin yarısını verə biləcəyini demişdir. Elə həmin tarixdə o, İlhama yaşadığı evdə 3000 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə isə əlavə olaraq 1100 manat pul vermişdir. Lakin İlham heç bir iş düzəltməmişdir və pulu da qaytarmadığı üçün o, bu barədə şikayət etmişdir. Dəymiş ziyandan 1000 manat İlham tərəfindən ödənilmişdir. Qalan məbləğin qaytarılmasını tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Xətai rayonu X.Məmmədov küçəsində yerləşən "xxxx" MTK yaşayış kompleksinin yanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb dərzi fəailiyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanımışdır, belə ki, İlham onun daimi müştərisi olmuşdur. Bir dəfə söhbət əsnasında İlham ona sosial yardım düzəldə biləcəyini demişdir. İlham əvvəlcədən 300 manat pul verilməli olduğunu bildirmişdir, o, İlhama inanmış və 300 manat pulu xx.xx.2023-cü il tarixdə işlədiyi obyektdə özünə məxsus “Leobank” bank kart hesabından İlhama məxsus kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, işlədiyi obyektdə özünə məxsus “Leobank” banka kart hesabından İlhama məxsus kart hesabına 82 manat, həmin günü yenə də işlədiyi obyektdə eyni kart hesabına 250 manat pul göndərmişdir, o İlhama ümumilkdə 632 manat pul göndərmişdir. Lakin İlham heç bir iş görməmiş və onun pulunu qaytarmamışdır, ona görə də o, polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından qardaşı oğlu Zaurun vasitəsi ilə tanımışdır. İlhamla aralarında olan söhbət əsnasında o, arıçılıqla məşğul olmaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs ona Sosial Müdafiə Fondundan arı alıb verə biləcəyini demişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs ondan 800 manat pul istəmişdir. O, 2023-cü ilin avqust ayında Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ilə G.Qarayev küçəsinin kəsişməsində yerləşən Badam kafesində İlhamla görüşərək orada ona əlbəəl 800 manat pul vermişdir. O, ona bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının 15-də 25 qutu arı və noyabr ayının 15-də isə 25 qutu arı veriləcəkdir. Ümumilikdə ona 50 qutu arı verilməli idi. Aralarında belə bir razılaşma olsada lakin ona arı verilməmişdir. O, İlhama məxsus olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda o, pulu başqa şəxslərə verdiyini və alıb verəcəyəni bildirmişdir. İlham pulu qaytarmadığı üçün o, İlhamın yalan dediyini bilmişdir. Oğlu Tofiqin də FHN-də işə düzəltmək üçün 2500 manat pulunu almışdır. Buna görə də o, xx.xx.2024-cü il tarixdə bu barədə DİN-in 102 ximdətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram vuraraq ona dəymiş maddi ziyanın tam ödənildiyini, heç bir vəsatətinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid4 1990-cı illərin əvvəlində Qarabağ döyüşlərində iştirak etmiş və ağır xəsarətlər almışdır, bununla bağlı həyat yoldaşına 2-ci dərəcəli ömürlük əlillik təyin olunmuşdur, lakin sonradan məlum olmayan səbəblərə görə ləğv edilmişdir. 2023- cü ilin son aylarında qonşuluqda yaşayan Coşqun adlı şəxs problemi bildiyindən demişdir ki, Təqsirləndirilən şəxs adında bir şəxs var o köməklik edə bilər, yəni həyat yoldaşına yenidən ömürlük təqaüd veriləcəkdir. Bunu eşitdikdə o, sevinmiş və Coşqundan həmin şəxslə onları tanış etməsini xahiş etmişdir. Coşqun həmin şəxsi götürüb 02 noyabr 2023cü il tarixdə yaşadığı evə gəlmişlər və söhbət zamanı həmin İlham özünü onlara Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir və o, Şahların problemini həll edə biləcəyini demişdir. İlham onlara bu məsələ üçün 6000 manat pul lazım olacağını demişdir. İlham 1000 manat pulu bu başdan vermək lazım olduğunu qalan pulu isə iş düzələndən sonra verməli olduqlarını demişdir. O və həyat yoldaşı razılaşmışlar. 02 noyabr 2023-cü il tarixdə saat 12 radələrində o, öz yaşadığı evdə Coşqunun və həyat yoldaşının iştirakı ilə 1000 manat pulu və Şahlara məxsus olan sənədləri həmin İlhama vermişdir. 03 noyabr 2023-cü il tarixdə İlham ona “Whatsapp” ani mesajlaşma sosial şəbəkə vasitəsi ilə mesaj yazaraq sənədləri və pulları verdiyini işin həll olunduğunu bildirmişdir, lakin pulu və sənədləri kimə verdiyini deməmişdir. İlham dekabr ayına olmasa 2024-cü ilin yanvar ayına təqaüdün alınacağı vədini vermişdir. 12 noyabr 2023-cü il tarixdə İlham həmin Coşqunla yenədə gəlib 1000 manat pul lazım olduğunu demişdir, o da, ona inanıb 1000 manat pulu İlhama vermiş və o da pulu götürüb çıxıb getmişdir. 22 noyabr 2023-cü il tarixdə İlham yenə də əlaqə saxlayıb təcili pul lazım olduğunu demişdir, o da ona inandığı üçün təcili olaraq “Kapital bank”dan kredit götürüb İlhamın dediyi 4169 7385 7215 9857 saylı kart hesabına 1200 manat bir 100 manat bir göndərmişdir. 14 dekabr 2023-cü il tarixdə İlham yenə də pul tələb etmiş və inandırmağa çalışmış ki, sizin məsələni həll etməyə az qalmışdır. O da 700 manat pul tapıb Sabunçu rayonu Ramana qəsəbəsində Bünyatzadə küçəsində yerləşən “Oba” marketdə million vasitəsi ilə İlhamın kart hesabına göndərmişdir. Bundan sonra İlham onların telefon nömrələrini bloka atmış və onunla heç bir şəkildə əlaqə saxlamaq mümkün olmamışdır. Onlar onu tapmaq üçün Coşqundan soruşmuşlar, Coşqun ona taksi sürücüsü olduğunu onu dəfələrlə Sosial Müdafiə Nazirliyinə apardığını və oradan yuxarı qalxdığını görməsini, ona görə də narahat olmamağını demişdir. İlham onun etibarından sui istifadə edib həyat yoldaşının təqaüdünü düzəltmək adı ilə 4000 manat pulu alıb ələ keçirmişdir və verdiyi vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram vuraraq ona dəymiş maddi ziyanın Şahid2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı X9 Universiteti bitirmiş, lakin ona iş tapa bilməmişdir. Bu barədə onunla birilkdə işləyən Şahid2 danışmış və Namiqdə ona İlham adlı tanışının olduğunu və bu işlərdə köməklik edə biləcəyini demişdir. O, Namiqdən İlhamla danışmasını xahiş etmişdir. Namiq İlhamla danışıb ona qızını Sumqayıt şəhərində yerləşən «Hədəf» kurslarına müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Namiq İlhamın bu işin müqabilində 2000 manat pul istədiyini demişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində 500 manat, 12 oktyabr 2023-cü il tarixdə 500 manat və 25 oktyabr 2023-cü il tarixdə isə yenə 500 manat Namiqə vermişdir. Namiqdə ondan aldığı bütün pulları İlhamın ona atdığı kart hesabına göndərmişdir. O, ümumilikdə 1500 manat İlhama pul vermişdir, o, İlhamı görməmiş və onunla heç bir danışıq aparmamışdır. İlham adlı şəxs söz verdiyi müddət ərzində heç bir iş görməmiş və Namiqə müxtəlif bəhanələr gətirərək aldatmağa başlamışdır. Namiq onun yanında dəfələrlə İlhamla danışıb ya işi düzəltməyi yadaki aldığı 1500 manat pulu qaytarmağını tələb etmişdir, lakin İlham ancaq yalan vədlər verməklə məşğul olmuşdur. O, artıq İlhamın onlara qarşı dələduzluq etməsini görüb konkret olaraq Namiqdən pulların qaytarılmasını tələb etmişdir. Lakin heç bir nəticə olmamışdır, o, da Namiqə “məni bu insana sən calamısan ona görə də pulumun qaytarılmasını tələb et demişdir.” Namiqdə məcbur qalıb öz cibindən onun 1500 manat pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs isə hələ də Namiqə aldığı 1500 manat pulu qaytarmamışdır.Onun bu məsələ ilə bağlı Namiqdən heç bir şikayəti və tələb yoxdur, çünki o həqiqətəndə aldığı 1500 manat pulun hamısını İlhama vermişdir. İlham özü də telefon danışıqlarında bunu dəfələrlə təsdiq etmiş və pulun kiməsə verildiyini desə də həmin adamın adını və ya iş yerini deməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram vuraraq maddi vəziyyəti imkan vermədiyindən və yolun uzaqlığına görə Təqsirləndirilən şəxs qarşı şikayətindən və 400 manat alacağından imtina etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 vasitəsi ilə tanımışdır, Rasimlə onun normal münasibətləri olmuşdur, aralarından heç bir vaxt narazılıq və problem olmamış, iki oğlu varmış və onlardan biri hərbçidir, oğlu dövlət işinə düzəlmək istəyirmiş, Rasimdə onun bu fikrini bilirmiş. 2023-cü ilin mart ayının əvvəllərində Rasim onun yanına gələn zaman bir nəfərin olduğunu və onun Azərbaycan Respublikası FHN-nin yeməkxanasında mühasib işləməsini və həmin şəxsin vəzifəli şəxslərlə əlaqəsinin olmasını demişdir. Rasim həmin şəxsin onun oğlu Səxavəti FHN-nə işə düzəldə biləcəyini demişdir. Rasim əlavə olaraq həmin şəxsin sosial yardımda düzəldə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Rasim həmin şəxsi onun işlətdiyi köşkə gətirmişdir. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu və FHN-nin yeməkxanasında mühasib işlədiyini bildirmişdir. İlham ona oğlunu FHN-nə mülki işçi kimi düzəldə biləcəyini demişdir. İhlam ona Nazirliyin Bakı və Sumqayıt şəhərində yerləşən şöbələrində hansı vakant yer olsa ora düzəldəcəyini bildirmişdir. İlhama bu işin müqabilində 5000 manat pul lazım olacağını bildirmişdir. İlham onun oğlunun hərbi biletinə baxıb uyğunsuz olduğunu görüb əlavə olaraq 3000 manat tələb olduğunu və ilkin olaraq 4000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt köşkdə müştərilər olduğu üçün oğlu onun tapşırığı ilə 4000 manat pulu Rasimin avtomobilində İlhama vermişdir. İlham bu işin 15 may 2023-cü il tarixədək düzələcəyinə vəd vermişdir. Bundan sonra o və oğlu Səxavət tez-tez İlhamla əlaqə saxlayıb iş barədə maraqlanırlarmış və İlham hər dəfəsində işin yaxın vaxtda düzələcəyəinə dair söz verirmiş. Lakin İlhamın dediyi vaxt gəlib çatdıqda oğlunun işi düzəlməmişdir və o, İlhama əgər iş düzəlmirsə pulun qaytarılmasını bildirmişdir. İlham isə pulu müxtəlif şəxslərə verdiyini demişdir. İlham hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır, ona görə də o Sumqayıt Şəhər Prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əmisi oğlu Şahid1 vasitəsi ilə tanımışdır. Zaur isə onu hansısa bir işdən tanımışdır. O, İlhamı 2023-cü ilin aprel ayından tanımışdır. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim etmiş və hər yerdə adamı olduğunu bildirmişdir. İlham görmədiyi iş yoxdur demişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs2 söhbət əsnasında qızı X6 Universiteti bitirdiyini, lakin iş tapa bilmədiyini demişdir. O, bu barədə İlhama deyəndə İlham həmin qızı “Hədəf” kursuna müəllimə vəzifəsinə işə düzəldəcəyini demişdir. İlham həmin vaxt FHN-də yeməkxanada mühasib işlədiyini demişdir. O, bu barədə Sevincə deyəndə Sevinc razılığını vermiş və İlham bu işin alınması üçün 2000 manat pul istəmişdir. Sevinc xanım isə ona 2023-cü ilin oktyabr ayının əvvəllərində 500 manat pul vermiş və o, da həmin pulun hamısını aparıb Sumqayıt şəhəri 17- ci mkr ərazisində yerləşən «Ucuz» marketin yanında İlhamın özünə əlbəəl vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Sevinc xanım ona 500 manat vermiş və o, həmin 500 manat pulu Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən «Ordubad» marketdə olan Milliön vasitəsi ilə İlhamın ona verdiyi kart hejsabına göndərmişdir, bundan sonra xx.xx.2023-cü il tarixdə Sevinc xanım yenədə ona 500 manat vermiş və o, həmin 500 manat pulu Sumqayıt şəhəri 10-cu mkr-da yerləşən «Hipper» marketdə olan Milliön vasitəsi ilə yenədə İlhamın dediyi kart hesabına göndərmişdir. Sevinc xanım İlhamı görməmişdir. İlham söz verdiyi vaxta heç bir iş düzəltməmiş və aldığı pulları qaytarmaqdan isə boyun qaçırmışdır. O, Azərbaycan Respublikası FHN-nə getmiş maraqlanmış və orada ona Təqsirləndirilən şəxs adlı şəxsin orada işləmədiyini demişlər və o, zaman İlhamın onları aldatdığı aydın olmuşdur. Bundan sonra o, dəfələrlə İlhamı axtarsa da tapa bilməmişdir, Sevinc xanıma 1500 manat pulu cibindən qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bir il yarım əvvəl Nərimanov rayonu ərazisində yerləşən vergilər idarəsində tanış olmuşlar. İlham özünü ona FHN-də mühasib kimi təqdim etmişdir. İlham ona ünvanlı sosial yardım düzəldə bilməsini demişdir. İlham onun qohumları, Namaz, Niyaz və Tofiqlə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Badam kafesində görüşən zaman onlara da bütün işlərdə kömək edəcəyini bildirmişdir. Digər qohumu Fizuliyə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün Fizuli onun yanında İlhama 1500 manat pul vermiş və 08 noyabr 2023-cü il tarixədək Zəfər gününə onun avtomobilinin veriləcəyini demişdir. Lakin İlham verdiyi vədlərin heç birini yerinə yetirməyərək hamını aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1990-cı illərin əvvəlində Qarabağ döyüşlərində iştirak etmiş və ağır xəsarətlər almışdır, bununla bağlı 2-ci dərəcəli ömürlük əlillik təyin olunmuşdur, lakin sonradan məlum olmayan səbəblərə görə ləğv edilmişdir. 2023-cü ilin son aylarında qonşuluqda yaşayan Coşqun adlı şəxs problemi bildiyindən demişdir ki, Təqsirləndirilən şəxs adında bir şəxs var o köməklik edə bilər, yəni ona yenidən ömürlük təqaüd veriləcəkdir. Bunu eşitdikdə o, sevinmiş və Coşqundan həmin şəxslə onları tanış etməsini xahiş etmişdir. Coşqun həmin şəxsi götürüb 02 noyabr 2023-cü il tarixdə yaşadığı evə gəlmişlər və söhbət zamanı həmin İlham özünü onlara Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir və o, Şahların problemini həll edə biləcəyini demişdir. İlham onlara bu məsələ üçün 6000 manat pul lazım olacağını demişdir. İlham 1000 manat pulu bu başdan vermək lazım olduğunu qalan pulu isə iş düzələndən sonra verməli olduqlarını demişdir. O və həyat yoldaşı razılaşmışlar. 02 noyabr 2023-cü il tarixdə saat 12 radələrində həyat yoldaşı öz yaşadığı evdə Coşqunun və onun iştirakı ilə 1000 manat pulu və ona məxsus olan sənədləri İlhama vermişdir. 03 noyabr 2023-cü il tarixdə İlham Cəmaləyə “Whatsapp” ani mesajlaşma sosial şəbəkə vasitəsi ilə mesaj yazaraq sənədləri və pulları verdiyini, işin həll olunduğunu bildirmişdir, lakin pulu və sənədləri kimə verdiyini deməmişdir. İlham dekabr ayına olmasa 2024-cü ilin yanvar ayına təqaüdün alınacağı vədini vermişdir. 12 noyabr 2023-cü il tarixdə İlham həmin Coşqunla yenə də gəlib 1000 manat pul lazım olduğunu demişdir, Cəmalə də, ona inanıb 1000 manat pulu İlhama vermiş və o da pulu götürüb çıxıb getmişdir. 22 noyabr 2023-cü il tarixdə İlham yenə də əlaqə saxlayıb təcili pul lazım olduğunu demişdir, Cəmalə də ona inandığı üçün təcili olaraq “Kapital bank”dan kredit götürüb İlhamın dediyi 4169 7385 7215 9857 saylı kart hesabına 1200 manat bir 100 manat bir göndərmişdir. 14 dekabr 2023-cü il tarixdə İlham yenə də pul tələb etmiş və inandırmağa çalışmış ki, sizin məsələni həll etməyə az qalmışdır. Cəmalə də 700 manat pul tapıb Sabunçu rayonu Ramana qəsəbəsində Bünyatzadə küçəsində yerləşən “Oba” marketdə million vasitəsi ilə İlhamın kart hesabına göndərmişdir. Bundan sonra İlham onların telefon nömrələrini bloka atmış və onunla heç bir şəkildə əlaqə saxlamaq mümkün olmamışdır. Onlara dəymiş 4000 manat ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrə altında istintaqın davam etdirilməsi, Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2024-cü il tarixli vəsatət rədd edilmiş və o, MSYdən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* və ********* nömrəli cinayət işləri icraata qəbul edilərək AR CM-nin 178.1-ci maddəsi olan ********* nömrəli cinayət işinə birləşdirilib bir icraatda ********* nömrəsi altında istintaqı davam etdirilməsi, iş üzrə əməlin AR CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. hadisə yerinə baxış keçirilməsi barədə 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X1 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ilə G.Qarayev küçəsinin kəsişməsində yerləşən “Badam” kafesində baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi barədə 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ilə G.Qarayev küçəsinin kəsişməsində yerləşən “Badam” kafesində baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi barədə 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında hal şahidlərinin iştirakı ilə ünvan 3 ünvanında yerləşən “Uğur” marketdə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə saxlanılaraq polis bölməsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi barədə 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında sonuncunun iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, "xxxx" MTK yaşayış kompleksinin hündür mərtəbəli binaları ilə üzbəüz yerləşən dərzi emalatxanası kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4000 manat maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də ona qarşı heç bir şikayəi və tələbi yoxdur. Qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı iş üzrə AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş və dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2600 manat ödənilmiş, 400 manat ödəyəcəyi qalmışdır. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs “qohumluq məlumatları”dan görünür ki, onun himayəsində xx.xx.2012-ci il təvəllüdlü X12 oğlu, xx.xx.2013-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə başlanmış cinayət təqibinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Gədəbəy RPŞ-də AR CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xx.xx.2023-cü il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən (CM 72.2-ci maddəsi) xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CiM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixə 01 gün müddətində həbsdə saxlanılması nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 800 manat məbləğində cərimə cəzası saxlanılmışdır. 53362 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 490 manat pul vəsaiti xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 hesabına ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1- 66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-674/2024 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 800 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə olduğu 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-674/2024 saylı hökmü ilə təyin edilmiş 800 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanmalı, cərimə cəzası müstəqil icra olunmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 2500 manat pulun və 45 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 2545 manat pul vəsaitinin tutulub ona verilməsini xahiş etmişdir. Daha sonra zərərçəkmiş şəxs-mülki iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyandan 1500 manat pul vəsaitinin ödənildiyini, Təqsirləndirilən şəxs ona mülki iddia üzrə 1045 manat borcu qaldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 490 manat pul vəsaiti xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 hesabına təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən mülki iddia üzrə 1990 manat pul vəsaitinin zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı və cinayət nəticəsində vurulmuş maddi ziyana görə 510 manat pul, dövlət rüsumuna görə ödənilən 45 manat, cəmi 555 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü” haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən “Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər.” Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 2000 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 2040 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulub ona verilməsini xahiş etmişdir. Daha sonra zərərçəkmiş şəxs-mülki iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyandan 1500 manat pul vəsaitinin ödənildiyini, mülki iddiası üzrə 540 manat pul vəsaitinin ödənilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 mülki iddia üzrə tələb etdiyi və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın tərkibinə daxil edilmiş 1500 manat pul vəsaiti məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Mülki iddia üzrə tələb olunan 500 manat pul vəsaiti isə təqsirləndirilən şəxsə hazırki cinayət işi üzrə elan edilmiş ittihamın tərkibinə daxil edilməyindən, yəni ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadığından həmin hissədə mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs5 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması və cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-674/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 800 manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə tam toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 800 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs4 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin olunsun və cinayət nəticəsində vurulmuş maddi ziyana görə 510 manat pul, dövlət rüsumuna görə ödənilən 45 manat, cəmi 555 manat pul Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs8 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı X2 mülki iddiası 500 manat pul vəsaitinin tutulmasına dair hissədə baxılmamış saxlanılsın və ona mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-542/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-542/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver