Məhkəmə qərarları › İş №1(008)-544/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-544/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-544/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 08 avqust 2000-ci il tarixdə İmişli rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 3-cü Mədən, ev 89-da yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmi-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə, saat 06:00 radələrində etibarnamə ilə idarə etdiyi «X5» markalı, «az ** BP ***» dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindən H.Əliyev prospektinin keçdiyi yolda olan körpünün altından Sabunçu qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən sürət həddini aşmaqla həmin naddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, onunla əks istiqamətdə hərəkət edən sürücü Şahid1 idarə etdiyi «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət etdiyi yolda toqquşmuş nəticədə Şahid1 idarə etdiyi avtomobildə qabaq sağ tərəfdə əyləşmiş sərnişin X4 aldığı xəsarətlərdən ölümünə səbəb olmuş baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə yumşaq qişalarına və mədəciklərə qansızma, sağ ağ ciyərin kontuziyası, sağ tərəfli İ-İİ-İİİ-İV-V qabırğaların və sol bud sümüyünün yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin, hər iki aşağı ətrafın əzilmiş yarası, qançırı və sıyrıqları kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan F.H.Həsənovun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə, saat 06:00 radələrində tanışı Məhəmməd ilə birlikdə Bakıxanov qəsəbəsindən Y.Əliyev küçəsi ilə Sabunçu qəsəbəsi istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkətdə oluş H.Əliyev prospektinin keçdiyi yolda elan körpünün altından manevr edən zaman dairəni böyük götürdüyü üçün qarşıdan gələn «X6» markalı,«az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol qanadına onun idarə etdiyi avtomobilin sol qanadı ilə vurub yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə barədə ilkin TTY-na qaynar xəttinə 103 xidmətinə məlumat vermiş və həmin avtomobildə xəsarət alan şəxslərə özünü təqdim edərək adının Əli soyadının Bayramov olmasını demişdir. TTY avtomobili gəlmiş «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobildə ön oturacaqda əyləşmiş sonradan adını bildiyi Faiq adlı şəxsi avtomobillərinə qoyaraq Sabunçu şəhəri 3 saylı xəstəxanaya aparmışlar. O xəstəxanaya getmiş, Faiq müəllimin hadisədən sonra öldüyünü bilmişdir. Xəstəxananın qarşısında dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş və özü barədə polisə məlumat vermişdir. Hadisə vaxtı sağa doğru dönməklə manevr etməyə 10 metr qalmış 30 metr məsafədən «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin anda təhlükəni hiss etmiş, ayağını əyləcə basmadan məsafə yaxın olduğu üçün hadisənin qarşısını almağa imkan olmamış toqquşma baş vermişdir. Törətmiş əməli ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, F.H.Həsənov onun atasıdır, öldüyü günə qədər onun himayəsində yaşamışdır. Atası Faiq dializ xəstəsi idi, onu hər gün taksi sürücüsü işləyən Şahid1 idarə etdiyi «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobillə aparıb Suraxanı rayonu, Su Tikinti xəstəxanasında dializ etdirib evə gətirir. 06 fevral 2023-cü il tarixdə, saat 05:00 radələrində yenidən Eşqin onların yaşadığı evə gəlmiş və atasını aparıb avtomobilə əyləşdirmişdir. Həmin vaxtdan 30-35 dəqiqə sonra ona zəng edərək yol nəqliyyat hadisəsi etdiyini və atası Faiqi xəstəxanaya yerləşdirdiklərini demişdir. O tez evdən çıxaraq Sabunçu rayon xəstəxanasına getmiş, atasının artıq reanimasiyada keçindiyini yəni öldüyünü bilmişdir. Hadisə barədə Eşqindən soruşmuş, Eşqin ona yolu ilə getdiyini və Heydər Əliyev adına körpünün altından keçən zaman qarşıdan gələn «X5» markalı, «az ** BP ***» dövllət qeydiyyat nişanlı avtomobili idarə edən sonradan adını bildiyi şəxs Əlinin avtomobillə onun yoluna çıxdığını sonra isə qəza baş verdiyini demişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «X5» markalı, «az ** BP ***» dövllət qeydiyyat nişanlı avtomobil onun şəxsi mülkiyyətindədir, həmin avtomobillə Bakı şəhəri ərazisində yerləşən marketlərdə satılmayan çörəkləri yığıb yem dükanlarına aparıb verirlər. Öz vaxtı olmayanda bu işlə məşqul olan tanışı Təqsirləndirilən şəxs avtomobili idarə etməklə məşqul olur. 06 fevral 2023-cü il tarixdə, saat 10:00 radələrində Əli ona zəng etmiş bu gün səhər bir neçə saat öncə yol nəqliyyat hadisəsi törədib və qarşıdan gələn avtomobil ilə toqquşub nəticədə hər iki avtomobil əzilməklə qarşı avtomobildə olanlarda bədən xəsarətləri yarandığını bu barədə TTY-na məlumat verib adamları xəstəxanaya apardıqlarını bildirmişdir. O tez Əlinin yanına getmiş onunla Sabunçu qəsəbəsində görüşmüş, sonradan bilmiş ki, hadisə nəticəsində onun idarə etdiyi avtomobillə toqquşmuş «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sərnişin ölmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu və Xəzər rayonları ərzisində olan marketlərdən satışdan qalmış çörək məhsullarını yığıb yem dükanlarına təhvil verir. «X5» markalı, «az ** BP ***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən tanışı Təqsirləndirilən şəxsla birlikdə 06 fevral 2023-cü il tarixdə, saat 06:00 radələrində Bakıxanov qəsəbəsindən, Y.Əliyev küçəsi ilə Sabunçu qəsəbəsi istiqamətində gedən zaman H.Əliyev prospektinin keçdiyi yolda olan körpünün altından Əli idarə etdiyi avtomobillə manevr edərkən qarşıdan gələn «X6» markalı, «az 77 FY195» dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, onların idarə etdiyi avtombilin sol qanadı avtomobilin sol qanadını tutmuş hər iki avtomobil əzilmişdir. Əli avtomobili 60-70 km./saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Maşir oğlu ifadəsində göstərmişdir ki, «X6» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 06 fevral 2023-cü il tarixdə, saat 05:30 radələrində daimi müştərisi olan F.H.Həsənovu dializ xəstəsi olduğu üçün yaşadığı Sabınçu qəsəbəsində olan evindən götürüb Su Tikinti Xəstəxanasına aparmaq üçün yola çıxmışdır. Faiq qabaq sərnişin oturacağında əyləşmiş, avtomobili o idarə etmişdir. Sərnişin ancaq Faiq olmuşdur. Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində H.Əliyev prospektinin keçdiyi yolda olan körpünün altında saatda 30 km/saat sürətlə idarə etdiyi avtomobillə gedən zaman qarşı tərfdən körpünün altına daxil olan sürəti hardasa saatda 60-70 km/saat olan «X5» markalı, «az ** BP ***» dövllət qeydiyyat nişanlı avtomobil manevr edə bilməmiş və onun avtomobilinin sol qanadına dəymişdir. Nəticədə sərnisin qismində avtomobilə əyləşmiş Faiq müəllimin baş nahiyyəsi avtomobilin alın şüşəsinə dəymiş və hər ikisi xəsarət almışlar. Baş vermiş hadisə barədə sonradan adını və anket məlumatlarını bildiyi sürücü Təqsirləndirilən şəxs TTY-in xidmətinə məlumat vermişdir. Hadisə yerindən onları TTY-ı avtomobili Sabunçu rayonu 3 saylı şəhər xəstə xanasına aparmışlar. Xəstəxanada ona və Faiq müəllimə tibbi yardım göstərilmiş sonra isə Faiq müəllimi reanimasiya şöbəsinə yerləşdirmişlər. İş üzrə keçirilmiş, məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Hüquqi şəxsin 273 saylı, 10 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhım X4 meyitinin üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə yumşaq qişalarına və mədəciklərə qansızma, sağ ağ ciyərin kontuziyası, sağ tərəfli İ-İİ-İİİ-İV-V qabırğaların və sol bud sümüyünün yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin, hər iki aşağı ətrafın əzilmiş yarası, qançırı və sıyrıqları kimi xəsarətlər. Xəsarətlər həyati olub, mərhum xəstəxanaya daxil olmasından az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 06 fevral 2023-cü il tarixdə və şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum F.H.Həsənovun ölümünə səbəb başın küt travması ilə əlaqədar baş beyin maddəsinin əzilməsi baş beyin qişalarına maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm 06 fevral 2023-cü il tarixdə saat 06:42 radələrində xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən inkar olunmur. Mərhum F.H.Həsənovun meyitirdən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/693 saylı, 27 mart 2023-cü il tarixli rəyindən görünür ki, «X5» markalı, «az ** BP *** dövllət qeydiyyat nişanlı avtomobilin sürücüsı Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km saat sürətindən yüksək 70 km saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hisssəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə «Toyota Corolla» markalı, «az ** FY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar onun hərəkətlərini texniki nöqteyi nəzərdən tədiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 16 fevral 2023-cü tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə Zərərçəkmiş şəxs barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadə və göstərdikləri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. X2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Onların təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə) məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 06 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,87). Cinayət işinin materiallarında olan 07 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 105). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Fəriman oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar