Məhkəmə qərarları › İş №1(008)-545/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-545/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-545/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 25 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunda İnzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla 16 saylı CÇMdə cəza çəkən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə və xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 17 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bankomatdan pul çıxarmağa gələn şəxslərin çıxaracaqları pulu əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifələrini bölməklə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/2-də yerləşən "xxxx"ın qarşısında birləşərək həmin gün saat 14:50:02-də həmin ünvanda yerləşən bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 müraciət etdikdə Zərərçəkmiş şəxs istifadəsində olan xxxx-xxxx-xxxx-4254 nömrəli plastik kartını Təqsirləndirilən şəxs2 bankomata daxil edib karta aid təhlükəsizlik kodunu öyrəndikdən sonra ekranda yığmış və 500 manat hesabdan pulun çıxarılması barədə təsdiq düyməsini sıxıb pullar hazırlanan vaxtı Zərərçəkmiş şəxs kartda pul olmadığını sonrakı müştəriyə yol verilməsini həmin müştəridən sonra kartın hesabından pul çıxartmaq imkanının olacağını yalandan demiş, öncədən danışdıqları kimi aralarında olan cinayətkar niyyətə uyğun olaraq Vüqar Əyyubov onlardan arxada dayanmış həmin karta aid hesabdan çıxan 500 manat məbləğində pulu götürərək bankomatdan uzaqlaşmış və Zərərçəkmiş şəxs 500 manat məbləğində pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bankomatdan pul çıxartmağa gələn şəxslərin çıxaracaqları pulu əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifələrini bölməklə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 3-də yerləşən "xxxx"ın qarşısında birləşərək həmin gün saat 14:50:02-də həmin ünvanda yerləşən bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs ona müraciət etdikdə sonuncunun istifadəsində olan xxxx-xxxx-xxxx-4254 nömrəli plastik kartını bankomata daxil edib karta aid təhlükəsizlik kodunu öyrəndikdən sonra ekranda yığmış və 500 manat hesabdan pulun çıxarılması barədə təsdiq düyməsini sıxıb pullar hazırlanan vaxtı Zərərçəkmiş şəxs kartda pul olmadığını sonrakı müştəriyə yol verilməsini həmin müştəridən sonra kartın hesabından pul çıxartmaq imkanının olacağını yalandan demiş, öncədən danışdıqları kimi aralarında olan cinayətkar niyyətə uyğun olaraq onlardan arxada dayanmış Təqsirləndirilən şəxs1 həmin karta aid hesabdan çıxan 500 manat məbləğində pulu götürərək bankomatdan uzaqlaşmış və Zərərçəkmiş şəxs 500 manat məbləğində pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il olar ki, narkotik vasitə olan heroindən iynə vurmaq yolu ilə istifadə edir, hazırda ƏN-nin 16 saylı CÇM-də məhkumluq həyatı yaşayır, "xxxx" ASC-dən özü üçün plastik kart sifariş etmiş, daha sonra bank işçiləri xx.xx.2022-ci il tarixdə banka yaxınlaşaraq buradan kartını götürə biləcəyini ona demiş, bundan sonra o, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində qeyd olunan banka, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" ASC-nin filialına yaxınlaşmış, ona bankdan bir az gözləməli olması bildirilmiş, bankdan çölə çıxanda Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanıdığı qonşusu Salmanı görmüşdür. Salman da onun kimi narkotik maddələrin aludəçisi olmuşdur. Salman ona kiminsə kartından istifadə etməklə bankomatdan pul çıxarmaq istədiyini bildirmiş, bundan qabaq Salmanın ona 200 manat borcu olmuş, onunla razılaşmışdır ki, bu işdən əldə etdiyi puldan 200 manat ona verərək borcunu geri qaytaracaqdır, o da qarşılığında ona pulu çıxarmasında köməklik edəcəyinə söz vermişdir. Salman da onunla razılaşmış, bundan sonra Salmana bankın qarşısında duran bir nəfər kişi yaxınlaşmış, bankomatdan kart vasitəsilə 500 manat pul çıxarmaq istədiyini, lakin bunu bacarmadığını deyərək kömək istəmişdir. Salman onunla razılaşmış və bankomata tərəf ona kömək etmək üçün getmiş, o isə bu zaman kənarda durmuşdur. Bundan sonra Salman həmin şəxsdən kartını alaraq kartın kodunu öyrənmiş, Salman kartı bankomata daxil etdikdən sonra şifrəni yığaraq müəyyən əməliyyatı həyata keçirmiş, kartı həmin şəxsə qaytarmış, ona əməliyyatı həyata keçirməyin alınmadığını bir nəfər şəxsə icazə verməli olduğunu bundan sonra kartdan pul çıxara biləcəyini deyib həmin şəxsin başını qatmış, o isə bu zaman onların arxasında dayandığı üçün bankomata yaxınlaşıb guya öz pulunu çıxarmaq istədiyini bildirmiş, bir neçə saniyə ərzində həmin şəxsə məxsus 500 manat pul bankomatdan çıxmış, o pulu götürüb bankomatdan kənarlaşmış, bundan sonra isə Salman həmin şəxslə yenidən bankomata yaxınlaşmış, Salman bu dəfə həmin şəxsə məxsus kartdan 500 manat pulu çıxarıb şəxsin özünə təqdim etmişdir. Sonra isə bir az kənara çəkilib pulu öz aralarında bölüşdürmüşlər. Salmana həmin bankomatdan çıxan 500 manat pulu vermiş, Salman 300 manat pulu özünə götürmüş, 200 manat pulu isə geri qaytarmış, bundan bir neçə gün sonra isə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmiş, o törətdiyi əməli etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilməklə 17 saylı CÇM-də cəza çəkir. Hazırda təqsirləndirildiyi cinayət əməlində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 ilə əlbirliyi olmamış, ümumiyyətlə hadisə zamanı orada olmamışdır. İbtidai istintaq zamanı ifadə verməmiş, heç bir üzləşdirmə isintaq hərəkəti keçirilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Danimarka Respublikasına getmək üçün sənədlərini yığarkən dəvət göndərən şəxs bildirmiş ki, Danimarka Respublikasına getmək üçün hesabında pul olmalıdır, buna görə özünə Unibankda hesab açdıraraq 5000 manat pulu hesabına köçürmüş, xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00 radələrində ünvan 3 ünvanında yerləşən Unibankın ofisinə gələrək hesabından nəğd şəkildə 1500 manat çıxartmaq istəmişdir. Unibankda ona bildirmişlər ki, xx.xx.2022-ci il tarxdə Banka gəlsin və ona Albalı kartı verəcəklər, o da xx.xx.2022-ci il tarixdə günorta saat təxminən 14:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən Unibanka gəlmiş, Unibankda ona içərisində 3500 manat olan Albalı kartı vermişlər, o da pul lazım olduğu üçün həmin kartdan 500 manat çıxartmaq istəmiş, buna görə bankın çöl tərəfində olan bankomata yaxınlaşmış, özü pulu çıxarda bilmədiyi üçün orada dayanmış şəxslərdən köməklik etmələrini xahiş etmiş, orada bir nəfər arıq hündür boylu şəxs ona köməklik edə biləcəyini bildirmiş, o kartı həmin şəxsə vermiş, həmin şəxs kartı onun yanında bankomata daxil etmiş, o kartın kodun həmin şəxsə demiş, həmin şəxs kodu yığdıqdan sonra kartı qaytarmış və demiş ki, əməliyyatı apara bilmədi, sonra isə onların arxasında növbə gözləyən bir nəfər gözündə qara eynək olan şəxsə icazə vermiş ki, həmin şəxs özü üçün pulu çıxartsın sonra o çıxartsın, həmin şəxs bankomata yaxınlaşaraq nə isə etmiş, sonra həmin ona ilk dəfədən köməklik edən şəxs yenidən onun kartını bankomata daxil etmiş, bankomatdan 500 manat çıxardıb kartı və pulu ona vermiş, o pulu və kartı götürüb Tovuz rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda olarkən kartdan yenədə pul çıxartmaq istəyəndə bankomata yaxınlaşmış lakin pul çıxarda bilməmiş, sonra banka müraciət etmiş, bankda ona məlum olmuş ki, kart hesabında 2500 manat pul qalıb, əslində kartında 3000 manat olmalı imiş, Tovuz rayonunda yerləşən Unibankdan hesabından çıxarışa baxanda ona məlum olmuş ki, xx.xx.2022-ci il tarixdə saat 14:50:02-də xxxx-xxxx-xxxx-4254 kartından 500 manat, xx.xx.2022-ci il tarixdə saat 14:50:57-də həmin kartdan yenidən 500 manat çıxardılmışdır, ona köməklik edən şəxs onu aldadaraq 500 manatı özü götürüb və ikinci əməliyyatda olan 500 manatı ona vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən "xxxx"ın qarşısına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-10); X4 ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus xxxxxxxx-xxxx-4254 nömrəli kartından xx.xx.2022-ci il tarixdə saat 14:50:02-də 500 manat, xx.xx.2022-ci il tarixdə saat 14:50:57-də yenidən 500 manat çıxardılmışdır(i.v.11); şəxsin tutulması haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.64-66); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.68-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, hokmlərin və göstərişin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 241-ci maddəsinin A bəndi, 144-cü maddəsinin 2-ci hissəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə cəzasının sonu ilə azad olunmuşdur, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 01 ay 18 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmışdır(i.v. 86- 88, 107-110, 206-207); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, hökmlərin, qərarın və bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 01 il 05 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.2, 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək cəzadan azad edilmişdir.Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 180.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)-708/2021 saylı qərarına əsasən ona təyin edilmiş məcburi müalicə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə 16 X1 azad edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-322/2022 saylı hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır(i.v.89-91, 98-105, 204-205); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.154); 11 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.184-186); Unibankdan alınmış CD diskə baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 29 avqust 2022-ci il tarixli 5(008)-619/2022 nömrəli Sabunçu rayon məhkəməsinin qərarı ilə götürülmüş "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/2-də yerləşən filialının qarşısında yerləşən bankomatın təhlükəsizlik kameralarına düşmüş xx.xx.2022-ci il tarixdə olan əməliyyatın görüntülərini əks etdirən xx.xx.2022-ci il tarixli HTİD/7831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, həmin diskin içərisində 5 ədəd foto şəkillər olan fayıllar müəyyən edilmiş, həmin fotoşəkillərdən 4 ədədi pulun götürülməsini qalan bir ədədi isə həmin anı göstərir, görüntülərə baxan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilən görüntülər xx.xx.2022-ci il tarixdə saat 14 radələrində qeydə alınmışdır kameranın qarşısında bankomata baxan şəxs iş üzrə Zərərçəkmiş şəxsdur, onun sağ tərəfində dayanan şəxs özüdür, gözündə eynək taxıb arxada dayanan Təqsirləndirilən şəxs1dur(i.v.187-188); sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Unibank» ASC-dən alınmış xx.xx.2022-ci il tarixli HTİD/7831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut növü kimi qiymətləndirilməklə iş materiallarına əlavə edilmişdir(i.v.208-213); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü az yaşlı övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməməsinə və hadisə zamanı orada olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, digər Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində "xxxx" ASCdən özü üçün plastik kart sifariş etdiyini, daha sonra bank işçiləri xx.xx.2022-ci il tarixdə banka yaxınlaşaraq buradan kartını götürə biləcəyini ona dediyini, bundan sonra o, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində qeyd olunan banka, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" ASC-nin filialına yaxınlaşdığını, ona bankdan bir az gözləməli olması bildirildiyini, bankdan çölə çıxanda Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanıdığı qonşusu Salmanı gördüyünü, Salmanın da onun kimi narkotik maddələrin aludəçisi olduğunu, Salman ona kiminsə kartından istifadə etməklə bankomatdan pul çıxarmaq istədiyini bildirdiyini, bundan qabaq Salmanın ona 200 manat borcu olduğunu, onunla razılaşdıqlarını, bu işdən əldə etdiyi puldan 200 manat ona verərək borcunu geri qaytaracağını, o da qarşılığında ona pulu çıxarmasında köməklik edəcəyinə söz verdiyini, Salmanın da onunla razılaşdığını, Salmana bankın qarşısında duran bir nəfər kişi yaxınlaşdığını, bankomatdan kart vasitəsilə 500 manat pul çıxarmaq istədiyini, lakin bunu bacarmadığını deyərək kömək istədiyini, Salmanın həmin şəxslə razılaşdığını və bankomata tərəf ona kömək etmək üçün getdiyini, o isə bu zaman kənarda durduğunu, bundan sonra Salman həmin şəxsdən kartını alaraq kartın kodunu öyrəndiyini, Salman kartı bankomata daxil etdikdən sonra şifrəni yığaraq müəyyən əməliyyatı həyata keçirdiyini, kartı həmin şəxsə qaytardığını, ona əməliyyatı həyata keçirməyin alınmadığını bir nəfər şəxsə icazə verməli olduğunu bundan sonra kartdan pul çıxara biləcəyini deyib həmin şəxsin başını qatdığını, o isə bu zaman onların arxasında dayandığı üçün bankomata yaxınlaşıb guya öz pulunu çıxarmaq istədiyini bildirdiyini, bir neçə saniyə ərzində həmin şəxsə məxsus 500 manat pul bankomatdan çıxdığını, o pulu götürüb bankomatdan kənarlaşdığını, bundan sonra isə Salman həmin şəxslə yenidən bankomata yaxınlaşdığını, Salman bu dəfə həmin şəxsə məxsus kartdan 500 manat pulu çıxarıb şəxsin özünə təqdim etdiyini, sonra isə bir az kənara çəkilib pulu öz aralarında bölüşdürdüklərini, Salmana həmin bankomatdan çıxan 500 manat pulu verdiyini, Salman 300 manat pulu özünə götürdüyünü, 200 manat pulu isə geri qaytardığını göstərmişdir. Bundan başqa, 11 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmçinin, Unibankdan alınmış CD diskə baxış keçirilməsi haqqında 11 aprel 2023cü il tarixli protokoldan görünür ki, 29 avqust 2022-ci il tarixli 5(008)-619/2022 nömrəli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə götürülmüş "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/2-də yerləşən filialının qarşısında yerləşən bankomatın təhlükəsizlik kameralarına düşmüş xx.xx.2022-ci il tarixdə olan əməliyyatın görüntülərini əks etdirən xx.xx.2022-ci il tarixli HTİD/7831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, həmin diskin içərisində 5 ədəd foto şəkillər olan fayllar müəyyən edilmiş, həmin fotoşəkillərdən 4 ədədi pulun götürülməsini qalan bir ədədi isə həmin anı göstərir, görüntülərə baxan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim edilən görüntülər xx.xx.2022-ci il tarixdə saat 14 radələrində qeydə alınmışdır kameranın qarşısında bankomata baxan şəxs iş üzrə Zərərçəkmiş şəxsdur, onun sağ tərəfində dayanan şəxs özüdür, gözündə eynək taxıb arxada dayanan Təqsirləndirilən şəxs1dur. Məhkəmə istintaqı zamanı Unibankdan alınmış CD diskə baxış keçirilmiş, baxış zamanı bankomata kartı daxil etmiş şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, CD diskdə olan görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs1 barəsində olan xx.xx.1998-ci il tarixli və xx.xx.2005-ci il tarixli hökmlər üzrə məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 01 ay 18 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmləri üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 180.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı onun barəsində tətbiq edilmiş, həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulduğundan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)-708/2021 saylı qərarına əsasən ona təyin edilmiş məcburi müalicə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə 16 X1 azad edilmişdir. Sözügedən Amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürüldüyü nəzərdə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə məhkumluğu amnistiya aktı tətbiq olunması ilə əlaqədar götürüldüyündən cinayətin residivi kimi nəzərə alına bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs2 Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan Şirvan şəhər məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 66.5ci maddəsinə əsasən Şirvan şəhər məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 oğlu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02(iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.5), 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Şirvan şəhər məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.5), barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). İş üzrə maddi sübut –01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02(iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 04(dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-322/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar