Məhkəmə qərarları › İş №1(008)-545/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-545/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-545/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Xüsusi ittihamçı X3 Təqsirləndirilən şəxs X1 və müdafiəçisi Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 23 sentyabr 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Nardaran kafesinin və Nardaran Benzindoldurma məntəqəsinin müdiri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş bir müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində (35-ci dalanın sonunda) ailələrinin 300 ilə yaxın istifadəsində olan bağ-sahələri var. Bu bağda “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələri kompleksi”, “Yeni aşkar olunmuş” tarix və mədəniyyət abidələri kimi 2008-ci ildən dövlət mühafizəsinə götürülmüşdür. Onlar “QƏSR” Mədəni İrsi və X14 ictimai Birliyi olaraq Azərbaycan Respublikası ərazisində mədəni irsi və tarixi abidələrin qorunması istiqamətində fəaliyyət göstərirlər. Buna İB-nin subyektiv hüququ var. Bağlarında olan “tarixi qəbirlər” onların ailələrinin əzizləri “qədim yaşayış yerləri” isə ailələrinin nəslinə məxsusdur. Onun ailəsi Sabunçu rayon, Kürdəxam kəndindəndir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində, 35-ci dalanın sonunda yerləşən, tarix və mədəniyyət abidələri kimi siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüş “’qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşir. Tarix və mədəniyyət abidəsinin ərazisini zəbt etmək məqsədilə xx.xx.2023-cü il tarixdə X20, X21, X4 və qeyriləri tərəfindən qeydiyyatda və mühafizədə olan qədim iki qəbir, 266 il yaş olan 100 ədəd əncir ağacları ağır texnika vasitəsilə məhv edilmiş və kurqan abidəsinin ərazisinə müdaxilə edilmişdir. Bununla da onların məqsədi tarix və mədəniyyət abidələri yerləşən abidələr kompleksi ərazisini zəbt etmək cəhdi olmuşdur. Şikayətləri əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun aidiyyəti əməkdaşları tərəfindən əraziyə baxış təyin edilmişdir. Bu baxışda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və ”QƏSR" Mədəni İrsi və X14 İctimai Birliyinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində yerləşən(35-ci dalanın sonunda) "qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşən abidələr kompleksinin ərazisinin dağıdılması və zəbt etmə faktını araşdırmaq üçün əraziyə toplanmışlar. Onlar əraziyə gələndə onlardan qabaq X1 idarə etdiyi qara rəngli, **-BP-*** dövlət nömrə nişanlı "NİVA” minik markalı avtomobillə artıq ərazidən geri qayıtdığını görmüşlər. O onları görən kimi, maşını geri sürmək üçün dairə vurub geri qayıtmışdır. Komissiya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 35-ci dalanın sonunda, 4483 saylı bağın cənub-qərbinə çatıb tanışlıq üçün ərazinin giriş hissəsinə daxil olmaq istəyərkən görmüşlər ki, X4 qara rəngli, **-BP-*** dövlət nömrə nişanlı "NİVA” minik markalı avtomobili bir az uzaqda saxlayıb 29 mart 2024-cü il tarixində, saat 15:20-də, ona komissiya üzvlərinin eşidə və görə biləcəyi tonda söyüş söyləməyə başlamışdır. O komissiyanın tərkibində iştirak edən şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək təhqir etməyə başlamışdır. Bu hərəkətlər video-çəkilişlərdə öz əksini tapmışdır. Bu hadisəni görən şahidlər bu faktı təsdiq edə bilərlər. Birinci şahid, Şahid, ünvan; Bakı ş., Səbail r., Xəqani Küçəsi 57, əlaqə (050) 988-39-26,İkinci şahid, X5, ünvan, Bakı ş., Nəsimi r., Azadlıq pr., 18, m., 95, əlaqə (050) 388-94-46, AR CM-nin 148-ci maddəsinə əsasən, şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formada həyata keçirilə bilər: şifahi, yazılı, bədən hərəkətləri və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyüşlərlə, haqqında alçaldıcı ifadələr işlətməklə və s. törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin en azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir cinayətini ifadə edərkən, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığım dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər: intiqam və sair. AR Konstitusiyasının 46-cı maddəsinə əsasən: Hər kəsin öz şərəf va ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz- Şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir.Şərəf və ləyaqətimi ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayn-ayn şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Bunları nəzərə alaraq, X2 AR CMnin 148-ci maddəsi ilə təqsirli bilinməsi və onun bir il müddətdə azadlıqdan məhrum edilməsi barədə qarar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək X2 AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edərək ifadəsində göstərmişdir ki, o “Qəsr” Mədəni irsi və X14 X17 Heyətinin sədri vəzifəsində çalışır. Onun ailəsi Sabunçu rayon, Kürdəxam kəndindəndir. Bağlarında olan “tarixi qəbirlər” onların ailələrinin əzizləri “qədim yaşayış yerləri” isə ailələrinin nəslinə məxsusdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində, 35-ci dalanın sonunda yerləşən, tarix və mədəniyyət abidələri kimi siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüş “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşir. Tarix və mədəniyyət abidəsinin ərazisini zəbt etmək məqsədilə xx.xx.2023-cü il tarixdə X20, X21, X4 və qeyriləri tərəfindən qeydiyyatda və mühafizədə olan qədim iki qəbir, 266 il yaş olan 100 ədəd əncir ağacları ağır texnika vasitəsilə məhv edilmiş və kurqan abidəsinin ərazisinə müdaxilə edilmişdir. Bununla da onların məqsədi tarix və mədəniyyət abidələri yerləşən abidələr kompleksi ərazisini zəbt etmək cəhdi olmuşdur. Şikayətləri əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun aidiyyəti əməkdaşları tərəfindən əraziyə baxış təyin edilmişdir. Bu baxışda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və ”QƏSR" Mədəni İrsi və X14 İctimai Birliyinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində yerləşən “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşən abidələr kompleksinin ərazisinin dağıdılması və zəbt etmə faktını araşdırmaq üçün əraziyə toplanmışlar. Onlar əraziyə gələndə onlardan qabaq X1 idarə etdiyi qara rəngli, **-BP-*** dövlət nömrə nişanlı "NİVA” minik markalı avtomobillə artıq ərazidən geri qayıtdığını görmüşlər. Habil onları görən kimi, maşını geri sürmək üçün dairə vurub geri qayıtmışdır. Komissiya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 35-ci dalanın sonunda, 4483 saylı bağın cənub-qərbinə çatıb tanışlıq üçün ərazinin giriş hissəsinə daxil olmaq istəyərkən görmüşlər ki, X4 qara rəngli, **- BP-*** dövlət nömrə nişanlı "NİVA” minik markalı avtomobili bir az uzaqda saxlayıb 29 mart 2024-cü il tarixində, saat 15:20-də, ona komissiya üzvlərinin eşidə və görə biləcəyi tonda söyüş söyləməyə başlamışdır. Habil Əzizmzadə komissiyanın tərkibində iştirak edən şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək təhqir etməyə başlamışdır. Bu hərəkətlər video-çəkilişlərdə öz əksini tapmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, onun şərəf və ləyaqətini alçaldan ifadələr söyüş formasında olmuş, bu ifadələr “götverən”, “ağzından sikdirən”, “götverənliklə məğul olan”, “oğraşlar”, “s***cəm sənin ağzını” formasında olmuşdur. Hadisənin şahidi Baş Prokurorluğunun nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə dövlət Xidmətinin nümayəndəsi Şahid və icra qurumunun nümayəndəsi İxtiyar və oğlu Pərvin Gözəlov olmuşdur. Habil Əzimzadə söyüşləri uca səslə qışqıraraq səsləndirmiş, həmin anda orada iştirak edən bütün şəxslər bunu eşitmiş və şahidi olmuşlar. Həmin hadisə zamanı Habil Əzimov tərəfindən deyilmiş söyüşlər video görüntüyə alınmışdır. Şikayət ərizəsində də qeyd etdiyi kimi onun şərəf ləayəqətinin təhqir edilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə dövlət Xidmətinin nümayəndəsi Şahid təsdiq edə bilər, çünki həmin vaxt orada olmuş və bu video görüntüdə öz əksini tapmışdır. Habil Əzimzadə ilə aralarında qəbir abidələrinin sökülməsi ilə bağlı mübahisələri olmuş, dəfələrlə Habil Əzimzadə abidələri sökərək torpaq sahələrini zəbt etmək istəmişdir. Habil Əzimovun təqdim etidyi şahid X20 hadisə yerində olmamış, bunu video görüntüdən də aşkar etmək mümkündür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, o Fəxrəddin Gözəlovu biraz olar ki, tanımışdır. Fəxrəddin bir neçə dəfə ona qəbir abidələrinin sökülməsi ilə bağlı şikayət etmiş, haqsız olduğundan şikayətləri təmin edilməmişdir. Qəbir abidələrini kim dağıtmışdırsa gedib ondan tələb edə bilər. Hadisə günü həmin ərazidə olmuş, dostunun evinə qonaq gedərkən yolun bağlı olmasını görmüşdür. X18 təhqir etmək fikri olmamışdır. Əsəbi adamdır, şəkəri qalxanda özözünə deyinməyə başlayır. Fəxrəddin Gözəlovu təhqir etməmişdir, onun işlətdiyi ifadələrdə Fəxrəddinin adını çəkməmişdir. Ağzından müəyyən sözlər çıxmışdır, lakin həmin sözləri Fəxrəddinə deməmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həmin ərazidə yerləşən qəbir daşlarını dağıtmamış və oğurlamamışdır. Ərazidən keçərək dostunun evinə qonaq getmək istəmiş, lakin yolun bağlı olmasını görmüşdür. Həmin ərazidə dövlət idarələrinin nümyəndələri və Fəxrəddin Gözəlov və oğlu olmuşdur. Yolun bağlı olmasını görüb, şəkəri olduğundan ağzından söyüş və təhqiredici sözlər çıxmışdır. Hirslənəndə öz-özü ilə danışmağı vardır. Fəxrəddin Gözəlov dayanan ərazidən 30-40 metr aralıda dayanmışdır. Onun söyüşləri Fəxrəddinə qarşı yönəlməmiş, ona qarşı ünvanlanmamışdır. Hirsli olduğundan heç bilməmişdir kimi nəzərədə tutmuşdur. Sözdür ağzından çıxmışdır. Fəxrəddin və oğlu həmin vaxt orda olsa da, ata bala dedikdə də Fəxrəddin və oğlunu nəzərdə tutmamışdır. Çünki Fəxrəddinin adı ata bala deyildir. Dövlət orqanlarının nümayəndələri olduğu üçün onlara qarşı hər hansı pis hərəkət edə bilməzdi. Video çəkilişin olmasını görmüşdür. Həmin ərazinin yanından torpaq sahəsi alımış, bundan sonra Fəxrəddin Gözəlovla arasında torpaq sahəsi ilə bağlı danışıqlar olmuşdur. Fəxrəddin ona dəfələrlə demişdir ki, qəbir abidələrini o dağıdır, torpaq sahəsini zəbt edir. X11rşı heç bir ədavəti olmamışdır. Dövlət idarələrinin nümayəndələrinin ərazidə hansı tədbir keçirməsini bilməmişdir. O sadəcə həmin vaxt dostugilə gəlmiş, qayıdanda yolun bağlı olmasını görmüş, niyə bağlı olması ilə bağlı maşınından düşərək gəlib maraqlanmaq istəmişdir. Hirsləndiyindən özü-özünə qarşı deyinə-deyinə maşına minib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsində baş mütəxəssis vəzifəsində çalışır. Hadisəni tam yadında saxlamasa da təxminən bir il yarım bundan qabaq olmuşdur. Olsa bilsin bir az da artıq vaxt keçsin, çünki üstündən xeyli müddət keçmiş və işləri ilə əlaqədar unuda bilər. Hadisə baş verən vaxtda hadisə yerinə Fəxrəddin Gözəlovun müraciəti əsasında baxış keçirmək üçün getmişdir. Həmin vaxt hadisə yerində səhv etmirsə prokurorluq orqanlarının da nümayəndələri iştirak etmişdir. Ora çatarkən hadisə yerində gərginlik yaşanmışıdır. Sonradan adını bildiyi Habil Əzimzadə ora gələrək gərginlik yaşadacaq vəziyyət yaratmışdır. Lakin sonradan çıxıb getmiş və onlar da hadisə yerinə baxış keçirib, foto şəkillər çəkmişlər. Ona verilmiş suallara cavabında göstərmişdir ki, hadisə yerində, o, prokurorluq işçiləri, Fəxrəddin və oğlu olmuşdur. Habilin adı yadından çıxmışdır, amma indi görəndə xatırlamışdır. Qəfildən çıxmış və gərginlik yaradan hərəkətlərə yol vermişdir. Həmin gərginlik Fəxrəddin və oğluna qarşı olmuşdur. Həmin əraziyə Fəxrəddin Gözəlovun müraciəti əsasında getmişdir. Müraciət tarixi qəbirlərin dağıdılması ilə bağlı olmuşdur. Onun işi orada dövlət qurumunun adından iştirak edərək, müraciət üzrə araşdırma aparmaq olmuşdur. İştirak edərək baxış keçirilmiş, şəkillər çəkilmişdir. Həmin vaxt prokurorluq işçiləri, Fəxrəddin və oğlu ilə barəbər təxminən altı nəfər olmuşlar. Gərginlik yaşadacaq hərəkətlər olmuşdur. Həmin vaxt Habil əsəbi halda sözlərin deməyi yadındadır. Əlini göyə qaldırıb sözlər demişdir. Vurma və ya döyülmə olmamışdır. Həmin hərəkətlər Fəxrəddin Gözəlov və oğluna qarşı olmuşdur. Uzun müddət keçdiyindən o konkret hansı sözlərin deyilməsini xatırlamır, amma həmin vaxt video çəkiliş olmuş və video çəkilişdə öz əksini tapmışdır. Xatırlamadığı üçün video çəkilişə baxılsa həmin sözlər aydın olacaqdır. Xatırlamaması uzun vaxt keçməsi, işlərin çox olması, öz şəxsi işləri ilə bağlıdır. Lakin hadisə baş verən vaxt gərgin olunmasının şahid olmuş və eşitmişdir. Bir daha qeyd etmişdir ki, video çəkiliş olmuş və gərginlik yaşadacaq sözlər uca səslərlə deyilmiş, video baxanda da eşidilməsi mümkündür, həmin hərəkətlər Fəxrəddin və oğluna qarşı olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, hadisənin üstündən təxminən bir il yarımdan çox vaxt keçmiş olar. Həmin vaxt o hadisə yerində lakin uzaqda olmuşdur. Habil Əzimzadə hadisə yerinə gəlmiş, yolun bağlı olmasını görmüşdür. Əsəbi halda öz-özünə qarşı deyinə-deyinə maşınına minib getmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həmin vaxt heç bir dava olmamışdır. Söyüş və təhqir eşitməmiş və şahidi olmamışdır. Hadisə yerində məhkəmə ekspertləri, İxtiyar, Fəxrəddin, oğlu və Habil Əzimzadə olmuşdur. Habilin ora saat neçədə gəlməsi yadında deyil, o yuxarıda göy qapının yanında dayanmışdır. Üzərində mobil nömrə olmuşdur. Habil maşını ərazidən yuxarıda çınqıllıqda saxlamışdır. Habil Əzimzadənin deyinə-deyinə getməyini görmüş, lakin təhqir eşitməmişdir. Habil Əzimzadə ilə qohumluq əlaqəsi vardır. Fəxrəddin Gözəlov bir neçə dəfə ondan şikayətçi olmuş, lakin təsdiq olunmamışdır. Mübahisə torpaq sahəsi ilə bağlı olmuşdur. Fəxrəddin Gözəlov ilə Habil Əzimzadə arasında yolun bağlanması ilə bağlı mülki mübahisə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş CD disk olan videogörüntüdən görünür ki, həqiqətən də X9 yaxınlaşan zaman təhqiramiz sözlər və söyüşlərdən ibarət ifadələri işlətmişdir. “Aze Mıss” elektron məhkəmə sistemi üzərində olan məhkumlar və həbs edilmiş şəxslər barədə məlumatlar və digər məhkəmə və icra işləri barədə məlumatlardan görünür ki, X1 məhkumluğu barədə məlumat yoxdur. “Aze Mıss” elektron məhkəmə sistemi üzərində olan məhkumlar və həbs edilmiş şəxslər barədə məlumatlar və digər məhkəmə və icra işləri barədə məlumatlardan görünür ki, X3 məhkumluğu barədə məlumat yoxdur. “Aze Mıss” elektron məhkəmə sistemi üzərindən görünür ki, X1 dörd uşağı var və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X12 vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi öz təsdiqini tapmaqla, onun əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Bununla yanaşı, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir(11-ci bənd). Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi nformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə həmçinin hesab edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilən və video görüntüdə əks olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi ifadələr aşağıdakılardır: “nə sürünürsən götverən”, “ağzından sikdirən”, “ata bala götverənliklə məşğulsuz”, “oğraşlar”, “sikəcəm sənin ağzını”. Məhkəmə iclası zamanı video görüntü tədqiq edilərkən xüsusi ittihamçı və müdafiə tərəfi təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ifadələrin söyüş və təhqir olması mübahisələndirilməmiş, həmin ifadələrin məhkəmə linqvistik ekspertizasına göndərilməsinə ehtiyacın olmamasını bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edilmişdir ki, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Belə ki, məhkəmə iclası zamanı işlədilmiş “götverən”, “ağzından sikdirən”, “götverənliklə məğul olan”, “oğraşlar”, “sikəcəm sənin ağzını” ifadələrin söyüş və təhqir olması mübahisə doğurmamışdır. Azərbaycan dilinin izahlı lüğətlərində söyüşün təhqir olması müəyyən edilmişdir(Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə(İ cild - 744 s.,İİ cild - 792 s.,İİİ cild - 672 s.,İV cild - 712 s.). Bakı, "Şərq - Qərb", 2006. Hamıya bəlli olan haldır ki, “nə sürünürsən götverən”, “ağzından sikdirən”, “ata bala götverənliklə məşğulsuz”, “oğraşlar”, “sikəcəm sənin ağzını” ifadələr Azərbaycan cəmiyyətində söyüş və təhqir hesab edilən ifadələr kimi qəbul olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 141.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən ümumi məlum olan faktlar sübut edilmiş hesab olunur(141.1.1). Belə olan halda xüsusi ittihamçı və müdafi tərəfinin də həmin ifadələri təhqir hesab etməsi qəbul olunduğundan, həmin ifadələrin məhkəmə linqvistik ekspertizasına zərurət olmadan təhqir xarakterli məlumatlar olması məhkəmə tərəfindən qəbul edilir və təhqir kimi qiymətləndirilir. Məlumdur ki, şərəf və ləyaqətin alçaldılması iki şəkildə ifadə oluna bilər: 1. Dolayı yolla şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş ifadə tərzi; 2. Birbaşa qeyri-etik və vulqar formada. Bir çox hallarda təhqir və ləyaqətin alçaldılmasına yönəlmiş faktlar kütləvi şəkildə yayıldığı halda məlumat kimi doğru və ya yanlış olması belə əhəmiyyət kəsb etmir. Təqsirləndirilən şəxs özünü verilmiş xüsusi ittiham üzrə təqsirli bilməyək ifadəsində qeyd etmişdir ki, yolun bağlı olmasını görüb, şəkəri olduğundan ağzından söyüş və təhqiredici sözlər çıxmışdır. Hirslənəndə öz-özü ilə danışmağı vardır. Onun söyüşləri Fəxrəddinə qarşı yönəlməmiş, ona qarşı ünvanlanmamışdır. Hirsli olduğundan heç bilməmişdir kimi nəzərədə tutmuşdur. Söz ağzından çıxmışdır. Ata-bala dedikdə də Fəxrəddin və oğlunu nəzərdə tutmamışdır. Çünki Fəxrəddinin adı ata bala deyildir. Dövlət orqanlarının nümayəndələri olduğu üçün onlara qarşı hər hansı pis hərəkət edə bilməzdi. Hirsləndiyindən özü-özünə qarşı deyinə-deyinə maşına minib getmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hadisə 29 mart 2024-cü il tarixdə baş baş vermiş, hadisə baş verən yerdə ifadələr, video görüntüdən də müəyyən olunur ki, Baş Prokurorluğunun nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə dövlət Xidmətinin nümayəndəsi Şahid və icra qurumunun nümayəndəsi və X7 və X3 iştirak etmişdir. Hadisə yerinə Habil Əzimzadə gələrək üzünü orada iştirak edən şəxslərə tutaraq uca səslə “götverən”, “ağzından sikdirən”, “götverənliklə məğul olan”, “oğraşlar”, “sikəcəm sənin ağzını” ifadələrdən istifadə etməyə başlayır. Video görüntüdən də görünür ki, qeyd edilən ifadələri işlədərkən ata-bala terminindən istifadə edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid ifadəsində qeyd etmişdir ki, Habil Əzimzadə gərginlik yaşadan hərəkətləri, ifadələri məhz Fəxrəddin Gözəlova qarşı olmuşdur. Həmçinin təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrindən də müəyyən edilir ki, onlar arasında hazırki hadisə baş verən günə qədər torpaqla bağlı mübahisələri olmuş, bununla bağlı müraciətlər daxil olmuşdur. Hadisənin baş verməsini özündə əks etdirən video görüntüdən görünür ki, Habil Əzimzadənin “nə sürünürsən götverən” deməsi, bütün camaatı girinc eləmisən “ağzından sikdirən” deyərək getməsi, hadisə yerində olan şəxsin bu halı aktlaşdırmaq lazımdır, şahidlər var, hamının yanında özünü belə aparır deməsi, Habil Əzimzadənin qayıdaraq sox götünə telefonu deməsi, videoda başqa bir səsin Habil Əzimzadəyə get-get deməsi, Habil Əzimzadənin qayıdaraq “ağzından sikdirən”, “ata bala götverənliklə məşğulsuz”, “oğraşlar”, şəkər adama məni girinc eləməyin “oğraşlar”, “sikəcəm sənin ağzını dayan” deməsi, hadisə yerində olan başqa bir şəxsin söndür telefonu deməsi, hadisədə olan başqa bir şəxsin ay Fəxrəddin müəllim məni bura çağırmısız ki bunu eliyəsiz, mübahisə eliyəsiz deməsi, İftixar adlı şəxsin icra hakimiyyətinin nümayəndəsi kimi özünü təqdim etməsi müəyyən edilir. Hadisənin görüntüsünü özündə əks etdirən video görüntüdən də görünür ki, hadisə yerində Fəxrəddin Gözəlov, oğlu Pərvin Gözəlov, Şahid, Baş Prokurorluğun əməkdaşları və icra hakimiyyətinin əməkdaşı İxtiyar adlı şəxs olmuşdur. Video görüntüdən göründüyü kimi təqsirləndirilən şəxs həmin ifadələri özü-özünə qarşı deyil, məhz ünvanlı olaraq hadisə yerində olan ata bala Fəxrəddin Gözəlova qarşı işlətməsi müəyyən edilir. Hadisə yerində ata bala olaraq yalnız Fəxrəddin Gözəlov və Pərvin Gözəlov iştirak etmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri Fəxrəddin Gözəlova qarşı deyil, özü-özünə deməsi, ata bala dedikdə kimi nəzərədə tutmasını xatırlamaması müdafiə xarakteri olaraq qiymətləndirilir. Göründüyü kimi, X4 tərəfindən AR CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi öz təsdiqini tapmaqla onun öz müdafiəsi üçün irəli sürdüyü dəlillər məhkəmə iclasında təkzib edilmişdir. Məhkəmə əlavə şahid qismində dindirilmiş X10 ifadəsinə münasibətdə qeyd edir ki, onun Habil Əzimzadənin deyinə-deyinə getməyini görməsi, təhqir edici ifadələr işlətməsinin şahidi olmaması qohumluq münasibətlərindən irəli gələrək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yanınmasına xidmət edir. Elə bunu qeyd etmək kifayət edir ki, video görüntüdə təqsirləndirilən şəxsin söyüş xarakterli təhqir edici ifadələr işlətməsi müəyyən olunur. Belə ki, video görüntüdən, işdə olan sübutlardan onun hadisə yerində olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş olan sübutlarla birgə araşdırıldıqda şahid Həsən Fərəcovun ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hadisənin kütləvi çıxış olmasına münasibətdə qeyd edir ki, video görüntü və ifadələrdən müəyyən olunur ki, hadisə baş verən vaxtı Fəxrəddin Gözəlovun müraciəti əsasında araşdırma aparmaq üçün orada Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X25, İnkişafı və Bərpası üzrə dövlət Xidmətinin nümayəndəsi Şahid və icra qurumunun nümayəndəsi və X7 və X3 iştirak etmişdir. Göründüyü kimi hadisə yerində dövlət qurumlarının nümayəndələri iştirak etmiş və onların sayı kütləvi xarakter daşıyacaq dərəcədə olmuş, təqsirləndirilən şəxslərin işlətdiyi təhqiramiz ifadələr onların görə, eşidə və qavraya biləcəyi formada olmuşdur. Belə ki, hadisənin baş verməsini özündə əks etdirən video görüntüdən görünür ki, təqsirləndirilən şəxs təhqiramiz ifadələr işlətdikcə hadisə yerində olan şəxsin bu halı aktlaşdırmaq lazımdır, şahidlər var, hamının yanında özünü belə aparır, başqa bir səsin Habil Əzimzadəyə get-get deməsi, başqa bir şəxsin söndür telefonu deməsi, ay Fəxrəddin müəllim məni bura çağırmısız ki bunu eliyəsiz, mübahisə eliyəsiz deməsi akşar surətdə müəyyən olunur. Məhkəmə qeyd edir ki, hər kəsin fikir, söz və ifadə azadlığı olduğu kimi şərəf və ləyaqətinin müdafiəsi hüququ da var. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Məhkəməsinin mövqeyinə əsasən ifadə azadlığının həyata keçirilməsi öhdəlik və vəzifələrlə müşayiət olunur və 10-cu maddənin jurnalistlərə verdiyi təminat belə bir şərtə bağlıdır ki, onlar jurnalistika etikasına uyğun olaraq düzgün və mötəbər informasiyanı təmin etmək üçün vicdanla hərəkət etməlidirlər (digər qərarlarla yanaşı bax: “Radio France” və başqaları Fransaya qarşı, ərizə № 53984/00, 37-ci bənd, AİHM 2004-İİ; və Kolombani və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 65-ci bənd). Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi ilə bağlı qəbul etdiyi qərarlarında ardıcıl olaraq belə qənaətə gəlmişdir ki, mətbuatın rolunun ictimaiyyəti dərhal məlumatlandırmaq olması ilə yanaşı, adlarını və vəzifələrini qeyd etməklə xüsusi şəxsləri birbaşa ittiham etmə faktı ərizəçiləri öhdəlik altında qoyur ki, öz bəyanatları üçün kifayətedici faktiki əsası təmin etsinlər (bax, yuxarıdakı Kumpana və Mazare, § 101 və Lesnik Slovakiyaya qarşı, № 35640/97, § 57, İHAM 2003-İV). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 22-ci bəndinə əsasən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, iş materiallarına əlavə edilmiş videogörüntünün sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X1 törətdiyi əməl AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 himayəsində azyaşlı uşağın olması(59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar